tgindex
Allaha Möhtac

Allaha Möhtac

Статистика

🔵 Quran və Əhli-Beyt (a)

Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
6
Всего постов
25
Тип
открытый
Язык
und
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 376
+2 за 4 дн.
Сутки
+2
+0,15%
Неделя
 
Месяц
 
Просмотров на пост
93
25 постов
Вовлечённость
6,8%
к подписчикам
Постов в день
0,9
всего 25
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
44
1/48двое суток
50
1/72трое суток
54

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • İmam Əli (ə) buyurmuşdur: "Haqqı söyləyin ki, haqq əhli olasınız. Haqqla əməl edin ki, haqq əhlindən hesab olunasınız." əl-Kafi, Cild 8, Səhifə 50.

  • ✅ Həzrət Muhəmmədin (s) beş mühüm vəsiyyəti. 💠 Həzrət Muhəmməd sallAllahu əleyhi və alih ömrünün sonlarında Əbu Əyyub Ənsariyə 5 qısa, amma çox dərin mənası vəsiyyət etmişdir: 💫 Birinci vəsiyyət: İnsanların əlində olanlara tamah salmamaq. بِالْيَأْسِ عَمَّا فِي أَيْدِي النَّاسِ فَإِنَّهُ الْغِنَیٰ "İnsanların əlində olandan ümidini kəs, çünki bu, əsl zənginlikdir." 📚 Biharul-ənvar 70-ci cild 168-ci səh ✅ Bu vəsiyyət bizə öyrədir ki, qəlbin rahatlığına və əzizliyə nail olmaq üçün başqalarının sahib olduqlarına göz dikməyək. 🟪 İnsanlardan yardım ummaqdan çəkindikdə və onların var-dövlətindən ümidini kəsəndə sənin qəlbin ancaq Allaha bağlı olur və bu etimad və təvəkkül səni, maddi imkanın çox olmasa belə, əsl varlı və zəngin bir insana çevirir. 📖 Qurani-kərim Təlaq surəsinin 2 və 3-cü ayələrində buyurur: وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ "Allahdan qorxana (təqvalı şəxsə) Allah xilas yolu açır və ona güman etmədiyi yerdən ruzi verir." 🔰 Bu ayə göstərir ki, əgər təqvalı olsaq, Allah-taala bizə gözləmədiyimiz yerdən ruzi verər, odur ki başqalarının sahib olduqları şeylərə göz dikməyə ehtiyac yoxdur. 👉 Məsələn, qızının cehizini təmin etmək üçün ancaq tanışların və qohumların yanına gedən və daim ondan-bundan borc alan atanı nəzərdə tutun. Bu asılılıq onun abrını, hörmətini və dincliyini aradan aparır. Amma o, öz işinə və səyinə arxalanaraq, Allaha təvəkkül edərək addım atarsa, onun hörmət və heysiyyəti qorunar və Allah-taala ona yol açar.

