tgindex
𝗗 İ 𝗡 İ ‘ 𝗞 𝗔 𝗡 𝗔 𝗟

𝗗 İ 𝗡 İ ‘ 𝗞 𝗔 𝗡 𝗔 𝗟

Статистика

‎الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ innə lilləhi va innə ileyhi raci`un Biz Allaha məxsusuq və ona da qayıdacağıq.

Последний пост
19 июл.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
В каталоге с
13 авг.
Подписчики
2 166
−3 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
102
20 постов
Вовлечённость
4,7%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
45
1/48двое суток
51
1/72трое суток
55

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini

  • Əbədi əzaba səbəb olan 13 günah hansılardir? Günah ürəyi qaraldar və ibadəti insandan uzaqlaşdırar. Çünki Allah Təalaya mərifət qara ürəklərlə bir yerə sığmır. Günah insanı həm dünyada və həm də axirətdə bədbəxt edir. Hər bir əməl öz sahibinə qayıdar və axirətdə hər kəs öz əməlini çiyninə alar. "Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. ("Zəlzələ” 7-8). Günahkar insan ona bənzəyir ki, özü öz əli ilə gözünə iynə batırır. Nəticədə isə kor olur. Bəzi günahlar insanın həqiqət görən gözünü kor edər. Qoymaz ki, insan dünyada həqiqətləri görə bilsin. "(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra” 72). Quran əbədi əzaba səbəb olan günahları sayır ki, onlardan bəzisinə işarə edək: 1. Küfr. "Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. ("Bəqərə” 161). 2. Zülm. ”Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir”. ("Nisa” 168). 3. Nifaq. "Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir”.("Tövbə” 68). 4. Təkəbbür. "Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!”. ("Nəhl” 29). 5. İlahi ayələri inkar etmək. "Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!”. ("Təğabun” 10). 6. Bilərəkdən qətl etmək. "Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır”.("Nisa” 93). 7. İlahi həddi aşmaq. "Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır”. ("Nisa” 14). 8. Allah və Peyğəmbərlə (s) düşmən olmaq. "Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər?”. ("Tövbə” 63). 9. Vücudu əhatə edən pis əməl. "Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”.("Bəqərə” 81). 10. Sələm. "(Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. ("Bəqərə” 275). 11. İslam düşmənləri ilə dostluq etmək. "Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər”. ("Maidə” 80). 12. Şirk. "Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar”. ("Tövbə” 17). 13. Günah əhli olmaq. "Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zillət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar”. ("Yunus” 27). Allah Təala bizləri nicat tapanlardan qərar versin. @dini_paylasimlar 🕋

  • BÖYÜK CİHAD İnsanın ən böyük düşməni nəfsdir. O, daim əqllə savaşdadır. Nəfslə mübarizə aparmaq insan taleyində olduqca əhəmiyyət kəsb edən bir məsələdir. Nəfsini məğlub etməyən şəxs həqiqətə zidd düşüncələri və əməlləri hesabına cəhənnəm odunu dadasıdır. Nəfslə mübarizə o qədər mühümdür ki, İslam Peyğəmbəri (s) silahlı cihadı «kiçik cihad», nəfslə cihadı isə «böyük cihad» adlandırmışdır. Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) vəsiyyətində buyurur: «Ya Əli, ən böyük cihad odur ki, insan sübhü elə bir halda aça ki, kimsəyə zülm etmək fikrində olmaya». Nəfslə cihadın silahlı cihaddan üç üstünlüyünü qeyd etmək olar: 1. Bütün ibadətlərdə, hətta silahlı cihadın özündə də nəfslə mübarizəyə ehtiyac var. Silahlı cihadda, namazda və digər ibadətlərdə insanın niyyəti Allahla yaxınlıq olmalıdır. İnsan bu niyyəti qorumaq üçün daim nəfslə mübarizə aparmalıdır. 2. Silahlı cihad həmişə olmur, amma nəfslə cihad daimidir. Silahlı cihad «kifayi» vacibdir. Yəni, ordunun ehtiyacı ödəndikdən sonra kimsə üçün cihad vacib olmur. Amma nəfslə cihad «eyni» vacibdir. Yəni, bu vəzifə bir an olsun belə, insanın öhdəsindən götürülmür. 3. Silahlı cihadda insan şəhadətə yetməklə ən ali məqama nail olur. Amma nəfslə cihad ömrün sonunadək əzab və əziyyətlərlə müşayiət olunur. @dini_paylasimlar 🕋

