✍ Nohələr aləmi ✍ ( Sahib Zamani)
Статистика- Последний пост
- 13 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 17
- Всего постов
- 34
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 312
- 1/48двое суток
- 357
- 1/72трое суток
- 385
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
Bu məhsullar az saydadı İstəyən vatsapıma yazsın +994554343284
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
┄━═✿♡﷽♡✿═━┄ İmam Rza məhzərinə ərzi ədəb eləmək ➖➖➖➖➖ ╭─┅─===🏴🏴🏴===─┅─╮ @noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ ➖➖➖➖➖ Şair: ??? Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️ ➖➖➖➖➖ Sözləri: Ey sınıq dillər səfası Ey adı dərdim dəvası Dəhridə poştu pənahım Sənsən…
┄━═✿♡﷽♡✿═━┄ İmam Rza məhzərinə ərzi ədəb eləmək ➖➖➖➖➖ ╭─┅─===🏴🏴🏴===─┅─╮ @noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ ➖➖➖➖➖ Şair: ??? Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️ ➖➖➖➖➖ Sözləri: Ey sınıq dillər səfası Ey adı dərdim dəvası Dəhridə poştu pənahım Sənsən ey Zəhra balası Əya şahi vila Sənə canım fəda Olub zikrim mənim Əli Musər Rza Əli Musər Rza Eşqivə mən mübtəlayəm Asitanində gədayəm İftixarimdir cəhanda Saili kuyi Rzayəm Mənim taci sərim İmamu rəhbərim Bəsimdi var ağa Sənə tay dilbərim Əli Musər Rza Ey raufi ali Taha Eylə ehsan cani Zəhra Halimi yaxşı bilirsən Lütfüvə möhtacəm ağa Adın hey səslərəm Qapında nokərəm Səni oğlun Cəvad Mənə eylə kərəm Əli Musər Rza Lütf edibsən qəm sıxanda Səbr evin qüssə yıxanda Nə olar gəl başım üstə Can dodağımdan çıxanda Həbibi ya Rza Verəndə can gəda Nəkiru munkərə Məni tapşır ağa Əli Musər Rza ✍️ Nohələr aləmi✍️ ╭─┅─===🏴🏴🏴===─┅─╮ @noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯
🛑Kanalın telegram linkin silib paylaşmağa halallıq verilmir🛑 ┄━═✿♡﷽♡✿═━┄ Zeynəb gəzərdi heyran ➖➖➖➖➖ ╭─┅─===🏴🏴🏴===─┅─╮ Telegram@noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ ➖➖➖➖➖ Şair: ƏbulHəsən Raci Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️ ➖➖➖➖➖ Sözləri: Zeynəb…
🛑Kanalın telegram linkin silib paylaşmağa halallıq verilmir🛑 ┄━═✿♡﷽♡✿═━┄ Zeynəb gəzərdi heyran ➖➖➖➖➖ ╭─┅─===🏴🏴🏴===─┅─╮ Telegram@noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ ➖➖➖➖➖ Şair: ƏbulHəsən Raci Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️ ➖➖➖➖➖ Sözləri: Zeynəb gəzərdi heyran meydani Kərbəlanı, Gördü düşübdü bisər Sultani-Kərbəlanı. Düşmüş yer üzrə gördü, əzbəs yarası çoxdur, Gül peykərində hərgiz bir cayi-busə yoxdur, Başdan ayağa cismi zəxmi sinanu oxdur, Əlvan edib sərasər öz qani-Kərbəlanı. Çün gördü parə parə ol Şahi-kəmsipahi, Tutdu üzün səmayə, ərz eylədi: – İlahi, Bu növi öldürərlər aləmdə hansı şahi, Salmış nə halə gör Şümr mehmani-Kərbəlanı. Hər