tgindex
Dinimizi öyrənək

Dinimizi öyrənək

Статистика

🗣Dinimizi öyrənək Quran və Əhli_beyt Müxtəlif dini mövzular 12.08.2025

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
2
Всего постов
21
Тип
открытый
Язык
az
В каталоге с
15 авг.
Подписчики
190
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
20
21 постов
Вовлечённость
10,5%
к подписчикам
Постов в день
0,3
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
7
1/48двое суток
8
1/72трое суток
8

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurdu:  “Bəndə Qiyamət günündə dörd şey haqqında sorğu-sual olunmayana qədər (yerindən) addım atmayacaq: (ondan) cavanlığını necə keçirməsi, həyatını necə başa vurması, mülkünü haradan əldə edib, nəyə sərf etməsi və biz Əhli-Beytin məhəbbəti barədə soruşulacaq”. 📚Mənbə : Şeyx Səduq (r.ə) "Şiənin fəzilət və xüsusiyyətləri", s 13   🌺t.me/dini_oyrenek

  • #HzMuhəmməd #şəhadət ⚫ Bu münasibətlə başda İmam Mehdi (ə.f) olmaqla bütün mömin və möminələrə başsağlığı veririk.

  • لْحَمْدُ للهِ الَّذي اسْتَنْقَذَنا بِكَ مِنَ الْهَلَكَةِ، وَهَدانا بِكَ مِنَ الضَّلالَةِ • زيارة النبيّ الأكرم صلّى الله عليه وآله “Bizi sənin vasitənlə həlakətdən xilas edən və sənin vasitənlə azğınlıqdan hidayət edən Allaha həmd olsun.” 📖 Peyğəmbəri-Əkrəmin (s) ziyarəti

  • без подписи

  • İSLAM TARİXİ İLƏ TANIŞLIQ Ana qucağına qayıdış İbn İshaq (1\173) rəvayət edir ki, iki ildən sonra Peyğəmbərin (s) südəmərlik dövrü başa çatdığı zaman, Həlimə onu Məkkəyə anası Aminənin yanına gətirdi. Peyğəmbər (s) onun həyatına xeyir-bərəkət gətirdiyi üçün, qəlbində onu ailəsinə vermək istəmirdi. Aminə də, Həliməyə dedi: Mən övladımın vəba xəstəliyinə tutulmasından qorxuram, onu yenidən səhraya apar. Həzrət Peyğəmbər (s) beş il səhrada yaşadı. Sonra Həlimə onu Məkkəyə apararaq, anasına verdi. İbn İshaqın (1\173) rəvayətinə görə, Allahın elçisi (s) altı yaşında ikən, anası Aminə ilə birlikdə qohumlarını və dayılarını görmək üçün Yəsribə (Mədinə) gedir. Aminə Mədinədən qayıdarkən, Əbva məntəqəsində dünyasını dəyişdi. Peyğəmbər (s) atasının kənizi Ümmi-Əymənlə birlikdə Məkkəyə gedir və bundan sonra babası Əbdül-müttəlibin himayəsində yaşayır. Əbdül-müttəlib üçün Kəbənin kənarında yerə bir xalça döşəmişdilər. Övladları onun ətrafında əyləşirdi. Əbdül-müttəlibin əzəmətinə və ehtiramına görə heç bir övladı bu xalçanın üzərində oturmurdu. Peyğəmbərimiz (hələ körpə ikən) bu xalçanın üzərində oturmaq istədikdə, əmiləri ona mane olurdular. Bunu müşahidə edən Əbdül-müttəlib deyirdi: Övladımla işiniz olmasın, Allaha and olsun ki, onun parlaq gələcəyi vardır. Peyğəmbər (s) səkkiz yaşında olduğu zaman, Əbdül-müttəlib vəfat etdi. O, nəvəsinin himayəsini, Peyğəmbərimizin (s) atasının doğma qardaşı olan, əmisi Əbu Talibə tapşırdı. Bundan sonra Əbu Talib böyük fədakarlıqla onu himayə edərək, daim hər bir şəraitdə dəstəklədi. Seyid Əli Mir Şərifi @dini_oyrenek

