Acunclub.org
СтатистикаAlliance of Cooperation for the Unity of Nations. | A.C.U.N Club Düşüncə Mərkəzi 🎯 Fəlsəfə,Elm,Analitika 🌐 İqtidadi Araşdırmalar,Analizlər,Kurs və Seminarlar acunclub.org
- Последний пост
- 5 нояб.
- Последнее чтение
- 10:45
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- английский
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
SAF-nin mərkəzi nəzarət qurmaq istəyi ilə RSF və onun xarici tərəfdarlarının regional təsir və resurslara nəzarət uğrunda hərəkət etməsi arasındakı ziddiyyətin hansı nöqtədə həll olunacağı münaqişənin gələcəyini müəyyən edəcək. Əgər SAF xarici tərəfdarlarının strategiyalarını davam etdirə bilsə, mərkəzi hakimiyyət yenidən bərpa oluna bilər, lakin bu proses uzunmüddətli və xərcli olacaq, resurs nəzarəti və regional güclərin müdaxiləsi əsas maneədir. Digər tərəfdən, RSF və onun havadarları resurslara nəzarət vasitəsilə siyasi danışıqlarda üstünlük qazana bilər və bu da Sudanın faktiki olaraq iki və ya çox hissəyə bölünməsinə səbəb ola bilər. Xarici dövlətlərin maraqlarının daxili siyasət üzərindəki təsiri Sudan xalqının iradəsinin reallaşması və demokratik keçid qarşısında böyük bir maneə yaradır. Bu vəziyyət uzunmüddətli perspektivdə regional qeyri-sabitlik, humanitar böhranın dərinləşməsi və dövlətin fəaliyyət qabiliyyətinin zəifləməsi kimi nəticələr doğura bilər.
🌐 Ötən həftənin ən önəmli gündəmi Sudanda baş verən vətəndaş müharibəsinin gedişatında Muhammad Hamdan Dagalonun (Hemedti) rəhbərlik etdiyi və əksəriyyəti Darfurdakı ərəb mənşəli tayfalardan ibarət olan Çevik Dəstək Qüvvələrinin (Rapid Support Force) Əl-Fəşir şəhərində afrika mənşəli Sudan vətəndaşlarına qarşı həyata keçirdiyi qətliamlar oldu. Qətliamı gerçəkləşdirənlərin bu anları kamera ilə qeydə alıb sosial şəbəkələrdə rahat şəkildə yayması isə daha böyük ajiotaj yaratdı. Qətliamlar bu saata qədər də davam etməkdədir və hər gün bölgədən yeni cinayət görüntüləri gəlməkdədir. 🔍 Öncəliklə hadisələrin inkişafına baxdıqda Əl-Fəşir şəhəri uzun müddətdir RSF tərəfindən mühasirədə idi və 26 oktyabr 2025-ci il tarixində Sudan Silahlı Qüvvələrini (SAF) məğlub edən RSF bu şəhəri ələ keçirərək orada mülki əhaliyə qarşı zorakılıq və qətliam həyata keçirməyə başladı. Yaranan şəraitdə qətliam görüntülərinin sosial şəbəkələrdə yaraqlıların özləri tərəfindən kamera ilə qeydə alınıb ictimailəşdirilməsi humanitar şəraitin faciəvi həddə olduğunu göstərdi. RSF-nin öz hərəkətlərini videoya çəkib yayması qəsdən psixoloji və simvolik təsir üçün istiqamətlənib. Bu hal beynəlxalq hüquq və müharibə cinayətləri çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və ümumi olaraq beynəlxalq humanitar qurumlar ilə əlaqədar çağırışları