tgindex
Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
8
Всего постов
72
Тип
открытый
Язык
und
Категория
Красота (по похожим)
В каталоге с
12 авг.
Подписчики
2 574
−11 за 3 дн.
Сутки
+2
+0,08%
Неделя
 
Месяц
 
Просмотров на пост
62
40 постов
Вовлечённость
2,4%
к подписчикам
Постов в день
1,1
всего 72
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
24
1/48двое суток
27
1/72трое суток
29

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 🏴 Zalımların zülmünə bəhanə qazandırmaq 🔴 İmam Sadiq (ə) buyurur: الْإِمَامُ اَلصَّادِقُ صَلَوَاتُ اَللهِ عَلَيْهِ : مَن عَذَرَ ظالِما بظُلمِهِ سَلَّطَ اللّهُ علَيهِ مَن يَظلِمُهُ، فإن دَعا لَم يُستَجَبْ لَهُ ، و لَم يَأجُرْهُ اللّهُ على ظُلامَتِهِ . “Kim zalımın etdiyi zülmə bəraət qazandırsa və onu əsaslandırmağa çalışsa, Allah onun üzərinə elə bir şəxsi hakim edər ki, ona zülm etsin. Sonra həmin şəxs dua etsə, duası qəbul olunmaz və Allah onun özünə edilən zülmə görə də ona savab verməz.” 📚 əl-Kafi, c. 2, səh. 334, hədis 18.

  • 13 авг.112из miraga_dadas

    Burda yəhudilərin Əhli-Beytə qarşı cinayətlərindən, Azərbaycan xalqına qarşı cinayətlərindən və bəşəriyyətə qarşı cinayətlərindən danışmışam. Peyğəmbərin, ata-babalarının, Hz.Əlinin və Hz.Hüseynin qətlində yəhudilərin birbaşa əli olduğu haqqında bu məlumatları müxtəlif video və şəkil şəklinə də salıb yaysanız çox gözəl olar. #xalq_mediası https://t.me/azerbaycan_arasdirma_merkezi/1331

  • İmam Baqir (əleyhis-salam) buyurur: اَلْإِمَامُ اَلْبَاقِرُ صَلَوَاتُ اَللَّهِ عَلَيْهِ: أَرْبَعٌ مِنْ كُنُوزِ اَلْبِرِّ: كِتْمَانُ اَلْحَاجَةِ، وَ كِتْمَانُ اَلصَّدَقَةِ، وَ كِتْمَانُ اَلْوَجَعِ، وَ كِتْمَانُ اَلْمُصِيبَةِ. “Dörd şey yaxşılığın xəzinələrindəndir: ehtiyacını gizli saxlamaq, sədəqəni gizli vermək, ağrını gizli saxlamaq və müsibəti gizli saxlamaq.” 📚 Tuhəful-Uqul, səh. 295

  • Nə qədər böyük və əzəmətli sözlərdir.

  • 🔴 İmam Həsən Müctəba (əleyhis-səlam) buyurur: «مَنْ فَاتَهُ عَمَلُهُ مِنَ التَّذَكُّرِ وَالشُّكْرِ بِالنَّهَارِ كَانَ لَهُ فِي اللَّيْلِ مُسْتَعْتَبٌ، وَمَنْ فَاتَهُ بِاللَّيْلِ كَانَ لَهُ فِي النَّهَارِ مُسْتَعْتَبٌ» “Gündüz Allahı yad etmək və Ona şükür etmək vəzifəsini yerinə yetirməyi əldən verən kəs üçün gecə bunu əvəz etmək imkanı vardır. Gecə öz vəzifəsini yerinə yetirməyi əldən verən kəs üçün isə gündüz bunu əvəz etmək imkanı vardır.” 📚 Təfsir əl-Kəşşaf, cild 3, səh. 99

  • ⚫️ Əbu Rafi deyir: 🔴 أَبُو رَافِعٍ‌ إِنَّ رَسُولَ اللَّهِ صلی الله علیه و آله كَانَ إِذَا جَلَسَ ثُمَّ أَرَادَ أَنْ يَقُومَ لَا يَأْخُذُ بِيَدِهِ غَيْرَ عَلِيٍّ صلوات الله علیه وَ إِنَّ أَصْحَابَ النَّبِيِّ كَانُوا يَعْرِفُونَ ذَلِكَ لَهُ فَلَا يَأْخُذُ بِيَدِ رَسُولِ اللَّهِ غَيْرُهُ. «Rəsulullah (sallallahu əleyhi və alih) oturduğu və sonra ayağa qalxmaq istədiyi zaman adətən yalnız Əli (əleyhis-səlam) Onun əlindən tutardı. Peyğəmbərin (s) səhabələri də Əlinin (ə) bu xüsusiyyətindən xəbərdar idilər. Buna görə də Əlidən (ə) başqa heç kəs Rəsulullahın (s) əlindən tutmazdı». 📚 Mənaqib Ali-Əbu Talib, cild 2, səh. 219 📚 Biharul-ənvar, cild 38, səh. 306

  • Günah insanı girov edir Yaxşı əməllər heç vaxt insanın əl-qolunu bağlamır. İnsanın əl-qolunu bağlayan günahdır. Günah insanı öz təsiri altına salır və onu girov vəziyyətinə gətirir. Qurani-Kərim buyurur: ﴿كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ﴾ “Hər bir insan qazandığı əməlin girovudur.” Deməli, insanı tora salan günahdır. 📚Təsnim təfsiri.

