tgindex
Vüsal Məmmədov

Vüsal Məmmədov

Статистика

Jurnalist Vüsal Məmmədovun telegram kanalı

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
1
Всего постов
21
Тип
открытый
Язык
und
В каталоге с
13 авг.
Подписчики
77
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
172
20 постов
Вовлечённость
223,4%
к подписчикам
Постов в день
0,1
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
9
1/48двое суток
10
1/72трое суток
11

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • видео или голосовое, без подписи

  • "#Odisseya"nın ən böyük problemi janr ilə bağlıdır. Bu elə mövzudur ki, epik macəradan başqa nə çəkilsə, o olmayacaq. #Nolan isə "Hə, sonra?!" müdrik istehzasına cavab axtaran fəlsəfi-psixoloji pritça çəkməyə çalışıb. Hə, Troyanı tutduq, sonra?! Xoşbəxtikmi? Yox! Yaxşı, Təpəgözdən qurtulduq, bəs sonra? Azadıqmı? Yox! Nolanın yozumuna görə, hər şey mənasızdır. Heç nə uğurlu sonluq sayıla bilməz. Hətta evinə qayıtmaq belə! Bütün filmə, hər kadra bu mənasızlıq, heçlik, boşluq ruhu hopdurulub. Axırda isə Nolan lap zibilini çıxırar: Hə, Odissey Penelopaya qovuşdu, bəs sonra?! Nə olsun? Bu ovqatda film qurtarır və sən özündən soruşursan: "Yaxşı, biletə o qədər pul verib, bu filmə baxdım. Bəs sonra? Nə olsun?!" Və içində bir inciklik, aldadılmışlıq hissi qalır ki, görmək istədiyin bu deyildi. Sən epik dastan-məcarə görmək istəyirdin. Nolandan bunu gözləməyə haqqın olmasa da, Homerə aldanmışdın.

  • ▪️Praktik qızılbaşlıq - 1: Kirvəlik institutu Azərbaycanda göz qabağındaca ölüb, sıradan çıxmaqda olan bir qohumluq növü, sosial institut var: Kirvəlik. Mən uşaq olanda kirvə çox vacib və hörmətli qohum sayılırdı. Bu gün belə bir adam, ümumiyyətlə, yoxdur. Kiminsə haqqında "kirvəmdir!" deyildiyini eşidə bilməzsiniz. Cəmiyyətimizdə heç bir institut bu qədər sürətlə demontaj olunmayıb. Təsəvvür edin, #kirvə o qədər yaxın qohum sayılırdı ki, əmiqızı ilə evlənmək normal sayıldığı halda, kirvənin qızı elə evlənmək olmazdı! Qan qohumluğundan daha yaxın sosial qohumluq növü idi #kirvəlik. Onun bu dərəcədə möhkəmlənməsi isə qızılbaşlıqdan gəlirdi. #Qızılbaşlıq öz növbəsində, fövqəlgüclü kirvəlik kodeksini köçəri türk tayfalarının adətlərindən götürmüşdü. Kirvəlik fərqli #qızılbaş tayfalarının başçıları arasında qan bağından daha güclü bağlılıq yaratmaq üçün sosial-siyasi alət idi. Döyüş meydanında kirvə ailələri bir-birini qorumalı, heç bir halda xəyanət etməməli və çətin anda mütləq köməyə çatmalı idilər. Kirvə İkinci Ata sayılırdı. Əgər uşağın bioloji atası müharibədə həlak olardısa, onun tərbiyəsi, evləndirilməsi birbaşa kirvənin öhdəliyinə keçirdi. Kirvəliyin kökü şamanizmə qədər gedib çıxır, amma onun #Azərbaycan məişətində möhkəm şəkildə yerini alması məhz qızılbaşların sayəsində olmuşdu. Təəssüf ki, biz bu institutu yaşatmırıq. Bizdən sonrakı nəsillər artıq bu haqda ancaq kitablardan oxumuş olacaqlar. #Qızılbaşlıq #Qızılbaş

