Anar Əliyevin bloqu
СтатистикаBloger-urbanist, “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi. Bu kanalda şəxsi fikirlər və məsləhətləri paylaşıram. ✅ Layihənin əsas kanalı: @city4people_az
- Последний пост
- 12 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 109
- 1/48двое суток
- 124
- 1/72трое суток
- 134
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
“Kartdan-karta” məhdudlaşdırılması problemi həll edəcəkmi? ⠀ Mən nə iqtisadçı, nə maliyyəçi deyiləm. ⠀ Amma niyə bir sahibkara ödənişi kartdan-karta qəbul etmək rəsmi işləməkdən daha rahat olsun cavabı mənə kifayət qədər sadədir. ⠀ Sabah «kartdan-karta» əməliyyatlarını tam qadağan etsələr, fundamental problem yox olmayacaq. İnsanlar daha çox nağd ödənişə keçə bilərlər. Yəni forma dəyişəcək, amma kölgə iqtisadiyyatının özü qalacaq. ⠀ Ümumiyyətlə, yalnız qadağa və məhdudiyyətlərlə işləmək, səbəbləri aradan qaldırmadan, uzunmüddətli nəticə vermir. ⠀ AI-nın verdiyi infoqrafikadakı tezislər arasında ən vacib məsələlərdən biri də dövlətə inamdır. Bunun üzərində ilk növbədə işləmək lazımdır. İllər ərzində yığılan problemlər insanlarda sistemə qarşı inamsızlıq yaradıb və insanlar ödədikləri vergilərin nəticəsini həmişə görmürlər. Hətta şəhər infrastrukturu kimi məsələlər də buna təsir edir. ⠀ Ona görə təkcə nəzarəti gücləndirmək yox, rəsmi işləməyi daha sadə, aydın və sərfəli etmək, eyni zamanda insanlarda dövlətə inam yaratmaq lazımdır.
без подписи
🇪🇺 Avropa Birliyinə daha bir lowcost-istiqamət açıldı. ⠀ 🇸🇰 Oktyabrdan WizzAir Bratislavaya da Bakıdan birbaşa uçacaq. ⠀ Bu xəbər reklam xarakterli deyil, sadəcə bir fürsət kimi paylaşmaq istəyirəm. Mən Avropadan əksər vloqları çəkəndə məhz WizzAir ilə Budapeştə, oradan isə digər şəhərlərə qatar ilə gedirdim (uzaq məsafələrə digər loukost-reys ilə). ⠀ Bratislavada da olmuşam, özünə görə gözəldi. Geniş vloq da var. Amma daha da gözəl tarixi şəhər görmək istəyirsinizsə, Vyanaya oradan cəmi 1 saatlıq yoldur. 💵 Qiymətlər 43$-dan başlayır (baqajsız, kiçik əl çantası ilə).
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
🇲🇩🇪🇺 Keçmiş SSRİ içində Avropa ⠀ Kişinyovda qısa səfərdə oldum və şəhər haqqında maraqlı bir təəssürat yarandı. ⠀ Məlumdur ki, Moldova Avropanın ən kasıb ölkələrindən biridir və şəhərdə, xüsusilə memarlığında sosializm dövrünün izləri çoxdur. ⠀ Buna baxmayaraq, postsovet məkanında gördüyüm ən “Avropa ab-havalı” şəhərlərdən biri məhz Kişinyov oldu. ⠀ Rus dilində lövhələrə və rus dilində danışanlara tez-tez rast gəlinsədə, Kişinyov qətiyyən Rusiya şəhəri deyil, tipik Şərqi Avropanı xatırladır. ⠀ Düşünürəm, burada da hər şey urbanistikaya bağlıdır. ⠀ Kişineuda ağaclar çoxdur, səkiləri ideal olmasa da, əksər yerlərdə kifayər qədər geniş və yaşıldır. Sıxıcı təəssürat bağışlamır. Bəlkə də bunun səbəblərindən biri odur ki, şəhərdə o qədər də çox pul fırlanmır və kütləvi tikinti bura gəlib çıxmayıb. ⠀ Avropa ruhunu bəxş edən həm də detallardır. Dar avtomobil zolaqları, sadə və hündür olmayan daş bordürlər və əksər yerlərdə rahat panduslar (fotoları əlavə edirəm). ⠀ Bu meyarlardan başa düşmək olar ki, “Avropa şəhəri” kimi hiss olunması üçün mütləq metroya, tramvaya və velozolaqlara gərək yoxdur. Kişinyovda ictimai nəqliyyatdan yalnız avtobus və trolleybuslar var. ⠀ Bütün bunları deyərkən, əlbəttə doğma və öz əvəzolunmaz ruhu olan Bakıya sevgim dəyişmir. Sadəcə bir müşahidədir ki, şəhərin hansı regiona aid olduğu hissi çox vaxt məhz bu cür urbanistik detallardan formalaşır.
