Crypto Academy Azerbaijan
Статистика🚀 Crypto Academy Azerbaijan – Akademiya yox gələcək yaradırıq!
- Последний пост
- 25 июл. 2025 г.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Sabahınız xeyir. Qlobal indekslərdəki hərəkətlərin əksinə kripto bazarına yaz endirimi gəlib kimi görünür. Dünən impulsun gəlib üçbucağın qırılacağı bəzi göstəricilərdən bəlli idi, amma təəssüf ki, həmişə gördüyümüz fürsətləri treyd edə bilmirik. https://www.tradingview.com/x/phtBgKVu/ Hərəkət, gecə saat 3-də açılışla birlikdə sürətli və nəfəssiz bir düşüşlə müşahidə olundu. İndi isə, dünənki səsli analizdə qeyd etdiyim Ssenari 1 və Ssenari 2ni izləyirəm. Hazırda qiymət ilk dəstək səviyyəsinə gəlib çatıb. Əgər qiymət bu zonadan alıcılar tapıb yüksəlməyə başlasa, ilk ciddi müqavimət səviyyəsi 117,000$ olacaq. Bu 117,000$ səviyyəsi həm gün içi treydlərdə short (satış) üçün, həm də take-profit (qazanc realizasiyası) üçün ideal zonadır. Əgər qiymət bu səviyyənin üzərinə çıxarsa, range-in (diapazon aralığının) içinə daxil olacaq və ilk mərhələdə 119,300$, daha sonra isə daha yüksək hədəflərə yönələcək. Əks halda, əgər qiymət birbaşa bu zonadan düşərsə və ya 117,000$ ə yaxınlaşıb retest (yenidən yoxlama) etdikdən sonra enişini davam etdirərsə, 108,730$ bizə olduqca güclü və dəqiq bir entry (giriş) fürsəti təqdim edəcək. Qrafiklərinizdə bu səviyyələri qeyd edin və qiymətin reaksiyasına uyğun alım-satım üçün hazır olun.
📌 Son
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
https://www.tradingview.com/x/CoSIh2ki/
https://www.tradingview.com/x/SYuQgrNm/
https://www.tradingview.com/x/3kQtI5Rh/
🔥 BULLISH SİQNAL: Şirkətlərin balansında artıq 800,000 BTC var! 📊 Bitcoin Treasury Holdings — yəni publik və özəl şirkətlərin balansında saxlanan BTC miqdarı — artıq 800,000 BTC-ni keçdi! Bu nə deməkdir? ➡️ Bu, bazarda dövriyyədə olan BTC-nin təxminən 4%-dən çoxunun artıq satılmayan, uzunmüddətli balanslarda kilidli olması deməkdir. 🧠 Kimlər bu balansda var? 🏢 MicroStrategy – 226,331 BTC 🇯🇵 Metaplanet – 15,555 BTC 🌐 Tesla, Block, Marathon Digital, Galaxy Digital, Coinbase və daha onlarla iri oyunçu 📌 Nəticə: 1. Bitcoin institusional investorlar tərəfindən qəbul olunmuş aktivə çevrilib 2. Bu BTC-lər artıq tezliklə bazara çıxmayacaq, yəni təklif azalmış olur 3. Bu isə orta və uzunmüddətli qiymət təzyiqini yuxarı istiqamətə yönəldir 💡 Unutma: İnvestorların kim olduğunu izləmək, bazarda nə baş verdiyini başa düşmək qədər önəmlidir. Və görünən odur ki, ağıllı pullar artıq uzunmüddətli BTC toplayır.
📌 Ethereum-da hal-hazırda izlədiyim struktur daha öncə də birlikdə uğurla istifadə etdiyimiz "AMD setup"-ıdır. Xatırlayırsızsa, bu strukturu həm nəzəri, həm də praktiki şəkildə izah etmişdik və real ticarətdə də nəticəsini görmüşdük. 🎯 Eyni model bu gün ETH-də yenidən formalaşır və diqqətlə izlənməyə dəyər. 📚 Setup-ı xatırlamayan və ya yenidən baxmaq istəyənlər üçün dərs linki aşağıdadır: 🔗 t.me/cryptoacademyazerbaijanchat/9643
🔍 Hazırkı bazar mənzərəsi: Bitcoin tərəfdə hələ də ciddi bir impuls və ya yönlü hərəkət yoxdur. Qiymət sabitdir, bazar passiv görünür. Ancaq Ethereum tərəfdə vəziyyət fərqlidir — indikator sıxılma zonasının tam zirvəsindədir, yəni böyük bir hərəkət öncəsi gərginlik yığılır. 🧠 Bəs bu vəziyyətdə BTC-yə necə yanaşmalı? Ən ağıllı yanaşma – gözləməkdir. Çünki indi bazarı ETH formalaşdırır. Əgər Ethereum sıxılmadan sonra aşağı yönlü qırılarsa, bu, ümumi bazarda tənəzzül siqnalı olacaq və BTC də ehtimal ki, bu hərəkəti izləyəcək. Əgər əksinə, Ethereum yuxarı yönlü qırılarsa, o zaman Bitcoin ikinci mərhələdə – yəni gecikmiş reaksiya ilə impuls ala bilər. Bu, BTC üçün gecikmiş, amma güclü hərəkətlərin başlanğıcı ola bilər. 📌 Praktik yanaşma nədir? Bu mərhələdə BTC-də təlaşla mövqe açmaq yerinə, ETH-dən gələcək siqnalı gözləmək daha stratejidir. ETH qırılma etdikdə isə BTC-də az qaldıraçlı, geniş stop-loss ilə mövqe qurmaq – həm təhlükəsiz, həm də mövqeyin yaşaması baxımından daha məntiqli olacaq. Yəni bu mərhələdə səbirli olmaq qazanacaq.
