ᴘsɪxᴏʟᴏɢɪʏᴀ - ꜰəʟsəꜰə
СтатистикаPsixologiya - Fəlsəfə “Ruhunuzu oxşayacaq paylaşımlar bu kanalda” Psixologiya və söhbət qrupumuz: https://t.me/+ZHkQKRJjGiYxYTAy
- Последний пост
- 9 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 26
- Тип
- открытый
- Язык
- und
- Категория
- Видео (по похожим)
- В каталоге с
- 15 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
Bu günün mövzusu "Xoşbəxtlik" olsun...🕊 - Xoşbəxtlik nədir ? Hər bir insan üçün bu fərqli anlayışdır. Kimisi pulda, kimisi sevgidə və bir başqası yalnızlıqda və.s görür. Lakin əsl xoşbəxtlik hissi hər anın dəyərini bilib, yaşamaqdır. Hər gün yeni bir həyata açılmış pəncərədir və bundan düzgün istifadə etmək insanın öz əlindədir. Hər gün şikayətlənərək, pessimistliyə qapılaraq əlbəttə ki, xoşbəxtliyi tapmaq qeyri-mümkün olar. Bu mesajı oxuyarkən bəlkə də çoxunuz bu sualı verdiniz : "Mən özümü tükənmiş, hər şeydən bezmiş hiss edirəm. Bəs necə xoşbəxt ola bilərəm ?" Gəlin, sizə bir neçə yol təqdim edim ⬇️ 1) Gecə yatarkən sabahın gözəl bir gün olacağına inanın ✨ 2) Hər səhər oyandığınıza şükür edin ✨ 3) Əgər istədiyiniz bir şey olmadısa, əmin olun ki, xeyirlisi bu cür idi. Qəbul edin və sevinin. Çünki sizin eşitmədiyinizi və görmədiyinizi, Allah gördü və eşitdi. Sizə zərər gəlməsin deyə nəsib etmədi ✨ 4) Boş zamanlarınızı özünüzə ayırın ✨ 5) Daxili aləminizi sevgi ilə bəsləyin. Burada kimləsə sevgi münasibəti qurmağınız nəzərdə tutulmur (ola da bilər). Hər şeyə gözəl baxmağı bacarın və nifrət, kin, qısqanclıq hissini özünüzə yaxın buraxmayın. İnsanlara, heyvanlara və bütün həyata qarşı sevgi bəsləyin ✨ 6) Neqativ enerjili insanları həyatınızdan çıxarın ✨ 7) Dünyanın yükünü çiyinlərinizdə daşımayın. Sizə aid olan və ya olmayan hər mövzunu düşünmək, olan vəziyyəti dəyişdirməyəcək. Ona görə də lazımsız informasiyalarla beyninizi yükləməyin ✨ 8) 1 dəftəriniz olsun. Ürəyinizdən keçən hissləri, arzularınızı sətirlərə tökün ✨ 9) Güvənməyi bacarın. Heç olmasa insan həyatda 1 nəfər də olsa, ona ürəkdən güvənməlidir ✨ 10) Xoşbəxtliyi haradasa axtarmayın. O, sizin daxilinizdədir ✨ Ümid varam ki, bu mesajı oxuduqdan sonra bəzi şeyləri dəyişmək qərarına gəldiniz 🌝 Hər birinizə xoşbəxtlik arzu edirəm, sevgi ilə qalın ! Gələn paylaşımda görüşənədək...🤍 𝓑𝔂 𝓢𝓸𝓷𝓪 𝓐𝓶𝓲𝓻𝓪𝓵𝓲𝔂𝓮𝓿𝓪
Kanala inzibatçı axtarılır, olmaq olmaq psixologiya tələbələri yaza bilər⤵️ t.me/NASiR0V
Nə qədər qeribə gəlsədə ətrafımızda rənglərin psixologiyamızdakı təsiri çox böyükdür.Hətta bəzi rənglər bizi bir anda dərdlərimizi unutdurma,bəziləri isə emosiyamızı aşağı salma gücünə malikdir.
