Böyük şəxsiyyət - biznes, uğur, qazanc, artım, dahilik, marketinq
СтатистикаBöyük şəxsiyyət hər kəsin daxilində var. 💎Rəsmi saytımız https://boyuk-shexsiyyet.com/ 💎https://medium.com/@boyuk_shexsiyyet 💎https://pinterest.com/boyuk_shexsiyyet 💎https://instagram.com/ugurun_qanunu 💎Danışıq qrupumuz https://t.me/boyuk_shexsiyyet
- Последний пост
- 11 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 99
- Тип
- открытый
- Язык
- az
- Категория
- Картинки
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 165
- 1/48двое суток
- 189
- 1/72трое суток
- 203
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Podkast 4: Təbliğatdan və tənqidi düşüncədən. Xoş dinləmələr. Böyük Şəxsiyyət ©️ #səs #podkast #uğur_qaydaları #motivasiya #milyonçu_düşüncəsi #psixologiya t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Sahibkarlarda bir qayda var: pul gəlirsə torbaları görür bacardığın qədər çox yığ. Yəni satış çoxalanda, müştəri çox olanda, sifarişlər çox olanda bu anı tutmaq lazımdır və bacardığın qədər çox pul çıxarmaq lazımdır. Lazımdırsa istirahətsiz işlə, altı-bazar işlə, amma bu fürsətdən istifadə et. Çünki bu pul axını daimi olmur. Kran açıldı → bağlanana kimi fürsətdən istifadə et. Çox adam isə əlini cibinə qoyub düşünür ki, dünya bunlarındır və həmişə belə olacaq. İqtisadiyyat və rəqabət dövri xarakter daşıyır. İqtisadiyyat qalxır, düşür. Və qalxanda fürsətdən istifadə etmək lazımdır. Rəqabət də elə. Bəzən hansısa güclü rəqib iflas olur, ya bir neçəsi bazardan çıxır. Başqa səbəblər də olur. Bu zaman bazarda portal açılır: yəni boşluq, təklifin çatışmazlığı. Nəticədə müştəri axını çoxalır. Ona görə belə anları tutun və istifadə edin. Bəzən bazarın bir qəşəng fürsətli vaxtını görüb düzgün istifadə edən adamlar həyatını dəyişir. Bir dəfə istifadə etdiyi fürsət ona daim fayda gətirir. Böyük Şəxsiyyət ©️ #biznes #qazanc #nəzəriyyə #uğur_qaydaları #motivasiya #iqtisadiyyat #milyonçu_düşüncəsi #fəlsəfə t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
ABŞ avtomobil bazarının Yapon fəthi (4/4) Hissə 1 | Hissə 2 | Hissə 3 | Hissə 4 Bazara təsiri İlk 1 ildə Lexus Mercedes-in satışlarını çox endirdi. Mercedes rəhbərliyi təcili yığılıb düşündülər ki, nə etsinlər. Onlar Lexus alıb apardılar Almaniyaya - geri mühəndislik etməyə (söküb içinə baxmağa). Onlar düşünürdülər ki, bu keyfiyyətdə avtomobil satmaq heç sərfəli deyil, mümkün deyil. Düşündülər ki, bu onları yıxmaq üçün dempinq strategiyasıdır (yəni ucuz satıb rəqiblərin iflasına yol açırlar, rəqiblər iflas olunandan sonra qiyməti qaldırıb kef edirlər). Onlar Lexus-u söküb hər şeyə ilişmək istəyirdilər: pis metall, ucuz plastik, təhlükəsizlikdə qənaət - ideal quruluş və mühəndis seçimlərindən başqa heç nə tapmadılar. Ona görə öz avtomobillərində bunu tətbiq etdilər. Və beləliklə avtomobil bazarının standartları