Azərbaycan dili və Ədəbiyyat
СтатистикаAzərbaycan dili və Ədəbiyyatla bağlı testlər və izahları.Azərbaycan dilindən maraqlı məlumatlar, sözlərin izahlar
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 6
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- az
- Категория
- Видео (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 73
- 1/48двое суток
- 83
- 1/72трое суток
- 90
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
📚 Feilin şərt şəklinin cümlədəki funksiyası.. Feilin şərt şəkli (-sa, -sə şəkilçisi ilə yaranır) hərəkətin icrasını müəyyən bir şərtlə bağlayır. Yəni bir işin baş verməsi başqa bir işin yerinə yetirilməsindən asılı olur. ✅ Əsas xüsusiyyətləri: Müstəqil cümlənin xəbəri ola bilməz. Təkbaşına cümləni tamamlamır. Yalnız mürəkkəb cümlədə asılı (budaq) cümlənin xəbəri olur. Yəni əsas cümlədəki hərəkətin hansı şərtlə baş verəcəyini bildirir. Şərt bildirir. Bir hadisənin baş verməsi üçün lazım olan vəziyyəti göstərir. 📝 Nümunə: Əgər oxumaq istəsən, mənim kitabımı götürərsən. 👉 “istəsən” — feilin şərt şəklidir və hərəkətin (kitabı götürmək) hansı şərtlə baş verəcəyini bildirir. Başqa nümunələr Dərsini yaxşı oxusan, yüksək qiymət alarsan. Vaxt tapsam, sənə kömək edərəm. Yağış yağsa, gəzintiyə getmərik.
📚Qədim dövr Azərbaycan ədəbiyyatı.
📚 Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin ümumi mübtədası ola bilərmi? ✅ Bəli, ola bilər. Tabeli mürəkkəb cümlələrdə baş cümlə ilə budaq cümlənin bir ümumi (ortaq) mübtədası ola bilər. Bu zaman hər iki cümlədə hərəkəti eyni şəxs və ya eyni varlıq yerinə yetirir. Bəzən mübtəda hər iki cümlədə açıq şəkildə işlənir, bəzən isə budaq cümlədə gizli (ixtisar olunmuş) olur. 📝 Nümunə Mən sənə dedim ki, sənə bu işdə kömək edə bilməyəcəm. 🔹 Baş cümlə: Mən sənə dedim 🔹 Budaq cümlə: (Mən) sənə bu işdə kömək edə bilməyəcəm 👉 Hər iki cümlənin mübtədası eyni şəxsdir — “mən”. Budaq cümlədə mübtəda açıq deyilməsə də, felin şəxs sonluğundan onun mən olduğu bilinir. 📌 Yadda saxla 🔹 Baş və budaq cümlənin mübtədası eyni ola bilər. 🔹 Bu mübtəda bəzən hər iki cümlədə deyilir, bəzən birində gizli olur. 🔹 Tabeli mürəkkəb cümlənin hissələri əsasən tabeli bağlayıcılar və bağlayıcı sözlər vasitəsilə birləşir (məsələn: ki, əgər, çünki, ona görə ki və s.). https://t.me/Filoloqlar123
📚Nizami Gəncəvi.. Sual-cavab ✍
Bağlayıcı haqqında qeyd ✍ ✅ Bağlayıcı – cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir. ✅ İşlənmə yeri: Bağlayıcılar təkcə sözləri deyil, həm də müstəqil cümlələri, abzasları və mətnin müxtəlif hissələrini bir-birinə bağlayır. ✅ Tabesizlik bağlayıcıları: Sadə cümlənin həmcins üzvlərini və ya tabesiz mürəkkəb cümlələrin tərəflərini bir-birinə bağlamaq üçün istifadə olunur. ✅ Tabelilik bağlayıcıları: Yalnız tabeli mürəkkəb cümlələrdə işlənir və cümlənin tərəflərini bir-birinə bağlayır.