  • без подписи

  • ✅ Həzrət Muhəmmədin (s) beş mühüm vəsiyyəti. 💫 İkinci vəsiyyət: Həsislik mövcud yoxsulluqdur. وَ إِيَّاكَ وَ الطَّمَعَ فَإِنَّهُ الْفَقْرُ الْحَاضِرُ “Tamahdan (hərislikdən) uzaq olun, çünki tamah hazırkı yoxsulluqdur." 📚 Biharul-ənvar 70-ci cild 168-ci səhifə ⚫️ Tamahkarlıq qane olmamaq və həddən artıq istəmək deməkdir. 🔴 Acgöz və tamahkar insanın nə qədər var-dövləti olsa da, yenə də özündə əskiklik və çatışmazlıq hiss edir. Bu hiss onu daimi və real yoxsulluq içində saxlayır. Bu yoxsulluq mənəvi yoxsulluqdur. 🌍 Dünya malına həris olan adam, əslində özünü yoxsul etmişdir. 📖 Qurani-kərim Muhəmməd surəsinin 38-ci ayəsində buyurur: وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ وَاللَّهُ الْغَنِيُّ وَأَنْتُمُ الْفُقَرَاءُ "Kim xəsislik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah ehtiyacsızdır, siz isə Ona möhtacsınız." ✳️ Yəni, xəsislik edən və tamahkar olan şəxs özünə ziyan vurmuşdur, çünki Allah-taala möhtac deyildir və Ona möhtac olan bizik. 👉 Məsələn, təsəvvür edin ki, bir nəfərin bir neçə evi və mağazası var, amma ona məxsus yeri icarə verdiyi şəxsə, həmin şəxs maddi sıxıntı yaşasa belə, daim o yerin qiymətini qaldırır, ancaq daha çox qazanc əldə etməyi düşünür. Bu adamın canında heç vaxt rahatlıq və məmnunluq olmur, o, həmişə gərgin və narahatdır, çünki hərislik, acgözlük və tamahkarlıq onun qəlbini yoxsullaşdırıb. 💫 Üçüncü vəsiyyət: Vida namazı. وَ صَلِّ صَلَاةَ مُوَدِّعٍ "Namazını dünya ilə vidalaşırmış kimi qıl." 🟢 Bu vəsiyyət bizə deyir ki, bütün varlığımızla və qəlbimizin hüzuru ilə namaz qılaq. 🟡 Əgər bunun həyatınızın son namazı ola biləcəyini düşünürsünüzsə, bütün diqqət və təvazökarlıqla onu yerinə yetirəcəksiniz. Bu cür namaz Allah-taala ilə həqiqi söhbətdir və sadəcə təkrarlanan hərəkət deyil. 💎 Qurani-kərim bizə səbirli olmağı və namaz qılmağı tövsiyə edir, lakin bunun təvazökar və itaətkar insanlardan başqasına çətin olduğunu söyləyir: 📖 Qurani-kərim Bəqərə surəsinin 45-ci ayəsində buyurur: وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ "Səbir və namazdan kömək alın! (Mətinliklə, daxili həvəsləri cilovlamaqla və Allaha diqqətlə güc yığın!) Bu iş itaətkarlardan başqası üçün ağırdır." 🔵 Belə bir düşüncə və baxışla namaz qılmaq artıq bizim üçün çətin olmaz. 👉 Məsələn, böyüklərimiz səccadənin üzərində oturanda sanki gündəlik həyatın bütün qayğılarından ayrılırlar. Əyilmiş duruşla, lakin sakit və aramlı ürəklə Allahın hüzurunda durub Onunla danışırlar. Bu namaz onların həyatına bərəkət və rahatlıq gətirir.

  • İmam Sadiq (ə) buyurur: "Qadınlar üçün qara geyimdən yaxşısı yoxdur." (Vəsailuş-Şiə, c.3, s.341;)

  • 🔹 Günün təqvimi, zikrləri və xüsusi hadisələr 📆 Miladi: 12 Avqust 2026 🌙 Hicri Qəməri: 28 Səfər 1448 ☀️ Şəmsi: 21 Mordad 1405 🔻 Bu günə aid əlamətdar hadisə ▪️ Həzrət Peyğəmbərin (s.ə.a.s) və İmam Həsənin (ə.s) şəhadəti 📌 Gələcək günlərə aid əlamətdar hadisələr: ▪️ 1 gün - İmam Rzanın (ə.s) şəhadəti ▪️ 6 gün - Xanım Səkinənin (s.ə) vəfatı ▪️ 9 gün - İmam Həsən Əskərinin (ə.s) şəhadəti ▪️ 10 gün - İmam Zamanın (ə.f) imamətinin başlanması

  • Bəqərə 2:216 Döyüş xoşunuza gəlməsə də, o, sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz.

  • 🌷Qəti_uğur 🌸✨ Evlənmək, səfərə çıxmaq, ticarət etmək və ya başqa bir iş üçün işə başlamazdan əvvəl Qurandan istədiyin yerdən 100 ayə oxu. Sonra isə bu zikri 7 dəfə de. ✨ اللَّهُمَّ اكْشِفْ عَنِّي الْبَلَاءَ Oxunuşu: Allahummə ikşif ʿənnīl-bəlāə. Mənası: “İlahi! Məndən bəlanı, müsibəti və sıxıntını uzaqlaşdır.” 📚 Məkarimül-əxlaq, cild 2, səh. 211