qalxdı. Xidmət səviyyəsi = brendin əsası 1989-cu ilin dekabr ayında satılan Lexus-larda bir neçə nöqsan aşkar olundu. Kütləvi şəkildə. Rəqiblər sevinməyə başladı. Amma Lexus-un etdiyi onlara ikinci şok yaşatdı. O zaman satılan 8000 avtomobili geri çəkdilər. Özləri gəlib Lexus-u götürürdülər, əvəzinə yeni avtomobil yanacaqla dolu saxlayırdılar. Pulsuz təmir edib, tər-təmiz yuyub təmizləyib geri qaytarırdılar və hədiyyə, yazılı şəkildə üzrxahlıq edib könüllərini alırdılar. Uzaqda yaşayan müştərilər üçün isə xüsusi usta yollayırdılar ki, yerində təmir etsinlər. Bu zamandan Lexus əhaliyə metal parçası yox, əminlik satırdı. Ona görə də onillərlə irəliyə bu reputasiya onlara pul gətirdi. Ən güclü zərbə: rəqibin gücünü özünə qarşı istifadə etmək Qadağalar maneə yaratmaqdansa, əksinə kömək etdilər. Lüks bazarında defisit (çatmamazlıq) çox vacibdir. Nə qədər az məhsul var, o qədər qiymət baha olur və tələbat çoxalır. Nadir şeylər çox dəyərlənir. Qızıl küçədə əlçatan olsa, heç kim onu almaz. Almaz (brilyant) da həmçinin. Ona görə insanlar Lexus almaq istəyirdi, bazarda satışda qalmamışdı. Növbə yığılırdı və qiymətləri qaldırıb növbəni azaldırdılar və yüksək qiymətə eyni avtomobili satırdılar. Bu strategiyadan Apple, Sony qəşəng istifadə edir, son illərdə də - TSMC, Nvidia. Böyük Şəxsiyyət ©️ #uğur_qaydaları #şirkətlərin_hekayələri #biznes #marketinq #çərçivədən_çıxın #araşdırma #milyonçu_düşüncəsi #satış t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
ABŞ avtomobil bazarının Yapon fəthi (3/4) Hissə 1 | Hissə 2 | Hissə 3 | Hissə 4 Manyak mükəmməlliyyətçiliyi Miqyasa fikir verin: yoxlama üçün 973 mühərrik prototipi hazır edib birini seçdilər. Sonra 450 avtomobil prototipi yaradıb 4,3 mln km sürdülər. Təsəvvür edin bu nə deməkdir? Minlərlə test edib ən xırda nöqsanları, qüsurları tapıb aradan qaldırırdılar. Məsələn 200 km/saatda sürətdə küləyin səsi azca gəlirdi. Onlar tamamilə qapıların rezinlərini və quruluşunu dəyişdilər ki, bunu aradan qaldırsınlar. Bundan əlavə mühəndislər komandası akustika sistemi yaradırdılar. Avtomobildə oturub, musiqi qoyub dinləyirdilər: səs necə çıxır, necə yayılır, arxada necə gəlir, arxada zəif olub öndə gur olur-olmur, vibrasiya necə verir, uzun zamanda vibrasiyanın salon elementlərinə ziyanı olar-olmaz, xaricdən səs gəlir yoxsa yox. Avtomobildə hətta taxta növləri sınanırdı ki, şaxtadan istiyə keçəndə taxta deformasiya olub səs çıxarmasın, yerində yaxşı otursun. Salondakı düymələri bərabər təzyiqlə basılmırdı və fərqli səs çıxarırdılar. Yaponlar bunu da düzəltdilər. Artıq düyməni basanda xoş bir səs gəlirdi. Belə xırdalıqlarla yeni avtomobil sıfırdan yarandı. ABŞ-a çıxış 1989-cu ildə Lexus ABŞ bazarına çıxır. Təqdimatda alman və amerikan rəqiblər birinci gülümsəyirdi, amma qiyməti eşidəndə şok yaşadılar: Lexus LS400 $35000 idi, amma onun