- Последний пост
- 18 мар. 2025 г.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Problemli kreditlər üzrə mütəxəssis tələb olunur İşəgötürən: KOLLEKTA MMC Vəzifə öhdəlikləri: Müştərilərin kredit ödənişlərinin gecikmələrinin təhlili və izlənilməsi; Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yüklənilməsi; Problemli kreditlərin geri qaytarılması üçün müştərilərlə əlaqə saxlanılması; Müştərilərlə danışıqlar aparmaq, borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarının təklif edilməsi; Müştərilərin maliyyə vəziyyətini qiymətləndirərək uyğun həll yollarının tapılması; Təyin olunmuş portfelin idarə olunması; Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması. Tələblər: Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq); Müvafiq sahə üzrə 2 il iş təcrübə tələb olunur; 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür; Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı; Dəqiqlik, detallara fikir vermək qabiliyyəti. Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür Bəy namizədlərə üstünlük verilir. İş barədə məlumat: Əmək haqqı: 1000-1400 AZN İş yeri : Bakı şəh, Nərimanov rayonu Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00 CV-lərinizi “Problemli kreditlər üzrə mütəxəssis” başlığı altında hr@kollekta.az ünvanına göndərməyiniz xahiş olunur. Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
Qrafik Dizayner tələb olunur İşəgötürən: SMTS Əmək haqqı məbləği net olaraq 1500 -2500 AZN aralığındadır. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır. Təhsil, Təcrübə, Biliklər və s ilə bağlı TƏLƏBLƏR. Tələb olunan təhsil və təcrübə: Qrafik dizayn, vizual kommunikasiya sahələri ilə əlaqəli ali təhsil; Reklam materialları, çap və rəqəmsal dizayn sahəsində ən az 3 il iş təcrübəsi (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir); İnşaat və ya sənaye sektoru üçün dizayn işlərində təcrübəsi olanlara üstünlük verilir. Tələb olunan kompüter bilikləri: Adobe Creative Suite proqramlarını yüksək səviyyədə bilməli: Adobe InDesign – Buklet və broşura tərtibatı; Adobe Illustrator – Vektor qrafikası və loqotip dizaynı; Adobe Photoshop – Şəkil redaktəsi və keyfiyyətin artırılması; CorelDRAW, Figma və Canva kimi alternativ dizayn proqramlarında işləmək bacarığı üstünlükdür; Çap və rəqəmsal dizayn sahəsində texniki biliklərə malik olmalı (CMYK və RGB rəng modelləri, çap keyfiyyəti, format uyğunluğu və s.). Tələb olunan dil bilikləri: Azərbaycan dili - C1 İngilis dili – B2 Rus dili – B2 Tələb olunan bacarıqlar: Şirkətin brend kitabçasına uyğun vizual materialların hazırlanması; Çap və rəqəmsal reklam materiallarının dizaynı (bukletlər, kataloqlar, sosial media postları, bannerlər və s.); Tipoqrafiya, rəng uyğunluğu və qrafik kompozisiya prinsiplərini bilməli; Loqotip, ikon və infoqrafika dizaynı üzrə bacarıqlı olmalı; Çap prosesi və poliqrafiya tələbləri barədə biliklərə malik olmalı; Sürətli işləmə və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı. Əmək şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş rejimi: 5 günlük iş həftəsi; Yarımştar və ya Kənardan çalışmaq imkanları da var. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron poçt ünvanına mövzu yerinə “Qrafik Dizayner” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Marketinq Menecer tələb olunur İşəgötürən: Azərbaycan Üzgüçülük Federasiyası Namizədə tələblər: Marketinq üzrə bakalavr və magistr təhsili; Müvafiq vəzifə üzrə 3 il; Azərbaycan, Rus-dili, İngilis dili (əla); MS Office proqramlarında işləmək bacarığı; Komandada işləmə, həmçinin sərbəst qərarvermə bacarığı; Araşdırma, Analiz və təşkilati bacarıqlar Əsas vəzifə öhdəlikləri: Xidmətlərimizin kommunikasiya ilə bağlı şirkətlər istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək; Qurumun və Xidmət performansını müşahidə edərək təhlil etmək; İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq; İnkişaf imkanlarını müəyyən etmək üçün bazar araşdırmasının, rəqabət və istifadəçi rəyi təhlillərinin aparılması; Federasiyasının reklam və kommunikasiya fəaliyyətlərinin monitorinqini həyata keçirmək; Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması; Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə birbaşa rəhbərliyi məlumatlandırmaq İş şərtləri: İş vaxtı: 09:00 - 18:00 İş günü: 5/2 Əmək haqqı: 2000 AZN Maraqlanan şəxslər öz CV formalarını hr@asf.az elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin) Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Problemli kreditlər və məhkəmələrlə iş şöbəsində VAKANSİYALAR İşəgötürən: MJ FİNANCİAL SERVİCES BOKT" ASC VƏZİFƏLƏR: 1. Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi - əməkhaqqı 1300 -1500AZN 2. Problemli kreditlər üzrə mütəxəssis - əməkhaqqı 1000 - 1300AZN 3. Problemli kreditlər üzrə kiçik mütəxəssis - əməkhaqqı 500 - 800AZN Uyğun namizədlər CV-lərini müvafiq vakansiya başlığı ilə hr@mjfinance.az e-mail ünvanına göndərə bilər.
Otel Direktoru tələb olunur - XIZI İşəgötürən: Cənnət Bağı oteli Vəzifə öhdəlikləri: •Qeydiyyat, təmizlik, texniki xidmət daxil olmaqla, bütün otel əməliyyatlarını idarə etmək •Şirkətin strateji məqsədlərini həyata keçirmək üçün əməliyyat planlarını hazırlamaq və icra etmək •Günlük əməliyyatların preblemsiz əkildə icra edilməsini təmin etmək, işçilərin performansını izləmək və lazımi resursları təmin etmək •İş proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üçün tədbirlər görmək •Proseslərin səmərəli və effektiv şəkildə həyata keçirilməsini təmin etmək •Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi; Tələblər: Yaş həddi: 25-45 • İdarəetmə və ya müvafiq sahədə ali təhsil • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi • Güclü təşkilat və idarəetmə bacarıqları • Analitik düşüncə qabiliyyəti və problem həlli bacarıqları İş şəraiti: • İş yeri Xızı rayonunda yerləşir • 6 günlük iş qrafiki (Şənbə günü qısa iş günü) • Yerləşmə və qidalanma şirkət tərəfindən təmin olunur. • Əməkhaqqı müsahibə əsasında Uyğun namizədlər, CV-lərinizi hr@cbgroup.az adresinə göndərə bilərsiniz
İqtisadi xəbərlər saytı gündüz admini və müxbir vəzifələri üzrə vakansiyalar elan edir İş yeri: Bakı şəhəri Yaş həddi: 22-35 qadın namizəd Vakansiyaların adları: müxbir (1 nəfər), gündüz admini (1 nəfər) İş təcrübəsi: azı 1 il Əsas tələblər: Admin və jurnalistika üzrə təcrübəsinin olması. İqtisadi və maliyyə xəbərləri üzrə təcrübəyə üstünlük verilir. Operativ və məsuliyyətli olmaq Gündəmi izləmək, iqtisadi, sosial və siyasi sahələrdən xəbərdar olmaq Xəbər duyumu və jurnalistikadan anlayışlı olmaq Azərbaycan dilinin qrammatikasını yaxşı bilmək - Tədbirlərdə, mətbuat konfranslarda iştirak etmək və xəbərlər hazırlamaq - Xarici KİV-dən məlumatları tərcümə edə bilmək - Sosial media səhifələrində işləməyi bacarmaq - Komanda ilə işləmək bacarığı İş rejimi: bazar ertəsi-şənbə 09:00-18:00 Bakı şəhərində və redaksiyaya yaxın ünvanlarda yaşayanlara üstünlük veriləcəkdir. Namizəd öz CV-sində doğum tarixi, təhsili, əvvəlki iş yerlərini, yaşayış ünvanını və digər məlumatları dəqiq göstərməlidir. Maaş: 1000 manat Uyğun namizədlərin CV-lərini 051 344 09 10 Vatsap nömrəsinə göndərmələri xahiş edirik. Yalnız tələblərə cavab verən CV-lər üzrə cavab veriləcək və görüşə dəvət olunacaqdır.