  • без подписи

  • 🌸✨ Evlənmək üçün İmam Cavadın (ə) vasitəçiliyi ilə əməl ✨🌸 🌸✨ 9 gecə boyunca, hər gecə 9 dəfə “Təvəssül duası” İmam Cavadın (ə) niyyətinə oxunsun. Daha sonra nəzir edilsin ki, əgər İmamların (ə) imamlarından birinin mövludundan növbəti İmamın mövluduna qədər olan müddətdə evlənsəm, imkanım daxilində bir nəzir yerinə yetirəcəyəm. Məsələn, bir neçə gün oruc tutmaq və s. 🌸Bu əməl çox sınaqdan keçirilmiş hesab olunur və onu yerinə yetirən bir çox insanın nəticə əldə etdiyi bildirilir. ✨🌸

  • без подписи

  • Əllamə Həsənzadə Amuli: "Uşaqlıqda nadanlıq və əyləncə içindəsən, gənclikdə nəfsin və şəhvətin məstliyi ilə məşğulsan, qocalıqda isə gücsüzlük və taqətsizlik içindəsən. Bəs Allaha nə vaxt ibadət edəcəksən?"

  • 🕌İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməl namazdır. Əgər namaz qəbul olunarsa, digər əməlləri də qəbul olunar." 📚Mənbə: əl-Kafi, cild 3, səhifə 268

  • 3 авг.13331из Huseyniyol

    Bu gün şam azanından sonra İmam Hüseynin Ərbəin günü daxil olur. 4 Avqust -Ərbəin

  • 💠 İtaət və günah. ✍ İmam Musa Kazım əleyhissalam buyurur: إِيَّاكَ أَنْ يَرَاكَ اللَّهُ فِي مَعْصِيَةٍ نَهَاكَ عَنْهَا، وَإِيَّاكَ أَنْ يَفْقِدَكَ اللَّهُ عِنْدَ طَاعَةٍ أَمَرَكَ بِهَا "Allahın səni qadağan etdiyi bir günahın içində görməsindən çəkin. Həmçinin Allahın səni əmr etdiyi bir itaət məqamında görməməsindən də özünü qoru." 📕 Müsnədül-İmam əl-Kazim (ə) 3-cü cild 248-ci səhifə 🕋 İtaət və günah səhnələrinin hamısı Allahın hüzurundadır. İlahi mələklər insanın bütün əməllərini dəqiqliklə qeydə alırlar. ⚠️ Allah eləməsin ki, Rəbbimizin qadağan etdiyi yerlərdə bizi görsün və ya əmr etdiyi ibadət və vəzifələrdə bizi görməsin. ✅ Məsələn, Allah-taala istəyir ki, hər namazın ilk vaxtında mömini səccadənin üzərində görsün, gecə namazını qılan halda görsün... Amma bəziləri həmin vaxtda və ya həmin halda yerində olmurlar. 🔴 Digər tərəfdən, haram məclislərdə iştirak etmək günahdır. Lakin bəzi insanlar belə məclislərdə görünürlər; halbuki mömin belə yerlərə ayaq basmamalıdır. 🌍 Bu aləmin hər yeri Allahın hüzurudur. 🌐 İnsanların bütün yaxşı və pis əməlləri dəqiqliklə qeydə alınır və bir gün hər kəs ilahi məhkəmədə cavab verəcək. 🔆 Bəli, bu dünya Allahın hüzurudur. Elə isə Allahın hüzurunda Ona asi olmayaq!

  • ✅️Həyatda uğur və müvəffəqiyyət qazanmağın 10 yolu Növbəti 5 yol🌷 T.me/Allaha_mohtac

  • ✅️Həyatda uğur və müvəffəqiyyət qazanmağın 10 yolu İlk 5 yol🌷

  • 29 июл.1063из Huseyniyol

    İmam Əli (ə) buyurub: ❤️‍🩹"Səbrin imandakı yeri, başın bədəndəki yeri kimidir. Başsız bədən olmadığı kimi, səbrsiz də iman olmaz." 📖əl-Kafi, cild 2, səhifə 89. T.me/Huseyniyol