yaxın rəqibləri, məsələn Mercedes-Benz - $60000-dan çox. Yaponlar sürəti ilə, görünüşü, rahatlığı, səssizliyi, düz gedişi ilə Avropa və ABŞ avtomobillərindən daha güclü avtomobil bazara çıxartdı, amma qiyməyi ikiqat ucuz. Həm keyfiyyət, həm qiymət - hər iki tərəfdən Toyota şirkəti öndə idi. Əhalini inandırmaq üçün əfsanəvi reklam yaratdılar: avtomobilin ön hissəsinə 15 bokaldan beşmərtəbəli piramida yığırlar (içində içki) və avtomobilin mühərrikini yandırıb spidometrdə 250 km/saatda göstəricisinə çatdırdılar, amma piramida necə dururdu, elə də qaldı. Nə bir bokal aşmadı, nə də bir damcı içki tökülmədi. Mühərrik cərrah dəqiqliyi ilə işləyirdi və ən xırda vibrasiyanı belə udurdu. Həmin reklamın videosu: https://youtu.be/D4qnl19axAU Amerikanlar heyran oldular avtomobilə. İlk ayda 3000 avtomobil satıldı. İnsan faktoru Yaponlar anladılar ki, insan faktoru ən böyük uğuru belə poza bilər. Əvvəllər ABŞ bazarında satıcılar fərqli manipulyasiya istifadə edib əsas məqsədə (satışa) çatırdılar. Yaponlar qərara gəldilər ki, belə yol ilə onlar müştəri sevgisini qazanmayacaqlar və onlar qayıdıb yeni avtomobil almayacaq. Brendin əsas məqsədi isə - hər müştərini daimi müştəriyə çevirməkdir. Ona görə onlar dilerlərlə müqavilədə çox ciddi qadağalar qoydular: • müştəriyə münasibətimiz - ən yaxın qonaqlarımıza münasibətimiz kimi olmalıdır. • aldatma, manipulyasiya olmalı deyil. Ancaq hörmək, ədəb-ərkan, mədəni davranış. İnsanlar hiss etdi ki, onlara Lexus satılan yerlərdə insan kimi hörmət edirlər, dəyər verirlər. Ona görə Mercedes, BMW-ni Lexus-a dəyişirdilər. Böyük Şəxsiyyət ©️ #uğur_qaydaları #şirkətlərin_hekayələri #biznes #marketinq #çərçivədən_çıxın #araşdırma #milyonçu_düşüncəsi #satış t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
ABŞ avtomobil bazarının Yapon fəthi (2/4) Hissə 1 | Hissə 2 | Hissə 3 | Hissə 4 Hondanın girişi Birinci bazara Acura daxil oldu (Honda şirkəti). Əvvəlki dilerlər bu avtomobili öz avtomobili salonlarına istəyəndə, Honda imtina etdi. Onlar anlayırdılar ki, əgər Avropa lüksu ilə rəqabət aparırıqsa, onda köhnə dilerlər işə yaramaz. Çünki alıcılar dəbdəbəli avtomobili alırlar, onlar lüksun yanında ucuz avtomobili görməli deyirlər. Və ümumi olaraq o hal dəbdəbəyə uyğun deyildi. Bu səbəbə görə yeni avtomobili salonları tikdirdilər: satıcılara bahalı kostyum geyindirib işgüzar ünsiyyət qaydalarını öyrətdilər. Etika, mədəniyyət, xoşniyyətlilik, dəbdəbə, bahalı dərinin qoxusu, gözəl təmir və çox yüksək xidmət səviyyəsi. Adi salonlarda amerikanlılar bunları görmürdü. Bu strategiya uduşlu oldu. İlk ildə 100 000 avtomobil satıb Acura Volvo, BMW-ni geridə qoyub ən çox satılan lüks brendi oldu. Toyotanın çıxışı: Flagship One (F1) proqramı Toyota Hondanın qələbəsini görüb ilhamlandı. Honda sürət və idman tərzini seçəndə, Toyota mükəmməlliyətçiliyi seçdi. 