İlahi yol📖
СтатистикаTəfəkkür Məktəbi. Övladlarınıza İmam Hüseynə (ə) məhəbbəti öyrədin; təkcə ağlamaqla deyil, onun uğrunda şəhid olduğu dəyərləri – ləyaqəti, haqqı və azadlığı – onların qəlbində yetişdirməklə.💞✍🏻
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 6
- Всего постов
- 57
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 21
- 1/48двое суток
- 24
- 1/72трое суток
- 25
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Ya İmam Rza (ə)❤️📗 https://t.me/Nurdan_inciler/1642
ÖLÜMÜN ÜZÜNƏ GÜLƏN İNSAN✨😊🌸 Nə qədər ki təslim olmayıb, insan öz taleyindən güclüdür. Erix Mariya Remark, “Üç dost” Qohumlarımdan biri sümük xərçənginə tutulmuşdu. Onun böyük qızı və oğlu da xərçəngdən dünyasını dəyişmişdi. Xəstəliyi aşkar olunandan sonra bir müddət ağır kimyəvi prosedurlardan keçdi, əməliyyat olundu. Ölümündən üç gün qabaq ziyarətinə getmişdim. Kimyəvi dərmanların təsirindən immuniteti zəifləmiş, bədənində yaralar çıxmış, qaş və kirpikləri də tamam tökülmüşdü, həddən artıq arıqlamış, tanınmaz hala düşmüşdü. Danışanda əziyyət çəkir, kəkələyirdi. Bununla belə, məni görən kimi gülümsədi, zarafat etməyə çalışdı. “Keçəl oğlana baş çəkməyə gəlmisən? Görürsən, nə gözəl arıqlamışam, cavan oğlan olmuşam?” Sonra da zarafatla soruşdu ki, gülüşsək, kim yıxar? Otağında divarda iri güzgü var idi. Adətən, belə xəstələr güzgüyə baxmamağa çalışırlar. Baxışlarımı görüb: “Evdəkilər götürmək istədi, qoymadım. Aşkar gözəlliyi görməyə nə var ki? Hünər odur, hər halında gözəlliyi axtarıb tapa biləsən”, – deyib yenə gülümsədi. Yatağa düşməmişdən əvvəl onunla söhbət etmişdik. Xərçəng olduğunu bilirdi. Ona təsəlli vermək istəyəndə dedi ki, qətiyyən narahat deyil. Çünki ölümü qəbul edib, özünü taleyin ixtiyarına buraxıb. “Altmış il yaşamışam, indi də nə qədər ömrüm qalıbsa, yaşayacağam, ancaq mənəvi iztirabla yox. Hamı eyni sonluğa doğru gedir, elə isə üzülmək nəyə lazımdır?” Bu insan ölməzdən əvvəl ölümlə doğmalaşmışdı. Facıəni gözləmək insanı çox sıxır. Bu sıxıntı faciənin özündən də ağrılıdır. Ondan daha yaxşı vəziyyətdə olan xəstələr var ki, hey şikayət edirlər, gecələr yuxusuz qalır, ağlayır, sızlayırlar. Daim öz xəstəliklərindən danışır, hamını yorub bezdirirlər. Üsyan edir, “niyə mən?” deyib bəhrəsiz düşüncələrlə özlərini yeyib-bitirirlər. Ömrünün son günlərini yaşayan o adam isə söhbət zamanı bir dəfə də olsun, gileylənmədi, həyata üsyan etmədi. Hər sözü zarafatla cavablandırdı. Üzləşdiyimiz çətinliklərdən doğan ruhi sıxıntıların bir qisminin qaynağı problemin hansı sonluqla bitəcəyini bilməməyimizdir. Xəstə qohumum bu ruhi aramlığa necə çatdığını belə açıqladı: “Xəstəliyimi mənə deyəndə nala-mıxa vurmadım. Dünyagörmüş kişiyəm, belə xəstəliyə tutulmuş çox cavanlar görmüşəm, iki övladım bundan dünyasını dəyişib. Ona görə də ən birinci özümə bu sualı verdim: “Ən pis halda nə baş verəcək?” Cavab verdim ki, öləcəyəm. Acı da olsa, qorxulu da olsa, həqiqət budur. Daha burada