  • "Odisseya"ya baxanda adamın ən çox istədiyi şey Odisseyi bizim Bamsı Beyrəklə müqayisə etmək olur: ▪️İkisi də illərlə evinə qayıtmaq üçün mübarizə aparır; ▪️İkisini də evdə sevən və sədaqətli qadın gözləyir; ▪️İkisinin də öldüyünü düşünürlər; ▪️İkisinin də qadınına elçilər gəlib; ▪️İkisi də öz qadınına qovuşmaq üçün başqa qadının sevgisini rədd edir; ▪️İkisini də öz evində əvvəlcə tanımırlar; ▪️İkisi də kimliyini təsdiqləmək üçün yay çəkib, ox atır. Siyahını xeyli uzatmar da olar. Amma Rasim Balayevlə Mett Deymonu müqayisə edəndə üstünlüyü birinciyə verirsən. Mifologiya olduqca dərin mövzudur. Yunan mifləri isə həqiqətən bütün süjetlərin kökündə dayanır. #odisseya #odyssey

  • Düşmənimiz, pis adam, lənətullah Nassem Nikolas Talebin insanın iqtisadi həyatına çox maraqlı yanaşmalarından birini sadə dildə izah etmək istəyirəm. Talebə görə, insanın həyatı iki şərti, xəyali ölkədə keçir: İfratıstan (Extremistan) və Ortastan (Mediocristan). Ortastanda “cəmin diktaturası” var, ayrı-ayrı əlahiddə hallar heç nəyi dəyişmir. Siz bir gün ac qalmaqla arıqlaya, bir gün tıxmaqla kökələ bilməzsiniz. Otaqda 100 nəfər varsa, dünyanın ən uzun adamını gətirib ora salsanız, orta boy göstəricisi praktik olaraq dəyişməyəcək. Gəlirlər və qazanc da belədir. Ortastana aid peşələrdə çalışanlar (həkim, müəllim, usta) birdən-birə varlana/kasıblaşa biməzlər, bunun üçün eynilə arıqlamaq/kökəlmək məsələsindəki kimi illərin orta göstəricisi lazımdır. İfratıstanda hər şey başqa cürdür. Burada bircə hal bütün mənzərəni dəyişə bilər. Treyder bircə əməliyyatla varlana, yazıçı bircə kitabla məşhurlaşa, aktyor bircə rolla tanına, bloger bircə postla “partlada” bilər. Onlar birdən-birə varlanar və kasıblaşar, udar və uduzarlar. Üstəlik, həmin o halın nə zaman, necə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Taleb o cür halları “Qara sona” (“Black Swan”) adlandırır. Deməli, biz nə etməliyik? İlk növbədə hansı xəyali ölkənin – Ortastan, yoxsa İfratıstanın sakini olduğumuzu müəyyənləşdirməli və planlarımızı buna uyğun qurmalıyıq. Əgər Ortastanda yaşayırıqsa, ayrı-ayrı hallara görə ciddi narahat olmağa dəyməz, əsas məsələ istiqaməti nəzarətdə saxlamaqdır. Yox, əgər İfratstanda yaşayırıqsa, Taleb “ştanqa taktikası”nın faydalı ola biləcəyini məsləhət görür. Nədir bu takika? Əgər posta gələn “layk”ların sayı 100-ü keçsə, o haqda yaza bilərəm. Əks halda, zəhmət çəkin, özünüz “Qara sona”nı oxuyun ;)

  • Ceki Çanın çəkildiyi filmi istehsal edən "Salem Entertainment" şirkətinin işləmək üçün Azərbaycana gəlməsi həm də ötən ildən ölkəmizdə tətbiq olunan "Cash rebate" mexanizminin nəticəsidir. Bu qaydaya görə, Azərbaycan ərazisində film istehsal edən xarici şirkətin çəkdiyi xərclərin ilkin olaraq 25%-i geri qaytarılır. Əgər filmdə Arbaycanın mədəni təbliğinə xidmət sayılan 3 meyardan birinə əməl edilərsə, daha 15% qaytarılır. Beləliklə, istehsalçı şirkət xəfclədiyi vəsaitin 40%-ni geri ala bilər. Böyük kinonun böyük xərclərinin miqyasında 40% çox sanballı məbləğdir. Bu mexanizm yəqin ki, hələ çox xarici şirkətləri Azərbaycana cəlb edəcək. Çünki prodüserlər həmişə xərclərinin az çıxacağı ölkələrdə işləməyə can atırlar. Nəticədə, biz sosial şəbəkədə hələ çox ulduzlarla feyk selfilər görəcəyik. Ceki Çan sadəcə, başlanğıcdır. "Cash rebate" ölkənin dünya kino xəritəsində güclənməsi baxımından çox düzgün və ağıllı qərar idi. Düzgün qərarlar isə həmişə yaxşı nəticələr verir. Bütün sahələrdə belə qərarlar çox olsun!

