tgindex
Le. Hashim

Rəqəmsal marketinq, dünyada baş verən yeniliklər və başqa söhbət 🫶

Последний пост
9 окт. 2024 г.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
und
В каталоге с
14 авг.
Подписчики
695
−1 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
530
20 постов
Вовлечённость
76,3%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Dostlar, a dostlar. Qəşəng xəbərlərlə gəlmişəm. Gəlin vaxt itirmədən başlayaq 🕺 💥 “Tesla'nın yeni Rəqibi: Huawei Luxeed R7” Huawei artıq 36,940 dollar qiyməti ilə yeni Luxeed R7 elektromobilini bazara təqdim etməyə hazırlaşır. Bu elektromobil müasir dizaynı və qabaqcıl texnologiyaları ilə diqqət çəkir. Həmçinin, qiyməti və xüsusiyyətləri ilə Tesla Model Y-a ciddi rəqib olması gözlənilən Luxeed R7, elektromobil dünyasında demək olar ki, iddialı oyunçu olaraq yerini almağa hazırdır. 📽️ Amerikalı youtuber, məşhur məzmun yaradıcısı MrBeast öldükdən sonra kanalında yayımlanması üçün 15 YouTube video çəkdiyini və ölsə belə bunların kanalına pul gətirəcəyini açıqlayıb. Həyatda necə maraqlı adamlar, söhbətlər vare 😅 👓 Texnologiya dünyasındakı eynək yenilikləri davam edir Yaxın günlərdə Facebook-un ana şirkəti Meta tərəfindən Orion AR Glasses təqdim olunub. Bu artırılmış reallıq (AR) texnologiyasına əsaslanan geyinilə bilən cihaz, istifadəçilərə real dünya ilə virtual obyektləri birləşdirərək interaktiv təcrübə yaşamağa imkan verir. Orion eynəkləri əsasən iş mühiti, oyunlar və real vaxt məlumat görüntüləməsi üçün nəzərdə tutulub. Bu gedişlə yaxın günlərdə optik mağazalarda da fərqli şeylər görəcəyik. 💰 Mark Zuckerberg 2012-ci ildə Instagram-ı $1 milyarda satın almışdı. Hal-hazırda isə Instagram-ın illik gəliri $70 milyardı ötüb keçib. Vizyon, əmək, davamiyyət və zaman bir araya gələndə qəşəng işlər olur. 💸 Dünyanın ən zəngin qadın müğənnisi kimdir? Taylor Swift Eras turunun böyük uğuru sayəsində Rihanna-nı keçərək dünyanın ən zəngin qadın musiqiçisi olub. Onun sərvətinə təxminən qastrol səfərlərindən və qonorardan gələn 600 milyon dollar və 125 milyon dollar daşınmaz əmlak daxildir. Forbes-in məlumatına görə, Taylor Swift-in sərvəti hazırda 1,6 milyard dollardan çoxdur. Həmçinin, Taylor Time jurnalında “İlin Adamı”, “İnsanlar üçün Ən Maraqlı Adam” olaraq seçilib və Forbes tərəfindən 2023-cü ildə "Media və Əyləncənin Ən Güclü Qadını" siyahısına salınıb. 🎁 Ötən günlərdə Meta-nın qurucusu olan Mark Zuckerberg həyat yoldaşına xüsusi dizayn edilmiş Porsche Cayenne Turbo GT minivan hədiyyə edib. Bu isə qısa zamanda viral oldu. Çox güman əməkdaşlıqdır. 👀 Deyirlər ki, Nardaran Abşeronun Las-Vegasına çevriləcək. Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibədə Bakıda kazino açmaq istədiyini bildirib. O həmçinin: “Əgər alınsa, bu SeaBreeze layihəsini bütünlüklə tamamlanmış edəcək və Abşeronun “Las-Vegası”na çevrilməsində ayrılmaz hissə olacaq”. deyib. Bu arada, Emin Teleqramın qurucusu Pavel Durovla bağlı da danışıb və deyib ki, o bir neçə gün SeaBreeze-də qalıb.

  • Axşamınız xeyir, dostlar. Günün məlumatları bomba kimidir, çünki dünyada maraqlı şeylər baş verib. Aşağıda sizinlə bölüşürəm 🫶 👀 Elon Musk X platformasında (köhnə Twitter) Yenilik Edib Kimsə bizi narahat edəndə onu blok edib rahat nəfəs ala bilərik, yo? Elon deyir ki, yo 😅 X platformasındakı bloklama funksiyasına dəyişiklik edilib. Artıq hər hansısa hesabı blokladığımız zaman bloklanan istifadəçi bizim açıq paylaşmalarınızı görməyə davam edəcək. Elə bil ki, qapını bağlayırıq, pəncərədən baxırlar. Elon da maraqlı adamdır. 😴 Yuxularımızı Təkrar-Təkrar İzləyə Biləcəyik Yapon alimləri və tətqiqatçıları insan yuxularını qeyd edən və təkrarlayan MRT cihazı yaradıblar. Cihaz bizim necə yuxular gördüyümüzü anlamağa kömək edəcək çevriliş yarada biləcək yenilikdir. Xüsusi ilə bu cihaz psixi sağlamlığımızı və yaradıcılığımızı başa düşməyimizə kömək edə bilər. Həmçinin, fərqli müalicə metodları və inkişaf etməyin yollarını tapmağa kömək edə biləcəyi bildirilir. ✨ Dünyanın Ən Varlı Qadını: Fransua Meyers L'Oreal şirkətinin varisi Fransua Bettencourt Meyers Alice Walton-u keçərək dünyanın ən varlı qadını olub. Bu dəyişikliyə səbəb isə səhmlərindəki yüksəlmədir. 🚗 Gələcəyin Avtomobili – Sürücüsüz Tesla Robotaksi Tesla uzun müddətdir üzərində işlədiyi Robotaksi modelini 10 oktyabrda təqdim edəcəyini açıqlayıb. Bu model avtomatlaşdırılmış sürücülük texnologiyası ilə təchiz olunub və sürücünün müdaxiləsinə ehtiyac olmadan, öz-özünə hərəkət edə biləcək. Yenilikçi və dəli addımları ilə gündəm olan Tesla bu modeliylə də gələcəyin nəqliyyat sisteminə yenilik gətirəcəyini iddia edir. Təsəvvür edin, Azərbaycana Robotaksi gəlir və dil açıb deyir ki, “nağd yoxundu?” 😅 💻 Huawei Kompüterlərində Öz Əməliyyat Sistemini İstifadə Edəcək Yeni nəsil Huawei kompüterlərində artıq Windows əvəzinə şirkətin özünün hazırladığı HarmonyOS əməliyyat sistemi istifadə ediləcək. Bu addım Huawei-nin proqram təminatında müstəqillik istiqamətində atdığı mühüm yenilik hesab edilir. Görək bu böyük bazarda nələr dəyişir. 💰 Markın Sərvəti İlk Dəfə 200 Milyard Dolları Ötüb Mark Zuckerberqin Metaverse üçün yatırım etməsi əvvəlcə 100 milyard dollar itirməyinə səbəb olmuşdu. İndi isə bu addımın əslində uğurlu olduğunu göstərən nəticəyə gətirib. Meta-nın rekord yüksək səhm qiymətləri Zuckın sərvətini ilk dəfə 200 milyard dollardan yuxarı qaldırıb. Bu yüksəliş isə onu Bloomberg Milyarderlər İndeksində dünyanın dördüncü ən zəngin şəxsi edib. Metaverse strategiyası ilə bağlı tənqidlərə baxmayaraq, Mark böyük dönüş yaratmağa nail olub (Bax ona görə də deyilir ki, risk etmədən böyük pullar qazanmaq çətin söhbətdir)