gücləndirib. Bu tip kütləvi zorakılıq və ictimai şəkildə yayılan görüntülər regionda sabitliyi daha da zəiflədə, məcburi köçkünlərin axını, aclıq, səhiyyə sisteminin çöküşü və etnik təmizlik riskinin yüksəldə bilər. Sudanın daxilində RSF-nin önəmli məntəqələri ələ keçirməsi ehtimalı SAF üçün strateji bir təhdiddir, bununla birlikdə beynəlxalq reaksiyanın zəifliyi müharibə şəraitində daha çox “impunity” (cəzasızlıq) atmosferi yarada bilər. Bu isə gələcəkdə regionda yeni zorakılıq hallarına qığılcım ola bilər. Belə bir halda beynəlxalq humanitar qurumlardan və beynəlxalq hüquq sistemindən gələcək real addımların olmaması Darfurda yaşanan faciənin dərinləşməsinə yol aça bilər. 🇦🇪 Regional güclərin yürütdüyü siyasətin müqaşəni daha da alovlandırdığı müşahidə olunur. Məsələn, BƏƏ-nin RSF-ə dəstək verməsi iddiaları bu kontekstdə geosiyasi rolların yenidən nəzərdən keçirilməsini tələb edir. BƏƏ-nin bu dəstəyinin arxasında dayanan maraqlar Sudandakı qızıl mədənləri, Qırmızı dəniz üzərindəki liman və logistika bazaları, kənd təsərrüfatına yararlı torpaqlar və regional təsir sahəsidir. RSF-nin nəzarət etdiyi bölgələrdə hasil edilən qızılın böyük hissəsinin BƏƏ-yə göndərildiyi, bununla da BƏƏ-nin həm iqtisadi qazanc əldə etdiyi, həm də Sudanda öz maraqlarını qorumağa çalışdığı qeyd olunur. BƏƏ-nin strategiyası təkcə iqtisadi deyil, həm də RSF vasitəsilə Afrikanın bu regionunda güc proyeksiyasını dərinləşdirmək, bununla Qırmızı dəniz xəttində və ümumən bölgədəki İslami hərəkatlar üzərində nəzarət qurmaq kimi məqsədlər də daşıyır. 🇪🇬🇸🇦 SAF-ə dəstək verən ölkələr arasında Misir və Səudiyyə Ərəbistanı kimi regional güclər yer alır. Bu dəstək sərhəd təhlükəsizliyi, Nil çayı üzərində hidroloji nəzarət və Sudanın şimal-şərq xəttində sabitliyin qorunması kimi strateji səbəblərə əsaslanır. Misir üçün Sudanın şimalındakı rejimin sabit qalması Nil sularına nəzarət və Misir–Sudan xətti boyunca hərbi risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, SAF-nin arxasında dayanan aktorlar Sudan dövlətinin rəsmi institutları ilə işləyərək legitimlik qazanmaq məqsədi güdürlər, rəsmi ordu vasitəsilə ölkənin parçalanmasının qarşısını almaq və mərkəzi idarəetməni bərpa etmək kimi məqsədləri ön plana çıxarırlar. Son yayılan məlumatlara görə də İran, Misir və Türkiyə BƏƏ-nin dəstəklədiyi RSF yaraqlılarına qarşı mübarizədə Sudanın rəsmi ordusuna dəstək üçün səylərini birləşdirməyi düşünürlər. ⏳ Beləliklə, bu münaqişə təkcə daxili siyasi böhran deyil, həm də xarici güclərin maraqları üzərindən formalaşan bir vəkil müharibəsinə çevrilib. Bu vəziyyət sülh prosesini çətinləşdirir, çünki hər bir xarici güc öz sərmayəsini və təsir dairəsini qoruma motivasiyası ilə hərəkət edir.
