Inside Iran | Live
СтатистикаBu kanal İranda baş verən daxili proseslərin operativ və soyuqqanlı izlənməsi üçün yaradılıb. Şüar yoxdur. Emosional yanaşma yoxdur. Yalnız faktlar, kontekst və analiz.
- Последний пост
- 4 июл.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🇹🇷🇮🇷 Mahabadda zərərsizləşdirilən dörd PJAK üzvünün şəxsiyyəti müəyyən edilib. 1️⃣ Zərrin Ağbaş (kod adı: Arjin Jiyanda Garzan) Qrup komandiri Arjin Jiyanda Türkiyənin Tatvan bölgəsində anadan olub. O, 2013-cü ildə PKK-ya qoşulub; Maku, Mərivan, Sarıdaş və Mahabad istiqamətlərində əməliyyatlarda iştirak edib. 2️⃣ Pərəsü Sefayipur (kod adı: Cihan Sirvan) Mərivan şəhərində anadan olub. 2019-cu ildə PJAK-a qoşulub. 3️⃣ Xəlil Çiçək (kod adı: Baver Cudi) 1992-ci ildə Türkiyənin Muş bölgəsində anadan olub. 2019-cu ildə Almaniyada PKK-ya qoşulub və Türkiyəyə qarşı həyata keçirilən əməliyyatlarda iştirak edib. Xüsusilə tunellərin qazılması və hazırlanması sahəsində ixtisaslaşıb. 2023-cü ildən etibarən fəaliyyətini İran istiqamətində davam etdirib. 4️⃣ Rəsul Yeganə (kod adı: Şahan Qabar) Xoy şəhərində anadan olub. 2025-ci ildə PJAK-a qoşulub. @ShahIntel1
🇮🇷🇹🇷 İranın Piranşəhr şəhristanında toqquşmalar zamanı 6 PDK-İ Peşmərgəsi öldürülüb. @ShahIntel1
🔴 Soyuqbulaq (Mahabad) istiqamətində, Yuxarı Bagərdan kəndi - Ruteh (1990 m) dağı xəttində PJAK ilə SEPAH arasında toqquşma davam edir. @ShahIntel1
🇹🇷🇮🇷 Pavə istiqamətindəki döyüşlərdə iki SEPAH əməkdaşı - Xalid Xalidi və Bürhan Kərsani öldürülüb. Son olaraq 30 iyunda Mahabad-Piranşəhr xəttində hücumları həyata keçirən PJAK qrupu pusquya salınıb və 4 üzvü öldürülüb. @ShahIntel1
🇹🇷🇮🇷 Banə hadisəsindən dərhal sonra, 27 iyun axşamı Mahabad–Piranşəhr yolunda yerləşən Şarasten istiqamətində, Vəlizadə mədən sahəsində döyüşlər başlayıb. Şarasten qarşıdurmasından sonra Mahabadın Qaqaş kəndi ətrafında, xüsusilə də Pir Sənan (2220 m), Musa (2398 m), Kani Reş (2347 m) və Dərviş Paşa (2474 m) dağı istiqamətində kürd silahlıları ilə İran SQ arasında döyüşlər qeydə alınıb. @ShahIntel1
🇹🇷🇮🇷 25 iyunda toqquşmalar Asos düşərgəsinin şimalına, İranın Kürdüstan ostanının Banə şəhəri istiqamətinə sıçrayıb. PJAK-ın silahlı qanadı YRK-nın açıqlamasına görə, SEPAH-a aid üç PUA Şivi kəndi ətrafına zərbələr endirib. 26-dan 27-ə keçən gecə isə kürd silahlıları Banə-Saqqız yolu yaxınlığında yerləşən Səbətli nəzarət məntəqəsinə hücum edib. Hücum zamanı FARAJA əməkdaşları Məhəmməd Həsən Beygi və müddətli hərbi qulluqçu Martin Əhədi öldürülüb. Daha iki polis əməkdaşı və iki mülki şəxs yaralanıb. @ShahIntel1
