tgindex
Mafia News 🇦🇿

Mafia News 🇦🇿

Статистика

Sual və problemlər üçün @MafiaCombatSupport Kanal: 🇷🇺 @MafiaNewsRu Kanal: 🇹🇷 @MafiaNewsTr Bot: @CombatMafiaSOBot

Последний пост
1 авг.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
und
Категория
Новости и СМИ
В каталоге с
14 авг.
Подписчики
738
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
158
20 постов
Вовлечённость
21,4%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
99
1/48двое суток
113
1/72трое суток
122

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 📢 Əziz dostlar! Artıq yeni versiya ilə bağlı bütün rəsmi məlumatlar yalnız @combatmafianew qrupunda paylaşılacaq. ✅ Sadəcə @combatmafianew qrupuna qoşulun və bu gün ərzində yeni versiya ilə bağlı bütün yenilikləri, elanları və vacib məlumatları ilk siz öyrənin. ℹ️ Bu paylaşımdan sonra bu kanalda yeni versiya ilə bağlı heç bir məlumat dərc edilməyəcək. Burada yalnız köhnə versiya ilə bağlı xəbərlər paylaşılacaq. 🚀 Yeni versiya = @combatmafianew. Bizi orada izləməyi unutmayın!

  • без подписи

  • 📢 Qrup Reytinqi Mükafatları Gəlir! Qruplar arasında rəqabəti artırmaq və aktiv icmaları daha çox mükafatlandırmaq üçün Aylıq və Həftəlik Qrup Reytinqləri əlavə olunur. 🏆 Aylıq Qrup Reytinqi Hər ay Top 5 qrup arasında ümumilikdə 300 💎 paylaşdırılacaq. ⚡ Həftəlik Qrup Reytinqi Hər həftə Top 5 qrup arasında ümumilikdə 50 💎 paylaşdırılacaq. --- 💎 Mükafatlar necə istifadə olunacaq? Qazanılan kristallar avtomatik olaraq iki hissəyə bölünəcək. 🏅 Top Qruplar balansı (50%) Bu balans qrupun bot daxilində tanıdılması üçün istifadə olunur. Balans artdıqca qrup: • 📢 /start bölməsində, • 👤 /profile bölməsində Top Qruplar siyahısında daha yüksək mövqedə görünəcək. Bu da qrupun daha çox istifadəçi tərəfindən kəşf edilməsinə və yeni üzvlər qazanmasına kömək edəcək. 🎁 Oyun sonu mükafat balansı (50%) Bu balans qrup daxilində keçirilən oyunlar üçün nəzərdə tutulub. Bot hər oyunun sonunda qaliblərə avtomatik olaraq bu balansdan 💎 kristal hədiyyə edəcək. Balans artdıqca oyunçular da daha çox mükafat qazana biləcəklər. --- ✅ Yeni sistemin üstünlükləri ✔️ Aktiv qruplar hər həftə və hər ay əlavə mükafat qazanacaq. ✔️ Qruplar bot daxilində daha çox tanıdılacaq və yeni üzvlər cəlb edə biləcək. ✔️ Qrup oyunlarının qalibləri əlavə 💎 kristallar əldə edəcəklər. ✔️ Qrup rəhbərləri və üzvləri birlikdə aktiv olduqca həm qrupun tanınması, həm də oyun sonu mükafat fondu artacaq. 🎭 Qrupunuzu aktiv saxlayın, reytinqdə yüksəlin və birlikdə daha çox 💎 qazanın!

