Dalğa
Статистика♦️Bütün yatanları oyatmaq üçün bir oyaq insan kifayətdir. ♦️ Ehtiyatlı olmasan, media sənə məzlumlara nifrət, zalımları sevdirər. 🔹 Adminlə Əlaqə 👇 🆔 @payam_ziabot
- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 7
- Всего постов
- 53
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 97
- 1/48двое суток
- 111
- 1/72трое суток
- 119
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Şah İsmayılın şiələrə xidməti Azərbaycan Araşdırma Mərkəzi
Şəhid İbrahim Himmət Azərbaycan Araşdırma Mərkəzi
Şah İsmayılın fədaisi Azərbaycan Araşdırma Mərkəzi
Şəhid Salah Ğandur Azərbaycan Araşdırma Mərkəzi
Şəhid Baqir Nimr Azərbaycan Araşdırma Mərkəzi
Səbr eylə könül, möhnəti hicranə tələsmə, Dərd əhli yetər səbrlə dərmanə, tələsmə. Kam almayacaq ayrılığa bais olanlar, Aşiq yetəcək sevgili cananə tələsmə. Pərvanə əgər yansa da şəm'in sitəmindən, Şəm'in də yaxar ömrünü pərvanə tələsmə. Gül zövqünü çəkmək əbədi xarə də qalmaz, Bülbül gələr əlbəttə gülüstanə tələsmə. Gündən-günə artır bu gözəl huriliqalar Dünya dönəcək cənnəti rizvanə tələsmə. Vahid dadacaqsan demə ki, tövbələr olsun, Cəlb eyləyər axır səni meyxanə tələsmə. Əliağa Vahid https://t.me/meclisiuns
Şah Abbasın Azərbaycanın şiə xalqına diqqət və qayğısı Azərbaycan Araşdırma Mərkəzi
Əziz ziddi-vilayətçi şiə qardaşlarıma demək istəyirəm ki, vilayət məsələsində fərqli fikirləriniz olsa da, bir məsələni heç vaxt yaddan çıxarmayın; bu gün əlimizdəki bu imamları ziyarət nemətləri İslam İnqilabının hesabınadır. Əhli-Beytin pak hərəmləri hifz olunursa, bu, İslam İnqilabının sayəsindədir. Kimsə mənim namusumu qorusa mən deyə bilərəmmi ki, o şəxs məsələn narkomandır, buna görə də onun bu işinin dəyəri yoxdur, yaxud ona lənət oxuya bilərəmmi? Bunu etmək ən azı nankorluqdur. Mən çox görürəm ki, bəzi zəvvarbaşıları yazırlar ki, biz İrana turist aparırıq, biz onların yox, onlar bizim hesabımıza dolanırlar, yaxud biz İrana yox İmam Rzanın qəbrinə ziyarətə gedirik və s. Əvvəla ziyarətə turistik səfər və zəvvarlara turist kimi baxmaq doğru deyil. İkincisi niyə Bəqidəki 4 İmamın qəbrinə gedib oranı ziyarət edə bilmirsiz? Deməli ən azından ziyarət həddində bu İslam İnqilabı şiəliyə xidmət edib və gərək buna dəyər verəsiz. Mənim yaşım az olanda bir ziddi-vilayətçi məni hədislərlə inandırmışdı ki, İslamda fəqihin vilayəti filan yoxdur, bunlar hamısı bidətdir, mərhum İmam nəuzubillah özündən uydurub bunları və s. Mənim ona cavab verəcək elmim yox idi, amma bir nüans məni ziddi-vilayətçi olmaqdan saxladı, dedim ki, ola bilər lap İmam özündən uydurub, əsas odur ki, Əhli-Beytin, şiələrin namusunu qoruyur. Kimsə mənim namusumu nəsə bir yalan uydurub qorusa mən ondan ancaq razılıq duyaram. Yəni uzun sözün qısası hətta etiqadınız vilayətə zidd yöndə olsa belə, sizə ziyarət üçün yaradılan bu möhtəşəm şəraitə görə İslam İnqilabına minnətdar olun və açıq mübarizəyə girməyin. Mirağa Dadaş
Üz gözünü cıran yaltaq Baş gözünə vuran yaltaq Şah damarın qıran yaltaq Çığır, bağır, cır özünü Möhkəm vur partdad gözünü Səni doğan yerdə ana Kaş doğaydı yekə dana Hoş! deyən vaxtı heyvana Qanır, sən amma qanmırsan Xoddanmısan dayanmırsan Yaltağın var nə hörməti Nə izzəti, nə qeyrəti Kim qəbul etsə zilləti Millət gərək söysün onu Harda görsə döysün onu Mirağa Dadaş https://t.me/qaf_simurq/4903