  • Mal-dövlətin bərəkətini aparan amillər Bir çoxları bu sualı verir ki, niyə malımızın bərəkəti yoxdur? "Bərəkət” sözünün mənası "çoxlu” deməkdir. "Bərəkət” həm də "davamlı olmaq” deməkdir. Lakin hər bir çox olan şeyə bərəkət deməzlər. Misal üçün itin həmişə balası çox olar. Deməzlər ki, nə qədər bərəkətli övladları vardır. Bərəkəti aradan aparan amillər çoxdur: namaz qılmamaq, namazı yüngül hesab etmək, təqvasızlıq, xəyanət və sair. Həzrət Peyğəmbər (s) buyurur: "Dörd şey vardır ki, əgər onlardan biri evə daxil olarsa, xarab olar və bərəkətlə abad olmaz: xəyanət etmək, oğurluq, şərabxorluq, zina”. Qurani-Kərimdə Allah Təala buyurur: "Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. ("Əraf” 96). İmam Əli (ə) buyurur: "O zaman ki, cinayət zahir olar, bərəkət gedər”. Dünya elə bir evdir ki, bəlaları çoxdur. Ona görə də insan rahat bir həyatın gələcəyini gözləməməlidir. Dünyanın qocalığı vardır, ölümü vardır. İmam Əli (ə) buyurur: "İnsanlar, ayıq olun, yeddi böyük müsibət vardır ki, onlardan Allaha pənah aparıram: 1. O alim ki, büdrəyər. 2. O abid ki, ibadətdən yorular. 3. O mömin ki, yolunu azar. 4. Əmin insan ki, xəyanət edər. 5. O zəngin ki, yoxsul olar. 6. İzzətli insan ki, zəlil olar. 7. O yoxsul ki, xəstələnər”. @dini_paylasimlar 🕋

  • Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı? Sual: Əgər ayələrin mənasını başa düşmürüksə, Quran tilavət etməyin bir təsiri və faydası varmı? Cavab: Əgər Quran tilavət etməyin əhəmiyyət və fəzilətini bilsək, Quranın Allah kəlamı olduğunu başa düşsək, Quranla ünsiyyət bağlayıb, onu tilavət etməkdən ləzzət ala bilsək, heç vaxt özümüzlə Quran arasında fasilə salmağa razı olmarıq, bu böyük feyzi əldən vermərik, ən azından gündə 50 ayə tilavət etməkdən özümüzü məhrum etmərik. Hətta bəzi surə və ayələrin mənası sizə aydın olmasa da "başa düşmədən oxumağın nə təsiri olacaq” deyərək, Quran tilavət etməkdən uzaq düşməyin. Çünki Quran Allahın kəlamıdır, əgər bir kəs onun mənasını da bilmədən oxusa, səmərəsiz deyil. Üstəlik, Quran ilahi bir nurdur və onu qiraət etmək özü təklikdə bir ibadətdir. Hətta, onun mənasını bilməsəniz də. Nuru başa düşmək mümkün olmasa da nur öz işığını göstərir. Zikrin mənasını bilməsəniz də öz təsirini qoyur. Dərmanın tərkibini, necə hazırlanmasını bilməsəniz də dərmandan istifadə etdikdə, mütləq öz təsirini qoyur. Quran nurdur, zikrdir, şəfadır. @dini_paylasimlar 🕋

  • 25 июн.721из miraga_dadas

    Əziz qardaşlarım, yer üzünün ən iyrənc insanları tərəfindən bizə hücum edilir. Azərbaycan xalqına "çoxalmaq istəyəndə aptekə gedin" deyən Mirşahin, sayları 1 milyondan çox olan qaçqınları söyən Səidə kimilər bizi hədəf alır. Elə bu nüans haqq tərəfin hansı tərəf olduğunu göstərir. Bizi bu ikiayaqlıların önündə tək qoymayın, əlinizdəki bütün imkanlarla fərari Aqarunovlar ailəsini xalqa tanıtdırın. Əgər bu qədər narahat olublarsa, deməli Davudun sapand ilə Calutun alnından vurduğu kimi bunların ən zəif nöqtəsindən vurmuşuq. Allah bir azca himmətimizə baxıb onların ön güclü nöqtəsini ən zəif nöqtələrinə çevirdi. Bu nemətin şükrü ancaq bu ola bilər ki, davam edək. Artıq bir neçə məsələdə onları məğlub etmişik. Amma hələ açıqlamırıq. Tezliklə açıqlanacaq. Bu dəqiqə onlara necə zərbə dəyibsə ölkənin bütün gönü qalın media işçilərini üstümüzə salıblar. Bu mərhələni də keçdikdən sonra biləcəksiz ki, onlara media ilə necə PUA-dan ağır zərbə vurmusuz. Buna əmin olun, bizim ölkədə onların yeganə və son qalası Albertdir. Bu məsələ həll olsa iş tamamdır. Onların Qəzzada etdikləri elə bir formada onları rüsvay edib ki, daha heç vaxt əvvəlki kimi Azərbaycanda at oynada bilməzlər. Bu son bütü biz birləşib yıxsaq məsələ həlldir. Biraz da himmət!