  • 📢 XP Reytinq Sistemi Yenilənir! Daha maraqlı və daha ədalətli yarış mühiti yaratmaq üçün reytinq sistemində dəyişiklik edirik. ### 📌 Köhnə sistem Əvvəllər iki ayrı reytinq mövcud idi: 🏅 Top Mission 💎 Ümumi mükafat fondu: 1392 💎 ⭐ Top Star 💎 Ümumi mükafat fondu: 560 💎 Beləliklə, hər ay ümumilikdə 1952 💎 paylanırdı. Bu sistemdə oyunçular iki fərqli reytinq arasında bölünürdü və hər kəs eyni reytinqdə yarışmırdı. --- ## 🚀 Yeni sistem Artıq Top Mission və Top Star reytinqləri birləşdirilir və onların yerinə yalnız XP Reytinqi olacaq. 💎 Ümumi aylıq mükafat fondu: 2000 💎 Bu fond aşağıdakı kimi bölünəcək: 🏆 Aylıq XP Reytinqi — 1500 💎 • Ayın sonunda Top 10 oyunçu arasında paylaşdırılacaq. ⚡ Həftəlik XP Reytinqi — 500 💎 • Ay ərzində keçiriləcək 4 həftəlik reytinq üçün nəzərdə tutulub. • Hər həftə Top 10 oyunçu arasında 125 💎 paylaşdırılacaq. --- ### ✅ Yeni sistemin üstünlükləri ✔️ İki ayrı reytinq əvəzinə bütün oyunçular eyni XP reytinqində yarışacaq. ✔️ Aylıq əsas mükafat əvvəlki kimi yüksək qalacaq və ən aktiv oyunçular mükafatlandırılacaq. ✔️ Hər həftə əlavə mükafat qazanmaq imkanı yaranacaq. Ayın əvvəlində geridə qalsanız belə, növbəti həftə yenidən Top 10-a düşə bilərsiniz. ✔️ Daha çox aktivlik, daha çox rəqabət və hər kəs üçün daha bərabər imkanlar. 🎭 Yeni XP Reytinq sistemində hər kəsə uğurlar!

  • Qeyd: Köhnə botlarda reytinqlər sıfırlandı. Bu aydan etibarən reytinqlər həftəlik və aylıq olaraq mükafat verəcək. Hansı bölmə üzrə olacaq mükafatlar gün ərzində qeyd ediləcək. Top Star və Mission Star bölmələri gün ərzində botdan çıxarılacaq. Artıq Yalnız XP xalı üzrə hədiyyələr paylanacaq bu həftədən etibarən.

  • New Version Bot's Test Group @CombatWar

  • 📢 Hörmətli istifadəçilər! Son günlər ərzində müxtəlif ölkələrdən yeni sistemlə bağlı çoxlu fikir, təklif və rəylərinizi SoAdmin hesabına göndərdiyiniz üçün hər birinizə təşəkkür edirik. ❤️ Eyni zamanda Support qruplarında bir çox istifadəçinin yeni sistemi bəyəndiyini, digər bir qismin isə uzun illərdir öyrəşdiyi köhnə sistemi heç bir halda dəyişmək istəmədiyini görürük. Biz hər iki tərəfin fikrinə hörmətlə yanaşırıq. Siz illərdir bu botlarda oyun oynayıb profilinizi inkişaf etdirmisiniz, dostlar qazanmısınız və öyrəşdiyiniz bir oyun sistemi formalaşıb. Digər tərəfdən isə biz də təxminən 7 aydır dayanmadan çalışaraq layihəni tamamilə yeniləmişik və gələcəkdə gətirməyi planlaşdırdığımız bir çox yenilik yalnız yeni sistem üzərində mümkün olacaq. Bu səbəbdən hər kəsi razı salacaq qərar vermək bizim üçün olduqca çətin idi. Səsvermə keçirsəydik, nəticədən asılı olmayaraq istifadəçilərin bir hissəsi istəmədiyi sistemdən istifadə etməyə məcbur qalacaqdı. Buna görə ortaq bir qərar qəbul etdik. 📌 Qərarımız 🔹 Köhnə versiya olduğu kimi fəaliyyətini davam etdirəcək. Burada yalnız kiçik yeniliklər əlavə ediləcək. İlk mərhələdə: 👧 Qızlar 🆚 Oğlanlar rejimi; 🎭 Yeni rol. Bundan başqa köhnə sistem üçün böyük yeniləmələr planlaşdırılmır. 🔹 Ideal Mafia və Combat Mafia üçün isə tamamilə ayrıca Yeni Versiya botları istifadəyə veriləcək. Yeni sistemə keçmək istəyən istifadəçilər cəmi 5 Kristal ödəyərək keçid edə biləcəklər. Eyni şəkildə, sonradan yenidən köhnə sistemə qayıtmaq istəyənlər üçün də keçid həmişə açıq olacaq və bunun qiyməti də 5 Kristal təşkil edəcək. Beləliklə, hər bir istifadəçi istədiyi versiyada oynaya biləcək və heç kim məcburi şəkildə yeni və ya köhnə sistemə keçməli olmayacaq. 📢 Bundan əlavə, Yeni Versiya üçün ayrıca 2 yeni Telegram kanalı yaradılacaq. Bundan sonra: 🆕 Yeni sistemlə bağlı bütün xəbərlər həmin kanallarda paylaşılacaq. 📜 Köhnə sistemlə bağlı yeniliklər isə bu mövcud kanallarda paylaşılmağa davam edəcək. Ümid edirik ki, bu qərar hər iki tərəf üçün ən ədalətli həll olacaq və hər kəs öz seçiminə uyğun şəkildə oyundan zövq almağa davam edəcək. ❤️