1983-cü ildə Toyota iclas keçirir və qərar verir: biz Mercedes-dən, BMW-dən daha yaxşı avtomobil yaratmalıyıq. Ona görə yapon dizaynerləri, mühəndisləri, marketoloqları ABŞ-a gedirlər. Məqsəd - ABŞ istehlakçıların nə istədiyini aydın etmək. Amma nə etdikləri beyinə sığmır. Düşündünüz ki, avtomobil salonlarına getdilər? Xeyr. Ən bahalı yerlərin birində (Laquna Biç) bir villa icarəyə götürdülər. Onlar ən varlı insanların əhatəsinə girdilər. Onlar başladılar varlılar kimi yaşamağa: bahalı restoranlar, qolf klublar, elit yaxtalar, tanınmış geyim dizaynerlərin kolleksiya təqdimatları. Varlı həyatın ən xırda incəliklərini qeyd etdilər. Onlar Amerika varlılarının necə yaşadırlarını öyrəndilər: hansı evlərdə yaşayırlar, hansı geyim geyinirlər, hansı musiqi dinləyirlər, hansı mebel alırlar, hansı içkilər içirlər. Onlar anladılar ki, amerikan varlısı üçün avtomobil nə nəqliyyat deyil, nə də status. Onlar ağır iş günündən sonra yorğun halda rahat, qapalı bir yer axtarırlar ki, xaricdən nəsə onları narahat etməsin, hüzur tapsınlar. Hərəkətin düzgünlüyü, nöqsansız erqonomika onlar üçün vacib üstünlük olardı. Bunları öyrənib komanda bir hazır planla Yaponiyaya qayıtdı. Eyni zamanda da yeni modelin adı üçün işlər aparılırdı. 219 addan Alexis seçildi. Amma o zaman ABŞ-da bu ad Alexis Kolbi ilə oxşar idi, bu o vaxtın serialındakı mənfi qəhrəman idi. Bu oxşarlıq riskli idi və mənfi təəssürat yaradırdı. Ona görə azca düzəliş edib Alexis-dən Lexus etdilər. Ad hazır idi. Lexus istehsalı Toyota başçısı Eiji Toyoda bu layihəyəyə $1 mlrd ayırdı. Təsəvvür edin, ümumi 4000 nəfər layihəyə cəlb olunmuşdu: 1400 konstruktor/mühəndis yığdı, 2300 texnik, 60 dizayner və 24 mühəndis komandası. Qoyulan məqsəd qeyri-mümkün görünürdü: yeni Lexus LS400 250 km/saatda getməlidir, 100 km-də 10,5 litr yanacaq yeməlidir, aerodinamik sürükləmə əmsalı 0,29-dan çox olmalı deyil və 100 km/saatda sürəti ilə gedəndə, salondakı səs səviyyəsi 58 db-dən çox olmalı deyildir (pıçıltı ilə danışıq səs səviyyəsi). Fikir vermisiniz, ucuz avtomobilə minəndə xaricdən səslər gəlir, amma bahalı avtomobil səsi çox azaldır və demək olar heç nə eşitmirsən. Böyük Şəxsiyyət ©️ #uğur_qaydaları #şirkətlərin_hekayələri #biznes #marketinq #çərçivədən_çıxın #araşdırma #milyonçu_düşüncəsi #satış t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Lexus: yaponlar ABŞ avtomobil bazarını necə fəth etdilər? (1/4) Hissə 1 | Hissə 2 | Hissə 3 | Hissə 4 1973-cü ildə Yaxın Şərqdə müharibə başladı və ərəb ölkələri ABŞ-a və onun tərəfdaşlarına qarşı neft embarqosu qoydu. ABŞ-da neftin qiyməti 6 ay ərzində 4 dəfə qalxır. Və əhalinin cibindən çox güclü vurur. Həmişə bolluqda yaşayan ABŞ indi qənaət etməyə başladı. Avtomobillər ağır, iri və sürətli olduğuna görə çox yanacaq yandırırdı. Amma indi artıq avtomobilə çox pul gedirdi. Hətta benzin