🖇️RƏNGLƏRİN PSİXOLOGİYASI SARI🟨 Xoşbəxt, şən, isti, optimist, gülüş QARA⬛️ Avtoritet, güc, qəddarlıq, istedad, düşmən, matəm YAŞIL🟩 Təbiilik, inkişaf, sağlamlıq, rahatlıq, harmoniya NARINCI🟧 Sevgi, enerji, həyəcan, istilik, komfort MAVİ🟦 Sakitlik, rahatlıq, ümid, sədaqət, dürüstlük AĞ⬜️ Təmizlik, günahsızlıq, boşluq hissi, tərəfsizlik QIRMIZI🟥 Sevgi, enerji, həyəcan BƏNÖVŞƏYİ🟪 Gerçəklik, sərvət, intellekt, ekzotika, mənəviyyat, hörmət, sirr
Sizcə narsist kimdir? Narsistlərin qarşısındakı insanın nə hisslər keçirdiyi onlar üçün önəmli olmur,öz hissləri həmişə daha önəmli olur.Narsist bir insan bir ilişkinin içində vardırsa, belə yox kimidir.Onları bir problemin içində,həllində görə bilməzsiniz.Onlar yük altına girməyi sevməzlər.Qaçışlar tam onlara görədir.Narsist bir insanla dava halındasınızsa,ehtiyatlı olun!Onlar haqsız ikən belə haqlıdırlar.Çünkü çox yaxşı manipulyasiya edicidirlər.Narsistlər iki cür olur deyə yorumlayardım,bir sizi düşünməyənlər,bir də düşünürmüş kimi edənlər.Sizi elə inandırarlar ki,sizi düşündüklərinə,”Məni ondan yaxşı heç kəs düşünə bilməz”deyərsiniz.Amma onların tək düşündüyü həmişə özləridir. Uzun sözün qısası,ehtiyatlı olun əzizlərim!Bacara bildiyiniz qədər bu insan olmaqdan uzaq olun və bu insan olanları özünüzdən uzaq tutun.
✨Psixoloji test: 🚪Bir qapı seçin: Cavablar: https://whatsapp.com/channel/0029Vard9njI7BeHp6G1Ht3H
📍Sizə lazım ola biləcək kanalların linklərini paylaşırıq: ✅THT | Təhsil Azərbaycan: https://whatsapp.com/channel/0029VahTb9s17En3fRhWpj2p 🇺🇸İngilis Dili kanalının linki: https://whatsapp.com/channel/0029VakbDQCK0IBjz2fs3q1F 🪐Psixologiya-Fəlsəfə kanalının linki: https://whatsapp.com/channel/0029Vard9njI7BeHp6G1Ht3H ☸️Gündəlik bürclər haqqında məlumat paylaşan kanalın linki: https://whatsapp.com/channel/0029VanIP0V3gvWUr4MOni3D 📚Kitabdan Alıntılar paylaşan kanalının linki: https://whatsapp.com/channel/0029VaiwauOC6Zvd1kCGJX1f
✨Sabahdan sınaqlar işləyəcəyik, günortadan sonra aktiv olun kanalda ▶️ https://t.me/BuraxilisAz
Əziz gənclər! Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Siz ölkəmizin gələcəyi, cəmiyyətimizin inkişafının əsas qüvvəsisiniz. Təhsil Azərbaycan olaraq, sizin bilik və bacarıqlarınızın artırılmasında, potensialınızın tam reallaşdırılmasında daim yanınızdayıq. Hər birinizə təhsildə və şəxsi həyatınızda uğurlar, yeni nailiyyətlər arzulayırıq. Gələcəyimiz sizin əlinizdədir, onu daha da parlaq etmək üçün birlikdə çalışaq! Gənclər Gününüz mübarək! Hörmətlə, Təhsil Azərbaycan
🚀 "Zərbədən Biznesə" – Uğurun İlk Addımı! (İştirak Ödənişsizdir) 💡Öz biznesinizi qurmaq istəyirsiniz? Sahibkarlıq yolunda ilk addımınızı atmaq və ideyanızı gerçəyə çevirmək üçün bu təlim tam sizə görədir! 🔥 Bu təlim sizə nə qazandıracaq? * ✅Biznesin əsaslarını öyrənəcəksiniz – ideyanı formalaşdırmaq, inkişaf etdirmək və bazara çıxarmaq yollarını kəşf edəcəksiniz. * ✅Praktiki biliklər və real təcrübələr – uğurlu sahibkarların tətbiq etdiyi strategiyalarla tanış olacaqsınız. * ✅İnvestisiya və maliyyə idarəçiliyi – biznesinizi böyütmək üçün effektiv metodlar öyrənəcəksiniz. * ✅Sertifikat əldə edəcəksiniz (əyani) – rəsmi sertifikat sizə karyera imkanları qazandıracaq, CV-nizi gücləndirəcək və gələcək iş imkanlarında üstünlük verəcəkdir. 📅 Tarix: 5 fevral 2025 ⏰ Saat: 20:00-22:00 📞 İştirak üçün əlaqə: https://wa.me/message/XFLJ6MHWFAHFD1 📲 Instagram: instagram.com/tht.az 💼 Onlayn təlimə qoşulun, biznes dünyasına inamlı addım atın və uğur yolunda ilk təməli qoyun! 🚀
