- Последний пост
- 1 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 15 авг.
- 1/24сутки в ленте
- 12
- 1/48двое суток
- 13
- 1/72трое суток
- 14
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
*"Bütün din bütün küfrün qarşısında".* Ərbəin mərasimi Seyyidüş-Şühəda İmam Hüseynin (ə) Ərbəini şiələrin, hətta bütün müsəlmanların ən uca və ən dəyərli mərasimlərindən biridir. Bunun səbəbi budur ki, İmam Hüseyn (ə) bizə Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) rəsmi şüarlarını öyrətdi. "Heyhat minnəz-zillə" (Bizə zillət yaraşmaz) şüarının mənası təkcə "mən Üməyyə və Mərvani hakimiyyətinin zillətinə boyun əymərəm" demək deyil. Əksinə, bu o deməkdir ki, biz heç bir zilləti qəbul etmirik.Ən böyük zillət, nəfsin zillətidir; dünyapərəstliyin zillətidir; məqam və vəzifə hərisliyinin zillətidir; nəfsani istəklərin əsarətində yaşamağın zillətidir.Əmirəl-möminin Əlinin (ə) nurani kəlamlarında dünya haqqında buyurulur ki, dünya sevgisinə aludə olmuş, məqam düşkünü olan, "mən" və "biz" davasına, ad-san və titullara bağlanan insan zəlildir. Sonra buyurur: Biz heç vaxt zillətin bayrağı altına girmərik. Bu zillətin nümunələrindən biri də Üməyyə hakimiyyətini qəbul etmək idi.Dəfələrlə qeyd etdiyimiz kimi, İmam Hüseyn (ə) yalnız dövrünün hakimiyyətinə qarşı qiyam etmiş qəhrəman bir siyasi mübariz deyildi. Kərbəlanın və Ərbəinin əzəməti o zaman tam aydın olur ki, bir tərəfdən Üməyyə və Mərvani hakimiyyətinin Kərbəladan əvvəl gördüyü işlərə, digər tərəfdən isə Kərbəladan sonrakı əməllərinə baxaq. O zaman məlum olar ki, onların Hüseyn ibn Əli (ə) ilə mübarizəsi sadəcə bir inqilabçı ilə deyildi; onlar Quranın, Peyğəmbər sünnəsinin və ümumiyyətlə dinin özü ilə müharibə aparırdılar.Buna görə də Hüseyn ibn Əlinin (ə) qiyamı yalnız bir siyasi mübarizənin adı deyildi. Orada bütün din bütün küfrün qarşısında dayanmışdı. Məhz buna görə də Həzrət Zeynəbi-Kübra (s.ə) and içərək buyurdu: "Sən bizim vəhyimizi əsla silə bilməyəcəksən və bizim adımızı heç vaxt yox edə bilməyəcəksən." لا تَمحُو وَحیَنا وَ لا تُمیتُ ذِکرَنا Məqsəd budur ki, Ərbəin bu günə qədər yaşayırsa, bunun səbəbi təkcə bir insanın zalım hakimiyyətə qarşı çıxması deyil. İmam Hüseyn (ə) bütün dini müdafiə etdi və bu yolda canını fəda etdi. Buna görə də Hüseyn ibn Əlinin (ə) hərəkatı sadəcə məzlumun zalıma qarşı siyasi mübarizəsi deyildi. ──────────────────────── Əl-İhticac, c. 2, s. 300 Biharul-Ənvar, c. 45, s. 135. https://t.me/mehdeviyyun
Diqqət...❗ Şeytan bizdən nə istəyir? Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nurani kəlamlarından biridir: «Sənin ən qatı düşmənin iki böyrün arasında olan nəfsindir.» Yəni insanın nəfsi, nəfsi istəkləri, təkəbbürü və pis meylləri onun ən təhlükəli düşmənidir. Çünki bildiyiniz kimi, xarici düşmənlər insanın suyunu, torpağını, sərvətini, mədənlərini və malını istəyirlər. Amma daxili düşmən, yəni nəfs və şeytan, insanın dinini istəyir. Allah eləməsin, əgər insanın dinini əlindən alsa, bununla da kifayətlənmir; sonra onun abır-həyasını və şəxsiyyətini də əlindən almaq istəyir ki, insanı