  • Axşamınız xeyir, dostlar. Bu dəfə bomba xəbərlərlə gəlmişəm 🕺 🤫 Teleqram gizliliyi qoruyan tətbiqdir və bu çox adamın xoşuna gəlmir. Ucdan-uca şifrələmə ilə mesajlaşma və bir çox funksiyanı insanlara əlçatan edən Teleqram tətbiqinin qurucusu Rusiyada doğulan, VKontakte sosial şəbəkə saytının da yaradıcısı olan Pavel Durovdur. 39 yaşı olan filologiya məzunu Pavel inanır ki, gizlilik insan haqqıdır və onu qorumaq vacibdir. Ona görə də Teleqramı quran gündən mesajlaşmaların üçüncü şəxsə, dövlətlərə çatmaması üçün əlindən gələni edir. Təbii ki, başda Rusiya olmaqla bu gizlilik bir çox dövlətlərin xoşuna gəlmir. Təzəlikcə bunu sübut edən hadisə də yaşanıb. Pavel 25 avqust Azərbaycandan (maraqlı söhbətdir) Fransaya gedəndə elə Parisə çatan kimi həbs edilib. Həbs olunma səbəbi isə Teleqramın gizliliyi qorumasıdır. Daha dəqiq desəm, Teleqramın gizlililiyi qorumasından istifadə edərək burada yaradılan cinsəl istismara, insan alverinə və bu kimi qanunsuzluqlara xidmət etməsi göstərilir. 29 Avqust şərtli olaraq azadlığa buraxılıb. 5 milyon avro girov ödəyən Pavolun ölkədən çıxmasına da qadağa qoyulub. Bu arada, illər əvvəl Black Mirror serialının bir bölümündə Pavolla bağlı(onun olduğu mesajı verilirdi) kadrlar yer alırdı. Maraqlıdır, görək nələr olur. 🚀 Yığışaq Marsa gedək – Elon yaman vədlər verir Elon Musk X hesabından etdiyi açıqlamada SpaceX-in Starship mərkəzli Mars layihəsinin detalları haqqında məlumat verib. Deyir ki, 2026-cı ilə qədər Marsa 5 Starship roketi göndərəcəyik. Bu isə gələcəkdə etməyi planladığı Marsa insanlı səfərləri reallaşdırmaq məqsədi daşıyır və təbii ki, kosmik tədqiqatlar üçün mühüm addım sayılır. 🎧 Beyin siqnallarını oxuya bilən qulaqlıq - Neurable MW75 Neuro Yaxın günlərdə beyin siqnallarını oxuya bilən simsiz qulaqlıq modeli Neurable MW75 Neuro təqdim edilib. Belə ki, bu cihaz istifadəçilərə koqnitiv sağlamlıqları barədə dərin məlumat verməklə yanaşı, tükənmişliyi idarə etməyə və gündəlik performanslarını yaxşılaşdırmağa kömək edir. Həmçinin, Neurable MW75 Neuro beynin fəaliyyətini izləyərək istifadəçilərə daha yaxşı fokuslanma və məhsuldarlıq imkanları təqdim edir. Bu yenilik koqnitiv sağlamlıq sahəsində də əhəmiyyətli irəliləyiş hesab edilir. Dünya texnologiyanın inkişafı və hər yerə tətbiq edilməsi ilə daha maraqlı yer olur. 📱 iPhone 16 almaq istəyənlərə bir yaxşı, bir pis xəbərim var Son illər istehsal olunan bütün iPhone modellərində gecə çəkilişləri zamanı yaranan işıq əks olunması problemi deyilənə görə iPhone 16 modellərində də həll edilməyib (bu pis xəbər idi). Buna baxmayaraq mən iPhone 16-nın ölkədə rəsmi satışa gəlməyini gözləyirəm. Bu arada, satış rəsmi mağazalarda 4 oktyabrdan başlayacaq (bu isə yaxşı xəbərdir 😅) 🌐 Meta AI Voice: Süni İntellekt Bazarında Yeni Rəqib Meta şirkəti səsli süni intellekt texnologiyası sahəsində yenilik edərək Meta AI Voice-u təqdim edib. Bu texnologiya insan səsinə yaxın cavabları ilə tanınan ChatGPT-nin səsli rejiminə ciddi rəqib kimi çıxış edir. Həmçinin, Meta AI Voice müxtəlif dillərdə dəstək verərək istifadəçilərə daha təbii və dinamik ünsiyyət imkanı yaradır. Yaxın vaxtlarda WhatsApp və İnstaqrama adaptasiya edilməsi gözlənilən bu süni intellekt aləti işimizi xeyli asanlaşdıracaq. Səsli olaraq istədiyimiz əmrləri (bunu sil, bura rəng ver, əlavələr et və.s) bildirərək onun düzəltməsinə nail olacağıq. Bununla yanaşı, gələn yeniliklərlə mesajlara avtomotik amma insan kimi cavab verməsi mümkün olacaq. Yəni, Meta AI bir növ sosial mediadakı assistentimiz olacaq. 😎 Ümumilikdə dünən Meta Connect-də maraqlı yeniliklər danışılıb. Bunlardan biri də uzun müddətdir üzərində işlədikləri Orion eynəkləridir. Texnologiya və süni intellekt dünyasında yeni cığır açması gözlənilən bu eynəklər hələ dəqiq olaraq nə vaxt satışa çıxarılacaq bilinmir. Ancaq görünən odur ki, yaxın illərdə fərqli eynəklərimiz olacaq.

  • Salam, dostlar. Axşamınız xeyir. Ümid edirəm ki, yaxşısınız və yeni iş həftəsinin ilk gününü çox gözəl başa vurmusunuz. Günün məlumatları hazırdır, odur ki, aşağıda sizinlə bölüşürəm🕺🏻 ✨ WhatsApp söhbətlərinə İnstaqramda olduğu kimi divar kağızı temaları gəlir. Lakin Instaqramdan fərqli olaraq, seçilmiş divar kağızı temaları qarşı tərəfdə görünməyəcək. 👀 Elon Musk indi də Starlink Peykləri ilə əlaqə qura biləcək smartfonla Apple-a rəqib olur. Vizyonu və iddiası ilə seçilən Amerikalı milyarder Elon Musk indi də smartfon dünyasına girməyə hazırlaşır. Elon yeni telefonun sadəcə smartfon deyil, həmçinin insanların azadlığını müdafiə edən cihaz olacağını vurğulayır. Əlavə olaraq, Tesla Telefonu Starlink peykləri ilə əlaqə qurma və düşüncə gücü ilə idarəetmə kimi xüsusiyyətləri ilə diqqət çəkib. Rəsmi buraxılış tarixi hələ müəyyən olunmasa da, cihazın 2024-cü ilin sonunda və ya 2025-ci ilin əvvəlində təqdim ediləcəyi gözlənilir. 📱 iOS 18-in yeniliklərindən biri də fotolarla bağlıdır Apple iOS 18 yeniləməsi ilə Şəkillər bölməsinə bir çox faydalı yeniliklər gəlib. Artıq foto bölməsinə ekran görüntüləri olmadan baxa biləcəyik. Həmçinin, yenilənmədən sonra iphone-ların foto bölməsi sənədlər, qəbzlər, əl yazısı və QR kodları kimi yeni məzmun növlərini dəstəkləyir və fotoşəkillər üçün uyğun divar kağızları təklif edir. Bununla yanaşı, artıq çox asan qaydada, heç bir əlavə tətbiqə ethiyac olmadan video sürətinə nəzarət etmək – yavaşlatmaq mümkündür. 🌍 Alimlər Yer kürəsinin Saturnun halqa sisteminə bənzər halqa sisteminə malik ola biləcəyini göstərən sübutlar aşkar ediblər. Bildirilən məlumata görə bu halqa sistemi 466 milyon il əvvəl böyük bir asteroidin təsiri nəticəsində yaranıb. Maraqlıdır. 💥 Norveç Elektrik Avtomobilləri ilə Rekord Qırıb! Norveç dünyada benzinli avtomobillərdən daha çox elektrik avtomobili olan ilk ölkədir. 👉 Hazırda ölkədə 2.8 milyon nəqliyyat vasitəsi var. Onlar aşağıdakı formada bölünüblər: -754,000 tam elektrik -753,000 benzin -366,000 hibrid Növbəti hədəf dizel avtomobillərini keçməkdir. Bunların sayı isə ölkədə təxminən bir milyondur. Əgər vəziyyət belə davam edərsə, elektrik avtomobilləri 2026-cı ilə qədər dizel avtomobillərini keçməyi bacara bilər.

