tgindex
Rəbbə Doğru İlk Addım🌙

Rəbbə Doğru İlk Addım🌙

Статистика

"Ey Günahla özünə zülm etmiş bəndələrim.Allahın rəhmətindən ümidsiz olmayın.O bütün günahları bağışlayar.Çünki O,bağışlayan və mehribandır". Qurani Kərim- Zümər surəsi 53. Kanalımız Xanım Fatimeyi Zəhra (s.ə) adına açılmışdır 💙

Последний пост
15 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
32
Всего постов
43
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
1 884
−1 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
11
40 постов
Вовлечённость
0,6%
к подписчикам
Постов в день
4,6
всего 43
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
10
1/48двое суток
11
1/72трое суток
12

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Bismilahir-Rəhmanir-Rəhim (1294) İmam Əli (ə): "Sizin zinətiniz ədəbdir." Nəhcüs-Səadə, c.2, səh. 50 https://t.me/muheddis

  • Ruhlan və Ayağa Qalx! Tarixin hər bir vərəqi, hər bir möhür sübut edir ki, ədalətsiz qanunlar, köhnəlmiş qaydalar sənin nurunun, sənin imanının qarşısında acizdir. Hüquq verilmir, hüquq alınır! Bu gün də qarşında dayanan maneələr, qaranlıq künclər sənin daxilindəki o ilahi nurla, ruhunun səs-küyü ilə, Hz. Zeynəb (ə) məktəbindən aldığın dərslə birgə tarixin arxivinə getməyə məhkumdur. Ruhlan! Çünki əsl inqilab, sənin öz daxili, ilahi gücünü kəşf etməyin, öz hüququna və öz ruhuna sahib çıxmağınla başlayır. Sənin səsin, dünyanı dəyişməyə qadir olan ən güclü qüvvədir! ✊ https://t.me/esirolma

  • "Estetik sərbəstdir, dindarlıq qadağan?" Məntiq haradadır? Bu gün plastik və estetik əməliyyatlarla üz cizgilərini tanınmaz hala salan, burnunu, çənəsini və yanaqlarını tamamilə dəyişən şəxslər heç bir maneə olmadan biometrik pasport ala bilirlər. Onların biometrik sistemdə tətbiq edilən "üzü tanımaq" prinsipinə dəyişiklik etməsi görməzdən gəlinir. Bəs hicablı qadın nə edir? Üzünün alnını, burnunu, çənəsini, yanaqlarını və gözlərini TƏMİZ VƏ AÇIQ saxlayır; Üzünə heç bir süni dəyişiklik etmir; Beynəlxalq biometrik standartın (ICAO 9303) tələb etdiyi kimi, üzünün ovalı tam görünür. Əsas sual ortaya çıxır: Əgər biometrik pasportun məqsədi insanın üz cizgilərini identifikasiya etməkdirsə: 1️⃣ Üzünü estetiklə tanınmaz hala salana "İCAZƏ VAR", 2️⃣ Üzünü olduğu kimi açıq qoyub sadəcə saçını bağlayana "QADAĞA VAR"? Bu, hüququn və məntiqin deyil, açıq-aşkar ikili standartın göstəricisidir! Qanunda belə bir qadağa yoxdur, müasir biometrik texnologiya isə üzü aydın tənzimləyib taniyır. Hüququnuzu bilin və bu təzada səs çıxarın! ✊ https://t.me/esirolma

  • Əziz xanımlar! ​"Şəxsiyyət vəsiqəsi və pasport üçün hicabla şəkil çəkdirmək olmaz" fikri bir qanun deyil, illərdir davam edən yanlış şifahi yanaşmadır. ​Azərbaycan Respublikasının qanunvericiliyində başıörtülü şəkil çəkdirməyi qadağan edən heç bir maddə yoxdur. Beynəlxalq biometrik standartlara (ICAO 9303) əsasən, üzün ovalı (alın və çənə) açıq olduğu halda baş örtüyü ilə şəkil çəkdirmək tam qanunidir. ​Öz hüququnuzu bilin və haqqınızı tələb edin! Postu paylaşın ki, daha çox qadın xəbərdar olsun. https://t.me/esirolma

