🕋 𝘿𝙞𝙣𝙞 𝙋𝙖𝙮𝙡𝙖şı𝙢𝙡𝙖𝙧 🕋
СтатистикаBəzən Allah o qədər səsini sevir ki, sükut edir. Taki sən dəfələrlə deyəsən "Ey Rəbbim" ☘
- Последний пост
- 2 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 275
- 1/48двое суток
- 315
- 1/72трое суток
- 339
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
✍ İmam Musa ibn Cəfər (ə): Mömin şəxsə üz gətirən elə bir bəla yoxdur ki, dua ilə tez aradan qalxmasın. Əgər dua etməsə, bəla uzanar. Buna görə də sizə bəla üz gətirəndə Allaha dua edin, yalvarın. 📚 "Əl-Kafi", c. 2, səh. 471. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
✍ Ayətullah Behcət: Doğru danışmaq çin yuxular görməkdə və ruhun saflaşmasında böyük təsirə malikdir. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
✍Ayətullah Dəstiğeyb: İnsan səy etməlidir ki, günah etməsin. Özünü islah etməlidir. Həmçinin Əhlibeytlə (ə) rabitəsini möhkəm etməlidir. Həqiqətən də ümid elə bunadır. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
✍Bir cavan Şeyx Həsənəli Noxudəki İsfəhaninin yanına gəlir və deyir: 👉 “Mənim həyatımda üç qıfıl vardır. Sizdən onu açmaq üçün üç açar istəyirəm. Birinci qıfıl budur ki, istəyirəm ki, sağlam bir evliliyim olsun. İkinci qıfıl budur ki, istəyirəm ki, işim bərəkətli olsun. Üçüncü qıfıl budur ki, istəyirəm ki, aqibətim xeyirli olsun”. Alim buyurur: “Birinci qıfıl üçün namazını əvvəl vaxtda qıl, ikinci qıfl üçün namazını əvvəl vaxtda qıl, üçüncü qıfıl üçün namazını əvvəl vaxtda qıl”. Cavan deyir: “Üç qıfılı bir açarla?”. Şeyx Noxudəki buyurur: “Namazı əvvəl vaxtda qılmaq açarların şahıdır!” ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
✍Ustad Abdullah Fatiminiyya ▪️ Hədis varımızdır ki, əgər bir kəs öz din qardaşının arxasınca bir söz deyə və o, din qardaşının ehtiramı aradan gedə, Allahın vilayətindən xaric olar. ▪️ Biz o qədər bir-birimizin arxasınca danışıb ehtiramı sındırmışıq ki, İlahi biz ki bu hal ilə sənin vilayətindən xaric oluruq hər gün. Vay olsun bizim halımıza İlahi tut əlimizdən qoru bizi Ya Rəbb... ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
Həvəslə dəstəmaz al ki, ömrün uzansın Rəsuli-Əkrəmdən (s) ürəkoxşayan nəsihətlər Camaatın malından tamahını çək ki, səni sevsinlər, dünyadan meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və özünü ölənlərin sırasında bil. O şeyə ki arxayın deyilsən onu boşla və daha etibarlı mətləbi öyrənməyə çalış. Din qardaşınla zalım da olsa, məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim ol ki, sənə qarşı da mülayim olsunlar. Həvəslə dəstəmaz al ki, ömrün uzansın. Öz ev əhlinə (ailə üvlərinə) salam ver ki, evinin bərəkəti artsın. Nə qədər bacarırsan xahiş və təmənna etməkdən çəkin. Haqq acı olsa da onu söyləməkdən çəkinmə. Harada olsan Allahdan qorx. Əgər günah etdin arxasınca ibadət et ki, onu məhv etsin. Camaatla xoş xasiyyətlə rəftar et. Bircə salam deməklə də olsa sileyi-rəhm edin. Bir-birinizdən ötrü hədiyyələr göndərin ki, aranızda olan mehr-məhəbbət artsın. Cihad edin ki, övladlarınız əzəmət əldə etsin və çalışqan və fəal olsun. Böyüklərin səhvlərinə göz yumun. Hədiyyə göndərin ki, kinlər aradan getsin. Hədiyyə göndərin ki, dostluğunuz daha da möhkəmlənsin və nigarançılığınız aradan getsin. Mənim dediklərimi camaata çatdırın, hərçənd bir Quran ayəsi olsa belə. Möminin dərrakəsindən qorxun, çünki o, Allahın nuru ilə görür. Binalarda və evlərdə haram iş görmək oranın viran qalmasına səbəb olar. Öz övladlarınıza ehtiram göstərin və onları gözəl tərbiyələndirin. Gözəl söz danışın ki, qənimət əldə edəsiniz və pis danışıqdan uzaq olun ki, salamat qalasınız. Nütfələrdən (spermalardan) ötrü pak bətnlər seçin. Ləzzətləri tar-mar edəni (ölümü) çox yad edin. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
