anspresscom
Статистика🖥 OPERATİV XƏBƏR PORTALI 💬 CHAT @ansqrup 📌Ən Son Xəbərlər 🔍Dünyada Baş Verən Xəbərlər ANS ÇM Radio https://anspress.com/anschm ✅anspresscom- da
- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 28
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 121
- 1/48двое суток
- 138
- 1/72трое суток
- 149
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
⚡️Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb: ● Köynəklər 12-14 manat ● Şalvar və ətəklər isə 15 manat təşkil edəcək. ● Qiymətlər ölçüyə görə dəyişir. Məlumatı iqtisadiyyat.az saytı yayıb.
⚽️ "Sabah" Danimarkanın "Orhus" komandasını məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi.
⚡️Ali təhsil müəssisələrinə ixtisas seçimi 12-19 avqust tarixlərində aparılacaq.
❗️🚇Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır. Məlumata əsasən, xətlərin ayrılması layihəsi Bakı metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir. Tikinti işlərinin 10-11 ay davam edəcəyi bildirilib. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq. Qeyd edilib ki, tikinti işləri başa çatdıqdan sonra Yaşıl xətt "Dərnəgül"dən başlayaraq "Cəfər Cabbarlı" stansiyası vasitəsilə "Xətai" stansiyasına qədər fəaliyyət göstərəcək. İlkin mərhələdə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq. Növbəti mərhələ Y15 stansiyasına qədər tunellər və geri dönmə infrastrukturu tamamlandıqdan sonra Yaşıl xətt üzrə intervalın təxminən 2 dəqiqəyə qədər azaldılması mümkün olacaq.
⚡️Bakıda DƏHŞƏT: 20 yaşlı qız 20-ci mərtəbədən yıxılıb öldü Bakıda faciəli hadisə baş verib. Hadisə Nizami rayonunda qeydə alınıb. Şabran rayon sakini, 20 yaşlı Aytac Rauf qızı Baxşiyeva kirayədə yaşadığı binanın 20-ci mərtəbəsindən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğunda aparılır.
🇺🇦Zelenski bildirib ki, son bir həftə ərzində Rusiya Ukraynaya təxminən 1900 dron, təxminən 1600 hava bombası və 144 müxtəlif tipli raket atıb.
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən restoran yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı beşə çatıb.
🔴Sabah Bakıda isti, regionlarda yağış olacaq Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, sabah əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Belə ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
⚡️KİV: Tramp ona təqdim edilən İrana qarşı yeni hücum planlarını təsdiqləyib.
Yaponiyada iki gündür davam edən güclü zəlzələlər nəticəsində 36 nəfər ölüb.
‼️Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib Bu barədə BDYPİ məlumat yayıb. Bildirilib ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir: "Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır. Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir". Qeyd olunub ki, yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır: "Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir”
‼️Xalq şairi Nəriman Həsənzadə vəfat edib Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
⚡️Xəzər rayonunda 45 kiloqram narkotik aşkarlanıb Cinayət əməlində şübhəli bilinən 53 yaşlı Fariz Xəlilov saxlanılıb
🔴🔴 Azərbaycanda zəlzələ baş verib Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
⚽️⚽️ “Qarabağ” penaltilər seriyasında “CSKA”ya (Sofiya) məğlub olaraq UEFA Avropa Liqasını tərk etdi
❗️CNN: Pakistan və Qətər İranla ABŞ-ı danışıqlar masasına qaytarmağa çalışır
🇺🇦🇺🇸Zelenski bildirib ki, Ukrayna ABŞ və Avropadan Patriot sistemləri üçün əlavə raketlər alacaq. Ukrayna prezidenti, Türkiyədə keçirilən NATO sammitinin Ukrayna üçün faydalı olduğunu deyir. "Gələcək günlərdə ABŞ-dan raketlərdən ibarət bir paket alacağıq. Həmçinin, avropalılarla ayrı-ayrı sazişlərə nail oldum, hələ ki, konkret tarix yoxdur, lakin əlavə PAC-3 raketləri də olacaq", - deyə Zelenski bildirib.
⌛️ YEKUN | Qarabag 3–0 Vestri 👀 UEFA Europa League çərçivəsində keçirilən matçın qalibi Qarabag oldu.
Prezident İlham Əliyev Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqləyib
🇮🇷 Məşhəddə 🇺🇸 Trampı hədələyən banner asılıb Dünən sosial mediada paylaşılan görüntülərdə Məşhəd şəhərindəki hotellərdən birinin binasına ABŞ prezidenti Donald Trampı hədəf alan böyük bannerin asıldığı görünür. Bannerin üzərində ingilis dilində "We will kill Trump" ("Trampı öldürəcəyik") ifadəsi yer alıb. Eyni mətn bannerin aşağı hissəsində fars dilində də yazılıb.