  • 28 июл.12211из Huseyniyol

    Möhtac_Olmamaq Hər kim bu zikri hər gün bir dəfə oxusa, dünya və axirətdə möhtac olmaz. Əgər bir böyüyün və ya hər hansı bir şəxsin yanına getmək istəsə, 41 dəfə oxuyub getsə, Allahın izni ilə işi uğurla nəticələnər və qələbə ilə geri dönər . Zikr: > یا عَزیزُ تَعَزَّزتَ بِالعِزَّةِ وَالعِزَّةُ فی عِزَّةِ عِزَّتِکَ یا عَزیزُ Azərbaycan hərfləri ilə oxunuşu: Ya Əzizu, təəzzəztə bil-izzəti vəl-izzətu fi izzəti izzətikə, ya Əziz Mənası: Ey Qüdrət və İzzət sahibi! Sən Öz izzətinlə əziz və ucasan. Bütün izzət Sənin izzətindədir. Ey Əziz 📚 Mənbə: Konuzul-Əsrar, cild 1. Qeyd edim ki, bu cür zikrlərin fəziləti barədə nəql olunan məlumatlar dini mənbələrdə tövsiyə kimi təqdim edilir. Onların təsiri Allahın iradəsinə bağlıdır və insanın ixlası, təqvası, halal ruzi qazanması və səbəblərə riayət etməsi ilə birlikdə dəyərləndirilir .

  • 🕋 Tövbənin əsas sütunları. 📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur: التَّوْبَةُ عَلَى ارْبَعَةِ دَعائِمٍ : نَدَم بِالْقَلْبِ، وَ اسْتِغْفارُ بِاللّسانِ وَ عَمَلٌ بِالْجَوَارِحِ وَ عَزْمُ انْ لا يَعُودَ "Tövbə dörd sütun üzərində möhkəmlənmişdir: 1. batini peşmançılıq 2. dildə istiğfar 3. əməldə istiğfar 4. günaha bir daha qayıtmamaq üçün ciddi qərar." 🌍 Tövbə adlı böyük bina dörd sütun üzərində qurulmuşdur. Başqa sözlə, tövbə insanın bütün varlığında aşkar olunmalıdır. 1⃣ Tövbədə ilk addım daxili peşmançılıqdır. Tövbə edən şəxsin qəlbi, ruhu və canında dəyişiklik və inqilab baş verir və qurşandığı günaha qarşı nifrət hissi yaranaraq peşman olur. 2⃣ Daxili peşmançılıq tövbədə ilk addım olsa da, onunla bitmir. İnsanın daxildə baş qaldıran inqilab və dəyişiklik digər bədən üzvlərinə də öz təsirini qoymalı, peşmançılıq qəlbin aynası, əqlin nümayəndəsi və insan şəxsiyyətinin açarı sayılan dilin vasitəsilə aşkar olmalı, qəlbi peşmançılıqdan sonra dil də günahdan tövbə etməlidir. 3⃣ Peşmançılıq hissi dildən digər üzvlərə də ötürülməli və onları əksüləmələ vadar etməlidir ki, insan keçmişini təmizləmək üçün bir iş görə bilsin. Bu mərhələdə onun üzvləri tövbənin bünövrəsini möhkəmlətmək üçün üç əsaslı iş yerinə yetirə bilər: a) Camaatın günahlar vasitəsilə tapdanan haqlarını ödəsin. Məsələn, qeybətini qıran şəxsdən halallıq alsın, qəlbini sındırdığı şəxsin razılığını cəlb etsin və s. Bir sözlə, haqqı boynunda olan şəxsin haqqını əda etsin. b) Allahın haqqını da əda etsin; tərk etdiyi ibadətləri yerinə yetirsin, əgər həmin ibadətlərin cəriməsi (kəffarəsi) varsa, cəriməsini ödəsin və onları ölümdən sonra həvalə etməsin! c) Keçmiş pislikləri, xəta və günahları yaxşılıqlar ibadətlərlə aradan qaldırsın. 4⃣ Gələcəkdə günahın tərki üçün ciddi qərarda olmaq lazımdır. Yəni tövbə insana ömrünün sonuna qədər yolu göstərir. İmam Əli əleyhissalamın bu hədisdə buyruğuna əsasən🔽 ➡️ tövbə insanda böyük dəyişiklik yaradır və yalnız dilə aid deyildir! 🌐 Əlbəttə, tövbənin cəmiyyətə təsiri də böyükdür, günaha əl atmış cəmiyyət də tövbədən sonra bu dörd mərhələni keçməlidir.