AccessBank-da aktiv İT VAKANSİYALAR VƏZİFƏLƏR: 1. IT Business Analyst 2. QA specialist 3. Middle IOS developer 4. Senior Information Security Specialist 5. Data Scientist (Risk Management Department) 6. IT Help Desk Team Leader Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi cv@accessbank.az ünvanına göndərə bilərsiniz. E-mail: cv@accessbank.az Komandamızda Sizi görməyə şad olarıq. 😍
Maliyyə risklərinin idarə edilməsi şöbəsinin rəhbəri tələb olunur İşəgötürən: PASHA Insurance - Paşa sığorta Vəzifə və Öhdəliklər: Maliyyə risklərinin idarə edilməsi üzrə siyasət, qayda və metodologiyaların işlənib hazırlanmasını və yenilənməsini təşkil etmək; Sığortaçının maliyyə dayanıqlığını qiymətləndirmək; Daxili reytinq/skorinq modellərinin inkişaf etdirilməsi, yenilənməsi və validasiyasını həyata keçirmək; Mütəmadi olaraq maliyyə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsini təşkil etmək və nəticəsində risk xəritəsini hazırlamaq; Borcalanların kredit riski qiymətləndirilməsi üzrə metodologiyasının tətbiq edilməsinin koordinasiyasını, dəstəyini və nəzarətini həyata keçirmək; Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək; Stress-test üzrə metodologiyaların və modellərinin hazırlanmasını, tətbiq edilməsini təşkil etmək və nəticələri ilə bağlı təkliflər vermək; Risk iştahasının hazırlanmasında iştirak etmək və monitorinqi ilə bağlı prosesə nəzarəti təmin etmək; Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi; Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək; Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək; Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsini həyata keçirmək; Maliyyə riskləri üzrə daxili hesabatlılıq sisteminin effektiv işləməsini təmin etmək; Tabeçiliyində olan əməkdaşların daimi inkişafı üzrə effektiv proqramın təmin edilməsini təşkil etmək; Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar. Biliklər: Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil; Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; (böyük həcmli məlumatlar, modellədirmə üzrə olan proqram və instrumentlərdən istifadə bacarığı arzuolunandır); Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır. Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir Təcrübə: Risklərin idarə olunması sahəsi üzrə minimum 4 il təcrübə (Maliyyə institutları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir); Bacarıqlar: Yüksək təqdimat bacarıqları; Komanda ilə effektiv işləmək bacarığı; Yaxşı ünsiyyət bacarığı; Məntiqi və analitik düşüncə; Təşəbbüskarlıq; Böyük məlumat bazaları ilə işləmək bacarığı; Modelləşdirmə. "Maliyyə risklərinin idarə edilməsi şöbəsinin rəhbəri" qeyd edib CV-nizi recruitment@pasha-insurance.az e-mail adresinə göndərə bilərsiniz.