🇹🇷🇮🇷 İlk toqquşma 7 iyunda Mərivan yaxınlığında baş verib. PJAK üzvlərinin Kavxi (2083 m) - Marov (1824 m) dağı istiqamətindən hərəkət etdiyini, yəni PKK-nın Asos düşərgəsindən dəstək aldığını deyə bilərəm. PJAK-ın hərbi qanadı YRK-nın yaydığı açıqlamaya görə, həmin gün İran SQ təşkilatın mövqelərini artilleriya və minaatanlardan atəşə tutub. Mərivan istiqamətində ikinci toqquşma 16 iyun tarixində qeydə alınıb. SEPAH YRK-nın mövqelərini Katyuşa tipli raketlərlə vurub. Həmçinin bölgədə adı bilinməyən bir qrup yerli sakinlərdən “vergi” toplamağa çalışıb. İyun ayının ortasında isə toqquşmalar pik həddə çatıb. Xov və Mirabad bölgəsində toqquşmalar zamanı İran sərhədçisi Danyal Nuriyan öldürülüb. @ShahIntel1
🇹🇷🇮🇷 İranın qərbində - Kürdüstan, Qərbi Azərbaycan və Kirmanşah ostanlarında iyunun ilk həftəsindən etibarən silahlı insidentlər qeydə alınır. Hadisələr əsasən Mərivan, Banə, Mahabad-Piranşəhr istiqaməti və Pavədə baş verir. Qarşıdurmalarda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), sərhəd qüvvələri, FARAJA, PJAK-ın silahlı qanadı YRK və kimliyi tam aydın olmayan “Xori Hiva” adlı yeni qrup iştirak edir. @ShahIntel1
⚡️️ İran diplomatik kanallar vasitəsilə Ermənistana bildirib ki, dünən imzalanmış memorandum çərçivəsində ABŞ administrasiyasından İran sərhədi yaxınlığında Ermənistan ərazisindən keçən “Tramp marşrutu”nun həyata keçirilməsi detallarına dair aydınlıq əldə etməyə çalışacaq. 🔴Tehran təhlükəsizliyinə əmin olmayana qədər TRIPP layihəsinə razılıq verməyəcək. İrəvana tövsiyə olunur ki, İranla ABŞ arasında dialoqun davam edəcəyi yaxın 60 gün ərzində bu layihə üzrə ciddi addımlar atmasın. - Erməni KİV I @insideiranlive
🇺🇸🇮🇷 Maddə 8 ❗️‼️‼️‼️İran İslam Respublikası bir daha təsdiq edir ki, nüvə silahı əldə etməyəcək və nüvə silahı hazırlamayacaqdır. ABŞ və İran zənginləşdirilmiş nüvə materialları ehtiyatlarının taleyinin müəyyən edilməsi barədə razılığa gəlmişlər. Bu məsələ Maddə 7-də göstərilən qrafikə uyğun olaraq qarşılıqlı razılaşdırılacaq mexanizm əsasında həll ediləcəkdir. Minimum tələb kimi həmin materiallar MAQATE-nin nəzarəti altında İran ərazisində seyrəldilmə (downblending) yolu ilə emal ediləcəkdir. Tərəflər həmçinin İranın nüvə proqramının zənginləşdirmə fəaliyyəti və digər ehtiyacları ilə bağlı məsələləri müzakirə etməyə razılaşmışlar. @CaucasianLive
🇺🇸🇮🇷 ABŞ və İran İslam Respublikası arasında İslamabad Anlaşma Memorandumunun stenoqramı CAUCASIAN LIVE kanalında paylaşıldı. @CaucasianLive
⚡️⚡️⚡️ Sizi dünyanın hər bir nöqtəsindəki siyasi, iqtisadi və hərbi xəbərləri ölkənin gündəminə daşıyan “CAUCASIAN LIVE” kanalına dəvət edirik. @CaucasianLive