🌐 Ötən həftədən bugünədək Karib dənizində baş verən böhran, üzdə Vaşinqtonun “narkotik qaçaqmalçılığına qarşı mübarizə” adı altında həyata keçirdiyi dəniz əməliyyatlarının genişlənməsi kimi görünür. ABŞ bölgəyə USS "Gerald R. Ford" da daxil olmaqla çoxsaylı hərbi gəmilər, sualtı qayıqlar və hava qüvvələri cəlb etdiyini bildirdi və bir neçə “narko-qayıq” vurulduğunu açıqladı. Rəsmi bəyanatlara görə, məqsəd Amerikan xalqını “narkoterror təhlükəsindən qorumaq” idi. 🇺🇸 Lakin bu səhnənin pərdəarxasında tamam başqa situasiya inkişaf edir. Tramp əməliyyatları həm mediada siyasi uğur kimi təqdim etdi, həm də Mərkəzi Kəşfiyyat İdarəsinə və xüsusi qüvvələrə geniş səlahiyyətlər verdiyini elan etdi. Ağ Evin arqumenti “narkoterrora qarşı mübarizə” olsa da, reallıqda atılan addımlar Venesuelanı beynəlxalq təcridə sürükləmək və rejimə təzyiqi artırmaq məqsədi daşıyır. Bu siyasətin regionun enerji resursları və strateji dəniz yolları ilə bağlı maraqlarla sıx bağlı olduğu getdikcə daha aydın görünür. 🇻🇪 Karakasdan gələn reaksiyalar isə daha sərt oldu. Maduro hökuməti Vaşinqtonun addımlarını müharibə təxribatı və rejim dəyişikliyi planı adlandırdı. Prezident Maduro bəyan etdi ki, ABŞ daimi müharibə mexanizmi qurmaq istəyir və region ölkələrini həmrəyliyə çağırdı. Venesuela bəzi ABŞ-la əlaqəli enerji və iqtisadi layihələri dondurmaqla hədələyib, bu da böhranın təkcə siyasi yox, həm də iqtisadi müstəviyə keçə biləcəyini göstərir. 🔜 Hadisələrin görünən tərəfi ilə gizli niyyətləri arasında açıq fərq var. Tramp administrasiyası qısamüddətli dövrdə daxili siyasətdə “qətiyyətli lider” obrazını möhkəmləndirmək, uzunmüddətli dövrdə isə Venesuelanın enerji ehtiyatları və Karibdəki strateji mövqeləri üzərində nəzarət qazanmaq istəyir. Narkoticarətlə mübarizə sadəcə hüquqi bəraət formasıdır; əsl məqsəd güc nümayişi və regional nüfuzun yenidən paylanmasıdır. Nəticədə, bu böhran Karib hövzəsində yeni güc balansı yarada və ABŞ-ın Latın Amerikasında uzun müddət unudulmuş hegemonluq iddialarını yenidən gündəmə gətirə bilər. Balans indi diplomatik təmkinlə, yoxsa hərbi sərtliklə qorunacaq — bunu qarşıdakı həftələr göstərəcək.
📍 Acun Think — Tezliklə fəaliyyətə başlayır Dünyada çoxlu informasiya var, amma aydınlıq azdır. Biz isə məhz bu aydınlığı yaratmaq üçün gəlirik. Acun Think — iqtisadiyyat, siyasət və fəlsəfə mövzularında hadisələrin görünməyən tərəfini araşdıran analitika portalıdır. Burada siz: 🏆həftəlik xəbərlərin ən lazımlısını, 🧠iqtisadi və sosial proseslərin səbəblərini, ♟️fəlsəfi və düşüncə yönümlü təhlilləri tapacaqsınız. 🃏Bizim məqsədimiz sadədir: məlumat çoxluğu içində düşüncəyə yer açmaq. Burada “sensasiya” yox, düşüncə və izah olacaq. Tezliklə fəaliyyətə başlayırıq. 🔗https://t.me/acunthinkaze #AcunThink #Analitika #Fəlsəfə #Siyasət #İqtisadiyyat
