𝓜𝓸𝓽𝓲𝓿𝓪𝓼𝓲𝔂𝔂𝓪♡
Статистика💜𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑠𝑖𝑦𝑎 𝑞𝑟𝑢𝑝𝑢💜 ❀Bu qrupda motivasiyaya aid şəkillər,videolar, anketlər, pdf'lər və bir çox maraqlı məlumatlar paylaşılacaqdır💜⚡️ ꧁ 🎯İnan, çalış və uğur qazan ꧂ Luna_0.29 ✦08:02:2024✦
- Последний пост
- 25 июн.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
-ˋˏ✄┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈ Unutmayın, nə olur olsun yenədə positiv qalmağa çalışın😊 Həyat təbəssümündə canlanır🫠🫶🎀
без подписи
Olacaqsınızz, əsas odur ki iradınizi itirməyin✨💞📚
Hal-hazırda statistika:
без подписи
Şagirdlərə motivasiya😍 "Çox çətindir, edə bilmirəm, vaxtım yoxdu". Daha nə qədər özünü bu bəhanələrlə təsəlli edəcəksən?🥲 Hər kəs yuxarıdan yoxsa ən aşağıdan başlıyıb? Kim birdən birə zirvəyə qalxıb ki? Hamı 0-dan başlayır. Axı,sən məqsədinə çatmaq üçün bu çətinliklərə dözməlisən🍃Yadında saxla ki Zirvəyə çatmaq üçün bəzən ən dibi görməlisən. Çünki sənin yerinə heç kim sənin öz işlərini görməyəcək. Günəş kimi parlayın hər zaman✨🎈 Daha çoxu üçün: 🌸@gladness🌸
Buyurub qoşula bilərsiz🎀 paylaşımları çox superidir https://t.me/solancicey https://t.me/esqinhesreti
📚Ən yaxşı öyrənmək üsulu öyrəndiyinizi başqalarına öyrətməkdir.👩🎓 Təcrübə göstərir ki, öyrəndiyimizin: 💎➜5% yadda qalır – dərsə sadəcə qulaq asanda; 💎➜10% yadda qalır – öyrəndiyiniz barədə əlavə məlumat oxuyanda; 💎➜20% yadda qalır – öyrənmə zamanı audio və video kontentdən istifadə olunsa; 💎➜30% yadda qalır – əgər öyrəndiyiniz əyani şəkildə nümayiş olunursa; 💎➜50% yadda qalır – öyrəndiyiniz qrupda müzakirə olunsa; 💎➜75% yadda qalır – öyrəndiyinizi təcrübədə tətbiq edəndə; 💎➜90% yadda qalır – öyrəndiyinizi başqalarına öyrədəndə. Daha çoxu üçün: 🍓@gladness_s🍓
Son Dəqiqiə‼️ Azərbaycan Respublikası Təhsil Nazirliyi
2026?
🌱🌸Azərbaycana yaz gəldi Bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf etdi. Bu gündən etibarən, gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.
Dövlət İmtahan Mərkəzi 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir. Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq. Sorğuda 9 və 15 mart tarixlərində buraxılış imtahanı verən şagirdlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir. Verilən keçiddə sorğu bölməsində iş nömrəsi (8 rəqəmli şagird kodu), soyad, ad və ata adınızı müvafiq hissələrə daxil edib sorğuda iştirak edə bilərsiniz! https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov
⚡Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında maksimal 300 bal toplayan abituriyentlərin illərə görə sıralaması: 🌟 2019-cu il — 4 nəfər ⭐ 2020-ci il — 5 nəfər ✨ 2021-ci il — 2 nəfər 💫 2022-ci il — 2 nəfər 📉 2023-cü il — 0 nəfər 🔥 2024-cü il — 55 nəfər 💥 2025-ci il — 45 nəfər 🤔 Sizcə bu il nə qədər olacaq? Bizim proqnozlara görə, son iki ilin rekord göstəricilərindən sonra qiymətləndirmə meyarlarının sərtləşdirilməsi və xüsusilə 9 mart imtahanının kifayət qədər mürəkkəb keçməsi, bu il 300 tam bal toplayanların sayının kəskin dərəcədə az olacağını göstərir.📉
без подписи
Bizdə 700 bal toplayardıq ee amma istəmirik şəklimiz falan orda burda paylaşılsınn😉🤫
📲 Mütəxəssislər tərəfindən açıqlanan uşaqlar üçün ziyanlı oyunlar : ✅️ Clash of royale ✅️ Roblox ✅️ Mobile Legends ✅️ PUBG ✅️ Fortnite ✅️ Slendrina: The Cellar ✅️ Granny ✅️ Modern Combat 5 ✅️ Brawl stars ✅️ Free Fire ✅️ Poppy Playtime ✅️ Standoff 2 ✅️ Critical Op ✅️ The Walking Dead: Road to Survival ✅️ Hello Neighbor ✅️ Horror Brawl ✅️ Evil Nun ✅️ Dead Effect 2
İTV-də yayımlanan “Əlaçı” verilişində uşaqların “Təsirlik halda olan ağıl sözü neçə hecalıdır?” sualına verdikləri cavab müzakirələrə səbəb olub. İştirakçı Bayram Hacılının verdiyi “iki” cavabı səhv kimi dəyərləndirilib. Bununla bağlı jurnalist Vəfa Şəhlayi…
