🥘𝐿𝐸𝑍𝑍𝐸𝑇𝐿𝐼 𝑀𝐸𝑇𝐵𝐸𝑋👩🏻🍳
СтатистикаYemək reseptləri🍲 Şirniyyatlar🥐 Tort reseptləri 🎂 Salatlar🥗 Bir sözlə yeməyə dair hərşey😋❤️ Ödənişli reklam üçün; @alone_in_the_dark2
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 6
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- az
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 164
- 1/48двое суток
- 187
- 1/72трое суток
- 202
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
без подписи
без подписи
SNİKERS TORTU 🍰 Biskivit: qabın ölçüsü 30sm 10 yumurta 2st şəkər tozu 2st un 2 qabartma tozu 2 vanil Krem olaraq: 3st decor up qaymağı 1ədəd qatılaşdırılmış süd Karamel: 1st şəkər tozu 1x/q kərə yağı 1st qaymaq və ya yağlı süd Şokolad sosu üçün: 1.5st süd 1st şəkər tozu 2x/q kakao 1ç/q nişasta Ara qatlar üçün qovrulmuş yer fındığı 👩🏻🍳Hazırlanması: Biskiviti hazırlayıb 160°də 40 -45 dəqiqə bişiririk. Soyuduqdan sonra 2 və ya 3 yerə bölüb arasını kremləyirik. Yer fındığı səpib üstündən karamel, şokalad sosu gəzdirib tortumuzu bu ardıcıllıqla yığırıq. Üst bəzəyini zövqə görə necə istəyirsiniz o cür edə bilərsiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
Tərəvəzli toyuq salatı 👌 Tərkibi 📝 4 ədəd rəngli bibərlər 4 ədəd kök ( bişmiş ) 250 qr toyuq sinə əti (bişmiş) 2 ədəd kartof (bişmiş) 350 qr qarğıdalı (konservant ) 4-5 yarpaq kahı mayonez duz, istiot Hazırlanması : Rəngli bibərlər yuyulur suyu çəkildikdən sonra şəkildə olduğu kimi uzunsov şəkildə doğranır. Bişmiş kök doğranır, file soyuduqdan sonra didilir, bişmiş kartof kub şəklində doğranır üzərinə qarğıdalı əlavə edib doğranmış kahını da əlavə edirik. Sonda duz, istiot, mayonez vurulub qarışdırılır. Tərəvəzlər duz vurulduqdan sonra su saldığı üçün mayonez az əlavə edin. Salatımız hazırdır. 😋 Nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA
Kəsmikli piroq Ərzaqlar 📝 4 ədəd yumurta 1st şəkər tozu (xrustal st ) 200 qr kəsmik 1st bitki yağı 1 paket qabartma 1 paket vanil 2 st un Üzərinə düzmək üçün mövsümə uyğun sevdiyiniz meyvələrdən hazırlayın. Hazırlanması: Yumurtanı şəkər tozu ilə ağaranadək mikserlə qarışdırırıq. Üzərinə kəsmik əlavə edib təkrar yüksək sürətlə mikserlə qarışdırırıq içərisində düyünlər qalmasın. Daha sonra bitki yağı və vanili əlavə edib qarışdırırıq. Sonda un qabartma tozu ilə qarışdırılır və ələkdən keçirib duru xəmirin üzərinə töküb qarışdırırıq. Yağlanmış kek qəlibinə töküb üzərinə doğranmış meyvə dilimləri düzüb öncədən isidilmiş sobada 180 °də üzəri qızaranadək bişiririk. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
Mini pizza 😋 Lazım olan ərzaqlar: 2st. ilıq süd yarım st. duru yağ 1 ç/q maya 1 x/q pesok 1 ç/q duz 2 yumurtanın ağı xəmir üçün, sarısı üzəri üçün 6 stəkana yaxın un Üstü üçün: pomidor, holland pendiri, bibər, sosiska (kalbasa da olar), zeytun. Hazırlanması: Bir qaba südü, pesoku və mayanı töküb qarışdırırıq. Sonra yağ, duz, yumurta ağı və unu yavaş-yavaş əlavə edib yumşaq ələ yapışmayan xəmir yoğurub 1 saat mayalandırırıq. Sonra xəmiri kiçik kündələrə ayırıb aralı-aralı listə yığırıq. 30 dəqiqə bu vəziyyətdə saxlanılır. Üzərinə yumurta sarısı çəkilir və doğranmış pomidor, bibər, holland pendiri, sosiska (və ya kolbasa) və zeytunu düzüb əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada üzü qızarana qədər bişirilir. Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA
KOJİK HALQALARI Resepti📝 200 qr kərə yağı (otaq tempraturunda ) 150 qr şəkər tozu 1 p vanil 1 ədəd yumurta duz (bir çimdik ) 1 paket qabartma tozu 380 qr un Üzərinə üçün: 1ədəd yumurta ağı 100 qr yer fıstığı və ya qovrulmuş fındıq qırıntıları Hazırlanması : Otaq tempraturunda olan kərə yağını dərin qaba əlavə edib üzərinə şəkər tozu, vanil əlavə edib qarışdırırıq. Şəkər tozu əridikdən sonra üzərinə yumurta və duz əlavə edib təkrar qarışdırırıq. Sonda qabartma tozu və unu ələkdən keçirib əlimizlə yumşaq xəmir yoğururuq. Yumşaq və yağlı xəmir alınır. Pinqivin kloka xəmiri qoyub 10 dəqiqə soyuducuda saxlayırıq yağlı xəmir olduğu üçün biraz özünü tutsun. Xəmiri iki yerə bölüb yayırıq xəmir kəsən forma ilə kəsirik. Orta hissəsini krem ucluğunu xəmirin üzərinə batırıb kəsə bilərsiniz. Kojiklərin üzərinə fırça ilə yumurta ağı çəkib fındıq qırıntıları səpirik. Yağlı kağız sərilmiş soba listinə düzüb öncədən qızdırılmış sobada 180 °də 15 dəqiqə üzəri saralanadək bişiririk. Nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
Urfa kababının hazırlanma qaydası Lazım olan ərzaqlar: 500 q yağsız qiymə 1 ədəd baş soğan 1 ədəd qırmızı bibər 1 diş sarımsaq 1 yemək qaşığı pomidor tomatı 1 yemək qaşığı kərə yağı Duz, istiot Hazırlanması: Soğan, sarımsaq və qırmızı bibəri blenderdən keçirin. Qiymə, duz, qara istiot, tomat və soğanı qarışdırıb yaxşıca yoğurun. Qiyməli qarışığın içərisinə xırda doğranmış kərə yağını əlavə edib yoğurun. Qiyməni şişlərə keçirib 230°də öncədən qızdırılmış sobada qızarana qədər bişirin. Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA
Bananlı puding😍 Ərzaqlar📝 1 litr süd 1 x.q nişasta 1 x.q un 3 x.q kakao 0,5 st pesoq 50 qr kərə yağı 3 ədəd banan 1 paket vanil Bişirəcəyimiz qazana süd, pesoq, nişasta, un və kakao əlavə edilir. Nişasta, un və kakao süzgəcdən keçirilməlidir ki, topacıqlar parçalansın. Çırpıcı ilə yaxşıca qarışdırılıb qaza qoyulur və əlimizi dayandırmadan qaynayana kimi qarışdırmağa davam edilir. Qaynamağa başlayanda qaz vam oda endirilir. Bananların qabıqları soyulur və blenderlə əzilib püre halına gətirilir. Qaynayan qarışımın içərisinə əzilmiş banan, yağ və vanil əlavə edilib 3-4 dəqiqə qarışdıraraq bişirilir. Kənarda təxminən 10 dəqiqə qalmalıdır ki, ilıq hala gəlsin. Bu müddətdə hərdən qarışdırmaq lazımdır ki, üzəri qaysaqlamasın. İlıq hala gəldikdə qablara tökülür. Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA
❤️ Ürək bulkası ❤️ Tərkibi 📝 ➖ Süd 250 ml (ilıq) ➖Şəkər 100 qram ➖7 qram maya ➖Yumşaq kərə yağı 50 qr ➖1 yumurta ➖ Un 450-500 qr 📌 Bütün inqrediyentləri qarışdırın, 15 dəqiqə isti yerdə saxlayın. 📌 Sonra kərə yağı, yumurta, unu əlavə edib xəmir yoğururuq. 1-1,5 saat istidə mayalandırırıq. 📌 Sonra 10 bərabər hissəyə bölürük, oval formada biraz yayıb bitki yağı ilə yağlayırıq, üzərinə şəkər tozu səpirik. Daha sonra rulo formasında yuvarlayırıq və videoda göstərildiyi kimi kəsik açırıq. 📌 Sonra üzərini dəsmal ilə örtürük, 15 dəqiqə çörəklərimiz biraz qabarana qədər gözləyirik, sonra yumurta ilə yağlayıb 180-200°də isidilmiş sobada bişiririk. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
