tgindex
📚 𝔼𝕃𝕄 📚 𝕍Ə 🍃ℍİ𝕂𝕄Ə𝕋 𝕊İ𝕄𝔸𝕊𝕀 🍃

📚 𝔼𝕃𝕄 📚 𝕍Ə 🍃ℍİ𝕂𝕄Ə𝕋 𝕊İ𝕄𝔸𝕊𝕀 🍃

Статистика
Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
1
Всего постов
27
Тип
открытый
Язык
und
В каталоге с
13 авг.
Подписчики
772
−2 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
80
27 постов
Вовлечённость
10,4%
к подписчикам
Постов в день
0,1
всего 27
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
2
1/48двое суток
2
1/72трое суток
2

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.3из Huseyniyyun_Az

    ✊ İmam Həsən (ə) böyük şiə təşkilatını yaratdı. Həzrət Şəhid İmam Xamenei: İmam Həsən (ə) müharibənin dayandırılması hadisəsindən sonra təşkilatlanma və sistemləşdirmə işinə başladı. Bu, o vaxta qədər olunmamış, həm də buna zərurət və imkan olmamış bir iş idi; o, böyük bir şiə təşkilatını meydana gətirdi. Bu, elə bir təşkilat idi ki, siz onun izlərini İmam Hüseynin (ə) dövründə və şəhadətindən sonra Kufədə, Mədinədə, Yəməndə, Xorasanda, hətta ən uzaq bölgələrdə belə görə bilərsiniz. Məhz bu təşkilatlanma Təvvabin (tövbəkarlar) hərəkatını və Muxtarın qiyamını ortaya çıxardı, İslam dünyasında saysız-hesabsız hadisələrə yol açdı və sonadək Bəni-Ümeyyə (Əməvi) xəlifələrinin rahat nəfəs almasına imkan vermədi. Bu, İmam Hüseynin (ə) dövründə də mövcud olan bir təşkilat idi. İmam Hüseyn (ə) şəhid olarkən bilirdi ki, özündən sonra elə bir təşkilat qoyub gedir ki, onlar bu bayrağı uca tutacaq, məsələnin unudulub getməsinə və həqiqətin gizli qalmasına icazə verməyəcəklər. (25 May 1986)

  • Bismillahir-Rahmənir-Rahim. BİRİNCİ HƏQİQƏT: Azərbaycanda bir sıra ruhanilər Qurandan, Əhli-beytdən və xüsusilə İmam Hüseynin (ə) haqq, ədalət və zülmə qarşı mübarizə məktəbindən danışdıqları üçün şərlənərək həbs edilirlər. Başqa ruhanilərə isə eyni Qurandan, eyni Əhli-beytdən, eyni İmam Hüseyndən danışmaq üçün məscidlər, minbərlər və geniş meydan verilir. İKİNCİ HƏQİQƏT: Əgər problem din deyilsə, Quran deyilsə, Əhli-beyt və İmam Hüseyn deyilsə, onda fərq haradadır? Fərq danışılan adlarda deyil, çatdırılan mahiyyətdədirsə, deməli, çox ciddi bir sual ortaya çıxır: Görəsən, hansı İmam Hüseyn qəbul edilir, hansı İmam Hüseynin məktəbindən qorxulur? Çünki İmam Hüseynin adını çəkmək asandır. Amma onun haqqını demək, ədaləti tələb etmək və zülm qarşısında susmamaq tamam başqa məsələdir. NƏTİCƏ: Əgər bir cəmiyyətdə İmam Hüseynin adı sərbəst şəkildə çəkilir, amma İmam Hüseynin məktəbinin həqiqi mahiyyəti danışılarkən minbərlər bağlanır və danışanlar cəzalandırılırsa, xalq ən sadə sualı verməlidir: Bizə İmam Hüseynin adı lazımdır, yoxsa İmam Hüseynin özü və onun həqiqi məktəbi? Bəlkə məsələ İmam Hüseynin təbliğində deyil İmam Hüseynin həqiqi mesajının insanlara çatmasındadır? Bu sualı vermək belə bizi düşündürürsə, deməli, cavabını axtarmağın artıq vaxtıdır.