  • 🆕 Yeni Rollar - Gün ərzində aktiv olacaq ⚠️ Qeyd: Bu yenilənmə hazırda yalnız yeni sistem botlarına aiddir. @CombatMafia2Bot,@IdealMafia2Bot,@MafiaSOBot 💰 Soyğunçu Sən — 💰 Soyğunçusan! Mafiya tərəfindəsən və əsas məqsədin oyunçuların pullarını oğurlayaraq varlanmaqdır. 💵 Pul oğurla: Hər gecə seçdiyin oyunçudan təsadüfi olaraq 70, 80, 90 və ya 100 dollar oğurlayırsan. ⚠️ Əgər hədəfin balansında kifayət qədər pul yoxdursa, mümkün olan məbləğ avtomatik olaraq oğurlanacaq. 🤓 Xain Sən — 🤓 Xainsən! Vətəndaş tərəfindəsən və gizli casus kimi təhlükəli rolları ifşa edirsən. 🕵️ İfşa et: Hər gecə bir oyunçu seçirsən. Əgər həmin oyunçu Don, Mafiya rolundadırsa, onun rolu bütün oyunçulara açıqlanır. 📢 Diqqət: İfşa zamanı yalnız hədəfin rolu deyil, sənin də Xain olduğun açıq şəkildə göstərilir. Bu bacarıq kimliyini gizli saxlamır. 🛍 Satıcı Sən — 🛍 Satıcısan! Müstəqil rolsan və məqsədin ticarət edərək qazanc əldə etməkdir. 🤝 Təklif et: Hər gecə bir əşya seçərək onu istədiyin oyunçuya mağaza qiymətinin 50%-i ilə təklif edə bilərsən. 💳 Hədəf bu təklifi qəbul edə və ya rədd edə bilər. 🏆 Qələbə: Oyunun sonunda sağ qalsan və ya oyun ərzində ən azı 1 uğurlu satış həyata keçirsən, qalib sayılırsan. Satış baş tutubsa, sonradan ölsən belə qələbə sənin hesab olunur. ⚙️ Qeyd: Bu rolların hər birini qrup Ayarlar bölməsindən ayrıca aktiv və ya deaktiv etmək mümkün olacaq. Əlavə yenilənmə: Komanda modlarını artıq Random və ya Komandaya uyğun qoşulmaq mümkündür

  • 🧪 Test Botları artıq aktivdir! Yeni sistemi əvvəlcədən sınaqdan keçirə bilməyiniz üçün test botları istifadəyə verildi. 🤖 Combat Mafia Test Botu @CombatMafia2Bot 🤖 Ideal Mafia Test Botu @IdealMafia2Bot Botları qrupunuza əlavə edərək yeni sistemi test edə, oyunlar oynaya və qarşılaşdığınız sual, təklif və ya problemləri Support qrupunda bizə bildirə bilərsiniz. 🎁 Qeyd: Test prosesində bütün istifadəçilərə sistemi rahat sınaqdan keçirə bilmələri üçün başlanğıc bonusları təqdim olunacaq. 💬 Rəyləriniz və təklifləriniz yeni sistemin daha da təkmilləşdirilməsində böyük rol oynayacaq.