  • без подписи

  • GÜNAHI MƏHV ETMƏYİN 15 VASİTƏSİ 1. Düzgün etiqad. Həzrət Peyğəmbər (s) buyurur: "And olsun o Kəsə ki, məni insanları hidayət etmək üçün məbus etmişdir! Allah, Onun yeganə olmasına inanan şəxsi cəhənnəmdə daima saxlamaz, məgər onları şəfaət edər”. 2. İsitğfar. Həzrət Peyğəmbər (s) buyurur: "Tövbə edən Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günahı etməmişdir”. 3. Zikr. Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir dəstə yoxdur ki, (Allahı yada salar), məgər o halda ki, Allah Təala tərəfindən onlara nida çatar: "Qalxın! Allah pisliklərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahlarınızı bağışladı””. 4. Gecə namazı. "Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. ("Hud” 114). 5. Öz nəfsini danlamaq. İmam Rza (ə) buyurur: "Bəni-İsrayildən bir nəfər Allaha 40 il ibadət edir, ancaq ondan qəbul olunmur. O, öz nəfsinə xitab edir və deyir: "Bu sənsən ki, əməllərimin məhv olmasına səbəb olmusan”. Allah tərəfindən ona xitab gəlir ki, sənin bu danlamağın 40 il ibadətindən daha üstündür”. 6. Salavat. İmam Rza (ə) buyurur: "O kəsin ki, günahlarının kəffarəsini verməyə qüdrəti yoxdur, Peyğəmbərə (s) çoxlu salavat göndərsin. Çünki bu əməl günahları məhv edər”. 7. Ali-Muhəmmədlə (ə) dost olmaq. İmam Rza (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur: "Biz Əhli-beytin (ə) sevgisi günahları gizlədər və həsənələri bir neçə bərabər edər””. 8. Yaxşı əməl. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman nalayiq əməl etsən, yaxşı əməl yerinə yetir. Çünki yaxşı əməl günahı məhv edər”. 9. Səcdə etmək və məscidə getmək. Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ya Rəsulallah! Günahlarım çoxdur, ancaq yaxşı əməlim azdır”. Həzrət Peyğəmbər (s) buyurur: "Çoxlu səcdə et, çünki səcdə günahı uzaq edər, necə ki, külək ağacın yarpaqlarını tökər”. 10. Dəstəmaz. İmam Sadiq (ə) buyurur: "Hər kim öz dəstəmazını (vacib əməl üçün) lazım olmayan zaman təzələyərsə, Allah bədəninin istiğfarını bağışlayar”. 11. İlahi qorxu. Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir mömin insan yoxdur ki, Allah qorxusundan ağlasın, məgər o halda ki, Allah günahlarını bağışlayar. Baxmayaraq ki, günahları ulduzların sayı, dənizin suyunun damçıları qədər olsa belə”. 12. İlahi həddi yerinə yetirmək. Hədislərin birində oxuyuruq: "(Günahkara görə) İlahi həddi yerinə yetirmək – günahın məhv olmasına səbəb olar”. 13. Gözəl əxlaq. Həzrət Peyğəmbər (s) buyurur: "Gözəl əxlaq – günahların aradan getməsi mənbəyidir. Necə ki, günəş qarın aradan getmək mənbəyidir”. 14. Oruc. İmam Sadiq (ə) buyurur: "Allah Təala Ramazan ayının hər gecəsində günahkarlara cəhənnəm atəşindən nicat verər”. 15. Düşünmək. İmam Sadiq (ə) buyurur: "Təfəkkür və düşünmək yaxşılıqlar aynası və pisliklərin kəffarəsidir”. @dini_paylasimlar 🕋