  • MBH Avropa nümayəndəliyi fəaliyyətə başladı Müsəlman Birliyi Hərəkatı (MBH) fəaliyyət imkanlarını genişləndirərək bundan sonra Avropada da fəaliyyət göstərəcək. Beynəlxalq aləmlə geniş əlaqələrin qurulması, baş verən hadisələrə çevik reaksiya verilməsi, ictimai-siyasi vəziyyətin izlənilməsi, eyni zamanda Azərbaycanda baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, müəyyən məsələlərin Avropada diqqətə çatdırılması, xaricdə yaşayan azərbaycanlılarla koordinasiyalı münasibətlərin qurulması, Avropada yaşayan vətəndaşlarımıza dəstək göstərilməsi və digər bu kimi istiqamətlər hərəkatın gələcək fəaliyyət planları sırasındadır. Hərəkatın Avropa nümayəndəliyi MBH sədri Tale Bağırzadənin qərarı əsasında fəaliyyətə başlayır. Nümayəndəlik Avropada bütün rəsmi və hüquqi sənədləşmə işlərini həyata keçirərək hüquq müstəvisində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyur. Sədr MBH Avropa nümayəndəliyinin fəaliyyətində Allahdan yardım və dəstək diləyərək bütün nümayəndəlik üzvlərinə uğur və müvəffəqiyyət arzulayır.

  • ❗️Tale Bağırzadə 12 saylı cəzaçəkmə müəsisəsinə köçürülüb İlahiyyatçı Tale Bağırzadə avqustun 8-də saxlanıldığı Umbakı ciddi qapalı müəsisəsindən 12 saylı cəzaçəkmə müəsisəsinə köçürülüb. Bu barədə MBH sədri özü məlumat verib. “Ötən gün köçürülmə oldu. Bir gün karantində qaldım. Bu gün səhərdən (9 avqust) açıq zona buraxılmışam. Hər şey yaxşıdır.” Xatırladaq ki, Tale Bağırzadə 2025-ci il iyulun 18-də Qaradağ rayon Məhkəmənin qərarı ilə 1 il müddətinə ciddi qapalı rejimli müəsisəyə köçürülmüşdü. Bu 1 illik Umbakı həbsxanasında olduğu müddətdə ilahiyyatçı təkadamlı otaqda cəza müddətini yaşamışdı. Avqustun 8-də T. Bağırzadə cəza müddətini başa vuraraq Umbakıdan 12 saylı cəzaçəkmə müəsisəsinə geri qaytarılıb.

  • KİÇİK HÖKM: Əgər bu, həqiqətən müsəlman birliyi ittifaqıdırsa, İran, Fələstin və Yəmən niyə bu ittifaqda yoxdur? BÖYÜK HÖKM: Müsəlman birliyi müsəlmanların bir hissəsini kənarda qoyaraq qurula bilməz. NƏTİCƏ: Deməli, ya bu, müsəlman birliyi deyil, ya da “müsəlman birliyi” adı altında müəyyən müsəlmanlara qarşı ittifaqdır. Elə isə sual budur: Bu ittifaq kimə qarşıdır? Mənim cavabım budur Trampın göstərişi ilə üç müsəlman ölkəsinin İrana, Yəmənə və Fələstinə qarşı ittifaqıdır. Başqa nəticəyə gələ bilmədim. İndi siz Ərdoğanın həqiqi sifətini görün müsəlman, xüsusanda şiə qanına susamış bir vampirdir.

  • Görün, əksəriyyəti şiə olan bu xalqa kimlər din təbliğ edir?! Azərbaycanda insanlara edilən zülmlər, milli-mənəvi və dini dəyərlərin məhv edilməsini ört-basdır etmək üçün, Kərbəla adı ilə təşkil olunan belə turlar ön plana çıxarılır. Kufədən İmam Hüseyni qətlə yetirmək üçün Kərbəlaya gedənlərin sayı minlərlə idi. Onları həmin mövqeyə gətirən də məhz belə təbliğatlara kor-koranə uymaq, haqqı batildən ayıra bilməmək idi. Bu gün də İmam Hüseyn var, bu gün də Yezid var! Sadəcə meydan və zaman dəyişib. Ey əziz xalq! Milli-mənəvi və dini dəyərlərinizi kimlərdən öyrəndiyinizə diqqət edin. Kərbəla turistik səfər, İmam Hüseyn isə sosial şəbəkə görüntüsü deyil! Hüseynin məktəbi zülmə susmamaq, haqqı müdafiə etmək və mənəviyyatı qorumaqdır. Əgər zülmün qarşısında susub, sonra Kərbəla və İmam Hüseyndən danışırıqsa, özümüzə sual verməliyik: biz həqiqətən Hüseynin tərəfindəyik, yoxsa Kərbəlanı sadəcə nümayişə çeviririk?

  • Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə və qarşılıqlı təhlükəsizlik haqqında sənəd imzalandı. Bu sənədə əsasən, bu üç ölkədən hər hansı biri müharibəyə cəlb olunarsa, digər iki ölkə ona dəstək verməlidir. Türkiyə müharibə aparırmı? Xeyr. Pakistan müharibə aparırmı? Xeyr. Səudiyyə Ərəbistanı isə ABŞ ilə birlikdə Yəməndə husilərə qarşı hərbi əməliyyatlar aparır. Mənim fikrimcə, bu razılaşmanın əsas məqsədi Türkiyə və Pakistanı da bu münaqişəyə cəlb etmək, Yəmənə qarşı hərbi cəbhəni daha da genişləndirməkdir. Tribunadan deyilən sözlər nə olursa-olsun, mən bu addımı Ərdoğanın siyasətinin əsl mahiyyətini göstərən bir qərar kimi qiymətləndirirəm. Yəmənlilərin nə müasir silahları, nə də güclü hava hücumundan müdafiə sistemləri var. Onların ən böyük gücü iman və müqavimət ruhudur. Məhz bu iman onları indiyədək ABŞ və Səudiyyə Ərəbistanı qarşısında boyun əyməyə qoymayıb. Mən hesab edirəm ki, məhz buna görə bu münaqişəyə yeni tərəfdaşların cəlb edilməsinə ehtiyac duyulub. Ar olsun Ərdoğana…

  • “Hər yer Kərbəla, hər gün Aşura!” — əgər bu sözə inanırıqsa, onu artıq dillə yox, mövqe ilə sübut etməyin vaxtıdır. “Kaş Kərbəlada olaydım, İmam Hüseynin (ə) yanında vuruşaydım” demək asandır. Çətin olan isə bu gün haqq yolunda əziyyət çəkənlərin yanında dayanmaqdır. İmam Hüseyn (ə) bu gün aramızda deyil, amma onun məktəbini yaşadanlar, Xanım Zeynəbin (s.ə) yolunu davam etdirənlər var. Onları tək qoyub sonra Hüseynə sevgi iddiası etmək insanın özünü aldatmasından başqa bir şey deyil. Kərbəla yalnız tarix deyil, hər dövrdə təkrarlanan bir imtahandır. O imtahanda ya haqqın yanında olursan, ya da susaraq batilin işini asanlaşdırırsan. Bitərəflik adı ilə susmaq da bir seçimdir və tarix susanları heç vaxt haqq cəbhəsində yazmayıb. Bu gün bacardığın qədər dəstək ol: sözünlə, qələminlə, malınla, dualarınla və mövqeyinlə. Sabah “kaş…” deməyin heç bir dəyəri olmayacaq. Çünki Allah hər kəsi yaşadığı zamanın Kərbəlasına görə sorğu-sual edəcək. Bu gün meydan buradadır. İmtahan da buradadır. Seçim də sənindir.

  • Bir icra başçısının cənazədə görünməsi günlərlə manşet olur. Bəs bu xalqın dərdi nə vaxt manşet olacaq? Evindən məhrum edildiyini deyən insanların ahı niyə gündəm olmur? Etiraz edən qazilərin fəryadı niyə eşidilmir? Günahsız olduqlarını bildirən dindarlar, siyasi fəallar niyə eyni diqqəti görmür? Bir görüntünü böyütmək asandır. Çətin olan haqqın yanında dayanmaqdır. Ədalət seçilərək tətbiq olunanda artıq ədalət olmur. Xalqın həqiqi ağrılarını susdurub, diqqəti başqa istiqamətə çevirmək problemləri aradan qaldırmır, sadəcə onları gizlədir. Bu xalqın bir başsağlığından daha çox ehtiyacı var. Bu xalqın ehtiyacı haqqın, ədalətin və vicdanın ayaqda qalmasıdır. https://t.me/hicab202