yerdə əhni-aləm, bu rəsmidi cahanda, Qurbana su verərlər başını kəsən zamanda, Ol Şümr-i bimürüvvət bu pürxətər məkanda, Ləbtəşnə kəsdi əmma qurbani-Kərbəlanı. Gördü Səkinə düşmüş bir yanda nəşi-Əkbər, Cismi-şərifi zəxmi-şəmşiru tiru xəncər, Başə vurub deyərdi hər ləhzə: – Ey bəradər, Dindir, amandı, bir bu nalani-Kərbəlanı. Dindir, qəmim olubdur həddən ziyadə, qardaş, İstər Səkinə getsin Şamə piyadə, qardaş, Çox zülmlər olundu Kərbübəladə, qardaş, Məşhərdə Xaliq etsin divani Kərbəlanı. Əşki-qəm ilə doldu çeşmim çu əbri-giryan, Tökdüm sireşk gözdən mən zari-didəgiryan, Göz yaşım indi eylər bu Kərbəlanı tufan, Görsünlə əşqiyalar tufani Kərbəlanı. Damadi namuradun biçarə no ərusi, Göz yaşını tökərdi rüxsarə no ərusi, Qalmışdı qətligəhdə avarə no ərusi, Gördü düşübdü nəşi-canani-Kərbəlanı. Zülfün yolub deyərdi: – Ey namurad əmoğlu, Bir ləhzə olmadım mən dünyada şad, əmoğlu, Bu ruzigar əlindən fəryadü dad, əmoğlu, Saldı nə tez araya hicrani-Kərbəlanı? Səndən məni ayırdı bu qövmi-bimürüvvət, Biçarə no ərusin könlündə qaldı həsrət, Qalu bəla günündə budur nişani-möhnət, Hicran ilən yazıblar fərmani-Kərbəlanı. Düşməzdi əhli-beytin ahu fəğan dilindən, Eylərdilər şikayət əhli-cəfa əlindən, Çün Şümr-i dun ayırdı hər bülbülü gülündən, Ərşə yetirdi ahu əfğani-Kərbəlanı. Gördü Hüseyn əlini çəkməz Səkinəsindən, Qoymaz Səkinə dursun sədparə sinəsindən, Çəkdi o dəmdə qəmçi ol zülm kinəsindən, Rəhm etməyib vurardı giryani-Kərbəlanı. Etdi xitab Şümrə ol İbn Səd məl’un, Çəkməz Səkinədən əl, vurma Hüseyni, ey dun, Vur bu Səkinəni sən əl çəksin ol cigərxun, Rəhm etməyib vurardı giryani-Kərbəlanı. Şümri-lə’in etmib bir rəhm o natəvanə, Vurdu Səkinəyə çün bir neçə taziyanə, Çəkdi Səkinədən əl, gəldi Hüseyn fəğanə, Guya deyərdi: – Vurma, mehmani-Kərbəlanı. Bəzmi-müsibət içrə daim olub nəvaxan, Yeksər cahanı tutmuş hərçənd cürmi-üsyan, Yoxdur qəmi-cəhanda, Raci, bu eydi-qurban, Etsə əgər ziyarət eyvani-Kərbəlanı. ---------------------- ✍️ Nohələr aləmi✍️ ╭─┅─===🏴🏴🏴===─┅─╮ Telegram@noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ 🛑Kanalın telegram linkin silib paylaşmağa halallıq verilmir🛑
без подписи
#غریبم_الله_خراساندا #امام_رضا #سید_محمود_حسینی 🆔@turki_noohalar
🛑Kanalın telegram linkin silib paylaşmağa halallıq verilmir🛑 ┄━═✿♡﷽♡✿═━┄ İmam Rza(ə) şəhadəti barədə ➖➖➖➖➖ ╭─┅─===🏴🏴🏴===─┅─╮ Telegram@noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ ➖➖➖➖➖ Şair: Kəlami Zəncani Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️ ➖➖➖➖➖ Sözləri: Qəribəm, Allah, Xorasanda Dərdimə dəva olmaz, Cavad oğlum gəlməsə, heç kəs Munisi Rza olmaz. Hicaza mən namə göndərdim, Əhli-beyti məhrumə. Dedim, xoşdu vəz'i-halımnan, Agah olsa Məsumə. Yerimi bilsə, düşər, billəm, Çöllərə o məzlumə. Fəraqımda od tutar qəlbi, Kami-del rəva olmaz. Səhər, ey Bad-i Səba, yol sal Vadiyi-Sina badə. Xəbər ver, ta şiələr bilsin, Öldü şah azadə. Bacım yoxdu, gəlsin övrətlər, Matəmimdə fəryadə.