  • Salam, dostlar. Axşamınız xeyir. Ümid edirəm ki, yaxşısınız və həftənin son iş gününü qəşəng tamamlamısınız. Günün məlumatları hazırdır və aşağıda sizinlə paylaşıram 🕺🏻 🌬️ Alef dünyanın ilk tam elektrikli uçan avtomobillərindən birini təqdim etməyə hazırlaşır! Öncədən 3200-dən çox sifariş toplayan şirkət, bu inqilabi nəqliyyat vasitəsinin 2025-ci ilin sonunda istehsalına başlamağı planlaşdırır. Bilmək olmaz, bəlkə də yaxın gələcəkdə səmalarda tıxac yaranacaq. Ən azından Bakıda belə olar, yo? 🪄 “Sənədlərimizi AI ilə Podkasta çevirə bilərik” Google-un süni intellekt aləti olan "NotebookLM" sənədləri istədiyimiz formada təşkil etməyə və AI ilə qarşılıqlı əlaqədə olmağa kömək edir. 2023-cü ilin iyulunda istifadəyə verilən bu alət tədqiqatçılar, tələbələr və müəllimlər arasında populyardır. Yeni 'Audio Baxışlar' xüsusiyyəti ilə sənədləri podkast tipli söhbətlərə çevirə və interaktiv öyrənmə təcrübəsi təqdim edə bilir. İstifadəsi isə çox sadədir: Sadəcə Google hesabınıza daxil olun, sənədinizi yükləyin və 'Audio Baxış' bölməsindən podkast hissəsini seçin. Bu arada, "NotebookLM" ödənişsizdir. 👀 YouTube-da artıq videonu pauza edəndə də reklamlar görünəcək. Bu yenilik platformanın reklam gəlirlərini artırmaq məqsədi daşıyır. 🫣 "Təsəvvür edin söhbəti ChatGPT başladır və sizdən necə olduğunuzu soruşur" Reddit-də bir istifadəçi ChatGPT-nin ona əmr verilmədən ilk mesajı göndərdiyini iddia edib. Bot istifadəçidən liseydəki ilk həftəsinin necə keçdiyini soruşub. Dialoq belə olub: ChatGPT: "Orta məktəbdə ilk həftəniz necə keçdi? Öyrəşə bilmisiniz?" İstifadəçi: "Əvvəlcə sən mənə mesaj göndərdin?" ChatGPT: "Bəli. Mən sadəcə orta məktəbdə oxuduğunuz ilk həftənin necə keçdiyini yoxlamaq istədim. Söhbətə başlamaq istəsəniz, mənə bildirin!” Bu hadisə doğrudursa, maraqlı söhbətdir. Həm süni intellektin diqqətini, individual yanaşmasını göstərir, həm də insanı yüngülvari qorxudur, yo? 😅

  • Çin artıq sürücüsüz avtobuslardan istifadə edir. Bəlli yollarda və şəhərlərdə az sürətlə hərəkət edən bu avtobusların gələn ilin sonuna qədər artırılması planlanılır. Nə düşünürsünüz, bizdə olsa istifadə edərdiniz? 😅

  • Bir müddətlik fasilədən sonra həm kanala, həm ölkəyə qayıtdım 🕺 Odur ki, son günlərin maraqlı məlumatlarını sizinlə aşağıda bölüşürəm 👇 🎉 "Amazon Endirimləri – Prime Day 2024" 10-11 oktyabr tarixlərində Amazon-un illik endirim kampaniyası olan "Prime Day 2024" keçiriləcək. Bakı vaxtı ilə 00:00-da başlayacaq iki günlük kampaniyada texnologiya, məişət texnikası, geyim və aksesuarlar kimi müxtəlif kateqoriyalarda böyük endirimlər olacaq. Endirimdən yararlana və ehtiyacınız olan şeyləri əldə edə bilərsiniz. 🤯 Meta (Facebook) şirkəti cərmələnib. Avropa İttifaqı Meta-nı (Facebook) 13,5 milyard dollar cərmələyib. Səbəb isə rəqəmsal qanunvericiliyi pozmasıdır. 🤖 "Yusuf Dikeçin Duruşunu təkrarlayan robot hazırlanıb" Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan Yusuf Dikeçin duruşunu təkrarlayan iki robot hazırlanıb. Hazırlayan şəxs isə türk mühərrik ustası Murat Çetindir. Maraqlısı odur ki, 51 yaşlı ustanın bu robotları hazırlaması 13 gün çəkib. 📱 Xiomi brendi Apple-ı keçərək dünyanın ikinci ən böyük smatfon brendi olub. Maraqlı söhbətdir. 🔒 "Instagramda yeniyetmələr üçün yeniliklər var." Yaxın günlərdə instaqram yeniyetmələrin təhlükəsizliyini artırmaq üçün "Yeniyetmə Hesabları" xüsusiyyətini təqdim edib. Bu xüsusiyyət yeniyetmə istifadəçilərin hesablarını avtomatik qoruma sistemləri ilə təchiz edir. Həmçinin, valideyn nəzarəti funksiyalarını yeniləyir. Şirkət mövcud və yeni hesabları bu kateqoriyaya daxil etməyə başlayıb və gənc istifadəçilərin onlayn mühitdə təhlükəsizliyini gücləndirməyi hədəfləyir. 💥 Çin 5G baza stansiyalarının sayına görə dünya lideridir. Onu izləyən ölkələr isə belədir – Avropa, Koreya, Amerika, Yaponiya. Çin və digər ölkələr arasındakı fərq isə əməlli başlı çoxdur. Çinin texnologiya və iqtisadiyyat sahəsindəki inkişafı isə sadəcə dəhşətdir. 🫣 "Süni İntellekt IQ testində insanlarla yarışır" OpenAI-nin yeni 'o1' modeli "Norveç Mensa" IQ testində təxminən 120 bal toplayaraq süni intellektin orta insan IQ-nu keçdiyini göstərib. 35 sualdan 25-nə düzgün cavab verən model, məntiqi və vizual tapmacaları uğurla həll edib. Bu süni intellektin inkişafında əhəmiyyətli addım hesab olunur və rəsmi təsdiqlənərsə, AGI istiqamətində mühüm bir mərhələ olacaq. ChatGPT Plus üzvləri artıq bu modeli sınaya bilər.

  • Dostlar, salam. Ümid edirəm ki, yaxşısınız və işləriniz qaydasındadır. Aşağıda son günlərin texnologiya, sosial media və ordan-burdan yenilikləri bölüşürəm 🕺 📱İPhone 16 gəlir! Təqdimat 9 sentyabr olacaq. Görək Apple bu dəfə nə yenilik edəcək. Deyilənə görə iPhone Pro və Pro Max-ın ekranı daha böyük olacaq. Həmçinin, rənglərdə də yenilik var. Əvvəllər olduğu kimi bürc rəngli iPhone-ları təkrar görəcəyik. iPhone 15-dəki Fəaliyyət düyməsinin isə bütün modellərə daxil edilməsi gözlənilir. Ən gözlənilən isə yeni iPhone-ların süni intellekt xüsusiyyətləridir (Apple Intelligence). Yeniliklər sadəcə iPhone-la limitlənməyəcək, Apple Watch və AirPods da gələcək. 😯Zoom-a artıq eyni anda 1 milyon insan qoşula biləcək. Əvvəl bu say 100 min ilə limitliydi, idi indi isə 1 milyon olub. Rəqəm kifayət qədər böyüyüb. Bu yenilik sayəsində istifadəçilər artıq 10 min, 50 min, 100 min, 250 min, 500 min və 1 milyon iştirakçı tutumu olan vebinarlardan birini seçə biləcəklər. Yəni, əslində çox böyük tədbirlər bu formada da keçirilə bilər. Ancaq hələ də bəzi şeylərin ənənəvi qaydada edilməsinin daha çox təsir gücü olduğuna inanırıq (və bəzən belə də olur). Nəysə ki, böyük tədbirlər keçirəcək olsanız, Zoom-un təklifini xatırlayın.  🤔Süni intellekt xəstəlikləri tapmağa kömək edir? ChatGPT və başqa süni intellektlər üzərində edilən testlərdən görünür ki, ətraflı danışıqla müəyyən xəstəliklərə diaqnoz qoya bilir (bunu da gərək həkim edə). Ancaq təzə söhbət var. İndi sırf bunun üçün işləyən, yəni xəstəliklərə diaqnoz qoyan süni intellektin üzərində işləyirlər. Hər gün hər kəsə təkrar-təkrar demək istəyirəm ki, süni intellektlə işləməyi öyrənmək lazımdır. Çox sürətli formada irəliləyir və böyüyür. Odur ki, başını boş buraxmaq olmaz. 👀Naməlum şəxslərdən gələn mesaja həll təklif edilib. WhatsApp naməlum şəxslərdən gələn spam mesajları avtomatik bloklamaq üçün yeni xüsusiyyət təqdim edəcək. Bu xüsusiyyət kontaktlarınızda olmayan şəxslərin mesajlarını avtomatik tanıyacaq və bloklamaq üçün seçim verəcək. Gözlənilən isə yeniliyin spam mesajların qarşısını alması və tətbiqin daha yaxşıya doğru irəliləməsidir. Deyilənə görə yenilik tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