  • Bismillahir-Rahmənir-Rahim. Bu gün tərəfini müəyyən et! Allah-Təala buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla birlikdə olun.” (Tövbə, 9:119) İnsan elə bilir ki, Kərbəla keçmişdə qalıb. Halbuki Kərbəla bir tarix deyil, bir meyardır. Hər dövrdə haqq və batil üz-üzə dayanır, hər gün insanın qarşısında seçim dayanır. Bu gün özündən soruş: Qəlbin kimin tərəfindədir? Haqqın, yoxsa rahatlığın? Ədalətin, yoxsa mənfəətin? Allahın dostlarının, yoxsa zalimlərin ? Əgər bu gün qəlbən haqqın yanında deyilsənsə, Kərbəla günü də İmam Hüseynin (ə) yanında ola bilməzdin. Çünki Kərbəla bir günlük seçim deyildi; illərlə formalaşan iman, sədaqət və mövqenin nəticəsi idi. İmam Cəfər Sadiq (ə) buyurur: “Bizimlə olan, bizə itaət edən və düşmənimizdən uzaq duran kəs bizdəndir.” (əl-Kafi, c. 2, s. 74) Bu hədis bizə göstərir ki, Əhli-beytin (ə) tərəfdarı olmaq təkcə sevgi iddiası deyil; bu, əməl, mövqe və seçimdir. Elə isə bu gün vicdanının qarşısında dayan. Heç kimə yox, öz qəlbinə bax. Kimə meyl edirsən? Haqqı müdafiə edirsən, yoxsa susaraq batilə yol açırsan? Çünki bugünkü mövqeyin sabahkı aqibətini müəyyən edir. Bu gün haqqın yanında olanlar, əgər Kərbəla dövründə yaşasaydılar, Hüseynin (ə) yanında olardılar. Bu gün haqqdan üz döndərənlər isə tarix dəyişsə də, seçimlərini dəyişməzlər. Kərbəla sualı keçmişə aid deyil. Kərbəla sualı bu gündür: “Sən kimin yanındasan?”

  • Bismillahir-Rahmənir-Rahim. Hər şey Allah üçün… İnsan həyatının ən böyük məqsədi nə vətən, nə sərvət, nə də şəxsi mənfəətdir. Bunların hamısı öz yerində dəyərlidir, lakin mütləq məqsəd deyildir. Mütləq olan yalnız Allahdır. Vətən də Allahın bir nemətidir və sevilməyə layiqdir, lakin o da Allah yolunda dəyər qazanır. Əgər məqsəd Allah olarsa, insan həm dinini, həm vətənini, həm də bütün insani dəyərləri doğru şəkildə qoruyar. Uca Allah buyurur: “De: Həqiqətən, mənim namazım, ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.” (Ənam surəsi, 162-ci ayə) Mömin bütün əməllərini Allah rizası üçün görməlidir. Şəxsi rahatlığımızı, maddi maraqlarımızı və ötəri arzularımızı həyatımızın mərkəzinə çevirməməliyik. Əsl hədəf Allahın razılığına çatmaq və Onun yer üzündə bərqərar olmasını istədiyi ədalət və tövhid nizamına xidmət etməkdir. Bu yolda ən böyük arzularımızdan biri də Allahın son höccəti, Həzrət İmam Zəmanın (ə.f) zühuruna layiqli bəndələrdən olmaqdır. Bizim dualarımız, əxlaqımız, ibadətlərimiz və fədakarlıqlarımız o böyük ilahi məqsədə yönəlməlidir. Çünki o Həzrətin zühuru ilə yer üzü zülmdən təmizlənəcək, tövhid bayrağı ucalacaq və ilahi ədalət bəşəriyyəti əhatə edəcək. İmam Cəfər əs-Sadiq (ə) buyurur: “Hər kim Qaimin (ə.f) səhabələrindən olmağı arzulayırsa, gərək intizar halında olsun, təqva ilə yaşasın və gözəl əxlaq sahibi olsun.” Mənbə: əl-Ġeybə, bab 11, hədis 16. Gəlin həyatımızın şüarını belə müəyyən edək: Hər şey Allah üçün! Şəxsi mənafelər üçün deyil, nəfsimizin istəkləri üçün deyil, Allahın razılığı üçün yaşayaq. Elə yaşayaq ki, İmam Zəmanın (ə.f) zühuruna mane olanlardan deyil, onun yolunu hazırlayanlardan olaq. Allahın adı ucaldıqca, tövhid yayıldıqca və ədalət hakim olduqca, insan da öz həqiqi kamalına çatacaq. İlahi! Bizi həyatını və ölümünü Sənin üçün yaşayan bəndələrindən qərar ver. Bizi Həzrət Sahibəz-Zamanın (ə.f) həqiqi intizarçıları və köməkçiləri et. Yer üzünü Onun vasitəsilə tövhid, mərhəmət və ədalətlə doldur. Amin.