  • 📢 Ideal Mafia & Combat Mafia üzrə böyük yenilənmə! Sabah gün ərzində Ideal Mafia və Combat Mafia botlarında keçiriləcək səsvermənin nəticəsinə əsasən hər iki botun yeni sistemə keçirilməsi ilə bağlı yekun qərar veriləcək. ⚠️ Qeyd: Yenilənmə yalnız birlikdə tətbiq olunacaq. Yəni ya hər iki bot yenilənəcək, ya da hər ikisi hazırkı sistemdə qalacaq. Aşağıda yeni sistemin əsas üstünlükləri və müvəqqəti çatışmazlıqları qeyd olunub. ❌ Mümkün çatışmazlıqlar • Hazırda öyrəşdiyimiz bəzi rollar yeni sistemdə müvəqqəti olaraq mövcud olmaya bilər. Bunun əvəzində isə çoxlu yeni rollar əlavə olunacaq. • Fərarilik sistemi artıq olmayacaq. • Bəzi funksiyalar ilk günlərdə müvəqqəti işləməyə bilər, lakin qısa müddət ərzində əvvəlki vəziyyətinə gətiriləcək. • Bəzi oyun mesajlarının görünüşü dəyişəcək. ✅ Yeni sistemin üstünlükləri 😀 Hərəkətli emojilər Artıq yalnız adi emojilər deyil, Telegram-ın hərəkətli (Animated Emoji) emojilərindən də istifadə etmək mümkün olacaq. 🌐 Şəxsi Web Profil Hər bir oyunçunun özünə məxsus Web Profil olacaq. Burada: 🎮 Oyun statistikanız 🏆 Nailiyyətləriniz 📈 Reytinqiniz 💎 Balansınız və bir çox digər məlumatları izləyə biləcəksiniz. 🎁 Gündəlik hədiyyələr Web Profil vasitəsilə: 💎 Gündəlik kristal 💵 Gündəlik dollar 🎡 Pulsuz Şans Çarxı və gələcəkdə əlavə olunacaq digər mükafatları əldə edə biləcəksiniz. 🌍 16+ dil dəstəyi Dil sistemi tamamilə yenilənir. Yeni sistemdə 16-dan çox dil dəstəklənəcək. Bu isə botların daha çox ölkədə tanınmasına, Telegram reklamlarının genişlənməsinə və yeni oyunçuların qoşulmasına imkan verəcək. 🏰 Klan sistemi Artıq hər kəs öz Klanını yarada biləcək. Klanlar: 🏆 Turnirlərdə iştirak edə biləcək 👥 Digər klanlarla yarışacaq 🎁 Xüsusi mükafatlar qazanacaq 👥 Qruplar üçün yeniliklər ✨ Gecə və gündüz animasiyalarını istədiyiniz kimi dəyişə biləcəksiniz. ⚡ Bot daha stabil işləyəcək və donmalar minimuma enəcək. 🎭 Müxtəlif oyunçu sayları üçün hansı rolların istifadə olunacağını ayarlardan seçmək mümkün olacaq. ✏️ İstənilən rolun adını və emojisini dəyişmək mümkün olacaq. 📜 Qrup Log sistemi vasitəsilə bütün hadisələri canlı izləyə biləcəksiniz. Hansı bacarıq işlədildi? Kim nə etdi? Gecə və gündüz nələr baş verdi? Bütün bunları ətraflı şəkildə görmək mümkün olacaq. Bu sistem turnirlərin idarə edilməsini də xeyli asanlaşdıracaq. 🎮 Yeni oyun rejimləri Yeni sistemlə birlikdə aşağıdakı oyun rejimləri əlavə olunacaq: 👧 Qızlar vs Oğlanlar 🏰 Klan Döyüşləri 🌈 2–6 Komandalı oyun rejimi 🧟 Combat Mafia üçün tam yenilənmiş Zombi Modu ⚙️ Daha geniş qrup ayarları Artıq demək olar ki, bütün funksiyaları qrup ayarlarından: ✅ Aktiv etmək ❌ Deaktiv etmək mümkün olacaq. 🐾 Qeyd Heyvanlar sistemi yalnız Combat Mafia botunda qalacaq. Digər Mafia botlarında bu sistem deaktiv ediləcək. 💬 Fikirləriniz bizim üçün önəmlidir! Bu yenilənmə ilə bağlı bütün təklifləriniz, suallarınız və fikirləriniz bizim üçün dəyərlidir. Bunun üçün Support qrupları 1 günlük aktiv ediləcək və bütün suallarınızı birbaşa bizə ünvanlaya biləcəksiniz. 🗳️ Son olaraq... Sabah keçiriləcək səsvermənin nəticəsinə əsasən yekun qərar veriləcək. Ya hər iki bot birlikdə yeni sistemə keçəcək, ya da hər ikisi mövcud sistemdə fəaliyyətini davam etdirəcək. Sizin səsiniz bu qərarda əsas rol oynayacaq. ❤️