Kredit departamentinin Rəhbəri tələb olunur İşəgötürən: NBCO KredAqro “KredAqro” Bank Olmayan Kredit Təşkilatı Kredit departamentinin Rəhbəri vəzifəsinə işçi axtarışı elan edir. İş yeri: Bakı şəhəri; İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə); Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə; Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı; Əmək haqqı: 2000 azn. Əsas vəzifə və öhdəliklər: Təşkilatın qarşısında qoyulmuş tapşırıqların səmərəli yerinə yetirilməsi üçün filiallarla fəaliyyətlərin təşkili, idarə edilməsi və əlaqələndirilməsi; Təşkilatın kredit ehtiyacının ödənilməsi üçün (lazımi) kapital səviyyəsinin müəyyən edilməsi; Kreditin verilməsi və qaytarılması işində təşkilatın prosedurlarının həyata keçirilməsinin təşkili və ona nəzarət; Monitorinq keçirilməsi prosesində iştirak etmək və ona nəzarət; Kredit əməliyyatlarında xərclərin səmərəliliyinə nəzarət; Filiallar və baş ofis arasında səmərəli məlumat axının idarəedilməsi; Lazımi hesabat formalarının vaxtında və keyfiyyətli hazırlanıb təqdim olunması; Təşkilatın filiallarının fəaliyyətinin səmərəliliyinin, kredit işçilərinin fəaliyyətinin qiymətləndirilməsi meyarlarının işlənib hazırlanması; Təşkilatın inzibati və əməliyyat xərclərinin, kapital xərcinin, inflyasiya səviyəsinin təhlili əsasında faizlərin müəyyənləşdirilməsi; Kreditlərin təsnifatının aparılması və düzgünlüyünün yoxlanması. Tələb olunan keyfiyyətlər: Ali təhsil; Bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi. Microsoft Office proqramlarında işləmək bacarığı; Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı; Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini qeyd edilmiş recruitment@kredaqro.az elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Kredit departamentinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.
Marketinq Müdiri tələb olunur İşəgötürən: Bonamed İş barədə məlumat: Yeni vә mövcud mәhsullar üzrә marketinq planlarının işlәnilmәsi vә hәyata keçirilmәsi; Məhsulların satışının artırılması istiqamətində yeni kompaniyalar hazırlamaq və icrasında iştirak etmək; Şirkət saytı üzrə işlərdə iştirak; Mövcud müştәri bazasını analiz etmək və həmin baza ilə daimi işləmək; Marketinq araşdırmaları zamanı әldә edilәn nәticәlәrin tәhlili vә nәticәlәr әsasında tәkliflәrin hazırlanması; Marketinq şöbәsinin gündәlik işinә operativ nәzarәt; Satış şöbәsi ilә әmәkdaşlıq Namizədə Tələblər: Minimal 2 illik marketinq və sosial media təcrübəsi; Adobe Photoshop, Adobe Premier, Adobe After Effect proqramları biliyi üstünlükdür; Videolarla işləmə bacarığı üstünlükdür Digər növ pozisiyaya uyğun bütün bilik və bacarıqlar üstünlükdür. Şərtlər: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; İş rejimi: 09:00-dan 18:00-dək; Həftənin 6 günü (Şənbə günü yarım iş günü); Bayramlar qeyri-iş günü; Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi; Bütün avadanlıqlarla təminat; Əmək haqqı: 1200 AZN + bonus (KPİ bonus). Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini qeyd edilmiş elektron poçt ünvanına göndərmələri və cv@bonamed.az e-mailin mövzu hissəsində mütləq “Marketinq müdiri” qeyd etmələri xahiş olunur.