Əgərçi yasımda Məsumə, Olmasa səfa olmaz. Uzaq düşdüm aşinalərdən, Oldu məskənim qürbət. Əzəldən ali Peyəmbərlən Aşinadı bu firqət. Bu vüsətli yerdə əhrarə, Yox fəraru əmniyyət. Bizə biganə yaman gündə Yaru aşina olmaz. Edər ahım kaxi-Məmunu Ziru ruyu viranə. Gələr bir gün döndərər qəbrim Məşhədi gülüstana. Olarlar Tusə pənahəndə, Şiələr yana-yanə. Gəlib amma türbəti-Məşhəd Xaki-Kərbəla olmaz. Özüm gərçi Höccətullaham, Dildə müddəa vardı. Bu pozğun hal ilə başımda Şövqi-Kərbəla vardı. Hüseynin şeşguşə qəbrində Ayrı bir səfa vardı. O qəbrə müştaqəm ömrümdə, Heyf ola, vəfa olmaz. Öləydim ey kaş o səhradə, Cəddimin hüzurində. Verəydim can, ya tutaydım yas Möhnəti vofurində. Gedəydim şami-qəribanə, Xulinin tənurində. O halı yada salanda dil Qüssədən rəha olmaz. Əgərçi mən tək qərib olmaz Ərşi-davər altında. Edərlər təclil itər qəbrim, Dəstə güllər altında. O cəddimdi, qaldı əzası Tiru-xəncər altında. Kəlami, yaz Kərbəla misli, Qanlı bir mina olmaz --------------------- ✍️ Nohələr aləmi✍️ ╭─┅─===🏴🏴🏴===─┅─╮ Telegram@noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ 🛑Kanalın telegram linkin silib paylaşmağa halallıq verilmir🛑
Şəhid Rozəxan HəmidRza Rəcəbzadə O bizə bir dərs verdi...Məddah da olsan şəhid ola bilərsən...Ön cəbhədə döyüşçü olmasan da... Şəhadətin də qəribə oldu qardaş... Bədənin Hz. Əli Əkbər(ə) kimi İrbən İrba olub deyirlər. Videoda göründüyü kimi ürəyivi diri ikən bədənindən çıxardıblar...Hz.Həmzəni yadımıza saldın. Bir də eşitdim yandırılmısan ...Xanım Zəhra(s.ə) yanan kimi... Bədənindən bir neçə hissə anava göndərilib....Vəhəbi yada saldın. Xoş halıva Həmid can. Ruhuna salavat
🛑Kanalın telegram linkin silib paylaşmağa halallıq verilmir🛑 ┄━═✿♡﷽♡✿═━┄ Hz.Muhəmməd(s) rozəsi ➖➖➖➖➖ ╭─┅─===🏴🏴🏴===─┅─╮ Telegram@noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ ➖➖➖➖➖ Sözləri: Bismillahir-Rəhmanir-Rəhim Ya Rəhmanu Ya Rəhim Ya Rəsuləllah, bu qəmdən kövnü-imkan ağladı, Eylədin rehlət, sənə ayati-Quran ağladı. Şəhri-Yəsribdə ucaldı göylərə ahu-nəva, Bir tərəfdə Həzrəti-Zəhra deyir: “Ey vay, baba!” Bir tərəfdə baş açıb Mövla Əliyyəl-Mürtəza, Əli əmmaməni qoyub yerə. Zəhra dolanır Peyğəmbərin başına Aləmu-mənadə ərşi-Həyyi-Sübhan ağladı. Ya Rəsuləllah... Şəbi şəhadəti-İmami Həsən (ə) Şəbi rehləti-Rəsuli-Geramiyi İslam (s) Ya Rəsuləllah, nədən bəs olmadı məhşər əyan, Pənctən cəm oldu bir yerdə, olub əşküz rəvan. Məcərin aldı ələ Zəhra edib dadu-fəğan, Eylə nalə