tgindex
𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹

𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹

Статистика

🌿Dünyamıza xoş gəldiniz 📚Maraqlı faktlar 💎Dahi şəxsiyyətlər 🔔Və bir çox yeni məlumatlar

Последний пост
22 мая
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
В каталоге с
14 авг.
Подписчики
11 826
−23 за 2 дн.
Сутки
−13
−0,11%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 322
20 постов
Вовлечённость
11,2%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹 pinned a photo

  • Niyə şüşə su butulkası dondurucuda bəzən partlayır❓ Çox adam düşünür: “Sadəcə su dondu.” Amma burada maraqlı kimya var. 👇 Su buza çevriləndə həcmi təxminən 9% artır. ❄️ Bu isə təbiətdə nadir xüsusiyyətdir. Əksər maddələr soyuyanda sıxılır, su isə əksinə — genişlənir. Məhz buna görə: 🔹 şüşə butulkalar çatlaya bilir 🔹 qışda borular partlayır 🔹 buz suyun üzərində qalır Əgər buz batsaydı, göllər dibinə qədər donardı və suda həyat qışda demək olar mümkünsüz olardı. 🌍🌝

  • Psixologiya deyir ki, bu 6 qaydanı anlarsansa, lider sən olarsan ; 1️⃣ Qərarlı cümlələr qur: “Fərq etməz”, “Bilmirəm” kimi ifadələr liderliyi öldürür. Kiçik qərarları belə aydın şəkildə söylə: “Buraya keçək”, “Bunu belə edək.” Liderlik kiçik, aydın qərarlarla başlayır. 2️⃣ Az danış, doğru danış: Çox danışan insan nəzarətsiz görünür. Qısa cümlə, aydın mesaj, düzgün ton. İnsanlar səni anlamaq üçün deyil, izləmək üçün baxır. 3️⃣ Sərhəd qoy, güzəştə getmə: Bir şeyi istəmirsənsə, yumşaltmağa çalışma. Aydın ol. Sərhəd qoyan insan ciddiyə alınır, ciddiyə alınan insan lider olur. 4️⃣ Duyğunu idarə et, reaksiyanı gecikdir: Qəzəblə cavab vermə, incikliyini partlayışa çevirmə. Bir neçə saniyə dayan, sonra danış. Soyuqqanlılıq liderliyin onurğasıdır. 5️⃣ Əməlinlə etibar yarat: Söz deyil, ardıcıllıq önəmlidir. Verdiyin sözü tut, gecikmə, yarımçıq qoyma. İnsanlar “deyəni” deyil, “edəni” izləyir. 6️⃣ Diqqəti yayma, fokusunu qoru: Hər kəsi razı salmağa çalışan, hamının altında qalır. Prioritetlərini bil, lazımsızı kəs.

  • 🔥 Niyə adi kağız yanır, bişirmə kağızı və folqa fərqli davranır❓ 📄 Adi kağız – sellüloz əsaslıdır - istiliyi udur və saxlayır - 230°C-dən sonra parçalanma və alovlanma başlayır - açıq alov və ya sobada asanlıqla yanır 💥 🧻 Bişirmə kağızı – silikonla və ya xüsusi istiliyə davamlı örtüklə işlənir - səthi yağ və suyu az keçirir - İstiliyi daha stabil paylayır və daha yüksək temperaturda stabil qalır (amma hədd aşılarsa o da yanır).🌋 🪙 Alüminium folqa – metal materialdır - İstiliyi ötürmür, əks etdirir - 600°C-dən yuxarıda belə deformasiya və ərimə baş verir (amma yanmır) - oksigenlə birbaşa reaksiyaya girmədiyi üçün “kağız kimi yanma” prosesi yoxdur.⛔️ 📌 Kimya gündəlik həyatda düşündüyümüzdən daha çox şey izah edir. 🌝

  • 17 нояб.1 39082

    🦋Gülə Bənzəyən Dəvədəlləyi Bu gördüyünüz gözəllik orxideya dəvədəlləyidir. Çəhrayı və ya açıq qəhvəyi rəngdə olması və ön ayaqlarını açarkən çiçəyə bənzəməsi səbəbindən ona bu cür ad verilmişdir. Əsasən, Cənub şərqi Asiyanın ekvatorial meşələrində rast gəlinir. Bu cür gözəl görüntüsü isə təbii ki, əsas avantajıdır. Çünki, bu sayədə onu çiçəyə bənzədən arı və digər həşəratları ovlaya, həmçinin də düşmənlərindən qoruna bilirlər.

