Təhsil Xəbər
Статистика✅ Azərbaycan üzrə elm, təhsil xəbərləri, ✅ İxtisas seçimi, qəbul, köçürmə, məsləhət, ✅ Təhsilə aid kitab, jurnal və s. pdf formaları, ✅ Maraqlı məlumatlar, bilgilər, ✅ Müzakirələr, anket sorğular, suallar
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 23
- Всего постов
- 24
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 41
- 1/48двое суток
- 46
- 1/72трое суток
- 50
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Nəticələr açıqlandı! Peşə təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlandı. İxtisas seçimi üçün müraciət edə bilərsiniz. 070 245 46 62
İxtisas seçimi zamanı diqqət olunası məqamları qruplar üzrə yerləşdirmişik ⤵️
DİM sədri Məleykə Abbaszadə bu gün abituriyentlər üçün vacib məlumatlar verib ‼️ Aşağıdan qrupunuzu seçin və videonu izləyin ✅
Dövlət İmtahan Mərkəzi ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrini "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim edib. Jurnalın bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc edilib. Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə edə bilərsiniz.
9 illik təhsil bazasından kolleclərə qəbul olunanlar! Qəbul olan abituriyenlər 19 avqust 15:00-dan 31 avqust 18:00-dək my.gov.az saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən şəxslər qəbul olduğu yerdən imtina etmiş sayılır. Qeydiyyat üçün müraciət edə bilərsiniz. 070 245 46 62
Nəticələr açıqlandı! 9 illik təhsil bazasından kolleclərə ixtisas seçiminin nəticələri açıqlandı. İxtisas seçimi üçün müraciət edə bilərsiniz. 070 245 46 62
İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.
IV ixtisas qrupu üzrə abituriyentlərin diqqət yetirməli olduqları məsələlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə
III ixtisas qrupu üzrə abituriyentlərin diqqət yetirməli olduqları məsələlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə
II ixtisas qrupu üzrə abituriyentlərin diqqət yetirməli olduqları məsələlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə
I ixtisas qrupu üzrə abituriyentlərin diqqət yetirməli olduqları məsələlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə
DAVAMI TC altqrupunda isə keçid balı 600-dən yüksək olan ixtisasların keçid balının eyni qalması, 500-600 bal aralığında olan ixtisaslarda isə bu il təxminən 30 bal artım ola bilər: "390 baldan yuxarı bal toplayanlar TC ixtisasları üzrə qəbul oluna bilərlər. TC altqrupunda 520-dən yüksək bal toplayanlar dövlət sifarişli yerlərə qəbul ola bilərlər." TC altqrupunda 300-400 bal intervalında keçidi olan ixtisaslarda 90 bala qədər artım gözlənilir: "200-300 bal intervalında olan ixtisaslarda da həmçinin 90 bala qədər artım olacaq. III ixtisas qrupu üzrə 150 bal toplayanlara və subbakalavrlara şans qalmayacaq: "Ən gərgin müsabiqə vəziyyəti məhz III qrupdadır."
DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in "YouTube" və "Facebook" səhifələrindəki canlı yayımda məlumat verib: "III ixtisas qrupu həmişə çox yüksək müsabiqə vəziyyəti ilə fərqlənir. Bu il plan yerlərinin sayı 15533, dövlət sifarişli yerlərin sayı isə 4000-dir. II qrupda olduğu kimi, burada da abituriyentlərin 26%-i dövlət sifarişli yerlərdə oxuya bilərlər. 200 baldan yuxarı toplayanların sayı 20 805 nəfərdir. Buna görə də təxminən 5000 abituriyent ali məktəbə qəbul olmayacaq: "DT altqrupunda, TC altqruplarında kifayət qədər yüksək müsabiqə vəziyyəti var. III qrupun DT altqrupu üzrə keçid balı 600-dən yüksək olan ixtisasların keçid balının bu il eyni səviyyədə qalması və ya ötən illə müqayisədə 5-6 bal aşağı enməsi müşahidə olunacaq. 500-dən yuxarı keçid balı olan ixtisaslarda da təxminən eyni keçid balı formalaşacaq. 400-500 və 300-400 keçid balı olan ixtisaslarda da eyni mənzərə müşahidə olunacaq: Ötən il III qrup üzrə keçidi 200-300 bal olan ixtisaslarda keçid balı bu il 20 bala qədər arta bilər.
Dövlət Sərhəd Xidmətinin Akademiyasının "Sərhəd təhlükəsizliyi və idarəetmə" ixtisası üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir. Hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının hər hansı birində iştirak edərək ümumi 170 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Abituriyentlər 13-14 avqust 2026-cı il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər. Əlaqə nömrəsi: 012-493-62-47
QEYD! V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb edən "Dizayn (sahələr üzrə)" ixtisas kodlarının qarşısında, texniki səbəblərdən səhvən qeyd olunmuş iki ulduz (**) işarəsi bir ulduz (*) kimi nəzərə alınmalıdır. Bundan əlavə, Lənkəran Dövlət Universitetinin 151672 kodlu Dizayn (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı) ixtisasını seçmək üçün qabiliyyət imtahanında iştirak etmək tələb olunmur. "Abituriyent" jurnalının 4-cü nömrəsini DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək mümkündür.
⚡Prezidentin Sərəncamı ilə Naxçıvan MR sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb. ✅ NDU 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25,0 (iyirmi beş) milyon manat, ✅ Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan MR NK-ya 20,0 (iyirmi) milyon manat. 📌 Ətraflı: https://president.az/az/articles/view/73260
NƏHAYƏT! Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı. İxtisas seçiminin müddəti: 12-19 avqust İxtisas seçimi üçün müraciət edə bilərsiniz. 070 245 46 62
Dövlət İmtahan Mərkəzi I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı kitabçalar nəşr edib. Kitabçaları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt Kitabçaları elektron versiyasını (PDF formatda) www abiturient.az saytında əldə etmək olar. Kitabçalar barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.
Kanalın rəhbəri Taleh Haxverdiyev Naxçıvan Televiziyasının "Çağdaş Azərbaycan gənci" verilişinə "İxtisas seçimi" haqqında müsahibə verib.
Bu il 300 min məzun elektron attestat alacaq. 2025-2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını "myGov" platformasından əldə edə bilərlər.