tgindex
⏳.𝒵𝒜ℳ𝒜𝒩..⌛️

⏳.𝒵𝒜ℳ𝒜𝒩..⌛️

Статистика

𝑨𝒛𝒂𝒅.𝒊𝒏𝒔𝒂𝒏𝒍𝒂𝒓𝜾𝒏.𝒓𝒆𝒉𝒃𝒆𝒓𝒊 𝒁𝒂𝒎𝒂𝒏..𝒎𝒖𝒉𝒂𝒓𝒊𝒃𝒆.𝒛𝒂𝒎𝒂𝒏𝒅𝜾𝒓 𝑺̧𝒆𝒉𝒊𝒅.𝑨𝒚𝒆𝒕𝒖𝒍𝒍𝒂𝒉.𝑺𝒆𝒚𝒊𝒅.𝑬𝒍𝒊.𝑿𝒂𝒎𝒂𝒏𝒆𝒊

Последний пост
14 авг.
Последнее чтение
14 авг.
Постов за неделю
50
Всего постов
87
Тип
открытый
Язык
und
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
2 065
−3 за 5 дн.
Сутки
+1
+0,05%
Неделя
 
Месяц
 
Просмотров на пост
36
40 постов
Вовлечённость
1,7%
к подписчикам
Постов в день
7,1
всего 87
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
31
1/48двое суток
35
1/72трое суток
38

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • Rəbiül-əvvəl ayı üçün əlamətdar günlər 1 Rəbiül-əvvəl - 14 avqust  “Leylətul-məbit hadisəsi” -  Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrəti.   3 Rəbiül-əvvəl - 16 avqust - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması.   5 Rəbiül-əvvəl - 18 avqust - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı.   8 Rəbiül-əvvəl - 21 avqust - İmam Həsən Əskərinin (ə) şəhadəti.   9 Rəbiül-əvvəl - 22 avqust - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü.   10 Rəbiül-əvvəl –23 avqust -  Peyğəmbəri Əkrəmin (s) xanım Xədicə ilə evliliyi.   12 Rəbiül-əvvəl - 25 avqust -  Peyğəmbəri- Əkrəmin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması.   17 Rəbiül-əvvəl - 30 avqust -  Peyğəmbəri-Əkrəmin (s) mövludu (şiə mənbələrinə əsasən).   17 Rəbiül-əvvəl -30 avqust -  İmam Sadiqin (ə) mövludu.

  • Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır. Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur. 9-cu gün: Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yoxsullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir. 12-ci gün: Sünni alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü Peyğəmbəri-Əkrəmin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir. 17-ci gün: Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü Peyğəmbəri-Əkrəmin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir. Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir: 1. Qüsl etmək; 2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir. 3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq); 5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur. 6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək. Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü.

  • без подписи

  • Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs: ​......‌ 1. الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا O kəslər ki, insanlara xidmət edəndə (yaxşılıq edəndə), sözün əsl mənasında xidmət edirlər, sevinirlər və minnət qoymurlar. Allaha həmd olsun ki, o, məndən ona zamin olmağımı istədi. Allaha həmd olsun ki, məndən ona borc pul verməyimi istədi. Şükür Allaha ki, maşınımın qabağını kəsdi ki, onu mindirim. İnsan böyük qəlbə sahib olmalıdır ki, həm xidmət etsin, həm də təşəkkür etsin: "Ağa, çox sağ ol ki, məndən kömək istədin, lütf etdin məndən maşın istədin." الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا Yaxşılıq edəndə, nə minnət qoyurlar, nə əziyyət verirlər, nə də kobudluq edirlər, üstəlik sevinirlər. ​....‌‌....... 2: Bu sizin daha çox işinizə yarayar. Bu ikinciyə daha çox diqqət edin. وَ إِذَا أَسَاءُوا اسْتَغْفَرُوا "Günah etdikdə, tövbə edirlər." Bir günah etdikdə, onu yozmurlar. (Əsaslandırmağa və haqq qazandırmağa çalışmırlar.) Həyatınızda günah baş verə bilər, gəncsiniz! Amma sizi and verirəm Həzrət Abbasa, onu yozmayın. Dərhal bağışlanma diləyin: "Əstəğfirullahə Rəbbi və ətubu iləyh" - deyin. Deyirlər ki, yeddi saat ərzində günahı yazmırlar. Əgər insan tövbə etsə, təmizlənər. Günahı yozmaq (ona bəhanə tapmaq) günahın özündən də pisdir. ​............. 3. وَ إِذَا أُعْطُوا شَكَرُوا "Allah onlara bir nemət verəndə, şükür edirlər." Bir az diqqətlə qulaq asın, bu nə deməkdir? "Yaxşı! İlahi, nə vaxt nemət versən, şükür edərik." "Nə vaxt nemət versən" nə deməkdir? Bu, hovuzda, suyun içində olan bir adamın "nə vaxt suya girsəm, üzəcəyəm" - deməsinə bənzəyir. Sən zatən suyun içindəsən! Fərqində deyilsən. "Nemət versə, şükür edərəm" — yəni nəfəs alırsansa nemətdir, baxırsansa nemətdir, danışırsansa nemətdir. Biz hər an nemətin içindəyik. Şükür hissimiz olmalıdır. ​................. وَ إِذَا ابْتُلُوا صَبَرُوا Əziz bəylər və möhtərəm bacılar! Allahın yaxşı bəndələrinin 4-cü xüsusiyyəti bəlalar və çətinliklər zamanı səbir etməkdir. "Səbbar" - çox səbir edən - kəlməsi Qurani-Kərimdə dörd dəfə işlənib. İndidən özünüzü səbirli böyüdün, səbirli olmağı məşq edin. Sizə bunun bir yolunu da deyim ki, necə məşq edəsiniz: "Əsr" surəsini çox oxuyun. Gün ərzində bir dəfə "Əsr" surəsini oxuyun. ​............ 5. وَ إِذَا غَضِبُوا عَفَوْا .......... "Qəzəbləndikdə bağışlayırlar." Söyüşə söyüşlə cavab vermirlər, təhqirə təhqirlə cavab vermirlər. Bu çox mühümdür.

  • Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs:

  • без подписи

  • Bəzi ayrılıqlar var ki, insan onları “əlvida” ilə ifadə edə bilmir… Çünki gedən sadəcə bir insan deyil… Qəlbin sığındığı bir İmamdır. Bu gün Əhli-beytin (ə) qərib şəhəri Məşhəd yenə yas içindədir… Günəşin şəhəri qaralıb, çünki Rauf İmamın (ə) şəhadət günüdür. İmam Rza (ə) qərib idi… Mədinədən uzaqda, öz vətənindən uzaqda, sevdiklərindən uzaqda… Amma qəribliyinin ən ağır tərəfi bəlkə də bu idi ki, onu sevən milyonlarla qəlbin içində belə, şəhadətində yanında heç kəs yox idi… Bu gün isə o qapıya milyonlarla insan üz tutur. Dərdini danışa bilməyənlər Rzanın (ə) hərəminə gedir. Ümidini itirənlər onun qapısında dayanır. Göz yaşını heç kimə göstərə bilməyənlər zərihə baxıb susur… Çünki bəzi dərdlərin ünvanı yalnız Əhli-beytdir. Şəhid Rəhbər Seyyid Əli Xamenei də İmam Rzanın (ə) hərəminə olan bağlılığını belə ifadə etmişdi: “Mənim üçün ən şirin anlar İmam Rzanın (ə) hərəminə müşərrəf olduğum anlardır.” Bu sözlər təsadüfi deyil. Rəhbər İmam Rzanı (ə) yalnız tarixi bir şəxsiyyət kimi deyil, insanın qəlbinin bağlandığı bir mənəvi sığınacaq kimi görürdü. Onun İmam Rzanın (ə) ziyarəti haqqında başqa bir ifadəsi də çox düşündürücüdür: “Bəziləri elə güman edir ki, mütləq zərihə yapışmaq lazımdır. Qəlb bağlanmırsa, bədəni bağlamağın nə faydası var? İnsan uzaqda ola bilər, amma qəlbi İmama bağlı olar; bu yaxşıdır.” Bəlkə də buna görə Məşhədə gedə bilməyən bir qəlbin də yolu Rzaya (ə) çata bilər… Çünki Rza (ə) uzaqda deyil. Sən ağlayanda bilir… Sən susanda bilir… Heç kimə deyə bilmədiyin dərdini bilir… Ey qərib İmam… Ey Rauf İmam… Ey Əli ibn Musa ər-Rza (ə)… Bu gün sənin şəhadətindir. Mən sənin hərəminin qarşısında deyiləm… Amma qəlbimi sənin qapına gətirmişəm. Məni də öz ziyarətçilərindən yaz… السلام علیک یا علی بن موسی الرضا السلام علیک یا غریب الغرباء السلام علیک یا شمس الشموس السلام علیک یا انیس النفوس Şəhadətin mübarək, ey İmam Rauf… və bizim bu uzaq qəlbimizə də bir nəzər et. 🖤

  • без подписи

  • Şəhid Rəhbər Ayətullah Xamenei: Həqiqətən də, mənim və mənim kimilərin dili Peyğəmbəri-Əkrəm (s) haqqında danışmaqdan acizdir. Mənim və mənim kimilərin zehni və qəlbi də o Həzrətin uca şəxsiyyətini dərk etməkdə acizdir. Bu, həqiqətən də belədir! ​Varlıq aləminin bu parlayan günəşinin bütün bəşəriyyət üzərində haqqı var. Bütün bəşəriyyət, istər bu dinə inananlar olsun, istərsə də inanmayanlar, Peyğəmbəri-Əkrəmə (s) borcludur. ​Bu böyük şəxsiyyətin bəşəriyyət üzərindəki böyük haqqı nədir? O budur ki, Peyğəmbəri-Əkrəm (s) bəşəriyyətin bütün əsas dərdlərinin müalicə nüsxəsini bəşərə təqdim etmişdir.

  • Ey Şəhadət.....