GoldFiziologiya
СтатистикаGeneral Medicine Rezidentura , TUS, USMLE sualları və müzakirəsi Təməl rezidentura-Fiziologiya İzahlar Mnemoniclər Model suallar Düşmüş suallar Düşəcək suallar Düşməyəcək suallar Düşməyə utanan suallar Əlaqə üçün : 0513269011
- Последний пост
- 2 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- sv
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 156
- 1/48двое суток
- 178
- 1/72трое суток
- 192
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
✍Klinik mərhələyə girəcəklər üçün bəzi EKG'lər
✍Pulmoner Emboli vakası
✍Bu xəstədə hansı qan qazı problemi var?
без подписи
✍Pulmoner emboli diagnozu üçün çəkdirdiyimiz pulmoner BTA'nın basıc yorumlanması:)
✍100% imtahanda düşəcək dediyim suallar düşmədikdən sonra bizdir...) 🩺Gencolar, aktiv dərs keçmirik, dərslərimizin və quizlərimizin izahlı videolarını əldə etmək üçün Archmed kursu ilə əlaqəyə keçə bilərsiz
💬Əlinə %5lik 500ml dekstroz(glukoz) al, içinə 10Ü insulin qoy, bir saata getsin. İnsulin kaliumu hüceyrəyə salacaq, glukozda insulinin hipoglisemiya riskini önləyəcək, amma yenə də hipoglisemi riski olduğu üçün qan şəkəri takibi et 💬Step3'də beta2 agonistlərdən, məsələn salbutamoldan istifadə et, inhalyasiya şəklində ver(beta 2 agonistlərin Kalium düşürücü təsiri var) , yenə mi düşmür, furosemid ver, sidiklə çıxart Kaliumu, yenə mi düşmədi, Diyaliz et xəstəni. ✍Sizdən imtahanda bunları soruşa bilərlər, başqa şey soruşula da bilməz. Məcmuəsi odur ki, ilk edəcəyin iş ürəyi qorumaq, sonra isə Kaliumu düşürmək, uğurlar...
✍Son TUS klinik mərhələ sualıdır bu. Əlbəttə, hiperkaliemiyaya müdaxiləni bir dəfə eşidən ya oxuyan birisi üçün çox bəsit sualdır, biz, sizlərə kitab dili ilə deyildə realda necə müdaxilə edirik, onları deyəcik 🧪Kaliumun aralığı 3.5-5.5 mg/dl'dir. Hiperkalemi, çox vaxt bu tip xronik böyrək xətələrində( KBH) görülür. Xəstənin hemogram ya da qan qazında kalium çoxdursa ilk iş Ca-Glukonat verməktir xəstəyə, paralel təkrar bir qan qazı göndərin, bəzən labarotoriya səhvi olur. Səhv olsa belə sənin vurduğun Ca-Glukonat xəstəyə birşey etməz. Ca-Glu verməktə məqsəd Kaliumu düşürmək deyil haaa, Kaliumun ürəkdəki hiperpolyarizasiya, akabində yaradacaq aritmiya effektini antagoniza etməkdir. Ca-Glukonat %10luq 10ml olur, ya bir ampul çək 5 dəqiqəyə göndər, ya da 2 ampul çək, 100ml NaCl ilə 15-20 dəqiqəyə göndər(xəstənin klinik durumu və Kalium səviyyəsi önəminə görə ) 💬Step1'i bitirdin. İndi, əsas məsələ Kaliumu düşürməkdir, bunun üçün ilk Tamponizə Mayi dediyimiz qarışığı düzəlt👇
https://forms.gle/o1jHSbhwHBmxXdbT8 " Sevda xanımın yazdığı bu məqalənin Azərbaycan tibb sahəsində müsbət dəyişikliyə təkan verəcəyinə əminəm. Çalışdığınız ölkə fərq etmədən, tibb, hüquq, fəlsəfə, ilahiyyat sahələrində çalışan tanışlardan bu formu doldurmasını xahiş edirəm" ✍Yaşam: 💬Nietzscheyə görə güc istəyi və özünü aşma 💬Şopenhauerə görə istəyin yaratdığı əzab 💬Sartra görə seçim və məsuliyyət 💬İbn Sinaya görə ruhun bədənlə müvəqqəti birliyi 💬Avqustinə görə Tanrıya yönəlmiş ruhun imtahanıdır 🌎Bəs sənə görə yaşam nədir? Bunu bilməsən belə, linkə daxil olaraq evtanaziya mövzusunda mövqeyini ifadə edə bilərsən☑️
