- Последний пост
- 2 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 88
- 1/48двое суток
- 100
- 1/72трое суток
- 108
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Bu şəxs məcnun və dəlidir İmam Sadiq (ə) buyurdu: “Həqiqətən də ondan soruşulan hər suala cavab verən şəxs məcnun və dəlidir”. إِنَّ مَنْ أَجَابَ فِي كُلِّ مَا يُسْأَلُ [ ما سئل] عَنْهُ لَمَجْنُونٌ Şeyx Səduq, “Məaniul-əxbar”, s.238, məcnunun mənası fəsli, hədis.2. 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
İmam sadiq (ə) buyurub: İlahi, Hüseynin (ə) qəbri ətrafında toplaşan və bizə (Əhli-beytə) təvəssül edən kəslərin üzlərini və o gözləri ki, bizə görə yaş tökür, rəhmətinlə nurlandır. Biharul-ənvar, cild 98, səhifə 8.
Gecə namazı insanı Allaha tərəf hidayət edən məxsusi bir yoldur. Əllamə Təbatəbai (r)
Əmirəl-möminin İmam Əliyə (ə) deyildi: "Bizim üçün ölümü vəsf et". Həzrət İmam Əli (ə) buyurdu: "Xəbərdar olan şəxsi düz tapmısınız! Bu məsələ, qarşılaşacaq üç haldan biridir: 1. Əbədi nemətlərlə müjdə, 2. Əbədi əzabla müjdə, 3. Hüzn və qorxu. Hansı dəstədən olduğu bilinməyənin halı qaranlıq məsələdir. Bizim dostlarımız və əmrlərimizə itaət edənlər əbədi nemətlərlə müjdələnərlər. Düşmənlərimizə və bizə müxalif olanlara isə əbədi əzabla müjdə verilər. Məsələsi mübhəm (qeyri-müəyyən) qalmış və halının necə olacağı bilinməyən şəxs mömindir, amma günahlar etmişdir. Buna görə də o, halının necə olacağını bilmir. Ona qeyri-müəyyən qorxulu xəbərlər gəlir. Sonra Allah onu bizim düşmənlərimizlə bir tutmayaraq onu, şəfaətimizlə cəhənnəmdən çıxarar. Saleh əməl edin, itaətkarlıq göstərin, arxayınlığa qapılmayın və Allahın (c) əzabını kiçik saymayın. Çünki mömin günahkarlardan elələri var ki, bizim şəfaətimizə yalnız üç yüz min il əzab çəkdikdən sonra nail olacaqlar!” (Məanil-Əxbar, Ölümün mənası babı, hədis 2.) 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
✳️ İmanı yuyan amil 🔹Həzrət İmam Sadiq (ə): "Mö'min şəxs hər vaxt öz (din) qardaşına töhmət vurarsa, duzun suda əridiyi kimi iman da onun qəlbində aradan gedər." 📘 Əl Kafi, c 2 səh 361 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
✳️ Təvazökar olaq 🔹Həzrət İmam Hadi (ə): "Özünü böyük saymaq nifrət və düşmənçiliyə səbəb olur." 📘Biharul-ənvar, c 69 səh 199 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
İmam Sadiq (ə) buyurub: Məlun İblis deyib: Mən 3 iş görərəm ki, əgər insan onu etsə, nə qədər namaz qılsa da, ibadət etsə də artıq onunla işim olmaz. Çünki bilirəm ki, əməlləri qəbul olmaz. 1)اِذَا استَکثَرَ عَمَلَهُ Onu əməllərin çoxluğuna giriftar edərəm.(Yəni öz əməini böyük və çox bilər) 2)وَنَسِیَ ذَنبَهُ Bir iş görərəm ki, günahını yaddan çıxardar. 3)وَدَخَلَهُ العُجبُ Onu ücbə daxil edərəm. (Yəni özün bəyənər). 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
Qurani Kərimin istifadə müddəti yoxdur Dünyadakı bəzi şeylərin “müəyyən bir ömrü” və ya “istifadə müddəti” olur. Lakin Qurani-Kərim əbədidir; o, nə dəyişiklik, nə də təhrif qəbul edir. Onun “müddəti bitmir” və insan anlayışı ilə elmlərin inkişafı artdıqca, Qurandan faydalanma imkanları daha da genişlənir. Əllamə Cəvadi Amuli 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
WhatsApp-da Övlad Tərbiyəsi🤼 kanalını izləyin: https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223
🔹 Mehriban imam 👉 Bütün imamlar mehribandır. Amma, İmam Rizanın (ə) mehribanlığı hissidir. İmam Rizanın (ə) hərəminə daxil olan kimi dərk edirsən ki, Həzrət (ə) necə də mehribandır. ✍ Əllamə Təbatəbai Təbrizi (r) 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
İmam Sadiq (ə) buyurub: Kim öz qəlbini və dilini pislikdən qoruyarsa, o, həm bu dünyada, həm də axirətdə xeyir tapar. Biharul-Ənvar, Cild 78, Səhifə 166, Hədis 6.