Cinsi azlıq nə xəstəlikdir, nə də bir patoloji vəziyyət. Bu, insanların cinsi yönəlikləri və ya gender kimlikləri ilə bağlı müxtəlifliyi ifadə edir. Cinsi azlıq anlayışı, heteroseksual olmayan (homoseksual, biseksual, aseksual və s.) yönəlikləri, eləcə də transgender, qeyri-binari və digər gender kimliklərini əhatə edir. Bu mövzu ilə bağlı əsas məqamlar: 1. Xəstəlik deyildir: Dünya Səhiyyə Təşkilatı (DST) və digər beynəlxalq tibbi təşkilatlar homoseksuallığı və digər qeyri-heteronormativ yönəlikləri xəstəlik və ya pozuntu kimi qəbul etmir. Homoseksuallıq 1990-cı ildə DST-nin xəstəliklər siyahısından çıxarılmışdır. 2. Şəxsi seçim deyil: Cinsi yönəlik və ya gender kimliyi bir insanın şüurlu seçimi deyil. Bunlar biologiya, genetika, hormonal təsirlər və digər amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır. 3. Sosial qəbul: Cinsi azlıqlar müxtəlif cəmiyyətlərdə fərqli qəbul edilir. Bəzi yerlərdə onlar bərabər hüquqlarla yaşaya bilirlər, bəzi yerlərdə isə ayrı-seçkilik və ya təzyiqlə üzləşirlər. Bu mövzuda məlumatlılığı artırmaq və insanlara dəstək olmaq cəmiyyətin daha tolerant və bərabər olmasına töhfə verir.
📌Günün mövzusu: Həyatın mənası nədir? 🤔 Psixologiyada həyatın mənası insanın öz dəyərlərini, məqsədlərini və mənsubiyyət hissini tapması ilə bağlıdır.🤓 Viktor Franklın "Logoterapiya" nəzəriyyəsinə görə, həyatın mənası hər bir fərd üçün unikaldır və onu tapmaq üçün insan: 1. Məqsədlər yaratmalıdır – şəxsi və ya ictimai faydalı işlərə yönəlmək. 2. Dəyərləri yaşamalıdır – sevgi, yaradıcılıq və ya ailə kimi mənəvi dəyərləri inkişaf etdirmək. 3. Əzabdan mənalı dərslər çıxarmalıdır – çətinliklərdə mənanı görmə bacarığı. Həyatın mənasını tapmaq, insanın özünə və dünyaya qarşı daha müsbət yanaşmasına, daxili rahatlığa və həyatdan məmnunluq hissinə səbəb olur. Müzakirə üçün: https://t.me/+ZHkQKRJjGiYxYTAy
📌Təhsil Azərbaycanın qrupları və kanalları artıq bir yerdə! Özünü inkişaf etdirmək istəyən hər kəs üçün əla fürsət.✨ Hamısını kəşf et və sənə uyğun olanı tap: 👉 linktr.ee/MahammadBey
⌛️Təqvimlər dəyişir, amma unutmayın ki, hər il bizim daxili dünyamızda yazılan yeni bir fəsildir. 2025-də öz düşüncələrinizin yazarı olun, qorxularınızı yeni başlanğıclarla əvəz edin və özünüzü daha dərindən kəşf edin. Yeni il yalnız tarixləri deyil, həm də ruhunuzu yeniləsin! Hər səhifəsini sevinclə, hədəflərlə və özünəinamla dolduracağınız bir il arzulayırıq. Ən dəyərli sərmayə – sizin daxili balansınız və xoşbəxtliyinizdir.🪄 2025 sizin iliniz olsun❣
🧩BƏZƏN HƏR ŞEY QARIŞIR... AMMA BU, SON DEYİL. Hərdən baxırıq, amma görmürük. Oxuyuruq, amma anlamırıq. Həyatın arasında itmiş hiss edirik, amma unutmayın: bu, bir mərhələdir. Özünüzə bu sualları verin: Həyatımda nəyə diqqət yetirmirəm?🤔 Niyə özümü belə hiss edirəm?🤔 Bəzən nəfəs almaq üçün pəncərə açmaq kifayət etməz, çünki əslində içimizdəki "pəncərələri" bağlamışıq.✨ Təklif edərdim ki, bu gün bir anlıq dayanıb özünüzə zaman ayırın. İçinizdəki narahatlıqla barışmağa çalışın. Özünüzü mühakimə etməyin, yalnız hiss edin. Çünki hər qaranlıqdan sonra işıq gəlir. Hər qarışıqlığın sonunda bir izah var. Siz tək deyilsiniz!✨
