- Последний пост
- 13 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 3
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- und
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 169
- 1/48двое суток
- 193
- 1/72трое суток
- 208
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
“Peyğəmbərin (s) vəfatı bir insanın dünyadan köçməsi deyil; hələ də Peyğəmbərinin qədrini anlamamış bir ümmətin geridə qalmasıdır.”
Ərbəin əyyamında azərbaycanlı zəvvarların doğma ünvanı - Hz. Zəhra (s) adına şəbistan.
چون بوسه زنم بر در و دیوار حریمت حس میکنم اینجاست همان مرقد پنهان Hərəminin qapı-divarını öpərkən, hiss edirəm ki, həmin gizli məzar elə buradadır.
Həmd olsun İmam Hüseynin (ə) ziyarətini nəsib edən Allaha. Artıq yeni Hüseyni bir enerji ilə Xanım Məsumə (s) zəvvarlarının xidmətindəyik.
İmam Hüseynin (ə) ziyarəti onun qəbrinin ziyarəti deyil! Ziyarətdə Hüseyni (ə) hiss etmək lazımdır... Əli Səfai
Şəkil çəkdirməyəndə elə bil Kərbəlayi sayılmırsan😍
Cismimiz Kərbəlaya çatdı, o gün olsun ki canımız İmam Hüseynə (ə) qovuşsun; üzüağ hüzuruna gedək. Bu yolda istək ilk addımları atdırdı, iradə geri dönməyə qoymadı, şövq ümid verdi, əziyyət yol yoldaşımız oldu, səbir isə mənzilə çatdırdı. Amma sona çatanda vüsalın rahatlığı, xoşbəxtliyi bütün yorğuluqları unutdurur. Ərbəin bir həyat yoludur. Hamınıza duaçıyam.
حَرَمت مانند قرآن است و ایوان جلد اوست متن این قرآن، علی و جلد این قرآن طلاست گرچه در جام طلا دور از تو خواهد شد نجس بر ضریح تو ولی انگور آویزان طلاست
Ərbəin... Bəzən insan yol gedir ki, bir mənzilə çatsın. Bəzən də yol gedir ki, özünə çatsın. Ərbəin ikinci səfərdir. Kərbəlaya aparan yollar torpaqdan keçir, amma Hüseynə (ə) aparan yol qəlbdən keçir. Ayaqlar səni hərəmə çatdıra bilər, amma qəlbi ora yalnız mərifət aparar. Hər addım bir sualdır: Mən nədən uzaqlaşıram və kimə yaxınlaşıram? Hər yorğunluq bir imtahandır: Mən bu yolu özüm üçün gəlmişəm, yoxsa Haqq üçün? Aşura bir tarix deyil ki, oxuyub keçək. Aşura hər gün yaşadığımız seçimdir. Hər dəfə haqqı mənfəətdən, vicdanı rahatlıqdan, Allahı nəfsdən üstün tutanda, Kərbəla yenidən dirilir. Ərbəin isə bu seçimi təzələmək üçün bir fürsətdir. İnsan bu yoldan qayıdanda çantasında suvenir yox, qəlbində bir əhd gətirməlidir: daha doğru yaşamaq, daha saf sevmək və haqqın yanında daha möhkəm dayanmaq. Nə xoş o kəsə ki, Kərbəladan yalnız xatirə ilə yox, yeni bir qəlblə qayıdır. Çünki əsl ziyarət insanın Kərbəlanı görməsi deyil; Kərbəlanın insanı dəyişməsidir.
Çempionluq medalla yox, mövqelə ölçülür. 🤍🇵🇸
Bölgədə müharibə alovu yenidən alovlanmaqdadır. Ən az görə biləcəyimiz iş, duadır. Dua az iş də deyil əslində. Xüsusilə gecələr, səhərlər. Dua atom silahından daha keçərli, daha kəsərlidir. Dua edək bütün islam ordusu, haqq cəbhəsi üçün. Mövlamızın zühuru üçün. 🤲
Sonda deyəsən mərhum şəhid Səfai deyə təqdim elədim səhvən; bəlkə də demək istəyirdim ki mərhum, şəhid anlayışını izah edir ki texniki olaraq dilim səhvə yol verdi. Səhv etməsəm Əli Səfai yol qəzasında dünyasını dəyişib.
2. Şəhadət və oyanış İnsanda qüdrət yaradan ikinci amil şəhadət (şahidlik, ayıqlıq) və oyanışdır. Məsələ bundadır ki, insan qarşısındakı bütün maneələri qiymətləndirə bilsin. İnsan qaranlıq və naməlum bir şəraitdə olanda qorxuya düşür, vahimələnir. Amma yolu tam aydın görəndə, yolun sonunu və təhlükələrin son həddini görəndə, artıq həmin hadisələri gözləyən vəziyyətdə olur. Bu şahidlik insanda gözləmə ruhu və qüdrət yaradır. Şahid olan insan hadisələri gözləyir. İnsan yolun sonunu görməyəndə daim təşviş və həyəcan içində olur. Həmişə deyir: "Görəsən nə olacaq? Ya bu olsa, ya o olsa?" Amma əgər hazır olsa, şəhadət (agahlıq və ayıqlıq) məqamına çatmış olsa, gözləyən vəziyyətdə olsa və bu hazırlıqla hərəkət etsə, artıq onun daxilində qorxu və vahimə yaranmaz və nəticədə zəiflik də meydana çıxmaz. Yolda hərəkət edən insan qarşıda hansı hadisələrin baş verə biləcəyini hiss edərsə, onlar üçün hazırlaşar. Bu hazırlıq isə ona möhkəmlik və qüdrət bəxş edər. Şəhadətə, agahlığa və ayıqlığa çatan, bu böyük şəhadət mənasını öz daxilində hiss edən insanlar həm özlərinə hakim olar, həm də sabit və möhkəm qalarlar. Çünki hadisələrə doğru gedirlər. Sabitlik və gözləməyin (intizarın) üç xüsusiyyəti bunlardır: insan qarşıda hansı hadisələrin baş verəcəyini görür, onları görməyə hazır olur və onları gözləyir. Həmişə hadisələri görərək və hərəkət edərək irəliləyən insanların təşvişi, sarsıntısı və yorğunluğu az olur, onlar sabit qalırlar. Onlar görür, gələcək hadisələri nəzərə alaraq hərəkət edirlər. Amma gələcəyi görməyən insanlar zərbə alırlar. Dostlarımdan biri avtomobil almaq istəyirdi. Ondan soruşdum: "Necə alacaqsan?" Dedi: "Pulun yarısını borc götürəcəyəm, qalan yarısını isə öz maşınımı satıb ödəyəcəyəm." Dedim: "Heç bu ehtimalı düşünmürsən ki, qəza edə bilərsən və altı ay xəstəxanada yata bilərsən?" O, narahat oldu. Ona dedim: Gələcəkdə nə baş verə biləcəyini nəzərə almayan, ayıq və şahid olmayan insan hadisələr böhran həddinə çatanda güclü qala bilməz; sarsılar. Allah eləməsin, həyatın acıları onu elə cırmaqlayar ki, artıq ayağa qalxmağa qüdrəti qalmaz. Necə ki, Quranda buyurulur: "Ey insan! Sən Rəbbinə doğru böyük bir zəhmətlə irəliləyirsən və nəhayət Ona qovuşacaqsan."(İnşiqaq, 6) İnsan istəsə də, istəməsə də, bir gün böyük bir müsibət və əziyyət onun qarşısına çıxacaq və nəhayət Rəbbinə qovuşacaq. Həyatın həqiqəti bundan ibarətdir. Həyat yalnız ümid və arzudan ibarət deyil. Dünya elə bir fəsildir ki, mütləq bizim arzularımızın bir hissəsini alt-üst edəcək. Əgər görən gözümüz yoxdursa və ayıq deyiliksə, heç olmasa qarşıdakı ehtimalları nəzərə almalı və onları araşdırmalıyıq. Əgər ayıq və şahidiksə, qarşıdakı hadisələri gözləyən olmalıyıq. "Möminlər içərisində elə kişilər vardır ki, Allahla bağladıqları əhdə sadiq qaldılar. Onlardan bəzisi öz əhdini yerinə yetirdi (şəhid oldu), bəzisi isə (öz növbəsini) gözləyir. Onlar (öz əhdlərini) heç bir şəkildə dəyişdirmədilər." (Əhzab surəsi, 23-cü ayə)
без подписи
Voice message
Nur, öz mənbəyinə sığındı. Günəşlər günəşinin qoynunda aram ol Rəhbəra. Xudahafiz Ağacan! 😢
Məşhəd
🖤 Kim təsəvvür edərdi ki, bir gün bu əziz adları Ləylətül-dəfn (Vəhşət) namazı üçün qeyd edəcəyik?.. 😭💔 🏴 Seyid Əli, Seyid Cavad oğlu (Şəhid Rəhbər) 🏴 Seyidə Büşra, Seyid Əli qızı (Şəhid Rəhbərin qızı) 🏴 Misbahül-Hüda, Məhəmmədbaqir oğlu (Şəhid Rəhbərin kürəkəni) 🏴 Zəhra, Qulaməli qızı (Şəhid Rəhbərin gəlini) 🏴 Zəhra, Məhəmməd Cavad qızı (Şəhid Rəhbərin nəvəsi) Ya İmam Rza (ə), Kərbəlanın yorğun zəvvarıdı bu gecə qonağın🥺 Aram ol mehriban İmamın qucağında Ağacan!
без подписи