Fərqli qarışıq salat 👌 📍Əgər istəsəniz soğan və ya kolbasa istifadə etməyin👩🍳 Tərkibi: 2 əd soğan (orta) 4 ədəd qaynadılmış yumurta 150 q qaynadılmış mal əti 2 ədəd bolqar bibəri 150 q kolbasa mayonez duz, qara bibər Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
Toyuq ətli və tərəvəzli plov Ərzaqlar 📝 1 kq toyuq 1 baş soğan 1 ədəd kök 1 ədəd bolqar bibəri 1 ədəd pomidor 200 q konservləşdirilmiş qarğıdalı 200 q dondurulmuş yaşıl noxud 1 diş sarımsaq 1 stəkan düyü 2 stəkan su Duz, istiot, ədviyyatlar Qızartmaq üçün yağ Hazırlanması: 1. Toyuq hissələrə bölünür. Duz, istiot, ədviyyatlar vurulur. Yağda qızardılır. Kənara qoyulur. 2. Tavaya yağ əlavə olunub xırda doğranmış soğan şəffaflaşana qədər bişirilir. Bir diş sarımsaq əzilib əlavə olunur. 3. Üzərinə xırda doğranmış bibər, sürtgəcdən keçirilmiş kök əlavə olunub qovrulur. 4. Pomidor kub formada doğranıb bura əlavə edilir, 5 dəqiqə daha bişirilir. 5. Düyü yuyulub tərəvəzlərin üzərinə əlavə olunur və su tökülüb duz vurulur. Qapağı bağlı şəkildə 30 dəqiqə suyu çəkilənə qədər bişirilir. 6. Düyünün bişməyinə 10 dəqiqə qalmış yaşıl noxud, qarğıdalı əlavə olunub qarışdırılır. 7. Qızardılmış toyuqlar da düyünün üzərinə yığılır və qapağı bağlı şəkildə 10 dəqiqə az odda bişirilir. Nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
*Qızartma badımcan salatı* Lazım olan ərzaqlar: 1 kq badımcan 200 qr toyuq əti 50 qr qoz ləpəsi 1 dəstə keşniş 200 qr mayonez İstiot Duru yağ (badımcanları qızartmaq üçün) (Toyuq əti duzlu suda bişdiyi üçün və mayonez duzlu olduğu üçün duz vurmağa ehtiyac duymuram,siz istəsəniz azca vura bilərsiniz) Badımcanların qabığı soyulub lay-lay doğranılır və yağda hər iki tərəfi qızardılır. Qızarmış badımcanlar yağının çəkilməsi üçün salfet üzərinə yığılır. Toyuq əti duzlu suda bişirilib doğranılır.Qoz ləpəsi və keşniş xırda doğranılır. Mayonez bir dəfəlik krem torbasına yığılır. Qızarmış badımcanlar hissələrə kəsilir (bir lay 3 hissəyə) və badımcanların bir hissəsi qaba yığılıb üzərinə mayonez sıxılır. Sonra isə qalan ərzaqlar da bu qayda ilə aralarına mayonez sıxılaraq bir-birinin üzərinə qat-qat düzülür. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
QARABAĞ KƏTƏSİ RESEPTİ.. _ kərə yağı 150 qr _ un 5 st _ yumurta 3 ədəd _ şəkər tozu ½ st _maya 1 ç.q _ duz 1ç.q _ sarıkök azacıq _ vanil 1 paket _ süd aparana qədər İçlik üçün _ 150 qr kərə yağı _ 2 st un _ 130 qr şəkər tozu _ 1 paket vanil Hazırlanması : Süd dərin qaba tökülür üzərinə maya əlavə olunur biraz qalıb aktivləşir. Undan başqa bütün ərzaqlar əlavə olunub qarışdırılır. Sonda un ələnib əlavə olunur, xəmir yoğrulur. Xəmirin üzərini örtürük 2 saat qalıb acıyır. Acıdıqdan sonra kündələrə ayırırıq 15 dəiqə qalıb mayalanır. Sonra əlimizlə 1sm qalınlığında açıb ortasına iclik qoyub büküb yastılayırıq. (bükdüyümüz tərəfi alt hissəsidir) Yağlanmış listə düzüb 20 dəqiqə listdə mayalandırırıq. Üzərinə yumurta sarısı çəkib çəngəllə naxış vururuq . 180 dərəcədə 25 dəqiqə qızaranadək bişiririk. Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA
*Darçınlı peçenye* Xəmir üçün: 80 qr kərə yağı 10 qr vanil 3 xörək qaşığı şəkər tozu 1 ədəd yumurta 1 stəkan un İçlik üçün: 6 xörək qaşığı şəkər tozu 2 xörək qaşığı darçın Hazırlanma qaydası: Otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər tozu və vanillə mikserlə çırpın. Üzərinə yumurta əlavə edib yenə çırpın. Yarım stəkan un əlavə edib qarışdırın. Qalan unu da əlavə edib xəmir yoğurun. Xəmiri 2 kündəyə ayırın. Hər kündəni dairəvi yayın və üçbucaqlar şəklində kəsin. Bir qabda darçın və şəkər tozunu qarışdırıb üçbucaq xəmirlərə bölüşdürün. Rulet şəklində bükərək yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 200°C-də qızdırılmış sobada kənarları azca qızaranadək bişirin. Hazırlayacaq olan hər kəsə nuş olsun 🤗 https://t.me/lezzetlimutfakA
Milli mətbəximizdən yarpaq dolmasının hazırlanması. Lazım olan ərzaqlar: 500 qram çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı 1 ədəd çəkilmiş soğan ½ stəkan yumru düyü ½ stəkan xırda doğranmış keşniş ½ stəkan xırda doğranmış şüyüd ½ stəkan xırda doğranmış nanə 1 çay qaşığı duz ¼ çay qaşığı və yaxud zövqə görə istiot Təxminən 80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş) 3 xörək qaşığı kərə yağı Hazırlanması: Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun. Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə (təxminən 10 ədəd olmaq şərtilə) qaynayan suda təxminən 1 dəqiqə və yaxud da yarpağın sərtliyinə görə daha az/çox tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıca süzün və bükün. Hazırlayacaq olan hər kəsə nuş olsun 🤗 https://t.me/lezzetlimutfakA
Lahmacunu evdə özünüz bişirin👌 Ərzaqlar:✍ - 7-8 ədəd lavaş - 300 qram az yağlı qiymə - 3 ədəd rəndələnmiş pomidor - 2 ədəd yaşıl bibər - 1 ədəd quru soğan - 1/3 dəstə cəfəri - Yarım stəkan duru yağ - Duz, qara bibər, pul bibər, razyana, yarım qaşıq bibər tomatı Hazırlanma qaydası:✍ 1. Cəfəri, soğan və bibəri nazik doğrayın. Digər ərzaqlarla birlikdə qarışdırın. 2. Hazırlanan içliyi lavaşların üstünə yayın. 3. 200°C dərəcədə əvvəldən qızdırılmış sobada bişirin. Hazırlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
🥧Şokoladlı,qozlu,limonlu keks🥧 Lazım olan ərzaqlar: 4 yumurta 1 st şəkər tozu 1 st qatıq 1 st duru yağ 2 paket qabartma tozu 1 paket vanel Yarım limonun suyu 1 st un zövqə görə qoz,kişmiş və s. Hazrlanması qaydası: Əvvəl yumurtadan başlayaraq un və qabartmadan başqa, hamısını əlavə edib mikserlə qarışdırın.Un və qabartma tozunu əlavə edib qaşıqla qarışdırın. Bişirəcəyiniz qabı yağlıyıb, xəmiri əlavə edin. 180 °də 20-25 dəq. bişirin.Üzərini istəyə görə bəzəyib servis edə bilərsiniz. Hazrlayacaq olan hər kəsə nuş olsun 🥰 https://t.me/lezzetlimutfakA
Toyuqlu bükmə🥟 🥟🥟 Lazım olan ərzaqlar: Toyuq filesi-250 qr Xama-3 x/q Keşniş Şüyüd Duz İstiot Lavaş Süd-60 ml Yumurta-1 ədəd Duru yağ-50ml Hazırlanma qaydası:👩🍳 Toyuğun filesini suda bişirirk,duz,istiot vururuq.Sonra didirik,içinə biraz keşniş,şüyüd,xama vurub qarışdırırıq. Sonra südü, yağı, yumurtanı bir qabda çalırıq.Lavaşları üçkünc kəsirik. Əvvəl birinci lavaşı fırça ilə bu qarışımla isladırıq üzərinə ikinci lavaşı qoyuruq və toyuq ətini əlavə edib bükürük. Qazanda bol duru yağda qızardırıq. Hazırlayacaq olan hər kəsə nuş olsun ❤️ https://t.me/lezzetlimutfakA