Bəzən susmaqla çatırıq özə. Sözlərin kifayət etmədiyi, dillərin kafi olmadığı bir səssizlik var. Elə bir səssizlik ki, orda heç kimlə danışmaq olmur, yalnız özünlə qarşılaşırsan. Bu qarşılaşma qəfil olur. Bəzən güzgüdə gözlərinə baxarkən, bəzən gecə tək qaldığında, bəzən də ən səsli anın içində səssizcə… Və o an başa düşürsən: “Mən” dediyin obrazların arxasında bir heçlik gizlənir.O heçlik qorxuducudur, çünki onu doldura bilmirsən. Sosial rollar, adlar, statuslar… hamısı bu boşluğu örtməyə çalışır, amma örtə bilmir. Özə çatmaq üçün bu boşluğu yaşamaq gərəkir. Qaçmadan, gizlənmədən, pozmadan.Bəlkə də öz dediyimiz şey sabit bir varlıq deyil. Bəlkə o da dəyişir, axır, formalaşır. Bəlkə “öz” – daimi axtarış halıdır.Nə qədər ki özünü özgədə axtarırsan, özdən uzaqsan. Öz yalnız özlə tanış olur. Özlə danışmaq isə… asan deyil. Öz deyə bildiyin hər şey əvvəlcə sənə ağrı verir. Çünki gerçək təskinlikdən əvvəl gəlməz. Ardı:https://acunclub.org/otukendenqeydler1/
Yazı sükutu pozurmu deyə düşünürdüm.Sonra düşünməyi dayandırdım. Çün ki gördüm ki kəlləm qışqırır.Gövdəmin zirvəsindəki səs küyü dayandırmaq üçün yazıya tökməyi seçdim.Çətindir ya asant bilmirəm.Amma sükut hüznün özüdür.Sükut bəs kəllənin içindəki qaynar danışığın sonudur ya əvvəli.Çox az şeyə qəti cavabım var.Onlardan biridə bu sualadırki, sonudur.Səssizlik, sükutla eyni deyil.Səssizlik sükuta gedən yoldur.Tanımlamalar çoxdur.Elə çoxumuzuda bu qorxudur.Ona görə bəzən ilişib qalırıq ki, xoşbəxtlik səsküydür yoxsa aramlıq.Aramlıq, yeni bir tanım daha.Aramlığın sükut ya səssizlikdən fərqi nədir.Sükut heçnə etməməkdir ya hər şeyi edib dayanmaq?Səssizlik bir seçim olaraq necə cavabdır.Mənim bunlara cavabım situasiyadan asılıdır obyektif deyil.Bu suallar cavab üçündə deyil.Suallar prosesdir.Təkrarlanan proses olaraq cavab almadan cavablar tapmağa təkan verən proses. Ardı: https://acunclub.org/sessizlik-hakkinda-esse/
Turan – Bir Millət, Min Ürək ❤️ "Turançılıq nədir?" deyənlər üçün cavab sadədir: Bu, Türk xalqlarının birliyi, ortaq mədəniyyəti, dili, tarixi və gələcəyi uğrunda birgə mübarizə və əməkdaşlıq fəlsəfəsidir. 🧭 Turançılıq – keçmişin xatirəsi deyil, gələcəyin yoludur. Niyə Turan? 🌐 Ortaq kök, ortaq dil, ortaq hədəf 💪 İqtisadi, mədəni və siyasi güc birliyi 🤝 Həmrəylik ruhu və qarşılıqlı dəstək ACUN Club nə edir? 🔸 Turan düşüncəsini praktik fəaliyyətə çevirir 🔸 Kooperativlər, təhsil proqramları, və beynəlxalq əməkdaşlıqla Türk dünyasını birləşdirir 🔸 Gəncləri ideoloji boşluqdan çıxarıb məqsədyönlü fəaliyyətə yönəldir 📣 Biz inanırıq: Turan – xəyal deyil, strateji bir məqsəddir! Əgər sən də bu inamı bölüşürsənsə... 👉 Bizə qoşul: @acunclub 📚 Maariflən, paylaş, təşkilatlan! #ACUNCLUB #Turancılıq
без подписи