hörmət və heysiyyətindən məhrum etsin. Həzrət Adəmin (əleyhis-salam) əhvalatı göstərir ki, İblis məqsədinə çatmaq üçün nə qədər israrla çalışır. Allah-Təala buyurur: Onların gizli ayıb yerlərini özlərinə göstərmək üçün. (Əraf, 20) Məsələ məhz budur. İblis Adəmin abır-həyasını əlindən almayınca onu rahat buraxmır. Belə deyil ki, Allah eləməsin, insanın imanını əlindən alıb onu kafir etdikdən sonra dayanacaq. Çünki ola bilər ki, bir insan kafir yaşasın, amma yenə də cəmiyyət içində hörmət və nüfuz sahibi olsun. İblisin bütün səyi budur ki, «onların gizli ayıb yerlərini özlərinə göstərsin», yəni insanın abrını və heysiyyətini aradan aparsın. Halbuki Adəm və Həvva orada bir-birinə məhrəm idilər. Qurani-Kərimin vurğuladığı incə məqam budur ki, İblisin əsas məqsədi insanı heysiyyət və şəxsiyyətindən salmaqdır. Elə buna görə də Peyğəmbər (s) buyurur ki, ən təhlükəli düşmən məhz budur. Allah-Təaladan Qurana və Əhli-beytə (əleyhimus-salam) and verərək diləyirik ki, bizi daxili şeytanın (nəfsin) və xarici şeytanların təkəbbür və sionizmin şərrindən Qurani-Kərimin və Əhli-beytin kölgəsində qorusun. https://t.me/mehdeviyyun "Uddətud-Da'i", səh. 314 "Əraf" surəsi, ayə 20.
https://youtube.com/shorts/gGZ-0soFhHQ?si=AWt_3TOf6OgFsoZH
https://youtu.be/MmhhZy3CGSI?si=5kP3W1VEE48WKTry
"Hüseynع kimisi, Yezid kimisinə beyyət etməz". Hüseyn ibn Əli (əleyhissalam) buyurdu: Əgər mən qiyam etsəm, bu, Həsən ibn Əlinin səviyyəsində bir qiyam olmayacaq ki, Mədinədə məni zəhərləsinlər və sonra yas paltarı geyinsinlər. Xeyr, Yaxın Şərq mənim qanımla qızarmalıdır yəni Hicaza özüm getməliyəm, İraqa özüm getməliyəm, bədən üzvlərim bir-birindən ayrılmalıdır, bu bədən parça-parça edilməlidir, bədənsiz baş Şama aparılmalı və orada nitq söyləməlidir, başsız bədən İraqda qalmalıdır. Mənim ailəm və yaxınlarım İraqla Şam arasındakı yolu qət etməli, əsir olduqları halda azadəlik nümayiş etdirməli və çıxışlar etməlidirlər ki, Yaxın Şərqin bu mühüm hissəsini eşq, məhəbbət və duyğu baxımından dirildə bilək! O Həzrətə təklif etdilər ki, Yezidə beyət etsin. Buyurdu Mənim kimisi Yezid kimisinə beyət etməz! Əvvəldən sözü ümumi və prinsipial şəkildə dedi. Buyurmadı ki, “mən Yezidə beyət etmirəm”. Əgər onların baxışı geniş və dərin dünya görüşünə əsaslanmasaydı, deyərdilər: “Mən Yezidə beyət etmirəm”. Amma buyurdu: “Mənim kimisi, Yezid kimisi ilə beyət etməz”. Yəni söhbət təkcə bir şəxsdən getmir. Hüseyni cərəyanla Əməvi cərəyanı bir-biri ilə uyğun gəlmir. Bəzən Əli və Həsəndir, bəzən mənəm, bəzən Səccad, Baqir və Sadiqdir, bəzən digər imamlar (onlara Allahın salamı olsun), bəzən də onların naibləridir. Buyurdu: “Bizim kimi düşünən hər kəs, Əməvilər kimi düşünənlərlə beyət etməz.” Bu sözü Mədinə valisinə açıq şəkildə demişdi. مثلی لا یبایع مثل یزید بن معاویه “Mənim kimi olan bir şəxs, Yezid ibn Müaviyə kimi olan bir şəxsə beyət etməz.” Sonra da buyurdu: Yəni: “Ümmət Yezid kimi bir rəhbərə düçar olduğu zaman, İslamla vidalaşmaq lazımdır!”. https://t.me/mehdeviyyun ------------------------------------------ Biharul-Ənvar, c. 44, s. 325 Biharul-Ənvar, c. 44, s. 326.