  • # 🚀 Gələn ay Mafia-da möhtəşəm yeniliklər! Yeni ayla birlikdə Mafia tarixinin ən böyük yeniləmələrindən biri istifadəyə veriləcək! Bunlar yalnız başlanğıcdır – qarşıda sizi daha çox sürpriz gözləyir. 🎉 ## 👨🏼‍⚖️ Yeni rol — Hakim Oyuna tamamilə yeni Hakim rolu əlavə olunur! ⚖️ Hakim oyun ərzində 2 dəfə səsverməni ləğv edə bilər və həmin gün heç kim linç olunmayacaq. 🛡️ Gecə ona edilən ilk hücum boşa çıxır. ⚔️ Hücum edənləri isə əfv etmək və ya cəzalandıraraq öldürmək seçimi olacaq. --- ## 🏆 Mükafat sistemi tamamilə yenilənir! Artıq bütün mükafatlar XP xallarına əsasən hesablanacaq. ❌ Top Star və Missiya Star sistemləri ləğv edilir. 🔥 Bunun əvəzinə: * 🗓 Həftəlik mükafatlar * 🏅 Aylıq mükafatlar * 🎁 Xüsusi günlərdə gündəlik bonus mükafatları hamısı XP reytinqi əsasında veriləcək. --- ## 🎮 2 yeni oyun rejimi ### 🌈 Komanda Modu Artıq otaq ayarlarından 2, 3, 4, 5 və ya 6 komandalı oyunlar yaratmaq mümkün olacaq. 🔴🟢🟡🔵🟣⚫️ Hər komandanın öz rəngi olacaq və oyunun sonunda sağ qalan son komanda qalib elan ediləcək. ### 👧🏻 Qızlar ❤️ Oğlanlar 👦🏻 Yeni rejimdə oyunçular Qızlar və Oğlanlar komandalarına bölünəcək. Sonda yalnız bir tərəf sağ qalarsa, həmin komanda qalib olacaq və bütün komanda üzvləri mükafat qazanacaq. --- ## 🎨 Qruplar üçün tam fərdiləşdirmə Artıq hər bir qrup öz zövqünə uyğun gecə və gündüz animasiyalarını dəyişə biləcək. Beləliklə, hər qrup özünəməxsus görünüş və atmosfer yarada biləcək. --- ✨ Bunlar yalnız gələn ay təqdim olunacaq yeniliklərin bir hissəsidir. Hazırda daha çox funksiya və sürpriz üzərində işləyirik. Gələn aydan etibarən Mafia-da sizi çox böyük yeniliklər gözləyir! 🚀

  • Yeniliklər ✨ 1️⃣ /gsend — oyun içi paylaşım Artıq /send kimi 2 parametr dəstəkləyir: /gsend 90 2 → 90 kristal, ilk 45 nəfər hərəyə 2💎 Sadə format da qalır: /gsend 90 → hərəyə 1💎 2️⃣ Admin Panel — PUA Bitmiş oyun logunda 🛸 Pua düyməsi görünür. Baxmaq yalnız qrup sahibinə açıqdır.

