zeynebi.313 ❤️🏴
Статистикаİmam Əli (əleyhissəlam): “Qadına hörmət edin. Çünki o bəşər övladının anasıdır”. 🧕🏻
- Последний пост
- 12 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 54
- 1/48двое суток
- 61
- 1/72трое суток
- 66
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
"Ağıllı insanlar bilirlər ki, bu dünya(mız) gün dönəndən sonrakı kölgə(miz) kimidir (çoxaldıqca azalır)". الدُّنیا عِندَ ذَوِی الاَلبابِ کَفَیءِ الظِّلال İmam Baqir (ə) Şeyx Tusi, "əl-Əmali", 11-ci məclis, s.296. P.S: Hədisdə dünya ömürə işarədir. Günəş zəvaldan sonra (günortanı keçəndən sonra) insanın kölgəsi çoxalmağa başlayır. Gün qüruba yaxınlaşdıqca kölgə də çoxalır və Günəşin batması ilə o da yox olur. İnsan ömürü də belədir, insan qocaldıqca, daha çox yaşlaşdıqca ömürünün sonuna daha çox yaxınlaşır. Buna görə yaşlanmaq insanı dünyaya bağlamamalı, qəflətə salmamalı, əksinə, axirəti yadına salmalıdır, bu müvəqqəti körpünün sona çatdığının fərqində olmalı və körpüdən keçib haraya gedəcəyini və sonrakı məqsədini düşünməlidir. https://t.me/zeynebi313 🧕🏻
"Hər kəs bizi dünyası üçün sevərsə, bilsin ki, dünya sahibini həm yaxşı sevir, həm də pis. Hər kəs bizi Allah üçün sevərsə, o, Qiyamət günü bizimlə olacaq". مَن أحَبَّنا لِلدُّنيا فَإِنَّ صاحِبَ الدُّنيا يُحِبُّهُ البَرُّ وَالفاجِرُ، ومَن أحَبَّنا للّه ِِ كُنّا نَحنُ وهُوَ يَومَ القِيامَةِ كَهاتَينِ ـ وأشارَ بِالسَّبّابَةِ وَالوُسطى İmam Hüseyn (ə) https://t.me/zeynebi313 🧕🏻
❓ Möminlərin ruhları ölümdən sonra hansı simada olarlar? 👉 Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "İlahi övliyalar ölmürlər, lakin bir evdən başqasına köçürlər". "Hər kim ölsə, onun Qiyaməti bərpa olar". 🔹 Hədislərin bəzisində oxuyuruq ki, bərzəx aləmi dünyanın qalan işlərini tamamlayar. Belə ki, o mömin ki, nəfsindən ayrılmış və lakin hələ kamala çatmamışdır, bərzəx aləmində kamala catar Qiyamət günü öz həqiqi kamalı ilə məşhur olar. https://t.me/zeynebi313 🧕🏻
❓Gecə namazına oyanmaq üçün nə etmək lazımdır? ✅ Gecələr tez yatın və “Kəhf” surəsinin axırıncı ayəsini oyanmaq niyyəti ilə oxuyun. Tez yatmağa adət edin. ❓ Seyru-sülukda ailə ilə necə davranmaq lazımdır? ✅ Ailədə məhəbbət, əxlaqda helm (təmkinli olmaq və yumşaqlıq) müvəffəqiyyətin əsasını təşkil edir. ✍ Böyük ustad Ayətullah Əli Füruği https://t.me/zeynebi313 🧕🏻
🔹 "... Allah təcavüzkarları sevmir!" (Bəqərə, 190) 🔹 "...Allah tövbəkarları və pakları sevir!" (Bəqərə, 222) 🔹 "...Allah zalımları sevmir!" (Ali-İmran, 57) 🔹 "...Allah məsuliyyətli insanları sevir!" (Ali-İmran, 76) 🔹 "...Allah səbirliləri sevir!" (Ali-İmran, 146) 🔹 "...Allah insaflıları sevir!" (Maidə, 42) 🔹 "...Allah israfçılları sevmir!" (Ənanə, 141) 👉 "...Bəs sən kimləri sevirsən ??? https://t.me/zeynebi313 🧕🏻
