- Последний пост
- 14 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 13
- Всего постов
- 33
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 29
- 1/48двое суток
- 33
- 1/72трое суток
- 35
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
Ustad Fatiminiya: "Mən qorxuram ki, bəzi insanların Seyyidüş-Şühəda (ə) üçün axıtdıqları göz yaşları onları aldatsın.Yəni insan zənn edir ki, ağlayır və Allahın sevimlisidir, amma elə əməllər edir ki, daş belə onun əməllərinə ağlayar! Əlbəttə, çoxlu saf və həqiqi göz yaşları da var. Mən bunu inkar etmirəm. Lakin insan öz əməllərinə də diqqət etməlidir. Bəzən insan ağlayır və bu ağlama onun özünü Allahın sevimli bəndəsi hesab etməsinə səbəb olur. Lakin gözlərini yumduğu zaman ona deyilər: «Bu, sizə vəd edilən Cəhənnəmdir.» O isə deyər: «Mən axı ağlayırdım, əzadarlıq edirdim!» Ona cavab verilər: «Sən əxlaqını və davranışlarını İmam Hüseynə (ə) yaxınlaşdırmalı idin!» Yəni İmam Hüseyn (ə) üçün ağlamaq insanın həyatında onun əxlaqına, davranışına və haqq yoluna yaxınlaşmağa səbəb olmalıdır. Təkcə göz yaşı insanın nicatına zəmanət vermir".
Zəncirə vurduğum səbrimin açarıyla oynayırlar. Muxtar Səqəfi
Səma hər zamam başının üstündədir, sən sadəcə gözlərini aç...
Acı həqiqət))
“Kül tərəzidə ölçülməz, külək bilər dəyərini.”
Sənin ağuşundur qəribliyimə vətən.
En səcdəyə, əl vur, toxun insanlığa əllə, Sevda deyilən hökmə nə fərman, nə məcəllə?
Hər dinləyəndə eyni hissi verir... Qırılmış bir qəlb..
“Peyğəmbərin (s) vəfatı bir insanın dünyadan köçməsi deyil; hələ də Peyğəmbərinin qədrini anlamamış bir ümmətin geridə qalmasıdır.”
Axır yozdum bu yuxunu, Tanıdım yadı, yaxını, Hər kəsin boyu, buxunu, Ağzının sözü boydadır elə!
Dindarla dinsizlər belə ayrılır. Haqq ilə batil, cənnət əhli ilə cəhənnəm əhli də belə ayrılacaq https://t.me/talebagirzade
Bəyaz-Mavi Rəng dəyişib bütün dünyam, Gül bəyazdı, ağac mavi. Varlığın hiss olunandan, Eşq bəyazdı, vüsal mavi. Vücudumu tərk etmişəm, Vücuduna ərk etmişəm Orada bir ev tikmişəm, Ev bəyazdı, həyət mavi. İstəyirəm təsirlənim, Sənin eşqinlə rənglənim.…
İnsanlar dünyaya, dünya Əliyə, Əli Fatiməsinə aşiq idi..💚
Bəyaz-Mavi Rəng dəyişib bütün dünyam, Gül bəyazdı, ağac mavi. Varlığın hiss olunandan, Eşq bəyazdı, vüsal mavi. Vücudumu tərk etmişəm, Vücuduna ərk etmişəm Orada bir ev tikmişəm, Ev bəyazdı, həyət mavi. İstəyirəm təsirlənim, Sənin eşqinlə rənglənim. Sənə nə rəngdə səslənim? Dil bəyazdı, dodaq mavi Deyimmi bu necə işdir? Sənə görə dəyişibdir. Sən sevməsən adi rəngdir; Bəyaz bəyaz, mavi mavi.