  • Əslində Bakı metrosunda cəmisi bir dənə xətt var, sadəcə, müəyyən nöqtələrdə şaxələnir. "Həzi Aslanov - İçərişəhər" və "Həzi Aslanov - Dərnəgül" xətlərinin 10 stansiyası eynidirsə, onları iki ayrı xətt adlandırmaq mümkün deyil. Ayrı xətt odur ki, məsələn, biri Lökbatandan Suraxanıya getsin, o biri Əhmədlidən Xocasənə və bunlar ancaq bir stansiyada kəsişsinlər. Təəssüf ki, indiki yenidənqurmanın da metropolitenin xəttlərinin real diversifikasiyasına xidmət edəcəyini demək olmur. Hazırkı proses bir uzun "Həzi Aslanov - Dərnəgül" xəttinin ortadan bölünməsidir. Ümid edək ki, işlər başa çatandan sonra heç olmasa nəsə yaxşılığa doğru dəyişəcək. #metro #BakıMetropoliteni

  • “Доспехи Бога” (“Armour of God”) filminin adını Azərbaycan dilinə necə tərcümə etməliyik? Orta əsr cəngavərinin zirehi bütöv bir parçadan ibarət olmurdu. Onun dəbilqə, sinəlik, arxalıq, qolçaq, dizlik və s. hissələri olurdu. Bunların hamısı bir yerdə “zireh” (armour) adlanır. İsmin tək halında. Amma rus dilində həmin söz cəmdədir: “Доспехи”. Bunlar heç bir halda “Yaraq” adlanmır. “Yaraq” deyəndə silahlar - qılınc, ox-kaman, əmud, nizə, gürz, mizraq və s. başa düşülür. Yəni “Tanrının yarağı/yaraqları” demək/yazmaq doğru deyil. Səhv olmaqdan əlavə, Türkiyə dilində, Allah muhafaza, “Tanrının yarağı” çox biədəb məna verir. Türkiyəlilər özləri franşizanın adını “Tanrının zırhı” kimi tərcümə ediblər. Lazım gəlsə, Elşad Miri də təsdiqləyə bilər ki, Quranda yaraq yoxdur. Yaxşı, bəs “Allah”, yoxsa “Tanrı”? Şəxsən mənə qalsa, “Allah” daha doğru variantdır. Tanrı – ancaq türklərin Yaradanı, Ulu Atasıdır, qlobal və ümumbəşəri deyil; məsələn, türkün Tanrısı olduğu kimi, slavyanın Odini, skandinavın Toru var və s. Allah isə qlobal xarakterlidir. Yəni şəxsən mənə görə “Allahın zirehi” ən doğru variantdır. Amma “Tanrı” sözünə də heç bir etirazım yoxdur. “Yaraq” isə əsla doğru deyil. #ArmourOfGod #jackiechan #CekiÇan

  • Türkiyə dilindən götürdüyümüz əslində həqiqətən ehtiyac duyduğumuz sözlər deyil.

  • Lazımsız xarici sözləri "türk dili" illüziyası ilə dilimizə daxil edirik.

  • ❗️ Dünyada gedən bloklanma Orta Asiyada "Böyük Oyun"u yenidən aktuallaşdırır. Biz də bu prosesin tərkibindəyik.

  • 🎥 Kristofer Nolan “Odisseya”nı 70 mm-lik IMAX plyonkasına çəkib. Bu plyonka 1.43:1 nisbətində ekran görüntüsü verir. Belə formatda filmə baxmaq üçün bütün dünyada cəmi 40 kinoteatr var. Doğrudanmı, Nolan cəmi 40 ekranda fərqli görünməyin xətrinə 70 mm-lik IMAX texnologiyasının bahalıq və əziyyət yükünə qatlaşıb, yoxsa ortada nəsə başqa mətləb var? Normalda kinoteatrların ekranı enli olur - blokbasterlər və epik filmlər 2.39:1, komediya və dramlar 1.85:1 nisbətinə malik ekranda göstərilir. Standart IMAX formatı 1.90:1 şəklindədir. Nolanın seçdiyi 1.43:1 formatı kino ekranını köhnə televizorların kvadrat ekranına daha çox yaxınlaşdırır. 📺 Niyə rejissor belə edib? Axı illərdir elə ilk növbədə rejissorlar bizə deyirlər ki, enli ekranda göstərilən kino insan gözünün real həyatda gördüyünə daha yaxındır. Bu həqiqətən belədir. İnsanın gözləri şaquli yox, üfiqi xətt üzrə yerləşir. Bioloji növün sağ qalması üçün məhz belə görmə daha effektivdir. Gözlərimiz alt-üst yerləşsəydilər, biz yuxarı və aşağını daha geniş, sağı və solu dar bucaq altında görəcəkdik. Amma biz sağı və solu geniş bucaqdan görürük. Müasir kino da məhz belə görünüş təklif edir. 📱 Amma sonra qəfildən smartfonlar, şaquli ekranlar erası başladı... Davamı