Paklanan və ətirlənən günahkar Ceyranın bədənində göbək deyilən bir hissə var. Qan Ceyranın göbəyinə daxil olduqda, möhtəşəm müşkə və qiymətli ətrə çevrilir. Allahın dərgahı da ceyranın göbəyi kimidir; kim nə qədər çirkin və günahkar olsa da, Onun dərgahına üz tutdiqda paklaşır, ətirli müşkə çevrilir, keçmişi təmizlənir və bütün pis əməlləri xeyrə çevrilir. (Ustad Rəncbər) İmam Baqir (ə): Allah Öz bəndələrinin tövbəsinə görə övlad sahibi olan sonsuz kişidən, itirdiyini tapan və suya çatan susuz şəxsdən daha çox sevinir." ("Üsuli-kafi", c.2, səh.435.) ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
Şeyx Tural Ziyatxanov - Şəhid İmam Xamenei #son_görüş #kamil_insan #azadlıq_şəhidi #kəramət_şəhidi #şəhid_rəhbər #azadlıq_rəhbəri #məzlumların_müdafiəçisi #azad_insanların_rəhbəri #haqqın_şəhidi #azad_insan
Əziz qardaşlarım, yer üzünün ən iyrənc insanları tərəfindən bizə hücum edilir. Azərbaycan xalqına "çoxalmaq istəyəndə aptekə gedin" deyən Mirşahin, sayları 1 milyondan çox olan qaçqınları söyən Səidə kimilər bizi hədəf alır. Elə bu nüans haqq tərəfin hansı tərəf olduğunu göstərir. Bizi bu ikiayaqlıların önündə tək qoymayın, əlinizdəki bütün imkanlarla fərari Aqarunovlar ailəsini xalqa tanıtdırın. Əgər bu qədər narahat olublarsa, deməli Davudun sapand ilə Calutun alnından vurduğu kimi bunların ən zəif nöqtəsindən vurmuşuq. Allah bir azca himmətimizə baxıb onların ön güclü nöqtəsini ən zəif nöqtələrinə çevirdi. Bu nemətin şükrü ancaq bu ola bilər ki, davam edək. Artıq bir neçə məsələdə onları məğlub etmişik. Amma hələ açıqlamırıq. Tezliklə açıqlanacaq. Bu dəqiqə onlara necə zərbə dəyibsə ölkənin bütün gönü qalın media işçilərini üstümüzə salıblar. Bu mərhələni də keçdikdən sonra biləcəksiz ki, onlara media ilə necə PUA-dan ağır zərbə vurmusuz. Buna əmin olun, bizim ölkədə onların yeganə və son qalası Albertdir. Bu məsələ həll olsa iş tamamdır. Onların Qəzzada etdikləri elə bir formada onları rüsvay edib ki, daha heç vaxt əvvəlki kimi Azərbaycanda at oynada bilməzlər. Bu son bütü biz birləşib yıxsaq məsələ həlldir. Biraz da himmət!
İmam Hüseyn (ə) 🔻 Məhərrəm ayının xüsusiyyəti bu olmalıdır ki, insanı silkələsin, onu oyatsın. Məhərrəm günləri lazımi şərait yarandıqda insana çox dərin təsir göstərir. 🔹 Lakin bu, o şəxslər üçün mümkündür ki, Quranın buyurduğu bu dəstədən olmasınlar: «فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ» "Onlar nə Rəbbinin qarşısında təvazö göstərdilər, nə də Ona yalvarıb-yaxardılar." 🔸 Bəzən qəflət və qəlbin qaralması nəticəsində Allah-taala insandan yalvarış və ağlama halını alır. İnsan ağlamaq istəyir, amma bacarmır; qəlbi qırılmır və yumşalmır. 🔹 Məhərrəm ayında insanın daha çox vaxt ayırıb çalışması münasibdir: istər İmam Hüseyn (ə) haqqında mütaliə etmək, istər moizələr dinləmək, istər rövzə məclislərində iştirak etmək, istər ziyarət oxumaq, istərsə də təvəssül etmək. Bütün bunlar insanın qəlbində təzərrü və göz yaşı halının yaranmasına səbəb ola bilər. 🔸 Bu hal əldə olunduqda isə onu əldən verməmək lazımdır. Əksinə, insan çalışmalıdır ki, həmin mənəvi halı ilin bütün günləri boyunca qoruyub saxlasın. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
