ONBİR News
Статистикаhttps://onbir.vip/telegram https://onbir.vip/vip https://onbir.vip/instagram https://onbir.vip/facebook https://onbir.vip/news
- Последний пост
- 11 дек.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 26
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🎙 Ajax klubunun baş məşqçisi Fred Grim Qarabağ`ın çətinlik çəkdiyi mövqeni bildiklərini vurğulayıb. O, son 10 dəqiqədə buna görə üstün olduqlarını deyib: 🗣 "Məncə, burada ilk növbədə komandanın yaxşı təşkil olunmasından söhbət gedə bilər. Bilirdik ki, Qarabağ'ın çətinlik çəkdiyi mövqe haradadır. Ona görə də bu nəticəni əldə etdik". [QOL]
🎙 Qarabağ klubunun baş məşqçisi Qurban Qurbanov Nəriman Axundzadənin çıxışından narazı qalan azarkeşlərə hər hansı söz deməkdə çətinlik çəkdiyini bildirib: 🗣 "Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə demişəm ki, futbolçularımın yanındayam. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanların hamısı. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik. Bəlkə də 3 ən yaxşı oyundan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur". [QOL]
🥺 Mo Salah`ın azarkeşlərə vida kimi görünən mesajı: 🗣 "Klub yayda söz verdi, mənim üçün çox şey vəd edirdilər... amma indiyə qədər üç oyundur ehtiyatdayam. Verdiyiniz sözləri tutun. Deyə biləcəyim tək şey budur. Burada birinin mənim qalmağımı istəmədiyi açıq-aşkar görünür. Baş məşqçi ilə yaxşı münasibətlərim var idi və bir anda, heç bir münasibətimiz qalmadı. Səbəbini bilmirəm. Mənə qarşı ədalətsiz olunması qəbuledilməzdir. Bunun niyə başıma gəldiyini bilmirəm. Anlamıram. Hazırda niyə bu vəziyyətdə olduğumu bilmirəm. Problemin mən olduğumu düşünmürəm. Bu klub üçün çox şey etmişəm. Ailəmə zəng vurub Brighton oyununa gəlin dedim, oynamasam da fərq etməz, zövq alacağam. Nələr olacağını görəcəyik. Nə olursa-olsun, bu klubu hər zaman sevəcək və dəstəkləyəcəyəm".
❌ Barcelona 37 yaşlı polşalı hücumçu Robert Lewandowski`nin müqaviləsini uzatmayacaq. [The Athletic]
🚨 Ronald Araujo yaşadığı böyük təzyiq səbəbilə zehni və psixoloji olaraq toparlana bilməsi üçün klubdan özünə vaxt verilməsini istəyib. 👀 Mundo Deportivo`nun məlumatına görə klub bunu dərhal qəbul edib, çünki əsas prioritetin oyunçunun zehni və psixoloji sağlamlığını bərpa etməsi olduğuna inanırlar. ⏳ Onun dəstəklənməsi üçün hər şey səfərbər edilib. Bu tələbin müəyyən bir bitmə tarixi yoxdur, çünki belə hallarda geri dönüş tarixini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.
🎙 Tottenham klubunun baş məşqçisi Thomas Frank PSG qarşısında alınan məğlubiyyətdən sonra: 🗣 "Növbəti Ballon d'Or mükafatını Vitinha qazanacaq. O, hal-hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisidir". ⚽️⚽️⚽️ Vitinha Tottenham qapısına 3 qol vuraraq matçın ən yaxşı oyunçusu seçilib.
🎙 Galatasaray klubunun baş məşqçisi Okan Buruk Union Saint-Gilloise qarşısında alınan minimal hesablı məğlubiyyəti şərh edib: 🗣 "Məğlubiyyəti tam olaraq hakimin və əskiklərin üstünə atmıram, amma ispan hakim oyunu çox pis idarə etdi. Qırmızı vərəqə göstərmədiyi oyunçu qol vurdu. Ümid edirəm ki, UEFA bu qədər böyük bir səhvi cəzalandıracaq. Milli komandalara futbolçu göndəririk, pulunu biz ödəyirik, amma orada futbolçuları hörmətsiz şəkildə istədikləri kimi istifadə edirlər. Zədəlilərimizi sağaldacağıq, amma bu dəfə də Afrika kubokuna gedəcəklər".
🎙 Qarabağ klubunun prezidenti Tahir Gözel: 🗣 "Qarabağ sübut etdi ki, Azərbaycan xalqı cəsarətli xalqdır. Gördünüz nə qədər rahat oynadıq? İkinci qolu bizə hücumda vurdular. Məndə çox böyük fəxr hissi var. Qarabağ sübut etdi ki, Chelsea kimi dünya çempionu bir klubla çox rahat bacarır. Bizim udmaq şansımız var idi. Qazanclarımız təsadüfi deyil. Biz artıq daha da ümidlənirik ki, bir zəfər daha olsa, ilk 24-ə düşmək şansımız olacaq". © Qafqazinfo
🏆 Cristiano Ronaldo`dan Piers Morgan'a: 🗣 "Dünya Kubokunu qazanmaq mənim üçün bir xəyal deyil. Nəyi müəyyənləşdirəcək? Tarixin ən yaxşı oyunçularından biri olub-olmadığımı müəyyənləşdirmək üçündür? Cəmi altı-yeddi oyundan ibarət bir turniri qazanmaqla? Bunun ədalətli olduğunu düşünürsən?".