  • 📢 Qrup balans sistemi yeniləndi! Artıq qrup balansı 3 ayrı hissədən ibarətdir və hər biri fərqli məqsəd üçün istifadə olunur. ### 💎 Qrup balansı (Kassa) /give_group ilə göndərilən bütün 💎-lar əvvəlcə qrup kassasına əlavə olunur. ℹ️ Kassa öz-özünə heç bir bonus vermir. Sadəcə qrupun ümumi balansı kimi saxlanılır. --- ### 🏅 Top balansı Qrupunuzun /profile bölməsindəki Top siyahısında görünməsi üçün istifadə olunur. Top siyahısında olmaq istəyirsinizsə: ➡️ /group → Top paketləri bölməsindən paket əldə edin. --- ### 🎁 Mükafat balansı Oyun bitdikdə qalib oyunçuya 💎 hədiyyə verilməsi üçün istifadə olunur. Bunun üçün: ➡️ /group → Oyun sonu hədiyyələr bölməsindən mükafat balansı alın. --- ## Necə işləyir? 🤔 1️⃣ İstifadəçilər qrupa 💎 göndərir: /give_group 10 2️⃣ Göndərilən 💎-lar qrupun kassasına əlavə olunur. 3️⃣ Qrup admini /group bölməsinə daxil olaraq kassadakı balansdan istədiyi xidməti aktivləşdirə bilər: * 🏅 Top paketləri * 🎁 Oyun sonu hədiyyələr 💡 Qeyd: Əgər qrupunuzun Top siyahısında görünməsinə ehtiyac yoxdursa, Top paketi almağınıza ehtiyac yoxdur. Bu halda 💎-lar sadəcə kassada qalacaq və istədiyiniz zaman başqa xidmətlər üçün istifadə edə biləcəksiniz.

  • 🔥 Böyük yeniləmə: reytinqlər artıq tarix yazır Saytda artıq əvvəlki kimi yalnız aylıq və ya ümumi reytinqə baxmırsınız. İndi hər reytinq cədvəlinə ayrı-ayrı baxa bilərsiniz: 📅 Gündəlik 📆 Həftəlik 🗓 Aylıq 📈 İllik 🏆 Ümumi Hətta bütün reytinqlərin keçmişinə də baxmaq mümkündür. Beləliklə, hər reytinq artıq sadəcə rəqəm deyil — bir tarixdir. Məsələn, hansısa cədvəldə yarışıb qalib oldunuzsa, həmin uğurunuz saytımızda ömürlük saxlanılacaq. Bu sistem növbəti aydan etibarən daha maraqlı reytinq yarışlarının keçirilməsinə imkan yaradacaq. Artıq mükafat fondları təkcə aylıq deyil, həm də gündəlik, həftəlik və illik reytinqlər üzrə təqdim olunacaq. 📊 Canlı reytinqlər: https://mafiaso.app/rating/combatmafia 🗂 Reytinq tarixçəsi: https://mafiaso.app/rating/combatmafia/history 📲 Daha bir gözəl xəbər! Mafia tətbiqimiz artıq həm iOS, həm də Android platformalarında istifadəyə verilib. Artıq Web və mobil tətbiqdə qazandığınız kristalları və dollarları Combat Mafia Telegram botundakı balansınıza köçürə biləcəksiniz. Beləliklə: ✅ Combat Mafia Telegram Botu ✅ Web Platforması ✅ Mobil Tətbiq hamısı vahid ekosistemdə birləşdi. Hər platforma öz üstünlüklərini qoruyur və hamısı eyni hesab üzərindən işləyir. İstəyirsiniz Telegram-da oynayın, istəyirsiniz Web-də oynayın. Hətta Web-də gündəlik hədiyyələri toplayıb qazandıqlarınızı Combat Mafia Telegram botundakı balansınıza köçürə bilərsiniz. Daha çox yenilik isə növbəti aydan etibarən sizi gözləyir. 👀