Əsəb Stressi və Vecsiz Olmağın Sirləri 😊 Gündəlik həyatda qarşımıza çıxan gərginliklər və problemlər, çox zaman stressə səbəb olur. İşdəki sıx təzyiqlər, ailə və şəxsi həyatdakı narahatlıqlar, maliyyə məsələləri – bunlar hamısı əsəb stressini artıran faktorlardır. Amma narahat olmayın, stressi idarə etmək və həyatın təzyiqlərinə qarşı vecsiz olmaq mümkündür! 💪 Əsəb stressini necə azaldarıq? 📍 Dərin Nəfəs Alın: Stres anlarında sadəcə bir neçə saniyəlik dərin nəfəs almaq bədəninizi rahatladır və ruh halınızı yaxşılaşdırır. 📍 Fiziki Aktivlik: İdman etmək yalnız bədəni gücləndirmək deyil, həm də beynin streslə mübarizə aparan hormonları olan endorfinləri artırır. Günə kiçik bir gəzinti ilə başlayın və ya sevdiyiniz idman növü ilə məşğul olun. 📍 Pozitiv Düşüncə: Həyatda qarşınıza çıxan çətinlikləri müsbət tərəfdən qiymətləndirmək, stressi azaltmaq üçün güclü bir yoldur. Hər gün kiçik uğurlarınızı qeyd edin və uğursuzluqlardan dərs çıxarın. 📍 Zaman İdarəetməsi: Təzyiq hissi, çox vaxt vaxtın çatışmazlığından yaranır. Gününüzü yaxşı planlayın, ən vacib işləri əvvəlcədən həll edin və boş vaxtlarınızı da dəyərləndirin. 📍 Gülüşün Gücü: Həyat bəzən bizə çətinliklər gətirə bilər, amma gülmək və əylənmək stressi azaldır. Dostlarınızla və ya tək başınıza sadəcə gülməli bir film izləmək, böyük bir rahatlama təmin edə bilər. Vecsiz Olmağın Sirləri: • Hər Şeyi Mükəmməl Etməyə Çalışmayın: Hər şeyin ən yaxşı şəkildə olmasına çalışmaq yalnız daha çox təzyiq yaradır. Həyatın kiçik anlarının dadını çıxarın və özünüzü olduğu kimi qəbul edin. • Kiçik Addımlarla İrəliləyin: Böyük məqsədləri kiçik addımlara bölün və hər gün bir addım atın. Hər uğur, böyük bir qələbəyə çevriləcək. • Özünüzə Zaman Ayırın: Həyatın gərginliklərindən qaçın və özünüzə istirahət etmək üçün vaxt ayırın. İstədiyiniz bir hobbi ilə məşğul olmaq və ya sadəcə tək başına dinlənmək stressi azaldacaq. Unutmayın, həyatın gərginlikləri ilə başa çıxmaq üçün bəzən sadəcə bir neçə dəyişiklik etmək və vecsiz olmaq lazımdır. Hər anın qiymətini bilin və stresə qarşı güclü durun! 😊
Zehni Sağlamlıq və Sosial Media🤳 Sosial media artıq həyatımızın ayrılmaz hissəsidir, demək olar ki, bir çox vacib işlərimizi onun vasitəsilə həll edirik.🌚 Bir tərəfdən, faydalıdır: bilik əldə edir, yeni insanlarla tanış olur, özünüzü inkişaf etdirmənizdə vasitəçi kimi rol oynayır. Digər tərəfdən isə, sosial medianın tələlərinə düşə bilərsiniz. Başqalarının "mükəmməl" həyatlarını izləmək özümüzü kifayət qədər uğurlu hiss etməməyimizə səbəb ola bilər. Davamlı istifadə isə vaxt itkisinə, hətta asılılığa çevrilir. Bəs nə etməli?🤔 📍Sərhəd qoyun: Gündəlik sosial media vaxtınızı məhdudlaşdırın. 📍Faydalı səhifələri seçin: Ruhunuza mənfi təsir edən səhifələrdən uzaq durun. 📍Real həyatı unutmayın: Onlayn söhbətləri real ünsiyyətlə əvəz edin. Zehni sağlamlığımızı qorumaq öz əlimizdədir.✨
Olimpiada sınaqları burada paylaşılacaq⤵️ https://t.me/+K_25XQq-X9FiMDQ6 PDF edənlər @MehemmedBey ə göndərsin.