без подписи
Qeyd 3_ 📝 ✅Şəxssiz cümlələr mübtədası olmayan, lakin xəbər əsasında formalaşan sadə cümlələrdir. ✅Onların xəbəri III şəxsin təkində olur və müxtəsər və ya geniş ola bilər. ✅Xəbəri: Həmişə III şəxsin təkində olur. ✅Növləri: İsmi xəbərli ("Elimizdə bayramdır") və feili xəbərli ("Sənədlərə baxıldı") olur. ✅Formalaşması: Xəbər əsasında formalaşır. ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
Qeyd 2_ 📝 Qeyri-müəyyən şəxsli cümlələrin xüsusiyyətləri: ✅Hərəkət və hökm qeyri-müəyyən şəxsə aid olur. ✅Mübtədası olmur, xəbəri III şəxsin cəmində (onlar) olur. ✅"Elə bil", "deyəsən", "guya ki", "sanki" kimi modal sözlərlə işlənir. ✅Yalnız feili xəbərli olur. ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
Qeyd 1_ 📝 Ümumi şəxsli cümlələrin xüsusiyyətləri: ✅Hərəkət və hökmün eyni zamanda hamıya aid olduğunu bildirir. ✅Xəbər əsasında formalaşır, mübtədası olmur, xəbəri II şəxsin təki, III şəxsin cəmində olur. ✅Daha çox atalar sözləri, məsəllər və aforizmlərdən ibarət olur. ✅Xəbər əsasında mübtədanı bərpa etmək düzgün olmaz, çünki fikir təkcə bir şəxsə yox, hamıya aiddir. ✅Yalnız feili xəbərli olur. 🔴Yadda saxla: mübtədası olan atalar sözləri müəyyən şəxsli olur. məs: İgid ölər adı qalar. ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
Üslubiyyat (Açar sözlər) 📌 Bədii üslub 1.ekspressivlik,emosionallıq Obrazlılıq ⬇️ Məcazilik Çoxmənalılıq İnversiya Söz təkrarları Frazeoloji birləşmələr Poetizm~məcazi məna 📌 Elmi üslub ⬇️ Dəqiqlik,ardıcıllıq Məntiqilik,konkretlik Terminnsıxlığı Mürəkkəb cümlələr. 📌 Məişət üslubu ⬇️ Nitqin sərbəstliyi Təbiilik,yığcamlılıq Ən geniş yayılmış üslubdur. Dialekt üstü nitq formasıdır,yəni sərbəstdir. 📌 Rəsmi-işgüzar üslub ⬇️ Şifahi forması yoxdur. Dəqiqlik,konkretlik,rəsmi sənədlərin,şəxslərin dilidir. Fərdi nitq ünsürlərindən qaçılır. Obrazlı ifadələr işlədilmir. Yığcamlılıq əsasdır. 📌 Publisistik üslub ⬇️ Qəzet,televiziya,jurnal dilidir. Aydınlıq,kütləvilik,anlaşıqlılıq,təsirlik əsas xüsusiyyətdir. https://t.me/Filoloqlar123
_Tabesiz mürəkkəb cümlə_ *Tabesiz mürəkkəb cümlə müəyyən qrammatik vasitələrlə --- intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir* *Birləşdirmə bağlayıcısı Qarşılaşdırma bağlayıcısı Bölüşdürmə bağlayıcısı İştirak bağlayıcısı İnkar bağlayıcısı Aydınlaşdırma bağlayıcısı* 📌 *İştirak, bölüşdürmə, inkar bağlayıcıları ilə əlaqələnən cümlələr intonasiya ilə əlaqələnə bilmir* 📌 *Birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma bağlayıcıları ilə əlaqələnən cümlələri intonasiya vasitəsilə də əlaqələndirmək olur* *Cümlələrdə məna əlaqələri bunlardır:* •Zaman məna əlaqəsi •Ardıcıllıq məna əlaqəsi •Səbəb-nəticə əlaqəsi •Aydınlaşdırma məna əlaqəsi •Qarşılaşdırma məna əlaqəsi •Bölüşdürmə məna əlaqəsi _Tabeli mürəkkəb cümlə_ 📍_Belə cümlələrin tərkib hissəsi qrammatik cəhətdən biri əsas, digəri isə ondan asılı olur_ 📍_Əsas cümlə *baş*, asılı cümlə isə *budaq* cümlə adlanır_ 📍_Budaq cümlə həmişə baş cümləyə aid olub, onu müxtəlif cəhətdən izah edir_ 📍_Budaq cümlə baş cümlənin ümumi məzmunu ilə bağlı olur və onun məzmununu izah edir_ 📍_İlk baş cümlə sonra budaq cümlə gəlir_ 📍_Bəzi cümlələr var ki, istisna olaraq birinci cümlə qarşılaşdırma ikinci şərt mənası verərsə, budaq birinci gəlir baş ikinci_ 📍_Baş cümlə *kvadratla*, budaq cümlə isə *dairə* ilə göstərilir_ https://t.me/Filoloqlar123
📌 *İLTİSAQİLİYİN POZULDUĞU MİLLİ SÖZLƏR* 🔹 ağız - ağzım 🔹 alçaq - alçal - alçat 🔹 alın-alnım 🔹 atamsız 🔹 ayır – ayrı 🔹 burun - burnum 🔹 bütün – bütöv 🔹 isti - isinmək – isidici 🔹 kiçik – kiçil 🔹 kövrək – kövrəlmək 🔹 külək – küləyin 🔹 qarin - qarnım 🔹 qoyun - qoynumdakı 🔹 qulaq- qulağın 🔹 quru - quraq 🔹 nadinc 🔹 çevir-çevrilmək 🔹 çiçək -çiçəyin 🔹 çiyin - çiynim 🔹 dağıntı- dağınıq - dağılmaq 🔹 evimizdəki 🔹 nakişi 🔹 natəmiz 🔹 oğurlamaq - oğru 🔹 oyan – oyat- oyaq 🔹 oyat- oyadır 🔹 оyun - oyna 🔹 sapsarı 🔹 sarı – saral 🔹 get - gedir 🔹 get- gediş 🔹 gödək – gödərək 🔹 gömgöy 🔹 xalamgil 🔹 islanmaq - islaq - islatmaq 🔹 sarımaq - sarğı 🔹 təptəzə 🔹 uğur- uğrunda 🔹 uzun - uzaq - uzat 🔹 yumşaq - yumşal
_*"Sığmazam" Qəzəli*_ - _ Ana dilindədir._ - _ Əruz vəzninin rəcəz bəhrindədir qəzəl janrındadır._ - _ Qafiyə quruluşu: ''aa,ba,ca,da'' şəklindədir._ - _Beyt şəklindədir._ - _ Sığmazam sözü rədifdir._ - _ Şeirdə alliterasiya, təkrir,təzadlar işlənmişdir._ - _Təriqət şeirlərindəndir.(Hürufiliyə dair nümunə var)_ - _Nəsimi sonda adını keçirsə də özünə müraciət yoxdur._ - _Qəzəl lirik qəhrəmanın monoloqu şəklindədir._ - _Onun sözləri hökm şəklindədir._ https://t.me/Filoloqlar123
