tgindex
🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

Статистика

"Duanın qəbul olma şərtlərindən biri də Peyğəmbər (s) və Əhli-Beytə (ə), məxsusən İmam Zaman ağaya (ə.f) təvəssül etməkdir" ✨Mərhum Ayətullah Behcət. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ https://t.me/dini_paylas

Последний пост
19 июл.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
2 307
−4 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
272
18 постов
Вовлечённость
11,8%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
50
1/48двое суток
57
1/72трое суток
61

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini

  • DÜNYANI FƏRQLİ GÖRMƏYƏ HAZIRSINIZ? 👁️ Qarşınızda Telegramın gizli bilik mərkəzləri. Hər mövzuda ən maraqlı məlumatlar, dərin təhlillər və maraqlı faktlar. Keçidə toxun, öyrənməyə başla! ✨ @kanalivo

  • без подписи

  • Mən cisməm, Sənsə ruhum, Mən gəmi, Sənsə Nuhum, Mən yarayam, Sənsə məlhəm, Mən tənhayam, Sənsə həmdəm, Yar! Ya Məhdi! ✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎ @dini_paylas

  • 🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋 pinned «Bu namazın qılınma şərtlərindən biri orucdur Rəcəb ayının ilk cümə axşamı günü oruc tutulur. Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı iki rükətli namaz) namaz qılınır. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və…»

  • 🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋 pinned «Rəcəb ayının ilk cümə gecəsi - “Leylətul-Rəğaib-Arzular gecəsi”nin fəzilət və əməlləri Həzrət Məhəmməd(s) buyurur: "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər" Rəğaib gecəsi qəməri təqvimi ilə Rəcəb ayının…»

  • Bu namazın qılınma şərtlərindən biri orucdur Rəcəb ayının ilk cümə axşamı günü oruc tutulur. Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı iki rükətli namaz) namaz qılınır. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə Ixlas ("Qul huvallahu əhəd")surələri oxunur Namaz bitdikdən sonra 1. Oturaq halda 70 dəfə: اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ “Allahummə salli əla Mühəmmədinin nəbiyyil-ummiyyi və əla Alih” Tərcümə: “İlahi, Həzrət Muhəmmədə (s) və onun nəslinə öz rəhmətini göndər” 2. Sonra səcdəyə gedib 70 dəfə: سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ “Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh” Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən” 3. Sonra başını səcdədən qaldırıb 70 dəfə : رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ “Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”. Tərcümə: “Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əfv et. Həqiqətən Sən uca və əzəmətlisən”. 4. Sonra yenidən səcdəyə gedib 70 dəfə: سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ “Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh” Tərcüməsi:İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”. Sonra hacət və istəyinizi Allahdan diləyirsiz

  • Rəcəb ayının ilk cümə gecəsi - “Leylətul-Rəğaib-Arzular gecəsi”nin fəzilət və əməlləri Həzrət Məhəmməd(s) buyurur: "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər" Rəğaib gecəsi qəməri təqvimi ilə Rəcəb ayının ilk cümə axşamı günü şam azanından sonra daxil olur. Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir. Həzrət Peyğəmbərdən (s) nəql olunur: "Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni "Leylətul-Rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır." Bu gecənin özünə məxsus əməlləri və namazı vardır.İlin ən mötəbər və müqəddəs günlərindən biri hesab olunur. Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur: "And olsun canım əlində olan ALLAHA hər kim bu namazı qilsa ALLAH həmin şəxsin günahlarını bağışlayar.Hətta günahları dəryalar qədər,səhradakı qum zərrəciklərinin sayı qədər,ağaclarının yarpaqlarının sayı qədər,dağların ağırlığı qədər çox olsa belə günahları bağışlanar.Qiyamət günü ALLAH həmin şəxsə 70 nəfərə şəfaət etməyə izn verər.Bu namaz birinci qəbr gecəsində mələk surətində insanın yanında olar və köməyinə gələr"