🚆 İki gündür qatar qiymətləri bağlı şərhləri oxuyuram. ⠀ Fikir verdim ki, ən konstruktiv narazılıq odur ki, sərhədi keçmək üçün alternativ yoxdur. ⠀ Yazırlar ki, əvvəllər taksi ilə, “Vito” ilə gedirdik, sərhədi piyada keçirdik və s. İndi sərhəddən Qardabaniyə niyə 51 AZN ödəyək ki? ⠀ Mən 2019-cu ildə prinsipcə elə etmişdim, qatarla Böyük Kəsiyə qədər qatarla, sonra sərhədi piyada keçib, oradan taksi ilə Tiflisə getdim. Çünki sərhəddə 2 saat vaxt itirmək istəmirdim. ⠀ Hazırda vəziyyət çox emosionaldır, nəyisə sübut etmək çətindir. 2019-dan bəri inflasiya, müasir qatar və s. kimi arqumentlər işləməyəcək, iqtisadi vəziyyətin hazırda çətin olmasını anlaq lazımdır. ⠀ Amma alternativlər olsa insanlar bu qədər narazı olmazdı. Ona görə ümid edirəm quru sərhədlər maşın və avtobuslar üçün mərhələli şəkildə açılar. Heç olmasa dost ölkə Gürcüstanla.
❇️ Stereotipləri dağıdan “Tağıyev” və Tağıyev. 🎬 H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunan “Tağıyev” filminin sonuncu bölümünün premyerasına dəvət aldım. ⠀ İlk üç seriyasını kinoteatrda böyük həvəslə izləmişdim. Burada da yazmışdım ki, “Azərbaycanda yaxşı kino çəkməyi bacarmırlar” stereotipini bu fiım sındıra bildi. Kifayət qədər büdcə ayırıb işə peşəkar və sənətkar insanlar cəlb olunanda ortaya həqiqətən keyfiyyətli nəticə çıxa bilər. ⠀ Dördüncü seriya isə xüsusilə önəmli oldu. Spoyler vermirəm — hər kəsə məlumdur ki, Tağıyev qızlar üçün məktəb tikdirərkən dövrün cahil stereotiplərinə qarşı ciddi mübarizə aparmalı olmuşdu. Mübahisələrə rəğmən həmin məktəb açıldı və bu gün müasir Azərbaycanda “qızlar təhsil almamalıdır” düşüncəsinin demək olar ki, izi belə qalmayıb. ⠀ Lakin indiki dövrdə bizdə, məsələn mənim vloq apardığım sahədə, hələ də saysız stereotiplər var: “bizim xanımlar velosiped sürməz”, “azərbaycanlılar avtomobilsiz yaşaya bilməz”, “velozolaqlar Bakıya yaraşmır” və s. kimi fikirləri demək olar hər gün oxuyuruq. Yəni, stereotipləri həm öz dövründə bu adam, həm də onun haqqında film dağıda bildi. ⠀ H.Z.Tağıyev kimi dahi bir şəxsiyyətlə özümü müqayisə etmək nə doğru olar, nə də buna ehtiyac var. Amma zaman çox yaxşı müəllimdir. Çox istərdim ki, bu müəllim təkcə stereotiplərlə yaşayan şərh yazanları yox, qərar verən insanları da tez ayıltsın.
без подписи
без подписи
🛰️ “Artemis ll” missiyasından çəkilən fotolar. ⠀ Gəlin açıq danışaq: vizual baxımdan bu şəkillər sizdə güclü “WOW” effekti yaratmaya bilər. Bu gün sadəcə bir prompt yazmaqla süni zəka bundan daha fantastik görüntülər yarada bilir. ⠀ Amma bu fotolara səthi yox, daha dərin və fəlsəfi prizmadan baxmaq lazımdır. Təsəvvür edin, belə bir missiyanın arxasında nə qədər zəhmət və insan zəkası dayanır: mürəkkəb hesablamalar, texnologiyalar, saysız-hesabsız sınaqlar və astronavtların uzunmüddətli hazırlığı. ⠀ Bir tərəfdən bəşəriyyətin ən ağıllı nümayəndələri bizi bu cür nailiyyətlərlə heyran edir. Digər tərəfdən isə eyni bəşəriyyətin başqa nümayəndələri dünyanı az qala üçüncü dünya müharibəsinə aparır. ⠀ Kosmosa maraq göstərməyə bilərsiniz. Amma hərdən miqyas haqqında düşünmək insanı ayıldır. Kainatın miqyasında sadəcə bir qum dənəciyi boyda olan Yer kürəsində biz hələ də vahid harmoniya içində yaşaya bilmirik.