  • Əmirəl-möminin Əli ibn Əbu Talib (əleyhiməs-səlam) buyurur: أَمِيرُاَلْمُؤْمِنِينَ عَلِيُّ بْنُ ابي طَالِبٍ صَلَوَاتُ اَللهِ عَلَيْهما : الإنصافُ يُؤلِّفُ القُلوبَ . “İnsaf qəlbləri bir-birinə yaxınlaşdırır.” 📚 Ğurərül-hikəm, hədis №1130

  • 7 авг.513из Ar_Rad_info

    ☄️Yəmən hərbi mediası yayımlayıb: “Gərginliyə gərginliklə cavab.” #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  • 7 авг.53из azerbaycan_arasdirma_merkezi

    Qacarların Səfəvilərlə düşmənçiliyi Azərbaycan Araşdırma Mərkəzi

  • 🏴 23 Səfər – Fatimə bint Əsədin (salamullahi əleyha) şəhadəti ⚫️ Hicri 8-ci ilin Səfər ayının 23-də, təxminən altmış-yetmiş yaşlarında, Fatimə bint Əsəd (salamullahi əleyha) – Möminlərin Əmiri İmam Əlinin (əleyhissalam) anası – Rəbbinin rəhmətinə qovuşdu. ⚫️ O, Həzrət Əbu Talibin (əleyhissalam) yeganə həyat yoldaşı idi və onlardan dörd oğul və iki qız dünyaya gəlmişdi: Talib, Əqil, Cəfər və İmam Əli (əleyhissalam). Qızları isə Faxitə (Ümmü Hani) və Cümanə idi. ⚫️ Bu böyük xanım təkcə İmam Əlinin anası deyildi. Həzrət Əbdülmüttəlib (əleyhissalam) vəfat etdikdən sonra altı yaşlı Peyğəmbər (sallallahu əleyhi və alih) Əbu Talibin evinə gəldikdə, Fatimə bint Əsəd ona öz övladı kimi analıq etdi, hətta onu öz uşaqlarından üstün tuturdu. Həmçinin Həzrət Xədicənin (salamullahi əleyha) vəfatından sonra beş yaşlı Həzrət Fatiməni (salamullahi əleyha) öz himayəsində böyütdü. 🔴 «Bu gün anam vəfat etdi.» 🔴 «Həqiqətən, biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq.» ⚫️ Fatimə bint Əsəd vəfat etdikdə, Allah Rəsulu (sallallahu əleyhi və alih) çox ağladı və buyurdu: «Bu gün anam vəfat etdi.» İmam Əli (əleyhissalam) da göz yaşı tökərək «İnnə lillahi və innə iləyhi raciun» deyirdi. Peyğəmbər (sallallahu əleyhi və alih) yaşlı gözlərlə İmam Əliyə buyurdu: «Ey Əli! Əgər o sənin anan idisə, mənim də anam idi.» Sonra buyurdu: «Bu əmmaməmi və köynəyimi götürün, onu bunlarla kəfənləyin.» Daha sonra Həzrət onun cənazəsinə elə bir namaz qıldı ki, bundan əvvəl heç kəsə belə namaz qılmamışdı və onun üçün qırx təkbir dedi. ⚫️ Dəfn edilməzdən əvvəl Peyğəmbər onun qəbrinə enərək bir müddət uzandı. Sonra İmam Əli və İmam Həsən (əleyhiməssalam) da qəbrə daxil oldular və çıxdılar. Allah Rəsulu mübarək cənazəni qəbrə yerləşdirdikdən sonra bir müddət qəbirdə qaldı və sonra səsləndi: 🔴 «Ey Fatimə!» ⚫️ Birdən Fatimə bint Əsəd cavab verdi: 🔴 «Ləbbəyk, ya Rəsuləllah!» "Buyur, ey Allahın Rəsulu!" ⚫️ Peyğəmbər buyurdu: 🔴 «Sənə zəmanət verdiyim şeyi gördünmü?» ⚫️ Xanım cavab verdi: «Bəli.» ⚫️ Peyğəmbər buyurdu: 🔴 «Allah sənə mənim adımdan dünya və axirətdə ən üstün mükafatı versin.» ⚫️ Fatimə bint Əsədin məzarı Cənnətül-Bəqi qəbiristanlığıdədir. Ondan sonra İmam Həsən, İmam Səccad, İmam Baqir və İmam Sadiq (əleyhimussalam) da onun yanında dəfn olunmuşlar. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurmuşdur: «Cəbrail mənə xəbər verdi ki, Fatimə bint Əsəd Cənnət əhlindəndir və Allah-taala yetmiş min mələyə əmr etdi ki, onun cənazə namazını qılsınlar.» Mənbələr: əl-Xəraic vəl-Cəraih, c. 1, s. 91–150. Bihar al-Anwar, c. 20, s. 185. əl-Kafi, c. 1, s. 453. əl-Əmali, məclis 51.

