Namaz Əhli ❤️🕌
Статистикаلَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْ La ilahə illəllah Muhəmmədən RəsulAllah 🤲🏻 Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Həzrəti Muhəmməd (səllallahu əleyhi və alihi və səlləm) onun elçisidir☝🏻
- Последний пост
- 12 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 31
- 1/48двое суток
- 35
- 1/72трое суток
- 38
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Hörmətli abunəçilər. Biri-birindən möhtəşəm 𝐃𝐢𝐧𝐢📕 Elmi və Xəbər 🌍 kanallarını sizlərə təqdim edirik.Seçdiyiviz linkə vurub kanallara abunə olun, faydalanın. Vaxt məhduddur. Kanallar 𝐚𝐤𝐭𝐢𝐯𝐝𝐢𝐫, daima yeni və vaxtında 👈 𝐱ə𝐛ə𝐫𝐥ə𝐫, maraqlı məlumatlar paylaşılır. @ya_beqiyyetellah
https://t.me/ya_beqiyyetellah/19805
💙İmam Hüseynin müqəddəs ziyarətgahı Hacı Bəsim Əl-Kərbəlayinin iştirakı ilə İmam Hüseynin müqəddəs ziyarətgahının içərisində matəm mərasimi keçirir. #Hüseynə_sədaqət #Ərbəin_Ziyarəti #Səfər_ayı 𝐀𝐛𝐮𝐧ə 𝐨𝐥𝐮𝐧 🔥 Ya Bəqiyyətəllah 👉Gücləndir
Həzrət Ayətullah Behcət Böyük arif həzrət Ayətullah Behcət Ərbəin ziyarətinə piyada getməklə bağlı buyurub: “Hədislərə görə, İmam Mehdi (ə) zühur edən zaman dünya əhalisinə deyəcək: “Ey insanlar! Mənim babam Hüseyni susuz öldürdülər. Ey insanlar! Mənim babam Hüseynin başını kəsdilər”. İmam Mehdi özünü bütün dünyaya İmam Hüseynlə (ə) tanıtdıracaq. Deməli, o zamana kimi bütün dünya Hüseyni (ə) tanımalıdır. Ancaq hal-hazırda hamı onu tanımır. Bu bizim təqsirimizdir. Biz şəhidlər sərvəri (ə) üçün güclü fəryad çəkib səsimizi bütün dünyaya çatdıra bilməmişik. Piyada Ərbəin ziyarəti İmam Hüseyni (ə) bütün dünyaya tanıtdırmaq üçün ən yaxşı fürsətdir. Şəhidlər sərvərinin (ə) ziyarəti tarix boyu çətin və təhlükəli olsa da, aşiqlər bunu gözə alıb Ərbəin günü İmam Hüseynin (ə) ziyarətinə getmişlər”. Ərbəin ziyarətinin İmam Mehdi (ə) ilə əlaqəsi Ərbəin ziyarətinin iki siması vardır. Bir siması Əbu Abdullah Hüseyndir (ə), digəri isə intizarı çəkilən həzrət Mehdi (ə). Möhtəşəm Ərbəin yürüşü və 20 milyon ziyarətçinin dünyanın müxtəlif yerlərindən Kərbəlaya toplaşması o həzrətin zühurunun yaxınlaşmasına ümidimizi artırır. İmam Mehdi (ə) bizim tabe olmalı olduğumuz imamımızdır. Ona görə də, nəfs və şeytanla cihadda öz yerimizi tapmalı, Həbib ibn Məzahir kimi müdriklik göstərib özümüzü dünya bazarından xilas etməli və axirət müştərisi olmalıyıq. Piyada Ərbəin ziyarətinin mesajı Piyada Ərbəin ziyarətinin mesajı bundan ibarətdir: “Ey mənim mövlam və sərvərim! Ey diri imamım! Ey Allahın böyük ehtiyatı! Əgər gəlsən və gözlərimiz üstə qədəm qoysan, səni cəddin Hüseyn (ə) kimi yalqız qoymaram. Bu sözümü sübut etməkdən ötrü Kərbəla yolunun və piyada Ərbəin ziyarətinin çətinliklərini gözə alıb tam sevgi ilə cihad edən və şəhid olan imamın ziyarətinə gəlmişəm və sənə bir daha beyət edirəm. Bu ictimai toplantı, bu insan seli göstərir ki, 20 milyon əsgər canını sənə fəda etməyə hazırdır!” Ərbəin ziyarətinə piyada gedənlərə tövsiyə Ərbəin günü Kərbəlaya piyada yürüşdə mütləq iştirak etməniz, bu möhtəşəm aksiyanı günortadan qabaq yerinə yetirməniz tövsiyə olunur.İmam Hüseynin (ə) məqbərəsinə piyada yürüş Allahın böyük ehtiyatı olan həzrət Mehdinin (ə) zühuruna bir növ hərbi hazırlıqdır.