Baş mühasib tələb olunur - YÜKSƏK MAAŞ İşəgötürən: Caspident İş rejimi: həftənin 5 günü; 09:00 – 18:00 6 ci gün 10:00-14:00 Əmək haqqı: 3000 azn Yaş: 30-55 Vəzifə öhdəlikləri: Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət Borcların ödənilməsinəmütəmadi nəzarət və hesabatların hazırlanması Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu Rəsmi hesabatların (vergi, DSMF, statistika) hazırlaması və vaxtında təqdim edilməsi Maaş, məzuniyyət, ezamiyyət və s. əmək haqqı ilə bağlı hesablamaların aparılması, ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq Rəhbərliyə işi haqqında müvafiq qaydada həftəlik/aylıq hesabatların təqdimi Maliyyə məlumatlarının təhlili və şirkətin maliyyə vəziyyətinin təkmilləşdirilməsi üzrə işləri həyata keçirmək; Mühasibatlıq üzrə işçilərin iş keyfiyyətinə nəzarət və onların fəaliyyətinin qiymətləndirilməsi. Ezamiyyət əmrlərin təsdiqlənməsi; Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət; Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması; Həm kişi həm də qadın namizədlər müraciət edə bilər Rus dilinin olması üstünlükdü Peşəkar Mühasibat Sertifatı(PMS) olması mütləqdir (PMS sertifikatı olmayanların cv lərinə baxılmır) Namizədə tələblər: Maliyyə üzrə ali təhsil Peşəkar Mühasib Sertifikatı Sahə üzrə ən az 10 il iş təcrübəsi Mühasibat uçotunun və kargüzarlığının aparılması haqqında bilik MS Excel,Word proqramında işləmə bacarığı Müvafiq mühasibat uçotu proqramlarında, dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi Əlaqədar qanunvericilik üzrə bilik Statistik məlumatlarla işləmə bacarığı və hesabatların hazırlanması üzrə iş təcrübəsi Analitik düşünmə və detallara diqqət qabiliyyəti Operativlik, məsuliyyətlilik və komandada işləmə bacarığı "Baş mühasib" qeyd edib CV-nizi job@caspident.az e-mail adresinə göndərə bilərsiniz. Şirkət haqqında Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir. Caspident Amerika, Avropa və Asiyanın tanınmış firmaları ilə sıx əməkdaşlıq edir. Bunlara Kohler (Almaniya), MİS(İsrael), Geistlich(İsveçrə), Dentsply(Amerika), SanisWiss(Isveçrə), Ortho Organizers(Amerika), FGM(Brazil), CSN İndustrie (İtalya), Detax(Almaniya), D/Z (Almaniya), Faro(İtalya), Sure Endo (Koreya), GC(Yaponiya) kimi firmalar daxildir. Bütün bu firmalarla əməkdaşlıq Caspidentə öz müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və xidmət göstərməyə imkan verir. Caspident həmçinin muasir stomatologiyanın ən son yeniliklərindən olan implantologiya ilə ixtisaslaşmış və Azərbaycan İmplantologiya cəmiyətinin inkişafı üçün yeni başlayan həkimlərə kurslar təşkil etməkdədir.
MÜHASİB tələb olunur İşəgötürən: "Best Cleaning Group" MMC Yaş həddi: 30-45 Namizədə tələblər - Yalnız Xanım namizədlər tələb olunur - İş təcrübəsi minimum 5 il olmalıdır - Rus dili yüksən səviiyədə olmalıdır - İnglis dili arzuolunanndır - Punktual - Verilən tapşırıqları vaxtında yerinə yetirməlidir İş barədə məlumat - Vergi və mühasibat uçotunun aparılması - Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi - Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi - Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması - Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi - İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək - İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək - Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq - E-Gov və ƏMAS hökümət portalları ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək - İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq - Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq - Aylıq tabelin hazırlanması (davamiyyət cədvəli) - İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişini həyata keçirmək - İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi - İş qrafiki həftədə 5 iş günü "MÜHASİB" qeyd edib CV-nizi office@bestcleaning.az e-mail adresinə göndərə bilərsiniz.