  • 🛡️ Zülqərneynin Sirri: Qurandakı Elmi və Riyazi Kodlar Şəkildəki konseptin arxasında duran əsas Quran ayələri və elmi uyğunluqlar: - 🌌 Dəmirin Kosmik Mənşəyi və Atom Kodu (Hədid Surəsi) - Elmi fakt: Hədid 25-ci ayədə dəmir üçün "yaratdıq" deyil, "endirdik" (ənzəlnə) ifadəsi işlədilir. Müasir astronomiya sübut edir ki, dəmir yalnız supernovalarda əmələ gəlir və Yerə kosmosdan gəlib. - Riyazi kod: "Hədid" sözünün əbcəd dəyəri 26-dır (Dəmirin atom nömrəsi). "Əl-Hədid" isə 57-yə bərabərdir (Dəmirin en sabit izotopu — ^{57}\text{Fe}). Kəhf 96-cı ayədə də Dəmir və Mis qatışığından hazırlanan qalxandan bəhs edilir. - ⏳ Kəhf Əhli və Təqvim Fərqi - Kəhf 25-ci ayədə "300 il və daha 9 il" ifadəsi işlədilir. 300 Günəş ili, tam olaraq 309 Ay (qəməri) ilinə bərabərdir! - ⚡ Zamanın Nisbiliyi (Relyativizm) - Eynşteynin zamanın nisbiliyi nəzəriyyəsi Quranda artıq bəyan olunub: Həcc 47-də "1 gün = 1000 il", Məaric 4-də isə "1 gün = 50.000 il" nisbəti ilə zamanın məkandan və sürətdən asılı olaraq fərqli axdığı göstərilir. https://t.me/esirolma

  • ❗️Bu siyasət Azərbaycanı vətəndaş müharibəsinə sürükləyir İllərdir dini müstəvidə qızışdırılan ziddiyyətlər bu gün kulminasiya həddinə çatıb. Dünənə qədər İslam dininə qarşı səfərbər olanlar bu gün Quranı yandırmaqdan, Allahı təhqir etməkdən, Peyğəmbəri (s) aşağılamaqdan belə çəkinmirlər. Sosial mediada səsləndirilən açıq-aşkar təhqiramiz və hədyan xarakterli çıxışlar qarşı tərəfin səbr kasasını doldurmaqla yanaşı, hakimiyyətin bütün bunlara seyrçi qalması nəticəsində vəziyyəti geri dönüşü çətin olan bir mərhələyə sürükləyir. Bütün müqəddəs dəyərlərin ayaq altına alındığı bir şəraitdə dövlətin susqunluğu və adekvat tədbirlər görməməsi fərdi şəxsləri qarşıdurmanın mərkəzinə çəkir. Bu isə cəmiyyət üçün son dərəcə təhlükəli nəticələrə, hətta dəhşətli vətəndaş qarşıdurmasının qapısının açılmasına gətirib çıxara bilər. Praktikada artıq yaşanmış bənzər hadisələr öz acı nəticələrini ortaya qoyub. Lakin bu gün vəziyyət əvvəlkindən fərqlidir. Din haqqında alçaldıcı və təhqiramiz ifadələr işlədən şəxslər fəaliyyət dairələrini genişləndirməkdə davam edirlər. Hər kəs hansısa inancı qəbul edə, digərini isə rədd edə bilər. Lakin bunu qarşı tərəfi qıcıqlandırmaq, açıq şəkildə aşağılamaq və təhqir etmək yolu ilə həyata keçirmək nəinki qanunlara, hətta cəmiyyətin fundamental dəyərlərinə hörmətsizlikdir. Hakimiyyətin bu məsələyə susqun reaksiyasının arxasında müəyyən siyasi məqsədlər, ictimai diqqətin başqa istiqamətə yönəldilməsi, qarşıdurma yaranacağı təqdirdə hər iki tərəfin ittiham edilməsi və onsuz da sərt olan qadağalar rejiminin daha da gücləndirilməsi kimi müxtəlif səbəblərin dayanmasından asılı olmayaraq, nəticə etibarilə bu siyasət cəmiyyət üçün də, hakimiyyət üçün də arzuolunmaz mənzərə yarada bilər. Çünki yığılan gərginlik gec-tez nəzarətdən çıxaraq ciddi qarşıdurmaya çevrilə bilər. Hər bir insan öz müqəddəs dəyərlərinə və inancına bağlı şəkildə yaşayır və bu, onun həyat prinsiplərindən biridir. Bu dəyərləri alçaltmaq, aşağılamaq və təhqir etmək insanın dözə biləcəyi ən son həddə toxunmaq deməkdir. Bundan sonrakı addımların hansı nəticələrə gətirib çıxara biləcəyini isə heç kəs əvvəlcədən hesablaya bilməz. Bir daha dövlətin güc strukturlarını, təhlükəsizlik orqanlarını və nəhayət, aidiyyəti institutları yaşanan gərginliyə ciddi diqqət yetirməyə, dini dəyərləri alçaltmağa və təhqir etməyə davam edən şəxslər barəsində qanun çərçivəsində tədbirlər görməyə çağırırıq. Artıq bütün sədlər aşılmaq üzrədir. Növbəti mərhələ sadəcə bir qrupun digərinə qarşı dəhşətli qarşıdurmasının şahidi olmaq deyil, hər kəsi məcburi iştirakçıya çevirə biləcək təhlükəli prosesin başlanması ola bilər. Nə qədər ki, bir qrupun məsuliyyətsizliyi, düşüncəsizliyi və şəxsi maraqları vəziyyəti tamamilə nəzarətdən çıxarmayıb, bunun qarşısı alınmalıdır. ➡️MBH Media