  • без подписи

  • Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz. @toplu_admini

  • 22 дек.3004из dini_paylas

    Bu gün Rəcəb ayının 1-i beşinci imam həzrət Məhəmməd Baqirin (ə) mövlud günüdür. İmam həzrət Məhəmməd Baqir (ə) 57-ci hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəlib. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoydular. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər. Atası həzrət Səccad (ə), anası isə imam Həsənin (ə) qızlarından sayılan Fatimə idi. O həzrətin (ə) nəsli həm ata, həm də ana tərəfindən həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. İmam həzrət Məhəmməd Baqir (ə) həmişə təzə və səliqəli paltar geyər, özünə ətir vurar və yavaş-yavaş yeriyərdi. Bir gün darfikirli insanlar o həzrəti tənqid edərək; baban Əli (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən?” deyə söylədilər. O həzrət (ə) isə onların cavabında belə buyurdu: "O dövrdə camaat yoxsul və kasıb yaşadığı üçün, imam Əli (ə) də ucuz paltarlar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur". O həzrətin ədəb və tərbiyəsi haqqında belə yazıblar: «Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı». İmam Məhəmməd Baqir (ə) heç vaxt əsəbiləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü isə bu haqda belə buyurur: «Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar». İmam dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi Allah adı ilə də bitirərdi. O həzrətin çoxlu bağ və tarlası vardı. Onun özü də sadə bir əkinçi kimi, tarlaya gedər, fəhlələrlə birgə işləyib xörək yeyərdi. Həzrət öz xadimləri ilə yaxından əməkdaşlıq edənə malik idi. Həzrət (ə) öz bağ və tarlalarından əldə etdiyi qazancı Allah yolunda sərf edib, fəhlələrin bütün ehtiyaclarını təmin edərdi. Belə ki, öz zamanında Hicazda ən səxavətli şəxsiyyət kimi tanınmışdı. Şeyx Müfid İmam Məhəmməd Baqir (ə) haqqında belə yazıb: «O həzrət bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü öz Allahına itaət etməklə başa vurmuşdu. Təqva və pəhrizkarlığında möhkəm və sarsılmaz idi. Biri ilə bağladığı əhd-peymanına həmişə sadiq qalardı. Ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, camaata islam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirirdi. Təəssübkeş sünni alimlərindən olan İbni Həcər o həzrətin əxlaqı barədə yazır: «İmam Məhamməd Baqir (ə) səfalı və pak qəlbə malik bir şəxsiyyət idi. Sözü ilə əməli bir idi. Davranışı insani və islami idi. O, böyük arif, misilsiz bir abid idi. Onun insani zinətlərini vəsf etməkdə acizəm». O həzrətin xidmətçilərindən biri onun haqqında belə demişdir: «Həzrətlə birlikdə Məkkəyə getmişdik. Gözü Allahın evinə sataşdıqda o qədər ağladı ki, bihuş oldu. Ərz etdim ki, niyə bu qədər ağlayırsan? Buyurdu: «Bəlkə Allah bu göz yaşlarıma görə qiyamət günündə məni bağışlasın və rəhmət etsin». Sonra imam namaz qılmağa başladı və uzun müddət səcdə halında qaldı. Başını qaldırdıqda isə səccadəsi həzrətin göz yaşlarından islanmışdı.» ✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎ @dini_paylas

  • 22 дек.2233из dini_paylas

    ❁﷽❁ ✨ Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: ✨ 💐 “Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: “Eynər-racəbiyyun? (haradadır rəcəb ayının əhli?)”. 💐Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və (mələklər) söyləyərlər: 💐“Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!”. Bu zaman Allah (cəllə-cəlaluh) tərəfindən nida gələr: 💐“Ey mənim bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdılar. Siz könüllü surətdə Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutub və haqqının riayət olunmasını vacib bilib oruc tutdunuz. Ey mənim mələklərim! Bu bəndələrimi behiştə aparın!”. Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında”. ✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎ @dini_paylas

  • 22 дек.197из dini_paylas

    ❁﷽❁ 💐 Rəcab ayının ilk cüməsinin gecəsi. Yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə. “leylətul-rəğayib” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub. Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar. Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər. Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər. Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır. ✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎ @dini_paylas

  • 22 дек.188из dini_paylas

    ❁﷽❁ Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır. 💐 Həzrət Rəsulullahdan (s) nəql edilir: “Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəlləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə (başa çatdırsa), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar”. Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir; Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək – bəyənilmiş əməllərdəndir. 💐 Həzrət Peyğəmbər (s) buyurub: “Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: “Əstəğfirullahə və əs’əluhut-tövbə”. ✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎ @dini_paylas

