tgindex
INVESTAZ

İnvestisiya Şirkəti

Последний пост
13 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
2
Всего постов
21
Тип
открытый
Язык
und
В каталоге с
13 авг.
Подписчики
822
+1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
152
20 постов
Вовлечённость
18,5%
к подписчикам
Постов в день
0,3
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
48
1/48двое суток
55
1/72трое суток
59

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 📊🌍 Günə Baxış - 13.08.2026 12 avqust tarixində qlobal maliyyə bazarlarının əsas gündəmi ABŞ-ın iyul ayı üzrə İstehlak Qiymətləri İndeksi (CPI) və İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI), ABŞ–İran qarşıdurması və Hörmüz boğazı ətrafında yaranmış risklər oldu. ABŞ-da illik inflyasiya 3.4%-ə gerilədi, aylıq CPI isə 0.1%-ə yüksəldi; Core CPI aylıq 0.2%, illik isə 2.5% təşkil etdi. Göstəricilər bazar gözləntilərinə uyğun gəldiyindən FED-in sentyabr ayında faiz dərəcəsini artıracağına dair ehtimallar azaldı. ABŞ–İran münasibətlərində gərginlik səngimədi. İran tərəfi ABŞ ilə atəşkəsin uzadılması barədə danışıqların aparılmadığını bildirərkən, Donald Tramp ABŞ-ın Hörmüz boğazına “tam nəzarət” etdiyini açıqladı. Qızıl 12 avqustda təxminən 0.9% bahalaşaraq 4 440.80$ səviyyəsinə yüksəldi və iki aydan çox müddətin maksimumunu yenilədi. Bu gün bazarın diqqət mərkəzində Böyük Britaniyanın ÜDM hesabatı (GDP), Emal Sənayesinin İstehsal Həcmi, Sənaye İstehsalının Həcmi və Ticarət Balansı olacaq. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 12.08.2026 Çərşənbə axşamı qlobal maliyyə bazarlarında əsas diqqət ABŞ-da açıqlanacaq iyul ayı inflyasiya göstəricilərinə (CPI), ABŞ–İran münasibətlərində davam edən qeyri-müəyyənliyə və Hörmüz boğazı ətrafındakı vəziyyətə yönəldi. İnvestorlar mühüm makroiqtisadi məlumatlar öncəsi ehtiyatlı mövqe tutduqları üçün ABŞ və Avropa fond indekslərində satışlar müşahidə olundu. Eyni zamanda, ABŞ–İran razılaşmasının yaxın zamanda əldə olunacağına dair nikbinliyin zəifləməsi neft və qızıl qiymətlərini dəstəklədi. Qızıl qiymətləri gün ərzində yüksəlişini davam etdirdi. Bunun əsas səbəbi ABŞ–İran münasibətlərində davam edən qeyri-müəyyənlik və ABŞ inflyasiya hesabatı öncəsi investorların təhlükəsiz aktivlərə marağının artması oldu. Bu gün investorların diqqəti Almaniyanın İstehlak Qiymətləri İndeksi , Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatı, ABŞ-ın İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehlak Qiymətlərinin Baza İndeksi hesabatlarına yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 11.08.2026 Dünən investorların diqqətini cəlb edən əsas hadisə İranın Hörmüz boğazının yenidən tam açılması üçün ABŞ qarşısında yeni şərtlər irəli sürməsi oldu. İran bəyan etdi ki, boğazın tam fəaliyyətə başlaması ABŞ sanksiyalarının ləğvi, hərbi təzyiqlərin dayandırılması və İrana dəymiş zərərlərlə bağlı müəyyən təminatlar verildiyi halda mümkün olacaq. Qızıl qiymətləri dünən son doqquz həftənin ən yüksək həddinə yaxınlaşdı. Bunun əsas səbəbi ötən həftənin zəif ABŞ məşğulluq hesabatından sonra FED-in faiz artımı gözləntilərinin azalması və ABŞ–İran münasibətlərində yenidən artan geosiyasi qeyri-müəyyənlik oldu. İranın Hörmüz boğazının açılması üçün yeni şərtlər irəli sürməsi və danışıqların ehtimal olunandan daha çətin mərhələyə keçməsi fonunda dünən “Brent” və “WTI” markalı neft qiymətləri təxminən 5% yüksəldi. Bu gün investorların diqqəti Avstraliya Mərkəzi Bankının (RBA) faiz