tgindex
Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
2
Всего постов
46
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
2 712
−2 за 4 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
203
40 постов
Вовлечённость
7,5%
к подписчикам
Постов в день
0,3
всего 46
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
69
1/48двое суток
79
1/72трое суток
85

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Müqavimət kanalının paylaşımlarından bir nümunə Xalq Mediası

  • Müqavimət #xalq_mediası N7 https://www.instagram.com/muqavimett?igsh=emxmaW5ndDhqOXUx

  • Kifah media kanalının paylaşımlarından bir nümunə https://t.me/kifahmedia/48

  • Kifah media #xalq_mediası N6 https://t.me/kifahmedia

  • 7 авг.183142

    cuhudsunas kanalının paylaşımlarından bir nümunə

  • 7 авг.252123

    cuhudsunas #xalq_mediası N5 https://www.tiktok.com/@cevikin_ataliqi?_r=1&_t=ZN-98gOtgMG9N0

  • 3 авг.242171

    Azad Haqq kanalının paylaşımlarından bir nümunə

  • 3 авг.228101

    Azad Haqq #xalq_mediası N4 https://www.tiktok.com/@azadhaqq?_r=1&_t=ZN-98ZPEIum0gg

  • 1 авг.272213

    Cuhud Ovu kanalının paylaşımlarından bir nümunə

  • 1 авг.228211

    Cuhud Ovu #xalq_mediası N3 https://www.tiktok.com/@cuhudovu?_r=1&_t=ZN-98WdFa07mic

  • tvxutbeler kanalının paylaşımlarından bir nümunə

  • tvxutbeler #xalq_mediası N2 https://vm.tiktok.com/ZN8etYpD1/

  • Shia TV kanalının paylaşımlarından bir nümunə

  • Shia TV #xalq_mediası N1 https://vm.tiktok.com/ZN8eAo28U/

  • Xalq Mediası pinned «#xalq_mediası nümunələri ilə bu kanalda tanış ola bilərsiniz. Paylaşımlar həmin kanallara dəstək xarakterlidir.»

  • #xalq_mediası nümunələri ilə bu kanalda tanış ola bilərsiniz. Paylaşımlar həmin kanallara dəstək xarakterlidir.

  • Channel name was changed to «Xalq Mediası»

  • Channel photo updated

  • Pezeşkiyan hökümətinin sözçüsünün rəhbərin şəhadətinə Ya Əli deyib gülərək reaksiya verdiyini deməsi iranlıları çaş-baş qoyub. İranlı blogerlər sözçünün ağzını əyərək ona cavab veriblər. https://t.me/VMuqavimet