HÜQUQŞÜNAS KÖMƏKÇİSİ tələb olunur İşəgötürən: Pera Plastik Qrup MMC İş barədə məlumat - Müvafiq hüquqi sənədlərin hazırlanması və tərtib edilməsi - Hüquqi sənədlərin tərcüməsi - Telefona cavab vermək və zəng edən şəxsi müvafiq işçi (şəxs) ilə calaşdırmaq - Elektron poçta daxil olan məktubları qəbul etmək, çeşidləmək və lazım gəldikdə ötürmək - Sənədləri skanerdən keçirmək, surətini çıxarmaq və faksla göndərmək - Şirkətə daxil olan məktub və sənədləri qəbul etmək və onları müvafiq qovluğa yerləşdirmək - Əmək haqqı: 700 manat - İş rejimi: 5 günlük, saat: 09:00-dan 18:00-d'k - Ünvan: Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika 5 Namizədə tələblər - Tam iş günü ilə işləmək - Hüquqşünaslıq ixtisası üzrə ali təhsilə malik olmaq - Rus dilində danışıq və yazı qabiliyyətinə malik olmaq - Office proqramları ilə işləmək bacarığı - Detallara yüksək diqqət yetirmək və tez öyrənmək qabiliyyətinə malik olmaq -Yaş: 22-35 "HÜQUQŞÜNAS KÖMƏKÇİSİ " qeyd edib CV-ni konul.mammadova@peraplastic.net ünvanına göndərin. konul.mammadova@peraplastic.net
Baş mühasib tələb olunur İşəgötürən: Jetour Azerbaijan İş şəraiti: İş yeri: Bakı şəhəri, Babək pr. İş qrafiki: 5 günlük (normal) Əmək haqqı: 2500-3000 manat (net) Tələblər: Ali təhsil: mühasibatlıq, maliyyə, digər iqtisadiyyat ixtisasları; Sahə üzrə 3-5 il iş təcrübəsi; Kompüter biliyi: 1C (8.3), MS Office (əsasən Excel) proqramlarında sərbəst; Sahə üzrə yerli qanunvericiliyi mükəmməl bilməsi mütləqdir; Peşəkar Mühasib Sertifikatı üstünlükdür. İş haqqında məlumat: İlkin əməliyyatların 1C mühasibat proqramında əks olunması; Bank və kassa əməliyyatları; Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması, portalda işlənməsi; E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması; Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; DSMF hesabatlarının hazırlanması; Vergi bəyannamələrinin, hesabatların hazırlanması; Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması; Yük Gömrük Bəyannaməsi ilə bağlı əməliyyatlar; Qeyri-rezident şirkətlərlə əməliyyatların aparılması. Göstərilən tələblərə uyğun namizədlər CV-lərini 19.01.2025-ci il tarixinədək mövzu yerinə “Baş mühasib - Jetour” yazaraq elmir.safarov@afamgroup.az elektron poçt ünvanına göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
İnsan resursları üzrə aparıcı mütəxəssis/baş mütəxəssis tələb olunur İşəgötürən: AFB Bank İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri. Namizədə dair tələblər: Ali təhsil; Sahə üzrə 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə üstünlükdür); Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür; İşəqəbul və müsahibə texnikaları üzrə yüksək səviyyədə bilik və təcrübə; MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər; Komandada işləmək və fəal ünsiyyət qurmaq bacarığı; Təşəbbüskar, diqqətli və məsuliyyətli olmaq. İşin təsviri: Açıq vakansiyalar haqqında məlumatın bankın saytında və müxtəlif internet saytlarında yerləşdirilməsini və onlarla ilkin müqavilələrin hazırlanmasını təmin edir; Müxtəlif dövlət və özəl qurumlar tərəfindən keçirilən əmək sərgilərində bankı təmsil edir və namizədlərə bank, bankın təqdim etdiyi vakant yerlər haqqında məlumat verir; CV bazasının yaradılmasını, açıq vakansiyalara uyğun CV-lərin seçilməsini təmin edir; Yeni işçilərin qəbuluna aidiyyatı olan struktur bölmələri işə yeni qəbul olunmuş işçi haqda məlumatlandırır; Rüb ərzində aparılmış seçimlərin analizini həyata keçirir və seçim prosesini təkmilləşdirəcək təkliflərlə çıxış edir; Perspektiv işçi seçimi məqsədilə Universitetlərlə əməkdaşlıq proqramlarını koordinasiya edir, proqram çərçivəsində hazırlanmış fəaliyyət planının həyata keçirilməsini təmin edir; Bankı korporativ tədbirlərinin keçirilməsində iştirak edir; Təlimlərin illik planının tərtib edilməsi, təlim sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsini icra edir; Bankda adaptasiya sisteminin tətbiqinə dəstək verir və işə yeni qəbul olmuş işçilərin adaptasiyasını həyata keçirir; Əməkdaşların təlim eytiyaclarının müəyyən olunması və təlimləndirilməsi işini təşkil edir; Bankın daxili təlimçilər komandasının formalaşdırılması və sistemli olaraq daxili təlimlərin həyata keçirilməsi işinin təçkilində iştirak edir. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron poçt ünvanına göndərməyini xahiş edirik.