  • ❗️Son günlərdə Ukraynanın Xəzər dənizində Rusiya və İran gəmilərinə zərbələr endirməsi qlobal sistem xarakterli iki müharibənin düz Azərbaycanın yaxınlığında kəsişməsi deməkdir. Bu zərbələr iki müharibənin arasındakı məntiqli əlaqəni ortaya qoydu. Ukrayna Rusiyaya qarşı mübarizəni təklikdə aparmadığı kimi, İran da ABŞ-yə qarşı tək döyüşmür. Gözümüzün qabağındaca Çin-Rusiya-İran-Şimali Koreya blokunun yaranması prosesi gedir. İyulun 8-də, müharibənin ikinci fazasının elə ilk günündəcə ABŞ-nin hərbi-hava qüvvələri İranın şimalında, Xəzərin cənub-şərqində, Gülüstan vilayətində Ağtəpə xan körpüsünü bombalamışdılar. Həmin körpü Çindən İrana gələn yolun üstündə idi. Ardınca ABŞ bu dəfə Ukraynanın əli ilə Xəzərdən keçən Rusiya-İran dəniz yolunu bombalamağa başlayıb. Məqsəd İranı Rusiya və Çindən təcrid etməkdir. Yaranmış vəziyyətdə yəqin ki, Moskva İranla əlaqələrini Azərbaycanın vasitəsilə həyata keçirmək istəyəcək. Bəlkə də artıq istəyib və istəyir. Beləcə, sistem xarakterli qlobal geosiyasi mübarizənin mərkəzinə xoş gəldiniz!

  • 26 июл.251из Azvisionaz

    😂 İslam İnqilabının Keşikçiləri Korpusunun sözçüsü general Mühəbbi 15 gün ərzində ABŞ-nin 11 təyyarə və vertolyotunu, həmçinin 17 kəşfiyyat və zərbə dronunu vurduqlarını bildirib. Amma bunu hansı kompüter oyununda etdiklərini dəqiqləşdirməyib.

  • 🤔 İtaliyada iqtisadçılar maraqlı bir araşdırma aparıblar. Florensiyanın 1427-ci ilə aid vergi sənədləri müasir hesabatlarla müqayisə olunub. Məlum olub ki, XV əsrdə vergi ödəyən ailələrdən 900-ü hələ də şəhərdə vergi ödəyicisidir. Ən varlı 15 ailənin syahısı isə dəyişmədən qalıb. Onların hansı ailələr olduğu dəqiqləşdirilmir, amma söhbətin kimlərdən getdiyini təxmin etmək çətin deyil – Mediçi, Strotçi, Bardi, Perutçi, Patçi... 600 il keçib, amma klanların siyahısı eynidir. Maraqlıdır: bu sadəcə onların bacarıqlı olması iləmi bağlıdır, yoxsa bilmədiyimiz gizli mexanizmlər də var?!