Sabahınız xeyir dostlar. Dünən konsertdə olmağıma baxmayaraq, sizlərlə canlı şəkildə nümunələri birlikdə izləmək istədim və postvari indikatorun verdiyi siqnalı paylaşdım. Bu gün isə yenidən bazara nəzər salanda görürük ki, hərəkətsiz və durğun bir həftəsonu yaşanır. Bitcoin tərəfində ciddi dəyişiklik yoxdur, lakin Ethereum maraqlı bir vəziyyətdədir – indikatorun maksimum dəyəri olan 100-ə çox yaxınlaşıb və hazırda 99.44 səviyyəsindədir. Bəs bu nə deməkdir? Buradan hansı nəticəni çıxarmalıyıq?
Hazırda BTC-nin 12 saatlıq qrafikində CryptoAcademy Azərbaycan (CAA) indikatoru satışların ekstrem səviyyəyə çatdığını göstərir. Qiymət vacib bir dəstək zonasında dayanıb. Əgər buradan yeni dib (lower low) gəlmədən sıçrayış görsək, bu hərəkət bizi yeni zirvəyə (ATH) doğru aparacaq impulsun başlanğıcı ola bilər.
İndikatorun istifadə qaydaları ilə bağlı məlumatları birdən-birə yükləməmək üçün onları addım-addım, canlı nümunələrlə birlikdə paylaşacağam. Bu yanaşma həm daha anlaşıqlı olacaq, həm də real bazar şəraitində necə işlədiyini aydın şəkildə göstərməyə imkan verəcək. 📌 Prosesi yaxından izləmək istəyən, sualı olan və ya əlavə dəstəyə ehtiyac duyan hər kəsi aktiv şəkildə chat bölməsinə dəvət edirəm. Sual verməkdən çəkinməyin – məqsədimiz bu alətdən maksimum fayda almağınıza dəstək olmaqdır. 👉 @cryptoacademyazerbaijanchat
Hazırda indikatorun bizə verdiyi əsas mesaj çox sadə və aydındır: Qiymət hazırda günlük zaman çərçivəsində ən ekstremal nöqtəyə çatmış vəziyyətdədir. Yəni qısamüddətli (30 dəqiqəlik və ya 4 saatlıq) baxışla deyil, gündəlik strukturda qiymətin artıq gedəcək çox da yolu qalmayıb. Bildiyiniz kimi, bazar ən sadə formada iki mərhələdən ibarət hərəkət edir: 1. İmpuls (yəni kəskin və davamlı hərəkət), 2. Range (yəni stabilləşmə və yığılma mərhələsi). Hazırkı nöqtədə indikatorun siqnalı bizə onu göstərir ki, bazar yüksəliş impulsunun pik nöqtəsinə çatıb. Bu da o deməkdir ki, növbəti mərhələdə qiymətin bir müddət range fazasına keçməsi daha ehtimal olunandır. Range mərhələsinin baş verməsi üçün isə kiçik, lakin sağlam bir düzəliş dalğası gözləniləndir. Yəni qiymət əvvəlcə bir qədər geri çəkilər, sonra isə yeni bir balans quraraq range daxilində hərəkətə davam edə bilər. 📌 Bu səbəbdən: – Take profit almaq istəyənlər üçün indiki nöqtə ideal fürsət ola bilər. – Uzun müddətdir long mövqedə olanlar risklərini azaldıb, yeni giriş üçün daha aşağı və dəstəkli səviyyələri gözləyə bilərlər. – Təcrübəli treyderlər isə short mövqeləri üçün potensial setupları izləməyə başlaya bilərlər.
Əminəm ki, hazırda hər kəsin beynində müxtəlif suallar və qarışıq fikirlər dolaşır: “Görəsən harada take profit etməliyəm?”, “Bu qədərdir hər long mövqeyim uğurludur, bəs risk nə vaxt artır?”, “İndi izləmə moduna keçməyin vaxtıdırmı?” və s. Məhz bu nöqtədə sizə dəstək olmaq, bu sualları aradan qaldırmaq və narahatlığınızı minimuma endirmək üçün xüsusi bir indikator hazırlamışıq. Bu indikatorun əsas üstünlüyü – bazar strukturundakı zirvə və dib nöqtələrini müəyyən etməsidir. Diqqətinizə çatdırım ki, bu indikator yalnız qeyd etdiyim ekstremal nöqtələrdə istifadə üçün nəzərdə tutulub və doğru zaman dilimlərində tətbiq edildikdə uğur faizi olduqca yüksəkdir – bunu qrafikdən özünüz də müşahidə edə bilərsiz.
Hər vaxtınız xeyir, dəyərli izləyicilər! Əvvəlcə, bazarın bu günlərini səbrlə gözləyən və yüksəlişdən fayda götürməyi bacaran hər kəsi təbrik edir, “gözünüz aydın” deyirəm. Bilirəm ki, qrup üzvlərinin böyük əksəriyyəti hazırda altcoin-lərdə mövqe tutub. Bu dəfəki bazar hərəkəti əsasən Ethereum-un rəhbərliyi ilə baş verdi və çox qısa müddətdə altcoin-lərə də gözəl bir yüksəliş gətirdi. Ümid edirəm ki, bu pozitiv dinamika hər biriniz üçün uğurlu nəticələrə səbəb olar.