  • Hörmətli İstifadəçilər sabah gün ərzində sizlərə bir çox yenilənmələr haqqında məlumatlar veriləcəkdir. Artıq Global olaraq bir çox yenilənmələr tətbiq edildi və həqiqətən böyük bir Mafiya ailəsi üçün çox sayda yenilənmələr edildi. Biz artıq ilin əvvəlində başladığımız və qarşımıza qoyduğumuz məqsədlərin demək olar 90%-ını bitirdik. Sabah bizim üçün həyəcanlı və böyük bir yenilənmənin ilk addımı olarağ tarixə keçəcək. Artıq bu gündən sonra sizlərində oyunlarda əldə etdiyiniz başarılar bir tarix olaraq bizim yaddaşımızda qalacaq.... Bəs necə ? Sabahkı yenilənmə məlumatlarında ətraflı hər şey izah ediləcək😉

  • 🆕 Yeniləmə — /send və /change 💸 /send — Tez bas, qazan! /send 10 → 10 nəfər, hərəyə 1💎 /send 10 2 → 5 nəfər, hərəyə 2💎 Mesaj pin olunur 📌 — düyməyə basanlar kristal alır ⚡ 🎲 /change — Şans lotereyası /change 50 → 50💎, 1 qalib Qoşulanlar arasından təsadüfi 1 nəfər qazanır 🍀 15 dəqiqə sonra avtomatik bitir ⏳ ⚠️ Qeyd: Bu komandalar yalnız qeydiyyat mərhələsində işləyir.

  • 🏆 Level XP — İlk Keçən Qazanır! İndi hansısa levelə ilk çatan istifadəçi olursansa, Level XP hədiyyələrin 3 dəfə çox göndərilir! 🎁🎁🎁 Məsələn: Level 5-ə ilk çatan → adi mükafatın 3 qatı 💎💵 Bu xüsusi nailiyyət haqqında elan da paylaşılır 📢 🔥 Daha çox oyna, daha çox XP topla, level atla və ilk olmağa çalış!

  • 🚀 Yeni Level Sistemi artıq aktivdir! Artıq oyun daha maraqlı olacaq! 🎉 Bundan sonra hər oyun bitdikdə XP (Level xalı) qazanacaqsınız. Topladığınız XP ilə leveliniz yüksələcək və hər yeni leveldə sizi dəyərli mükafatlar gözləyəcək. 🏆 📅 Sabahdan etibarən gündəlik missiyaları yerinə yetirməklə də əlavə XP qazana biləcəksiniz. ━━━━━━━━━━━━━━ 🏅 Level Cədvəli 🥷 Level 0 — 0 XP 🎁 0 💎 | 0 💵 🥷 Level 1 — 110 XP 🎁 1 💎 | 100 💵 🥷 Level 2 — 410 XP 🎁 2 💎 | 200 💵 🥷 Level 3 — 1 300 XP 🎁 4 💎 | 400 💵 🥷 Level 4 — 2 500 XP 🎁 7 💎 | 700 💵 🥷 Level 5 — 5 000 XP 🎁 15 💎 | 1 500 💵 🥷 Level 6 — 12 500 XP 🎁 30 💎 | 3 000 💵 🥷 Level 7 — 30 000 XP 🎁 75 💎 | 7 500 💵 🥷 Level 8 — 300 000 XP 🎁 150 💎 | 15 000 💵 🥷 Level 9 — 3 000 000 XP 🎁 400 💎 | 40 000 💵 🥷 Level 10 — 10 000 000 XP 🎁 1 000 💎 | 100 000 💵 🥷 Level 11 — 52 000 000 XP 🎁 1 500 💎 | 150 000 💵 🥷 Level 12 — 120 000 000 XP 🎁 2 500 💎 | 250 000 💵 🥷 Level 13 — 250 000 000 XP 🎁 4 000 💎 | 400 000 💵 ━━━━━━━━━━━━━━ ✨ Nələri əldə edəcəksiniz? ⚔️ Hər oyun oynadıqca XP qazanacaqsınız. 📈 Leveliniz yüksəldikcə daha dəyərli mükafatlar açılacaq. 💎 Diamond və 💵 Dollar hədiyyələri qazanacaqsınız. 🎯 Gündəlik missiyalar vasitəsilə əlavə XP toplamaq mümkün olacaq. ━━━━━━━━━━━━━━ 🔜 Bununla da bitmir! 📢 Bu gün ərzində Missiyalar sistemi də yenilənəcək! Artıq Missiyalar bölməsində yalnız Gündəlik Missiyalar deyil, həm də: 📅 Gündəlik Missiyalar 🗓 Aylıq Missiyalar ⭐️ VIP Missiyalar bölmələri də əlavə olunacaq. Beləliklə, daha çox tapşırıq yerinə yetirərək daha çox XP, 💎 və 💵 qazana biləcəksiniz. 🔥 Qarşıdakı yeniliklər bununla da bitmir. Bizi izləməyə davam edin!