  • Quranda Təkəbbür, İblisin sifəti sayılır: «Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi. Yalnız İblisdən başqa! O, (səcdə etməyə) təkəbbürlük göstərdi və kafirlərdən oldu». «Allah buyurdu: «Oradan (cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbürlük göstərmək yaramaz. Oradan çıx ki, sən alçalanlardan oldun!» . Həzrət Əli (ə) buyurmuşdur: «Təkəbbürdən qəti surətdə çəkin. Həqiqətən təkəbbür günahların ən böyüyü, eyiblərin ən pisi və İblis xislətidir»; «Təkəbbürdən çəkin. Çünki o Allah-təalaya qarşı asi olub, Ondan üz çevirməyin qaynağıdır»; «Təkəbbür ən çirkin xüsusiyyətdir». Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Təkəbbürdən çəkinin. Allah-təala təkəbbürlə yaşamağa davam edənlər haqqında əməl yazıçılarına buyurur: «Ey əməl yazıçıları! Bu bəndəmin adını tarix zalımlarından biri kimi qeyd edin». O həzrət (s) Əbuzərə buyurur: «Ey Əbuzər! Qəlbində zərrə qədər təkəbbür olan halda ölən şəxs, behişt iyini duymayacaq. Onun çıxış yolu yalnız ölməzdən öncə tövbə edib, təkəbbür libasını çıxarmaqdır». Doğrusu, nütfədən yaranmış, dünyada yaşayarkən olduqca zəif, gücsüz olan varlığın Haqqa və ya xalqa qarşı təkəbbür göstərməyə nə haqqı var? İmam Sadiq (ə) atalarından nəql edir: «Salmanla bir kişi arasında dava düşdü. O kişi təkəbbürlü bir görkəm alaraq Salmana dedi: «Sən kimsən ki, mən səninlə qarşı-qarşıya gələm?» Salman cavab verdi: «Sənin də, mənim də əvvəlimiz nəcis nütfə idi. Axırımız isə qəbirdə pis qoxulu bir murdardır. Qiyamət günü mizan qurulduqda kimin əməli ağır gələcəksə üstün, yüngül gələcəksə alçaq olacaq». Əllamə Məclisi bu təhlükəli xəstəliyin müalicə olunması haqqında buyurur: «Təkəbbürün müalicəsi və təvazö əldə olunması iki yolla mümkündür: elmi və əməli yolla. Elmi yolu budur ki, özünü və yaradanını tanısın. Bu tanıma təkəbbürün qəlbindən silinməsi üçün kifayətdir. Çünki özünü tanıdıqda nə qədər zəlil, dəyərsiz olduğunu anlayacaq və biləcək ki, onun haqqı yalnız təvazö etməkdir. Elə ki, öz daxili aləminə, xarici aləmə, Quran ayələrinə diqqət yetirərək Allahı tanıdıqda təkəbbürün, böyüklüyün yalnız Ona məxsus olduğunu anlayacaq. Əməli yolu isə budur ki, bütün hərəkətlərində, davranışlarında təvazökar olmağa çalışsın. Saleh insanları özünə örnək hesab etsin. Böyük İslam peyğəmbərinin (s) həyatından dərs alsın. Məxluqatın əşrəfi olan o həzrət (s) əyləşib yemək yeyərkən buyururdu: «Bir bəndə digər bəndələr kimi yemək yeyir». (Burada Peyğəmbər (s) bəndə dedikdə özünü nəzərdə tutmuşdur). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub. @dini_paylasimlar 🕋

  • Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər Əgər bəndə böyük əzəmət sahibi olan tək Allahla münacat və ibadət etmək istəyirsə, gərək bu görüşə hazır olsun. Zahiri çirkinliyini və nəcasətini aradan aparsın və batinini paklasın. İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: "Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!””. İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini suya oxuyar və onu içər – Allah onun gözündə nur qərar verər”. İmam Rza (ə) buyurur: "O mömin ki, dəstəmaz alan zaman "Qədr” surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi”. İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar – Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Hər kim yatan zaman "Qədr” surəsini on bir dəfə oxuyarsa, Allah on bir mələyi məmur edər ki, onu hər şeytanın şərrindən qorusun”. İslami əhkamın təkcə zahiri faydaları yoxdur, əhkam zahirə aid olduğu kimi, insan ruhuna və batininə də aiddir. İmam Rza (ə) buyurur: "Ona görə dəstəmaz almağa vəzifələndirilmişik ki, bəndələr Allah dərgahında dayanan və Onunla münacat edən zaman pak olsunlar. Çirkinliklərdən, nəcasətdən uzaq olsunlar. İnsan qəlbi Allah dərgahında qiyam (dayanmaq) etmək üçün nurani və səfalı olsun”. Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, dəstəmaz və qüsl kimi əməllərin faydası sadəcə zahirə deyil, həm də ruhumuza təsir qoyar və bizi saflaşdırar. Bu əməllərin əsl hədəfi – qəlbin pak və nurani olmasıdır. Bu da zahiri təharətlə əldə oluna bilir. Ona görə də dəstəmaz həm cismi pak edir, həm də qürbət niyyəti ilə insana tərbiyəvi təsirlər göstərir. İnsanın yadına salır ki, harada və kiminlə münacat edəcəkdir və bu yolla həmin ibadət üçün hazırlanar. İmam Sadiq (ə) buyurur: "Dəstəmazdan sonra dəstəmaz – nur üstünə nurdur”. Yəni, insanın bir neçə dəfə nurani olmasına səbəb olar. Beləliklə deyə bilərik ki, dəstəmaz və qüsl kimi əməllər bizim həm zahirimizi və həm də batinimizi paklayar və bizi Cəlal və Camal olan Allahla görüşə hazır edər. @dini_paylasimlar 🕋