özünü aldatmağın yeri yoxdur. Səndən güclü olan taleyinlə tutuşduqca daha çox tükənirsən. Onda da əcəl yetişməmişdən ölmüş olursan. Bundan sonra ölüm fikri qarşısında təslim oldum. Düşündüm: “Bu xəstəlik mənim istəyim olmadan gəlibsə, bir hikməti var. Olanların balaca beynimizlə anlaya bilmədiyimiz minlərlə gizli səbəbi var. Bircə bunu bilirəm ki, ölüm qaçılmazdırsa, onu mərdliklə qarşılamalıyam”. Onda olan aramlığın səbəblərindən biri də ən pis sonluğu qəbul edib özünü ona hazırlaması idi. Paltarı yağışda islanmasın deyə çətirlə gəzən birinin yanından keçən maşın yerdəki suyu onun üstünə sıçradır. Adam duruxur, sonra çətiri bağlayıb yağışın altında ürəklə gəzməyə, üzünə düşən damlalardan zövq almağa başlayır. Ən pis sonluq islanmaq idisə, artıq iş işdən keçib və növbəti dəqiqələri əsəb içində keçirib özünü yağışın gözəlliyindən məhrum etməyin heç bir faydası yoxdur.📗🍀✨ #Psixologiya #psixoloq https://t.me/psixoloji_tehlil
Çıxılmaz şəraitdə insanın özünü axına buraxması, dəyişə bilmədiyi gedişatla barışması onu şəraitin fövqünə qaldırır, öz sərhədlərini aşmasına, sıxıntılarını mənəvi aramlıqla əvəz etməsinə səbəb olur. Psixoloq Fatimə H. https://t.me/psixoloji_tehlil
📖 Ən Böyük Sığınacaq: Allaha Təvəkkül Etmək.🌸🍀📿🤲📕 Həyat bəzən üstümüzə gələndə, çətinliklər və qeyri-müəyyənliklər qəlbimizi sıxanda ən çox ehtiyac duyduğumuz şey daxili bir hüzur və güvəndir. İnsan hər şeyi idarə etməyə, hər nəticəni özü müəyyənləşdirməyə çalışdıqca yorulur. Yalnız qəbul edəndə ki, biz yalnız səbəblərdən tutunmağa cavabdehik, əsl rahatlıq başlayır. Rəbbimiz Əhzab surəsinin 3-cü ayəsində bizə ən böyük dayağı xatırladır: “Allaha təvəkkül et. Vəkil olaraq Allah kifayətdir.” Təvəkkül Nədir? Təvəkkül — əli qoynumda oturub gözləmək deyil. Təvəkkül, insanın əlindən gələn bütün səyi göstərdikdən, dualarını etdikdən sonra nəticəni Bütün Kainatın Sahibinə həvalə etməsidir. Bir işin ardınca qaçarkən, bir çətinliklə mübarizə apararkən və ya gələcəyin qayğısını çəkərkən özümüzə bu sualı verməliyik: Əgər bizim Vəkilimiz Allahdırsa, qorxmağa və ya ümidsizliyə qapılmağa səbəb varımı? Vəkil Olan Allah Kifayətdir Həyatda hər an işlərimiz istədiyimiz kimi getməyə bilsə də, bilməliyik ki, Allahın bizim üçün seçdiyi təqdir, bizim özümüz üçün arzuladığımızdan daha xeyirlidir. İşini Allaha tapşıran insan məğlub olmaz. O, bilir ki, qapılar bağlansa da, daha gözəli açılacaq; yollar kəsilsə də, yeni bir çıxış yolu göstəriləcək. Ruhunuzu narahatlıqlardan azad edin. Əlinizdən gələni edin və gerisini Ən Yaxşı Qoruyana, Ən Yaxşı Tədbir Görənə buraxın. Çünki O, bizə kifayətdir. 🤲✨ https://t.me/ilahi_yol
без подписи
Hörmətli abunəçilər. Biri-birindən möhtəşəm 𝐃𝐢𝐧𝐢📕 Elmi və Xəbər 🌍 kanallarını sizlərə təqdim edirik.Seçdiyiviz linkə vurub kanallara abunə olun, faydalanın. Vaxt məhduddur. Kanallar 𝐚𝐤𝐭𝐢𝐯𝐝𝐢𝐫, daima yeni və vaxtında 👈 𝐱ə𝐛ə𝐫𝐥ə𝐫, maraqlı məlumatlar paylaşılır. @ya_beqiyyetellah