Ərbəin ziyarətinin mənəvi faydaları Hədislərə əsasən: Kərbəla ziyarətçisinin atdığı hər addıma görə ona bir yaxşı əməl yazılır və bir günahı bağışlanır. Allah onu nicat tapanların və diləyi qəbul olanların sırasına daxil edir. Ayağını hər dəfə yerə qoyanda onun üçün İsmayıl (ə) övladlarından olan bir qul azad etməyin savabı yazılır. İmam Hüseynin (ə) məzarına tərəf atdığı birinci addımda bütün günahları silinir, ikinci addımda savabları artır, sonrakı addımlarda da savabları dəfələrlə artır və cənnət ona vacib olur. Atdığı hər addıma görə ona bir savab yazılır, bir günahı silinir, məqamı bir pillə yüksəlir. Əmirəlmöminin Əlini (ə) ziyarət edib qayıdanlara iki həccin savabı yazılır, İmam Hüseynin (ə) məzarına tərəf atılan hər addıma görə isə bir həccin savabı. İmam Sadiq (ə) buyurub: “İmam Hüseynin (ə) qəbrini ziyarət etmək məqsədilə evindən çıxan şəxs əgər piyada gedərsə, Səxavətli Allah hər addımına görə ona bir yaxşı əməl savabı yazar, bir günahını məhv edər. Məqbərəyə çatdıqda Allah-Taala onu seçilmiş salehlər sırasına daxil edər, ziyarət əməllərini başa vurduqdan sonra isə adını xilas olmuşlar sırasına yazar. Qayıdan zaman da bir mələk onun qarşısında dayanaraq deyər: “Peyğəmbər (s) sənə salam göndərib buyurur ki, əməllərinə əvvəldən başla, bütün keçmiş günahların bağışlanmışdır”. Maddi və dünyəvi faydalar İmam Hüseyn (ə) sevgisilə 100 km piyada yol gedən şəxsin fiziki gücü artır, xeyir işlər görməyə və çətinliklərə dözməyə mənəvi güc yaranır. İraq xalqının dünyanın hər tərəfindən sel kimi axışıb gələn ziyarətçiləri qarşılaması şiə xalqlar arasında ülfət yaradır, kin-küdurətləri məhv edir.
без подписи
🥹🫠❤️🩹
Loğman nə etsin? Uzunqulağa hansı formada minsin ki, siz sakitləşəsiz?!...
İmam Sadiq (ə) buyurur “Kimin yanında İmam Hüseyn (ə) yad edildikdə gözləri yaşarsa, Allah onun üzünə Cəhənnəm odunu haram edər” Kamiluz-ziyarat, bab32, səh 194,hədis 12(296)
Allah yolunda, peyğəmbər və əhli-beyti yolunda verilən ehsanlar heç vaxt boşa getməz! Mütləq, əvəzini Allah verəcək! 🩷🩷🩷
☄️Əziz xalqım, kürdlərin üsyanı və Türkiyənin türklərə yardım üçün İrana müdaxiləsi məsələsi Amerikanın B planıdır. Beynəlxalq təhlilçilər də artıq bu planı təsdiq edir və bu plan barədə ilk təhlili illər əvvəl Şeyx Orxan Məmmədov vermişdi. Əgər bu həmin Azərbaycandan qalxan oddursa, evlərinizdə oturun və ikinci dəfə Mossad-MİT-MI6 şəbəkəsinin türkləri qırıb meyitlərini parçalayaraq Xocalıda qurduğu fırıldaqda aktora çevrilməyin. Yenə təkrar edirəm, Hüseynə yardım etmək üçün Hüseynin ordusuna qoşulmaq lazımdır, Yezid ordusunda Hüseynə yardıma gələnlər birdən gözlərini açıb İmam Hüseynin parçalanmış bədəninin qanına əllərinin batdığını görəcəklər. Burdan bütün özünü şiə kimi göstərən, həqiqətdə saraya xidmət edən "ruhanilərə" və