İTV-də yayımlanan “Əlaçı” verilişində uşaqların “Təsirlik halda olan ağıl sözü neçə hecalıdır?” sualına verdikləri cavab müzakirələrə səbəb olub. İştirakçı Bayram Hacılının verdiyi “iki” cavabı səhv kimi dəyərləndirilib. Bununla bağlı jurnalist Vəfa Şəhlayi feysbuk hesabında paylaşım edib: “Əlaçı” verilişi həvəslə baxdığım layihələrdən biridir. Son buraxılışda mənə qaranlıq qalan suallar oldu. Ağıl sözü təsirlik halda neçə hecalıdır? - sualına iştirakçı 2 cavabını verdi, amma bunu səhv hesab etdilər. Nəticədə digər iştirakçı qalib oldu. Mən məktəbi 25 ilə yaxındır ki, bitirmişəm. Bizim vaxtımızda ağıl sözü təsirlik halda “ağlı” olurdu və ikihecalı idi. İndi dilin qaydaları dəyişib?” Məsələ ilə bağlı filoloq Dürdanə Rəhimovadan açıqlama aldıq. Dilçi saytımıza bildirdi ki, sualın cavabı 3 hecalı olmalıdır: “Bədən üzvləri ilə bağlı olan sözlər var ki, onlardan yalnız ağıl sözü ərəbmənşəlidir. Digər sözlər - alın, burun, ağız, beyin, boyun, çiyin, ovuc, böyür, qarın isə öz sözlərimizdir. Bu qəbildən olan sözlər siyahısına “qayın” sözü də daxildir. Hansı ki, bu sözlərdə ikinci saitin yazılmaması ancaq mənsubiyyət şəkilçisinin artırılması zamanı baş verir. Digər saitlə başlanan şəkilçilər artırdığımız zaman ikinci saitin düşümü baş vermir, yəni ikinci sait yerində qalır. Məsələn, ağıl sözünə mənsubiyyət şəkilçisi artırılsa idi, “ağlım”, “ağlı”, “ağlımız” olardı. Amma təsirlik halda isə “ağılı” olacaq. Yuxarıda sadaladığım sözləri isə isim, cisim, nəsil, fəsil, fətir, qədir sözlərindən ayırırıq. Bu sözlərə isə istənilən saitlə başlanan şəkilçi artırdığımız zaman ikinci sait düşür”. Qafqazinfo
2007-ci ildə fransız bir məmur ayağındakı ağrılara görə həkimə gedir, amma MRT aparatından çıxanda məlum olur ki, adamın kəllə sümüyünün içi beyin yox, sanki bir stəkan su ilə doludur! Tibb dünyası şoka düşür, çünki bu kişinin beyninin 90%-i yox idi; qalan 10%-lik beyin toxuması isə kəllənin divarına nazik bir suvaq kimi yapışıb qalmışdı. İndi deyəcəksiniz ki, yəqin bu adam bitki kimi yaşıyıb ele deyil Kişi bildiyimiz dövlət idarəsində məmur idi, evliydi, iki dənə də çiçək kimi uşaq böyüdürdü. Yəni biz səhər duranda "beynim işləmir" deyib işdən icazə alırıq, amma bu qardaş cəmi 10% beyinlə hə ailə saxlayır, həm də fransız bürokratiyasının içində sənəd imzalayırdı. IQ-sü 75 çıxsa da, bu onun normal həyat sürməyinə, vergisini ödəməyinə və yəqin ki, hərdən xanımı ilə mübahisə etməyinə mane olmurdu. Alimlər bu möcüzəyə "neyroplastiklik" deyib işin içindən çıxdılar; yəni beyin o qədər yavaş kiçilib ki, qalan o balaca hissə "narahat olmayın, uşaqlar, mən hər şeyi yola verərəm" deyərək bütün yükü boynuna götürüb.
Tarixən onlarla təqvim sistemi istifadə olunsa da müasir dövrdə Qreqori təqvimi bir çox ölkədə əsas hesab edilir. İlk dəfə bu təqvim 1582-ci ildə Roma papası XIII Qreqori tərəfindən katolik ölkələr üçün tətbiq edilib. Bu təqvimi rəsmi olaraq qəbul edən ölkələr İtaliya, İspaniya, Portuqaliya və Reç Pospolitaya (Polşa, Litva) oldu. XVIII əsrin sonunadək bütün Qərbi Avropa ölkələri və onların müstəmləkələri Qreqori təqviminə keçidi tamamlamışdı. Şərqi və Cənub-Şərqi Asiya ölkələri, Misir və Alyaska XIX əsrin ikinci yarısında, Şərqi Avropanın əksər dövlətləri, Cənubi Qafqaz və Türkiyə XX əsrin əvvəllərində Qreqori təqviminə keçdilər. 2016-cı ildə Səudiyyə Ərəbistanı rəsmi sferada bu təqvimdən istifadə edəcəyini elan etdi. Unikal təqvimlərini hələ də saxlayan ölkələr İran, Əfqanıstan, Efiopiya və Nepaldır. Xəritədə qeyd edilən digər təqvim sistemləri daha çox milli və dini sferada istifadə olunur.