Bəzən ən böyük tələyə "sabah edərəm" deyərək düşürük. Gələcəyin ümidi ilə yaşayarkən əlimizdəki tək real şeyi — indiki anı itiririk.📗🍀✨ Düşüncə tərzi dəyişmədikcə, yeni hər gün sadəcə dünənki səhvlərin təkrarı olur. İnkişaf birdən-birə baş vermir; anlar dəqiqələri, dəqiqələr saatları, saatlar isə həyatımızı formalaşdırır. Bu zəncirdən itirilən hər bir halqa, öz gələcəyimizdən verdiyimiz paydır. VII əsrin böyük mütəfəkkiri Əli ibn Əbu Talibin də dediyi kimi: “Ömründən sənə nə qalıbsa, əldən vermə, ‘sabah və birigün’ demə!” Xam xəyallar və ertələmək bizi həqiqətdən uzaqlaşdıran bir çuxurdur. Arzuladığın tərəqqi sabah yox, məhz bu gün başlayır. Sizcə, bu gün hansı addımı atmağı ertələyirsiniz? 📌 Məzmun faydalı oldusa yaddaşda saxlayın və sevdiklərinizlə bölüşün. #Psixologiya #psixoloq https://t.me/psixoloji_tehlil
https://t.me/Nurdan_inciler/1642
Gələcəkdə müvəffəq olmaq üçün hər bir anımızı dəyərləndirməliyik. Əldən verilən xırda anlar gələcək işlərimizdə qüsur kimi üzə çıxır. Fiqurun üzünün olmaması şəxsiyyətin bəlli olmaması deməkdir; anları itirmək də gələcək şəxsiyyətimizi puç edir. Müsbət enerji və Təfəkkür: 🍀✨⤵️ Hər anı anındaca dəyərləndirib neytrallıqdan çıxarmaq lazımdır. Dünənki təfəkkürü dəyişmədən hər yeni gündə eyni səhvləri etmək tərəqqiyə mane olur. Zamanın Zəncirvari Quruluşu: 🍀✨⤵️ Anlar dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər ayları və illəri təşkil edir. Bu təməl daşlarından birinin olmaması yüksəlişdən geri qalmaq deməkdir. Psixoloq Fatimə xanım.📗🍀 #psixologiya #psixoloq #təfəkkür https://t.me/psixoloji_tehlil
Zamanın Qədri və İnsan Şəxsiyyəti!✨🍀📗 Gerçək Həyatdan kiçik bir hekayə!✨⤵️🍀 “Bir gün müəllifdən qızı soruşur: “Hər günümüzü dəyərləndirməsək və əlimizdən versək, nələr baş verə bilər?” Sualı sadə şəkildə izah etmək üçün insan fiqurundan ibarət oyuncaq hissələrə ayrılır. Qız fiquru birləşdirərkən üz hissəsinin çatışmadığını görüb narahat olur. Əldə saxlanılan hissə ona verilərək hekayədən bu nəticə çıxarılır:📕⤵️🍀✨ #buanıyaşa #bu_günü_yaşa https://t.me/psixoloji_tehlil
﷽ Allaha ibadət edənlərin kateqoriyası Həzrət Əli (ə) söhbətlərinin birində ibadətləri bir-biri ilə müqayisə edərək buyurur ki, Allaha ibadət edən insanlar üç qurupa bölünür: bəziləri Allaha qorxudan ibadət edirlər, çünki cəhənnəm və əzab olmasını eşidiblər. Bular Allahın onlara əzab verməməsi üçün Ona ibadət edirlər. Bu ibadət qulsifətli adamların ibadətidir. Yəni bunların halı ağalarından qorxduğu üçün işləyən qulların halına bənzəyir və bunun bir dəyəri yoxdur. Bəziləri isə Allaha cənnət tamahı ilə ibadət edirlər. Çünki bunlar Allahın ağacları altından çaylar axan, hurilər olan cənnətinin olduğunu eşidiblər və bilirlər ki, Allah həmin cənnətləri ibadət edənlərə verəcək. Onların yadına cənnətdəki toyuq əti, zümrüd, ləl-cəvahir və hurilər düşən kimi, ibadət etməyə başlayırlar ki, həmin şeylər bunlarada qismət olsun. Bu da tacirlərin ibadətidir, çünki tacir çoxlu pul və mənfəət