  • İslam dinində bəxtin gətirməsi deyilən bir şey yoxdur Hər kəs bu dünyaya gələn zaman tale dəftəri ağ və eybsiz olur. Hər bir insan öz əməli ilə onu qaraldır. Ustad Mütəhhəri Əmirəl-möminin (ə) bu kəlamına işarə edərək buyurur: “Əgər bizim cavanların zehni haqq mövzuları ilə dolmazsa, haqsız mövzularla dolar”. Ona görə də biz gərək çalışaq ki, onların zehni lazımsız mövzularla dolmamışdan əvvəl, biz onu haqq mövzularla dolduraq. (Tebyan) İnsanların bəzisi belə düşünür ki, həyatda bəzilərinin müvəffəqiyyət qazanmasının səbəbi bəxtləri və ya təsadüflərdir. Belə güman edirlər ki, bəziləri xüsusi bəxt və şansla bu dünyaya gəlirlər. Əgər belə olarsa, heç bir şey onu bədbəxt edə bilməz. Əgər dünyaya bədbəxt gələrsə, o zaman heç bir şey onu xoşbəxt etməyə qadir olmaz. Nə elmi, nə imanı, nə əxlaqı. Əgər Siratül-müstəqim yoluna qədəm basarsa, bu bədbəxt şansı qoymaz ki, bir nəticəyə gəlib çatsın. Məsəl var, deyərlər ki, əgər bədbəxt məscid tikərsə ya tavanı düşər, ya da qibləsi əyri olar. Bu insanların düşüncəsinə görə heç kəs qadir deyildir ki, bu insanların taleyini dəyişdirsin. Bu, bir təfəkkür tərzidir. Çox təəssüf ki. insanların bir çoxu ona tutulmuşdur. Halbuki, əgər insanlar bir qədər nikbin olsaydılar, aləmdə olanları yaxşı dərk edərdilər. Əgər bir qədər elmi mövzularda düşünsəydilər, bilərdilər ki, şans və bəxt kimi mövzular vahimə qüvvəsinin və lənətlik şeytanın işləridir. Nə din onu rəsmi şəkildə tanıyır və nə də ağıl. Hər kəs bu dünyada taleyini əməlləri ilə yazar. İmanı, təqvası, mərifət və elmi ilə. Cəhalət, xurafat, təssübkeşlik taleyi qaraldar. İnsanda hər cür istedad vardır. Dünyada hər bir qapı üzünə açıq qoyulmuşdur. O, azad və ixtiyar sahibidir. Bu özüdür ki, gərək düz yolu seçə bilsin. @dini_paylasimlar 🕋

  • Ey Allah bəndələrİ, bu dünyadan nə umursunuz? Bir müddət bu dünya evində qonaqsınız və bir can borclusunuz,o borc da sizdən alınacaq Ömürləriniz sona yetəcək, əməlləriniz yazılıb göstəriləcək. Neçə adam var ki, bütün işlərini sahmana salmağa çalışır, bu mümkün deyil. Çəkdiyi zəhmət hədərdir, elə bir zamanda yaşayırsınız ki, şər xeyri üstələmişdir. Şeytan insanları həlak etmək ümidindədir. İstədiyin tərəfə nəzər sal: yoxsulluğa düşmüş fəqirdən, Allahın nemətlərini küfrə dəyişmiş dövlətlidən, Allaha aid haqları malını çoxaltmağa sərf edən xəsisdən, qulağı nəsihət eşitməyən müddəidən başqa heç kimi görməyəcək-sən. Bəs haradadır mərdləriniz, təmiz adamlarınız, səxavət sahibləriniz, hər şeydə paklığı gözləyənləriniz? Hamısı bu alçaq dünyadan köçüb getdimi? Bu tez ötüb keçən dərdli, ələmli aləmi tərk etdilərmi? Onları düşünərkən heç kimsə dodağını belə qaçıra bilməz, onları yada salarkən başsağlığı belə diləyə bilməz. Dünya bərbad olub. Pislikləri dəyişdi-rən yoxdur. Belə bir vəziyyətdə ikən yenə də Allahın tərtəmiz məqamına qovuşmaq arzu edirsiniz? Qətiyyən mümkün deyil! Allahın cənnətinə daxil olmağı arzulayan Ona itaət etməlidir. Allahın lənəti olsun Onu unudanlara... Özü bəd əməldə ikən pisliklərdən çəkindirənlərə... @dini_paylasimlar 🕋