❓"2025-ci ilin mayın 31-nə, Çempionlar Liqasındakı qələbəyə qayıdaq. Klubun yetirməsi kimi final fitindən sonra nə hiss etdin?". 🗣 Presnel Kimpembe: "Bunlar təsvirolunmaz hisslərdir. PSG-nin akademiyasında yetişmişəm və illərlə bu klubun uğuru üçün mübarizə aparmışam. Uğursuzluqlarımız da olub və yenidən ayağa qalxmışıq. Xarakter göstərməyi bacarmışdıq. Bu, asan deyildi. Həmişə dediyim kimi, Parisdəki təzyiq başqa klublardakı kimi deyil. PSG ilə bir Çempionlar Liqası kubokunu qazanmağı, Real Madrid və ya digər klublarda beş Çempionlar Liqası kubokunu qazanmağa üstün tuturam, əlbəttə ki, heç birinə hörmətsizlik etmədən. Qazanmış bütün klublara böyük hörmətim var, amma Parisdə bu, çox xüsusi bir hissdir. Hamı illərlə bunu gözləyirdi. Uğur qazanmaq üçün çox mübarizə apardıq. Bu, çox çətin bir şey idi. Manchester United, Manchester City və finalda Bayern Munich`ə qarşı yaxşı iş gördük. Həmişə çox mürəkkəb anlar idi. Nəhayət zirvəyə çatmaq inanılmaz bir azadlıq hissi idi". © Foot Mercato
⏳ HİSSƏ | Burnley 0-2 Arsenal ⏳ HİSSƏ | Nottingham 0-1 Man United 👀 Hazırki nəticələrə əsasən EPL-da turnir cədvəli:
🌎 Dünya çempionatının seçmə mərhələlərində ən çox qol vuran oyunçular: 🥇 Cristiano Ronaldo ➖ 41 qol 🥈 Carlos Ruiz ➖ 39 qol 🥉 Lionel Messi ➖ 36 qol 📌 MLS klublarında da forma geyinmiş Carlos Ruiz 1998-2016-ci illərdə üzvü olduğu Qvatemala millisinin ən çox matça çıxmış və ən çox qol vuran oyunçusudur.
❓"Nəyə görə Ukrayna Azərbaycana qarşı çətinlik çəkir? Həm Bakıda çətinlik çəkdiniz, həm də Polşadakı matçda. Axı Krakoviya stadionunun meydançası daha yaxşı səviyyədə idi. Halbuki Ukrayna mətbuatı iddia edirdi ki, Bakıda qalib gələ bilməmənizin səbəbi ot örtüyü idi..." 🗣 Sergiy Rebrov: "Heç bir zaman fikirləşmirəm ki, Azərbaycan zəifdir. Belə sözü də heç vaxt deməmişəm. İslandiya ilə oyunda göstərdiyiniz nəticə sizin gücünüz deyildi. Niyə Azərbaycan öz millisinə qiymət vermir? Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdı". [QOL]
❓"Bundan sonra millidən nə gözləyək? Komanda əzmkar oldu, maksimum gözəl müdafiəyə çalışdı. Amma 180 dəqiqəyə 2 zərbə vurduq. Əzmkarlıq və müdafiə olunmaq sarıdan irəlilədik. Xal üçün qapıya zərbə lazımdır..." 🗣 Ayxan Abbasov: "Qapıya zərbə lazımdır. Zərbə çox oldu. Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya blərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb, bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündürlər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək... Buna da qiymət vermək lazımdır". © Sportal
💵 40 yaşlı hücumçunun sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilir. Bura onun sponsor müqavilələri, klublardan aldığı maaş və kommersiya fəaliyyəti daxildir. 📄 Ronaldo bu yay Al Nassr ilə imzaladığı yeni müqaviləyə əsasən, ildə 400 milyon dollardan çox qazanır. 👀 Lionel Messi uzun illər portuqaliyalı futbolçu ilə eyni səviyyədə gəlir əldə etsə də, son 2 ildə vəziyyət kəskin şəkildə dəyişib. ©️ Bloomberg
✅ Benfica 2⃣➖3⃣ Qarabağ ✅ Qarabağ 2⃣➖0⃣ Copenhagen 😍 UEFA Çempionlar Liqasındakı təmsilçimiz Qarabağ ilk 2⃣ turu 6⃣ xalla tamamlayır❗️ ⏳ Növbəti turda Athletic Bilbao səfərinə çıxacağıq. Görüş 22 oktyabr tarixində baş tutacaq.
🇹🇷 19 il sonra qarşılaşan komandaların duelində Galatasaray minimal hesablı qələbə qazandı. ⌛️ YEKUN | Galatasaray 1⃣➖0⃣ Liverpool 📌 Hər iki komandanın aktivində artıq 3⃣ xal var. ⏳ Galatasaray növbəti turda Bodø`nu qəbul edəcək. Liverpool isə Eintracht Frankfurt səfərinə yollanacaq.
🇪🇸 Real Madrid həftəiçi turda da qalib gələrək yoluna itkisiz davam edir. ⌛️ YEKUN | Levante 1⃣➖4⃣ Real Madrid 📌 Əzəli rəqibindən 5⃣ xal geri qalan Barcelona 25 sentyabr tarixində Real Oviedo səfərinə çıxacaq.
🇪🇸 Doğma meydanda qəbul etdiyi rəqibinə 3⃣ cavabsız qolla qalib gələn Barcelona lider Real Madrid ilə xal fərqini qorudu. ⌛️ YEKUN | Barcelona 3⃣➖0⃣ Getafe 🥇 Real Madrid ➖ 1⃣5⃣ xal (+8) 🥈 Barcelona ➖ 1⃣3⃣ xal (+13)
👀 Prezident postuna Sadettin Saran`ı gətirən Fenerbahçe həmin gün ən sevimli rəqiblərindən biri olan Kasımpaşa qarşısında uzun müddət sonra xal itirdi.