🎓 ACUN CLUB GƏLƏCƏK AKADEMİYASI Özünlə düşün, birliklə qur, gələcəyə addımla! 📢 Yeni dövrün liderləri burada yetişir! ACUN CLUB sizi fəlsəfə, mədəni kimlik, kooperativçilik və texnologiya sahələrini birləşdirən 4 modullu unikal təlim proqramına dəvət edir.Proqram, Fəlsəfə, Turançılıq, Kooperatifçilik iqtisadi modeli və Süni inteleklə əlaqəlidir. 🔹 MODUL 1: Varlıq və Birlik 🧠 “Mən kiməm?” sualından başlayaraq, dünya fəlsəfəsinə doğru səyahət. 🔹 MODUL 2: Turan Düşüncəsi və Mədəni Kimlik 🌍Türk Dünyası, Tarix, mədəniyyət və mənəvi irsimizi fəlsəfi əsaslarla yenidən kəşf edin. 🔹 MODUL 3: Kooperativçilik və Kollektiv Gələcək 🌱 Sosial ədalətə və dayanıqlı inkişafa aparan yeni iqtisadi model – kooperativ həyat tərzi. 🔹 MODUL 4: Süni İntellekt və Yeni İnsan Modeli 🤖 Texnologiya çağında insanın mənəvi və etik yenidən düşünülməsi.Süni intelekt nədir nə etmək olar? ✨ Nə əldə edəcəksiniz? ✅ Fəlsəfi düşüncə və kimlik şüuru ✅ Dayanıqlı liderlik və sosial məsuliyyət ✅ Etik texnoloji yanaşma və kollektiv əmək modeli ✅ Yerli və beynəlxalq sertifikat ✅ ACUN Club-a üzv olmaq və partnyor endirimləri 📌 Kimlər iştirak edə bilər? Özünü tanımaq, düşünmək və dəyişdirmək istəyən hər kəs Gələcəyi birlikdə qurmaq istəyən gənclər, tələbələr və sosial təşəbbüskarlar 📍 Qeydiyyat üçün tələsin! Yer sayı məhduddur,yalnız seçilən iştirakçılarla əlaqə saxlanılacaqdır. 📨 Əlaqə:contact@acunclub.org Qeydiyyat formu: https://docs.google.com/forms/d/1D9cwUNDxhXzAE0EI6dNKzVXV83BjK0uaJKeaFyV1VWM/edit #ACUNClub #GelecekMektebi
https://acunclub.org/azerbaycanda-iscilerin-rifahina-tesiri-baximindan-minimum-emek-haqqi-siyaseti/
Fəlsəfəliyək yoldaşlar: https://acunclub.org/zamannezamanbaslandi/
https://acunclub.org/agrininfelsefesi/
Polyak dili öyrenmek isteyenler yararlana bilərsiniz: https://tehsil.org.az/singlepost/279/polyak-dilin-oyrenmek-ucun-odenissiz-kanal-yaradilib
⭐️Daha öncə sizə telegramdan ödənişsiz coin,dvident gəlir qazandıran airdrop layihələri paylaşmışdıq.🐠 👾Bir qisminiz qatılıb faydalana bildi. 🔺Bu gün bir yenisin daha paylaşırıq.Əgər telegram istifadəçisinizsə bu proyektdən Ödənişsiz token ala bilərsiniz. Linkə daxil olmağınız başlanğıc üçün kifayətdir: 🏆Paws adlı bu oyunda ekran tıklamaq yaxud ödəniş etmək tələb olunmur. 🏹 Etməniz gərəkən taskları edib linkə daxil olub ulduzları toplamaqdır. 🚩Uğurlar linkə daxil olub qoşula bilərsiniz. https://t.me/PAWSOG_bot/PAWS?startapp=oLH3D4Cl
🎉 Çoxdandı gözlədiyiniz PRO qruplarımıza qeydiyyat artıq başlayır! 🎉 📖 Self-Study öyrənmə yolunuzda sizə inamlı bələdçi olmağa gəlirik! 🌟 💸 Hər kəsin BÜDCƏ-sinə uyğun olaraq, sizə xüsusi EKONOM-PRO qrupları yaratdıq! 🎯 2025-ci ilə qədər sizi rus dili öyrənən FƏRD kimi formalaşdırmağa çalışacağıq! 🚀 💻 Linkə daxil olun, şərtlərlə tanış olun, formu doldurun və bizə qoşulun! 🔗🙌 https://docs.google.com/forms/d/1rX9hpOIHhq0o0XzXbAw1RdPEPPdBQvv7Vj3hrS8WuTA/edit
без подписи
Fəlsəfə kateqoriyamız ilk yayımına başladı https://acunclub.org/felsefeden10sitat/
Saytımız test yayıma başladı! https://acunclub.org/saytimiz-test-yayima-basladi/
"ACUN CLUB"- "LAÇIN" dostluq görüşü. https://acunclub.org/a-c-u-n-club-lacin-futbol-qarsilasmasi-bas-tutub/
Karabook yayın evi açılış münasibətilə, yaradıcı yazma sevginizi paylaşmaq üçün bir qısa hekayə yarışması təşkil edirik! Hekayəniz maksimum 3000 söz uzunluğunda olmalıdır. Qazananlar və Mükafatlar 🏆: Qalib hekayələr ölkə və ölkə xaricində(Abş,Yaponiya,Almaniya…