  • 15 нояб.1 20182

    ‼️YAPONİYADA QR KOD İLƏ QƏBİRLƏR 🔹Yaponiya yenə öz texnologiyaları ilə trenddədir. Artıq Yaponiyada məzarlılarda QR kodu ilə mərhumun bütün məlumatlarını oxumaq mümkün olacaq. 🔹Hər bir qəbirdə xüsusi QR kod quraşdırılmışdır. Əlbəttə mərhumun şəxsi məlumatları göstərilməsə də, onun adı, soyadı, atasının adı və doğulduğu yer haqqında məlumatlar göstəriləcək 🔸Bəs sizcə bu texnologiyanın Azərbaycana gətirilməsi necə olar?🤔 @JacobFaktlar @JacobFaktlarChat

  • 📍Nahar Fasiləsində Uşaqlara Şərab Verən Fransız Məktəbləri 1956-cı ilə qədər məktəbə gedən fransız uşaqlara nahar fasilələrində şərab verilirdi. Hər bir şagirdin gündə dörd stəkan şərab içmək hüququ vardı. Bu qaydalara icazə verib-verməmək isə hər məktəbin öz ixtiyarına verilirdi və əksər məktəblər isə bu qaydalara əməl edib, məktəb yeməkxanalarında şərab, pivə və xırda spirtli içkilər satılırdılar. Məktəblərin bu təcrübəyə icazə vermədiyi hallarda, bəzi valideynlər uşaqlarını məktəbə yola salmazdan əvvəl səhər yeməyi üçün şərab içməyə təşviq edirdilər. 1956-cı ildə hökumət, məktəb yeməkxanalarında spirtli içkilərə qarşı sərt tədbirlər görməyə başladı. Lakin məktəblərdə alkoqolun tam qadağasına 1981-ci ilin sentyabrında nail olundu.

  • Nəsli kəsilmək üzrə olan primat növlərindən Kolobus meymununun üz cizgiləri. Gözləri insan gözünə necədə bənzəyir.🤨 @Jacobfaktlar

  • 📌 Real həyatdan: Çox güclü motivasiya Amerikada Kolumbiya Universitetinin bir tələbəsi riyaziyyat dərsində yuxuya getdi. Oyananda dərs bitmişdi və səs-küy eşitdi, lövhədə iki tapşırıq gördü. “Evdə həll edərəm,” — düşündü. Amma işin üstünə oturduqda, tapşırıqların inanılmaz dərəcədə çətin olduğunu anladı. Buna baxmayaraq, geri çəkilmədi — bütün vaxtını və gücünü buna həsr etdi. Növbəti dərsdə müəllimin tapşırıqları dərhal yoxlamadığını görüb heyrətləndi. Tələbə əl qaldırıb soruşdu: — Müəllim, niyə əvvəlki tapşırıqları yoxlamırsınız? Onlar vacib deyildimi? Müəllim gülümsəyərək dedi: — Əzizim, bu heç tapşırıq deyildi. Mən sizə yalnız dünyada hələ heç kəsin həll edə bilmədiyi riyazi problemlərin nümunələrini göstərmişdim. Tələbə çaşdı — və sakitcə dedi: — Amma mən onları həll etdim… Və həqiqətən: onun həlləri tanındı. Bu tapşırıqlarla bağlı dörd elmi iş hələ də universitetdə saxlanılır, insan ruhunun möcüzəvi gücünün sübutu kimi.