dindarlar arasına sızan şiə görünüşlü cəsuslara da səslənirəm, rəhbərin şəhid edildiyi, şiələrin kütləvi şəkildə qırıldığı bu günlərdə necə səssiz və sakit şəkildə dilinizi udmusunuzsa, bu cür də davam edin. Sabah hakimiyyətin sifarişi ilə ortaya çıxıb "İrandakı şiə türklərə yardım şəriətin vacibatıdır" şüarları verərək dindarları Qarabağda ölümə göndərdiyiniz kimi yenidən tağut üçün, NATO üçün ölümə göndərməyin. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
▪️İslamın Rəhbəri İmam Müctəba Xameneinin “İranın Şəhidlər Ağası” ilə vida və dəfn mərasimi münasibətilə müraciətinin əsas tezisləri 1️⃣ Onun yolunu davam etdirəcəyimizə dair and “Ey məzlumiyyətlə qətlə yetirilmiş! Ey alicənab şəhid! Ey Allahın saleh bəndəsi! Bu gün gözümüzdə yaş, qəlbimizdə kədərlə sizinlə vidalaşarkən, irsinizi qoruyub saxlayacağımıza, göstərdiyiniz doğru yolla qətiyyətlə addımlayacağımıza, çətinliklərdən qorxmayacağımıza və sizin kimi Uca Allahın vədinə bel bağlayacağımıza and içirik.” 2️⃣ Şəhidlərin qanının qisası “Biz sizin pak qanınızın və bu iki müharibənin bütün şəhidlərinin qanının qisasını o cinayətkar və rüsvay olmuş qatillərdən alacağımıza and içirik. Bu, xalqımızın iradəsidir və mütləq gerçəkləşəcəkdir.” 3️⃣ Qisasın fərdlərdən asılı olmaması “Adları bir-bir məlum olan bu cinayətkarlar öz yataqlarında rahat ölmək arzusunu gora aparacaqlar. Onlar bilməlidirlər: bu hökmün icrası nə məndən, nə də digər rəhbərlərdən asılıdır. Biz olsaq da, olmasaq da, bu mütləq baş verəcək. Tezliklə dünyanın dörd bir yanındakı azad insanlar bu ilahi missiyanın hər biri öz üzərinə düşən hissəsini yerinə yetirəcəklər.” 4️⃣ “İranın Şəhidlər Ağası” İmam Hüseyn yolunun insanı idi “O, hüseynçi idi. Hüseynçi kimi düşünür, İmam Hüseynin təlimlərinə uyğun hərəkət edir, İmam Hüseyn nümunəsində cihad və müqavimət göstərir, hüseynçi kimi yaşayır və İmam Hüseyn məktəbi yolunda şəhadətə ucalaraq qanını fəda edirdi.” 5️⃣ İslam İnqilabı Aşura məktəbindən doğub “İmam Hüseynin çağırışı peyğəmbərlik missiyasının davamı idi. İran İslam İnqilabı da elə ilk gündən hüseynçi xarakter daşımış — İmam Hüseynin bayrağı altında və idealları ilə doğulub boya-başa çatmışdır.” 6️⃣Şəhidin qanı xalqı oyatdı “İmam Hüseyn ardıcıllarının qanı haqq yolunda məzlumcasına axıdılanda İslam ümməti hərəkətə keçir, zaman Aşura ilə, məkan isə Kərbəla ilə qovuşur.” “Bu gün həmin Hüseyn ruhu xalqımızı oyatdı, İmam Xomeyni və şəhid Xamenei məktəbinə yeni nəfəs verdi. Bu, İmam Hüseynin "Mənə kömək edəcək bir kəs varmı?" çağırışına verilən dirçəldici cavabdır ki, ilk öncə İranı, ardınca İraqı və digər ölkələri ayağa qaldıraraq batili və ədalətsizliyi lərzəyə saldı.” 