📌*_İSMİN HALLARI – ASAN VƏ MARAQLI İZAH_* _İsimlər cümlədə müxtəlif vəzifələr daşıdığı üçün hallanır. Azərbaycan dilində ismin 6 halı var._ _Nümunə söz: Ağac 🌳_ *_1. ADLIQ HAL (kim? nə?)_* _İsmin başlanğıc formasıdır, heç bir şəkilçi qəbul etmir._ ✅ Ağac böyüyür. ✅ Uşaq oynayır. 📌 _Şəkilçisi yoxdur._ ━━━━━━━━━━━━ *2. YİYƏLİK HAL (kimin? nəyin?)* _Bir şeyin kimə və ya nəyə aid olduğunu bildirir._ ✅ Ağacın yarpaqları tökülür. ✅ Məktəbin həyəti genişdir. 📌 _Şəkilçilər:_ -ın, -in, -un, -ün -nın, -nin, -nun, -nün ━━━━━━━━━━━━ *3. YÖNLÜK HAL* _(kimə? nəyə? hara?)_ _İstiqaməti və yönəlməyi bildirir._ ✅ Ağaca yaxınlaşdım. ✅ Məktəbə gedirəm. 📌_Şəkilçilər:_ -a, -ə, -ya, -yə 🤓 Yadda saxla _Hara? sualını verə bilirsənsə, çox vaxt yönlük haldır._ ━━━━━━━━━━━━ *4. TƏSİRLİK HAL* _(kimi? nəyi?)_ _Hərəkətin birbaşa təsir etdiyi əşyanı bildirir._ ✅ Ağacı suladım. ✅ Kitabı oxudum. 📌 _Şəkilçilər:_ -ı, -i, -u, -ü -nı, -ni, -nu, -nü *"Nəyi?" sualını verə bilirsənsə, təsirlik haldır.* ━━━━━━━━━━━━ *5. YERLİK HAL* _(kimdə? nədə? harada?)_ _Yer və məkan bildirir._ ✅ Ağacda quş yuvası var. ✅ Məktəbdə dərs keçir. 📌 _Şəkilçilər:_ -da, -də, -ta, -tə ━━━━━━━━━━━━ *6. ÇIXIŞLIQ HAL* _(kimdən? nədən? haradan?)_ _Uzaqlaşma və ayrılma bildirir._ ✅ Ağacdan alma dərdim. ✅ Məktəbdən gəldim. 📌 _Şəkilçilər:_ -dan, -dən, -tan, -tən ━━━━━━━━━━━━ 🤓 YADDA SAXLAMA ÜSULU 📝 📌 Adlıq → nə? 📌 Yiyəlik → nəyin? 📌 Yönlük → nəyə? 📌 Təsirlik → nəyi? 📌 Yerlik → nədə? 📌 Çıxışlıq → nədən? Bir sözlə: Nə? → Ağac Nəyin? → Ağacın Nəyə? → Ağaca Nəyi? → Ağacı Nədə? → Ağacda Nədən? → Ağacdan.. https://t.me/Filoloqlar123
*Adlardan sifət düzəldən şəkilçilər* -lı⁴--- _dadlı,duzlu,həvəsli,güllü və s._ -sız⁴--- _dadsız,duzsuz,gülsüz və s._ -ı⁴--- _badamı,qəhvəyi,gümüşü,armudu və s._ -i(vi)--- _tarixi,tibbi,hərbi,tərbiyəvi və s._ -cıl⁴--- _zarafatcıl,ölümcül,yuxucul və s._ -dakı²--- _ağacdakı, həyətdəki və s._ -kı⁴--- _indiki,bayaqkı, dünənki,sonrakı və s._ -lıq⁴--- _aylıq,ikilik,donluq və s._ -keş--- _zəhmətkeş,cəfakeş və s._ -ba--- _baməzə,basəfa və s._ -bi--- _bivəfa,bisavad,bivec və s._ -la--- _laməkan,laməzhəb,laqeyd və s._ -kar--- _həvəskar,ecazkar və s._ -dar--- _evdar, əməkdar və s._ -xah--- _xeyirxah, bədxah və s._ -çaq--- _tumançaq və s._ https://t.me/Filoloqlar123
*Yadda saxlayın* 📌_Say yalnız xəbərlik şəkilçisi qəbul edib cümlənin xəbəri olduqda isimləşir._ 📌_Say düzəldən bütün leksik şəkilçilər türk mənşəlidir._ 📌_Ayrı yazılan mürəkkəb əvəzliklərə tərkibi əvəzliklər deyilir._ 📌_-ən/anə/yana/yanə şəkilçiləri alınmadır._ 📌_A, ha bitişdiriciləri ilə yaranan mürəkkəb sözlər isimdir._ 📌_Morfoloji vahid olaraq səbəb zərfi anlayışı dilçilikdə yoxdur._ 📌_Zərf morfologiyanın, zərflik isə sintaksisin terminidir._ 📌_Ol,et,bil,qıl mürəkkəb feillərimiz:↓_ • *Ol(maq)- yaşamaq,qalmaq,iştirak etmək mənasını verirsə sadə olur.* • *Bil(mək) -Öyrənmək,tanımaq, məlumatı olmaq mənasını verirsə sadə olur.* • *Et(mək)- yerinə yetirmək,həyata keçirmək mənasını verirsə sadə olur.* 📌_-ma² inkar şəkilçisi vurğu qəbul etmir._ 📌_Feilin şərt şəkli müstəqil cümlənin xəbəri ola bilmir._ https://t.me/Filoloqlar123