  • 📌 Gec deyil. Sadəcə başla. Van Deşun • 63 yaşında ingilis dilini öyrəndi • 67 yaşında idman zalına getməyə başladı • 79 yaşında model oldu və gənclərlə birgə podiuma çıxdı 🧠 Məsələ yaşda deyil, o yaşda beynində nə olduğundadır

  • 🫀Ürəyi Olmadan 2 İl Yaşayan İnsan Amerikalı Stan Larkin həyatının 2 ilə yaxın müddətini bədənində ürək olmadan yaşayıb. O, bütün bu müddət ərzində ürək əvəzinə bel çantasında daşıdığı "Syncardia" adlanan xüsusi bir cihazla bədənini qanla təmin edib. Həmin bu yolla həyatda qalan ilk insan kimi tarixə düşən Stan Larkin, nəhayət 2016-ci ilə gəlindikdə ürək donoru taparaq yeni bir ürəklə təmin edilib. (İstinad: Maraqlidirbu Blogspot Com) @Jacobfaktlar

  • 🤢Ən Pis Qoxulu Meyvə Durian meyvəsi xarici qabığının pis qoxusuna görə dünyanın ən pis qoxulu meyvəsi kimi tanınır. Cənub-Şərqi Asiyada yetişdirilən durian meyvəsi bəzi bölgələrdə “cənnət və cəhənnəmin meyvəsi” kimi də tanınır. Bunun səbəbi tikanlı qabığının, pis qoxusunun cəhənnəmə, dadı və faydasının isə cənnətə bənzədilməsidir. Asiyada bütün otel və bir çox restoranlarda kəskin qoxusuna görə meyvədən istifadə qadağan olunmuşdur. Hazırda Azərbaycan üzrə satış qiyməti: təqribən 3 kiloluq 1 ədədi 70 manatdır. @Jacobfaktlar

  • 😳4400 Metrdən Yerə Çırpılan, Qarışqaların Dişləməsi İlə Həyatda Qalan Qadın 1999-cu ilin sentyabrında amerikalı idmançı 30 yaşlı Coan Mürrey 4400 metr hündürlükdən tullanarkən əsas paraşütü açılmır. Onun uçuşu nəzarətdən çıxır və ehtiyat paraşüt da hava həcminin çox hissəsini itirdiyi üçün köməyə gəlmir. Beləliklə o, saatda 129 kilometr sürətlə yerə çırpılır. Çırpıldığı yer tropik qarışqaların yuvası olur və onu bir neçə yerindən çox sayda qarışqa dişləyir. Nə qədər qəribə səslənsə də həmin qarışqaların dişləməsi onun həyatını xilas edir. Belə ki, qarışqa sancması qanda adrenalin səviyyəsini kəskin şəkildə artırır və ürəyin dayanmasına qoymur. Daha sonra həkimlərin müdaxiləsi ilə Mürrey həyatda qalır. @Jacobfaktlar

  • ‼️💸 Almaniyanın "Robin Hood" Bankiri 🔹2003–2005-ci illərdə Almaniyada bir bank müdiri qadın, varlı müştərilərin hesablarından 7.6 milyon avronu heç bir şəxsi mənfəət güdmədən kasıblara köçürdü. O, 117 dəfə köçürmə edərək ehtiyac içində olan insanlara yardım göstərdi — kirayəsini ödəyə bilməyənlərə, ailəsini dolandıra bilməyənlərə dəstək oldu. 🔹Mediada “Robin Hood Bankiri” kimi tanınan bu qadın, bütün yardımları gizli şəkildə və tamamilə insani niyyətlərlə etmişdi. Lakin bu əməl sonradan üzə çıxdı və 2009-cu ildə o, 22 aylıq şərti həbs cəzası aldı. 🔹O, nə şöhrət, nə də pul axtarırdı, sadəcə insanların həyatda qalması üçün risk etdi. 🔸Bəzən bir insanın vicdanı, qanun kitablarından daha güclü olur. 🔸Fikirləriniz Maraqlıdır🤔 @JacobFaktlar