🍀 #Əllamə_Təbatəbai (r)🔻 Tövbəyə qarşı səhlənkarlıq etmək və tövbə etməyi bu gün sabaha salmaq özü davamlı olaraq təkrarlanan bir günahdır. 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
_İmam Əli (ə) buyurub:_🗣️ > *_Zalımlar nə qədər azğın olsalar da, onların sonu məhv və alçalma ilə nəticələnər. Allahın yardım etdiyi haqq isə qalib və qüvvətlidir._*🖤 * *Nəhcül-Bəlağə, Xütbə 189*📓
#hədis 🍀 Peyğəmbərdən (s):🔻 ✅ Sədəqəni heç vaxt yaddan çıxarmayın. Çünki onun on xüsusiyyəti var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: malı və canı paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq bəxş edər, var-dövləti çoxaldar və ruzini artırar. Axirətə aid olan xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-hesabın asan çəkilməsinə səbəb olar, savabları artırar, Sirat körpüsündən asanlıqla keçməyə kömək edər və insanı ali dərəcələrə çatdırar. 📚 Nəsihətlər(ON DÖRD MƏ`SUMUN (Ə) BUYURDUQLARI VƏ MİN BİR HİKMƏTLİ SÖZ), ✍ AYƏTULLAH MEŞKİNİ 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
Pərhizkar insan H. Əlinin (ə) gözündə: 🔴 Nəfsi zəhmətdə 🔴 İnsanlar onun əlindən rahatlıqda 🔴 Özünü axirət üçün çətinliyə atar 🔴 İnsanlar o sarıdar asayişdərir. 🌸🍃 A🌸🍃🌸🍃 📚Nəhcul-bəlağənin şərhi 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
🦋Aʟʟᴀʜɪɴ ʀəsᴜʟᴜ(ﷺ) ʙᴜʏᴜʀᴜʙ: Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir. Biharul-ənvar, cild 76, səh 7, hədis 25. ❁ •❀❥🌸🌺🌸❥❀•❁ https://t.me/Cennetimsen313
🌷 Əllamə Təbatəbai (r.ə): "İnsan yox olub getmir, əksinə, qalıcı və daimidir. Sadəcə, bir mənada libasını dəyişir, digər mənada isə yerini dəyişir".
Hz İmam Sadıq əleyhis-salam -dan rəvayət olunur: “Allahın Öz məxluqatına vacib etdiyi ən ağır işlərdən biri də Allahı çox zikr etməkdir.” Sonra o Həzrət buyurdu: “Mən «Sübhanallahi vəl-həmdu lillahi və lə ilahə illəllahü vallahu əkbər» ifadəsini nəzərdə tutmuram. Olsa da (yəni, zikr hesab edilsə də), lakin mənim nəzərdə tutduğum, Allahı halal və haram etdiyi işlərlə qarşılaşdıqda zikr etməkdir. Əgər (əmr) itaətdirsə, ona əməl edir; əgər haramdırsa, onu tərk edir.” 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
💢İmam Cavad (ə):«Allah-taala peyğəmbərlərindən birinə vəhy etdi:«Dünya məhəbbətini qəlbindən silməyin tezliklə sənə rahatlıq gətirər və qəlbini Mənə bağlamağın səni Mənim yanımda əziz edər. Ancaq, mənə xatir bir kəslə düşmənçilik edib Mənə xatir bir kəslə dostluq etmisənmi?.» 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol
Hz İmam Əli əleyhissəlam buyurur : "Söz iki murdar xislətin arasındadır: çox danışmaq və az danışmaq. Çünki çox danışmaq boş danışmaqla nəticələnir, az danışmaq isə nitq söyləməkdə acizliyin göstəricisidir." Mənbə :Ğurərul-Hikəm, hədis 1854. 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 @Allahlaol