  • Həyatda qorxuya söykənən hörmət qədər, irənc bir şey yoxdur. “Qorxuya söykənən hörmətin adı hörmət deyil — rəzil əsarətdir.” P.s:Təbbi ki, burda olan qorxu anlayışı, Allaha olan qorxunu ifadə etməz və o mənanı daşımaz.

  • Paylaşımların sosial şəbəkədən silinməsi və yaxud baxış sayına məhdudiyyət qoyulması İsrailin və onlara xidmət edənlərin batil və haqsız olmasına dair sadə bir sübutdur. Təfərrüatlar videodadır

  • 🔥‼️🇦🇿 Azərbaycanda Ərbəin ziyarətinə gedənlər hakimiyyət tərəfindən təzyiqlərə məruz qalır, həbs edilir. Azərbaycanda Ərbəin ziyarətinə gedən şəxslərin saxlanıldığı və bəzi hallarda onlardan külli miqdarda pul alınaraq sərbəst buraxıldıqları bildirilir. Yerli əhalinin verdiyi məlumatlara görə, ziyarətə gedən şəxslər hakimiyyət orqanları tərəfindən müxtəlif ittihamlarla təzyiqlərə məruz qalır. 👉https://t.me/Tehlil_Tenqid_tv

  • 13 авг.16из Qafqazplus24

    mqdefault_4.jpg https://operativtv.com/islam-peygmbrinin-s-vfati-v-imam-hsnin-shadt-mclisi-elsn-ismayilov-sadiq-cfri-video.html

  • 13 авг.15из M_B_H_Elm_ve_Tedris_shobesi

    ❗️Seyfəddin Şirvanov aclıq aksiyasına başlayıb Siyasi məhbus Seyfəddin Şirvanov aclıq aksiyasına başlayıb. Bu barədə məhbusun ailəsi məlumat verib. İnanclı Seyfəddin Şirvanov uzun illərdir 15 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayır. O, ciddi hipertoniyadan, zob xəstəliyindən və başında dözülməz ağrılara səbəb olan şişdən əziyyət çəkir. Həbsdə olduğu müddətdə açıq infarkt keçirən Seyfəddinin ürəyinə stent qoyulub. Bundan sonra həbsxana rəhbərliyi onun səhhətini ciddi risk altında qiymətləndirərək inanclını müəssisənin tibbi bölməsinə yerləşdirib. Bütün bunlara baxmayaraq, 2024-cü il noyabrın 11-də yüksək təzyiq onun növbəti dəfə infarkt keçirməsi riskini artırıb. Təcili olaraq Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən S. Şirvanov həkim nəzarətinə götürülüb. Eyni gərginliyi 2025-ci ildə də yaşayan məhbus cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsində daim nəzarətdə saxlanılıb. Son günlər müəssisənin tibb məntəqəsində rəhbərliyin dəyişdirilməsi inanclı da daxil olmaqla bir neçə məhbusun məntəqədən uzaqlaşdırılmasına səbəb olub. Bildirilir ki, tibbi məntəqələrdə yerlərin aylıq ödənişləri yeni qazanc mənbəyi kimi baş həkimlərin diqqətindədir. Məhz Seyfəddin kimi məhbusların buradan uzaqlaşdırılmasının səbəbləri sırasında, heç şübhəsiz, maddi maraqların da olduğu iddia edilir. İnanclı tibbi məntəqədə həkim nəzarətində belə ağır vəziyyətdə olduğu halda oradan uzaqlaşdırılmasının onun həyatı üçün ciddi təhlükə yaradacağını bildirərək baş həkimə etirazını çatdırsa da, onun sözlərinə məhəl qoyulmayıb. “Məni əziyyətli ölümə məhkum edib öldürməkdənsə, bu ölümü öz etirazımla sürətləndirməyi daha məqbul bilirəm”, – deyən inanclı avqustun 13-dən aclıq aksiyasına başlayıb. O, bu addımı ilə baş həkimin ona qarşı münasibətinə etiraz edir və məsələnin aidiyyəti üzrə yuxarı instansiyalara çatdırılacağına ümid edir. Həbsxana rəhbərliyi isə belə ağır vəziyyətdə olan məhbusu karserə salıb. Ailə məsələ ilə bağlı Ombudsmana müraciət edərək problemin həllinə kömək göstərilməsini istəyib. Onlar həmçinin bildiriblər ki, S. Şirvanovun səhhətində hər hansı ciddi gərginlik yaranarsa, buna görə həbsxana rəhbərliyi məsuliyyət daşıyacaq. Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Seyfəddin Şirvanov 2015-ci il Nardaran hadisələrindən sonra baş verən kütləvi həbslər zamanı saxlanılıb. 2017-ci ilin dekabrında o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. ➡️MBH Media