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ 🏴Bağışlayan və mehriban Allahın adı ilə🏴 "Muhərrəm ayı münasibətilə keçiriləcək əzadarlıq məclisi". Sahibəz-Zəman(ə) məscidi. 16_İyun / 1_Muhərrəm. Saat: 20:30 🔊 Əhmədağa İmanlı… Camaat namazı _ Aşura Ziyarətnaməsi _ Moizə _ Rövzə _ Mərsiyyə. 🔗https://youtu.be/cqkcyekl_d4?si=WlCaLpTxTYo2ULN- 🔗https://www.instagram.com/p/CqkcDvrunIo/?igshid=YmMyMTA2M2Y= 🔗https://t.me/mehdeviyyun
без подписи
Allah Təbarək və Təala buyurur: “Biz istəyirik ki, yer üzündə zəif salınmış kəslərə minnət qoyaq, onları rəhbərlər qərar verək və onları varislər edək.” (Qəsəs surəsi, 5) Birazda mövzunu açıqlamaq; “Biz iradə etdik ki, yer üzündə zəif düşürülənlərə lütf və minnət edək, onları insanların imamları qərar verək və Fironçuların mülkünün və şöhrətinin varisləri edək.” Allah-taala yaradılış sistemində şirinliklə acını bir-birinə qatmış, əziyyətlə rahatlığı yanaşı etmiş, qəm ilə sevinci qonşu qərar vermişdir. Həmişə çətinliklərin yanında bir genişlik vardır və şiddətlərdən sonra qurtuluş və nicat dövrü gəlib çatır. Səbr nəticəsində zəfər növbəsi yetişər. Quranın gözəl buyuruğu budur: “Həqiqətən, hər çətinliklə birlikdə bir asanlıq vardır.” Bu ilahi sünnə yalnız fərdi həyatda cərəyan etmir və insanın mədəni, iqtisadi, müalicəvi və ailə həyatının tək bir yönünə aid deyil əksinə, cəmiyyət nizamında və dünya səviyyəsində də bu ilahi qanun özünü göstərir. Allahın vədi budur ki, imanlı və saleh müstəzəflər(haqqı əlindən alınmışlar) ilahi lütf və məhəbbətə nail olar, zamanın rəhbərləri və yer üzünün varisləri olarlar. İmam Məhdi (ə.c)-ın zühurunu gözləmək, əziz İslamın həyatverici göstərişlərindən qaynaqlanır və yaradılış sistemində cari olan ilahi sünnə onun dayağıdır. İmam Məhdinin(ə) intizarı bir tərəfdən ümidsizlik və məyusluq ruhunu aradan aparır, insanın qarşısında işıqlı bir gələcək təsvir edir, iman və azadlıq səhərinin sübh işığını müjdələyir və zülmün ölümünün möhtəşəm bayramını xatırladır. Digər tərəfdən isə insanı özünüislaha və nəfsini düzəltməyə çağırır.İlahi və ədalətli rəhbərliyi gözləmək, intizar əhlini ədalətə və Allaha bəndəliyə dəvət edir, hər növ küfr, zülm və itaətsizlik barədə xəbərdarlıq edir. Bu ilahi kəlam Həzrət Məhdi (ə.c)-ın aşiqi və intizarında olanların həyatına qırx nur şəfəqi saçır, ədalət keşikçilərinin qəlbində qırx ümid çırağı yandırır və intizar əhlinin böyük məsuliyyətini yada salır. Ali-Muhəmməd Məhdisinin (ə.c) qiyamı dünyanın qəti həqiqətlərindəndir və İslam dünyasının ittifaq etdiyi məsələlərdəndir. Hətta digər səmavi dinlərin davamçıları da ilahi islahatçının intizarındadırlar.Bəzi zehinlərdə İmam Məhdi (ə.c) və intizar məsələsi haqqında naqis və yanlış təsəvvürlər mövcuddur ki, bunlar yalnız Məsumların (ə) kəlamlarını və mötəbər İslam mənbələrini mütaliə etməklə islah olunur. Ümid edilir ki, əziz müsəlmanlar İmam Zaman(ə.c) və intizar məsələsi ilə daha yaxşı və daha çox tanış olar, o Həzrətin rəhbərliyi ilə İslam ədalət sisteminin bərqərar olması yolunda addım atarlar. İnşallah. _Əhmədağa İmanlı_.
Salam əleykum Əzizlər 29 May/ Cümə günü. İmkansız Ailələrə ərzaq yardımı olunacaq bu xeyir işdə bizə dəstək olmaq istəyən əzizlər imkanları çərçivəsində yuxarıda qeyd olunan xeyriyyə kartına öz dəstəklərini əsigəməsinlər inşəAllah. *Atılan hər bir addım bizi zuhura dahada yaxınlaşdıracaq...* Müvəffəq edən Allahdır.
Salam əleykum Əzizlər 29 May/ Cümə günü. İmkansız Ailələrə ərzaq yardımı olunacaq bu xeyir işdə bizə dəstək olmaq istəyən əzizlər imkanları çərçivəsində yuxarıda qeyd olunan xeyriyyə kartına öz dəstəklərini əsigəməsinlər inşəAllah. *Atılan hər bir addım bizi zuhura dahada yaxınlaşdıracaq...* Müvəffəq edən Allahdır.
Hökumətin və dinin əsas oxu “elm” və “ədalət”dir. Hökumət həm cəmiyyətin mənafelərini bilməli, həm də onların icrasında səhlənkarlıq etməməlidir. Və hökumət sistemi yalnız Allaha tabe olmaq üzərində qurulduğuna və elm və ədalət oxu ətrafında döndüyünə görə. — heç kimin zülmü altına girmir, — heç kimə də zülm etməz. İlahi övliyaların ibrətamiz həyat tərzinin araşdırılması bu iki məsələnin canlı sübutudur. Çünki hökuməti din müəyyən edir və insana öyrədir ki, yalnız Allaha boyun əysin və heç bir zülmü qəbul etməsin.Bu səbəbdən zülmə qarşı mübarizə həmişə fəzilətlə yanaşıdır. Bu, bütün peyğəmbərlərin sözüdür ki, zülmə qarşı duranlar ya qalib olurlar, ya da şəhid, və hər ikisi qələbədir: De: “Bizim üçün iki gözəl nəticədən (iki xeyirdən) başqa nə gözləyirsiniz?” Və insanın əməli ilə yaşadığına və əməl onun heç vaxt tərk etmədiyinə, insanın ölümdən sonra da əməli ilə qarşılaşdığına inandığı üçün, əgər güc əldə edərsə, heç bir məzluma və zəifə zülm etməz. Baxmayaraq ki, qlobal istəkbar İslam İranında hökumət ilə din arasındakı əlaqənin tam şəkildə ortaya çıxmasına imkan vermədi, amma elə bu qısa dövrdə belə aydın oldu ki, hökumət ilə dinin əlaqəsi necə təsvir olunur. ===================== 📚Afaq-e Andişə” | səhifə 218. https://t.me/mehdeviyyun
Salam əleykum Əzizlər 30 Aprel/ Cümə axşamı. İmkansız Ailələrə ərzaq yardımı olunacaq bu xeyir işdə bizə dəstək olmaq istəyən əzizlər imkanları çərçivəsində yuxarıda qeyd olunan xeyriyyə kartına öz dəstəklərini əsigəməsinlər inşəAllah. *Atılan hər bir addım bizi zuhura dahada yaxınlaşdıracaq...* Müvəffəq edən Allahdır.