🤳Media Yalanları, Propaqanda və Manipulyasiya: Psixoloji Təsirləri və Media Savadlılığı 🔍 Media Yalanları və Onların Psixoloji Təsiri Qorxu və Panika: Dezinformasiya (yalan məlumat) böhran zamanı insanlarda qorxu və çaşqınlıq yaradır. Etibarsızlıq: İnsanlar çoxlu yalan xəbərlə qarşılaşdıqda, ümumiyyətlə xəbərlərə inanmağı dayandırırlar. Məlumat Yüklənməsi: Hər gün saysız-hesabsız məlumatla üz-üzə qalmaq psixoloji yorğunluq və qərarsızlıq yaradır. 🚨Propaqanda və Psixoloji Manipulyasiya “Biz və Onlar” Bölünməsi: İnsanları qütbləşdirməklə "düşmən" obrazı yaradır. Bu, cəmiyyətin birliyinə zərbə vurur. Qorxu Taktikası: "Əgər bunu etməsən, təhlükə ilə üzləşəcəksən" tipli mesajlarla insanlara psixoloji təzyiq göstərilir. Təkrarlama Effekti: Eyni məlumatı təkrar-təkrar eşidəndə insanlar onu doğru kimi qəbul edirlər. Simvolik Təsir: Bayraqlar, milli qəhrəmanlar və dini simvollarla manipulyasiya edərək, emosional reaksiya doğururlar. ⚠️ Manipulyativ Xəbərlər və Onların Psixoloji Təsiri Emosional Manipulyasiya: “Şok!”, “Təcili!”, “Dərhal baxın!” kimi başlıqlar insanlarda qorxu və qəzəb doğurur. Framing (Çərçivələmə) Effekti: Məlumatın necə təqdim olunması insanların onu necə qəbul edəcəyinə təsir edir. Koqnitiv Dissonans: İnsan öz inancına zidd məlumatla qarşılaşdıqda, narahatlıq hiss edir. Bu narahatlığı aradan qaldırmaq üçün ya xəbəri inkar edir, ya da öz inanclarını dəyişdirir. 📘 Media Savadlılığı: Özünü Necə Qoruyaq? Media savadlılığı – yalan xəbərləri və manipulyasiyanı tanımaq, faktları düzgün təhlil etmək bacarığıdır. Bu, psixoloji sağlamlığımızı qorumaq üçün çox vacibdir. 🛠️ Necə Qorunmaq Olar? Tənqidi düşünün – Hər xəbərə inanmayın, “Bu xəbər niyə məhz indi yayılır?” sualını verin. Fakt Yoxlayın – Rəsmi platformalar vasitəsilə məlumatın doğruluğunu yoxlayın. Emosional Reaksiyanı İdarə Edin – Qorxu və qəzəb yaradan xəbərlərə dərhal reaksiya verməyin. Etibarlı Mənbələr Seçin – Etibarlı xəbər mənbələrinə üstünlük verin, sensasiyalı başlıqlardan uzaq olun. Məlumat Pəhrizi Edin – Gün ərzində çoxlu xəbər izləmək əvəzinə, vaxtınızı məhdudlaşdırın. 📢 Unutmayın! Yalan məlumatlar qorxu, qəzəb və çaşqınlıq yaradır. Propaqanda cəmiyyətin birliyini pozur, manipulyasiya isə insanları idarə etməyə çalışır. Media savadlılığı psixoloji sağlamlığınızı qorumağın ən vacib yoludur! 👉 Fikirlərinizi idarə edin, yoxsa başqaları bunu edəcək!