  • Dostlar, salam. Ümid edirəm ki, yaxşısınız. Qrupda aktivliyin az olduğunu görəndən sonra qərar verdim ki, arada fasilələr verək və maraqlı məlumatlarla gələk. Hazırdır! 🕺 😍Instagram və WhatsApp daha da doğmalaşır (profillər bir arada olacaq) WhatsApp profillərini instaqrama qoşmaq olacaq. Hazırda test edilən bu yeniliyin məqsədi daha sürətli əlaqə qurmaqdır. Görünən odur ki, xüsusi ilə biznes hesablar üçün faydalı olacaq. Görək nə vaxt aktivləşəcək. 📊Google-da avtomatik cədvəl yaratmaq olacaq Google E-Tablolar üçün avtomatik cədvəllər yarada biləcək funksiyasının üzərində işləyir. Yeni alət cədvəllərin daha sürətli hazırlanmasını təmin edəcək. Deyilənə görə artıq sentyabr ayında bütün istifadəçilər üçün əlçatan olacaq.  🎯Google Xəritələr ağıllı saatlarda internetsiz istifadə edilə biləcək Google Wear OS əməliyyat sistemi ilə işləyən ağıllı saatlar üçün yeni xüsusiyyət təqdim edəcək. İndi Google Xəritələr internetə qoşulu olmadan da istifadə edilə biləcək. İstifadəçilər istədikləri bölgələrin xəritələrini əvvəlcədən yükləyərək (maps.me-də olduğu kimi), internet olmadan da bu xəritələrdən istifadə edə, naviqasiyanı işlədə biləcəklər. Bu xüsusiyyət Google Xəritələrin son versiyası ilə birlikdə bütün Wear OS saatlarında istifadəyə veriləcək. 📸“Sən dur, mən çəkərəm” fədakarlığına da süni intellek həll gətirir  Google fotolarda kənarda qalan o şəxsin xətrinə yenilik etdi. Google Pixel 9 telefonlarına “məni də əlavə et” funksiyasını gətirib. Deməli, birinci bir nəfər, sonra başqa insan fotonu çəkəcək və daha sonra çox əziyyət çəkmədən, bir toxunuşla fotoları birləşdirmək mümkün olacaq. Teleqram kanalındakı yazılar sonacan oxuyan və marağını reaksiyalarla göstərən hər kəsə təşəkkür edirəm 🫶

  • Salam, a dostlar. Ümid edirəm ki, yaxşısınız və işləriniz qaydasındadır 🕺 Günün məlumatları hazırdır, aşağıda sizinlə bölüşürəm 👍🏻Google Mesajlarda Süni İntellektə Nəzarət: Gemini AI-ı deaktiv etmək imkanı Google mesajlar tətbiqi indi istifadəçilərə Gemini AI-nı deaktiv etmək imkanı təqdim edir. Beləliklə, süni intellektin mesajlarınızdan uzaq durmasını təmin edə bilərsiniz. Bu yeni funksiyanı aktivləşdirmək və ya deaktiv etmək çox sadədir. Sadəcə Parametrlər bölməsinə gedib "Mesajlarda Gemini" seçiminə klikləyin və "Gemini-ni göstər" düyməsini seçin. Google-un bu addımı süni intellektə dair məxfilik qayğıları olan və ya həyatlarının hər sahəsinə müdaxilə etməsini istəməyən istifadəçilər üçün əhəmiyyətli addım kimi dəyərləndirilir. Beləliklə, istifadəçilər texnologiyanın hər zaman diqqət mərkəzində olmadığı və hər şey nisbətən daha şəxsi qaldığı mesajlaşma təcrübəsi yaşaya bilərlər. 🖥️32 düyümlük ekran gəlir? Apple bu il daha böyük iMac modelini təqdim edə bilər. Şirkət, 27 düymlük iMac-in istehsalını iki il əvvəl dayandırsa da, yeni bir model üzərində işləyir. Məlumata görə, bu iMac modeli 32 düymlük ekranla və M4 prosessorla gələ bilər. Cihazın bu il təqdim olunma ehtimalı az olsa da, dəyişiklik yarana və hər şey ola bilər. Bununla bağlı payızda daha çox məlumat əldə etmək mümkün ola bilər.  📲Android üçün “Passkeys” xüsusiyyəti istifadəyə verildi. X (Twitter) platformunun Android versiyasına "Passkeys" xüsusiyyəti əlavə edildi. Bu yeni xüsusiyyət sayəsində istifadəçilər artıq parol yazmadan, daha təhlükəsiz və asan bir şəkildə hesablarına daxil ola biləcəklər. "Passkeys", əvvəlcə iOS istifadəçiləri üçün təqdim olunmuşdu və bu xüsusiyyəti aktivləşdirən istifadəçilər hesablarının təhlükəsizliyini artırmış olurlar. İndi isə bu xüsusiyyət Android istifadəçiləri üçün də əlçatan oldu, beləliklə hesab girişləri daha sürətli və təhlükəsiz şəkildə həyata keçiriləcək. 😯Apple-ın yeni süni intellektində təhlükəsizlik pozuntusu aşkarlandı. Apple-nın yeni süni intellekti Apple Intelligence-da kritik bir təhlükəsizlik boşluğu aşkarlandı. Kibertəhlükəsizlik mütəxəssisi Evan Zhou, bir neçə sətrlik kod əlavə edərək süni intellektin əvvəlki tapşırıqları nəzərə almamasını və gözlənilməz cavablar verməsini təmin edib. Bu boşluq pis niyyətli şəxslər tərəfindən istifadə edilərək istifadəçi məlumatlarının sızmasına səbəb ola bilər. Apple hələ bu mövzuda açıqlama verməyib. Bu cür təhlükəsizlik problemləri, süni intellekt texnologiyasının yayılması ilə daha da əhəmiyyət qazanır.

  • Salam, dostlar. Axşamınız xeyir. Ümid edirəm ki, sizdə hər şey yaxşıdır və işləriniz qaydasındadır. Sabah uzun müddətdir getmək istədiyim, mənə maraqlı olan ölkələrdən, şəhərlərdən birinə gedəcəm. Ona görə də bu gün bir az həyacanlıyam 🙄  Belə səyahətlə bağlı xatirələri, görüb öyrəndiklərimi, müşahidələri instaqram “story”lərdə və kanalımda paylaşıram. Əgər sizə maraqlı olarsa, aşağıda link qoyacam, ora keçid edə bilərsiniz 🫶  İndi sizə sözü çox uzatmadan keçim günün məlumatlarına 🕺 ⏳İnstaqrama yenilik gəlir. Hamımız köhnə söhbətə qayıdacağıq! Facebook-un “On This Day” funksiyası instaqramda özünü "Throwback Feed" kimi göstərəcək. İnstaqram keçmiş paylaşımlarımızı xronoloji ardıcıllıqla yenidən görməyə imkan verən "Throwback Feed" funksiyasını sınaqdan keçirir. Bu funksiya Facebook-dakı ötən ilin bu günü nə oldu xatırlatmasına oxşayacaq. Hələ test mərhələsində olan bu yenilik bizi instaqramdakı ötən günlərə qayıtmağa, xatirələrə yada salmağa təşviq etməyi hədəfləyir. Yeniliyin nə vaxt hər kəs üçün əlçatan olacağı ilə yaxın günlərdə məlumat veriləcək. Biz də sizinlə bölüşəcəyik.  🤖Google, Gemini AI-nın Yeni Özəlliklərini Tanıtdı: Gələcək Yeniliklər Google, Gemini AI-nın yeni xüsusiyyətlərini təqdim edib. Gemini AI, Android 15 ilə birlikdə daha ağıllı və təhlükəsiz telefon təcrübələri təqdim edəcək. Yeni süni intellekt danışıq və məqsədləri başa düşə bilər. Həmçinin, şəxsi məlumatlardan daha effektiv istifadə edəcək. Gemini AI, hazırda 200-dən çox ölkədə mövcuddur, amma konkret olaraq hansı ölkələrdə istifadə olunduğu haqqında ətraflı məlumat verilməyib. 🫣ABŞ Google-ı Parçalamağı Düşünür: Android və Chrome Satıla bilər! ABŞ hökuməti Google-u "monopoliya" olaraq qiymətləndirir və şirkəti parçalamağı müzakirə edir. Keçən həftə Google qanunsuz olaraq axtarış bazarını ələ keçirməkdə ittiham olunmuşdu. Hökumət Google-a qarşı mümkün cəzalar arasında Android və Chrome-u satmağı da nəzərdən keçirir. Görək necə olur. 🛍️Online satış platformalarının dövrü! Trendyol, Temu, indi də Rusiyanın Ozon alış-veriş platforması Azərbaycan bazarına daxil olub. Azərbaycan da dayanmayıb, My Market adlı satış platformasını insanlara açıq elan edib. Görək bu bazarın axrı nə olacaq. İnstaqram kanalım: https://www.instagram.com/channel/