✍Arzu Rəhimova -- 67 yaş, qadın, yaşadığı bina evində ölü tapılır. ✍Camal Hüseyn -- 26 yaş , bodybuildingçi cavan oğlan, məşq zalını həm də evi kimi istifadə edirmiş, o gün zala gələn müştərilər tərəfindən ölü tapılır. ✍Leyla Abışova -- 33 yaş, qadın, Psixiatriya mərkəzindən daha yeni buraxılmışdı, yeni ili ailəsi ilə qeyd edəcəkti, həmin günü nədənsə ürəkbulanması var idi və evdəki hərkəsin lazım olanda istifadə etdiyi antiemetik dərmanı istifadə etdi, 3-4 saat sonra otağında ölü tapıldı. ✍Lalə Qasımlı--16 yaş, qadın, ATU'nu qazanmışdı bu il, yəqin imtahan stresslərinin tətikləməsindən olar ki, SLE ( Lupus ) diagnozu qoyulmuşdu yaxın zamanda və müalicəyə başlamışdı, amma Lalə bu durumdan heç məmnun deyildi. Öz otağına çəkildi, sabah Histologiyadan imtahanı var idi, çox keçməmişdi o da öldü, otağının hələ də işığının yanmasından şübhələnən anası, görmüşdü Lalənin cəsədini. ✍Nazim Kərimli-- 57 yaş, kişi, sübh namazına durmadığı üçün birlikdə yaşadığı qızı, atasını oyandırmaq üçün otağa keçdi, ama Nazimin bədəni bumbuz dərisi gömgöy idi. Nazim bir həftə öncə tiroidektomiya əməliyyatı keçirmişti, başqa bu yaşına qədər bildiyi bir sağlıq problemi yox idi. ✍Və son olaraq Emil Rəcəbov-- 26 yaş, həkim idi, o gün onunda cansız bədənini öz yaşadığı evdə tapmışdılar, bədəninin yanında amiodaron qutusundan başqa birşey yox idi. 💊Şəxslər fərqli olsa da onları birləşdirən birşey var idi, ayrı mexanizmlərlə eyni səbəbdən ölümlərinin reallaşması... Emil'ki suiqəsd idi, genetik olaraq uzun QT sindromuna sahibdi və məsləyi gərəyi bilirdi ki çoxlu amiodaron atsa QT'ni uzadıb, aritmiya yaradıb, özünü öldürəcək, hansısa səbəbdən bunu da etdi. Arzuya gəldikdə, 67 yaşına qədər demək olar ki dərman istifadə etmirdi, buna qarşı idi, pnevmoniya keçirirdi və dərman atmaqdan başqa çarəsi yox idi, elə də etdi, aptekdən aldığl azitromisinin istifadəsinin 36'cı saatında QT'sı uzanmışdı və o da aritmiyadan ölmüşdü, axı Makrolidlər QT'nı uzada bilən məhşur dərmanlardan idi. Tək ironiya isə Arzunun, özünün uzun QT sindromuna sahib olduğunu bilmədən ölməsi oldu. Camal dəli-dolu idi, güclü məşq edirdi, buna görə də istirahət zamanı ürəyin atım sayısı bradikardiya deyilə biləcək qədər az idi. Camal o gün dostundan aldığı enerji qaldıran dərmanı istifadə etdi, belə şeylər etmək onun xasiyyəti deyildi, bir dəfə üçün almışdı , dərmanın aktiv maddəsi sitalopram idi, bradikardiya+sitalopram. Uzun QT sindromlu insanlarda QT'ni uzatmaq üçün bundan gözəl kombinasiya ola bilməzdi, təbii ki Camal da belə bir sindroma sahib olduğunu bilmirdi. Leyla Psixiatriya mərkəzindən buraxılmışdı, amma yanında dərmanları ilə... Haloperidol istifadə edirdi, ürəkbulanması üçündə o gün 4 ədəd Ondansetron tableti atmışdı, uzun QT sindromlu birisini öldürə biləcək necə də gözəl kombinasiya idi bu. Lalənin də uzun QT sindromu var idi, o bunu bilirdi, Iupus üçün istifadə etdiyi hidroksiklorokinin o gecə dozunu bir xeyli artırmışdı, səbəb sadə idi, Lupus ləkələrinin tez keçəcəyini ümid edirdi, hidroksiklorokin təhlükəli bir QT intervalını uzadacaq dərmandır, amma işin ritorik tərəfi, artıq Lalənin ləkələrini heçkim görməyəcəkdi, xlorokin elə ya da belə öz effektini verdi. Nazimə gəldikdə, tiroidektomiya əməliyyatlarının çox rast gəlinən komplikasyonu Nazimə də tuş gəlmişdi, tiroidlə birlikdə səhvən paratiroiddə çıxarılmışdı, kalsiyum miqdarı kəskin azalmışdı və uzun QT sindromuna sahib Nazimin aritmiyası o gecə tətiklənmişdi. 🧬Kütləvi ölümlər, infeksiya yox, bilinən zəhərlənmə halı yox, ətraf üçün səssiz, şəxs üçün isə kədərli bir ölüm ssenarisi. Bəzi dərman qrupları, bəzi klinik durumlar QT intervalını uzada bilir və bu, Uzun QT Sindromlu şəxslər üçün ölümcül olan aritmiyalara səbəb ola bilir. Yeni iliniz qutlu olsun həkimlər, görəcəyiniz illər uzansın, çox uzansın, amma QT'niz əsla:) #goldfiziologiya
https://youtu.be/UPqey5Vk6b0?si=6uvqAN9dcWvuXUj6 ✍Gənclər, videoda TUS prosesi-verilməli olan imtahanlar, maaş, eğitim və.s haqqında danışılıb
✍İntubasiya etməyə çalıştığım xəstənin səs tellərini görə bilməyəndə mən) ✍Xəstənin intubasiya prosesi zamanı ağız və boğaz yollarının anatomik quruluşuna görə intubasiyanın nə dərəcə çətin olacağını təxmin etmək üçün bir bölgüdə Mallampati sinifləməsinə aiddir: Class1: yumuşaq damaq, uvula və palatin tonsilin arxası görsənir Class2: yumuşaq damaq və uvula görsənir Class3: yumuşaq damaq və qismən uvula görsənir: Class4: sadəcə sərt damaq görünür və bu sinifə aid xəstələr ən çətin intubasiya olunan xəstələrdi 🌹Bu sinifləməni Reanimasiyada çalışarkən bölümün şefi sorumuşdu məndən və bilməmişdim, hocanın gözündə Mallampatinin Mal'ı olmuşduq:)
✍Gənclər, bu qrupun 3 ili tamamlandı. Bu münasibətlə aşağıya bir qrup linki qoyacam. Fərdi dərs keçdiyimiz zamanlar tələbələrə telegramda qrup yaradıb, ora norfiz və patfizdən quizlər və spot məlumatlar atacağıma söz vermişdim. Grup həmişə gizli qalıb və sadəcə fərdi tələbələr istifadə edib. Artıq fərdi dərslər olmadığı üçün ( bu dönəm Archmed kursu ilə Fiziologiyanı tədris edirik ) o qrupu sizə veririk, istədiyiniz vaxt girib, çıxa bilərsiz. Yeni məlumatlar biz tərəfindən paylaşılmayacaq, siz istəsəniz paylaşa bilərsiz. Qrupu rez üçün istifadə edə, həmçinin qrupda suallarınızı verə bilərsiz, bari bir işə yarayar. https://t.me/+ZYRdpryTMAszMzky
✍Xronik təzyiq xəstələrində nə üçün təzyiqi sürətli endirməməliyik, sürətli enmə ilə işemik insult arasındaki əlaqə...
✍30 dərəcə şaxtada soyuqdan ölməmək üçün hipotalamusumun arxa nüvələri bədənimi soyuq olmadığına inandırmağa çalışır:) 🧬Ekrin və apokrin tər vəzilərindən danışırıq həmişə. Ekrin tər vəziləri bədənin hər yerində var, işi termoregulyasiyanı düzənləməktir, yəni sənin artmış bədən temperaturunu tər ifraz edərək optimal vəziyyətdə saxlamaq. Marağlı məqam isə bu vəzilərin simpatik sinir sistemi ilə innervasiya olunmasına baxmayaraq bu sinir liflərinin postganglionar hissəsindən noradrenalin yerinə asetilxolin ifraz olunmasıdır. Elə təkamüldə işin içinə burada daxil olur... 🧪Asetilxolin noradrenalindən fərqli olaraq, çox sürətli təsir edir və bu təsir bizə lazım olan anda bədənin temperaturunu nizamlamağa icazə verir. Geriyə dönüb baxanda bundan minilliklər əvvəl insanların fiziki aktivliyi indikindən qat-qat çox idi, bunun fonunda da artan bədən istiliyini kontrol etmək üçün asetilxolin kimi sürətli mediatora ehtiyac var idi.
✍Xəstə, tanımadığım dərman adlarını çəkəndə:
✍1900-cü illərin əvvəli... Qadın evdə əlini bıçaqla kəsir, yara mikrobla kontaminə olur, sepsis yaranır, qadın ölür... Əsgərin səngərdə qolunu güllə cızıb keçir, balaca bir sıyrıq böyüyüb bir infeksiya ocağı olur, sonra sepsis və əsgər ölür. Onları öldürən şeyin bakteriya olduğunu bilirdilər, " bəs bu bakteriya insanları öldürmədən biz bakteriyanı necə öldürə bilərik?" deyə-deyə gəlib çıxdılar 1928-ci ilə. 🚶♂1928'in isti yay havası, Şotlandiyalı Bakteriolog-Həkim Alexander Fleming içinə azzarım olsun deyib, Stafilokoklarla dolu Petri qablarını laboratoriyasında qoyub, çıxıb getdi tətilə, gözəl bir tətildən sonra təkrar laboratoriyasına qayıdanda Petri qabının küfləndiyini görür. Küfün ətrafında olan Stafilokoklar isə ölmüştü, Fleming onları öldürən küfün Penicillium notatum olduğunu tapdı və buradan Penicillin dediyimiz dərmanı kəşf etdi. Sevincinin həddi-hüdudu yox idi, necə də olmasın. İnstagramda kəşfi ilə bağlı story atar-atmaz Penicillini saflaşdırıb insanlara tətbiq etməyə çalıştı, əfsuslar olsun ki, bunu bacara bilmədi. 🧬1940-ci illərdə isə Florey ve Chain, Flemingin işini tamamlayıb, Penicillini saflaşdırdılar və insanları ölümün pənçəsindən qurtarmağa başladılar. 🌎Əgər o gün Fleming bir neçə həftəlik tətilə getməsəydi bəlkə də Petri qabları o qədər işləksiz durumda qalmayacaqdı və küf də yaranmayacaqdı. Buna görə də bəzən zamanında getməyi bilmək lazımdır...
✍Sərin bir yaz axşamı Crhistina Desforges, sevgilisi ilə əyləncə məkanında vaxt keçirdikdən sonra otelə doğru istiqamət almağa başladı, otelə çatdıqdan sonra sevgilisi, Crhistinaya otağa keçməsini söylədi, özü isə acdığı üçün mətbəxdə birşeylər yedikdən sonra Christinanın yanına gələcəkdi. Yediyi şey fıstıq əzməsindən başqa birşey deyildi. Yedikdən sonra otağa, Crhistinanın yanına gəldi, ikisi arasında yaxınlaşma oldu, bir-birinə baxışları toxundu, sonra dodaqları, öpüşməyə başladılar. Bir neçə dəqiqə keçmişdi ki, Christina əlini boğazına doğru götürdü, tez-tez, səthi nəfəs almağa başladı, bir şeylər yolunda getmirdi. Artıq, Christinanın rəngi qırmızı rəngdən tünd mavi rəngə çevrilməyə başlamışdı, huşunu itirdi, yerə yıxıldı, nə olduğunu anlamayan sevgilisi təcili yardımı çağırdı, amma hər şey üçün çox gec idi.Bəlkə də doğru təxmin etdin-Christinanın fıstığa qarşı alergiyası var idi, fıstıq əzməsi yeyib, sevgilisini öpən gənc, sevgilisi üçün ölüm mələklərini göydən yerə endirmişdi. Qurbağanı Prensə çevirən o öpüş, bu gecə eyni missiyanı yerinə yetirmədi. Hadisədən sonra Chrisin anası, gənclərə belə səsləndi: " Həyatınızı təhdid edə biləcək bir xəstəliyiniz varsa, yaxınlarınızı bu haqda məlumatlandırın. " Əgər sizin də yaxınlarınızda, onların həyatını təhdid edə biləcək alergik reaksiyon varsa, adrenalin otoenjektoru, ən azından adrenalin ampulu yanlarında bulundursunlar. " Seviyorum seni, ekmeği tuza banıp yer gibi, Geceyi nevresime sarılıp uyur gibi. Bir elmanın yarısı sen, Bir öpücüğün sıcaklığı gibisin. "
✍Əvvəllər embriyodan dərsdə danışdığım zaman, bu hissəni yarı zarafat yarı fəlsəfi danışırdım, xanımların " bütün kişilər eynidir " fikri taa buralara dayanır əslində:) Qadın 10 yaşından menstrual tsikillərə girməyə başlayır, hər ay yumurtahüceyrə Fallop borusunda spermatozoidi gəzləyir, bu bədbəxt sperm gəlmir ki gəlmir, yumurtahüceyrənin artıq inancı, ümidi qalmır, günün birində spermatozoid əlində çiçək, əynində kastyumla yaxınlaşır Fallop borusuna , yumurtahüceyrəni mayalayır, olursan sən. Sonra da deyirsən ki bütün kişilər eynidir, atam istisna) 🧬Yumurtahüceyrənin ömrü 24 saat, sperm hüceyrəsinin isə 3-7 gündür. Çalışıb sperm daha tazə ikən yumurtahüceyrəni mayalamaq lazımdır. Bu haqda ətraflı tədqiqat aparmasalar da mənim fikrimcə 6-7-ci günündə olan spermatozidin özünə xeyri yoxdur, o ki qaldı ondan yaranan zigota...)
✍Propofol: Sedativ, Anksiyolitik və Antikonvülziv təsirlərə malik və bu səbəbdən geniş istifadə olunan dostumuzdur. Bu dostumuz sadəcə İV istifadə olunur, təsiri sürətli başlayıb, qısa zamanda da bitir 🧪GABA'a kanalları üzərindən Cl iyonlarını hüceyrənin içinə doldurub, hiperpolyarizasiya yaradır, buna görə yuxarıdaki təsirləri ortaya çıxır. Hipotansiyon və solunum depresyonu ən gözəl bildiyimiz yan təsirləridir. Məhz buna görə medikalcılar intəhar edərkən bu yola tez-tez əl atır. Plasentadan keçmədiyi üçün hamilələrdə də istifadə oluna bilər. Alergik reaksiya etmə ehtimalı var, sterilliyinə də diqqət etmək çox vacibdir ( tibb qardaşı işləyərkən, bir xəstəni intubasiya edərkən propofol istifadə etdik və xəstə hipotansiyondan saniyələr içində arrest oldu, sonra da ex oldu, dozanı keçməməyimizə baxmayaraq ) 🧛♂Propofol ağ rəngdə, maye halında bir dərmandır. Diqqətli istifadə etməsəniz, xəstənizin görəcəyi ağ rəng sadəcə propofol dərmanına aid olmayacaq.