Songfestival Azerbaijan
Статистика🔺️Instagram: https://instagram.com/songfestival.az... 🔺️YouTube: https://youtube.com/@songfestival.azerbaijan 🔺️𝕏 : https://x.com/songfestivalaze 🔺️TikTok : tiktok.com/@songfestival.azerbaijan 🔺Web Site : https://songfestivalaze.com/
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 46
- Всего постов
- 62
- Тип
- открытый
- Язык
- az
- Категория
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 155
- 1/48двое суток
- 177
- 1/72трое суток
- 191
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🇦🇿🇧🇬Bilirdiniz? Burgasın Azərbaycanla ən xüsusi bağlantılarından biri şəhərin Sumqayıtla qardaş şəhər münasibətləridir. İki şəhər arasında dostluq və tərəfdaşlıq haqqında saziş 26 iyun 2018-ci ildə məhz Burgasda imzalanıb songfestivalaze.com
🇦🇿Bakı Memarlıq Ensiklopediyasının İnstagram hesabında “Crystall Hall” ilə bağlı paylaşım edilib. Hazırda güclü küləklərin və aqressiv dəniz mühitinin daimi təsirinə məruz qalan arenanın metal konstruksiyalarının təcili təmirə ehtiyacı vardır. songfestivalaze.com
🇧🇬 Sofiya sakinləri paytaxtda Avroviziyanın keçirilməsinə dəstək məqsədilə etiraz aksiyası təşkil ediblər! Artıq bu gün iştirakçılar BNT-nin ofisi qarşısında şəffaflıq və qərarın yenidən nəzərdən keçirilməsini tələb etməyi planlaşdırırlar. songfestivalaze.com
🇮🇱 Yəqin ki, KAN Avropa Yayım Birliyinə müraciət edərək 2027-ci il Avroviziyasında ikinci yarımfinalda çıxış etməyi xahiş edəcək. Çünki birinci yarımfinal mayın 11-i, çərşənbə axşamı keçiriləcək və həmin gün İsraildə “Yom HaZikaron – İsrailin Milli Anım Günü” qeyd olunur. 2011 və 2014-cü illərdə də KAN-ın bu istiqamətdəki müraciəti müsabiqənin təşkilatçıları tərəfindən qəbul edilmişdi. songfestivalaze.com
🇧🇬 Burgas şəhər bələdiyyə başçısının iddialarına görə, müsabiqəyə son illərlə müqayisədə rekord sayda ölkə qatılacaq. Qatılacaq ölkə sayının isə 40-dan çox olması gözlənilir. songfestivalaze.com
🇧🇬 Bu gündən etibarən Burgas şəhərində infrastruktur yenilənmələri başlayır. Geniş çərçivədə şəhərin yolları yenilənəcək, müsabiqənin keçiriləcəyi arena və ətrafında abadlıq işləri aparılacaq. songfestivalaze.com
🇲🇹 Malta “Avroviziya 2027”-də iştirakını təsdiqləyib. songfestivalaze.com
🇧🇬 Sofiya Bələdiyyə Şurasının sədri Tsvetomir Petrov “Avroviziya 2027”-yə ev sahibliyi üçün Burqasın seçilməsindən narazılığını ifadə edib: “Dövlət öz paytaxtına ögey ana münasibəti göstərməyə nə vaxta qədər davam edəcək və sofiyalılar kulis arxasında aparılan siyasi oyunların bədəlini ödəməli olacaqlar?! “Avroviziyan 2027”-nin Sofiya əvəzinə Burqasda keçirilməsi kimi böyükmiqyaslı tədbir üçün bu qərarı məntiqlə izah etmək çətindir. Darinanın möhtəşəm qələbəsindən sonra Bolqarıstanın dünyaya özünün ən yaxşı tərəflərini göstərmək üçün tarixi şansı yaranıb. Sofiya isə ev sahibi şəhər üçün təbii və məntiqli seçim idi – ölkənin ən böyük zalı, mərkəzə metro ilə birləşən beynəlxalq hava limanı, ən yaxşı nəqliyyat əlaqələri və ən böyük tutumu burada yerləşir. Hətta DARA özü də qəti şəkildə «Sofiya!» demişdi. Buna baxmayaraq, Burqas seçildi. Burqasa və burqaslılara olan bütün hörmətimlə qeyd edirəm ki, bu, iki Bolqarıstan şəhəri arasında mübahisə deyil. Məsələ daha ciddidir: bu qərar hansı meyarlar əsasında qəbul edilib və siyasi hesablamalar qarşısında bu meyarlar niyə arxa plana keçib? Çünki