Azərbaycan xalqının fəxri 🇦🇿 Azərbaycan Araşdırma Mərkəzi
Seydiyar Bəşiri - Növhə (Hz. Hüseynin dilindən Xitab) https://t.me/meclisiuns
Rəqs edir Bakının ortasında gey Ətrafda duranlar tamaşa edir Biri ağzın açıb deməyir bir şey Biri kənarından sakitcə gedir Bir zaman Bakıda qoçu kişilər Gəzirdi şəhərdə vüqarla, mərdcə İndi al-qırmızılı nakişilər Burcudur, süzülür, gəzir namərdcə Ehh! Gözəl şəhərim, nə günə qaldın Gör kimlər gəzişir üstündə sənin Mərdi qovaladın, didərgin saldın Qalmadı bir nəfər dâdə yetənin Mirağa Dadaş https://t.me/meclisiuns
🎙️ Yeni Ərbəin məclisi - 2026 Şeyx Orxan Məmmədov https://t.me/Azerbaycan_Ruhanileri
🎙️ Yeni video Ərbəin məclisi - 2026 Şeyx Orxan Məmmədov https://t.me/Azerbaycan_Ruhanileri
Şah İsmayılın sünnilərə münasibəti Azərbaycan Araşdırma Mərkəzi
Dünən Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" əsərini oxumağa başladım. Müəllif hadisələri özü gördüyünü iddia edir. Əlli neçə səhifə oxuyandan sonra halım bir- birinə dəydi. Hətta bəzi görüş və işlərimi təxirə saldım. Doğrudan sözlə təsvir oluna bilməyən bir ağrı hiss etdim. Hadisələr Bakıda neft istehsal olunan zamana təsadüf edir. İctimai boşluq, faciə və zülmün görünməyən dərinliyi insanı heyrətdə qoyur. Əsər müəllif tərəfindən Avropaya köçəndən sonra alman dilində yazılıb və Çərkəz Qurbanlı tərəfindən tərcümə olunub.
Şərqdə neft və qan Müəllif: Məhəmməd Əsəd Bəy https://t.me/pdf_dini_kitablar
Seyyid Əzimin əzəmətli şəxsiyyəti Azərbaycan Araşdırma Mərkəzi
Azərbaycanda bəzi dindar dostlar eşidəndə ki, İranda məsələn filankəs xaindir, şoka düşürlər. Hətta bəziləri İranda xainlərin olması məsələsini rəhbərin məqamına hörmətsizlik kimi görürlər. Gəlin qısa şəkildə bu anlaşılmazlığı sizə izah edim; Əvvəla xain və cəsus fərqli məsələlərdir. Mümkündür biri xaindir, amma cəsus deyil. Misal üçün rəhbər özü buyurur ki, mən bəzi insanlara işlər tapşırdım, onlar amma sözümə baxmadılar. Halbuki həmin şəxslər bu işlərinə görə maaş alırlar. Yəni onların etdiyi bu iş xəyanətdir. Yaxud insan işi edə, amma lazım olan və ondan tələb olunan qədər etməyə, üzrlü səbəbi də olmaya, üstəlik bu işə görə maaş ala, bu, xəyanətdir. Xəyanət məsələsini say-say bitməz. Cəsus isə birbaşa Allah düşmənidir. Xarici düşmənə çalışır bunlar. Xəyanət səhlənkarlıqdan, biveclikdən, qanmazlıqdan, özünü daha ağıllı zənn etməkdən qaynaqlana bilər. Amma cəsusluq fərqli məsələdir. Rəhbər bu videosunda çox incə məsələyə toxunur. Deyir ki, düşmənin nüfuz proqramından biri budur ki, iranlı məsullar, vəzifəlilər onlar kimi düşünsünlər. Burdan nə anlaşılır? Bir insanın xain olması üçün onun birbaşa düşmənə işləməsi lazım deyil. Bir adamın atdığı bütün addımlar, verdiyi bütün qərarlar düşmənin dəyirmanına su tökürsə, o şəxs həqiqətdə xaindir və mümkündür ki, düşmənə birbaşa çalışmır. Etdiyi işləri də həqiqətən o cür düşündüyü üçün edir. Biz bunu öz dindar camiəmizə də aid edə bilərik. Bir dindarın atdığı addım düşmən dəyirmanına su tökürsə, bu insanın xain sayılması üçün birbaşa dövlətə işləməsi, casusluq etməsi lazım deyil. Xaindir, Allah dininə xəyanət edir və hətta doğru iş etdiyini düşünür... Mirağa Dadaş
Şah İsmayıl Səfəvi adına kitabxananın "Audio Kitabxanası". Abunə olmaqla dəstək olun dostlar. Səsli Kitablar - Audio Kitabxana