  • Müraciət Bismilləhir-Rahmənir-Rahim Allah-Təala bizə böyük bir lütf və mərhəmət nəsib etdi ki, Şəhid İmam Seyyid Əli Xameneinin dövründə yaşadıq və o böyük şəxsiyyətin müridi olmağa çalışdıq. Bu yolda bəzilərimiz daha sürətlə irəlilədi, bəzilərimiz isə yıxılıb qalxaraq yoluna davam etdi. Kimlərsə ön sırada idi, onlar həqiqətən də "əs-sabiqunə əs-sabiqun" idilər, belə ki çətinliklərə sinə gərir, məqsədə doğru qətiyyət və əzmlə irəliləyirdilər. Biz isə heç olmasa onların ardınca getməyə çalışdıq. Baxmayaraq ki, nöqsanlarımız, çatışmazlıqlarımız və iradə zəifliklərimiz də az olmadı. Lakin o böyük şəxsiyyətin şəhadəti ilə biz Xameneidən sonrakı bir dövrə qədəm qoymadıq. Əksinə, onunla olan mənəvi birlik və yol yoldaşlığı (məiyyət) davam etməlidir. Bu baxımdan, o böyük şəxsiyyətin müridləri bir sıra mühüm məsələlərə xüsusi diqqət yetirməlidirlər. Fəzilətli insanların fəzilətlərindən danışmaq gözəldir, lakin bu kifayət etmir. Onların xatirələri keçmişdə qalmış bir hadisə kimi deyil, davam edən yolun, yaşayan məktəbin və nəfəs alan bir düşüncənin parçası kimi təqdim edilməlidir. Bu xatirələr bizi həmin şəxsiyyətin yolunu davam etdirməyə, onun amallarını, fikirlərini və strateji planlarını həyata keçirməyə sövq etməlidir. Əks halda elə bir vəziyyət yaranır ki, fəzilət sahibinin üstünlükləri yalnız onun şəxsiyyəti və zahiri keyfiyyətləri üzərində diqqəti cəmləmək üçün qabardılır, məktəbi və yolu isə tədricən unudulur. Bəzən daha çox emosional təsir yaratmaq məqsədilə xatirələr və fərdi xüsusiyyətlər ön plana çıxarılır. Halbuki əsas məqsəd onun fikirlərini yaşatmaq, yolunu davam etdirmək və başladığı işi gələcəyə daşımaq olmalıdır. Bu böyük şəxsiyyətin strateji düşüncəsi və ideyaları əsasında fəaliyyət proqramlarımız yenidən nəzərdən keçirilməlidir. Əgər belə bir proqram hələ mövcud deyilsə, mütləq hazırlanmalıdır. Şəxslərə bağlılıq yalnız hiss və duyğular səviyyəsində qalmamalı, konkret fəaliyyət proqramına çevrilməlidir. Şəhid İmam Xameneinin fikir tərzini və dünyagörüşünü dünya miqyasında tanıtmaq zəruridir. Onun fikirləri o qədər dərin, sistemli və əhatəlidir ki, düzgün təqdim olunduğu təqdirdə təkcə müsəlman cəmiyyətləri üçün deyil, qeyri-müsəlman cəmiyyətlər üçün də cazibədar və nicatverici ola bilər. Şəhid İmam Xameneinin ən böyük arzularından biri Yeni İslam Sivilizasiyasının qurulması idi. Bu, hamımızın çalışmalı olduğu zirvə və ali hədəfdir. Yeni İslam Sivilizasiyası nədir? Hansı əsaslar üzərində qurulmalıdır? Onun parametrləri hansılardır? Bu mövzuda elmi araşdırmalar aparmalı, fikir mübadilələri və dərin müzakirələr təşkil etməliyik. Yalnız bu halda qarşıya qoyduğumuz məqsədə aparan yol xəritəmiz daha dəqiq, daha kamil və daha aydın olacaq. Biz Şəhid İmam Xameneinin fikir strategiyası və planı əsasında zühur ümmətini formalaşdırmaq məsuliyyətini daşıyırıq. Hesab edirəm ki, o böyük şəxsiyyətə göstərilə biləcək ən böyük ehtiram və xidmət də məhz budur: onun məktəbini, ideyalarını və strateji baxışını yaşatmaq, onları gələcək nəsillərə ötürmək və həyata keçirmək. Təbii ki, bu yolun davamlılığı saleh rəhbərliyə bağlılıqdan ayrılmazdır. Buna görə də Şəhid İmam Xameneinin saleh xələfinə münasibətdə son dərəcə diqqətli olmalıyıq. Bəzən haqq yolunu istiqamətindən döndərmək istəyənlər şəhid haqqında "İmam" ifadəsini rahatlıqla işlədirlər. Halbuki çox vaxt bu ifadəyə qəlbən etiqadları belə olmur. Onların hesabına görə, artıq sıralarımızdan ayrılmış bir şəxs haqqında ən ali ifadələri işlətmək təhlükəsizdir. Bununla insanların emosiyalarını öz təsirləri altına almaq, daha sonra isə tədricən xətti dəyişmək daha asan olur. Lakin həmin şəxslər saleh xələf olan İmam Müctəba Xamenei haqqında "İmam" ifadəsinin işlədilməsindən çəkinir, hətta bunun qarşısını almağa çalışırlar. Halbuki bir məktəbin davamçısını qəbul edib, onun rəhbərini həmin məktəbin təqdim etdiyi məqam və anlayışlarla tanımamaq ciddi bir ziddiyyətdir. Bu yanaşma siyasi məqsədlərdən qaynaqlanan manipulyasiyanın və ikili standartın nümunəsidir. Böyük bir İslam ümmətinin rəhbərliyini öz üzərinə götürmüş saleh bir şəxsi adi dünya liderlərindən biri səviyyəsinə endirmək nə məntiqə, nə də imamət məktəbinin anlayışlarına uyğundur. Biz gündəlik dini həyatımızda məsciddə namaza rəhbərlik edən şəxsə "İmam-camaat", cümə namazına rəhbərlik edənə isə "İmam-cümə" deyirik. Deməli, "imam" anlayışı yalnız tarixi bir ünvan deyil, rəhbərlik məqamını ifadə edən dini bir termindir. Bu həqiqəti dərk etmək isə heç də çətin deyil. Yadımdadır ki, illər əvvəl Azərbaycan cəmiyyətində Böyük Şəhid Xamenei haqqında ilk dəfə "İmam" ifadəsini işlədərkən ciddi hücumlara və istehzalara məruz qalırdıq. Lakin Allaha şükür olsun ki, zaman keçdikcə bu ifadə tədricən qəbul olundu və daha geniş şəkildə işlədilməyə başladı. Bu gün bizim üzərimizə düşən vəzifə yalnız keçmişi yad etmək deyil. Əsas vəzifə o böyük şəxsiyyətin məktəbini yaşatmaq, strateji düşüncəsini inkişaf etdirmək, ideyalarını cəmiyyətə daşımaq və Yeni İslam Sivilizasiyasının qurulması yolunda yorulmadan çalışmaqdır. Şəhid İmam Xameneiyə göstərilə biləcək ən böyük sədaqət də fikrimcə budur. Allah-Təala bizi bu yolda sabitqədəm, bəsirət sahibi, haqqı tanıyıb ona əməl edən və öz vəzifəsini layiqincə yerinə yetirən bəndələrindən qərar versin. Amin. Orxan Məmmədov Azərbaycan Araşdırma Mərkəzi https://t.me/qaf_simurq