  • 12 авг.16из esirolma

    Ekrandakı şəkli gizlətməklə "hörmət edirik" görüntüsü yaratmaq sadəcə formal bir addımdır. Həqiqi və səmimi hörmət ekrandakı vizual detallarda deyil, hicaba qoyulan bütün qadağa və məhdudiyyətlərin kökündən aradan qaldırılmasında özünü göstərməlidir. Əsas, fundamental problemlər və qadağalar olduğu kimi qaldığı halda, belə kiçik detalların "böyük diqqət və hörmət" kimi qələmə verilməsi reallığı həll etmir. Bu, sadəcə "görün necə diqqətlilik olunur" imicini formalaşdırmaq və ictimaiyyətə köklü dəyişiklik kimi təqdim etmək cəhdidir.

  • 12 авг.16из esirolma

    Şəhid Məhəmməd Sadiq Nəzafəti, Şəhid Rəhbərin evinin mühafizəçisi olub, Amerika və Siyonist rejiminin birgə hücumu zamanı şəhid olub.Allah qatillərinə lənət eləsin qisas qiyamətə qalmasın inşallah https://t.me/esirolma

  • 12 авг.13из Qafqazplus24

    hq720_38.jpg https://operativtv.com/qurani-krimin-thrifi-ninki-mumkun-deyil-htta-absurddur-subhsiz-video.html

  • 12 авг.12из Qafqazplus24

    Bu gün Peyğəmbərin (s) vəfat, İmam Həsənin (ə) şəhadət günüdür Hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 28-i Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı və ikinci imam Həzrət Həsən ibni Əlinin (ə) şəhid edilən günüdür. Həzrət Peyğəmbər (s) hicrətin 11-ci ilində 2 həftə davam edən xəstəlikdən sonra səfər ayının 28-də Mədinə şəhərindəki evində dünyasını dəyişib. Allahın sonuncu rəsulu ilahi peyğəmbərlik vəzifəsini 23 il daşıyıb və bu müddətdə Allahın ona vəhy etdiyi Qurani-kərimi, İslam dinini insanlara çatdırıb. O, ilahi dini kamil şəkildə insanlara çatdırıb. Bundan sonra heç kəs və heç bir zümrə “bizə deyilməyib, biz eşitməmişik” kimi bəhanələri gətirərək, Allahın təyin etdiyi məsuliyyətlərdən qaça biləcəyini iddia edə bilməzdi. Xüsusilə Həzrət Məhəmmədin (s) həyatının son günlərində iki mühüm əmanət – Qurani-kərim və Əhli-beyt (ə) barədə bildirdiyi tövsiyələr, etdiyi sifarişlər bütün müsəlmanlar tərəfindən eşidilib və qəbul edilib. Bu tövsiyələrdən boyun qaçıranlar isə yalnız inadkarlardır. İmam Həsən də (ə) Həzrət Peyğəmbərdən 39 il sonra eyni gündə – səfər ayının 28-də zəhərlənərək şəhid edilib. Bu hadisə hicrətin 50-ci ilində baş verib. Əslində peyğəmbərin bəşəriyyət üçün əmanət qoyub getdiyi İslam dininin hansı müsibətlərə düçar olmasının ən böyük şahidlərindən biri də İmam Həsən(ə) olub. İmam Həsən (ə) atası İmam Əlidən (ə) sonra İslam dinini təhrifdən qorumaq uğrunda daim mübarizə aparıb və elə bu yolda şəhid olub. Azərbaycanda bir çox məscid və dini məkanlarda bu münasibətlə əza məclisləri təşkil edilir və xütbələr oxunur.

