- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 43
- Всего постов
- 60
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 21
- 1/48двое суток
- 24
- 1/72трое суток
- 25
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
İmam Əli (ə): “Bəla birdir, səbirsizlik etdikdə iki olur”. — əl-Fəqih , c. 4, səh. 402 https://t.me/Allahixatirla
«Həzrət Zəhranın (s.ə) təsbihatı mələkut aləminin ən dəyərli və ən üstün ilahi təlimlərindən biridir. Səccadənin kənarından bu təsbihatı demədən qalxmayın.» #ariflərdən https://t.me/Allahixatirla
Dörd mühüm əməl Həzrət Fatimeyi-Zəhra (s.ə.) buyurub: Bir gecə yatmağa hazırlaşırdım. Atam, Allahın Rəsulu (s.ə.s.) yanıma gəlib buyurdu: “Ey Fatimə! Dörd əməli yerinə yetirmədən yatma!” 1️⃣ Quranı xətm et. 2️⃣ Peyğəmbərləri özünə şəfaətçi qərar ver. 3️⃣ Mömin kişi və qadınları özündən razı və məmnun et. 4️⃣ Vacib həcc və ümrəni yerinə yetir. Sonra buyurdu: “Ey Fatimə! Yatmazdan əvvəl üç dəfə “Qul huvəllahu əhəd” (İxlas surəsi) oxusan, sanki Quranı xətm etmiş olarsan. Mənə və məndən əvvəlki peyğəmbərlərə salavat və salam göndərsən, hamımız sənin şəfaətçilərin olarıq. Mömin din qardaşların və bacıların üçün bağışlanma və məğfirət diləsən, onların hamısını özündən razı və məmnun etmiş olarsan. “Subhanəllah, vəl-həmdulillah, və la ilahə illəllah, vəllahu Əkbər” desən, sanki Həccətüt-təməttö və ümrə ziyarətini yerinə yetirmiş olarsan. Müsnədi-Fatimətüz-Zəhra, səh. 18 https://t.me/Allahixatirla
Elə insanlar var ki, ibadət edirlər, amma başqalarını incidirlər. Namaz qılır, vacib əməlləri yerinə yetirirlər, amma insanları təhqir edirlər. Mömin olurlar, namaz qılırlar, lakin başqa bir mömini söyür, lənətləyir və ya ona istehza ilə söz atırlar. Yaxşı qulaq asın və diqqətli olun: Əgər Allah yolunda həqiqi yolçu (salik) olmaq istəyirsinizsə, bilin ki, bunlar sizin qarşınıza çıxacaq təhlükələrdir. Dediyimiz hər bir şey bizim və sizin qarşınızda pusquda dayanıb. Bunlarla mübarizə aparmaq, onları özümüzdən uzaqlaşdırmaq lazımdır və bu, heç də asan deyil. Mən qərar verirəm ki, bundan sonra heç kimi təhqir etməyim, alçaltmayım, incitməyim, söyməyim, lənətləməyim və istehza ilə söz atmayım. Lakin təkcə qərar verməklə məsələ həll olunmur. Çünki insanın daxilində nəfsani istəklər var və bu istəklərin müxtəlif təzahürləri ortaya çıxır. İnsan addım-addım özünə nəzarət etməlidir; daxilinə və qəlbinə diqqət etməlidir ki, qəlbinə hansı niyyətlər daxil olur, onu hansı davranışlara sövq edir, hansı sözləri dedirdir və insanlarla necə rəftar etməsinə səbəb olur. Bütün bunlar davamlı müraqibə və özünənəzarət tələb edir. İnsan öz mübarizəsi və səyi ilə özünü bu xüsusiyyətlərdən təmizləməlidir. Həm də bu pis xüsusiyyətlərin əksinə olan gözəl sifətlərə daim bağlı və sadiq qalmalıdır. https://t.me/Allahixatirla
Vacibatı yerinə yetirmək və haramları tərk etməyi nəzərə alaraq ən asan iş salavat göndərməkdir. Salavat məhəbbət gətirir və məhəbbət insanı yuxarı (ali məqamlara) aparır. 📚Muhəmməd Təqi Bəhcət (r)
Bismilahir-Rəhmanir-Rəhim (1294) İmam Əli (ə): "Sizin zinətiniz ədəbdir." Nəhcüs-Səadə, c.2, səh. 50 https://t.me/Allahixatirla
Bismilahir-Rəhmanir-Rəhim (1293) İmam Əli (ə): "Bilin ki, ən yaxşı eşidən qulaq, öyüd-nəsihəti eşidən və qəbul edəndir. " Nəhcül-Bəlağə, xütbə 105
Bilmədiyiniz şeylər haqqında danışmayın. Çünki bir çox həqiqətlər sizin inkar etdiyiniz məsələlərdədir! «Nəhcül-bəlağə», 87-ci xütbə
"مَولاَيْ أشَكُو ألَيَكَ هَوانْ نَفَسَي فَأنَا أَنَادِيكَ العَجَلُ وهَيَ تُقوِدَنيْ للمَعصَيةَ العَذُرَ يَا سَيَّديْ، فَأَنا أعُدِ نَفَسَيٌ سَببًا فَيٌ تأخَُرَ ظُهَوَركَ" “Mövlam, nəfsimin zəifliyindən Sənə şikayət edirəm. Mən Səni çağırıram: ‘Tələs, tələs!’ Lakin nəfsim məni günaha sürükləyir. Məni bağışla, ey mənim ağam! Çünki mən özümü Sənin zühurunun gecikməsinə səbəb olanlardan hesab edirəm.”
📖İlahi,həmd olsun Sənə ki,bizə tövbə etmək fürsətini verdin! https://t.me/Allahixatirla
Nə vaxta qədər ki, İmam Zamanın (ə.f.) dostlarının həyatında O Həzrət üçün həqiqi bir yer olmayacaq və onlar İmam Zamanla (ə.f.) həqiqi beyət etməyəcəklər, yalnız uzaqdan İmam Zamana (ə.f.) salam verməklə kifayətlənəcəklər, amma İmam Zaman (ə.f.) onların həyatına və gündəlik yaşayışına daxil olmayacaq, Həzrətin (ə.f.) qeybəti də uzanacaq. Çünki, bilirsiniz, O Həzrət Allahın son höccətidir. Ondan sonra artıq heç kim yoxdur. O Həzrət o zaman gələcək ki, artıq hörmətli və sevilən olacaq; daha elə olmayacaq ki, babası Əli (ə.) kimi insanları israr etsin. Bir işarə etməyi ilə insanlar hazır olacaqlar. Ona görə də biz çalışmalıyıq ki, həyatımız “Vəli mehvər” olsun. Yavaş-yavaş özümüzü buna alışdıraq ki, işlərimizi İmam Zamanın (ə.f.) bəyəndiyi və sevdiyi şeylərə uyğun tənzimləyək. Ustad Ali https://t.me/Allahixatirla
“İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir və o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır”. وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللَّهَ عَلَىٰ مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ — Bəqərə 204
без подписи
Məşhəd, İmam Rzanın (əleyhissalam!) ziyarətgahı və İslam İnqilabının şəhid lideri Ayətullah Xameneinin dəfn olunduğu yer.
#hərgünbirayə #Quran #Qurani_kərim
Rəbiul Əvvəl Ayı Mübarək 🤍✨
Qur'anda insan psixologiyası: 4 zəif cəhətimiz
Qur'anda 4 dost növü
Quranda 4 anatomik möcüzə
Quranda 4 kiçik canlı