  • 𝑱𝑨𝑪𝑶𝑩 𝑭𝑨𝑲𝑻𝑳𝑨𝑹 pinned a photo

  • 👶Abort Statistikası Hər il dünyada 73 milyona yaxın abort edilir. Bütün gözlənilməyən hamiləliklərin 10-dan 6-sı (61%) və bütün hamiləliklərin 10-dan 3-ü (29%) abortla bitir. Dünyada ən çox abort halının baş tutduğu ölkə Vyetnamdır. Belə ki, bu ölkədə hər 1000 hamilə qadından 64-ü abort etdirir. Abortların 88%-i inkişaf etməkdə olan ölkələrdə baş tutur. Maraqlıdır ki, abortun qeyri-qanuni olduğu ölkələrdə abort nisbətləri qanuni olduğu ölkələrə nisbətən daha yüksəkdir. Dünyada abortun ən az olduğu ölkə isə Əlcəzairdir. (worldpopulationreview) @Jacobfaktlar ✈️

  • 👶Abort Statistikası Hər il dünyada 73 milyona yaxın abort edilir. Bütün gözlənilməyən hamiləliklərin 10-dan 6-sı (61%) və bütün hamiləliklərin 10-dan 3-ü (29%) abortla bitir. Dünyada ən çox abort halının baş tutduğu ölkə Vyetnamdır. Belə ki, bu ölkədə hər 1000 hamilə qadından 64-ü abort etdirir. Abortların 88%-i inkişaf etməkdə olan ölkələrdə baş tutur. Maraqlıdır ki, abortun qeyri-qanuni olduğu ölkələrdə abort nisbətləri qanuni olduğu ölkələrə nisbətən daha yüksəkdir. Dünyada abortun ən az olduğu ölkə isə Əlcəzairdir. (worldpopulationreview) @Jacobfaktlar 📨

  • 🕷Qurd Hörümçək: Balalarını Belində Daşıyan Ana 🔹Qurd hörümçək (Araneidae) təbiətdə analığın nadir və təsirli nümunələrindən biridir. Dişi hörümçək balalarını təkcə yumurtalardan çıxanadək qorumaqla kifayətlənmir, onları öz bədəninin arxa hissəsindəki xüsusi “balqabığı”nda daşıyır. Bu üsulla balalarını yırtıcılardan və sərt təbii şəraitdən qoruyur. 🔹Balalar ananın bədənində sanki kiçik bir qalada olur, bu isə onların təhlükəsizliyini maksimum səviyyədə təmin edir. Qurd hörümçəyin bu fədakarlığı analıq instinktinin gücünü və gələcək nəsilə olan sonsuz səbrini göstərir. 🔹Beləliklə, qurd hörümçək təbiətdə analığın və qoruyuculuğun ən təmiz simvolu olaraq qalır. 🔸Fikirlərinizi bölüşməyi unutmayın💙 @JacobFaktlar

  • 📍Maladaptive daydreaming — yəni həyatın reallığından qaçaraq, həddindən artıq və zərərli şəkildə xəyal qurmaqdır. 🔹Bu hal insanın gündəlik işini, sosial əlaqələrini və ümumi rifahını mənfi təsir edə bilər. 🔹Xəyal qurmaq normaldır və yaradıcı düşüncənin bir hissəsidir. Amma maladaptive daydreaming zamanı xəyal dünyası insanın həyatında önəmli yer tutur, hətta onun üzərində hakimiyyət qazanır. Nəticədə, insan real həyatda diqqətini itirir, vaxtını səmərəsiz keçirir və emosional yorğunluq yaşayır. 🔹Bu problem rəsmi diaqnoz olaraq tanınmasa da, psixoloqlar onun insanın psixoloji sağlamlığına təsir etdiyini qeyd edirlər. 🔸Bəs səndə bu xəstəlik var? @JacobFaktlar

  • 👩🏻Bu Saç Düzümünə 16 Min Dollar Verərdiniz? Dünyada ən bahalı saç kəsimi 2007-ci ildə Londonda Stuart Phillips salonunda baş tutub. Həmin saç kəsimini salonun sahibi, məşhur stilist Stuart Phillips şəxsən özü edib və saç düzümü etdiyi xanım isə italiyalı milyonçu Beverli Lateo olub. 16.420 dollarlıq saç düzümü paketinə şampan, baş və baş dərisi masajı, L'Oreal saç məhsulları və müalicə vasitələri, hava limanından limuzinlə qarşılama və geri yola salma, birdə əlbəttə ki, Stuart Phillipsin əl bacarıqları daxil idi. ✅ @Jacobfaktlar