çatmırdı, insanlar növbədə dalaşırdılar. ABŞ hakimiyyəti 90 km/saatdan çox sürətlə sürməyi qadağan edir ki, yanacaq az sərf olunsun. Ona görə ABŞ istehsalçılar (Ford, General Motors, Chrysler) təcili şəkildə bazara və tələbata uyğun dəyişikliklərə başladılar. Mühərrik gücünü azaltdılar. Amma çəkini azaltmağa, mühərrikə uyğun digər hissələri dəyişməyə, yeni model bazara çıxarmağa daha çox vaxt lazım idi. Amerikanlar zəif avtomobil düzəldə bilmirdilər. Bu zaman bazara Yaponiya daxil olur. Yüngül, ucuz və qənaətli Toyota və Honda-lar bazarda böyük sevgi ilə qarşılanır. Amerikanlar yapon avtomobilini alıb onlara aşiq olurlar - avtomobillər nəinki qənaətli, onlar çox güvənli idilər. Bu uğur o qədər artdı ki, ABŞ-da avtomobil idxalı qalxdı (1978-ci ildə 17,7% → 1980-ci ildə 26,4% (+49% artım)) və Yaponiyanın orada həcmi 80% idi. ABŞ avtomobillərinin satışı azaldı. Onlar işçiləri çıxarırdılar, istehsalı azaldırdılar. Yaponiyaya qarşı məhdudiyyətlər Və bu zaman problem başladı. Əhali bir tərəfdən yanacağın bahalaşmasından, digər tərəfdən iş yerlərini itirməsindən acı çəkirdilər. Onlar düşündülər və qərara gəldilər ki, günahkar Yaponlardır. Ona görə Yapon avtomobil markalarına qarşı geniş qaralama kampaniyası başladı. İnsanlar etiraz edirdilər, canlı efirdə yapon avtomobillərini sındırırdılar və yandırırdılar, hər yerdə etiraz yazıları. Bundan əlavə istehsalçılar ABŞ hakimiyyətindən dəstək istədilər və dəstək gəldi. 1981-ci ildə Yaponiyaya qarşı qadağa qoyuldu: bir il ərzində yalnız 1 680 000 avtomobil idxal edə bilərlər. Problemin həlli: yeni səviyyə - yeni keyfiyyət Bu zaman ABŞ istehsalçıları sevindi, amma yaponlar fikirləşdilər: ABŞ ən varlı bazardır, və əgər bizi 1 680 000 avtomobil sayı ilə məhdudladılarsa, onda biz oradan daha çox pul qazanmaq üçün daha baha avtomobil yaradıb satmalıyıq. Çünki məhdudiyyət sayladır, pul ilə deyil. Nə fərqi var, 6 mln avtomobil $10 000 satmaq, yoxsa 1,680 mln avtomobil $40000 satmaq? İkinci hətta daha sərfəlidir. Toyota - qənaətlə təəsüratlanırdı. Ona görə onunla bazara girmək istəmədilər. Əhali onu ucuz və qənaətli avtomobil kimi tanıyırdı. Ona görə onu baha satmaq çətin olardı. Yaponlar yeni avtomobilə ən yaxşı, güvənli və keyfiyyətli hissələr qoydular və onu ABŞ avtomobillərindən daha funksional etdilər. Yaponların məqsədi "Yapon avtomobili" brendini amerikalıların gözündə ən yüksək zirvələrə qaldırıb onu dəbdəbəli qəbul etmələri idi. O vaxtı Yapon avtomobili prestijli qəbul olunmurdu. Amma bu hal dəyişildi. Yaranan üç brend: Acura, Lexus, Infinity nəinki ABŞ, dünya bazarını dəyişdi və indi biləcəksiniz necə. Böyük Şəxsiyyət ©️ #uğur_qaydaları #şirkətlərin_hekayələri #biznes #marketinq #çərçivədən_çıxın #araşdırma #milyonçu_düşüncəsi #satış t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
без подписи