  • 12 авг.8из muheddis

    Bismilahir-Rəhmanir-Rəhim (1292) İmam Əli (ə): "Həqiqətən, dünya və axirət iki barışmaz düşmən və bir-birindən ayrı iki yoldur. Beləliklə, kim dünyanı sevib onunla dostluq edərsə, axirətə nifrət edib ona düşmən olar. Dünya və axirət şərqlə qərb kimidir. Kim onların (ikisinin) arasında yol gedərsə, hər nə qədər birinə yaxınlaşarsa bir o qədər o birindən uzaqlaşar. Dünya və axirət bir kişinin iki arvadı kimidir. (Yəni hər nə qədər birinə tərəf meyl etsə, bir o qədər o biri arvadın ona nifrəti artacaq)." Nəhcül-Bəlağə, hikmət 103 https://t.me/muheddis

  • https://t.me/+Cv6ARuSliCY4OGQ0

  • 11 авг.151из esirolma

    Həzrət Rəsulullahın (s.ə.a.) vəfatı münasibətilə başsağlığı veririk. 💔🥀 Cəbrayıl (ə.s.) Rəsulullaha (s.ə.a.) belə dedi: “Şübhəsiz ki, Ölüm Mələyi səndən icazə istəyir. O, səndən əvvəl də, səndən sonra da heç kəsdən icazə istəməyib. Ona icazə ver.” Bunun üzərinə Ölüm Mələyi içəri daxil oldu, Rəsulullaha (s.ə.a.) salam verdi və belə dedi: “Ey Əhməd! Allah-Təala məni sənə itaət etmək üçün göndərib. Əmr etsən, canını alım, yoxsa geri qayıdım?” Rəsulullah (s.ə.a.) ona əmr etdi və Ölüm Mələyi Peyğəmbərimizin (s.ə.a.) ruhunu qəbz etdi. 📚 «əl-Mənaqib» ✏️ https://t.me/esirolma

  • 11 авг.11из esirolma

    Bu gecə və sabah Həzrət Rəsulullahın (s.ə.s.) və İmam Həsən Müctəbanın (ə.s.), cümə axşamı günü isə İmam Rzanın (ə.s.) şəhadət günləri münasibətilə başda İmam Zaman (ə.f.) olmaqla bütün Əhli-beyt dostlarına başsağlığı verirəm. Pak ruhlarına salam olsun... Allah onların qatillərinə lənət etsin. 🤲🏴

  • 11 авг.11из Shiatoonaa

    🏴 | Ağrılı matəm gecələri gəlib çatdı. Sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) və onun nəvəsi, ikinci İmamımız İmam Həsən Müctəbanın (ə) 28 Səfər şəhadətlərini yad edirik. İnanırıq ki, Həzrət Peyğəmbər (s) zəhərlənərək, ağrılı və faciəli şəraitdə şəhadətə qovuşmuşdur. Həmçinin Müaviyə və onun məkrli maraqlarına xidmət edənlərin qurduğu sui-qəsd nəticəsində zəhərlənərək şəhid edilən İmam Həsən Müctəbanın (ə) şəhadətini də yad edirik. Bunlar sadəcə təqvimdə qeyd olunan tarixlər deyil. Bunlar Peyğəmbərin (s) və Əhli-beytin (ə) verdiyi böyük fədakarlıqları xatırladığımız, kədər və ibrət gecələridir. Allah bizə onların yolunda sadiq qalmaq, fədakarlıqlarını dərk etmək və onların məruz qaldığı zülm və əzabları heç vaxt unutmamaq gücü versin. Matəm və əzadarlığımız sadəcə bir adətə çevrilməsin və ya onların yolunda olduğumuzu iddia etmək vasitəsi olmasın. Əzadarlığımız fədakar və səmimi olsun. Bu faciələr baş verən zaman möminlərin yaşadığı həmin ağrı, kədər və şüur halına yenidən qayıdaq. Onların çəkdiyi əzab qəlbimizdə daşıdığımız bir yükə çevrilsin, yalnız müəyyən bir tarixdə xatırladığımız hadisə olmasın. Əzadarlığımız tanınmaq, tərif qazanmaq, şəxsi mənfəət və dünyəvi qazanc üçün deyil, yalnız Həzrət Məhəmmədə (s) və onun Əhli-beytinə (ə) olan məhəbbət, vəfa və sədaqətimizdən qaynaqlansın. Bu gecələrin kədəri qəlblərimizdə daim canlı qalsın və bu matəm həyatımızı, əxlaqımızı və onların yoluna bağlılığımızı dəyişdirsin.