⚡️🇮🇱🇮🇷 Müharibə davam etdikcə İsrailin raketləri zərərsizləşdirmə göstəricisi kəskin şəkildə aşağı düşüb. 🔺 Əvvəllər İran raketlərinin yalnız 5%-i müdafiə səddini keçə bilirdisə, son həftədə bu rəqəm təxminən 27%-ə yüksəlib. 🔺 Hədəfə çatan raketlərin əksəriyyəti – təxminən hər 5 raketdən 4-ü – kasetli sursatlar daşıyıb. - Haaretz | @insideiranlive
🇬🇧🇺🇸🇮🇷 Böyük Britaniya Baş naziri Kir Starmer: “Biz blokadanı dəstəkləmirik. Mənim mövqeyim birmənalıdır: qarşılaşdığımız ciddi təzyiqlərə baxmayaraq, bu müharibəyə sürüklənməyəcəyik”. @insideiranlive
🇮🇷🇺🇲 İranın nüvə proqramı böyük ölçüdə toxunulmaz qalmaqda davam edir və bu, aparılan danışıqların dinamikasına ciddi təsir göstərir. 🔺 Həftələrlə davam edən hərbi gərginliyə baxmayaraq, Tehran zənginləşdirilmiş uran ehtiyatlarını və əsas nüvə komponentlərini…
🇮🇷🇺🇲 İranın nüvə proqramı böyük ölçüdə toxunulmaz qalmaqda davam edir və bu, aparılan danışıqların dinamikasına ciddi təsir göstərir. 🔺 Həftələrlə davam edən hərbi gərginliyə baxmayaraq, Tehran zənginləşdirilmiş uran ehtiyatlarını və əsas nüvə komponentlərini qoruyub saxlaya bilib. Bu isə danışıqlar masasında ona İran üçün əlavə üstünlük qazandırır və ABŞ üzərində təsir imkanlarını artırır. 🔺 Bununla yanaşı, ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar nəticəsində bir sıra laboratoriyalar və tədqiqat mərkəzləri məhv edilib. 🔺 Xüsusilə, uranın zənginləşdirilməsi üçün əsas xammal olan uran konsentratı istehsal edən müəssisələrdən birinin sıradan çıxarılması proqram üçün müəyyən zərbə hesab olunur. - WSJ | @insideiranlive
🇮🇷🇺🇸🇵🇰 İran dövlət mediası İslamabaddakı danışıqların ABŞ-nin “həddindən artıq tələblər irəli sürməsi” səbəbindən dayandığını xəbər verir. 🔺 Bildirilir ki, tərəflər arasında əsas fikir ayrılıqları Hörmüz boğazının yenidən açılması, İranın uranı zənginləşdirmə hüququ və digər strateji məsələlər ətrafında yaranıb. 🔺 İran nümayəndə heyətinin müxtəlif yaradıcı yanaşmalarına baxmayaraq, amerikalıların özbaşınalığı və qeyri-məntiqi tələbləri danışıqların irəliləməsinə mane olub. @insideiranlive
🇮🇷🇵🇰🇺🇲 İran və ABŞ arasında görüş nəticəsiz başa çatıb. Nümayəndə heyətləri İslamabadı tərk ediblər. İran XIN danışıqlarda 2-3 məsələdə fikir ayrılıqlarının qaldığını, bəzi məsələlərdə isə anlaşma əldə etdiyini bildirir. 🔻 Buna baxmayaraq Vens qeyd edib ki, məhsuldar danışıqlara baxmayaraq anlaşma əldə etmək mümkün olmadı. İran həmçinin 450 kq uranın təhvil verilməsindən də imtina edib. @insideiranlive
🇮🇷🇺🇲 İran və ABŞ arasında danışıqlar fikir ayrılıqlarına rəğmən bazar günü davam edəcək. - Fars agentliyi | @insideiranlive
🇮🇷🇵🇰🇺🇲 İran və ABŞ arasında danışıqların üçüncü raundu başladı. @insideiranlive