💧→ 🌊 #fikirlər t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Yeni bilikdən. Kim məlumatı toplayıb heç vaxt oxumursa xüsusən dinləsin. Böyük Şəxsiyyət ©️ #səs #podkast #uğur_qaydaları #motivasiya t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
Maliyyə sabitliyini nə verir? Hamımız sabitlik axtarırıq. Əsasən də maliyyə sabitliyi. İstəyirik ki, dəqiqliklə bizə lazım olan məbləği hər ay sabit şəkildə qazanaq və rahat yaşayaq. Amma buna çatmaq çox halda mümkün olmur ya da çox çətin olur. Misal gətirim. Avropada varlılar üçün vergi qaldırdılar, varlılar daha sabit olan - Dubaya köçdü. Rusiya, Ukraina, Belarusdan çox insan sabitlik axtararaq Dubaya köçdülər. Amma 1 gün ərzində İran-ABŞ qarşıdurmasında Dubay ən təhlükəli yerlərdən birinə döndü. İllərlə Dubayda daşınmaz əmlak satan agentliklər indi iflas olurlar, çünki yatırımçılar təhlükəli yerlərdən qaçırlar. Avropa sabitdir? Orada Çinlə rəqabətə dözməyib bir çox şirkətlər işçilərini azaldır. ABŞ-da süni intellektə görə yüz minlərlə insan işdən çıxarılır. Çin - iqtisadi müharibənin ziyanını görür. Cənubi Amerikada böhran. Bundan əlavə pandemiya, viruslar, zəlzələlər, sunamilər, güclü sellər və digər təbii fəlakətlər bir çox yerdə ola bilər. Yəni bir anda hər şey elə dəyişilə bilər ki, siz hər şeyi itirib sıfırdan başlamış olarsınız. Bizim idarə edə bilmədiyimiz milyonlarla faktor var. Belə baxanda sabit yer çox azdır. Bəlkə də yoxdur. Hər yerin + və - var. Siz uğur qazanıb rahatlaşıb düşünə bilərsiniz ki, sabit həyat qurmusunuz. Amma xırda bir hadisə bu illyüziyanı yox edə bilər. Ona görə birinci bunu anlayıb artıq narahat olmamaq lazımdır. Həyatdan həzz alın, yaşayın, kef edin. Çünki bizdən asılı olmayan və bizim heç cürə qarşısını ala bilmədiyimiz milyonlarla hadisələr var. ___ İkinci də, buna hazırlı olmaq lazımdır: 1. Bütün yumurtaları bir səbətə qoymamaq. • sərvətinizi bir şəhərdə, bir ölkədə, bir maliyyə alətində, bir aktivdə saxlamamaq; • biznesinizi bir insan/təhçizatçı üzərində qurmamaq; • bir neçə gəlir mənbəyi yaratmaq: fərqli şəhərlərdən, ölkələrdən, mənbələrdən qazanmaq. 2. Hazırlıqlı olmaq. • əsas sabitliyi verən - sizin biliyiniz, bacarığınız, təcrübəniz, sənət/peşə/hansısa bir biznes qurulmasını bilməkdir. Bunlar olanda, köçdünüz - və digər yerdə eyni biznes aça bilərsiniz. Pul itirdiniz - bərpa edə bilərsiniz. • ad-sanınız, reputasiyanız, tanışlarınız - bunlar da güclü sabitlik verir. Bunu xüsusi qeyd edim. • adaptasiya bacarığı: digər dillər bilmək və yeni dil öyrənmək, yeni əhatəyə öyrəşmək, dihər mühitə tez alışmaq. • yeni nəsə öyrənməyə hazırlıq: proqramçısınız, amma köçüb digər ölkəyə mebelçi ola bilərsiniz. Bəlkə orada proqramçı lazım deyil. Yeniliyə açıq olun. Həyat çox çətin qurulub. Və nə qədər biz istəsək də, rahatlıq, hüzur, dinclik, sabitlik tapmaq çox çətindir. Bunu qəbul edək və rahat həyatımızı yaşayaq. Çünki bu həyatın bir ayrılmaz hissəsidir. Böyük Şəxsiyyət ©️ #uğur_qaydaları #nəzəriyyə #həyatqəddardı t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