  • Namazı yorğun, yuxulu və tələsərək qılmaq olmaz İmam Həsən (ə) buyurur: “Nə zaman namaza dayanmaq istəsən yorğun, yuxulu və tələsərək dayanma. Əksinə, namazı hüzurla və vüqarla yerinə yetir”. (Tebyan) İmam Əli (ə) namaz səcdəsini tələsik yerinə yetirən kişiyə buyurur: “Nə qədər vaxtdır ki, belə namaz qılırsan?”. Kişi cavab verir ki, filan qədər vaxtdır. Həzrət (ə) buyurur: “Sənin kimi insan Allah yanında qarğaya bənzəyir ki, dimdiyini yerə vurur. Əgər ölsən, Muhəmməd (s) dininin qeyrisində ölmüş olarsan. Ən oğru o kəsdir ki, namazından oğurlasın. Peyğəmbər (s) buyurmuşdur: “Hər kim rüku və səcdəsini natamam və tələsik yerinə yetirərsə, namazı yerinə yetməz””. Namaza yüngül yanaşmayaq və yaddan çıxartmayaq ki, namaz - ölçüdür. Bütün əməllərin və ya həqiqətlərin ölçü vasitəsidir. Əgər ruhumuzu boş buraxsaq, Allahdan qeyrisinə diqqət edər. Əgər həqiqətən ruhumuz belədirsə, bədənimizdən ayrılan zaman da Allaha meyl etməyəcəkdir və bu, həqiqətdə böyük bir müsibətdir. Lakin insan əgər çalışsa və təmrin etsə, İlahi Övliyalara təvəssül edərək namazda diqqətini cəmləməyi öyrənə bilər. Əgər bu işi həll edə bilsək, bir çox çətinliklərimiz həll olar. Belə bir halla namaza dayanaq. Namazdan yorulmayaq və namaza dayanan zaman halımızı xoş və ruhiyyəli edək. Elə namaz qılmayaq ki, tez sona çatdırmağa çalışaq. Bundan başqa, namaza dayanan zaman onu tez başlamağa çalışmayın. Bir qədər səbir edin və nə üçün dayandığınızı xatırlayın. Hər birimiz istəyərik ki, namazda qəlb hüzuruna malik olaq. Lakin ola bilmirik. Hər nə qədər çalışsaq da, yenə də ürəyimiz başqa tərəflərə gedir. Bu bizim hiss etdiklərimizdir və başqa bir tərəfdən isə hədislərdə oxuyuruq ki, hər kim bu cür halla namaz qılarsa, Allah Öz izzət və cəlalına and verər ki, onu Öz yaxınına buraxmasın. Hər kim bu halla namaz qılar, Allah buyurar ki, Mən zikrimin halını ondan alaram və onu rədd edərəm. Ona yol vermərəm. Düşünsək, nə qədər böyük bir təhlükə ilə üz-üzə olduğumuzu dərk edərik. Əgər bu çətinliyi kökündən həll etmək istəyiriksə batinimizi paklamalıyıq, tərbiyə etməliyik. Namaza başlamamışdan əvvəl əllərimizi açıb, Allaha dua edək və ondan qəlb hüzuru istəyək. Allaha diqqət edək və Onun hüzurunda olduğumuzu xatırlayaq. Əgər bir günahkar kimi Allahın qarşısında dayana bilsək, Ondan bağışlanma istəyən kimi namaz qılsaq, Allah bizi rədd etməz. Namazdan əvvəl Allaha deyək ki, günahkaram, xəcalətliyəm, məni bağışla, Öz dərgahından mənə bəhrə çatdır. Məni rədd etmə. Və sonra da Peyğəmbərə (s) və Ali-Muhəmmədə (ə) and verib, namaza başlayaq. Bu zaman hüzuru tərk etməməyə çalışaq. Əgər insan bu halla Allaha diqqət etsə, əliboş qayıtmaz.