qərarı və pul siyasəti bəyanatına, ABŞ-da həftəlik ADP məşğulluq göstəricisinə yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Birjalarda Son Durum - 10.08.2026 03.08.2026 - 07.08.2026 tarixlərində dünya maliyyə bazarlarında əsas diqqət ABŞ-da açıqlanan əmək bazarı hesabatına, xüsusilə Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP), Avrozona və Böyük Britaniyada xidmət sektorunun vəziyyətinə, ABŞ–İran münasibətlərində diplomatik proseslərə və neft bazarındakı dəyişikliklərə yönəldi. Həftənin sonuna doğru ABŞ-da dərc olunan zəif əmək bazarı hesabatına, xüsusilə, NFP göstəricisi bazarlarda dolların kəskin ucuzlaşmasına səbəb oldu. Bunun fonunda avro, funt sterlinq və qızıl əhəmiyyətli dərəcədə bahalaşdı. Bu həftə investorların diqqəti ABŞ və Almaniyada İstehlak Qiymətləri İndeksi (CPI), ABŞ-da İstehlak Qiymətlərinin Baza İndeksi, İstehsal Qiymətləri İndeksi (PPI), Pərakəndə Satış Dövriyyəsinin Həcmi, İşsizlik Müavinəti üçün İlkin Müraciətlərin Sayı və digər göstəricilərə yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 07.08.2026 ABŞ-da açıqlanan ADP özəl sektor məşğulluq hesabatı və ISM xidmət sektorunun məşğulluq komponenti əmək bazarında zəifləmə siqnalları verdi. Bu göstəricilər bazarda FED-in növbəti aylarda faiz artımına tələsməyəcəyi ilə bağlı gözləntiləri gücləndirdi. Qızıl qiymətləri son yeddi həftənin ən yüksək səviyyələrinə qədər bahalaşdı. ABŞ istiqrazlarının gəlirliliyinin azalması, dolların zəifləməsi və bugün açıqlanacaq məşğulluq hesabatı öncəsi investorların təhlükəsiz aktivlərə marağının artması XAUUSD məzənnəsini dəstəklədi. Neft qiymətləri ABŞ–İran danışıqlarında irəliləyiş əldə oluna biləcəyi ilə bağlı xəbərlərin təsiri altında təzyiq altında qaldı. Hörmüz boğazında ticarətin normallaşacağına dair gözləntilər bazarda təklif risklərini azaltdı. Bu gün investorların diqqəti ABŞ-da dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərnin Sayı (Non-Farm Payrolls), İşsizlik Səviyyəsi və digər göstəricilərə yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 06.08.2026 5 avqust tarixində qlobal maliyyə bazarlarında əsas diqqət Almaniyada, Avrozonada, İngiltərədə və ABŞ-da açıqlanan xidmət sektorunda PMİ göstəricilərinə, ABŞ–İran danışıqları ilə bağlı yeni xəbərlərə və enerji bazarındakı dəyişikliklərə yönəldi. ABŞ-da açıqlanan iqtisadi göstəricilər bazarda qarışıq mənzərə yaratdı. Əmək bazarında zəifləməyə işarə edən son məlumatlar FED-in gələcək faiz siyasəti ilə bağlı daha yumşaq gözləntiləri gücləndirdi. Qızıl qiymətləri gün ərzində güclü yüksəliş nümayiş etdirdi. ABŞ dollarının zəifləməsi və dövlət istiqrazlarının gəlirliliyinin enməsi faiz gəliri olmayan qızılın cəlbediciliyini artırdı. Bu gün investorların diqqəti əsasən ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Almaniyanın sənaye sifarişləri, İngiltərə üzrə tikinti sektorunda PMİ göstəricilərinə yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 05.08.2026 4 avqust tarixində qlobal maliyyə bazarlarının əsas gündəmi ABŞ–İran danışıqlarında əldə olunan irəliləyiş, enerji bazarlarında kəskin qiymət dəyişiklikləri, ABŞ-da əmək bazarı ilə bağlı yeni siqnallar və Avropa iqtisadiyyatına dair gözləntilər oldu. Valyuta bazarında ABŞ dolları qarışıq dinamika nümayiş etdirərkən avro və funt sterlinq məhdud yüksəliş göstərdi. Qızıl qiymətləri 4 avqust tarixində yüksəliş göstərdi. Neft qiymətlərinin ucuzlaşması inflyasiya təzyiqlərinin azalacağına dair gözləntiləri