əldə etmək üçün işləyir. Burada da bu adam hədsiz qazanc əldə etmək üçün ibadət edir, işləyir Amma başqa bir qurup Allaha yalnız şükür etmək üçün ibadət edir. Onlar ibadəti nə cənnət tamahına görə və nə də cəhənnəm qorxusundan etmirlər. Xeyr, onlar yalnız və yalnız Allahı nəzərdə tutub ibadət edirlər. İnsanın insani sifətlərindən biri də təşəkkürdür. İnsanın vicdanı hətta cənnət və cəhənnəm olmasa belə, Allaha şükür etməyin zəruriliyinə hökm edir. Vicdan İbadətin vacibliyini bildirir. Məgər Peyğəmbərin (s) mübarək ayaqları çox ibadət etməkdən şişməmişdimi? Aişə həzrətə deyirdi ki, ey Allahın Peyğəmbəri! Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq ayəsi ki, sizin barənizdədir, nə üçün bu qədər ibadət edirsiniz? O həzrət buyurur ki, məgər Allaha ibadət edənlərin hamsı cəhənnəm qorxusu və ya cənnət tamahına görəmi ibadət edir? Mən şükür edən bəndə olmayımmı? Deməli, birinci qrup insanların ibadəti qul ibadəti, ikinci qrupun ibadəti tacir və muzdur ibadəti, üçüncü quruğun ibadəti isə azad insan ibadətidir. Əlinin (ə) məntiqinə əsasən, azad insan hətta cənnət və cəhənnəmə belə bağlı deyil. O, cənnət və cəhənnəmdən də azaddır və yalnız öz Allahına bağlıdır. 📗“Kamil insan”,səh.311-312 https://t.me/shehid_mutehheri https://t.me/ilahi_yol
https://t.me/Nurdan_inciler/1642
Sevgi❤️📕🌹 https://t.me/psixoloji_tehlil
İlahi, Sənə təvəkkül edirəm, çünki Sən hər şeydən agahsan. Mənə şah damarımdan daha yaxınsan. Həm dərdimi bilirsən, həm dərmanımı. Həm xeyrimi bilirsən, həm ziyanımı. Heç nədən də qafil deyilsən. Səni yuxu tutmaz, mürgüləməzsən. Ölməyən diri Sənsən! İlahi, Sənə təvəkkül edirəm, çünki hər şeyə gücü yetən yalnız Sənsən. Yox-yox, güc sahibi yalnızca Sənsən! Dərdimə dərman ola biləcək də Sənsən, məni ucalda biləcək də, yıxa biləcək də Sənsən. İlahi, Sənə təvəkkül edirəm, çünki Sən mənə hamıdan mehribansan. Sən ancaq mənim xeyrimi istəyir və mənə hər kəsdən daha çox dəyər verirsən. Sənə təvəkkül edirəm, çünki Sən məni qarşılıqsız sevən, nə edərəmsə-edim məndən heç vaxt üz döndərməyən, hamı məni tək qoyduğunda məni yalnız buraxmayan və daim mənə güvən bir varlıqsan. İlahi, Sənə təvəkkül edirəm, çünki Sən mənə yetərsən. Və Sən necə də gözəl vəkilsən! https://t.me/tekamul_inkisaf
﷽ Allaha təvəkkülün mənası budur ki, ilahi, Səndən başqa aləmdə təsiredici bir amil yoxdur və Səndən başqa sığınacağım təhlükəsiz bir qala mövcud deyil. Allaha təvəkkül, yəni, ilahi, Sən istəyərsən, olar, Sən istəməzsən, olmaz. Kimsə Sənin iznin və iradən xaricində mənə nə xeyir verə bilər, nə ziyan, nə də mənə yetişə biləcək bir xeyirin və ya ziyanın qarşısını ala bilər. Ona görə də Səndən savayı nə kiməsə bir ümidim var, nə də nədənsə bir qorxum. https://t.me/tekamul_inkisaf
Sevgi❤️📕🌹 https://t.me/psixoloji_tehlil
Sevgi❤️📕🌹 https://t.me/psixoloji_tehlil
Sevgi❤️📕🌹 https://t.me/psixoloji_tehlil
#Psixologiya🌹📕 https://t.me/psixoloji_tehlil
#Psixologiya🌹📕 https://t.me/psixoloji_tehlil