  • Allah təalanın məkrinin mənası nədir? Sual : Al- İmran surəsinin 94- cü ailəsində buyurulur:” Yəhudilər Allaha hiylə etdilər Allah da onlaarın bu hiylələri qarşısında hiylə etdi və Allah hamıdan daha artıq hiylə edəndir.” Məgər bu ayədə Allah təala öz məkrindən fəxrlə danışmırmı? Məgər məkr bəyənilməyən sifətlərdən deyilmi? Qısa cavab : Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” düşmənlərinin şeytani planlarla bu İlahi dəvətin qarşısını almaq istəmələridir. Amma Allah təala öz peyğəmbərinin canını qorumaq və dininin inkişafı üçün tədbir görür və onların planlarını ürəklərində qoyur. Ətraflı cavab : Bu ayənin mənasını başa düşmək üçün “İlahı məkr” dedikdə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır. “Məkr” Ərəb lüğətində bugünki Azərbaycan dili lüğətində olduğu mənadan çox fərqlidir. Çünki bugnki azərbaycan dilində “məkr” şeytani və pis planlarda işlədilir. Amma ərəb lüğətində isə hər iki növ planlara aid edilir. Rağib İsfəhaninin “Mufrədat” kitabında oxuyuruq: “Məkr hər hansı bir şəxsi məqsədindən yayındırmaqdır”[Əl- mufrədatu fi erabil Quran, səh 772] (istər yaxşı məqsədli işlərdə istərsə də pis). Buna əsasən “məkr” Quranda şeytani və ziyanverici planlar barəsində işlədilmişdir ki, bugünki azərbaycan dilində işlədilən mənanı daşımır və həmçinin yaxşı planlarda da işlədilən mənanı kəsb etmir. Buna görə Qurani Kərimdə bəzən “ məkr” “xeyir” sözü ilə birlikdə işlədilmişdir. Məsələn: « وَ مَكَرُوا وَ مَكَرَ اللَّهُ وَ اللَّهُ خَيْرُ الْماكِرينَ» “Allah təala ən yaxşı tədbir edəndir”[Al- İmaran, ayə 54] və bəzən də “məkr” “pis” sözü ilə işlədilmişdir. Məsələn: « وَ لا يَحيقُ الْمَكْرُ السَّيِّئُ إِلاَّ بِأَهْلِه» “Onların pis plan və fikirləri yalnız onların başında çatlayacaqdır”[Fatir, ayə 43] Bu ayədə Allaha aid edilən “məkr” sözü onu nəzərdə tutmuşdur ki, “Məsihin” düşmənləri özlərinin şeytanı planları ilə İlahi dəvətin qarşısını almqğa çalışırdılar. Amma Allah təala peyğəmbərin canını qorumaq və dinini inkişaf etdirmək üçün tətbir tökərək, onların planlarını məhv etmişdir. [Təfsire nümunə, cild 2, səh 566 və 567] Buna görə məkr həmişə və hər yerdə pis mənada deyildir. Bu söz Allah təala barəsində işlədildiyi zaman ziyanverici planları məhv etmək mənasında işlədilir. Bu söz fasidlər barəsində işlədildikdə isə islahedici proqramların qarşısını almaq mənasında işlədilir.[Təfsire nümunə, cild 15, səh 498]

  • 29 апр.825из Kerbelam313

    "Bir kəs çoxlu istiğfar edərsə, 4 şey ona nəsib olar: 1⃣ qəm-qüssədən nicat tapar 2⃣ əmin-amanlıqda olar 3⃣ yaşayış sıxıntılarından nicat tapar 4⃣ ruzisi çoxalar." ✍ Ayətullah Muctehidi Tehrani (r) @Kerbelam313

  • 28 апр.697из turalceferi

    Həzrəti İmam Rzanın (ə) mübarək mövludu münasibətilə hər birinizi təbrik edirəm.

  • *Səcdədə vacib olan səcdə üzvləri hansılardır ?* *_İmam Muhəmməd Baqir (ə) buyurur:_* * _Səcdə 7 səcdə üzvü ilə edilir: Alın, iki əllər, iki dizlər, iki ayağının baş barmaqları. Burnunu da yerə sürtərsən. Ancaq fərz (vacib) olan bu 7 üzvdür._ *Burnun yerə sürtülməsi isə Peyğəmbərin (s) sünnəsidir (vacib deyildir)* 📕Biharul-Ənvar, cild 85/səhifə 128-13 Vəsailuş-Şiə, cild 4/səhifə 954

  • İrfani tövsiyələr Daima təharətli ol! Öz halına nəzarətçi ol! Başqalarının eyblərini ört-basdır et. Hamı ilə mehriban ol və hamıdan qaç (kənara çəkil)! Yə'ni hamı ilə ol və eyni halda hamısız ol! 📘Sulukun taziyanəsi, səh 113 ✍Həzrət Əllamə Həsənzadə Amuli

  • Ruzinin artmasına səbəb olan işlər 1-Namazı əvvəl vaxtda qılmaq 2-Valideyni razı salmaq, onların duasını qazanmaq 3-Sədəqə vermək 4-Din qardaşlarını dua eləmək 5-Günah etməmək və köhnə günahlara görə tövbə 6-Xoş əxlaq və yaxşı niyyətdə olmaq 7-İnsanların haqqını vermək (misal: irs) 8-Allahın haqqını vermək (misal: xums) 9-Qənaət etmək və orta yolu tutmaq 10-Ev əhlinə yaxşılıq etmək 11-Qonaq etmək və yemək vermək 12-Daim dəstəmazlı olmaq 13-Evlənmək 14-Gecə Namazı qılmaq 15-Allahın nemətlərinə şükür etmək 16-Xiftən namazından sonra Vaqeə surəsini oxumaq 17-Namazdan sonra Təsbihati Həzrəti Zəhranı (s.ə) demək 18-Gün batmazdan əvvəl çıraqları yandırmaq 19-İmam Hüseynin (ə.s) ziyarətinə getmək 20-Din qardaşlarına və İmam Əlinin (ə.s) şiələrinə maddi kömək etmək: istər qərzül-həsənə şəklində, istərsə də (bu, çox sifariş olunub) əvəzini gözləmədən yardım etmək şəklində 21-Sileyi-rəhm və qohumlarla görüş 22-La hövlə və la qüvvətə illa billah zikrini çox demək 23-İmam Cavada (ə.s) təvəssül etmək 24-Sübh azanından və sübh namazından sonra dua ilə məşğul olmaq (İmam Baqir (ə.s) buyurub ki, həmin saatlarda insanın böyük hacətləri əta olunur) 25-Sübh namazından sonra 70 dəfə ya Fəttah zikrini demək 26-Əsr namazından sonra Ya Vəhhab zikrini 100 dəfə demək 27-Ya Ğəni zikrini davamlı demək 28-Zariyat və Muzzəmmil surələrini davamlı oxumaq 29-Məfatehdə gələn bəzi dualar və namazlar 30-Davamlı olaraq Ayətəl-Kürsi və Fərəc dualarını oxumaq

  • Ətindən gündəlik həyatımızda istifadə etdiyimiz heyvanların ( inək, qoyun, toyuq, balıq və s.) bəzi üzvləri vardır ki, onların yeyilməsi Allah tərəfindən haram edilmişdir. Bunların beşi şəri hökmlər tərəfindən haramdır. Onlar bunlardır: 1. Dalaq 2. Erkək heyvanın cinsiyyət üzvü 3. Erkək heyvanın toxumluğu (ağət) 4. Qan 5. Tullantı və peyin İnsanların nəzərində iyrənc hesab edilən orqanlar da haram hesab edilir. Buna görə ehtiyati vacibə əsasən onların yeyilməsindən çəkinmək lazımdır. Bunlar aşağıdakılardır: 1. Sidik kisəsi 2. Öd kisəsi 3. Uşaqlıq 4. Dişi heyvanın cinsiyyət üzvü 5. Vəzi. Buna duşvil də deyirlər ki, daha çox heyvanın budunun daxilində və piy çox olan hissələrdə ət rənginə oxşar pərk maddə- piydir. 6. Onurğa beyni ( fəqərə və boyun sütununun daxilində yerləşən haram beyin) 7. Beyin noxudu. Bu beyində noxud şəkilindədir. 8. Dırnağın arasında yerləşən çıxıntı. Bunu heyvanın ayaqlarını bişirən zaman dırnaqdan ayırmaq lazımdır. 9. Gözün hədəqəsi. Buraya gözün ağ maddəsi daxil deyil. Bu başın bişirilməsi zamanı əmələ gələn qara bərk hissədir ki, bunu yemək haramdır. Gözün ağı halaldır. 10. Fəqərə sütununun iki tərəfində yerləşən piy. Bu boyundan quyruq hissəyə qədər uzanan tünd sarı rəngdə olub, çox möhkəmdir və bişmir. Çeynəmək də mümkün olmur. @dini_paylasimlar 🕋