~Ədəbiyyatımızda ilklər💫📝 Qədim dövr Azərbaycan ədəbiyyatı✍🏻📚 ✓İlk avtobioqrafik əsərin qələmə alınması- X.Şirvani- “Töhfətül- İraqeyn” poeması (XII əsr) ✓İlk poemanın qələmə alınması (fars dilində)- X.Şirvani- “Töhfətül- İraqeyn” poeması (XII əsr) ✓Ədəbiyyatımızda ilk nəsr əsərinin yazılması- bədii nəsrin əsasının qoyulması (fars dilində)- X.Şirvani məktubları (XII əsr) ✓ Şahların zülmkarlığından bəhs edən ilk lirik əsər- X.Şirvani- “Mədain xərabələri” qəsidəsi (XII əsr) ✓İlk divanın qələmə alınması- (fars dilində)- Qətran Təbrizi (XI əsr) ✓Rübaidən ilk dəfə istifadə etmişdir- Qətran Təbrizi (XI əsr) –( Testlərdə rübaidən ilk istifadə edən sənətkar M.Gəncəvi olaraq verilir- yanlışdır. Ən gözəl nümunələrini M.Gəncəvi yaradıb) ✓ İlk “Xəmsə” müəllifi- N.Gəncəvi (XII əsr) ✓Ədəbiyyatımızda ilk dəfə poemanın içərisində mənzum hekayələrə yer verilmişdir- N.Gəncəvi –“Sirlər xəzinəsi” (XII əsr) ✓Ədəbiyyatımızda ilk dəfə ikihissəli poema yazılmışdır- N.Gəncəvi – “İsgəndərnamə” (XIII əsr) ✓Ədəbiyyatımızda ilk mənzum roman- N.Gəncəvi –“Xosrov və Şirin” (XIIəsr) ✓Ədəbiyyatımızda ilk vahid süjet xəttinə malik poemanın yazılması- N.Gəncəvi –“Xosrov və Şirin” (XII əsr) ✓Ədəbiyyatımızda ilk hökmdar qadın obrazı- N.Gəncəvi –“Xosrov və Şirin”-Şirin obrazı (XII əsr) ✓Ədəbiyyatımızda ilk ideal qadın obrazı- N.Gəncəvi –“Xosrov və Şirin”- Şirin obrazı (XII əsr) ✓“Leyli və Məcnun” poeması yazan ilk sənətkar- N.Gəncəvi (XII əsr) ✓Şərqə ilk “Leyli və Məcnun həzəci” gətirən şair - N.Gəncəvi (XII əsr) https://t.me/Filoloqlar123
*DEFİSLƏ YAZILAN MÜRƏKKƏB SÖZLƏR* 📚 _Mürəkkəb sözlərin bir qismi defislə (-) yazılır._ _Defislə yazılan mürəkkəb sözlər aşağıdakı qaydalara əsasən müəyyən olunur: 1. Yaxın və ya əks mənalı sözlərin birləşməsi _Bir-birinə yaxın, həmçinin antonim (əks) mənalı sözlər birləşərək defislə yazılan mürəkkəb sözlər əmələ gətirir. *Xüsusiyyətləri:* _Yaxın mənalı sözlər eyni və ya bənzər məfhumları bildirir. _Əks mənalı sözlər bir-birinin ziddini ifadə edir. *Nümunələr:* _Yaxın mənalı: qohum-əqrəba, toy-büsat, ad-san, səsi-sorağı, dost-tanış_ _Əks mənalı: tez-gec, az-çox, enişli-yoxuşlu, gediş-gəliş_ ━━━━━━━━━━━━━━ 2. Eyni sözün təkrarı ilə yarananlar _Eyni sözün təkrar olunması ilə yaranan mürəkkəb zərflər və digər nitq hissələri defislə yazılır. *Xüsusiyyətləri:* _Sözlər dəyişmədən eynilə təkrar olunur. _Əsasən zərf kimi işlənir. *Nümunələr:* _az-az, yavaş-yavaş, dəstə-dəstə, uca-uca_ _İstisna (bitişik yazılanlar): _təkbətək, bitbitə, gözbəgöz, üzbəüz, başabaş_ ━━━━━━━━━━━━━━ 3. Tərəflərindən biri və ya hər ikisi müstəqil mənaya malik olmayanlar _Ayrılıqda işlənə bilməyən və ya leksik mənası olmayan sözlərin iştirakı ilə düzəlir. *Xüsusiyyətləri:* _Biri leksik mənaya malik olmaya bilər. _Hər ikisi leksik mənadan məhrum ola bilər. *Nümunələr:* _Biri mənasız olanlar: kağız-kuğuz, çörək-mörək, ev-eşik, qab-qacaq_ _Hər ikisi mənasız olanlar: əyri-üyrü, xırda-xuruş, dəmir-dümür_ ━━━━━━━━━━━━━━ 4. Bitişdirici ünsürlərlə (-ha-, -a-, -ə-) düzələnlər _Eyni feilin kökləri arasında bitişdiricilərin işlənməsi ilə yaranır._ *Xüsusiyyətləri:* _Hərəkətin ardıcıllığını, intensivliyini və gərginliyini bildirir. *Nümunələr:* _qaç-a-qaç, vur-ha-vur, gəl-ha-gəl, dəy-ər-dəyməz_ ━━━━━━━━━━━━━━ 5. Cəhət bildirən sözlər və izafət tərkibləri _Mürəkkəb cəhət adları və ərəb-fars mənşəli izafət tərkibləri defislə yazılır. *Xüsusiyyətləri:* _Cəhətlərin kəsişmə nöqtələrini göstərir. _Klassik izafət tərkiblərində işlənir. *Nümunələr:* _Cəhətlər: şimal-qərb, cənub-şərq, şimal-şərq_ _İzafətlər: nöqteyi-nəzər, tərcümeyi-hal, kulminasiya-nöqtəsi_ ━━━━━━━━━━━━━━ 6. Qeyri-müəyyən miqdar sayları _Müxtəlif sayların yan-yana işlənməsi ilə təqribi miqdar bildirir. *Xüsusiyyətləri:* _Dəqiq miqdar bildirmir, təxmini say ifadə edir. *Nümunələr:* _üç-dörd, beş-altı, on-on iki, bir-iki_ ━━━━━━━━━━━━━━ *Yadda saxla!* _Yaxın/Əks mənalı_ ➜ _Defislə (-) ➜ dost-tanış, az-çox_ _Eyni sözün təkrarı ➜ Defislə (-) ➜ az-az, yavaş-yavaş_ _Mənasız tərəfi olan ➜ Defislə (-) ➜ kağız-kuğuz, əyri-üyrü_ _Cəhətlər və saylar ➜ Defislə (-) ➜ şimal-qərb, üç-dörd_ 📝 *Nümunə:* _Ev-eşik təmizləndi. ➜ Biri mənasız (Defislə)_ _Şimal-qərb küləyi əsir. ➜ Cəhət (Defislə)_ _O, yavaş-yavaş danışırdı. ➜ Təkrar söz (Defislə)_ _Dost-tanış yığıldı. ➜ Yaxın mənalı (Defislə)_ https://t.me/Filoloqlar123
*Yadda saxlayın* • _Filan →Təyini əvəzlik_ • _Filankəs →Qeyri-müəyyən əvəzlik_ • _Filanıncı →Sıra sayı_ • _Hər →Təyini əvəzlik_ • _Hərə →Qeyri-müəyyən əvəzlik_ • _Hərdən →Zərf_ • _İndi →Zərf_ • _İndiki →Sifət_ • _İndi ki →Bağlayıcı_ https://t.me/Filoloqlar123