  • Bi ilin ilk 5 ayında Azərbaycanda doğulan körpələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalıb. Bu o deməkdir ki, 10205 uşaq az doğulub. Hər 1000 nəfərə düşən doğum əmsalı 9.2-dən 8.5-ə enib. 26% ciddi rəqəm olsa da, məncə, narahatlığa əsas yoxdur. Əksinə, bir qədər düşünmək və müzakirələr aparmaq üçün fürsət yaranır. Yeni reallıqların fonunda "Azərbaycan üçün optimal əhali nə qədər olmalıdır" sualına cavab axtarmalıyıq. Bu sferada ciddi paradiqma dəyişikliiyi baş verir. Əvvəllər əhali dövlət üçün vacib resurs sayılırdı. Çünki əhali - həm də işçi qüvvəsi, intellektual potensial və hərbi güc demək idi. İndi belə deyil. Əsgəri insansız sistemlər, dronlar, fəhlə və kəndlini robotlar, beyini süni inttellekt əvəzləməyə başlayıb. Əlavə dəyəri getdikcə maşınlar daha çox yaradacaq. Bütün dünyada əhali dövlət üçün əvvəlki əhəmiyyətini itirir və resurs olmaqdan çıxaraq, sadəcə, yeyən ağıza çevrilir. Bu fonda hər bir dövlət "bizə nə qədər əhali lazımdır" sualını yenidən ortaya qoymalıdır. Ona qədər isə, görünür, insanlar özləri gələcəyin qeyri-müəyyənliyini başa düşüblər və nəsil artırmağa daha planlı yanaşırlar. Əhalinin azalmasını uşaqpulu ilə bağlayanlar olacaq. Bu amil əgər varsa da, ilk beşliyə daxil deyil. Maddi imkansızlıq heç vaxt insanların dünyaya çox uşaq gətirməlırinə mane olmayıb. İnsanların həyat tərzinin dəyişməsi, ailə təsisatının zəifləməsi, ailə qurmaq yaşının artması daha təsirli rol oynayır.

  • ❗️Donald Trampın Səudiyyə Ərəbistanı ilə imzaladığı tarixi nüvə sazişi Yaxın Şərqdə kartları yenidən qarışdıracaq. Sazişdə uranın saflaşdırılmasını qadağan edən və MAQATE-nin qəfil təftişlər aparmasına imkan verən bəndlər yoxdur. Bu isə İrana “Niyə ona olar, mənə olmaz?!” ritorikası ilə özünün nüvə proqramının üzərində daha əsaslı şəkildə israr etməyə imkan yaradır. Digər tərəfdən, İsrailin hərbi doktrinasına görə, Yaxın Şərqdə heç bir ərəb dövlətinin nüvə silahı və ya bunu hazırlaya biləcək infrastrukturu olmamalıdır. Vaxtilə Bayden administrasiyası bu sazişi İsrail ilə Səudiyyə arasında diplomatik əlaqələrin qurulması (Ər-Riyadın İbrahim sazişlərinə qoşulması) şərtilə bağlamağa razı idi. Lakin Tramp bu şərti də ləğv etdi. Niyə Tramp ərəblərə bu qədər güzəşt etdi? Çünki Ər-Riyad Vaşinqtonu geosiyasi şantaja məruz qoyaraq, nüvə stansiyasını tikmək üçün Çinin dövlət şirkəti (CNNC) ilə gizli danışıqlar aparırdı. Hətta Çin mütəxəssislərinin iştirakı ilə Səudiyyə səhrasında uran filizinin çıxarılması üçün infrastruktur qurulmuşdu. Çin nüvə silahının yayılmaması şərti qoymadan texnologiya verməyə hazır idi. Bu məqam sonradan ABŞ ilə danışıqlarda ərəblərin əlində əsas arqumentlərdən birinə çevrildi. Səudiyyə Ərəbistanı eyni zamanda Rusiyanın dövlət nüvə nəhəngi "Rosatom" ilə də sıx təmasda idi. Tramp administrasiyası yaxşı anlayırdı ki, əgər ABŞ müqaviləyə qol çəkməsə, Səudiyyə Ərəbistanı nüvə sahəsində tamamilə Rusiya və Çinin təsir dairəsinə keçəcək. Buna görə də Vaşinqton özünün ən sərt şərtlərindən (uranın saflaşdırılması qadağasından) imtina etməyə məcbur oldu. ABŞ-nin nüvə sənayesi son onilliklərdə Rusiya və Çin şirkətləri ilə qlobal rəqabətdə geri qalırdı. Ona görə də Tramp Səudiyyə layihəsini əldə verə bilməzdi. Bu layihə ABŞ-yə nüvə sahəsində qlobal liderliyini bərpa etmək və minlərlə yüksək maaşlı yeni iş yeri yaratmaq imkanı verir. ABŞ-nin ən böyük nüvə enerjisi şirkəti olan "Westinghouse" və tərəfdaşları Səudiyyə Ərəbistanında AP1000 tipli ən müasir nüvə reaktorlarının tikintisi üçün eksklüziv hüquq qazanırlar. Bu, şirkətin tarixindəki ən böyük xarici müqavilələrdən biridir.

  • ▪️"Bunu başa düşmək üçün sənin ərindən azca diqqətli olmaq kifayətdir". Tofiq Mirzəyevi xatırlayanda hər dəfə yadıma bu sözlər düşür. "Uşaqlığın son gecəsi"ndəki obrazı çox yaxşı yaratmışdı. Ümumiyyətlə, ağıllı yaramazları oynamaq çətin işdir, aktyordan ustalıqdan əlavə, xarizma da tələb edir. Tofiq müəllimdə hər ikisi var idi. Heç vaxt unudulmayacaq!

  • ❗️Azərbaycanda bu ilin ilk beş ayında 15 min 107 #nikah bağlanıb, 8087 #boşanma halı qeydə alınıb. Başqa sözlə, boşanmaların sayı nikahların yarısından çoxdur. Digər tərəfdən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb. Yəni nikahlar çox azalıb, boşanmalar isə cüzi. Niyə belə olması haqda uzun-uzadı danışmaq olar. Əsas trend odur ki, bütün dünyada ailə institutu sıradan çıxır. Bu prosesin obyektiv tərəfləri də var. Artıq ailənin insana verə biləcəyi heç nə qalmayıb. Əvvəllər ancaq ailənin legitim şəkildə təmin edə biləcəyi hər şeyi indi ailədən kənarda da asanlıqla əldə etmək olur. "Hər şeyi" sözünü xüsusi vurğulamaq istəyirəm - məhz HƏR ŞEYİ - münasibəti, məişət rahatlığını, sevgini, seksi, hətta uşağı - hamısını ailədən kənarda da daha rahat, daha dinc və problemsiz, üstəlik, həm də legitim şəkildə təmin etmək olur. Elə isə ailə lazımlığını itirir, insan üçün maddi, hüquqi, psixoloji yükə, lazımsız məsuliyyətə çevrilir. İnsana müstəsna bir şey təklif edə bilmədiyi halda, ondan xeyli şey, ilk növbədə, azadlığını alır. Həyatı asanlaşdırmır, çətinləşdirir. Dəyirmi? Yox! Bəs nə etmək olar? Bəzi ölkələr ailə institutunu qorumaq üçün evli insanlara aşağı faizli ipoteka, güzəştli sığorta paketləri kimi xüsusi sosial-iqtisadi güzəştlər təklif edir, karyera pillələrində ailəli insanları ilk növbədə qabağa çəkirlər. Nəticədə ailəli olmaq müəyyən qədər sərfəli görünməyə başlayır, amma əlbəttə ki, bu, yekun həll deyil. #Ailə institutunu qorumaq üçün kompleks yanaşmaya ehtiyac var - həm iqtisadi, həm hüquqi, həm əxlaqi, həm sosial tərəflərdən işləmək lazımdır. Hətta bunun da nəticə verəcəyi sual altındadır. Amma ən azından ailənin bir sosial təsisat olaraq ömrünü uzada, müasir insana daha dərin düşünmək üçün vaxt verə bilər. Əks halda çox tezliklə ailəyə arxaik adət kimi yanaşan nəsillər yetişəcək.

  • 🔥ABŞ-İran münaqişəsinin hazırkı fazasında prosesin ağırlıq mərkəzinin İordaniyanın üzərinə düşdüyünü müşahidə edirik. #İran zərbələrinin əsas hissəsini məhz bu ölkədəki #Amerika bazalarına yönəldir. ℹ️ Bazaların birində dəyəri 21 milyon dollar olan bir neçə “Black Hawk” vertolyotunun zədələndiyi xəbərləri yayılıb. Ölən və yaralananlar da var. Maraqlı məqamlardan biri İranın daha çox raket və dronunun ABŞ-nin müdafiə sistemini yarıb keçə bilməsidir. ❗️Hazırkı mərhələdə İordaniyanın Vaşinqton üçün əhəmiyyəti xeyli artıb. Amerika Bəhreyn, BƏƏ və Qətərin narazılıqlarından sonra həmin ölkələrdəki hərbi qüvvələrinin bir qismini məhz İordaniyaya köçürüb. #Iordaniya #ABŞ

Vüsal Məmmədov — tgindex