tgindex
Последний пост
12 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
1
Всего постов
20
Тип
открытый
Язык
und
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
4 773
−3 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
714
20 постов
Вовлечённость
15,0%
к подписчикам
Постов в день
0,1
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
122
1/48двое суток
139
1/72трое суток
150

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Ayətullah Behcət(r.ə): «Allah eləməsin, insan günah etsin! Əgər günah etdisə, Allah eləməsin ictimai bir günah etsin! Əgər bunu da etdisə, Allah eləməsin elə bir günah etsin ki, həmin günahda insanları azdırmaq və yoldan çıxarmaq olsun!» 📚 Nüktə-haye Nab, səh. 73 ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • 1 авг.397191

    "ƏRBƏİN ziyarətini oxuduqdan sonra iki rəkət (hacət) namazı qılın, namazdan sonra yerinizdən qalxmadan Allahdan özünüzə və digərlərinə xeyir və məsləhət olanı istəyin ki, dualarınız qəbul olacaq", İnşaallah. Ayətullah Cavadi Amuli (İlahi, məsləhətimiz və xeyirmiz nədədirsə, barəmizdə ona hökm et, biz Sənin məsləhətinə razıyıq) ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • 1 авг.376152

    Ərbəin ziyarətnaməsi, latın əlifbasıyla oxunuşu və tərcüməsi ilə. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • ✅ MÖMİNİN ƏLAMƏTLƏRİ 👉 İmam Səccad (ə) buyurur: «عَلَاماتُ المُؤمِن خَمسٌ: الوَرَعُ فِی الخَلوَةِ، والصَّدَقَةُ فِی القِلَّةِ، والصَّبرُ عِندَ المُصِیبَةِ، والحِلمُ عِندَ الغَضَبِ و الصِّدقُ عِندَ الخَوفِ.» "Möminin beş əlaməti var: Gizlində günah etməkdən çəkinmək, ehtiyaclı halda sədəqə vermək, müsibət zamanı səbr etmək, qəzəbli halda dözümlü olmaq və qorxu halında doğrunu danışmaq". 📘 Əlxisal, c. 1, səh. 269 ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • ✍ Ayətullah Behcət: Səlman (r) vəzifəsini tanıdığına və ona əməl etdiyinə və ağılın işığı ilə şəriəti meyar tutduğuna görə ilk və son elmi bilirdi (عَلِمَ عِلمَ الاَوّلِ وَ الآخِر). ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini

  • ✍ Ayetullah Şücayi: 👉 "Eger Allah Teala bizi bendeliye qebul elese, ibadetde olan eyb ve nöqsanlarımızı başa düşerik." ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • ☑️ İnsanı yoldan azdıran 10 amil. ✍ Ustad Cəfər Sübhani insanı yolundan azdıran amillər haqqında demişdir: Quran müxtəlif münasibətlərdə müxtəlif amillərin adını çəkir ki, ancaq zəlalət amili olub, Allah bəndələrini haqq yolundan azdırmaqdan başqa nəticəsi olmaz. Bu amilləri tanımaq insanı təkamül etdirər və din və əxlaq köklərini möhkəmləndirər. Bu amillər ibarətdir: 1. Şeytan. (“Həcc” 4), (“Yasin” 62). 2. Havayi-həvəs. (“Sad” 26), (“Casiyə” 23). 3. Əxlaqsız dost. (“Furqan” 28-29). 4. Qəbilə başçılarına kor-koranə təqlid etmək. (“Əhzab” 67). 5. Atalarına kor-koranə təqlid etmək. (“Loğman” 15). 6. İns və cindən olan dəstənin ardınca getmək. (“Fussilət” 29). 7. Günahkarlar. (“Şuəra” 99). 8. Bütlər. (“İbrahim” 36). 9. Ehtiyacsızlıq hissi. (“Furqan” 18), (“Ələq” 6-7). 10. Agahsız toplumun ardınca getmək. (“Ənam” 116). ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • ☝️Bismillah Salam olsun Hz.Loğmana(r.ə) Həzrət Loğman oğluna nəsihət verərkən buyurur : "Oğul'can, insanın mədəsi dolduqda #düşünmək_qabiliyyəti itir, #bildikləri_unudulur, bədən üzvləri isə ibadətdən qalır." ✔️ Mənbə :Meracus - Səadə ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • без подписи