  • Dostlar, salam. Axşamınız xeyir. Ümid edirəm ki, yaxşısınız və işləriniz qaydasındadır. Günün məlumatları hazırdır, aşağıda sizinlə bölüşürəm 🕺 ☀️TikTok-da yeni dövr: 32 Nəfərlik Qrup Söhbətləri və Stikerlər. TikTok istifadəçilərinin daha sıx və çox ünsiyyət qura bilməsi üçün yeni alətlər təqdim edib. Artıq platformada 32 nəfərə qədər qrup söhbətləri yaratmaq mümkündür. Bununla yanaşı, istifadəçilər mesajlarında xüsusi stikerlərdən də istifadə edə biləcəklər. Bu yeniliklər yalnız 16 yaş və yuxarı olanlar üçün keçərlidir. TikTok yeni funksiyasıyla istifadəçilərə daha dinamik və maraqlı bir təcrübə yaşatmağı planlayır. Görünən odur ki, bu funksiya ilə yenə diqqət çəkəcək. Son yeniləmə ilə birlikdə TikTok istifadəçiləri qrup söhbətlərində anlıq qarşılıqlı əlaqə qura biləcəklər.  🤖Stomatoloqlara bəd xəbər! Süni intellektlə idarə olunan robot-stomatoloqlar insan üzərində dünyada ilk müalicəsini uğurla həyata keçirib. Robot tam sərbəst dişləri özü təmizləyir və başqa da bəzi işləri yerinə yetirir. Şirkət nümayəndələrinin sözlərinə görə, robot dəqiq, ağrısız və insandan (stomotoloqdan) 8 dəfə sürətli işləyir.  Robot-stomatoloqun inkişafı üçün Perceptive şirkəti $30 milyon investisiya toplaya bilib. 😯Opera One Brauzeri iPhone-da. Yüz il öncə istifadə etdiyimiz məşhur Opera (veb səhifələrini görüntüləmək üçün istifadə olunan bir internet brauzer) iPhone üçün yeni Opera One brauzerini təqdim edib. Bu brauzer, süni intellekt dəstəyi ilə daha sürətli və istifadəçi yönümlü  təcrübə təklif edir. Yeni xüsusiyyətlər arasında dinamik axtarış çubuğu, asan axtarış funksiyası, canlı xəbərlər və idman hesablarını təqdim edən kartlar var. Opera One, Aria adlı ödənişsiz süni intellekt köməkçisi ilə istifadəçilərin işini asanlaşdırmağı və daha çox süni intellekt xidmətlərinə çıxış imkanı tanımağı vəd edir. 🔋Realme yeni 320W sürətli şarj texnologiyasını təqdim edir. Çinli texnologiya şirkəti realme 14 avqustda telefonlar üçün yeni sürətli şarj texnologiyasını təqdim edəcək. Bu texnologiya 320W gücündədir və bir batareyanı yalnız 4 dəqiqə ərzində tam doldura bilir. Ancaq bu sürət, batareyaların tutumunun nisbətən kiçik olması ilə əlaqədardır. Yəni, bu qədər sürətli doldurulacaq batareyaların enerjisi digər batareyalar qədər uzun müddət istifadə etməyə imkan verməyəcək. Bu vəziyyət, istifadəçiləri "Kiçik batareya və çox sürətli şarj, yoxsa böyük batareya və daha uzun şarj müddəti?" sualı ilə qarşı qarşıya qoyur. Yəni, sürətmi, yoxsa batareyanın uzun ömürlü olması daha önəmlidir? 💣Google Drive-da Bomba Xüsusiyyət: Videolar üçün avtomatik altyazılar yaradılacaq Google Drive-ın yeni funksiyası çox sadə işləmə mexanizminə sahib olacaq və istifadəçiləri qabağa salacaq. Artıq Diskə yüklənmiş videonun redaktə düymələri arasında olan "Altyazı treklərini idarə et" seçiminə toxunmaqla asanlıqla avtomatik altyazı  yarada biləcəyik. Görək yenilik nə vaxt gəlir və azərbaycan dilini dəstəkləyirmi.

  • Dostlar, salam. Axşamınız xeyir. Ümid edirəm ki, yaxşısınız və yeni iş həftəsinin ilk gününü yaxşı başa vurmusunuz 🕺 Yatmamışdan öncə günün məlumatlarını oxumaq istəyənlərlə yenilikləri aşağıda bölüşürəm 🫶 🤖iPhone-larda süni intellektin nə vaxt ödənişli olacağı məlum olub. Apple-ın iPhone-lara gətirəcəyi süni intellekt funksiyalarının ödənişli olacağı barədə məlumatlar var. Mark Gurman-ın (texnologiya jurnalisti) paylaşdığı məlumata görə, Apple bu xüsusiyyətləri iOS 18 ilə təqdim edəcək və əvvəlcə pulsuz olacaq. Lakin, gələcəkdə bəziləri ödənişli ola və ayda 20 dollara başa gələ bilər. Gurman-a görə, bu ən azı 2027-ci ilə qədər baş verməyəcək. Yalnız bəzi təkmilləşdirilmiş funksiyalar ödənişli ola bilər. Əsas funksiyalar isə pulsuz qalacaq. 🤦🏻‍♂️İndi də Teleqram bağlanacaq deyirlər. Türkiyədə Telegram-a girişin bağlanma ehtimalı var. Səbəb isə platformanın qanunsuz fəaliyyətlərə qarşı tədbir görməməsi və Türkiyənin tələblərinə cavab verməməsidir. BTQ-nin (İnformasiya Texnologiyaları və Rabitə Qurumunun)  bildirişlərinə cavab verilmədiyi üçün Telegram-a qarşı tədbir görülə bilər. Hazırda rəsmi açıqlama yoxdur. 😶İnstaqram neyləyir belə?! Instaqramda yeni dəyişiklik edilib. İndi bəzi paylaşımların altında Instaqram tərəfindən qeydlər göstərilir. Məsələn, müəyyən bir paylaşımda Instaqram belə bir şərh əlavə edib: "Bu yazı İcma Qaydalarımıza ziddir, lakin ictimaiyyətin məlumatlandırılması üçün burada saxlanmışdır". Bu qeydləri istifadəçilər silə bilməz. ☠️Windows əməliyyat sisteminə “Downdate” hücumu. Yeni haker  hücumu, Windows əməliyyat sistemini köhnə və zəiflikləri olan versiyalara endirir. Hakerlər sistemdə quraşdırılmış yeniləmələri silir və beləliklə sistemi müdafiəsiz vəziyyətə salır. Bu üsula "Downdate" deyilir. Özünüzü bu hücumdan qorumaq üçün Windows və antivirus proqramlarınızın yeniləmələrini ləğv etməsinə qarşı xüsusi siqnalizasiya sistemi quraşdırmalısınız. Həmçinin, naməlum mənbələrdən gələn faylları yükləməkdən çəkinmək lazımdır. 🤔Xatirələrinin Geri Qaytarılması Mümkündür? Alimlər, Alzheimer xəstələrində unudulmuş xatirələri bərpa etməyin mümkün olacağını düşünürlər. Onlar beyində yaddaş itkisinə səbəb olan lövhələri (plaqları) təmizləyən dərmanlarla yanaşı, beyin dalğalarını artırmaqla da yaddaşı geri qaytarmağa çalışırlar. İlk nəticələr ümidverici olsa da, hələ tam təsdiq edilməyib. Bu araşdırma Alzheimer müalicəsi üçün vacib bir addım hesab edilir.