Kiməsə mərhəmət etsəniz, ürəyinizdəki buzlar əriməyə başlayır, birdən-birə inşirah qoxusu gəlir, Rəbbə yaxınlaşırsınız. Ona görə deyirlər ; Yıxılan birinə əl uzatdığınız zaman əslində kimin kimi xilas etdiyini bilmirsiniz. İnsan kimisə xilas edəndə əslində özünü də xilas edir. 🌿
❓ Övladınız “Sənə nifrət edirəm!” kimi sözlər deyəndə necə davranmalı? ⭕️ “Sənə nifrət edirəm!” və ya “Sən məni heç başa düşmürsən!” kimi ağır cümlələri eşitmək hər bir ata-ana üçün qəfil bir sarsıntı kimidir. Sanki valideynin indiyədək övladının tərbiyəsi üçün göstərdiyi bütün səylər bir anda sual altına düşür. 🔵 Belə böhranlı anlarda valideyn olaraq beynimiz sürətlə müdafiə mövqeyinə keçir. “Amma mən səni sevirəm!” deməklə özümüzü müdafiə etməyə və ya sərt reaksiya verərək mübahisəni bitirməyə meyilli oluruq. 🟡 Halbuki övladın bu cür kəskin sözlər işlətməsi çox vaxt bizə qarşı “müharibə elanı” deyil; onun emosional təhlükəsizliyə olan ehtiyacının şüursuz şəkildə ifadəsidir. 🔴 Bu emosional fırtınalardan sağlam şəkildə çıxmaq üçün övladımızın “qarşısında” deyil, “yanında” dayanmağı öyrənməliyik. 1⃣ Birinci addım: Övladın hisslərini qəbul etmək. 🏠 Övladın emosional zəkasının inkişafına kömək etmək üçün ilk praktik addım onun hisslərini təsdiqləyən ifadələrdən istifadə etməkdir. 👉 Məsələn: “Başa düşürəm ki, çox əsəbiləşmisən. Səni anlamağa çalışıram. Mən də sənin yerində olsaydım, bəlkə də narahat olardım.” ⚠️ Bu cümlələr uşağın aqressiv davranışını təsdiqləmir. Sadəcə, onun yaşadığı hissin mövcudluğunu qəbul edir. 2⃣ İkinci addım: Mübahisə və inadkarlıq oyununa girməmək. 🏡 Bəzən valideyn uşağı anlamağa çalışdıqca o, daha çox müqavimət göstərə bilər: - “Yox! Sən mənim nə hiss etdiyimi başa düşmürsən!” ⚫️ Uşaq emosional olaraq həddindən artıq gərgin vəziyyətdədirsə, həmin anda ona uzun-uzadı məntiqi izahlar vermək faydalı olmaya bilər. Valideyn bəzən danışmaq əvəzinə sadəcə sakit şəkildə onun yanında qalmalıdır. 3⃣ Üçüncü addım: Sakitliyi yaxınlıq və qarşılıqlı anlayışla bərpa etmək. 🏘 Valideyn belə deyə bilər: “Onda mənə kömək et ki, hisslərini daha yaxşı anlayım. İstəyirsənsə, əvvəlcə bir az sakitləş, sonra mənə danış.” 🟤 Əgər uşaq fiziki yaxınlıq istəyirsə, təhlükəsiz fiziki təmas, məsələn, qucaqlaşmaq da onun sakitləşməsinə kömək edə bilər. 4⃣ Dördüncü addım: Seçim haqqı və susmaq imkanı vermək. 🔘 Əgər uşaq hələ də danışmaq istəmirsə, onu buna məcbur etmək lazım deyil. 👉 Belə demək olar: “İndi danışmaq istəmirsənsə, problem deyil. Nə vaxt hazır olsan, mən səni dinləməyə hazıram.” 🟣 Bu yanaşma uşağa emosional nəfəs almaq üçün məkan verir və vəziyyət üzərində müəyyən seçim haqqının olduğunu hiss etdirir. 🟠 Eyni zamanda uşaq öyrənir ki, onun şəxsi sərhədlərinə hörmət edilir və münasibət yalnız mübahisə zamanı deyil, sakitləşdikdən sonra da davam edir. 🏠 Bu dörd mərhələli yanaşmanın əhəmiyyəti yalnız evdə yaranmış bir böhranı həll etməklə məhdudlaşmır. Əslində valideyn bununla övladına dərin sosial-emosional bacarıq öyrədir. ♻️ Uşaq valideynin davranışından öyrənir ki, əvvəla əsəbilik pis şeydir, ikincisi qəzəblənmək münasibətin bitməsi demək deyil; ağır hisslər yaşamaq mümkündür və həmin hissləri münasibəti dağıtmadan ifadə etməyi öyrənmək olar. @kovser114
Artıq 20 tamam olur🥹♥️
Sən də daşlamağa özgəsini tap, Məni ömür boyu daşlayan adam. Gilası mürəbbə, quzunu kabab, Şairi heykəltək xoşlayan adam. Ramiz Rövşən
Dünyadakı ən dəyərli varlıq insandır. Vətəni formalaşdıran da insandır və məhz bu vətən onun xidmətində olmalıdır. Vətən insanın ləyaqətini, dəyərini qorumaq, onun qabiliyyət və potensiallarının üzə çıxması üçün bir mühit yaratmaq üçündür. Vətənə pərəstiş edilmir, ona xidmət edilir. Vətənpərvərlik hər nə qədər insanın saf duyğularından biri hesab edilsə də, əgər irqçi bir formaya çevrilərsə, insan hiss edir ki, o, Allah yerinə öz vətəninə sitayiş edir. Bu genişlənmiş eqoizm əvvəlcə faydalı bir emosiya idi, lakin miqyası genişləndikcə dağıdıcı hala gəldi. İmam Musa Sədr