без подписи
Valideynlərdən və onların həyatımıza, uğurumuza təsirindən danışıdım. Əminəm maraqlı olar hər birinizə. Böyük Şəxsiyyət ©️ #səs #podkast #səmərəlilik #uğur_qaydaları #əhval_ruhiyyə #investisiya #motivasiya #karyera #çərçivədən_çıxın #məqsədlər #uşaq_tərbiyəsi #milyonçu_düşüncəsi t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
💡 Startap ideyasını necə tapmaq olar — Y Combinator-un tövsiyələri Bir çox insanların ideyası çoxdur. Onlar da bilmirlər hansını seçsinlər. Çox vaxt bir neçə ideya üzərində işləyirlər. Amma özünüzü bir ideyaya tam verməmiş uğur qazanmaq çətindir. Ona görə burada sizə ideyanı seçmək → yoxlamaq → uğurlu olub-olmamasını görməkdən danışacam. 1. Mükəmməl ideya axtarmayın. Həddindən artıq düşünməyin. İdeyanın nə dərəcədə işlək olduğunu yalnız o zaman anlamaq olar ki, o, reallıqla toqquşsun — potensial müştərilərlə danışanda məsələn, geri rəy alanda və s. 2. Bu ideya üçün yetərincə təcrübəliyəm? Bəzən elə düşünürlər ki, müəyyən sahədə bir neçə il işləmək lazımdır ki, sonra orada startap qurasan. Amma elə nümunələr var ki, insanlar sıfırdan onlara yeni olan sahələrə giriblər. Əgər mövzu sizi maraqlandırırsa, müştərilərlə, ekspertlərlə danışaraq və özünüz analiz edərək bu sahədə tez inkişaf edə bilərsiniz. 3. Bir neçə ideya üzərində işləməyin. Adətən fikir belə olur: bir neçə ideya ilə məşğul olum, hansısı yaxşı getsə, onu da seçərəm. Amma problem ondadır ki, belə olanda heç birinə kifayət qədər dərindən fokuslanmırsınız. Nəticədə yaxşı ideyanı çox tez yarımçıq qoyub, pis ideyaya isə həddindən artıq uzun müddət vaxt sərf edirsiniz. Bir ideya seçin və onun dərinliyə gedin. 4. Sahəni dərindən öyrənin. Bir yoxlama sualı budur: siz müştərilərinizin biznesini idarə edə bilərsinizmi? Və ya bu mövzu üzrə mühazirə oxuya bilərsinizmi? Yəni siz müştərilərinizin biznesini bütün incəlikləri və problemləri ilə dərk etməlisiniz — hətta bəzən onlardan da yaxşı. O zaman onlara həqiqətən uyğun məhsul təklif edə bilərsiniz. 5. Müştərilərlə sonsuza qədər danışmayın. 100 müştəri ilə danışdıq, sonra məhsul hazırlamağa keçdik — bu, belə işləmir. Danışın, düzəldin, yenə danışın, yenə düzəldin. Sizin məhsulunuzu işlədən real insanlar sizə deyəcəklər nə yaxşı işləyir, nə pis, nəyi əlavə etmək olardı, nəyi götürmək. ___ Necə bilək ki, ideyanı davam etmək lazımdır? • İdeyanız gələcəyə baxır Əgər ideyanız işlədiyiniz bazarın ilk addımlarındadırsa və bu model işləyirsə, deməli bazar inkişaf edəndə də siz yaxşı artacaqsınız. • Mümkün qədər iddialı ideya seçin. İddialı və adi ideyanın əmək sərfi eyni ola bilər. Amma birincidə qazanc daha böyük ola bilər, üstəlik, güclü insanlar da maraqlı ideyaya daha rahat