gücləndirsə də, investorlar ABŞ əmək bazarı məlumatları və FED-in növbəti addımları ilə bağlı qeyri-müəyyənlik fonunda təhlükəsiz aktivlərə marağı qorudular. ABŞ dollarının zəifləməsi də qızılın bahalaşmasına əlavə dəstək verdi. Bu gün investorların diqqəti Almaniya, Avrozona, Böyük Britaniya və ABŞ-da dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, və Kompozit Biznes Aktivliyi İndeksi göstəricilərinə yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 04.08.2026 ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatları təxirə saldığını açıqlaması və Yaxın Şərqdə gərginliyin diplomatik yollarla həll oluna biləcəyinə dair gözləntilərin artması qlobal maliyyə bazarlarında risk iştahını yüksəldib. Belə ki, EURUSD valyuta cütlüyü ötən gün ərzində 1.15580 səviyyəsindən 1.14990 səviyyəsinə qədər geriləyib. Hazırda məzənnə 1.15080 səviyyəsində ticarət olunur. USDJPY məzənnəsi isə yenin bir qədər zəifləməsi fonunda 155.200 səviyyəsindən 157.760 həddinə qədər artıb. Qızılın bir unsiyasının qiyməti ötən gün 4082$ səviyyəsindən 4019$ səviyyəsinə qədər ucuzlaşıb. Hazırda qiymətli metal yenidən bahalaşaraq 4063$ ətrafında ticarət olunur. "Brent" markalı neftin bir barelinin qiyməti isə 84.25$ həddinə qədər geriləyib. Bu gün isə neft qiymətləri yenidən yüksələrək 86.60$ səviyyəsinə çatıb. Bu gün investorların diqqət mərkəzində ABŞ-da açıqlanacaq Vakansiyalar və Boş İş Yerləri Hesabatı (JOLTS) olacaq. Xəbərin davamı...

  • 📊🌍 Birjalarda Son Durum - 03.08.2026 27 iyul–1 avqust tarixlərini əhatə edən həftə qlobal maliyyə bazarlarında əsas diqqət ABŞ Federal Ehtiyatlar Sisteminin (FED), İngiltərə Bankının (BoE) və Yaponiya Bankının (BoJ) faiz qərarlarına, ABŞ-da ikinci rüb üzrə ÜDM və Şəxsi İstehlak Xərcləri İndeksi (PCE) göstəricilərinə, eləcə də ABŞ–İran münasibətlərində baş verən diplomatik proseslərə yönəldi. Həftə ərzində mərkəzi bankların qərarları bazarlarda volatilliyi artırsa da, ABŞ və İran arasında danışıqların bərpası ilə bağlı xəbərlər enerji bazarında gərginliyi müəyyən qədər azaltdı. Bunun nəticəsində neft qiymətləri həftənin sonunda ucuzlaşdı, dollar isə əsas valyutalara qarşı qarışıq dinamika nümayiş etdirdi. Qarşıdakı həftədə bazar iştirakçılarının diqqəti ABŞ-da açıqlanacaq Vakansiyalar və Boş İş Yerləri Hesabatı (JOLTS), Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP), İşsizlik Səviyyəsi və Orta Saatlıq Əməkhaqqı göstəricilərinə yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 21.07.2026 Ötən gün qlobal maliyyə bazarlarında əsas diqqət ABŞ–İran münaqişəsinin daha da kəskinləşməsinə, Hörmüz boğazında enerji tədarükü risklərinin artmasına və yeni həftə başlayarkən investorların qarşıdan gələn makroiqtisadi göstəricilərə hazırlığına yönəldi. Gün ərzində geosiyasi risklərin artması fonunda investorlar təhlükəsiz aktivlərə üstünlük verdilər, enerji qiymətləri yüksəldi, fond bazarlarında isə xüsusilə texnologiya sektorunda satış təzyiqi davam etdi. ABŞ İran ərazisinə qarşı növbəti hava zərbələrini həyata keçirdi, İran isə bölgədəki ABŞ müttəfiqlərinə və enerji infrastrukturuna qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlarını davam etdirdi. Hörmüz boğazında yaranan qeyri-müəyyənlik fonunda “Brent” markalı neftin qiyməti 90$ səviyyəsindən yuxarı qalmağa davam etdi. Bu gün investorların diqqət mərkəzində Avrozonada və Almaniyada açıqlanacaq “ZEW” İqtisadi Aktivlik və Cari İqtisadi Vəziyyət İndeksi göstəriciləri olacaq. Xəbərin davamı...