  • 4 июн.1 19328

    Bayramınız mübarək "Möminin burnunu qılıncla vursam belə, o, mənə qəzəblənməz (məndən inciməz). Bütün dünyanı münafiqin önünə töksəm belə, o, məni əsla sevməz." — Həzrət Əli (ə) ❣️ ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • 9 мая1 534221

    ✍ Həzrəti Peyğəmbər (s.v.ə), Həzrəti Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Həzrəti Cəbrail dedi: 👉 «Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur.» 📚 Biharül-Ənvar, Beyrut nəşri: 68 c,s -138, hədis -23. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • 3 мая1 24015

    Davamı: 3. Günahkarı mədh etmək. İmam Əli (ə) buyurur: "Həddən artıq mədh və tərifləmək yaltaqlıqdır və həddən artıq azı isə gücsüzlük və ya həsəddir”. Hər kim nalayiq insanı tərifləyərsə, İmam Həsən Əsgərinin (ə) buyurduğu kimi ittiham oluna bilər. Yəni, əgər dünya və mal-dövlətə çatmaq üçün olarsa bu cür tərif, tərifləyəni belə etibardan salar. Həm də təriflənən şəxs üçün ziyan gətirər. Çünki onu məğrur və təkəbbürlü edər. Həzrət Peyğəmbər (s) buyurur: "Tərifləyənlərin üzünə torpaq tökün”. Yəni, yaltaqlıq üçün meydan yaratmayın. Yersiz tərif riyakarlıq yaradar. Həzrət (s) başqa yerdə buyurur: "Nə zaman pis əməl sahibi təriflənər, ərş titrəyər, Allah qəzəbə gələr”. 4. Təlaq. İmam Sadiq (ə) buyurur ki, Allahı təlaq kimi heç bir əməl bu qədər qəzəbləndirməz. Həzrət Peyğəmbər (s) buyurur: "Evlənin və təlaq verməyin ki, təlaqdan ərş titrəyər”. 5. Allaha vəzifə təyin etmək. İnsanlardan bəziləri adət edib ki, Allahın hansısa bir işində şəkkə düşsə, Allaha vəzifə təyin edər. Yəni, deyər ki: "Əgər Allah bu işi görməsəydi, daha yaxşı olardı”. "Allahım, bu nə dünyadır ki, yaratmısan?”. Bütün bu sözlər insanın küfründən, mərifətin olmamasından qaynaqlanır. Bu yersiz sözlər İlahi ərşi titrədər və İlahi qəzəbə səbəb olar. Hədislərin birində oxuyuruq: "Hər kim bilmədiyi şeyi Allaha öyrətməyə qalxarsa, İlahi ərş titrəyər”. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • İlahi ərşi titrədən 5 əməl Bəzi günahlar o qədər ağırdır ki, insanın axirətini yandırar. Ona düçar olmaq həyatın bünövrəsini sarsıdar. Hər bir günah İlahi qəzəbə səbəb olar. Lakin bəzi günahlar başqalarından daha ağırdır. İnsanın həm axirətinə və həm də aqibətinə təsir qoyar. 1. Allahın müqəddəs adlarının çəkilməsi.İlahi ərşi titrədən 5 əməl Dua mədəniyyətində oxuyuruq ki, dua etməzdən əvvəl Allahın müqəddəs adlarının çəkilməsi hacətin yerinə yetməsinə təsir qoyar. Həzrət Peyğəmbər (s) Əbdülmüttəlib övladlarına belə buyurur: "Ey Əbdülmüttəlib övladları! Allahı bu müqəddəs kəlmələrlə çağırın. Canım əlində olan Allaha and olsun ki, o bəndə ki, dinində ixlasla bu kəlmələrlə Allahı çağırar, məgər o halda ki, ərş ona xatir titrəyər”. 2. İlahi ərşi narahat edən günahlar – ağır günahlardır. Bu cür ağır günahlardan biri də yetimi narahat etmək və incitməkdir. İslami mənbələrdə oxuyuruq ki, Allah yetimlərin haqqının qorunmasını vacib buyurmuş və bunu əhəmiyyətli mövzulardan hesab etmişdir. Bu haqqa qarşı laqeyd olmaq İlahi əzab gətirər. "(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar”. ("Maun” 1-2). ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • 29 апр.63915из turalceferi

    Həzrəti İmam Rzanın (ə) mübarək mövludu münasibətilə hər birinizi təbrik edirəm.