*Uca Allah möminlərə qələbə vəd edir və bu vədləri ayələrdə bəyan edir:* “Mən və peyğəmbərlərim mütləq qalib gələcəyik. Həqiqətən, Allah qüvvətli və yenilməzdir.” Bu ayənin ümumiliyindən belə anlaşılır ki, müsəlman mücahidlər qalibdirlər istər düşməndən az olsunlar, istər bərabər. Qurani-Kərim Talutun xüsusi mömin tərəfdarlarının dilindən qələbəni nəql edir və bunu təsdiqləyir: "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəldi". Quran az saylı qrupun çoxluğa qalib gəlməsinin səbəbini də açıqlayır: "Ey Peyğəmbər! Möminləri döyüşə təşviq et... kafirlər ona görə məğlub olurlar ki, onlar anlamayan bir qövmdürlər.İndi Allah sizin yükünüzü yüngülləşdirdi və sizdə zəiflik olduğunu bildi.Əgər sizdən yüz səbirli olsa, iki yüzə qalib gələr,əgər sizdən min nəfər olsa, Allahın izni ilə iki minə qalib gələr.Allah səbir edənlərlədir.Qeybi yardımlar və az saylı bir qrupun çoxluğa qalib gəlməsinin necə baş verdiyi açıqlanır. “Ənfal” surəsində müxtəlif döyüş məsələləri ilə yanaşı, müsəlmanların az sayla çoxlu kafirlərə qalib gəlməsinin səbəbi olan maddi və mənəvi yardımlar qeyd olunur. Bəzən bu yardım mələklərin nazil olması kimi göstərilir: "O zaman Rəbbinizdən kömək istədiniz və O da qəbul etdi: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm.” Bəzən düşmənin qəlbinə qorxu salınması, bəzən yağışın yağdırılması, bəzən də döyüşçülərin gözlərində ilahi təsir yaradılması kimi izah edilir. Daha sonra buyurulur ki, bu qeybi yardım yalnız bir müjdə və qəlblərinizin aram olması üçündür. Həqiqi qələbə yalnız Allah tərəfindəndir, yəni bu qələbə heç kəsin ixtiyarında deyil və Allah onu hikmətlə verir: "Allah bunu yalnız bir müjdə və qəlbləriniz rahatlıq tapsın deyə etdi. Qələbə yalnız Allah tərəfindəndir. Həqiqətən, Allah qüdrətli və hikmət sahibidir". Maddi yardımlar barədə isə buyurur ki, Allah Bədr döyüşündə möminlərə elə bir rahatlıq verdi ki, onları yüngül yuxu tutdu və yağış göndərdi ki: _zahiri çirkləri təmizlənsin, _döyüş meydanı möhkəmlənsin, _ayaqları sürüşməsin, _qəlbləri möhkəmlənsin və iman sabitləşsin. O zaman sizi yüngül yuxu bürüyürdü. və bununla addımlarınızı möhkəmləndirirdi.Sonra yenə qeybi yardıma işarə edilir: "O zaman Rəbbin mələklərə vəhy edirdi: “Mən sizinləyəm, möminləri möhkəmləndirin.” Bu ayəyə əsasən, təkcə insanlar yox, mələklər də ilahi yardıma möhtacdırlar.Deməli, mələklər də qələbədə müstəqil deyillər. ------------------------------------- 📚“Təsnim” təfsiri, cild 13, səhifə 289. https://t.me/mehdeviyyun
без подписи
Həzrət şəhid Ayətullah Seyyid Əli Xameneinin ofisi hilalın araşdırılması üzrə ekspert höccətülislam vəl müslimin Müvəhhidinejadın bəyanatına əsasən 19 martda şəvval ayının hilalının müşahidəsi mümkün olmayacaq və 20 mart 2026-cı il Ramazan ayının 30-u hesab olunacaq, Fitr bayramı isə 21 mart olacaq. Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin ofisin rəsmi bəyanatı.
https://vt.tiktok.com/ZSuM44r79/
https://youtu.be/r6zO75RGPNQ?si=Hfbp1J2zQDqvrOsT
#islam #quran #haqq #ədalət #azadlıq #zuhur Əhmədağa İmanlı_ "Şəhid Seyyid Ayətullah Xamenei(rəhmətullah əleyh). https://t.me/mehdeviyyun https://youtu.be/WVcn-7WnR7o?si=TREuUE6d-wfP6eB1 https://www.tiktok.com/@ahmedaqa_imanli?_r=1&_t=ZS-93cRoXEToUm https://www.instagram.com/p/CqkcDvrunIo/?igshid=YmMyMTA2M2Y=
🏴 İslam aləminin ən böyük alimi, Vəliyyi-fəqih, Ayətullahul əl üzma, Seyyid Əli Xamnei dünyanın ən mundar xalqı tərəfindən şəhid edilmişdir. 🏴 Bu səbəblə İmam Zamana (ə.c) təvəssül edərək və Allaha təvəkkül edərək tezliklə abş və israilin və İslam düşmənlərinin tezliklə məhv olmasını istəyirik. 🏴 Ümmət üçün böyük dərddir.. T.me/Shia_teqvimi
без подписи