Bu il “TƏMƏL” Memarlıq Mükafatının münsiflər heyətinin üzvü oldum. ⠀ Peşəkar memar olmasam da, mövcud və hazırda tikilən binaların, ictimai məkanların və nəqliyyat qovşaqların əlçatanlıq və urbanistik cəhətdən qiymətləndirmək imkan yarandı. Funksionallıq və digər kriteriyalar da, təbii ki, rol oynayırdı. Maraqlı və zövqlü layihə kifayət qədər çox idi. ⠀ Bütün qaliblərin siyahısı burada, fotoda isə mən İslam Səfərli küçəsinin piyadalaşdırılma layihəsinin müəlliflərini mükafatlandırıram. ⠀ Deyilənə görə, bu küçədə işlər artıq bitmə üzrədir, yaxın həftələrdə işlər bitəcək. Qalibləri təbrik edirəm. Memarlıq müsabiqələri daha çox və daha da açıq olmalıdır, çünki inkişafa aparan həmçini rəqabət mühit olur.
без подписи
🇩🇰 Kopenhagendə Yan Geyl ilə görüşdüm. ⠀ İllər öncə urbanistika mənim üçün onun “Cities for People” kitabından başlamışdı. Şəhərdəki dəyərlər və prioritetlərə baxış həmin dövrdən başladı. Bakıda məni nə sıxır, şəhərdə mənə şüuratlı narahatlıq yaradan nədir tipli suallara cavabı da o vaxt tapmışdım. ⠀ O vaxt düşünməzdim ki, bir gün müəlliflə canlı görüşəcəm. Yaşına baxmayaraq, görüş təklifimi qəbul etdi, bir saatdan çox söhbət etdik, kitabın tərcüməsini müzakirə etdik. ⠀ Bu kitab layihəsi üçün sponsorlar əksər xərclərimizi qarşıladı, müəyyən məbləğ marketinq xərcləri üçün çatışmır. Bu keçidə daxil olub dəstək ola bilərsiniz, 30₼-dan yuxarı ianə edənlərə isə kitab çıxandan sonra bir nüsxəsi hədiyyə olunacaq (bu halda mənə adınızı və nömrənizi direktə yaza bilərsiniz). ⠀ Sonda qeyd edib ki, Bakıya gəlmək çox istəyərdi, səyahət etməkdən hələ ki tam imtina etməyib. Kişinin bu il 90 yaşı tamam olacaq.
“Tramvay müxalifəti”. ⠀ REAL Partiyası tez-tez Avropa inteqrasiyasından, Avropa təcrübəsindən, Avropa ilə müqayisədən danışır. ⠀ OK, buna sözüm yoxdur. Amma tramvayın qaytarılması (tramvay renessansı) elə ilk növbədə Avropa şəhərlərin təcrübəsidir. İtaliya, Danimarka, İsveç — bu ölkələrdə son 4-5 ildə belə proseslər baş verir. ⠀ Amma niyə İlqar Məmmədov (REAL-ın keçmiş sədri, hazırda fəalı olaraq qalır) bir az da olsa belə məsələlərdə fikir bildirməzdən öncə araşdırma aparmır və Avropaya baxmır? ⠀ İndi də hələ “günahı” tramvayı tərifləyən lobbidə görür. İlqar bəy çox yox, yalnız bu postu oxusaydı “relssiz tramvay” ideyasını irəli sürməzdi. ⠀ Bəli, tramvayın 2004-cü ildə sökülməsi səhv qərar idi. Yolları səkilərin hesabına genişləndirmək səhv qərar idi. Amma bu gün ən azı səhvləri düzəltmək üçün bir niyyət var. Tunnelin sonunda işıq görsənir. Başqa mövzuları demirəm, amma heç olmasa burada səmimi olaq. ⠀ Müxalifət xatirinə müxalif olmaq uğurlu yanaşma deyil.