Nokəri Sahibəzzəman
СтатистикаGedənlər Hüseyin kimi getdilər, Qalanlarsa Zeynəb kimi etməlidirlər, Əks halda Yezid kimi ediblər!
- Последний пост
- 1 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 80
- 1/48двое суток
- 91
- 1/72трое суток
- 98
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
✍ Ayətullah Arif Şeyx Məhəmməd Təqi Bəhcət (r.ə) 👉 Bütün hallarda Allah ilə bahəm olun və Allahı unutmayın ki yoxsa biz özümüzü, unudarıq. ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
✍ Həzrəti Ustad Abdullah Fatiminiyya 👉 Hədis varımızdır ki, əgər bir kəs öz din qardaşının arxasınca bir söz deyə və o, din qardaşının ehtiramı aradan gedə, Allahın vilayətindən xaric olar. 🔹 Biz o qədər bir-birimizin arxasınca danışıb ehtiramı sındırmışıq ki, İlahi biz ki bu hal ilə sənin vilayətindən xaric oluruq hər gün. Vay olsun bizim halımıza İlahi tut əlimizdən qoru bizi Ya Rəbb... ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
✍ Əllamə Təbatəbayi 🔹 "Tövbə etməyə tələsməmək, tövbəyə qarşı etinasızlıq və laqeydlik, bugün-sabah etmək, özü də davamlı bir günahdır ki, hər an və hər ləhzə təkrar olmaqdadır." ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
Qeybəti tərk etmək, 10 min rükət namazdan daha yaxşıdır! Hüccətil-İslam Pənahian qeybətin gətirdiyi ziyanlara işarə edərək demişdir: “İslam dini əsası olmadan bir günahı bu qədər məzəmmət etməz. Qeybət insanın əleyhinə olan bir ruhi döyüşdür. İnsan özü olmur ki, özünü müdafiə edə bilsin. Bu günahı tərk etmək tərbiyə məktəbi kimidir. Hədislərin birində nəql edilir ki, Qiyamət günü bəzi insanları gətirəcəklər. Onlar etiraz edərlər ki, biz belə bir nalayiq işi həyatda olan zaman görməmişik. Bəzi insanları gətirərlər və onlar deyər ki, biz həyatda olan zaman belə yaxşı əməlləri görməmişik. Onlara cavab verilər ki, bu, həyatda etdiyiniz qeybətə görədir. Çünki insan başqasının qeybətini edən zaman qeybət etdiyi insanın pis əməlləri onun əməl dəftərnə yazılar və qeybət edən insanın yaxşı əməlləri isə qeybət olunanın əməl dəftərinə qeyd edilər. Qeybət etmək insana o qədər ziyan gətirir ki, onu tərk etmək 10 min rükət namaz qılmaqdan daha üstün və daha yaxşıdır. O kəslər ki, başqasının qeybətini edir, Allah yanında çox böyük günaha düçar olar. Hədislərdə oxuyuruq ki, əgər bir məclisdə kiminsə qeybəti edilirsə, insan abırı gedən o bəndəni müdafiə etməzsə, Allah həm dünyada və həm də axirətdə onu zəlil edər. Ayətullah Haqşenas da qeybət mövzusuna qarşı çox həssas idi. Belə ki, ömrünün son günlərində düzgün eşitmə qabiliyyəti yox idi. Ancaq o məclisdəki iki nəfər pıçıltı ilə qeybət edərdi, onu eşidərdi. Deyərdi: “Bu, nə söhbətdir edirsiniz?”. Qeybət elə bir günahdır ki, cəzası Məsum İmamları (ə) təhqir etməklə bir tutulur. Həmçinin insanın arxasınca danışan həmin şəxs başqalarının yanında alçalar ki, bu da çox çirkin işdir. İnsan ancaq o zaman qeybət edə bilər ki, həmin şəxs fasiq olsun. Yəni o kəs ki, cürətlə günah işlədər və həmçinin həyasız insanın qeybətini etmək olar. Yəni, o kəs ki, daima abırsızlıq edir” ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
Xəstəni ziyarət etməyin, cənazəni müşayiət etməyin savabları İmam Baqir (ə) nəql edir: "Münacat edən zaman Həzrət Musa (ə) Allahdan soruşur: "Allahım! Xəstəni ziyarət edənin savabı nə qədərdir?”. Allah Təala Musaya (ə) vəhy edir: "Mən belə bir insan üçün mələyi vəzifələndirərəm ki, onu qəbrində Qiyamət gününə qədər ziyarət edər”. Musa (ə) soruşur: "Allahım! Meyitə qüsl verənin əcri nə qədərdir?”. Allah buyurur: "Məni onu günahlarından pak edərəm və anasından doğulduğu gün kimi olar”. Musa (ə) deyir: "Allahım! Cənazəni müşayiət etməyin savabı nə qədərdir?”. Allah buyurur: Mən bir neçə mələyə əmr edərəm ki, onları bayraqlarla qəbirlərindən məhşərə qədər müşayiət etsinlər”. Musa (ə) yenə soruşur: "Allahım! O kəs ki, müsibət görənə ürək-dirək verər və başsağlığı verər, onun savabı nə qədədir?”. Allah buyurur: "Mən Qiyamət günü ki, Mənim kölgəmdən başqa kölgə olmaz, onu Öz kölgəmdə qərar verərəm””. ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