Biznesin inkişafı üzrə mütəxəssis tələb olunur İşəgötürən: MPAY QSC İş şəraiti: İş rejimi həftənin 5 günü (09:00-18:00) Əmək haqqının 15 gündən bir ödənilməsi Tibbi sığorta təminatının verilməsi Nahar təminatının qarşılanması Vəzifə öhdəlikləri Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlayır Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında yaxından iştirak etmək Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirir Müştəri xidmətlərindən daxil olan sorğu və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin edir Müştərilərlə əlaqələrin yaradılması (soyuq zəng, online, görüş) İlkin şərtlərin və təklifin təqdim edilməsi Müqavilə proseslərini tam nəzarət etmək. (şərtlərin müzakirəsi, təsdiqləmə, imzalama) Aidiyyatı struktur bölmələr ilə məlumat bölgüsünü təmin edir Müştərilər və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin edir Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənir Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət edir Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək. Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak etmək. Namizədə olan tələblər Ali təhsil (Biznes idarəetmə, iqtisadiyyat, maliyyə) Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi Biznes inkişafı işinin təşkili və idarə edilməsini bilikləri Bazar araşdırılmasının aparılması təcrübəsi \ Partnyorlarla, müştərilərlə işlərin aparılması qaydalarını bilməli Enerjili, aktiv, daim öz üzərində çalışan Rus və İngilis dil biliyi Təqdimat bacarığı, yüksək ünsiyyət bacarığı Ofis proqramlarını bilməli, (word, excel, PowerPoint və s) Əməyin mühafizəsi qayda və normalarına əməl etmək Kollektivlə işləmə bacarığı və stresə davamlı Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi hr@mpay.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Biznesin inkişafı üzrə mütəxəssis” qeyd olunmalıdı
FULL STACK MÜƏLLİMi tələb olunur İşəgötürən: ELLIN peşə kursları - Əmək haqqı 2000 manat İş yeri: İçərişəhər metrosu yaxınlığı Namizədə tələblər: - Bu sahə üzrə minimum 1-3 il müəllimlik təcrübəsi. - Komanda ilə işləmə bacarığı - Bu sahə üzrə təhsili olması arzuolunandır İş şəraiti: • İş günü: Həftə içi 5 gün • İş saatı: 9:00-18:00 - AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat - Şirkət hesabına nahar yeməyi Uyğun olan namizədlər ellinmmc2@gmail.com hesabına "Full Stack müəllimi" qeyd edərək yolla bilər.