eylər xanım, Dolanır baba başinə Hərdən deyir: “Baba, Baba, saralan rənginə qurban, baba!” Zəhra gördü o əsnada, Qapı döyüldü. “Kim sən?” – dedi bir ərəbəm Xanım buyurdu: “Babamın halı yoxdu, Hali-mulaqati yoxdu.” Dubarə qapı döyüldü, xanım açmadı. Bir də qapının səsi gəldi. Baba gözlərin açdı: “Zəhra bala, qapını aç, bala. Zəhra, bilirsən qapı döyən kimdi, bala...” O, Mələkəl-Movtidi, Qabizül-ərvahdi. Qız-uşağın əvvələn babaynan arada bir məhəbbəti olar. Zəhra gəldi, üzün qoydu babasının üzünə. Xanımın gözünün yaşı tökülür. “İltimas, dua varımdı bu gecə... Peyğəmbərlərin qapısına gələnlər, Zəhranın gözünün yaşı tökülür.” Əli ağlur, Zəhra ağlur, Peyğəmbər can verir. Əli buyurur: “Gördüm baba, bala, qulağına bir söz dedi.” Zəhra təbəssüm eylədi. Əli deyir: “Sora Zəhradan sual eylədim: ‘Baban nə buyurdu?’” Xanım dedi: “Əmi oğlu, babam belə dedi: ‘Zəhra, nigaran olma, qızım. Əvvəlin kəs ki gələr yanimə sən olarsan, bala. Bala, bu yaxınlığa gələrsən, baba, didarına.’” Peyğəmbər icazə verdi: “Qızım, aç qapını, bu heç kəsdən icazə almaz.” Amma burada bir rövzə ürəyimdən keçdi. Ay, amadə əyləşənlər, Deyirəm:Ya Rəsuləllah!Mələkəl-Movt Zəhradan icazə aldı. Amma üç gün səndən sonra balavın qapısına od vurdular. 300 cəmaət Əlinin qapısını yandırdılar. Əlinin əli qaldı belində, Zəhranın əli qaldı sinəsində. Xanım yavaş-yavaş deyir: “Gəl, Fizzə, qapım yandı, şərari qəmə yandım. Siqt oldu balam Möhsin, özüm də yaralandım.” Xanım ğəşş eylədi. Bir zamandan sonra gözün açdı, Gördü Əlini apardılar. “Aparmıyın əmoğlumi, vəfalıyam, dözəmmərəm. Açın əmoğlumun qolun, yaralıyam, gələmmərəm!” Xanım gördü Əli gedir, amma Həsən ağlır, Hüseyn ağlır. Gözlərini açdı xanım, baxdı bir az sağ-soluna. Aşiqanə eylədi, tekyə Hüseynin qoluna. Dedi: “Oğlum, gözün aç, bax bu şərafət yoluna. Bu yolun qana batan məqtəli var, səngəri var. Oxu var, qəmçisi var, nizəsi var, xəncəri var.” Xanım gördü o balaca balanın gözlərindən yaş cari olur Elə yavaş-yavaş deyir: “Nənəm, lay-lay...” Balanı basdı bağrına: “Oğul, mənə lay-lay deyən dillərə Zəhra qurban, Mehriban ləhnüvə qoftarüvə dünya qurban. Gözlərindən tökülən yaşlara dərya qurban.” Dedi: “Dediyin laylaya göz yaşımı gözdən sıxaram, Əvəzin gəlləm, oğul, Kərbubəladə çıxaram...” ---------------------- ✍️ Nohələr aləmi✍️ ╭─┅─===🏴🏴🏴===─┅─╮ Telegram@noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ 🛑Kanalın telegram linkin silib paylaşmağa halallıq verilmir🛑
🛑Kanalın telegram linkin silib paylaşmağa halallıq verilmir🛑 ┄━═✿♡﷽♡✿═━┄ Hz.Əbbasın Rəcəzi ➖➖➖➖➖ ╭─┅─===🏴🏴🏴===─┅─╮ Telegram@noheleralemi ╰─┅─===🏴🏴🏴===─┅─╯ ➖➖➖➖➖ Şair: Əsəd Nikfal Ərdəbili — {Fəryad} Oxunuş tərzi:Aşağıda səsli olaraq⬇️⬇️⬇️ ➖➖➖➖➖…