  • 22 дек.199из dini_paylas

    ✨ Rəcəb ayının əməllərindən ✨ İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu duanı oxumağın çox böyük savabı vardır. Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yutil kəsirə bil-qəlil, ya mən yuti mən səələhu, ya mən yuti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən.Ətini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəh, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya Kərim.” Tərcüməsi: “Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir. İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et. İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et. İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!” Sonra saqqalı varsa sol əli çənəyə (və ya saqqalı yoxdursa başa) qoyub (qadınlar sadəcə oxuyurlar), sağ əlin şəhadət barmağını qibləyə tərəf tutub bir qədər qaldıraraq deyirsən: “Ya zəl-cəlali vəl ikram, ya zənnə’mai vəl cud, ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” (sol əlini başına qoyan “şeybəti” sözünün yerinə “şəri ” desin). Tərcüməsi: “Ey cəlal sahibi və əta edən! Ey nemət və mərhəmət sahibi! Ey əta edənlərin ən səxavətlisi! Mənim ağarmış saçlarımı Cəhənnəm odundan qoru, ey mərhəmətlilərin ən mərhəmətlisi”. Rəcəb ayının ilk gecəsi (yəni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: “Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan” (Duada Allah Təaladan 3 mübarək ayın – Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir) ✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎ @dini_paylas

  • без подписи

  • Rəcəb ayının duası Səccad adlı bir şəxs İmam Sadiqdən (ə) rəcəb ayında oxumaq üçün ona bir dua öyrətməsini xahiş edir. İmam Sadiq (ə) bu duanı ona öyrədərək rəcəb ayında gündəlik namazlardan sonra oxumasını tövsiyə edir. Ərəbcə yazılışı يا مَنْ اَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ يا مَنْ يُعْطِى الْكَثيرَ بِالْقَليلِ يا مَنْ يُعْطى‏ مَنْ سَئَلَهُ يا مَنْ يُعْطى‏ مَنْ لَمْ يَسْئَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ‏ تَحَنُّناً مِنْهُ وَ رَحْمَةً اَعْطِنى‏ بِمَسْئَلَتى‏ اِيَّاكَ جَميعَ خَيْرِ الدُّنْيا وَ جَميعَ خَيْرِ الْأخِرَةِ وَ اصْرِفْ عَنّى‏ بِمَسْئَلَتى‏ اِيّاكَ جَميعَ شَرِّ الدُّنْيا وَ شَرِّ الْأخِرَةِ فَاِنَّهُ‏ غَيْرُ مَنْقُوصٍ مااَعْطَيْتَ وَ زِدْنى‏ مِنْ فَضْلِكَ يا كَريمُ Bu hissəni oxuduqdan sonra imam Sadiq (ə) sol əli ilə saqqalını tutub sağ əlinin işarə barmağını yellədir və davam edir: ياذَا الْجَلالِ ‏وَ الْاِكْرامِ، يا ذَاالنَّعْمآءِ وَ الْجُودِ، يا ذَا الْمَنِّ وَ الطَّوْلِ، حَرِّمْ شَيْبَتى‏ عَلَى النَّارِ Tərcüməsi “Ey bütün xeyirlərli Ondan umduğum kəs, ey bütün pisliklərə rəğmən qəzəbindən amanda qaldığım kəs, ey azın müqabilində mənə çox əta edən kəs, ey əl açana əta edən kəs, ey səxavət və rəhməti ilə hətta Ondan istəməyənə və Onu tanımayana əta edən kəs! Səni çağırdığım üçün mənə dünya və axirətin bütün xeyirlərini əta et! Səni çağırdığım üçün dünya və axirətin bütün pisliklərini məndən uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiklərində bir çatışmazlıq yoxdur. Fəzlinlə mənə əta etdiklərini çoxalt, ey Kərim!” Bu hissəni oxuduqdan sonra imam Sadiq (ə) sol əli ilə saqqalını tutub sağ əlinin işarə barmağını yellədir və davam edir: “Ey cəlalət və kəramət sahibi, ey nemət və səxavət sahibi, ey məmnunluq və ehtiyacsızlıq sahibi! Ağ saqqalımı (və ya saçlarımı) atəşdən qoru!”