  • Bismillahir-rəhmanir-rəhim Ey möminlər! Tarix boyu haqq məktəbi müxtəlif sınaqlarla üz-üzə qalmışdır. Bəzən dini dəyərlər zəiflədilməyə, insanların imanını sarsıtmağa və onları öz dini kimliyindən uzaqlaşdırmağa çalışan fikirlər ortaya çıxmışdır. Belə zamanlarda möminin ən böyük silahı bəsirət, elm və təqvadır. Allah-Təala buyurur: “Ey iman gətirənlər! Əgər sizə bir fasiq bir xəbər gətirsə, onu araşdırın…” (Hucurat, 49:6) Bu ayə bizə öyrədir ki, dini və ictimai məsələlərdə tələsik hökm verməməli, haqqı elm və dəlil əsasında tanımalıyıq. İmam Cəfər əs-Sadiq (ə) buyurur: “Bizim işimizi (məktəbimizi) dirildənə Allah rəhmət etsin.” Soruşuldu: “Sizin işinizi necə dirildə bilər?” Buyurdu: “Elmlərimizi öyrənər və insanlara öyrədər.” Mənbə: Bihar əl-Ənvar, c. 2. Əziz möminlər! Dininizi elm sahibi, təqvalı və etibarlı mənbələrdən öyrənin. Heç vaxt imanınızı kor-koranə kiməsə təslim etməyin. Qurana, Peyğəmbərin (s) pak Əhli-beytinin (ə) yoluna sarılın və dini məsələlərdə həmişə bəsirətli olun. Haqq yolunu qorumağın yolu elm, ixlas və Allahın rizasını hər şeydən üstün tutmaqdır. Allah-Təala qəlblərimizi haqq üzərində sabit etsin, bizləri fitnələrdən qorusun və haqqı haqq olaraq tanıyıb ona tabe olanlardan qərar versin. Amin.

  • Bismillahir-Rəhmanir-Rəhim Ey vicdanını itirməmiş insanlar! Hər yeni gün cəmiyyət yeni bir sınaqla üz-üzə qalır. Elə qərarlar və qanunlar qəbul edilir ki, bir çox insan onların dini, mənəvi və milli dəyərlərə təsirindən ciddi narahatlıq keçirir. Lakin ən böyük təhlükə təkcə bu dəyişikliklər deyil, xalqın getdikcə susmağa alışması, haqq qarşısında laqeyd qalmasıdır. Bir milləti diz çökdürmək üçün həmişə silaha ehtiyac olmur. Onun imanını zəiflətmək, milli kimliyini unutdurmaq və vicdanını susdurmaq kifayətdir. Ən təhlükəli məğlubiyyət də məhz budur. Allah-Təala buyurur: “Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşı işləri əmr edir, pis işlərdən çəkindirir və Allaha iman gətirirsiniz.” (Ali-İmran, 110) Bu ayə bizə öyrədir ki, haqqı müdafiə edən, batilə etiraz edən ümmət xeyirli ümmətdir. Susan, laqeyd qalan və haqqın tapdalanmasına göz yuman cəmiyyət isə öz gələcəyini təhlükə altına atır. İmam Hüseyn (ə) buyurur: «Mən nə təkəbbür, nə fitnə-fəsad, nə də zülm etmək üçün qiyam etdim. Mən yalnız babamın ümmətini islah etmək, yaxşılığa əmr edib pislikdən çəkindirmək istəyirəm.» Mənbə: Bihar al-Anvar. Bu gün hər bir vicdan sahibi özünə sual verməlidir: Sabah övladlarımız bizdən soruşanda ki, dəyərləriniz sarsıdılarkən siz harada idiniz, nə cavab verəcəyik? Susmaq həmişə hikmət deyil. Bəzən susmaq haqqın zəifləməsinə, batilin isə güclənməsinə xidmət edir. Möminin yolu nifrət və qarşıdurma deyil, haqqı hikmətlə demək, cəmiyyətin mənəvi dəyərlərini qorumaq və zülmün, haqsızlığın qarşısında vicdanını satmamaqdır. Qoy heç kim unutmasın: dini və milli dəyərlərini qoruya bilməyən xalq, gec-tez öz azadlığını, şəxsiyyətini və gələcəyini də itirmək təhlükəsi ilə üzləşə bilər. Allah bizi haqqı tanıyıb ona tabe olanlardan, batili tanıyıb ondan uzaq duranlardan qərar versin.