  • 📢 Yeni Komissiya Sistemi Botda /send, /change, /give və /dollar komandalarının komissiya sistemi yeniləndi. Artıq komissiya qalibiyyət sayına görə dəyişmir. Hər kəs üçün sabit komissiya tətbiq olunur. ━━━━━━━━━━━━━━ 💎 Kristal köçürmələri Komandalar: /send • /change • /give Əvvəl: • Komissiya: 1% – 50% (qalibiyyət sayına görə) İndi: • Komissiya: +0.10 💎 (hər transfer üçün sabit) Nümunələr: • /send 10 → Cəmi 10.10 💎 • /give 5 → Cəmi 5.10 💎 • /change 5 → Cəmi 5.10 💎 Məbləğdən asılı olmayaraq komissiya həmişə 0.10 💎 olacaq. ━━━━━━━━━━━━━━ 💵 Dollar köçürmələri Komanda: /dollar Əvvəl: • Komissiya: 1% – 50% (qalibiyyət sayına görə) İndi: • Komissiya: +1000 💵 (hər transfer üçün sabit) Nümunələr: • /dollar 1000 → Cəmi 2000 💵 • /dollar 10000 → Cəmi 11000 💵 ━━━━━━━━━━━━━━ ✅ Bu yeniliyin üstünlükləri • Sadə və aydın – Komissiyanı əvvəlcədən biləcəksiniz. • Kristal transferləri daha sərfəlidir – Xüsusilə kiçik və orta məbləğlərdə əvvəlkindən xeyli az komissiya tutulur. • Hər kəs üçün bərabər qayda – Yeni və köhnə oyunçular eyni komissiyanı ödəyir. • Balans yoxlanılır – Balansınız məbləğ + komissiyanı qarşılamırsa, transfer həyata keçirilmir. ━━━━━━━━━━━━━━ 📌 Qısa xatırlatma /send 10 → 10.10 💎 lazımdır. /give 5 → 5.10 💎 lazımdır. /change 5 → 5.10 💎 lazımdır. /dollar 1000 → 2000 💵 lazımdır. 💬 Sualınız olarsa, qrupda adminlərə müraciət edə bilərsiniz.

  • Sabahınız xeyir Mafiya üzvləri Biz bu gün demək olar botu yenidən kodlaşdırdıq və indi daha rahat yenilənmələr edə biləcəyik. 5 illik lahiyəni indi köklü şəkildə dəyişdiyimiz üçün bu gün xırda problemlər çıxa bilər. Zəhmət olmasa hər hansısa problem çıxarsa @soadmin hesabına yazın biz problemi tez bir zamanda həll edək. Bu gün sonuna kimi hər şey tam qaydasına salınacaq və beləliklə bu gündən etibarən artıq heç bir donma olmadan rahatlıqla oynaya biləcəksiniz və bizdə öz növbəmizdə gələcəkdə sizlər üçün marağlı yenilənmələri rahat edə biləcəyik 😊