  • ﷽ #Diqqətəlayiq_hədis 👇👇 ✨Mənim üçün dua edin Müfəzzəl ibn Qeys (Müfəzzəl ibn Qeys), İmam Sadiqın səhabələrindən biri deyir: Həzrətin hüzuruna gəldim və maddi vəziyyətimdən şikayət etdim. Dedim: “Bizim üçün dua edin.” Həzrət göstəriş verdilər ki, ona xeyli miqdarda pul versinlər. Dedim: “Mənim məqsədim pul deyildi; sadəcə istəyirdim mənim üçün dua edəsiniz.” Həzrət buyurdu: “Mən dua da edirəm; amma hər yerdə oturub dərdini hər kəsə açma ki, alçalarsan və zəlil olarsan.” 📚 Mənbə: “Dastan-haye Səmte Xoda”, cild 2, səh. 55 “Biharul-Ənvar”, cild 47, səh. 34 ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • ✍ Nəql olunub: Şeytan Allaha dedi: "لَأقْعُدَنَّ لَهُم صِراطک المستقیم‌٭ ثم لاتینَّهم مِنْ بَینِ أیدیهم ومِنْ خَلْفِهِم وعَن أیمانِهِم وعَن شمائلهم" Mən insanın qarşısından, arxasından, sağından və solundan onu ələ alıb azdıracağam. 🤔 Mələklər soruşdular: Şeytan dörd tərəfdən insana hakimdirsə, bəs insan necə xilas olar? 👈 Allah buyurdu: Yuxarı və aşağı yol açıqdır; yuxarı yol dua, aşağı yol isə səcdə edib torpağa düşməkdir. 👌 Buna görə, kim Allaha tərəf əl qaldırsa və ya başını Onun dərgahına qoysa, şeytanı dəf edə bilər. 📗 Biharul-Ənvar, cild 43, səhifə 81 ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • İmam Hadi (ə) buyurmuşdur: Heç bir izzətli adam zillətə süqut etmədən haqqı tərk etməz. Heç bir zillət içində olan adam da izzət tapmadan haqqı tapmaz! Haqq yol izzətli adamlara məxsusdur. Zillət içində həyat sürən insanlara gəldikdə isə, onlar haqqı sevməzlər. Haqqı sevməyəndən də çirkinlik və üfunətdən başqa bir şey gözləmək əbəsdir. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • ✍Ayətullah Cavadi Amuli: Allah buyurur ki, əgər təqvalı olsanız, sizin üçün heç bir praktiki qaydanın təsdiq etmədiyi iki iş görərəm: من یتق الله یجعل له مخرجا و یرزقه من حیث لایحتسب Yəni, sizi çətinliklərdən çıxardar, ruzidən faydalandıraram. Günah da belədir: günah edən şəxs güman etmədiyi yerdən ruzisindən məhrum olar və onun üçün sıxıntılar yaranar. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim

  • ✍ Ustad Fatiminiyya buyurub: 👉 "Əlbətdə biz hər nə qədər diqqətli olsaq da günah dəryasıyıq. Indi bu müjdəyə diqqət yetirin. 🔹 Ən böyük müjdədir. Mən çoxlu mütaliələrimə baxmayaraq indiyədək bundan böyük bir müjdə görməmişəm. 👉 Imam Rza (ə) Buyurdu " Ey Dəbəl! Tərəfdarlarıma de: kim məni bu qürbət yerdə ziyarət etsə, mən qiyamət günü onu tənha qoymayacam." ▫️ Hansı dil ilə Allaha şükr edək ?! ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @cennet_ehlim