tgindex
Darul-Ilm (دار العلم)

Darul-Ilm (دار العلم)

Статистика

قُلۡ هَلۡ يَسۡتَوِي ٱلَّذِينَ يَعۡلَمُونَ وَٱلَّذِينَ لَا يَعۡلَمُونَ De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Zumər, 9)

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
6
Всего постов
25
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
129
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
71
25 постов
Вовлечённость
55,0%
к подписчикам
Постов в день
0,9
всего 25
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
13
1/48двое суток
14
1/72трое суток
16

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • https://t.me/ElmNurdurr?livestream

  • 14 авг.14из muminuntelegram

    📚 “Elm tələbəsinin mətnləri” ilə yanaşı faydalana biləcəyiniz çoxsaylı kitabların yer aldığı tətbiq: (Android üçün) https://play.google.com/store/apps/details?id=mutoon.talib.alilm.pdf Allah ﷻ hər birimiz üçün faydalı etsin!🌸

  • Darul-Ilm (دار العلم) pinned «🫥Sirac Academy-də Mutun Əzbəri Kursuna Qəbul Başladı "Kim elm yoluna qədəm qoyarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar." 🕌 🔔Sirac Academy sizi İslam elmlərinin əsasını təşkil edən mutunların sistemli əzbəri proqramına dəvət edir. Elm əzbərlə başlayır…»

  • 13 авг.196из muminuntelegram

    🌟🌟🌟 Yalnız qadınlar! 🌟 🌟İslam elmlərinin əsasını təşkil edən “Elm tələbəsinin mətinləri”nin sistemli əzbəri: Özünüzə uyğun olan saatı seçərək qrupda iştirak edə bilərsiniz. (Əzbər miqdarı: istəyə uyğun - min. bir hədis)🌟

  • 🫥Sirac Academy-də Mutun Əzbəri Kursuna Qəbul Başladı "Kim elm yoluna qədəm qoyarsa, Allah onun Cənnətə gedən yolunu asanlaşdırar." 🕌 🔔Sirac Academy sizi İslam elmlərinin əsasını təşkil edən mutunların sistemli əzbəri proqramına dəvət edir. Elm əzbərlə başlayır, əzbər isə möhkəm təməllə. https://t.me/kitabxanasirac/313?single 📌Kursun üstünlükləri: • Seçilmiş mutunların mərhələli əzbərlənməsi; • Düzgün qiraət və səhvlərin düzəldilməsi; • Gündəlik təkrar və dinləmə sistemi;   • Davamlı nəzarət və motivasiya; • Möhkəm elmi təməl formalaşdıran proqram. ◾️ Kurs qadınlar üçün nəzərdə tutulmuşdur. ◾️ Dərslər onlayn formatda keçirilir. ▪️ Yerlər məhduddur. ◾️ Qeydiyyat və ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.🔔 @SamaShiriii 🐦Sirac Academy — Elm yolunuza çıraq olsun!

  • 10 авг.386из senxatirlat

    💕İnsan digər insanların haqqına girməkdən qorxmalıdır. Elə zənn etməyək ki, bu dünyada olunan zülmlər cavabsız qalacaq. Qul haqqı elə bir günahdır ki, təkcə tövbə ilə yox, həmçinin, o insanın özünün öz haqqını halal etməsi ilə onun yükündən qurtulmaq mümkündür. Qiyamət gününə qalan hesablaşmalar - çox ağır olacaq. Kiminsə arxasıyca danışmaq və bunun onun qulağına çatıb üzülməsi, müzakirə edərək onu qınamaq, iftira atmaq, nəmmamlıq etmək, kiminsə qəlbinə kədərin düşməsinə səbəb olmaq, insanların haqqına girmək, haqlarını ödəməmək və s. bu cür məsələləri xəfifə almaq olmaz. Hətta tövhid əhli belə Qiyamət günü qul haqqının yükündən dolayı əziyyət çəkəcəksə, gör bu məsələ necə ciddi bir məsələdir. 📎Unutma ki, o gün ədalət tərəziləri qurulacaqdır və heç kəsə zərrə qədər belə zülm olunmayacaqdır...

  • 🤎 وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيدِ 🤎 İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq. 50:16 İnsanı Biz yaratdıq və nəfsinin ona təlqin etdiyi xəyalları və fıkirləri bilirik. Biz ona qəlbə bağlı olan boynunda yerləşən şah damarından da yaxınıq. Müxtəsər Təfsir 🩷Rəbbinə dön. O, sənə hər zaman yaxındır. https://t.me/darulilmmm

  • 8 авг.394из islamdaterbiye

    📜 İbn əl-Covzi رحمه الله oğluna nəsihət edərək demişdir: Ey oğlum, özünə fikir ver və keçmişdə yol verdiyin səhlənkarlıqlara görə peşman ol. Suyun yetdiyi qədər əkilmiş ağacı suladığın kimi, vaxtın, imkanın çatdığı qədər də kamil insanlarla bərabər olmağa, onlarla oturub-qalxmağa çalış. Zay olmuş saatlarını xatırla, bu sənə nəsihət olaraq kifayətdir. Həmin saatların içindəki tənbəlliyin şirinliyi keçib getmiş, fəth olunası zirvənin mərtəbələri əldən verilmişdir. Halbuki saleh sələflərimiz müxtəlif növ fəzilətlərin hamısını cəm edib toplamağı sevər, itirdiyi halda isə, itirdiyi o fəzilətlərdən hər birinə görə ağlayardılar. Ey oğul, bil ki, günlər sənin saatlarını, saatlar isə sənin nəfəslərini sərgiləməkdədir. Bil ki, hər nəfəs xəzinədir, bir nəfəsi boş bir şeyə sərf etməyindən və Qiyamət günü bir xəzinəni (nəfəsini) içi boş görməyindən qorx. ✍️ (İbn əl-Covzi / Övladıma məktub

  • İnsanları Allahın dininə dəvət etmək və onların hidayətinə səbəb olmaq ən əzəmətli ibadətlərdən, xeyirli əməllərdən və əfzəl yollardan biridir. Bu yol bütün peyğəmbərlərin və nəbilərin yoludur. https://youtu.be/vu05d2fbd6M?si=U58PC1gVps9h_Ili

  • 🌿 Abdullah ibn Məsud رضي الله عنه belə demişdir: "Həqiqətən bu qəlblər qab kimidir. Elə isə onları Quranla məşğul edin. Qurandan qeyrisi ilə məşğul etməyin". 🔑Cəmiu Bəyənil-İlm va fadlihi libni AbdilBərr 1/283 https://t.me/darulilmmm

  • 30 июл.10391из darulilmmm

    ▫️ İbn əl-Qəyyim رحمه الله dedi: Əgər Qur’an oxuyarkən qəlbində ağırlıq hiss edirsənsə, bil ki, qəlbinin üzərinə çökmüş bir günah var. Bu günah səni Allahın kitabından yayındırır və qəlbini əlindən qaçırır. Nəfsinlə mübarizə apar, davam et və çoxlu istiğfar et. Çünki qəlb təmizlənəndə Allahın kəlamından doymaz. ▫️Osman ibn Affan رضي الله عنه dedi: “Əgər qəlbləriniz təmiz olsaydı, Rəbbinizin kəlamından doymazdınız.” الدواء والدواء (ص ٥٤٦) https://t.me/darulilmmm