qoşular. Əgər bir sahəni dəyişə biləcək ideya varsa, onu seçin. • Bəs alınmasa? Onda artıq bilirsiniz ki, problem var, ya yox və müştərilərin buna pul verməyə hazır olub-olmadığını anlayırsınız. Bazarı daha dərindən dərk edirsiniz. Çox vaxt sahibkarlar əvvəlcə səthi problemi həll etməyə çalışırlar. Sonradan isə daha dərin imkanları görməyə başlayırlar. Uğursuzluq sadəcə daha dərin biliklərlə yenidən cəhd etmək fürsətidir. Ona görə bəzən insanlar bir ideya alınmayandan sonra həmin bazarda yeni ideyaya keçir. Böyük Şəxsiyyət ©️ #uğur_qaydaları #biznes_ideya t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
без подписи
🚨‼️Dostlar, Türkiyədə yarış keçir, İdol Türkiyə. Orada da Azərbaycanlı oğlan var, vokalı çox gözəldir. Amma 4 reytinqin birində 3-cü yerdir, birində 14 (cəmi 17 yerdir), digər ikisində sonuncu yerdədir. Adı: Yusif İsmayılov. Gəlin dəstək olaq. Sizdən 5 dəqiqə vaxt gedir, amma kiminsə həyatını dəyişə bilərsiniz. Sayt: idolhouseturkiye.com 1. Gmail ilə qeydiyyatdan keçirsən. 2. Səsvermə açılanda sıralamada adını seçirsən. Şərhdə reytinqləri atmışam 🤝 ___ Gözləyirəm a, sabah onun yerində siz ola bilərsiniz və sizin dəstəyə ehtiyacınız olar. Ən azından ruhən insan dəstək görüb ilhamlara bilər.
Dostlar, salam. Podkast üçün suallar, mövzular atın şərhlərə))
Qlobal baxış: Hal-hazırda baş verən beynəlxalq böhran haqqında və onun yaratdığı imkanlardan. Böyük Şəxsiyyət ©️ #qlobal_baxış #biznes #səs #podkast #səmərəlilik #fərdi_fəaliyyət #nəzəriyyə #uğur_qaydaları #iqtisadiyyat #əhval_ruhiyyə #süni_intellekt t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
🎯💎🏆2025-ci ilin nəticələri. Keçən ildə qoyduğum il məqsədlərinin çoxuna çatmadım. Səbəb eyni - çoxunda tənbəllik, yorğunluq. Amma iqtisadi səbəblər də oldu. Öncə qeyd edim ki, bütün çatmadığım məqsədlər eyni şəkildə qalır. Hamısını edəndən sonra xəbər verəcəm.…
‼️🎓Dostlar, LVMH (Louis Vuitton), Harvard, Hec Paris, Central Saint Martins universitləri ilə 30 saatlıq 4 kurs yaradıb və pulsuz keçmək olar. İndi bağlanıbsa, sonra yenə açılacaq. Nəzərdə saxlayın. Hal-hazırda dərslər başlayıb. Sonra imtahan olacaq və sertifikat veriləcək. Onunla moda, geyim, aksessuar işlərinə girmək olacaq (sertifikat üstünlük olacaq). Pulsuz şeydir, keçin getsin. Mövzu: lüks sənayesi. https://www.insidelvmh.com/metiers-and-careers Böyük Şəxsiyyət ©️ #təhsil@biznes_ugur #karyera@biznes_ugur #frilans@biznes_ugur #kurslar@biznes_ugur t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost
İllik 2 mln manatdan çox dövriyyəsi olan sahibkarlardan biznes məsləhəti soruşdum. Ən yaxşı cavabları seçib şərhdə yazdım. Qeyd: cəmi 26 ədəd alındı, düzəliş etməmişəm, necə yazmışdılar, elə də mən yazdım). Böyük Şəxsiyyət ©️ #uğur_qaydaları #biznes #motivasiya #milyonçu_düşüncəsi t.me/biznes_ugur | BŞ © | Qrup | Crypto Qazanc | 🚀 Boost