  • #cümə Cüməniz mübarək olsun! İmam Baqir (ə) buyurub: "And olsun Allaha, mənə xəbər vermişlər ki, Peyğəmbərin (s) səhabələri cümə axşamı günü özlərini cümə günü üçün hazırlayarmışlar. Çünki cümə fürsəti müsəlmanlar üçün məhdud bir fürsətdir. " ✍ Usuli-kafi, c.3, s.415, h. 10 Cümə axşamı gününün sonunda bu sözlər ilə istiğfar etmək müstəhəbdir: " Bağışlanma diləyirəm o Allahdan ki, Ondan başqa İlah yoxdur, diri və qəyyumdur, mən Onun dərgahına tövbə edirəm (qayıdıram): boyun əymiş, miskin, çarəsiz, özündən şəri uzaqlaşdıra bilməyən, özünə fayda verə bilməyən, həyatı, ölümü və Qiyamətdə yenidən dirilməsi öz əlində olmayan bir bəndə kimi. Allahın çoxlu salamı olsun Məhəmmədə (s) və onun pak, pakizə, seçilmiş və yaxşı əməl sahibi olan xanidanına." "Məfatihul-cinan" @dini_oyrenek

  • 📋 FİQH Terminoloji mənada isə fiqh şəriət hökmlərinin dini mənbələrə istinad edilərək öyrənilməsidir. Fiqh şəriət məsələlərindən bəhs edən elmdir. Bu elmin bilicisi fəqih adlanır. Fəqih şəriət hökmlərini istinbat yolu ilə tədqiq edən müctəhiddir. İstinbat - deduksiya (ümumi mülahizələrdən xüsusi nəticə çıxarma) üsulu ilə şəriət mənbələrindən (Qurani-kərim, sünnə, əql və icmadan) hökmlərinin tədqiq edilməsidir. 🔴 Şəriət hökmlərindən bəhs edən fiqh hər bir fərdə onun hüquqlarını tanıtmaqla yanaşı, üzərində olan dini və dünyavi vəzifələri də bəyan edir. Belə ki, o, hər bir fərdin yaşamaq, mülkiyyət, azad düşünmək kimi təbii hüquqlarını ehtiva edir və onun Allah-təala, valideyn, həyat yoldaşı, övlad qarşısındakı vəzifələrini də müəyyənləşdirir. Bu hüquq və vəzifələr təkcə fərd müstəvisində deyil, cəmiyyət müstəvisində də öz əksini tapır. Fiqh hər bir fərdin ictimai həyatında hüquqlarını tənzimləyir və onun cəmiyyət qarşısında daşıdığı vəzifələri bütün detallarınadək bəyan edir. Fiqh bu hüquq və vəzifələri təyin edərək onları beş hökm altında tənzimləyir. Bu beş hökm: 1⃣ Vacib; 2⃣ Müstəhəb; 3⃣ Haram; 4⃣ Məkruh; 5⃣ Mubahdır. Bundan başqa fiqh insanın yerinə yetirdiyi əməllərin səhih və batil cəhətlərini də araşdırır. Deməli, fiqh elminin mövzusu fərd və cəmiyyət müstəvisində insanın hüquq və vəzifələridir. 🔴 Qurani-kərimdən bəhs edən təcvid və təfsir, sünnəni araşdıran üsul əl-hədis və rical elmlərindən fərqli olaraq fiqh elmi Qurani-kərimi və sünnəni fərd va cəmiyyət müstəvisində insanın hüquq və vəzifələrini bəyan edən ən əsas istinad mənbəyi kimi tədbiq edir.

  • İmam Əli (ə) buyurub: İnsanların ən ağıllısı odur ki, öz eyblərini görsün və başqalarının eybinə kor olsun. 📗 Ğurərul-Hikəm, hədis 3233. t.me/dini_oyrenek

  • İmam Cəfər Sadiq (ə) buyurub: "Kimin qənaəti olarsa, o, zəngindir; kimin isə tamahı olarsa, o, həmişə yoxsuldur. 📚Tühəful-Uqul, səhifə 361. http://t.me/dini_oyrenek

  • без подписи

  • #təqvim

  • 💚İmam Hüseyn (ə) buyurmuşdur: "İnsanların sizdən necə rəftar görməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. İntiqam almağa qadir ola-ola bağışlamaq ən uca əxlaq nümunəsidir." 📖Biharul-Ənvar, Cild 75,