  • https://siracacademy.framer.website/

  • 24 июл.1258из towardsakhirah

    ALLAH RƏSULUNUN 🔘 BÖYÜK SƏHABƏSİ ƏBDULLAH İBN MƏSUDDAN ◽️ QİYMƏTLİ NƏSİHƏTLƏR — Ey qardaşlar və bacılar! Bu nəsihətlərdən faydalanın və fitnələrin qaranlıq saldığı bu çətin dövrdə qafil olanlardan olmayın! 💭İmam İbn Əbdul-Bərr əl-Məliki ◽️ rəvayət edir ki,Əbdullah ibn Məsud ◽️ bir gün ətrafındakılara belə dedi: كونوا ينابيع العلم ، مصابيح الهدى ، أحلاس البيوت ، سرج الليل ، جدد القلوب ، خلقان الثياب ، تعرفون في السماء وتخفون على أهل الأرض. «Elm bulaqları olun,hidayət çıraqları olun.Evlərinizə bağlı qalın (yəni ibadətə,təqvaya sarılın və fitnələrdən uzaq durun).Gecələrin çıraqları olun (gecə namazına qalxanlardan olun).Qəlbləri dirildən və geyimdə təvazökar olan kəslər olun ki,göydəkilər sizi tanısın,yerdəkilər isə sizi tanımasın.» 🆗 [جامع بيان العلم وفضله لإمام ابن عبدالبر] 💭İmam Əbbəs ibn Əbu İsa ət-Tərqufi ◽️ Əbdullah ibn Məsuddan ◽️ belə rəvayət edir: إِنَّكُمْ فِي مَمَرِّ اللَّيْلِ وَالنَّهَارِ فِي آجَالٍ مَنْقُوصَةٍ وَأَعْمَالٍ مَحْفُوظَةٍ وَالْمَوْتُ يَأْتِي بَغْتَةً، فَمَنْ زَرَعَ خَيْرًا يُوشِكُ أَنْ يَحْصُدَ رَغْبَةً، وَمَنْ زَرَعَ شَرًّا يُوشِكُ أَنْ يَحْصُدَ نَدَامَةً، وَلِكُلِّ زَارِعٍ مَا زَرَعَ لا يَسْبِقُ بَطِيءٌ حَظَّهُ، وَلا يُدْرِكُ حَرِيصٌ مَا لَمْ يُقَدَّرْ لَهُ، فَمَنْ أُعْطِيَ خَيْرًا فَاللَّهُ أَعْطَاهُ، وَمَنْ وُقِيَ شَرًّا فَاللَّهُ وَقَاهُ، الْمُتَّقُونَ سَادَةٌ، وَالْفُقَهَاءُ قَادَةٌ، مُجَالَسَتُهُمْ زِيَادَةٌ. «Həqiqətən,siz gecə ilə gündüzün davamlı axını içində yaşayırsınız.Ömürləriniz durmadan azalır,əməlləriniz isə yazılır.» Ölüm qəflətən gəlir.Kim xeyir əkibsə,tezliklə onun bəhrəsini əldə edəcək.Kim isə şər əkibsə,tezliklə peşmançılıq biçəcək. Hər bir insan yalnız əkdiyini biçəcək.Ləng davranan öz qismətini qabaqlaya bilməz,həris olan isə onun üçün təqdir edilməmiş bir şeyi əldə edə bilməz. Kimə bir xeyir verilmişdirsə,onu Allah vermişdir.Kim də şərdən qorunmuşdursa,onu Allah qorumuşdur. Təqva sahibləri insanların ən şərəfliləridir.Fəqihlər (şəri elmi dərindən bilən alimlər) isə rəhbərlərdir.Onlarla oturub-durmaq isə insana xeyir və bərəkəti artırır.» 🆗 [ كتاب حديث لإمام عباس بن أبي عيسى الباكسائي الترقفي ]

  • 24 июл.946из escapefromthedunya

    📚 Səhabələrin Həyatı kitabı: Ömər əl-Faruqun 🤩 xidmətləri və fəziləti bölməsi: 🌼 Suheyb bin Sinan ər-Rumidən 🤩 belə rəvayət olunur: “Ömər müsəlman olan kimi, İslam dini gizlindən aşkara çıxdı, onun açıq təbliğatı başlandı. Biz dövrə vurub Kəbənin ətrafında əyləşdik, onun başına dolandıq, bizə qarşı kobudluq edənlərdən ədalətli olmağı tələb etməyə başladıq və yeri gələndə onlara kobud cavablar verdik” (Abulfərəc bin əl-Cövzinin “Tarix-Umər bin əl-Xəttab” əsəri, 3). 🌼 Abdullah bin Məsud demişdir: “Ömər müsəlman olandan biz həmişə olmuşuq. Onun İslamı qəbul etməsi müsəlmanların qələbəsi, hicrət etməsi – onların arxalı olması, əmirliyi isə müsəlmanlara Allahın mərhəməti idi. Ömər İslamı qəbul edənədək biz Kəbədə namaz qıla bilmirdik” (əl-Buxarinin “Səhih” toplusu, “Ömər bin əl-Xəttabın İslamı qəbul etməsi”, fəsli, 1/545). 🌼 Əl-Faruq – Ömərə İslamı qəbul etdiyi gündən haqla nahaqqı, gizli ilə aşkarı, qorxu ilə şücaəti, qələbə ilə təqibi bir-birindən fərqləndirdiyi üçün verilmiş addır. 🪶 Kitabın müəllifi: Dr. Abdurrahman Rafat əl-Başa

  • 22 июл.854из libaasuttaqwa

    Xeyirlə vəsilə ol🌷 Əssələmu aleykum va rahmətullah, iki bacının İbn Kəsir 1.cild təfsir kitabına ehtiyacı var tapılmır, kimdəsə əlavə varsa aşağıdakı botla əlaqə saxlaya bilər zəhmət olmasa @Sedeqe_bot

  • 22 июл.10371из attanziil

    🌷Şeyx İbnu Useymin (rahiməhullah) buyurur: - Biz bu dünyaya, heyvanlar kimi yaşayıb, ancaq yemək, içmək və yatmaq üçün gəlmədik. Əksinə, biz bu dünyaya axirət üçün azuqə toplayaq deyə gəldik. ("əl-Kəfiyətuş Şəfiyəh" kitabının şərhi, 4/379) _ 📖 t.me/attanziil

  • 🤩{ وَيَوۡمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيۡهِ يَقُولُ يَٰلَيۡتَنِي ٱتَّخَذۡتُ مَعَ ٱلرَّسُولِ سَبِيلٗا } O gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! 25:27 Hər gün bir seçim edirsən... Bir seçim səni Allaha yaxınlaşdırır. Digəri isə səni peşmanlığa aparır. Elə bir Gün gələcək ki, "kaş" deməyin artıq heç nəyi dəyişməyəcək. O gün gəlməmiş, Allaha aparan yolu seç! https://t.me/darulilmmm

  • без подписи

  • 🤍Unutmaq Neməti İbn əl-Qəyyim (rahiməhullah) buyurur: "Allahın Adəm övladına bəxş etdiyi ən böyük nemətlərdən biri unutmaqdır. Əgər unutmaq olmasaydı, insan heç vaxt çətinlikdən sonra rahatlıq tapmazdı, kədəri qəlbindən çıxmazdı, kin və nifrət yox olmazdı və acı xatirələr onun həyatın gözəlliklərindən zövq almasına mane olardı." Miftah Dar əs-Saadah Bəzən unutmaq zəiflik deyil. Əksinə, bu, Allahın qəlblərə bəxş etdiyi bir rəhmətdir, insan keçmişin ağırlığından qurtulsun, yaraları zamanla sağalsın və ümidini itirmədən yoluna davam edə bilsin.🌟 https://t.me/darulilmmm

  • Acı həqiqət: Hüzuru Qurandan başqa hər yerdə axtarırıq. Sonra isə niyə qəlbimizin rahatlıq tapmadığına təəccüblənirik. 🤎Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.🤎 https://t.me/darulilmmm