  • Rəcəb şabanla yanaşı mübarək Ramazan ayının müqəddiməsi sayılır. İlahi ziyafət olan Ramazan ayını gözləyən möminlər bu aylarda özlərini mənəvi cəhətdən hazırlaşdırır. Bu aylar Allahın xüsusi rəhmət və bərəkət mövsümü, insanın mənəvi təmizlənməsi üçün əvəzsiz fürsətdir. Həzrət Məhəmməd (s) buyurub: “Rəcəb Allahın ayı, şaban mənim ayım, Ramazan isə ümmətimin ayıdı Bu ayın ilk gecəsi qüsl almaq müstəhəbdir. Bu qüsl insanın mənən təmizlənməsini, yenilənməsini simvolizə edir və günahların bağışlanmasına səbəb olur. Ayın ilk günü də qüsl almaq bəyənilir. Rəcəb ayının həm ilk gecəsi, həm ilk günü İmam Hüseyni (ə) ziyarət etmək yaxud uzaqdan da olsa ziyarətnaməsini oxumaq tövsiyə olunur. İlk gündə oruc tutmağın xüsusi savabı var. Ümumiyyətlə bu ay boyunca oruc tutmaq xususi əhəmiyyətə malikdir. Hər kəs bacardığı qədər oruc tuta bilər. Lakin, il boyunca ən çox oruc üçün təkid olunan gün rəcəb ayının 27-sidir. Məbəs bayramı olan həmin gündə Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçilib. Arzular gecəsi kimi tanınan leylətül-rəğaib də bu aydadır. Leylətül-rəğaib rəcəb ayının ilk cümə gecəsinə deyilir. Həzrət Rəsuləllah(s): "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər". Habelə, Rəcəb ayının 13-dən 15-nə qədərki üçgünlük əyyami-beyz, yəni "parlaq günlər" adlanır. Bu günlər oruc tutmaq, əlavə namazlar qılmaq, çoxlu sədəqə paylamaq, habelə Ummu-Davud duasının oxumaq üçün ən münasib vaxt sayılır. Bundan başqa ay boyunca müxtəlif zikrlər demək də bəyənilən əməllərdəndir. Həzrət Rəsuləllah (s) buyurub ki, hər kəs ay boyunca aşağıdakı zikri yüz dəfə oxuyub sədəqə ilə başa vursa, Allah-təala Öz rəhmət və məğfirətini onun üzünə açar: “Əstəğfirullahəl-ləzi la ilahə illa hu, vəhdəhu lə şərikə ləhu və ətubu ileyh” (tərcümə: “Özündən başqa bir tanrının olmadığı, heç kəsin Ona şəriklik etmədiyi Allahdan bağışlanma diləyirəm və Ona tərəf qayıdıram”). Peyğəmbərimiz (s) həmçinin bu ayda min dəfə “La ilahə illəllah” və min dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam” (tərcümə: “Cəlalətli və səxavətli Allahdan bütün günahlarıma və səhvlərimə görə bağışlanmağımı istəyirəm”) zikrlərini oxumağı tövsiyə edib. Gecə-gündüz namazlardan sonra aşağıdakı duanı oxumaq da tövsiyə olunur: “Bismillahir-Rəhmanir-Rəhim. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu ‘ində kulli şərr. Ya mən yu’til-kəsirə bil qəlil.Ya mən yu’ti mən səələh. Ya mən yu’ti mən ləm yəs’əlhu və mən ləm yə’rifhu təhənnunən minhu və rəhməh. Ə’tini bi məs’ələti iyyək cəmi’ə xeyrid-dunya və cəmi’ə-xeyril axirəh. Vəsrif ‘ənni bi məsə’ləti iyyək cəmi’ə şərrid-dunya və şərril-axirəh. Fəinnəhu ğeyru mənqusın mə ə’təyt və zidni min fəzlikə ya Kərim” Tərcümə: “Ey bütün xeyirlərli Ondan umduğum kəs, ey bütün pisliklərə rəğmən qəzəbindən amanda qaldığım kəs, ey azın müqabilində mənə çox əta edən kəs, ey əl açana əta edən kəs, ey səxavət və rəhməti ilə hətta Ondan istəməyənə və Onu tanımayana əta edən kəs! Səni çağırdığım üçün mənə dünya və axirətin bütün xeyirlərini əta et! Səni çağırdığım üçün dünya və axirətin bütün pisliklərini məndən uzaqlaşdır! Həqiqətən, Sənin əta etdiklərində bir çatışmazlıq yoxdur. Fəzlinlə mənə əta etdiklərini çoxalt, ey Kərim! ” Bu hissəni oxuduqdan sonra imam Sadiq (ə) sol əli ilə saqqalını tutub sağ əlinin işarə barmağını yellədir və davam edir: “Ya zəl cəlali vəl-ikram, ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təul, hərrim şeybəti ‘ələn-nar”. (Cavanlar “şeybəti” yerinə “şə’ri” desələr daha yaxşı olar) Tərcümə: “Ey cəlalət və kəramət sahibi, ey nemət və səxavət sahibi, ey məmnunluq və ehtiyacsızlıq sahibi! Ağ saqqalımı (və ya saçlarımı) atəşdən qoru!” 📓 hacishahin.az ✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎ @dini_paylas

  • без подписи

  • Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini