tgindex
📗”Elm və İdrak

📗”Elm və İdrak

Статистика

𝑿𝒐𝒔̧ 𝒈𝒆𝒍𝒎𝒊𝒔𝒊𝒏𝒊𝒛 📗🌸🌟 Elm və idrak Elmin işığında 📖 Quranın hikmətləri 🧠 Psixologiya və təfəkkür 🌱 Şəxsi inkişaf və təkmül 🤍 Ruhani maariflənmə ✨ Faydalı biliklər və motivasiya 13.12.2023🪐

Последний пост
14 авг.
Последнее чтение
14 авг.
Постов за неделю
3
Всего постов
78
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 427
−1 за 5 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
82
40 постов
Вовлечённость
5,7%
к подписчикам
Постов в день
0,4
всего 78
Упоминаний
3
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
29
1/48двое суток
33
1/72трое суток
35

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.171из Nurdan_inciler

    Ya İmam Rza (ə)❤️📗 https://t.me/Nurdan_inciler/1642

  • ÖLÜMÜN ÜZÜNƏ GÜLƏN İNSAN✨😊🌸 Nə qədər ki təslim olmayıb, insan öz taleyindən güclüdür. Erix Mariya Remark, “Üç dost” Qohumlarımdan biri sümük xərçənginə tutulmuşdu. Onun böyük qızı və oğlu da xərçəngdən dünyasını dəyişmişdi. Xəstəliyi aşkar olunandan sonra bir müddət ağır kimyəvi prosedurlardan keçdi, əməliyyat olundu. Ölümündən üç gün qabaq ziyarətinə getmişdim. Kimyəvi dərmanların təsirindən immuniteti zəifləmiş, bədənində yaralar çıxmış, qaş və kirpikləri də tamam tökülmüşdü, həddən artıq arıqlamış, tanınmaz hala düşmüşdü. Danışanda əziyyət çəkir, kəkələyirdi. Bununla belə, məni görən kimi gülümsədi, zarafat etməyə çalışdı. “Keçəl oğlana baş çəkməyə gəlmisən? Görürsən, nə gözəl arıqlamışam, cavan oğlan olmuşam?” Sonra da zarafatla soruşdu ki, gülüşsək, kim yıxar? Otağında divarda iri güzgü var idi. Adətən, belə xəstələr güzgüyə baxmamağa çalışırlar. Baxışlarımı görüb: “Evdəkilər götürmək istədi, qoymadım. Aşkar gözəlliyi görməyə nə var ki? Hü­nər odur, hər halında gözəlliyi axtarıb tapa biləsən”, – deyib yenə gülümsədi. Yatağa düşməmişdən əvvəl onunla söhbət etmişdik. Xərçəng olduğunu bilirdi. Ona təsəlli vermək istəyəndə dedi ki, qətiyyən narahat deyil. Çünki ölümü qəbul edib, özünü taleyin ixtiyarına buraxıb. “Altmış il yaşamışam, indi də nə qədər ömrüm qalıbsa, yaşayacağam, ancaq mənəvi iztirabla yox. Hamı eyni sonluğa doğru gedir, elə isə üzülmək nəyə lazımdır?” Bu insan ölməzdən əvvəl ölümlə doğmalaşmışdı. Facıəni gözləmək insanı çox sıxır. Bu sıxıntı faciənin özündən də ağrılıdır. Ondan daha yaxşı vəziyyətdə olan xəstələr var ki, hey şikayət edirlər, gecələr yuxusuz qalır, ağlayır, sızlayırlar. Daim öz xəstəliklərindən danışır, hamını yorub bezdirirlər. Üsyan edir, “niyə mən?” deyib bəhrəsiz düşüncələrlə özlərini yeyib-bitirirlər. Ömrünün son günlərini yaşayan o adam isə söhbət zamanı bir dəfə də olsun, gileylənmədi, həyata üsyan etmədi. Hər sözü zarafatla cavablandırdı. Üzləşdiyimiz çətinliklərdən doğan ruhi sıxıntıların bir qisminin qaynağı problemin hansı sonluqla bitəcəyini bilməməyimizdir. Xəstə qohumum bu ruhi aramlığa necə çatdığını belə açıqladı: “Xəstəliyimi mənə deyəndə nala-mıxa vurmadım. Dünyagörmüş kişiyəm, belə xəstəliyə tutulmuş çox cavanlar görmüşəm, iki övladım bundan dünyasını dəyişib. Ona görə də ən birinci özümə bu sualı verdim: “Ən pis halda nə baş verəcək?” Cavab verdim ki, öləcəyəm. Acı da olsa, qorxulu da olsa, həqiqət budur. Daha burada özünü aldatmağın yeri yoxdur. Səndən güclü olan taleyinlə tutuşduqca daha çox tükənirsən. Onda da əcəl yetişməmişdən ölmüş olursan. Bundan sonra ölüm fikri qarşısında təslim oldum. Düşündüm: “Bu xəstəlik mənim istəyim olmadan gəlibsə, bir hikməti var. Olanların balaca beynimizlə anlaya bilmədiyimiz minlərlə gizli səbəbi var. Bircə bunu bilirəm ki, ölüm qaçılmazdırsa, onu mərdliklə qarşılamalıyam”. Onda olan aramlığın səbəblərindən biri də ən pis sonluğu qəbul edib özünü ona hazırlaması idi. Paltarı yağışda islanmasın deyə çətirlə gəzən birinin yanından keçən maşın yerdəki suyu onun üstünə sıçradır. Adam duruxur, sonra çətiri bağlayıb yağışın altında ürəklə gəzməyə, üzünə düşən damlalardan zövq almağa başlayır. Ən pis sonluq islanmaq idisə, artıq iş işdən keçib və növbəti dəqiqələri əsəb içində keçirib özünü yağışın gözəlliyindən məhrum etməyin heç bir faydası yoxdur.📗🍀✨ #Psixologiya #psixoloq https://t.me/psixoloji_tehlil

  • Çıxılmaz şəraitdə insanın özünü axına buraxması, dəyişə bilmədiyi gedişatla barışması onu şəraitin fövqünə qaldırır, öz sərhədlərini aşmasına, sıxıntılarını mənəvi aramlıqla əvəz etməsinə səbəb olur. Psixoloq Fatimə H. https://t.me/psixoloji_tehlil

  • Bəzən ən böyük tələyə "sabah edərəm" deyərək düşürük. Gələcəyin ümidi ilə yaşayarkən əlimizdəki tək real şeyi — indiki anı itiririk.📗🍀✨ Düşüncə tərzi dəyişmədikcə, yeni hər gün sadəcə dünənki səhvlərin təkrarı olur. İnkişaf birdən-birə baş vermir; anlar dəqiqələri, dəqiqələr saatları, saatlar isə həyatımızı formalaşdırır. Bu zəncirdən itirilən hər bir halqa, öz gələcəyimizdən verdiyimiz paydır. VII əsrin böyük mütəfəkkiri Əli ibn Əbu Talibin də dediyi kimi: “Ömründən sənə nə qalıbsa, əldən vermə, ‘sabah və birigün’ demə!” Xam xəyallar və ertələmək bizi həqiqətdən uzaqlaşdıran bir çuxurdur. Arzuladığın tərəqqi sabah yox, məhz bu gün başlayır. Sizcə, bu gün hansı addımı atmağı ertələyirsiniz? 📌 Məzmun faydalı oldusa yaddaşda saxlayın və sevdiklərinizlə bölüşün. #Psixologiya #psixoloq https://t.me/psixoloji_tehlil

  • https://t.me/Nurdan_inciler/1642

  • Gələcəkdə müvəffəq olmaq üçün hər bir anımızı dəyərləndirməliyik. Əldən verilən xırda anlar gələcək işlərimizdə qüsur kimi üzə çıxır. Fiqurun üzünün olmaması şəxsiyyətin bəlli olmaması deməkdir; anları itirmək də gələcək şəxsiyyətimizi puç edir. Müsbət enerji və Təfəkkür: 🍀✨⤵️ Hər anı anındaca dəyərləndirib neytrallıqdan çıxarmaq lazımdır. Dünənki təfəkkürü dəyişmədən hər yeni gündə eyni səhvləri etmək tərəqqiyə mane olur. Zamanın Zəncirvari Quruluşu: 🍀✨⤵️ Anlar dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər ayları və illəri təşkil edir. Bu təməl daşlarından birinin olmaması yüksəlişdən geri qalmaq deməkdir. Psixoloq Fatimə xanım.📗🍀 #psixologiya #psixoloq #təfəkkür https://t.me/psixoloji_tehlil

  • Zamanın Qədri və İnsan Şəxsiyyəti!✨🍀📗 Gerçək Həyatdan kiçik bir hekayə!✨⤵️🍀 “Bir gün müəllifdən qızı soruşur: “Hər günümüzü dəyərləndirməsək və əlimizdən versək, nələr baş verə bilər?” Sualı sadə şəkildə izah etmək üçün insan fiqurundan ibarət oyuncaq hissələrə ayrılır. Qız fiquru birləşdirərkən üz hissəsinin çatışmadığını görüb narahat olur. Əldə saxlanılan hissə ona verilərək hekayədən bu nəticə çıxarılır:📕⤵️🍀✨ #buanıyaşa #bu_günü_yaşa https://t.me/psixoloji_tehlil

  • https://t.me/tekamul_inkisaf

  • https://t.me/Nurdan_inciler/1642

  • Sevgi❤️📕🌹 https://t.me/psixoloji_tehlil

  • ﷽ Allaha təvəkkülün mənası budur ki, ilahi, Səndən başqa aləmdə təsiredici bir amil yoxdur və Səndən başqa sığınacağım təhlükəsiz bir qala mövcud deyil. Allaha təvəkkül, yəni, ilahi, Sən istəyərsən, olar, Sən istəməzsən, olmaz. Kimsə Sənin iznin və iradən…

  • ﷽ Allaha təvəkkülün mənası budur ki, ilahi, Səndən başqa aləmdə təsiredici bir amil yoxdur və Səndən başqa sığınacağım təhlükəsiz bir qala mövcud deyil. Allaha təvəkkül, yəni, ilahi, Sən istəyərsən, olar, Sən istəməzsən, olmaz. Kimsə Sənin iznin və iradən xaricində mənə nə xeyir verə bilər, nə ziyan, nə də mənə yetişə biləcək bir xeyirin və ya ziyanın qarşısını ala bilər. Ona görə də Səndən savayı nə kiməsə bir  ümidim var, nə də nədənsə bir qorxum. https://t.me/tekamul_inkisaf

  • Sevgi❤️📕🌹 https://t.me/psixoloji_tehlil

  • Sevgi❤️📕🌹 https://t.me/psixoloji_tehlil

  • #Psixologiya🌹📕 https://t.me/psixoloji_tehlil

  • #Psixologiya🌹📕 https://t.me/psixoloji_tehlil

  • https://t.me/Nurdan_inciler/1642

  • #Psixologiya🌹📕 https://t.me/psixoloji_tehlil

  • #Psixologiya🌹📕 https://t.me/psixoloji_tehlil

  • “Kitab📗🍀🤍 https://t.me/psixoloji_tehlil