  • Bəyanat Allah-Təala buyurur: “Allah iman gətirənlərin himayədarıdır. O, onları zülmətlərdən nura çıxarar. Kafirlərin himayədarları isə tağutlardır; onlar öz ardıcıllarını nurdan zülmətlərə apararlar. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar.” (Bəqərə, 2:257) Bu ilahi ayə bizə göstərir ki, insanın yolunu müəyyən edən yalnız iddiası deyil, onun hansı rəhbərin və hansı düşüncənin ardınca getməsidir. Allahın vilayətini qəbul edənlər haqqın, ədalətin və mənəvi nurun yolunda irəliləyirlər. Tağutun, zülmün və batil ideologiyaların ardınca gedənlər isə tədricən haqq nurundan uzaqlaşaraq zülmətlərə sürüklənirlər. Bu həqiqəti Allah Rəsulu (s) belə bəyan etmişdir: «إِنِّي تَارِكٌ فِيكُمُ الثَّقَلَيْنِ: كِتَابَ اللَّهِ وَعِتْرَتِي أَهْلَ بَيْتِي، مَا إِنْ تَمَسَّكْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا أَبَدًا، وَإِنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّى يَرِدَا عَلَيَّ الْحَوْضَ.» “Mən sizin aranızda iki ağır əmanət qoyuram: Allahın Kitabını və itrətimi – Əhli-beytimi. Nə qədər ki, bu ikisindən möhkəm yapışsanız, məndən sonra əsla azmayacaqsınız. Bu ikisi Kövsər hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaqlar.” Mənbə: əl-Xisal, “İsnəyn” babı; həmçinin əl-Əmali, Məclis 93. Bu hədis Bəqərə surəsinin 257-ci ayəsinin ən gözəl təfsirlərindən biridir. Allah-Təala insanları zülmətdən nura çıxarmaq üçün Qurani-Kərimi nazil etmiş, Peyğəmbər (s) isə bu nurun davamlı olaraq doğru anlaşılması üçün ümmətə Qurandan ayrılmayan Əhli-beytini (ə) əmanət qoymuşdur. Deməli, hidayət yolu yalnız Qurana və Əhli-beytə (ə) birlikdə sarılmaqla mümkündür. Bu gün hər bir möminin vəzifəsi haqqı batildən ayırmaq, Allahın vilayətinə sadiq qalmaq, Qurana və Əhli-beytin (ə) hidayət məktəbinə sarılmaqdır. Cəmiyyətlər yalnız ilahi dəyərlərə bağlı qaldıqda zülmətdən nura çıxar, əks halda batil düşüncələrin və zalım qüvvələrin təsiri altında öz kimliyini, inancını və mənəvi istiqamətini itirər. Allahdan diləyimiz budur ki, bizləri daim Öz vilayətinin kölgəsində saxlasın, qəlblərimizi haqq nuruyla işıqlandırsın və bizi tağutun hər cür zahiri və gizli təsirindən qorusun.

  • Müsəlman Birliyi Hərəkatının üzvü Fədail Şükürov iyulun 30 da cəza çəkdiyi 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb İnanclı 2023-cü il yanvarın 30-da saxta ittihamlarla saxlanılmışdı. Məhkəmənin son qərarında inanclı Fədail Şükürova 3 il həps verilmişdi. İnanclı Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb

  • Müsəlman Birliyi Hərəkatının üzvü Azad Kərimov iyulun 30 da cəza çəkdiyi 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb İnanclı 2023-cü il yanvarın 30-da saxta ittihamlarla saxlanılmışdı. Məhkəmənin son qərarında inanclı Azad Kərimova 3 il 6 ay həps verilmişdi. İnanclı Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.

  • Elnur Cəfərov həbs dövrünü bitirərək azadlığa qovuşub Müsəlman Birliyi Hərəkatının üzvü Elnur Cəfərov azadlığa çıxıb. O, həbs dövrünü başa vuraraq cəza çəkdiyi 17 - saylı müəssisədən bu səhər buraxılıb. Siyasi məhbus saxta narkotiklərlə ittihama məruz qalmış və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xatırladaq ki, Elnur Cəfərov 2023-cü il 25 yanvar tarixində saxlanılmışdı. Dini fəallığı səbəbindən həbs edilən inanclı saxta narkotik ittihamı ilə 25 sentyabr 2024-cü il tarixində məhkəmənin qərarı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İstintaq dövründə Gəncə təcridxanasında saxlanılan inanclı həbs dövrünü 17 saylı cəzaçəkmə müəssisəsində keçirmişdi. https://t.me/mbh_avropanumayendeliyi https://www.facebook.com/share/1HYV7jnkpa/ https://youtube.com/@haqqinnebzi?si=O8rVevBlvlaL6Bsc

  • Azərbaycan xalqına bəyanat Bismillahir-Rahmənir-Rahim “Ey iman gətirənlər! Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.” (Qurani-Kərim, Məhəmməd surəsi, 47:7) Əziz xalq! Zalımların ən təhlükəli silahı təkcə silah və zor deyil; onların ən böyük silahı xalqın dinini, milli kimliyini, dilini, tarixini və mənəvi dəyərlərini əlindən almaqdır. Çünki imanını və kimliyini itirmiş milləti idarə etmək asanlaşır. Bu gün hər bir vicdan sahibi bilməlidir ki, dini dəyərlərimizi qorumaq milli kimliyimizi qorumaqdan ayrı deyil. Öz dininə yadlaşdırılan xalq, zamanla öz tarixinə, dilinə və milli şəxsiyyətinə də yadlaşdırılır. Allah Rəsulu (s) buyurur: “Kim sübhə çıxarkən müsəlmanların işləri ilə maraqlanmasa, müsəlman deyildir.” Mənbə: əl-Kafi. Möminlərin Əmiri İmam Əli (ə) buyurur: “Zalıma düşmən, məzluma isə köməkçi olun.” Mənbə: Nəhcül-Bəlağə. Ey Azərbaycan xalqı! Dinini, milli kimliyini, dilini, tarixini və mənəvi dəyərlərini ayaqlar altına alanlara qarşı ayıq ol! Zülmə susmaq zülmün ömrünü uzadar. Haqqı müdafiə etmək isə həm dini, həm də milli bir vəzifədir. Allah-Təala xalqımızı imanında möhkəm, milli kimliyində qürurlu, zalımlar qarşısında isə əyilməz qərar versin. “Həqiqətən, izzət yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur.” (Qurani-Kərim, Münafiqun surəsi, 63:8)

  • “Ağır cəzalarla İlham Əliyev medianı susdura bilməyəcək” Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu günlər məhkəməsi yekunlaşan və ağır cəzalarla azadlıqdan məhrum edilən Toplum TV işi ilə bağlı məhkəmə hökmünə mövqey bildirib. İlahiyyatçı azad mediaya ünvanlanmış məhkəmənin bu qərarını hakimiyyətin söz və fikir azadlığı müqabilində növbəti acizliyi kimi dəyərləndirib. “Rejim tənqidi fikirləri hədəfə alaraq ən sərt cəza tətbiq etməklə qorxu mühiti formalaşdırmağa davam edir. Ancaq unudulan budur ki, bütün bu həbslər nəinki susqun bir cəmiyyəti, əslində barışmaz bir mübariz sinfini möhkəmlədir. Haqqın səsini tarixən susdurmağa çalışanlar biyabırçı məğlubiyyətlə tarıxın zibilliyinə məhkum edilib və ediləcəklərdə. Biz Toplum TV işi ilə bağlı gühansız həbs edilən Azərbaycanın azad media nümayəndələrinin həbsinə qəti etirazımını bildirir və hakimiyyətdən onların azadlığını tələb edirik.” Tale Bağırzadə Umbakı ciddi qapalı rejimli müəsisəsi. https://t.me/mbh_avropanumayendeliyi https://www.facebook.com/share/1HYV7jnkpa/ https://youtube.com/@haqqinnebzi?si=O8rVevBlvlaL6Bsc

  • Müsəlman Birliyi Hərəkatı üzvlərinin Ərbəin zəvvarları üçün Kərbəlada qurduğları mökəbdən gözəl görüntülər