☑️ Səxavət ailəsi ▪️Bir nəfər Həzrət Əlinin (ə) qonağı olur. Həzrət Əli (ə) buyurur: - Fatimə can, bu qonağa verməyə yemək varımızdırmı? ▪️Fatimə (s.ə) buyurur: - Fəqət bir tikə çörək varımızdır ki, o da qızım Zeynəbindir. ▪️Həzrət Zeynəb (s.ə) bunu eşidir və buyurur: - Anacan, mənim çörəyimi qonaq üçün aparın. Mən aclığa dözərəm.*** 📓Rəyahinuş - şəriəh, c 3 səh 64 https://t.me/zeynebi313 🧕🏻
📜 Hz. Muhəmməd (sallallahu aleyhi və alihi və səlləm): “Övlаdın аtа-аnа üzünə məhəbbətlə bахışı ibаdətdir.” 📚 Tuhəful-uqul, səh-46
📜 Hz. Muhəmməd (sallallahu aleyhi və alihi və səlləm): “Səfər edin ki, sаğlаm qаlаsınız və ruzi əldə edəsiniz.” 📚 Kənzul-ummаl, cild-6, səh-701, hədis-17469
✅ Hidayət kodları 🔹Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm. Mənə moizə et! 🔹İmam Hüseyn (ə) buyurdu: Bu beş əməli yerinə yetir, ondan sonra hər nə qədər istəsən günah et! 🔹Şəxs öz-özlüyündə biraz rahatlandı və düşündü ki, əgər İmam Hüseyn (ə) icazə verirsə, edəcəyim əməllər mənim üçün günah sayılmayacaq. 🔸Həzrət İmam Hüseyn (ə) o şəxsə buyurdu: "Allahın verdiyi ruzidən yemə! Sonra nə qədər istəsən günah et. 🔸Allahın vilayətindən (hökumətindən) xaric ol! Sonra nə qədər ürəyin istəsə günah et! 🔸Elə bir yeri seç ki, Allah Təala həmin yerdə səni görməsin. Ondan sonra istədiyin qədər günah et. 🔸Həzrət Əzrail (ə) sənin ruhunun sorağına gəldiyi zaman, onu özündən uzaqlaşdır (ruhunu ona təslim etmə), sonra istədiyin qədər günah et. 🔸Cəhənnəmin Maliki səni odun içinə daxil edəndə, sən cəhənnəmə girmə. Sonra ürəyin hər nə qədər istəsə günah et." 📘 Kəlimatil İmam Huseyn (ə), səh 559 https://t.me/zeynebi313 🧕🏻
Bu ibadət insanı gözəl və xoşəxlaq edər, bədəni sağlam edər, ruzi gətirər, qəlbi nurlandırar, ömrü uzadar Mərhum Qazi, Əllamə Təbatəbaiyə deyib: ”Övladım, dünyanı istəyirsənsə gecə namazı qıl, axirəti istəyirsənsə gecə namazı qıl!”. İnsanı xoşəxlaq edər. İmam Sadiq (ə) buyurur: "Gecə namazı insanı xoşəxlaq edər”. Xəstəlikləri uzaq edər. Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı sizin Peyğəmbərinizin (ə) sünnəti və sizdən əvvəldəki salehlərin yoludur. Bədəndən dərdi və xəstəliyi uzaq edəndir”. Bədən sağlam olar. İmam Əli (ə) buyurur: "Gecə oyaq qalmaq bədəni sağlam edər”. Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı bədənin rahat olmasına səbəb olur”. Ömrü uzadır. İmam Rza (ə) buyurur: "Elə bəndə yoxdur ki, gecənin sonunda ayılar, 8 rükət gecə namazı, 2 rükət şəf namazı və bir rükət vitr namazı qılar, qunutunda 70 dəfə istiğfar edər, məgər Allah ona qəbir əzabından və atəşdən pənah verər, ömrünü uzadar və həyatına sahman verər”. Bədən xoş ətirli olar. İmam Sadiq (ə) buyurur: "Gecə namazı insanı xoş ətirli edər”. Gözün aydınlığı artar. İmam Sadiq (ə) buyurur: "Gecə namazı insanın görməyini nurani edər”. Siması nurani olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim gecə namazını çox qılar gündüz gözəl və xoş sima olar”. İmam Sadiq (ə) buyurur: "Gecə namazı insanın üzünü gözəl edər”. Qəlbi nurani edər. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, bəndə gecənin qaranlığında xəlvət edər və Allahla münacat edər Allah qəlbini nurani edər”. Çirkin işlərdən çəkindirər. Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı insanı günahdan saxlayar”. Düşmən qarşısında silahdır. Həzrət Peyğəmbər (s) buyurur: "Gecə namazı düşmən qarşısında silahdır”. Günahlar məhv olur. "Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. ("Hud” 114). Allah Təala bizlərə bu bərəkətli əməli qismət etsin. https://t.me/zeynebi313 🧕🏻
✍Ayətullah Cavadi Amuli: Allah buyurur ki, əgər təqvalı olsanız, sizin üçün heç bir praktiki qaydanın təsdiq etmədiyi iki iş görərəm: من یتق الله یجعل له مخرجا و یرزقه من حیث لایحتسب Yəni, sizi çətinliklərdən çıxardar, ruzidən faydalandıraram. Günah da belədir: günah edən şəxs güman etmədiyi yerdən ruzisindən məhrum olar və onun üçün sıxıntılar yaranar. https://t.me/zeynebi313 🧕🏻
Xanım Məsumənin (s.ə) mübarək mövludu münasibətilə başda İmam Zaman Ağa (ə.f) olmaqla bütün Əhli-beyt (ə) aşiqlərini təbrik edirik.❤️💐 Bayramınız Mübarək 🌹
Dua əsas şərtdir! "Əgər fərəcin tə'cili üçün dua etməsək bizim dünyamızın ziyanınadır. Hələ axirəti demirəm!" Həzrət Ayətullah Bəhcət (r)
Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! (Loğman surəsi, ayə 14)
"Hər zaman ürəyim Həzrət Əli (ə) üçün darıxarsa 'Muminin' surəsini oxuyuram. Çünki bu surə Əmirəl mumininə (ə) məxsusdur." ✍ Ayətullah Əbdülkərim Kəşmiri (r) https://t.me/zeynebi313 🧕🏻
Ustadım Əllamə Seyyid Əli Qazidən soruşdum: - Nəyə görə Yasin surəsi Quranın qəlbidir? Buyurdu: - Bu surənin son iki ayəsinə görə. Əllamə Təbatəbai (r)
Elm ilə əməl Elmi əməl etmək üçün öyrənin. Bizim ali məqamlara çatmamağımızın səbəbi əvvəldə öyrəndiyimiz şeylərə əməl etməməyimizdir. Həzrət Ayətullah Əbdülkərim Həqşenas (r)
"İmam Zaman (ə) hər yerdə olarsa ora Xəzradır (yaşıllıq). Möminin qəlbi Xəzra adasıdır. Möminin qəlbi hər yerdə olarsa Həzrət (ə.f) oraya qədəm qoyar." Ayətullah Bəhcət (r)
Allah mərhum Şəhid Mütəhhərini rəhmətinə qərq etsin! Bu söz həqiqətən çox dəyərli kəlamdır. O, demişdi "Əzəli və əbədi lənətə düçar olan, yeri cəhənnəm olan o Şimrlə biz indi üz-üzə deyilik. Biz bu gün Moşe Dayanlarla (İsrailin 4-cü MüdafiəNaziri) və bənzərləri ilə qarşı-qarşıyayıq. İndi isə zamanımızın Şimri Netanyahudur (l.ə)!" Ayətullah Cavadi Amuli (h)
_Peyğəmbər (s) buyurub:_ *"Qadının öz evində tək qıldığı namaz, onun məsciddə qıldığı namazın iyirmi beş mislinin fəziləti qədərdir."*