  • 📊🌍 Birjalarda Son Durum - 20.07.2026 Ötən həftə qlobal maliyyə bazarlarında əsas diqqət ABŞ-da inflyasiya və pərakəndə satış göstəricilərinə, Avrozonada inflyasiya məlumatlarına, Böyük Britaniyada iqtisadi artım tempinə, eləcə də ABŞ–İran qarşıdurmasının yenidən kəskinləşməsi fonunda enerji bazarlarında yaranan risklərə yönəldi. Həftənin ən mühüm hadisəsi ABŞ-da iyun ayına dair İstehlak Qiymətləri İndeksi (CPI) və İstehsal Qiymətləri İndeksi (PPI) göstəricilərinin açıqlanması oldu. İnflyasiyanın FED-in hədəfindən yüksək qalması faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə saxlanılacağına dair gözləntiləri gücləndirdi. Avrozonada inflyasiya zəifləsə də, ECB ehtiyatlı mövqeyini qorudu. Cari həftə investorların diqqət mərkəzində Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı, Böyük Britaniyada inflyasiya və əmək bazarı göstəriciləri, həmçinin ABŞ, Almaniya, Avrozona və Böyük Britaniya üzrə ilkin PMI biznes aktivliyi indeksləri olacaq. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 17.07.2026 ABŞ-da açıqlanan makroiqtisadi göstəricilərin iqtisadi dayanıqlılığı təsdiqləməsi, Yaxın Şərqdə geosiyasi gərginliyin daha da artması və enerji bazarında tədarük risklərinin güclənməsi fonunda beynəlxalq maliyyə bazarlarında qarışıq dinamika müşahidə olunub. Belə ki, EURUSD valyuta cütlüyü ötən gün ərzində 1.14750 səviyyəsindən 1.14300 səviyyəsinə qədər ucuzlaşıb. Hazırda məzənnə 1.14450 səviyyəsində ticarət olunur. Beynəlxalq birjalarda qızılın bir unsiyasının qiyməti ötən gün 4043$-dan 3970$-a qədər ucuzlaşdıqdan sonra bu gün geosiyasi risklərin təsiri fonunda 4000$-a kimi yüksəlib. "Brent" markalı neftin bir barelinin qiyməti isə Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar və tədarük risklərinin artması nəticəsində 84$ həddinin üzərində möhkəmlənməyə çalışır. Bu gün investorların diqqət mərkəzində Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi olacaq. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 16.07.2026 ABŞ-da açıqlanan yeni makroiqtisadi göstəricilər, FED-in "Bej Kitab" hesabatı və Yaxın Şərqdə davam edən geosiyasi gərginlik beynəlxalq maliyyə bazarlarında qiymət dinamikasına təsir göstərən əsas amillər olub. Belə ki, EURUSD valyuta cütlüyü ötən gün 1.14050 səviyyəsindən 1.14820 səviyyəsinə qədər artım sərgiləyib. Qızılın bir unsiyasının qiyməti ötən gün 4017$-dan 4080$-a qədər bahalaşsa da, sonradan əldə etdiyi qazancın böyük hissəsini itirərək 4025$ səviyyəsinə geriləyib. “Brent” markalı neftin bir barelinin qiyməti isə 86.40$ səviyyəsindən 83.20$-a qədər ucuzlaşdıqdan sonra yenidən 85.90$ səviyyəsinə qədər yüksəlib. FED tərəfindən dərc olunan “Bej Kitab” (Beige Book) hesabatına əsasən, ABŞ-ın 12 iqtisadi dairəsindən 11-də iqtisadi aktivlik yay mövsümünün əvvəlində mülayim templərlə artıb. Bu gün investorların diqqət mərkəzində ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri olacaq. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 15.07.2026 ABŞ-da inflyasiyanın gözləntilərdən daha sürətli zəifləməsi və Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi fonunda beynəlxalq maliyyə bazarlarında fərqli tendensiyalar müşahidə olunub. İnflyasiya göstəricilərinin FED-in gələcək monetar siyasətinə dair gözləntiləri yumşaltması dollar üzərində təzyiq yaradıb. Bununla yanaşı, Yaxın Şərqdə qarşıdurmanın dərinləşməsi neft bazarında tədarükə dair narahatlıqları gücləndirib. Belə ki, EURUSD valyuta cütlüyü 1.13780 səviyyəsindən 1.14620 səviyyəsinə qədər kəskin bahalaşıb. Qızılın bir unsiyasının qiyməti isə 3985$-dan 4103$-a kimi bahalaşsa da, daha sonra 4025$-a qədər ucuzlaşıb. “Brent” markalı neftin qiyməti çərşənbə axşamı günü 87.40$-dan 83.30$-a geriləyib. Bu gün isə qiymət yenidən bahalaşaraq 85.50$-a qədər artıb. Bu gün investorların diqqət mərkəzində ABŞ-da açıqlanacaq İstehsal Qiymətləri İndeksi (PPI) və Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri olacaq. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 14.07.2026 ABŞ və İran arasında yenidən kəskinləşən qarşıdurma fonunda Yaxın Şərqdə geosiyasi risklərin artması nəticəsində dollar beynəlxalq birjalarda dəyər qazandı, qızıl ucuzlaşdı, neftin qiyməti isə kəskin şəkildə bahalaşdı. Belə ki, EURUSD valyuta cütlüyü ötən gün 1.14450 səviyyəsinə qədər yüksəldikdən sonra geriləyərək 1.13770 səviyyəsinə qədər enib. Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, əsas “təhlükəsiz liman” maliyyə aləti olan qızıl dəyər itirməkdə davam etdi. Sarı metalın bir unsiyasının qiyməti 4103$-dan 3985$-a qədər ucuzlaşdı. “Brent” markalı neftin qiyməti 12 iyun 2026-cı il tarixindən bəri ilk dəfə 85.50$-a kimi yüksəlib. Bu arada, Donald Tramp bildirib ki, təhlükəsizlik xərclərinin qarşılanması məqsədilə ABŞ Hörmüz boğazından daşınan bütün yüklərin dəyərinin 20%-i həcmində ödəniş tətbiq etməyi planlaşdırır. Bu gün investorların diqqət mərkəzində ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) göstəricisi olacaq. Xəbərin davamı...

  • 📊🌍 Birjalarda Son Durum - 13.07.2026 Ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) iyun ayı iclasının protokollarına, Yaxın Şərqdə yenidən kəskinləşən geosiyasi gərginliyə, neft bazarında tədarük risklərinin artmasına və mərkəzi bankların monetar siyasətinə yönəldi. Həftənin ikinci yarısında ABŞ və İran arasında qarşıdurmanın yenidən kəskinləşməsi enerji bazarlarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb oldu. Eyni zamanda, FED protokolları faiz dərəcələrinin yüksək səviyyədə daha uzun müddət saxlanıla biləcəyi ilə bağlı gözləntiləri gücləndirdi. FED protokollarının açıqlanmasından sonra bazarın əsas diqqəti ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərinə və ikinci rüb üzrə korporativ maliyyə hesabatlarına yönəlib. Cari həftə investorların diqqəti ilk növbədə ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) və İstehsal Qiymətləri İndeksi (PPI) göstəricilərinə yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 09.07.2026 Ötən gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Federal Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) son iclasına dair protokolların dərc olunması və Yaxın Şərqdə geosiyasi gərginliyin yenidən kəskinləşməsi fonunda qlobal maliyyə bazarlarında riskdən yayınma meyli güclənib. Nəticədə, dollar əsas valyutalar qarşısında zəifləyib, qızılın qiyməti yüksəlib, neft isə bölgədə tədarük risklərinin artması ilə bağlı narahatlıqlar fonunda iyun ayının sonundan bəri ən yüksək səviyyəyə yüksəlib. Qızılın beynəlxalq birjalarda bir unsiyasının dəyəri 4022$-dan 4107$-a qədər yüksəlib. “Brent” markalı neftin isə bir barel üçün qiyməti 22 iyun 2026-cı il tarixindən bəri ilk dəfə 80.35$-a qədər artıb. Son iki gecə ərzində ABŞ İran ərazisinə yenidən hava zərbələri endirib. Buna cavab olaraq İran Silahlı Qüvvələri Qətər, Küveyt və Bəhreyndə yerləşən hərbi obyektlərə raket zərbələri həyata keçirib. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 08.07.2026 ABŞ və İran arasında imzalanmış memoranduma baxmayaraq, Yaxın Şərqdə geosiyasi gərginlik yenidən artıb. Hörmüz boğazında ticarət gəmilərinə hücumlarla bağlı xəbərlər, ardınca isə ABŞ-ın İran ərazisinə və İranın ABŞ-ın bölgədəki hərbi obyektlərinə endirdiyi qarşılıqlı zərbələr bazarlarda riskləri artırıb. Belə ki, EURUSD valyuta cütlüyü ötən gün 1.14470 səviyyəsindən geriləyərək bu gün 1.13980 səviyyəsinə qədər ucuzlaşıb. Hazırda isə məzənnə bir qədər artaraq 1.14200 səviyyəsində ticarət olunur. Beynəlxalq birjalarda qızılın bir unsiyasının qiyməti çərşənbə axşamı günü 4180$-a qədər yüksəldikdən sonra 4092$-a kimi zəifləyib. Hazırda sarı metalın qiyməti 4129$ təşkil edir. “Brent” markalı neftin bir barelinin qiyməti isə 72.20$-dan 76.55$-a kimi kəskin şəkildə bahalaşıb. Bu gün investorların diqqət mərkəzində FED-in Federal Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) son iclasına dair protokolların dərc olunması olacaq. Xəbərin davamı...

  • 📊🌍 Günə Baxış - 07.07.2026 Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda valyuta bazarında məhdud dəyişikliklər müşahidə olunub. Belə ki, EURUSD valyuta cütlüyü 1.14070 səviyyəsindən 1.14470 səviyyəsinə qədər bahalaşıb. Hazırda isə məzənnə bir qədər geriləyərək 1.14280 səviyyəsində ticarət olunur. Qızılın qiyməti isə təzyiq altında qalmaqda davam edir. Sarı metalın bir unsiyasının dəyəri 4202$-dan 4116$-a qədər enib. Bununla yanaşı, Hörmüz boğazında ticarət gəmilərinə raket hücumları ilə bağlı xəbərlər fonunda bazarda təkliflə bağlı risklərin yenidən artması "Brent" markalı neftin bir barelinin qiymətinin 70.80$-dan 72.70$-a qədər yüksəlməsinə səbəb olub. ABŞ Prezidenti Donald Tramp isə bazar ertəsi bildirib ki, Vaşinqton ya Tehranla razılıq əldə edəcək, ya da İranda "işi başa çatdıracaq". Bu gün investorların diqqəti ABŞ-da açıqlanacaq İdxal, İxrac və Ticarət Saldosu göstəricilərinə, eləcə də İngiltərə Bankının (BoE) sədri Endryu Beylinin çıxışına yönələcək. Xəbərin davamı...

  • 📊🌍 Birjalarda Son Durum - 06.07.2026 Ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarına dair statistik göstəricilərə, Avrozonada iqtisadi aktivliyin sabitləşməsinə, Yaxın Şərqdə geosiyasi proseslərə və OPEC+ ölkələrinin hasilat qərarına yönəldi. ABŞ-da gözləntilərdən zəif açıqlanan məşğulluq göstəriciləri FED-in yaxın iclaslarda faiz dərəcələrini artıracağına dair gözləntiləri zəiflədərkən, neft bazarında isə təklifin artacağına dair gözləntilər qiymətlər üzərində təzyiq yaratmağa davam etdi. Enerji bazarında əsas diqqət OPEC+ ölkələrinin növbəti hasilat qərarına yönəldi. Alyans avqust ayından etibarən gündəlik hasilat kvotalarını əlavə 188 min barel artırmaq barədə razılığa gəlib. Cari həftə investorların diqqəti FED-in son iclasına dair protokolların açıqlanmasına yönələcək. Bununla yanaşı, ABŞ-da Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Avrozonada pərakəndə satışlar, Almaniyada sənaye istehsalı göstəriciləri investorların diqqət mərkəzində olacaq. Xəbərin davamı...