  • Dostlar, salam. Bu gün mənim üçün qəşəng, dolu-dolu gün olub. Ümid edirəm ki, sizin üçün də həftəsonu qəşəng keçib. Sözü çox uzatmadan günün məlumatlarını, yenilikləri aşağıda sizinlə bölüşürəm🕺 🤝Türkiyə və İnstaqram razılaşıblar. Bu gün gecə saatlarında instaqramın hər kəs üçün əlçatan olacağı (yəni, vpn istifadə etməyə ehtiyac qalmayacaqları) bildirilib.   😐İnstaqram yenilik edir, amma ki o yeniliyi başqası çoxdan edib.  Instarqam Snap Maps-ə bənzəyən yeni funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu funksiya ilə paylaşımlarımızı xəritədə yerləşdirə və dostlarımızla olduğumuz məkanı bölüşə biləcəyik. Bu xüsusiyyət hazırda kiçik istifadəçi qrupu üçün sınaqdan keçirilir. Test mərhələsində olan funksiya hazırda sadəcə "yaxın dostlar" və ya "qarşılıqlı izləyicilər" ilə məhdudlaşdırılıb. Hələlik ictimaiyyətə açıq deyil və gələcəkdə necə inkişaf edəcəyi məlum deyil. Maraqlı söhbətdir, əgər aktivləşərsə görək bizdə necə işləyəcək və nə məqsədlər üçün işlədiləcək. 😯Nike Türkiyədən oline alış-verişini dayandırıb. Dünyaca məşhur idman geyim markası Nike, yeni gömrük qaydaları səbəbindən Türkiyədən onlayn alış-verişi dayandırıb. Bu qaydalar xaricdən edilən alış-verişlərdə vergiləri artırıb və göndərmə limiti 150 avrodan 30 avroya endirilib. Nike bu səbəbdən Türkiyədən sifarişlərin vaxtında çatdırılmasını təmin edə bilmədiyini və buna görə satışları müvəqqəti olaraq dayandırdığını açıqlayıb. 😴Yuxu taymeri funksiyası sınaqdan keçirilir. YouTube Premium, abunəçiləri üçün yuxu taymeri funksiyası sınaqdan keçirilir. Bu funksiya, videonun müəyyən vaxtdan sonra avtomatik dayanmasını təmin edir. Bu yenilik xüsusilə yatarkən nəsə izləməyi və ya dinləməyi sevənlər üçün faydalı olacaq. Yuxu taymerindən istifadə etmək üçün YouTube-un eksperimental funksiyalar səhifəsinə daxil olub "sınaqdan keçirin" düyməsini klikləmək lazımdır. Daha sonra açdığınız videolar üçün taymer seçimini görə biləcəksiniz. iPhone istifadəçiləri üçün sistemdə artıq quraşdırılmış yuxu taymeri var. Android istifadəçiləri isə xüsusi rejimlər yaradaraq eyni funksiyanı əldə edə bilərlər. 👍Twitter hələ də yeniliklərə davam edir. X (keçmiş adıyla Twitter), istifadəçilərə tvitlərə gələn cavabları sıralamaq üçün yeni seçimlər təqdim edir. Artıq istifadəçilər tvitlərə gələn cavabları "ən uyğun", "ən yaxın zamanda" və "ən çox bəyənilən" olaraq sıralaya biləcəklər. Seçilmiş sıralama üsulu cavabların ekranda necə görünəcəyini müəyyən edəcək. Bu funksiya, Elon Maskın platformanı satın almasından sonra edilən yeniliklərdən biri kimi istifadəçi təcrübəsini yaxşılaşdırmağı hədəfləyir. 😍WhatsApp-da daha bir yenilik. WhatsApp, böyük qrupların birgə tədbirlər təşkil etməsini asanlaşdıracaq yeni funksiyasını təqdim edib. Hazırda Android beta versiyasında test edilən bu xüsusiyyətlə, istifadəçilər təqvimə tədbirlər əlavə edə, birgə zənglər yarada və yer məlumatını paylaşa biləcəklər. Əslində bu əməliyyatların çoxunu WhatsApp-ın fərqli xüsusiyyətləri ilə həyata keçirmək mümkündür, lakin yeni xüsusiyyət bu prosseslərin hamısını bir araya toplayaraq həm vaxt qazandırmağı, həm də işi asanlaşdırmağı hədəfləyir. İstifadəçilər olaraq biz isə əksər hallarda məhsuldarlığı artıran funksiyaları bəyənir və istifadə edirik. Görünən odur ki, WhatsApp da “Tədbirlər” funksiyası ilə istifadəçilərin rəğbətini qazanacaq. Gözləyək görək yenilik hər kəs üçün nə vaxt əlçatan olacaq.

  • Dostlar salam. Ümid edirəm ki, yaxşısınız və işləriniz qaydasındadır. Günün məlumatları hazırdır, aşağıda sizinlə paylaşıram 🕺 👌🏻İnstagramda yeni özəllik gəldi! Bir müddət əvvəl instaqramdakı çevirməli (karusel) postların 10-dan, 20-yə yüksələcəyi ilə bağlı məlumat vermişdim. İndi isə bu xəbər təsdiqini tapıb və artıq hər kəsin birdəfəyə 20-yə qədər paylaşım etməsi mümkün olub. Nəzərinizə çatdırım ki, fırlanan postlar instaqramda 2017-ci ildə aktivləşmişdi. TikTok isə son illər bu yeniliyi gətirməyinə baxmayaraq foto sayını 35-lə məhdudlaşdırmışdı. Görünən odur ki, hər iki platofrma bir-birindən ilhamlanır. 👀ChatGBT-5 gəlir? OpenAI may ayında bəzi istifadəçilərə GPT-4-ün Səs rejimini təqdim edib və indi isə bunu genişləndirməyi planlaşdırır. Şirkətin baş direktoru Sem Altman çiyələk fotosu paylaşaraq yeni modelin tezliklə gələcəyini işarə edib. "Strawberry" kod adlı və GPT-5 olaraq gözlənilən bu modelin daha güclü olacağı bildirilib. OpenAI-nin yaxın zamanda bu modeli təqdim etməsi gözlənilir. Mən aktiv olaraq ChatGPT istifadə edirəm və hər kəsə ChatGPT ilə doğru işləməyi və öyrənməyi təklif edirəm.  🚗Çin elektroavtomobilləri dünyanı ələ keçirir, yo? Son illər dünyanın hər yerində Çin elektromobillərinin sayı çoxalıb. Maraqlısı odur ki, Çinin hazırda Avropada payı rekord həddə yüksəlib və 11%-ə çatıb. 🤔Sizcə, bu dəyişiklik lazımdır? Instagram "Seçilmiş Hekayələr" funksiyasının yerini dəyişdirməyi planlaşdırır. Bu yeniliyə görə hekayələr profilimizdə yazıların yanına əlavə olunacaq. Daha aydın izah etməyə çalışım – Instaqram seçilmiş hekayələri profilimizin yuxarı hissəsinə, bio məlumatlarının olduğu bölməyə gətirməyi planlayır. Deyilənə görə “storylər” üçün yeni post kimi bölmə də olması gözlənilir. Hazırda sınaqdan keçirilən yeniliyin nə zaman gələcəyi bilinmir. 🚆Sinqapur və Malaziyanı birləşdirən yüksək sürətli qatar. Malaziyaya gəlmişkən yeni isti-isti bir xəbəri də diqqətinizə çatdırım. Hazırda Sinqapur və Malaziyanı birləşdirəcək yeni sürət qatarı layihəsinin üzərində işlənilir. İki qonşu ölkə arasındakı nəqliyyatı sürətləndirmək və regional əməkdaşlığı gücləndirmək məqsədi daşıyan bu qatarın 2026-cı ildə istifadəyə veriləcəyi gözlənilir. İlk dəfə 2013-cü ildə Yaponiyanın "Şinkansen" texnologiyası ilə başlanan layihə, Yaponiyanın geri çəkilməsindən sonra Çin və Avropa tərəfindən maraqla qarşılanıb. Qatar saatda 320 km sürətlə hərəkət edəcək və bildirilən məlumata görə – layihə tamamlandıqda, təkcə böyük şəhərlər deyil, kiçik qəsəbələr və kəndlər də bu nəqliyyatdan faydalanacaq.