Sofiyanın «düzgün» insanlar tərəfindən idarə olunmadığına görə cəzalandırıldığı təəssüratını gizlətmək getdikcə çətinləşir. Hətta Avroviziyanı belə prezident və yerli seçkilər ərəfəsində siyasi mövqelənmə alətinə çevirmək mümkündür. Sofiya partiya qərargahlarının girovuna çevrilməyəcək! Sofiyalılar artıq şəhərin və Bolqarıstanın maraqları ilə heç bir əlaqəsi olmayan siyasi mübarizələrin bədəlini çox ödəyiblər. Avroviziya istedad bayramı və ölkəmiz üçün bir fürsət olmalı idi. Sofiyanın «səhv» səs verdiyi halda dövlətin onu cəzalandıra biləcəyini kiməsə sübut etmək üçün növbəti səbəb yox. Bu gün məğlub olan Sofiya deyil. Prinsip məğlub oldu – qərarlar siyasi baxımdan əlverişli olduğu üçün deyil, imkanlara əsasən qəbul edilməlidir.” songfestivalaze.com
🇧🇬 Sofiya sakinləri paytaxtda Avroviziyanın keçirilməsinə dəstək məqsədilə etiraz aksiyası təşkil ediblər! Artıq bu gün iştirakçılar BNT-nin ofisi qarşısında şəffaflıq və qərarın yenidən nəzərdən keçirilməsini tələb etməyi planlaşdırırlar. songfestivalaze.com
🇧🇬 Sofiya şəhər idarə heyəti “Avroviziya 2027”-yə ev sahibliyi etmək üçün təqdim etdiyi ərizənin Süni İntellekt vasitəsilə hazırlanmış bəzi hissələrinin vizuallarını təqdim edib. songfestivalaze.com
🇰🇷 4 sentyabrda baş tutacaq Koreya milli seçim turu “Korea’s Next Wave”-in iştirakçıları bəlli olub. songfestivalaze.com
🇪🇺🇪🇸 Deyilənə görə, AYB İspaniyanın “Avroviziya 2027”-yə qayıtması üçün RTVE ilə danışıqlara başlayıb. songfestivalaze.com
💚Fanatlar Spotifyin “Avroviziya”nın rəsmi Sponsor olması üçün çağırış edib. songfestivalaze.com
💛İctimai Televiziya Avroviziya ilə bağlı paylaşıb edib. songfestivalaze.com
🇧🇬🇹🇷 Bolqarıstanın Baş Naziri Rumen Radev Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu ilə görüşüb. İkilinin görüşündə Avroviziya mövzusundan da bəhs olunub. İki qonşu ölkə arasında hava nəqliyyatında əməkdaşlıq müzakirə olunub. Eyni zamanda tərəflər Avroviziyaya görə Bolqarıstana səyahət edəcək turistlər üçün İstanbul Hava Limanının önəmindən danışıblar. songfestivalaze.com
🇪🇺🇸🇪 İsveçli məşhur Aftonbladet qəzeti yazır ki, AYB yayımçılara göndərdiyi məktubda televoting sistemində gələcək islahatları açıqlayıb. Planlaşdırılır ki, tamaşaçı səsverməsi onlayn formata keçirilsin və iştirakçılardan eyni anda bir neçə ölkəyə səs vermələri tələb olunsun. Ehtimal olunur ki, sistem Uşaq Avroviziya və ya Avroviziya Asiyadakı mexanizmə bənzəyəcək, lakin səsvermə ödənişli olacaq. Bu dəyişikliklərin mümkünlüyünün payıza qədər qiymətləndirilməsi planlaşdırılır: “Bu iş artıq davam edir və ümid edirik ki, 2027-ci ilə qədər hazır olacaq. Hesab edirik ki, bu dəyişikliklər tamaşaçıların iştirakını və səsverməyə həvəsini artıracaq, eyni zamanda ədalət və etimada xələl gətirmədən ‘mobilizasiya olunmuş blok’ səsverməsinin təsirini azaltmağa kömək edəcək.” songfestivalaze.com
🇮🇹 Şayiələrə görə Mahmood “Sanremo 2027”-yə qayıdacaq. Xatırladaq ki, müğənni 2019-cu ildə ölkəsini solo təmsil edərək 2-ci, 2022-ci ildə Blanco ilə təmsil edərək 6-cı və sonuncu dəfə “Sanremo 2024”-də xalq səsverməsində 5-ci, ümumi nəticədə isə 6-cı olmuşdu. songfestivalaze.com
🇮🇱❌ Moroccanoil artıq “Avroviziya”-nın baş sponsoru olmayacaq. 2027-ci ildən etibarən müsabiqənin yeni baş sponsoru olacaq və yaxında ictiamiyyətə açıqlanılması gözlənilir. songfestivalaze.com
без подписи
без подписи