7️⃣ Şəhadət təbrikliyi “Ey şəhid ümmətin atası! Ömür boyu arzulan ibadət tək daddığın şəhadət şərbəti sənə bərəkətli olsun. Xanım Fatimeyi-Zəhra, İmam Hüseyn və Əbəlfəzl əl-Abbasın (əleyhimussalam) nişanələrini daşıyan o bədənə şəhadət libasının geyindirilməsi mübarək olsun.” 8️⃣Şəhid olmuş silahdaşlara müraciət “Və siz, onun düşmənin qəfil hücumunun qurbanı olaraq məzlumcasına şəhid olan və şəhadətə ucalan yol yoldaşları! Nə xoş bəxtinizə ki, indi sağlığınızda lütf və nəvazişini dəfələrlə hiss etdiyiniz o Mövlanın qonağısınız. Hamı üçün, xüsusən də bu torpağın insanları üçün İlahi rəhmətin qapısı olan O Kəs, indi sizi Öz hüzurunda qəbul edir və Onun yanında olmaq sizin əbədi və təhlükəsiz evinizə çevrilmişdir.” Abunə olun 🌟 Şəhid Cihad Muğniyə
İslam və dünya tarixində misli görünməmiş dəfn mərasimi: Milyonlar Şəhid İmam Xameneiyə vida etdi #son_görüş #kamil_insan #azadlıq_şəhidi #kəramət_şəhidi #şəhid_rəhbər #azadlıq_rəhbəri #məzlumların_müdafiəçisi #azad_insanların_rəhbəri #haqqın_şəhidi #azad_insan
без подписи
без подписи
🇮🇷☄️Şəhid İmamın cənazəsinin İmam Rza (ə) küçəsinə çatmasının hava görüntüləri Şəhid ümmət imamının və şəhid ailəsinin müqəddəs cənazəsi bir neçə dəqiqə əvvəl İmam Rza (ə) küçəsinə daxil olaraq, tarixi vida və dəfn mərasimi üçün səhər saatlarından bəri toplaşan böyük bir izdihamın içinə girdi. Şəhid İmamın cənazə mərasimi İmam Rza (ə) küçəsindən Rəzəvi müqəddəs ziyarətgahına qədər üç kilometrlik bir məsafədə möhtəşəm bir şəkildə keçirilir. #azad_insanların_rəhbəri #haqqın_şəhidi #məzlumların_müdafiəçisi #son_görüş 𝐒𝐨𝐧 𝐗ə𝐛ə𝐫𝐥ə𝐫 🔥 Ya Bəqiyyətəllah 👉 Gücləndir
🩷 Bayraqlarda nə yazılıb? Dəfn mərasimi zamanı iştirakçıların əllərində İran bayrağından tutmuş "Ya Lasaratil Hüseyn" [Ey Hüseynin qanının intiqamçıları] kimi dini bayraqlara qədər çoxsaylı mesajlar yazılmış müxtəlif bayraqlar və pankartlar tutduqları görülürdü. Xüsusilə üzərində “Ya Lasaratil Xamenei” (Ey Xameneinin qanının qisasçıları) yazısı olan bayraqlar və mərhum liderin qanının qisasını almağa çağırışı simvolizə edən qırmızı bayraqlar diqqət çəkib. #azad_insanların_rəhbəri #haqqın_şəhidi #məzlumların_müdafiəçisi #son_görüş 𝐒𝐨𝐧 𝐗ə𝐛ə𝐫𝐥ə𝐫 🔥 Ya Bəqiyyətəllah 👉 Gücləndir
📢📢📢 Vida və Dəfn Mərasimi ilə bağlı rəsmi məlumatlar Hörmətli izləyicilər, Rəhbərin vida və dəfn mərasimləri ilə bağlı bütün təşkilati məsələlər, məkan, vaxt və digər rəsmi təfərrüatlar barədə ən dəqiq məlumatları aşağıdakı kanallar vasitəsilə izləyə bilərsiniz ➡️ Qızılbaş TV ➡️ Ya Bəqiyyətəllah ➡️ 313 Times
Düşmən evinizdə fitnə törətməklə məşğuldur. Ehtiyatlı olun və bir-birinizə qarşı düzülməkdən çəkinin. Şəhid Rəhbər İmam Seyid Əli Xamenei, Allah ona rəhmət etsin və salam olsun 🏴
Teleqram izləyicilərinin nəzərinə. 🔻 Sizin üçün müxtəlif kateqoriyalarda ən maraqlı və keyfiyyətli kanalları topladım! 🔻 Vaxt itirməyin indi qoşulun və izləməyə başlayın!