- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 22
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 21
- 1/48двое суток
- 24
- 1/72трое суток
- 25
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
"Qalatasaray" hücumçusu Halil Dervişoğlunu "Qaziantep"ə icarəyə verib.
"Brayton" Dieqo Qomesin müqaviləsinin müddətini uzadıb.
PSJ belçikalı futbolçu Mika Qodtsun transferi üçün "Ayaks"la anlaşıb.
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin “Qəbələ” ilə oyun haqda fikirləri: “Hər çempionatda olduğu kimi ilk oyun çətin keçir. Qələbə qazandığımız üçün şadam. Başlanğıc üçün vacib qələbə idi”.
"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzenin “Turan Tovuz”la oyun barədə fikirləri: “Yaxşı, maraqlı oyun oldu. Görüş bərabər mübarizə şəraitində keçdi. Birinci hissədə bir səhv etdik və rəqib fərqləndi. Bundan başqa, “Turan Tovuz”un ciddi qol epizodları olmadı. İkinci hissədə rəqibi sıxdıq, təhlükəli vəziyyətlər yaratdıq. Son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Bu heyətlə ilk oyuna çıxırdıq. Buna baxmayaraq, komandada böyük potensial gördüm. Bir qədər də artırıb növbəti oyunlarda uğurlu nəticələr əldə etməyə çalışacağıq. Uzaq məsafə qət edib Tovuza gələn azarkeşlərimizə təşəkkür edirəm. Ötən mövsüm də çətin vəziyyətdə olarkən sonadək komandaya dəstək oldular”.
“Səbail” yoxlama oyununda TOL-u (Şimali Kipr) 1:0 hesabı ilə məğlub edib. Qolu Rubin Seyidov vurub.
İmad Faraj “Neftçi”dən ayrılaraq Tunisin “Esperans” klubuna transfer olunub.
“Turan Tovuz” mövsümün ilk görüşündə qələbə qazandı ✅ #azpfl #pfl #mislipremyerliqası
Mövsümün ilk qolu Tovuzda Henrikedən gəldi! "Turan Tovuz" 1:0 "Qəbələ"
Canlı yayım 👇🏻 https://www.youtube.com/live/u2kDIk5q2-c?si=rVBZkGWhgKwa9JFd
"Srvena Zvezda" yeni baş məşqçisi ispaniyalı Albert Riera 2 illik müqavilə bağlayıb.
“Araz-Naxçıvan” daha 2 futbolçu ilə müqavilə imzalayıb. Qabil Əlizadə və Nihat Mehralievlə 1 illik anlaşma əldə olunub. 21 yaşlı Mehraliev ötən mövsüm “Şamaxı”da çıxış edib və U-21 millisində 2 oyun keçirib. 25 yaşlı Əlizadə isə daha əvvəl “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”in formasını geyinib.
📊 "Tvente" ilə "Qarabağ"ın əvvəlki duelləri
Niderlandda “Tvente” – “Qarabağ” oyununu albaniyalı hakim Yucin Caya idarə edəcək. Ona Rejdi Avdo və Mario Şazivari kömək edəcəklər. Dördüncü hakim Emanuela Rusta, VAR hakimi Canluka Aureliano, AVAR isə Albert Doda olacaq. Qarşılaşma avqustun 20-də saat 22:00-da başlayacaq.
“Qarabağ” – “Tvente” matçına Norveçdən hakimlər briqadası UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavabında “Qarabağ” – “Tvente” oyununu norveçli hakimlər idarə edəcək. Baş hakim Rohit Saqqi olacaq. VAR-da Kristoffer Haqenes, AVAR-da Alan Kijas yer alacaq. 📅 27 avqust | 20:00 🏟️ Tofiq Bəhramov adına Respublika stadionu
Misli Premyer Liqasında yeni mövsümün ilk oyun cədvəli 🗓️ Matçları “AzPFL” yutub kanalımızdan canlı olaraq izləyə bilərsiniz 📺 #azpfl #pfl #mislipremyerliqası
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb. Qarşılaşma avqustun 20-də "Qrols Veste" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Xatırladaq ki, cavab oyunu avqustun 27-də Bakıda baş tutacaq.
"Twente" - "Qarabağ" UEFA Konfrans Liqası, Pley-off mərhələsi
Qurban Qurbanovun "Dinamo Kiyev" ilə oyundan sonra mətbuat konfransında fikirləri
Birinci oyunla ikinci oyun arasında hansı fərqlər var idi? - Qurbanov açıqladı