  • Dostlar, salam. Axşamınız xeyir. Ümid edirəm ki, yaxşısınız və işləriniz qaydasındadır. 🕺İndi isə gec olmadan keçək günün xəbərlərinə🫶🏻 💌 Bu gün Xoşbəxtlik günüdür və bunu sizinlə bölüşmək istəyirəm. Həyatın kiçik anlarında belə xoşbəxtliyi tapmaq çox önəmlidir. Gəlin, gec olmadan bugünkü günü bir-birimizə gülüşlər və müsbət enerji ilə dolu mesajlar göndərərək qeyd edək. Sizin hər birinizə bol-bol xoşbəxtlik arzulayıram! ✈️Təzə söhbət var. Nəyahət səyahətə çıxmışam. Amma bilirsiniz necə? Heç nəyi planlamadan, sadəcə tək tərəfli bilet alaraq 😅 Görək növbəti günlərdə məni nələr gözləyir. Hazırda 1 uçuşumu tamamlamışam. Çox güman siz bu məlumatları oxuyanda ikinci – uzun uçuşda olacam.  😍İPhone-dən daha bir yenilik! Apple şirkəti iPhone sahiblərini narahat edən problemləri həll etmək üçün "İOS 17.6.1" adlı yeniləməni buraxıb. Dediklərinə görə bu yeniləmə telefonlarda ciddi problemləri aradan qaldırır. Yeniləmə ilə təzə funksiyalar gəlməyəcək, amma mövcud səhvlər düzələcək, xüsusilə Qabaqcıl Məlumat Qorumasının aktiv və ya qeyri-aktiv edilməsində yaranan problemləri həll edilir. Bu funksiya iCloud üzərindən məlumatların təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub. Əgər bu funksiya ilə bağlı problemlər yaranırdısa bu məlumatların qorunması və məxfiliyi baxımından ciddi risk yarada bilərdi. Buna görə də bu problemin həll edilməsi vacib idi. Sevindirici hallardan biri də budur ki, yenilənmə sadəcə sonuncu iphone istifadəçilərinə deyil, hər kəsə əlçatan olacaq.  🫣Sırada TikTok ola bilər. Son günlər Türkiyədə instagramla bağlı olan giriş qadağaları geniş müzakirə olunur. Əvvəlcə 2 avqust tarixində instaqrama giriş bağlandı, sonra isə populyar oyun Roblox uyğun olmayan məzmuna görə bloklandı.  Bu məsələlər müzakirə olunarkən, Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yayman TikTok haqqında da açıqlama verib. O, TikTok-da yayımlanan yazıların qəribə və reallıqdan uzaq olduğunu bildirib. Yayman çıxışında deyib ki, komissiyanın TikTok-un bağlanması ilə bağlı mövqeyi yoxdur, amma xalqın TikTok-un bağlanmasını istədiyini bildirib. Türkiyə artıq “qəribə ölkədir valla” deməyimə səbəb olan addımlar atır.  💸Google-a ianə sistemi gəlir? Google Chrome brauzerinə yeni bir funksiya əlavə etməyi planlayır. Bu xüsusiyyət sayəsində istifadəçilər ziyarət etdikləri veb saytlara birbaşa ianə edə biləcəklər. Bu yenilik saytlar üçün reklam gəlirlərinə alternativ gəlir mənbəyi yaradacaq. Lakin, bu sistem internet reklamçılığına böyük təsir göstərə və daha çox baxış toplayan saytlar Google tərəfindən daha çox önə çıxarıla bilər. Onu da qeyd edək ki, Google hələ məsələ ilə bağlı rəsmi açıqlama verməyib. 👀Bu gedişlə hər kəs YouTuber olacaq. YouTube, məzmun yaradıcıları üçün süni intellekt dəstəyi ilə yeni bir funksiyanı test edir. Google Gemini adlı süni intellekt platforması ilə əlaqələndirilən bu xüsusiyyət, kanal sahiblərinə video ideyaları, başlıqları və miniatürlər üçün dəstək verəcək. Funksiya hələ kiçik bir qrup tərəfindən sınaqdan keçirilir və nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.

  • Salam, dostlar! Axşamınız xeyir. Ümid edrəm ki, yaxşısınız və hər şey qaydasındadır🕺Çox vaxt itirmədən keçirəm günün mövzularına👀 🫣TikTok OpenAI-lə rəqabət aparır. OpenAI son aylarda mətndən video hazırlaya bilən “Sora” adlı süni intellekt alətini təqdim etdi və bütün dünyanı heyrətə gətirdi. İndi isə belə bir addımı TikTok atdı və "Jimeng AI" adlı video yaratma modeli təqdim etdi.  O, yazılmış mətnlərdən real videolar yarada bilər. Ancaq bu videoların uzunluğu ilə bağlı məlumat yoxdur. "Jimeng AI" artıq Çində istifadəyə verilib. Digər ölkələrdə isə hələ mövcud deyil və nə vaxt gələcəyi ilə bağlı məlumat yoxdur. 💳Kredit kartalarının taxtı sarsılacaq. Ödəniş etmək görünür daha da asanlaşacaq. Texnologiyanın inkişafı ilə həyatımızın hər sahəsində ciddi dəyişikliklər görürük. Bu dəyişiklərin ödəniş üsullarında da olacağı gözlənilir. Belə ki, gələcəkdə barmaq izi, üz tanıma və ya göz skanı kimi biometrik məlumatlardan istifadə etməklə ödənişləri etmək olacaq. Bundan əlavə, "indi al, sonra ödə" kimi üsulların gələcəkdə məhşurlaşacağı  da bildirilir. 👀İstifadəçi seçəcək, Apple gizlədəcək. Apple yeni yaratdığı "Diqqətin Dağılmasına Nəzarət" adlı aləti ilə istifadəçilərə saytlardakı elementləri gizlətməyə imkan verəcək. Apple bu elementlərin həmişəlik silinməyəcəyini bildirib. Diqqət yayındıran elementlər mavi çərçivə ilə göstəriləcək və onları toxunaraq seçə biləcəyik. Yaxşı tərəfi odur ki, heç nə avtomatik olaraq gizlədilmir biz bunu seçə bilirik və gizlədilmiş elementləri istədiyimiz an görünən etmək mümkündür. Bunu etmək üçün axtarış hissəsinə "Gizli elementləri göstər" yaza biləcəyik. 💸İnstagram bağlandığı üçün Türkiyə və Meta nə qədər pul itirdi? Hazırda Türkiyə və Meta arasında davam edən anlaşılmazlıq səbəbindən Türkiyədə Instaqram istifadəsi qadağan edilib. Nəzərə alsaq ki, Türkiyə instaqram istifadəçi sayına görə dünyanın ən böyük  5-ci ölkəsidir – baş verənlər iki tərəf üçün də dəhşətdir. 57 milyon instaqram istifadəçisinin aktiv olduğu platformanın ölkədə qadağan edilməsi təxminlərə görə Türkiyə iqtisadiyyatına hər gün 11.5 milyon dollar zərər verir. Yəni, sadəcə Meta yox, Türkiyə bu qərarı ilə çox şey itirir. Bu arada, qərar kiçik, orta və böyük hər cür biznesə, brendə, sahibkara zərər verir. Türkiyədə brendlər instaqram üzərindən hər gün 27 milyon dollar qazanc əldə edir deyə bildirilir və təbii ki, qadağa bu qazancın da olmaması deməkdir.

