قلبي
Статистикаسَكِينَةٌ لِلقُلُوب -Qəlblərə sakitlik gətirən sözlər @Sabrrsunna_bot https://t.me/boost/qelbnuru
- Последний пост
- 12 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 2
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 167
- 1/48двое суток
- 191
- 1/72трое суток
- 206
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
💕 https://t.me/din_imiz
Kimi bu dünya üçün planlar qurur,kimi isə axirətdə özünə Cənnət sarayları inşa edir. qəlbnuru
Qurani Kərimi-oxuyun onu rəflərdə tozlanmağa qoymayın. Çünki Quran sadəcə evdə saxlanılmaq üçün deyil qəlblərə şəfa və həyatımıza rəhbər olmaq üçün nazil olub. Onu oxuyun anlayın və həyatınıza tətbiq edin.
Ramazanda ürəklər yağışdan sonra çiçəklənən bağçalar kimi açılır.🌙 ㅤاللَّهُمَّ بَلِّغْنَا رَمَضَانَ qəlbnuru
▪️ Allahım, Səndən hər seçimim üçün xeyir, hər qaranlıq üçün nur, hər çətinlik üçün asanlıq istəyirəm. Allahım, cənnətinin gözəlliyi qədər, həyatımın qalanında mənə gözəlliklər göstər və bütün diləklərimi gerçəkləşdir. Allahım, səbirdən sonra məni mükafatlandır və kədərdən sonra məni xoşbəxt et. ✒️ Allahummə əmin. 📍 Sual Cavab və Faydalar
Ey insan,bilirsənmi Allahın sənə salavat göndərməsi nə deməkdir? Sən nə peyğəmbərsən,nə də peyğəmbər nəslindənsən, amma Peyğəmbərə ﷺ salavat gətirdiyin üçün Allah səni mərhəmətinə bürüyür, adını göylərdə zikr edir, mələklər səni xeyirlə anır. Hər salavatına qarşılıq Allah sənə on qat salavat göndərir. Ona görə də,adı çəkiləndə salavat gətir,çünki bu — Rəbbin rəhmətinə açılan ən gözəl qapıdır. qəlbnuru
Allah sənin son ümidin deyil, ilk sığınacağın olsun qəlbnuru
Peyğəmbərimiz ﷺ buyurmuşdur: “Kim gecəni ibadətlə keçirməyə gücü çatmazsa,ya da malını xərcləməyə xəsislik edərsə,ya da düşmənlə döyüşməkdən çəkinərsə,qoy çoxlu «Subhənallahi və bihəmdihi» desin.Çünki bu zikr, Allah yolunda sərf olunan bir dağ dolusu qızıldan daha sevimlidir.” (Səhih ət-Tərğib — əl-Əlbani)
«Kim (din) qardaşının ehtiyacını yerinə yetirməsinə kömək etmək üçün, onunla birlikdə gedərsə — atdığı hər addım üçün sədəqə savabı yazılar». — İbn Abbas (radıyallahu anhu) 💎 🗞 «Camiʿul-ʿUlum vəl-Hikəm» səh/ 470. ───────────────────── ©️ t.me/mawaddah_az
Rəbbim,qəlbimi dua və Qurana bağla.Sənə qovuşacağım günə qədər məni haqq yolunda möhkəm və sabit et. qəlbnuru
Rəbbim,bağçamızın çiçəkləri heç vaxt solmasın,xoşbəxtlik çiçəkləri isə ömrümüzün hər gününü bəzəsin.🌿 qəlbnuru
هناك فراغ في القلب لا يسده إلا الخلوة مع الله. Qəlbdə elə bir boşluq var ki, onu yalnız Allahla xəlvət (tək qalmaq, Onunla baş-başa olmaq) doldura bilər.🌿
🌿Öz bağçanı ək,ruhunu özün gözəlləşdir.Başqasının sənə çiçək gətirməsini gözləmə. Özünə etdiyin hər bir yatırım heç vaxt boşa getməz.Gün gələr,o,ruhunda sakitlik, qəlbində müdriklik və həyatında gözəllik kimi çiçək açar.🌿 qəlbnuru
Mömin əməllərindən arxayın olmayan kəsdir! https://t.me/islamfezileti
⠀ 🍃Ən gözəl ruhlar,başqalarına yol göstərən və eyni zamanda sakitlikdə öz ağrılarını daşıyanlardır. ⠀ qəlbnuru
🌾 Kəhf surəsi – qoruyan savab ✍️ İbn Dəqiq əl-İyd (رحمه الله) belə deyib: 🔸 «Mənim bir dostum vəfat etdi, mən onu yuxuda gördüm. O mənə belə dedi: “Mənim yanıma bir it gəldi – sanki vəhşi bir heyvan kimi – və məni qorxutmağa başladı, mən də çox qorxdum. Bu zaman gözəl görkəmli bir şəxs gəldi, o iti qovdu və mənimlə oturub yoldaşlıq etdi. Mən ondan soruşdum: “Sən kimsən?” Dedi: “Mən cümə günü oxuduğun Kəhf surəsinin savabıyam”» 📔(ibn Həcər, “Əd-Durrər əl-Kəminə”: 5/352)
Bir gün,dualarının necə qəbul edildiyini,öz gözlərinlə görəcəksən.🤍 qəlbnuru
без подписи
Unutmayın ki,bir gün ürəyiniz dayanacaq və bütün qorxularınız və gələcəklə bağlı planlarınız artıq əhəmiyyət kəsb etməyəcək. qəlbnuru
Zaman keçdikcə anlayırsan ki, hər zaman,hər yerdə,hansı halda olursan ol,arxalana biləcəyin yeganə varlıq sənin Rəbbindir. Əgər bir anlıq bunu unudub ümidini məxluqlardan kiməsə bağlayırsansa,Allah elə hadisələr yaradır ki,ayılırsan, özünə gəlirsən və anlayırsan: sənin Rəbbindən başqa heç kimin yoxdur. Səni vaxtında yenidən doğru yola qaytaran Allaha həmd olsun.🌿 qəlbnuru