✨✨✨✨ #Namazın_sirləri #İkinci_hissə ❓Niyə dəstəmazda əllərimizi yuyuruq? أَمَرَهُ بِغَسْلِ الْیدَینِ إِلَى الْمِرْفَقَینِ لِمَا تَنَاوَلَ بِهِمَا.. (Əmərəhu bi-ğəslil-yədəyni iləl-mirfəqeyni limə tənavələ bihimə) 🔅 Peyğəmbər Əkrəm buyurdu: “Həzrət Adəm (ə) əlləri ilə meyvəni dərib yediyi üçün Allah-taala ona əllərini dirsəklərə qədər yumağı əmr etdi.” ۱ 👈 Bu əllərimiz bəzən xəta edə bilər. Məsələn, əlimizlə yazılması günah olan bir şeyi yaza və ya bizə aid olmayan bir şeyi götürə bilərik... Hər dəfə dəstəmaz alıb əllərimizi yuyanda Allahdan istəyək ki, əgər bu əllərlə bir günah və ya xəta etmişiksə, bizi bağışlasın... 📚۱. Ələlüş-Şəraye, cild 1 ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
Əməlin iyi İmam Kazim (ə) buyurdu: "Bir nəfər atam İmam Sadiqdən (ə) soruşdu: İnsan xeyir əməl və ya günah etmək istəsə, insanların əməllərinə nəzarət edən mələk onun nə etmək istədiyindən agah olur?” Buyurdu: "Xoşa gələn ətirli iylə, pis iy eynidir?” Ərz etdim: "Xeyr.” Buyurdu: "İnsan yaxşı iş görmək istəyəndə onun nəfəsindən gözəl iy xaric olar. Amma hər kimsə pis iş görmək istəsə, onun nəfəsindən pis iy xaric olar.” Beləliklə, mələklər yaxşı və ya pis iy vasitəsilə anlayırlar ki, insanın qəsdi nədir. Əgər xeyir qəsdi olsa, hətta yaxşı iş görməsə belə onun əməl dəftərinə savab yazarlar. Yox əgər şər əməl qəsdi olsa, lakin günah iş görməyənə kimi onun əməl dəftərinə bir şey yazmazlar. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
Həzrəti İmam Rzanın (ə) mübarək mövludu münasibətilə hər birinizi təbrik edirəm.
Həzrət Fatimə (s.ə) Hər kim ən xalis ibadətin Allaha tərəf göndərə, Allah-Təala ən yaxşı məsləhəti onun üçün göndərər. 📚 Təfsire İmam Əskəri (ə) səhifə 177. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
✍ Ayətullah Cavad Amuli 👉 Nə qədər ki, günahın zahiri gözəl və ləzzət bəxş edəndir, Batini isə zillət bəxş edəndir, insana aqibət şər qismət edir. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
İmam Əli (ə) qəbiristanlıqdan keçərkən belə buyurdu: “Ey qorxulu və vəhşətli diyarların sakinləri, ey qaranlıq qəbir əhli, ey torpaq altında yatanlar! Siz bizdən əvvəl getdiniz, biz isə sizin ardınızca gələcəyik. Sizdən sonra olanlardan sizə xəbər verimmi? Evlərinizdə başqaları məskunlaşdı, mallarınız bölüşdürüldü, həyat yoldaşlarınız başqaları ilə evləndi. Bunlar bizim tərəfdən olan xəbərlərdir. Sizdə nə xəbər var?” Sonra üzünü səhabələrinə tutub buyurdu: “Əgər onlara danışmağa icazə verilsəydi, deyərdilər: ‘Ən yaxşı azuqə təqvadır.’” 📚 Biharul-Ənvar, "Kitabul məut vəl qabr" ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
✳️ MÖMİNİN ƏLAMƏTLƏRİ ✍ İmam Səccad (ə) buyurur: «عَلَاماتُ المُؤمِن خَمسٌ: الوَرَعُ فِی الخَلوَةِ، والصَّدَقَةُ فِی القِلَّةِ، والصَّبرُ عِندَ المُصِیبَةِ، والحِلمُ عِندَ الغَضَبِ و الصِّدقُ عِندَ الخَوفِ.» "Möminin beş əlaməti var: Gizlində günah etməkdən çəkinmək, ehtiyaclı halda sədəqə vermək, müsibət zamanı səbr etmək, qəzəbli halda dözümlü olmaq və qorxu halında doğrunu danışmaq". 📓 Əlxisal, c. 1, səh. 269 ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
🔰Sübh namazı və halal ruzi.. 🌹İmam Sadiq (ə) buyurur: “Sübh namazını qıldığınız zaman səhər ilk iş halal ruzi tapmağa tələsin, Allah sizə ruzi verər, köməklik edər.” 📚 “əl-Kafi” cild 5, səh. 79. ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
Biz Allahın pənahında olmaq istəyirik və eyni zamanda nəfsimiz istəyən hər işi də yerinə yetiririk. Amma anlamırıq ki, Allahın əmrlərinin əksinə əməl etdikcə, Allahın himayəsini əldən veririk. _🖊️Ustad Əlirza Pənahian_ ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114
_🖋️İmam Baqir (ə) buyurur:_ *“Günahkar şiələrimiz üçün hər gecə-gündüz min dəfə dua (istiğfar) edirəm.”* _📚Əl Kafi , cild 1, səh 472_ ꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114