Əziz qardaşlarım, yer üzünün ən iyrənc insanları tərəfindən bizə hücum edilir. Azərbaycan xalqına "çoxalmaq istəyəndə aptekə gedin" deyən Mirşahin, sayları 1 milyondan çox olan qaçqınları söyən Səidə kimilər bizi hədəf alır. Elə bu nüans haqq tərəfin hansı tərəf olduğunu göstərir. Bizi bu ikiayaqlıların önündə tək qoymayın, əlinizdəki bütün imkanlarla fərari Aqarunovlar ailəsini xalqa tanıtdırın. Əgər bu qədər narahat olublarsa, deməli Davudun sapand ilə Calutun alnından vurduğu kimi bunların ən zəif nöqtəsindən vurmuşuq. Allah bir azca himmətimizə baxıb onların ön güclü nöqtəsini ən zəif nöqtələrinə çevirdi. Bu nemətin şükrü ancaq bu ola bilər ki, davam edək. Artıq bir neçə məsələdə onları məğlub etmişik. Amma hələ açıqlamırıq. Tezliklə açıqlanacaq. Bu dəqiqə onlara necə zərbə dəyibsə ölkənin bütün gönü qalın media işçilərini üstümüzə salıblar. Bu mərhələni də keçdikdən sonra biləcəksiz ki, onlara media ilə necə PUA-dan ağır zərbə vurmusuz. Buna əmin olun, bizim ölkədə onların yeganə və son qalası Albertdir. Bu məsələ həll olsa iş tamamdır. Onların Qəzzada etdikləri elə bir formada onları rüsvay edib ki, daha heç vaxt əvvəlki kimi Azərbaycanda at oynada bilməzlər. Bu son bütü biz birləşib yıxsaq məsələ həlldir. Biraz da himmət!
Haqq söz İmam Kazim (ə) şiələrindən birinə buyurdu: "Allahdan qorx və hətta həyatın bahasına olsa belə haqqı de. Sənin əsil xilasın həqiqəti deməkdədir. Allahdan qorx və batili tərk et, hətta batil sənin həyatını xilas etmiş olsa belə. Bunu da bil ki, sənin həqiqi məhvin batil kəlamdadır.” Həzrət Peyğəmbər (s) buyurur: "Haqq söz deyin, hətta sizin zərərinizə olsa belə.” ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
✍ Ayətullah Behcət: Doğru danışmaq çin yuxular görməkdə və ruhun saflaşmasında böyük təsirə malikdir. ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
İmam Əli əleyhis salam: Bilin ki, bu nazik dərinizin atəşə dözümü yoxdur. Belə olan halda özünüzə rəhm edin... Sizlər dünya müsibətlərində təcrübə etmisiniz. Bədəninizə tikan batanda, yaxud yerə yıxılıb qana boyananda.... Yaxud isti qumlar ayağınızın altını yandıranda... Necədə insanı haldan salır. Bəs iki lay alovun arasında qalanda necə olar?! Ps: Çalışaq qədrimizi bilək və özümüzü oddan qoruyaq. ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
"Günah, məxsusən həqqun-nas axmaqlığın ən son pilləsidir, nəinki yaşayış. Yaşayış, həyat Allaha bəndəlik etməkdədir." ✍Ayətullah Bəhauddini (r)
*SALAM OLSUN!* _1- Quşlar yem yeyərkən qorxub qaçmasın deyə yolunu dəyişənlərə,_ _2- Əlindəki zibili zibil qabı tapana qədər əlində saxlayanlara,_ _3- Tanımadığı insanlara belə nəzakət göstərənlərə,_ _4- Bağışlamağı və üzr istəməyi bacaranlara,_ _5- Daim özündən danışmayanlara,_ _6- Başqalarının adına xəcalət çəkə bilənlərə,_ _7- Hər şeyi bildiyini iddia etməyənlərə,_ _8- Hər mövzuda hökm verməyənlərə,_ _9- Hər zaman haqlı çıxmağa çalışmayanlara,_ _10- “Bu dünyanı mənmi xilas edəcəyəm?” deməyənlərə,_ _11- Harada danışmağın lazım olduğunu bilənlərə,_. _12- Harada susmağın lazım olduğunu bilənlərə,_ _13- Bir yetimin, bir kimsəsizin göz yaşını silənlərə,_ _14- İçindəki fitrət toxumunu yaşadanlara,_ _15- Nəfsinin deyil, vicdanının səsini dinləyənlərə,_ _16- İlahi ədalətdən ayrılmayanlara,_ _17- Zalım qarşısında qılınc, məzlum qarşısında qalxan olanlara,_ _18- İnsan kimi gəldiyi dünyadan insan kimi gedənlərə,_ _19- Haqqın razılığını qazananlara,_ _20- Allah üçün yaşayıb Allah yolunda canını fəda edənlərə..._ *SONSUZ SALAM OLSUN 🌷* ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
Tamah, itin nəcisindən də murdardır Bir padşah vəzirinə deyir: - Sənin fikrincə, itin nəcisindən də pis bir şey vardırmı? Vəzir bir az düşünür amma cavab tapa bilmir. Suala cavab tapmaq üçün padşahdan möhlət istəyir. O, şəhərdən qırağa çıxır. Səhrada qoyun otaran bir çobana rast gəlir. Vəzir çobandan hal-əhval soruşur, onunla bir az söhbər edir. O, çobanın düşüncəli bir insan olduğunu görür. Ona görə də ürəyini çobana açır, şahın verdiyi sualı çobandan soruşmaq qərarına gəlir və əhvalatı ona danışıb deyir: - İndi mən alim bir insan axtarıram ki, şahın bu sualına cavab verə bilsin. Çoban deyir: - Ey vəzir! Şah və onun cavabı o qədər də mühüm deyil. Səninlə daha önəmli bir məsələ haqqında danışmaq istəyirəm. Mən bu təpənin arxasında böyük bir xəzinə tapmışam. Gəl bir yerdə onu ələ keçirək və burada bir qəsr tikdirək. Ordu toplayaq və şahı taxtından salaq. Sən şah ol və mən də vəzir. Vəzir bunları eşidən zaman ağlı başından çıxır, özünü itirir. O, deyir: - Xəzinə haradadır? Gedək, onu mənə göstər. Çoban deyir: - Bu şərtlə qəbul edərəm ki, dilini üç dəfə mənim itimin nəcisinə sürtəsən. Vəzir tamahkar olduğu üçün bunu qəbul edir və öz-özünə deyir: - Burada heç kim yoxdur ki, məni görsün. Bu işi edəcyəm, xəzinəni ələ keçirdikdən sonra çobandan intiqamımı alacağam və onu öldürəcəyəm. Beləliklə, vəzir dilini itin nəcasətinə üç dəfə sürtür və soruşur: - İndi de görüm, xəzinə haradadır? Çoban gülərək deyir: - İndi qayıt, şaha de ki, itin nəcisindən də pis və murdar olan, tamah və tamahkarlıqdır ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
без подписи
без подписи
☑️ Xilqətin sütunu 🔹Allah Təbarək və Təala (c.c): "Ya Əhməd! Əgər sən olmasaydın, yeri və göyü (aləmi) yaratmazdım. Əgər Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, sizi (sən və Əlini) yaratmazdım." 📘 Biharul-ənvar, c 15 səh 28 ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
Həsən ibn Sədəqə nəql edərək deyir: “İmam Kazım (ə) buyurdu: “Gündüz dincəlin, çünki Allah oruc tutan kəsi yatdığı zaman yedirdər və içirdər”. (Səvabul-əmal və iqabul-əmal, səh 71, hədis 214.) ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin! (Bəqərə surəsi, ayə 188)
без подписи
"Əllamənin ömrünün son anlarında ondan soruşdum: Buyuracağınız (əməl etmək üçün) sonuncu əmr nədir? Yavaşca buyurdu: Muraqibət, muraqibət, muraqibət!" ✍Ayətul-Həqq Pəhləvani Tehrani ˚✧ ゚ @esqi_zeyneb ˚✧ ゚ 🪷
19-cu gecənin (birinci Qədr gecəsinin) məxsusi duaları. 1• Bu duanı oxumaq: “Ya zəlləzi kanə qəblə kulli şəy. Summə xələqə kullə şəy. Summə yəbqa və yəfna kullu şəy. Ya zəlləzi ləysə kəmislihi şəy və ya zəlləzi ləysə fis-səmavatil ula və la fil-ərəzinəs-sufla və la fəuqəhunnə və la təhtəhunnə və la bəynəhunnə ilahun yu`bədu ğəyruh, ləkəl-həmdu həmdən la yəqva əla ihsaihi illa əntə, fəsəlli əla Muhəmmədin və ali Muhəmmədin, səlatən la yəqva əla ihsaiha illa əntə”. 2• Bu duanı oxumaq: “Əllahumməc'əl fima təqzi və tuqəddiru minəl-əmril-məhtum və fima təfruqu minəl-əmril-həkim fi ləylətil-qədr və fil-qəzailləzi la yurəddu və la yubəddəlu, ən təktubəni min huccaci bəytikəl hərami əl-məbruri həccuhum, əl-məşkuri səyuhum, əl-məğfuri zunubuhumul-mukəffəri ənhum səyyiatuhum. Vəcəl fima təqzi və tuqəddiru ən tutilə umri və tuvəssiə ələyyə fi rizqi, və təfələ bi (bura çatdıqda öz hacətlərinizi istəyin)”. 3• İmam Əlinin (ə) qatilinə lənət oxumaq: 100 dəfə "Əllahummələn qətələtə Əmiril-muminin.” t꧁꧂•❀❥🌺❥❀• ꧁꧂ @dinim_114