  • 🔴 Ayətullah Seyyid Əli Sistani (h) Məsumlardan (ə.s) nəql olunmuşdur: “Namaza əhəmiyyət verməyən və onu yüngül sayan kəs bizim şəfaətimizə nail olmaz”. İmam Huseynin (ə.s) Aşura günü namaza göstərdiyi xüsusi diqqət buna ən gözəl nümunədir. Belə ki, namazın ilk vaxtını ona xatırladan şəxsə buyurdu: “Namazı xatırlatdın. Allah səni namaz qılan və Allahı zikr edənlərdən qərar versin”. Sonra oxların yağış kimi yağdığı döyüş meydanında belə namazını qıldı. https://telegram.me/SeyyidSistani

  • без подписи

  • Həzrət Əli (ə) buyurmuşdur: "Ey elm daşıyanlar! Elminizlə əməl edin, çünki alim o kəsdir ki, bildiyi ilə rəftar edər və əməli elminə uyğun gələr." 📘Nəhcül-Bəlağə, Hikmət 47. t.me/dini_oyrenek

  • без подписи

  • İmam Əli (ə) buyurmuşdur: "Səni tərifləyən deyil, sənin eyiblərini sənə göstərən kəs, sənin əsl dostundur." 📖 Mizanul-Hikmət, cild 2, səhifə 1260. 🌼t.me/dini_oyrenek

  • 📋 FİQH FİQH - müsəlman hüquq nəzəriyyəsi, Allah-təala tərəfindən nazil edilmiş ali qanunların araşdırılması ilə məşğul olan elmdir. Onun əhatə dairəsinə dini və mülki həyat qanunları, mərasimlər və ayinlərin icra qaydaları, ailə, miras, cinayət hüququ, etika normaları, inzibati idarəetmə qanunları aiddir. 📌 Fiqh iki hissəyə bölünür: 1⃣ Sırf nəzəri məsələlərlə məşğul olan üsul əl-fiqh. 2⃣ Tətbiqi məsələlərlə məşğul olan əməli fiqh. ⏺ Fiqh > sözünün ərəb dilində lüğəti mənası anlamaq, başa düşmək, bilməkdir. ⏺ Fiqh > sözü Qurani-kərim və sünnədə öz lüğəti mənasında işlədilmişdir. 📖 وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي “Dilimdəki düyünü aç ki, sözümü anlasınlar”. (📚 Taha surəsi, ayə 27, 28). 📖 فَمَالِ هَٰؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا «...Bu camaata nə olub ki, az qala söz də anlamırlar». (📚 ən-Nisa surəsi, 78 ayə). ✅ https://t.me/fiqhus_sadiq

  • #islamda_əxlaq Qeybətə mane olmaq İslam dininə əsasən,pis,yaxud haram bir işlə rastlaşarkən həmin işin davam etməsinə mane olmaq hər bir müsəlmanın borcudur. Bu zərurət yalnız qeybətə şamil olunmur. Qeyd etmək lazımdır ki,kiminsə qeybətinin olunmasına mane olmaqla bərabər,qeybəti olunan şəxsin müdafiəsi də vacibdir. Bu məzmunda nəql İmam rəvayətlərin sayı az deyildir. ✅ Peyğəmbəri-Əkrəm (s)buyurmuşdur: "Mömin qardaşının arxasınca deyilən pis sözləri ondan uzaqlaşdıran şəxsi Allah-təala cəhənnəm atəşindən uzaqlaşdırar." "Biharul-ənvar", Əllamə Məclisi,72- ci cild, səh226 ✅Digər bir rəvayətdə Peyğəmbəri-Əkrəm(s) qeybəti olunan şəxsin müdafiəsinə qalxmayanları məzəmmət edərək imam Əliyə(ə) buyurur: " Ey Əli! Yanında müsəlman qardaşının qeybəti olunarkən onu müdafiə etməyə qadir olan şəxs qardaşına kömək etməzsə,Allah-təala onu dünya və axirətdə xar edəcəkdir. "" Vəsaliüş-şiə", Hürr Amiuli,12- ci cild ,səh 291,16332- ci hədis. Hədislərə istinadən belə qənaətə gəlirik ki,qeybət olunan zaman insan qeybəti olunan şəxsi müdafiə etməyərək susarsa,qeybət edən şəxs üçün daha da münasib şərait yaranır. Həqiqətən də qeybətin qarşısını almamaq onu günaha təşviq etmək kimidir. Müəllif: Ayətullah Müctəba Tehrani 🌼t.me/dini_oyrenek

Dinimizi öyrənək — tgindex