OXU ٱقْرَ...
Статистикаٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ [٩٦:١] 1) Yaradan Rəbbinin adı ilə oxu!(Ələq surəsi)
- Последний пост
- 12 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 15
- 1/48двое суток
- 17
- 1/72трое суток
- 18
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
İbn Qeyyim əl-Covziyyə rahiməhullah demişdir: “Peyğəmbər ﷺ Allahı zikr etmək xüsusunda yaradılanların ən kamili idi. Onun hər sözü Allahı zikr etmək və Onun rizasını qazanmaq üçün olmuşdur. Eləcə də ümməti üçün qanuniləşdirdiyi – onlara buyurduğu əmrlər və qadağalar, həmçinin, Rəbbinin adları və sifətləri, Onun verdiyi hökmlər və gördüyü işlər, vədləri və təhdidləri barədə xəbər verməsi, habelə, Allahı tərifləməsi, Onun şənini uca tutması, Ona həmd etməsi, Onun pak və müqəddəs olduğunu təsdiqləməsi, Ona yalvarması və Ona dua etməsi, Ondan qorxması və Onun mərhəmətinə ümid bəsləməsi ancaq Allahı zikr etmək üçün olmuşdur.Hətta onun susmağı belə, qəlbən Allahı zikr etməyinə aiddir. Rəsulullah ﷺ hər vaxt və hər bir halda – ayaq üstə də, oturaqlı halda da, uzanmış vəziyyətdə də, yol gedəndə də, minik üstündə də, səfərdə olanda da, qonaq qaldığı yerdə də, öz evində də davamlı olaraq Allahı zikr edərdi.” Zadul-Məad fi Hədyi Xayril-İbad, 2/332.
без подписи
O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Ali-İmran surəsi ayə 135✨
✨ƏL-VƏHHƏƏB İSMİNİN MƏNASI✨ Əl-Vəhhəəb - Heç bir qarşılıq gözləmədən verən, qullarını xüsusi hədiyyələrlə mükafatlandıran Allah deməkdir ~Quranda 3 dəfə Allah üçün keçir. AYƏ - Rabbimiz! Hidayət etdikdən sonra qəlblərimizi əyriltmə. Bizə Öz qatından bir rahmət ver. Şübhəsiz ki, Sən (qarşılıqsız olaraq qullarına hibə edən) ƏL-VƏHHƏƏBsan (Ali imran 8) 📖Esmaul Husna-Ebu Hanzala
без подписи
Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Peyğəmbər (ﷺ) demişdir: Allah hər hansısa qula nemət verər və o da o nemətin qarşılığnda Allaha həmd edərsə (əlhəmdulilləh deyərsə), bu həmd onun üçün o nemətdən daha üstün olar. Sünən ibn Macə 3805, həsən hədis
без подписи
TaHə surəsi ✨ 82) Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. 83) Allah buyurdu: “Səni öz qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?” 84) Musa dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!”
İbn Rəcəb rahiməhullah təvəkkül kəlməsinə belə tərif vermişdir: “Təvəkkül: dünyaya və Axirətə aid hər bir işdə xeyir əldə etmək və ya zərəri dəf etmək üçün səmimi-qəlbdən Allaha etimad etmək və Ondan başqasının nə ruzi verməyə, nə verdiyinin qarşısını almağa, nə xeyir verməyə, nə də zərər vurmağa qadir olduğuna iman etməkdir.” Camiul-Ulum vəl-Hikəm, 2/496-497.
без подписи
ALLAHU ƏKBƏR ☝️🏼
без подписи
без подписи
İbn Abbas r.a demişdir: “Böyük günah deyildikdə, o günahlar qəsd edilir ki, Allah onları edənlərin Cəhənnəmə düşəcəyini xəbər vermiş, yaxud onlara qəzəbi tutmuş, yaxud onları lənətləmiş, yaxud da onlara əzab vermişdir.” Təfsir ət-Təbəri, 5/27; Təfsir əl-Qurtubi, 5/159; Şərh Nəvəvi, 2/271.
без подписи
Əli ibn Əbu Talib rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Allaha and olsun ki, Allahın sənin vasitənlə bir nəfəri hidayət etməsi sənin üçün qırmızı dəvələrə sahib olmaqdan daha xeyirlidir." Səhih əl-Buxari (3701), Səhih Muslim (2406).
без подписи
✨ƏL-QAHHƏR VƏ ƏL-QAHİR İSİMLƏRİNİN MƏNASI✨ ƏL-QAHİR- Hər şeyə boyun əydirən və hökmünə ram edən Allah deməkdir. ~6 dəfə Quranda yer almaqdadır. AYƏ - O qulları üzərində (hər şeyə boyun əydirən) Əl-Qahirdir. O sizə gözətçi mələklər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını alırlar və heç bir səhvə yol vermirlər. (Ənam 61) 📖Esmaul Husna-Ebu Hanzala
без подписи
Məhərrəm ayının və aşura orucunun fəziləti: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Ramazandan sonra ən üstün oruc Allahın ayı olan Məhərrəm ayının orucudur» (📚Muslim, 1163) Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: «Allaha ümid edirəm ki, aşura orucu bir il keçmiş günahlara kəffarədir». (📚Muslim, 1976). Qeyd: Alimlər deyiblər ki, burda məqsəd kiçik günahlardır. Böyük günahları isə tövbə silir. Rubeyy bint Muavviz (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) aşura gününün səhəri Mədinənin ətrafında olan ənsarların bütün kəndlərinə xəbər göndərdi ki, «Kim bu gün oruclu sabahlayıbsa orucuna davam etsin, kim də yemək yeyibsə günün qalanı oruc tutsun». Ondan sonra biz aşuranı oruc tutardıq və övladlarımıza da tutdurardıq. Məscidə gedək, yundan onlara oyuncaq düzəldərdik, onlardan biri aclıqdan ağlayanda başlarını qatmaq üçün oyuncağı onlara verərdik ki, iftar vaxtına qədər başı qarışsın”. (📚Buxari 1960, Muslim 1136) İbn Abbas (Allah ondan razı olsun) demişdir: «Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) aşura günü və Ramazan ayı qədər bir günün və ayın orucunu axtardığını və o günün savabını qazanmaq üçün oruc tutmağa həris olduğu bir günü görmədim». (📚Buxari, 1867).