  • Dostlar, salam. Axşamınız xeyir. Ümid edirəm ki, yaxşısınız və yeni iş həftəsinin ilk gününü yaxşı başa vurmusunuz 🕺 Yatmamışdan öncə günün məlumatlarını oxumaq istəyənlərlə yenilikləri aşağıda bölüşürəm 🫶 ❤️Hər yerə bəyənmək funksiyası gəlir, indi sıra WhatsApp-dadır! Artıq mesajları uzun müddət basıb tutmağa ehtiyac qalmayacaq. Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp-ın son versiyasında mesajlara reaksiya vermək daha asan olacaq. Belə ki, instaqramda fotoşəkili bəyəndiyimiz kimi mesajı iki dəfə toxunaraq ürəkləndirə biləcəyik. Bu yenilik WhatsApp istifadəçiləri üçün daha sürətli və rahat reaksiya vermə imkanı yaradacaq. 🚀Google xəritəyə zamana səyahət funksiyası gəlir! Google xəritəyə yeni gələn bu funksiya vasitəsilə artıq məşhur yerlərin keçmiş zamanda necə göründüyünə baxa biləcəyik. Bunun üçün AR (Augmented Reality) təcrübəsi düyməsini klikləyib, telefonu ona tərəf tutmaqla məkanın zamanla dəyişən görünüşünü araşdıra biləcəyik. 2024-cü il Olimpiadasının şərəfinə bu yeniliyi ilk olaraq Parisdə yoxlamaq mümkün olacaq. ✅Zərərin harasından dönərsək kardır deyirlər, yo?! Spotify bir müddət əvvəl mahnı sözlərini yalnız ödənişli istifadəçilər üçün açıq etmişdi. Təbii ki, istifadəçilər də baş verən dəyişiklikdən narazı qalmışdı. İndi isə Spotify bu qərarını geri götürüb və bütün istifadəçilər üçün mahnı sözlərini ödənişsiz olaraq əlçatan edib. Dəyişikliyin hər kəsdə görünməsi bir neçə həftə vaxt alacaq. 📲Google artıq Play Store-dan endirilməmiş proqramları da yeniləyəcək. Artıq Google üçüncü tərəf mağazalardan yüklənmiş proqramları yeniləməyə icazə verir. Google Play Store-un ən son versiyasında görünən  etiket yandan yüklənmiş proqramlar üçün “Playdan yeniləmə düyməsini” göstərir. Həmçinin proqramlar siyahısında “Cihazınızda quraşdırılmış proqram Google Play-dən endirilməmişdir”, “Siz tətbiqi orijinal mənbədən və ya Google Play-dən yeniləyə bilərsiniz” kimi xəbərdarlıqlar var. 🕺TikTok-u internetsiz istifadə etmək mümkündür. Təyyarədə, yolda, mobil internetdən istifadə ediləcək yerlərdə öncədən bu ayarlara əməl etməklə funksiyadan faydalana bilərsiniz. Ətraflı məlumat üçün "bu linkə keçid edə bilərsiz".

  • Salam. Axşamınız xeyir, dostlar. Ümid edirəm ki, yaxşısınız və həftəsonunu qəşəng keçirə bilmisiniz 🕺 Dünən bir günlük həm özümə, həm də yeni məlumatlardan #löagah olmaq istəyənlərə fasilə elan etdim 🕺🏻 Deyirlər ki, müasir dövrdə məlumat çoxdur, arada anlamaq üçün fasiləyə ehtiyacımız var. Ancaq bugün qaldığımız yerdən davam edəcəyik 🫶 🔎TikTok-a “Səsli Axtarış” funksiyası gəlir! Yeni çıxan məlumata görə TikTok "Səsli Axtarış" adlı funksiyanı sınaqdan keçirir.  TikTok-un Audio Axtarış funksiyası istifadəçilərə maraq göstərdikləri mahnıları sadəcə zümzümə edərək sürətli formada tapmağa kömək edəcək. Beləliklə, trend musiqilərdən də vaxtında xəbərdar olacağıq. Bu arada, belə funksiya YouTube Music-in daxilində də var. Oxşar yeniliklə TikTok təkrar YouTube-a rəqib olacaq. Maraqlısı odur ki, TikTok-dakı səsli axtarış funksiyasının bənzəri hər kəsin bildiyi artıq 25 ildir fəaliyyət göstərən musiqi, səs axtarış tətbiqi olan Shazam-ın əsas işidir. Yəni, Shazama da rəqib gəlir. 💍Samsungdan ağıllı üzük – Galaxy Ring. Samsung Galaxy Ring adlı yeni məhsul bu gündən etibarən Koreya, Yaponiya və Amerikada satışa çıxarılıb. 399 dollar dəyərində olan bu üzük, bahalı olsa da öz xüsusiyyətləri ilə diqqət çəkir. Üzük dəri temperaturunu, ürək döyüntüsünü və yuxu izləməsini həmçinin, yuxuya getmə müddətini ölçə bilir.Ən maraqlı xüsusiyyəti isə istifadəçilərə nə qədər məhsuldar ola biləcəklərini göstərən "canlılıq balı" verməsidir. Bu bal insanların fiziki və zehni vəziyyətlərini izləyərək onlara daha sağlam yaşamağa kömək edir. 🎯Yandex Naviqasya marşrutunu yenidən qurur. Yandex Naviqator Yandex Maps istifadəçiləri artıq 24 saat açıq olan bankomatları və məkanları tapa biləcəklər. Ayrıca, istifadəçilər maraqlandıqları yerlərlə bağlı şərhləri oxuyub xüsusi marşrutlar yarada bilərlər. Marşrut yaradılarkən və avtomobil dayandıqda, "Geoservices Banner" göstərilir. Bu bannerə daxil olduqda, reklam təfərrüatlarını və hərəkət düyməsini görmək mümkündür. Bu yenilik, istifadəçilərə lazımlı yerləri tapmaq və vaxt qazanmaqda kömək edir. 📚"Məktəb vaxtı" funksiyası nədir?   İndi verəcəyim xəbər valideynləri daha çox sevindirəcək.Google Schooltime funksiyasını Android telefonlarına, planşetlərinə və ağıllı saatlarına gətirəcəyini açıqlayıb. Bu funksiyayla valideynlər uşaqlarının məktəbdə olarkən telefonlarına nəzarət edə biləcəklər. Bu isə dərs zamanı diqqətin yayılmasının qarşısını alacaq. Həmçinin, valideynlər uşaqların müəyyən proqramlara daxil olmasını, zəng və mesaj bildirişlərini məhdudlaşdırmasını həyata keçirə biləcəklər.

  • Axşamınız xeyir, dostlar. Ümid edirəm ki, yaxşısınız 🕺 Günün məlumatları hazırdır 🫶 🤐 Türkiyədə instaqram bloklanıb! Türkiyədən tez-tez bu cür xəbərlər alırıq. İndiyədək Vikipedia, YouTube və başqa saytlara, tətbiqlərə giriş məhdudlaşdırılıb. Son olaraq isə bu gün səhər saatlarında instaqramın bloklanması xəbəri yayılıb. Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin açıqlamasında deyilir ki, sosial medianın bloklanmasına səbəb çoxsaylı cinayət paylaşımları olub. Bu arada, bloklanmanın səbəbinin iyulun 31-i İranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin raket zərbəsi nəticəsində öldürülməsi fonunda edilən paylaşımlarla bağlı olduğu da iddia edilir. 💭 WhatsApp video zəngləri əyləncəli edəcək yenilik gəlir! WhatsApp video zəngləri çox əyləncəli edəcək funksiya üzərində işləyir. Effektlər dərinin görünüşünü yumşaltmaqdan tutun, qaranlıq mühitlərdə görmə qabiliyyətini yaxşılaşdıran zəif işıq rejiminə qədər bir çox fərqli funksiyanı vəd edir. Bunlardan başqa Zoom-da olduğu kimi fonu bulanıqlaşdırmaq, dəyişdirmək, fərqliparametlərlə dizayn etmək də mümkün olacaq. 📈 İPhone ilk beşlikdən çıxdı! Apple uzun müddət sonra ilk dəfə olaraq dünyanın ən mühüm mobil telefon bazarlarından biri olan Çində ilk beş istehsalçı arasında yer ala bilmədi. Vivo liderliyi əldən verməsə də, ilk beşliyin hamısı Çin istehsalçılarından ibarət olub. Apple ilk dəfə olaraq altıncı yerə düşərək bu beşlikdən geriləyib. 📱 Huawei "üç dəfə qatlanan" telefon təqdim etməyə hazırlaşır. İyul ayı qatlanan telefon xəbərləriylə dolu idi. Qısa müddət ərzində Huawei səkkiz yeni model təqdim edib, doqquzuncu modelin isə bir neçə həftə ərzində təqdim edilməsi gözlənilir. Huawei ilin sonuna qədər üç dəfə qatlanan telefonunu təqdim edəcək deyə bildirilir. Bu telefonların iki menteşə(qatlanma hissəsi) və üç displey hissəsi olacağı gözlənilir. Başqa sözlə, texniki olaraq üçqat qatlanmır, çünki yalnız iki menteşə var, lakin ilk göründüyündən bəri belə adlandırılır.