Qrafik Dizayner tələb olunur İşəgötürən: AYMAN GROUP MMC Həftə içi 5 gün, 09:00 – 18:00. Əmək haqqı – 2000 manat net İş yeri: İbrahimpaşa Dadaşov küçəsi 57, Bakı Ayna Sultanova heykəlinin yaxınlığı Vəzifə öhdəlikləri: • Şirkətin brend və vizual kimliyini qorumaq və inkişaf etdirmək • Reklam materialları, loqolar, broşürlər, sosial media qrafikləri və digər vizual elementləri dizayn etmək • Videoları hədəf və spesifikasiyalara uyğunlaşdırmaq • İşlənməmiş və redaktə edilmiş video faylları idarə etmək • Qrafika və tərtibatların vizual olaraq cəlbedici və brendə uyğun olmasını təmin etmək • Bir sıra layihələr və kampaniyalar üçün çap və veb faylların yaradılması • Biznes üzrə məzmun çəkilişini idarə etmək Tələb olunan bilik və bacarıqlar: • Sahə üzrə ali təhsil • Media dizayn əməliyyatları üzrə 4-6 il iş təcrübəsi • Media şirkətlərində ən azı 2 il iş təcrübəsi • Səlis Azərbaycan dili • Adobe, MS Office proqramlarından mükəmməl istifadə bacarığı Əgər tələblərə cavab verirsinizsə və bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi "Qrafik Dizayner" mövzusu ilə gunay.mammadzada@ayman.az ünvanına göndərin.
Büdcə və təhlil üzrə mütəxəssis tələb olunur İşəgötürən: “AZERA Holding” MMC İş barədə məlumat: 1. Azera Holding təşkilatları və daxili departamentlərindən büdcə məlumatlarının standart və vahid formatda toplanması, MC Excel-də vahid formada konsolidə edilməsi, məlumatların dəqiqliyinin və tamlığının yoxlanılması; 2. Büdcə məlumatlarının faktiki rəqəmlərlə müqayisəsi və fərqlərin aşkar edilməsi; 3. Büdcə planına uyğun xərclərdə sapmalar (toleranslar) aşkar edilərsə, bununla bağlı açıqlamalar və izahatların hazırlanması; 4. Büdcənin icra olunmasının davamlı monitorinqi və müvafiq düzəlişlərin həyata keçirilməsi. Namizədə tələblər: 1. Təhsil: Ali təhsil (İqtisadi-Maliyyə ) 2. Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili arzu olunandır. 3. Kompyuter bilikləri: MS Office proqramları, 1C KA 2.4/ERP 2.4 4. İş təcrübəsi: Müvafiq sahədə min 1 il 5. Maliyyə və vergi biliklərinin olması, planlama və analiz bacarığı; 6. ACCA F2(İdarəetmə uçotu), F3 (Maliyyə uçotu) sertifikatlarına malik namizədlərə üstünlük veriləcək. İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 5 günlük iş qrafiki. Əmək haqqı: 1000-1200 AZN (NETT) Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə hr@azeraholding.az mail ünvanına göndərməniz xahiş edilir.
Baş mühasib tələb olunur - Şirkət: "M10 GROUP" Consulting MMC - İş qrafiki: 5 günlük - İş saatı: 09:00 – 18:00 - Əmək haqqı: 1500-1700 AZN Vəzifə öhdəlikləri - Bütün növ vergi hesabatlarının hazırlanması və təqdim edilməsi; - Maliyyə hesabatlarıının aparılması; - Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması; - Vergi planlaması və vergi risklərinin azaldılmasına dair işlərin aparılması; - Daxil olan pul vəsaitlərinin,mal-material qiymətlərinin uçotunu aparmaq və muhasibat uçotu hesablarında onların hərəkətini , dövriyyəsini izləmək, - Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması; Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək; Namizədə tələblər - Ali təhsil (Maliyyə, Mühasibat, Audit, İqtisadiyyat və ya bunlara uyğun ixtisaslar üzrə təhsilli olması arzuolunandır); - Yaş: 30-50 yaş - Təcrübə: Mövcud sahədə 3-5 il təcrübə; - Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus, ingilis dili üstünlükdür; - Vergi Məcəlləsi, müvafiq normativ-hüquqi sənədlər; - 1C 8.3, MS Office, xüsusilə Excell; Qeyd: CV və motivasiya məktubunuzu hr@m10.info.az ünvanına göndərin. Sizə uğurlar arzulayırıq və müraciətlərinizi gözləyirik!