  • İmam Həsən Əskəri (əleyhissalam) buyurur: اَلْإِمَامُ اَلْحَسَنُ اَلْعَسْكَرِيُّ صَلَوَاتُ اَللهِ عَلَيْهِ : حُسْنُ الصُّورَهِ جَمالٌ ظاهِرٌ، وَ حُسْنُ الْعَقْلِ جَمالٌ باطِنٌ. "Gözəl sima və xoş görkəm insanın zahiri gözəlliyidir. Gözəl ağıl və sağlam düşüncə isə insanın batini gözəlliyidir." Mənbə: Bihar al-Anwar, c. 1, s. 95, hədis 27. Qeyd: Bu hədis insanın həqiqi dəyərinin təkcə zahiri gözəlliklə ölçülmədiyini, ağıl, hikmət və düzgün düşüncənin onun mənəvi gözəlliyini formalaşdırdığını vurğulayır. https://t.me/mersus_14

  • İmam Əli (əleyhis-salam) buyurur: «الحَزمُ صِناعَةٌ، ثَمَرَةُ الحَزمِ السَّلامَةُ.» "Uzaqgörənlik (düşünülmüş və tədbirli davranmaq) bir bacarıq və sənətdir. Uzaqgörənliyin bəhrəsi isə salamat qalmaq, zərər və təhlükələrdən qorunmaqdır." Mənbə: Mizanül-Hikmə, c. 3, s. 52.

  • 6 авг.271из qaf_simurq

    İmam Hüseyn əleyhissəlamın mübarək məzarı (daxildən)

  • Ən üstün zahidlik Allahın Rəsulu Həzrət Məhəmməd (sallallahu əleyhi və alihi və səlləm) buyurur: رَسُولُ اَللهِ صَلَّى اَلله عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ : أَفْضَلُ اَلزُّهْدِ فِي اَلدُّنْيَا ذِكْرُ اَلْمَوْتِ وَ أَفْضَلُ اَلْعِبَادَةِ ذِكْرُ اَلْمَوْتِ وَ أَفْضَلُ اَلتَّفَكُّرِ ذِكْرُ اَلْمَوْتِ فَمَنْ أَثْقَلَهُ ذِكْرُ اَلْمَوْتِ وَجَدَ قَبْرَهُ رَوْضَةً مِنْ رِيَاضِ اَلْجَنَّةِ . Dünyaya qarşı ən üstün zahidlik (rəğbətsizlik) ölümü xatırlamaqdır. Ən üstün ibadət ölümü xatırlamaqdır. Ən üstün təfəkkür də ölümü xatırlamaqdır. Elə isə kim ölümü daim yad edərsə və bu xatırlayış onun bütün varlığını bürüyərsə, öz qəbrini Cənnət bağlarından bir bağ olaraq görər. 📚 Müstədrəkül-Vəsail, c. 2, s. 104.

  • Hatəm ibn Mahuyə deyir: Mən İmam Hadiyə (ə) məktub yazdım. Qardaşım da eyni məzmunda məktub yazmışdı. Soruşduq: "Dini məsələlərimizi kimdən soruşaq?" İmam (ə) cavabında hər ikimizə yazdı: "Yazdıqlarınızı oxudum və başa düşdüm. Dini işlərinizdə elə bir şəxsə etibar edin ki, sizin məhəbbətinizdə (Əhli-beytə məhəbbət və vilayət yolunda) uzun illər keçirmiş, bizim işimizə və vilayətimizə xidmət yolunda çox addımlar atmış olsun. Belə bir şəxs, Allahın izni ilə, sizin üçün kifayətdir." 📚 Biharul-Ənvar, c. 2, s. 82. Qeyd: Yəni, ömrünü Əhli-beyt (ə)-ın məhəbbəti, vilayəti və onların yolunda xidmət etməklə keçirmiş, bu yolda təcrübəli, köklü və etibarlı olmuş bir şəxsə müraciət edin.

  • Ayətullah Məhəmməd Təqi Behcət buyurur: Əgər insan günah etməyin ən şiddətli və təhlükəli anlarında Allahı yad etsə, haram əməli tərk edib Allahın razılığını üstün tutsa və bu qədər şirin görünən ləzzətdən Allah xatirinə keçsə, Allah bilir ona necə bir şirinlik və necə bir mükafat nəsib edəcək! Əlbəttə, belə təhlükəli məqamlarda insanın büdrəməsi və süqut etməsi ehtimalı var. Allah etsin ki, biz o vəziyyətlərə düşməyək (və ya düşsək belə, büdrəməyək).

  • ☄️Tramp üslubunda güc nümayişi; bu dəfə hərbi forma və süni intellektin köməyi ilə Bu görüntüdə o, ABŞ Quru Qoşunlarının məşhur iki generalı — Patton və MakArturla birlikdə göstərilir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo