tgindex
Vilayət Yolcuları

Vilayət Yolcuları

Статистика

Allahın adı ilə Həyat ölümdən soruşdu: Niyə camaat mənə aşiq olduğu halda, sənə nifrət edirlər? Ölüm cavab verdi: Buna görə ki, sən şirin bir yalansan, mənsə acı bir həqiqət. İmam Əli (ə) buyurmuşdur: "Siz ölümdən qaçırsınız halbuki ona doğru qaçırsın

Последний пост
1 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
az
Категория
Религия (по похожим)
В каталоге с
13 авг.
Подписчики
4 136
−11 за 5 дн.
Сутки
−3
−0,07%
Неделя
 
Месяц
 
Просмотров на пост
394
20 постов
Вовлечённость
9,5%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
170
1/48двое суток
194
1/72трое суток
210

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ❓Gecə namazına oyanmaq üçün nə etmək lazımdır? ✅ Gecələr tez yatın və “Kəhf” surəsinin axırıncı ayəsini oyanmaq niyyəti ilə oxuyun. Tez yatmağa adət edin. ❓ Seyru-sülukda ailə ilə necə davranmaq lazımdır? ✅ Ailədə məhəbbət, əxlaqda helm (təmkinli olmaq və yumşaqlıq) müvəffəqiyyətin əsasını təşkil edir. ✍ Böyük ustad Ayətullah Əli Füruği https://t.me/vilayet_yolcusu

  • ✅ Nəfsin zənginliyi Quran buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37) «رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه» Elə insanlar vardır ki, onlar ticarət ardınca deyil və alış-veriş onları doyuzdurmur, ticarətlər var, amma bu ticarət onları Allahı zikr etməkdən yayındıra bilmir. Hədisdə deyilir: “Allahla zəngin olmaq ən böyük zənginlikdir.” (“Qürərül-hikəm və dürərül-kəlam”, səh. 97) «الْغِنَى بِاللَّهِ أَعْظَمُ الْغِنَى» Başqa bir hədisdə də gəlmişdir: “Mömin Subhan Allahla ehtiyacsız olur.” (“Təsnifu-qürəril-hikəm və dürəril-kəlam”, səh. 91) «غِنَى الْمُؤْمِنِ بِاللَّهِ سُبْحَانَه‏» https://t.me/vilayet_yolcusu

  • ✍ Həzrət Əli (ə) buyurur: ✅ "Tövratdan on iki ayə seçib ərəb dilinə tərcümə etdim və gündə üç dəfə onlara nəzər salıram"... 🔸 1. Ey Adəm övladı! Nə qədər ki, Mənim səltənətim əbədidir rəhbərlərdən, rəislərdən qorxun olmasın. 🔸 2. Ey Adəm övladı! Nə qədər ki, Mənim xəzinələrim doludur, başqasına ümidvar olma. 🔸 3. Ey Adəm övladı! Nə qədər ki, Məni tapırsan, başqası ilə ülfət yaratma, çünki, istənilən vaxt çağırsan sənə yaxın və sənə qarşı mehribanam. 🔸 4. Ey Adəm övladı! Mən səni sevirəm, sən də Məni sev. 🔸 5. Ey Adəm övladı! Nə qədər ki, Sirat körpüsündən keçməmisən arxayın olma. 🔸 6. Ey Adəm övladı! Hər şeyi sənin üçün yaratmışam, səni isə Özüm üçün, Məndən necə qaçırsan?! 🔸 7. Ey Adəm övladı! Səni ilk öncə torpaqdan, sonra nütfədən yaratdım, nütfəni çeynənmiş ət parçasına çevirib səni xəlq etdim. 🔸 8. Özünə xatir Mənə qəzəblənirsən, lakin, Mənə görə özünə qəzəblənmirsən. 🔸 9. Mənim qoyduğum vəzifələri icra etmək sənin öhdənə düşür, sənin ruzin isə Mənim öhdəmə. Sən vəzifələrini yerinə yetirməkdən boyun qaçırsan da, Mən öz öhdəmdə olanı–bəndəmin ruzisini verməyi daim yerinə yetirirəm. 🔸 10. Ey Adəm övladı! Hamı səni özləri üçün istəyir, Mən isə səni sənin özündən ötrü istəyirəm. Elə isə Məndən qaçma. 🔸 11. Necə ki, Mən səndən sabahın vəzifələrini tələb etmirəm, sən də Məndən sabahın ruzisini tələb etmə. 🔸 12. Əgər, öz qismətinə razı olsan, sənin qəlbini və bədənini rahat edərəm, yox əgər, narazı olsan səndə dünyaya qarşı tamah yaradaram. Nə qədər ardınca qaçsan da öz qismətindən başqa bir şey ələ gətirə bilməzsən. 〰〰〰〰〰 https://t.me/vilayet_yolcusu

  • ☑️ Nəfsin zənginliyi Quran buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37) «رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه» Elə insanlar vardır ki, onlar ticarət ardınca deyil və alış-veriş onları doyuzdurmur, ticarətlər var, amma bu ticarət onları Allahı zikr etməkdən yayındıra bilmir. Hədisdə deyilir: “Allahla zəngin olmaq ən böyük zənginlikdir.” (“Qürərül-hikəm və dürərül-kəlam”, səh. 97) «الْغِنَى بِاللَّهِ أَعْظَمُ الْغِنَى» Başqa bir hədisdə də gəlmişdir: “Mömin Subhan Allahla ehtiyacsız olur.” (“Təsnifu-qürəril-hikəm və dürəril-kəlam”, səh. 91) «غِنَى الْمُؤْمِنِ بِاللَّهِ سُبْحَانَه‏» https://t.me/vilayet_yolcusu

  • NƏFSİN HESABI: Nəfsin hesabı rəvayətlərdə tə᾽kid olunmuş və əxlaq alimlərinin böyük diqqət ayırdığı bir məsələdir. Haqqında danışacağımız rəvayətdə də tə᾽kid olunur ki, hər kəs öz əməllərini qiymətləndirməli, ən azı gündə bir dəfə əməllərinin hesabını aparmalıdır. Bu iş üçün ən münasib vaxt gecədir. Yatmazdan qabaq gün ərzində görülən işlərin düzgün olub-olmaması barədə düşünmək zəruridir. Buraxılmış səhvləri e᾽tiraf edib, onların nəticəsini aradan qaldırmaq barədə tədbir görülməlidir. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur: «Ey Cündəb oğlu Əbdullah, bizi tanıyanlara vacibdir ki, hər gündüz və gecədə əməllərinə nəzər salıb özləri ilə hesab çəksinlər. Gördükləri yaxşı işləri artırıb, çirkin işlərə görə bağışlanma tələb etsinlər ki, qiyamətdə rüsvay olmasınlar». 📚Kitab: SADİQ YOL AXTARANLAR ÜÇÜN İMAM SADİQİN (Ə) NƏSİHƏTLƏRİ https://t.me/vilayet_yolcusu

  • 25 июн.2008из miraga_dadas

    Əziz qardaşlarım, yer üzünün ən iyrənc insanları tərəfindən bizə hücum edilir. Azərbaycan xalqına "çoxalmaq istəyəndə aptekə gedin" deyən Mirşahin, sayları 1 milyondan çox olan qaçqınları söyən Səidə kimilər bizi hədəf alır. Elə bu nüans haqq tərəfin hansı tərəf olduğunu göstərir. Bizi bu ikiayaqlıların önündə tək qoymayın, əlinizdəki bütün imkanlarla fərari Aqarunovlar ailəsini xalqa tanıtdırın. Əgər bu qədər narahat olublarsa, deməli Davudun sapand ilə Calutun alnından vurduğu kimi bunların ən zəif nöqtəsindən vurmuşuq. Allah bir azca himmətimizə baxıb onların ön güclü nöqtəsini ən zəif nöqtələrinə çevirdi. Bu nemətin şükrü ancaq bu ola bilər ki, davam edək. Artıq bir neçə məsələdə onları məğlub etmişik. Amma hələ açıqlamırıq. Tezliklə açıqlanacaq. Bu dəqiqə onlara necə zərbə dəyibsə ölkənin bütün gönü qalın media işçilərini üstümüzə salıblar. Bu mərhələni də keçdikdən sonra biləcəksiz ki, onlara media ilə necə PUA-dan ağır zərbə vurmusuz. Buna əmin olun, bizim ölkədə onların yeganə və son qalası Albertdir. Bu məsələ həll olsa iş tamamdır. Onların Qəzzada etdikləri elə bir formada onları rüsvay edib ki, daha heç vaxt əvvəlki kimi Azərbaycanda at oynada bilməzlər. Bu son bütü biz birləşib yıxsaq məsələ həlldir. Biraz da himmət!

  • Allah gülərüzlü insanı sevir, qaşqabaqlı ilə düşməndir Həzrət Peyğəmbər (s) buyurur: “Gülərüzül ol ki, Allah gülərüzlü insanı sevir, qaşqabaqlı ilə düşməndir”. İmam Əli (ə) buyurur: “Gülərüzlülük yaxşılıqların başlanğıcıdır”. İmam Əli (ə) buyurur: “Gülərüzlülük kini aradan aparar”. İmam Əli (ə) buyurur: “Gülərüzlülük azadilərin sifətindəndir”. Həzrət Peyğəmbər (s) buyurur: “Gülərüzülülük səbirin zinətidir”. İmam Əli (ə) buyurur: “Sənin gülər üzün nəfsinin kəramətinin və böyüklüyünün nişanəsidir”. İmam Sadiq (ə) buyurur: “Yaxşı əməl və gülərüzlülük məhəbbət gətirər və behiştə aparar. Simiclik və qaşqabaqlılıq Allahdan uzaqlaşdırar və cəhənnəmə aparar”. İmam Əli (ə) buyurur: “Gülərüzlülüklə bağışlayan dəyər əldə edər”. İmam Sadiq (ə) buyurur: “Behiştlilərin dörd nişanəsi vardır: Gülərüzlülük, mülayim dil, mehriban ürək və verən əl”. İmam Əli (ə) Peyğəmbər (s) haqqında buyurur: “O, peyğəmbərlərin xatəmi idi, bağışlayan, hövsələli, düz danışan, əhdinə ən çox sadiq olan, mülayim, insanların xoş ünsiyyət quranı idi. Hər kim onunla ünsiyyət qururdu, onu tanıyırdı və onu sevirdi. Hər kim onu tərifləmək istəsə, deyərdi: ondan əvvəl və ondan sonra onun kimisini görməmişəm”. İmam Sadiq (ə) buyurur: “Hər kim bu işlərdən birini Allah dərgahına aparar, Allah behişti onun üçün vacib edər: yoxsulluqda infaq, hamı ilə gülərüzlü olmaq və insaflı rəftar”. https://t.me/vilayet_yolcusu

  • ❤️ İmam Rza (ə) buyurub: Hər kim məni evimin və məzarımın uzaq olmasına baxmayaraq, ziyarət edərsə, qiyamət günü üç yerdə onun yanına gedərəm ki, onu həmin günün qorxusundan və çətinliklərindən xilas edim. Əməl namələri sağdan və soldan yüksəldiyi zaman, sirat körpüsündən keçdiyi zaman, əməllərin ölçüldüyü zaman. (Vəsailuş-şiə, cild 10, səh 433.)

  • *🖊️Ariflərdən biri deyərdi:* _Allahdan dilənçi kimi istəyin, siz ağa kimi istəyirsiz.._ *_Biz indi bəndəlik eləməyi öyrənirik, o isə əzəldən Allahlıq edir._*

  • 10 апр.5084из turalceferi

    Quranın dörd göstərişi: Dünya və axirət xoşbəxtliyi üçün: #Şükrü tərk etməyin ki, daha çox şeylərdən məhrum olmayasınız. «لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ» "Əgər şükür etsəniz, sizə olan nemətlərimi artıraram" #Allahı zikr etməyi tərk etməyin. Çünki Rəbbinin nəzərindən məhrum olarsan. «فَاذْكُرُونِي أَذْكُرْكُمْ» "Məni xatırlayın ki, (zikr edin) mən də sizi xatırlayım" #Dua etməyi tərk etməyin: Çünki duanın qəbulundan məhrum olarsınız. «ادْعُونِي أَسْتَجِبْ لَكُمْ» "Məni çağırın (dua edin), mən də qəbul edim" #Bağışlanmaq diləməyi (istiğfarı) tərk etməyin: Çünki nicatdan məhrum olarsınız. «وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ» “Nə qədər ki, onlar istiğfar edirlər (bağışlanma diləyirlər) Allah onlara əzab verən deyildir” #Qurani-Kərim https://t.me/turalceferi

  • 6 апр.411122

    Ustad Şeyx Cəfər Nasiri - Şeytanın bizim yanımızda olması səbəbsiz deyil, səbəbi var, biz özümüz bunun üçün şərait yaratmışıq.

  • Peyğəmbər (s) buyurub: “Məni haqq olaraq peyğəmbər göndərən Allaha and olsun ki, şərab içən Qiyamət günü üzü qara, gözləri göy, dodaqları bükülmüş, ağzının suyu ayaqlarına axan halda məhşər ayağına gələr. Onu görən hər kəs iyrənər”. 📗(Camiul-əxbar kitabı.)

  • Əli ibn Riab İmam Sadiqdən (ə) belə nəql edir: “Allah üçün sevib, Allah üçün qəzəblənib, Allah üçün kiməsə bir şey verən şəxs imanı kamil olan insanlardandır”. 📙(Əl-mumin vəz-zuhd, səh 90, hədis 35.)

  • Məsədə ibn Sədəqə Rəbəi Cəfər ibn Muhəmməddən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Söhbətin bəlası yalan, elmin bəlası unutmaq, helmin bəlası səfehlik, ibadətin bəlası süstlük (yorğunluq), zirəkliyin (məharətin) bəlası ifratçılıq, şücaətin bəlası həddi aşmaq, səxavətin bəlası minnət qoymaq, gözəlliyin bəlası təkəbbürlük, əsl-nəcabətin bəlası isə fəxr etməkdir”. 📖(əl-Xisal, səh 460, hədis 945.)

  • Həzrət Peyğəmbər (s) buyurur: "Mən behiştin ətrafında, behiştin ortasında, behiştin yuxarısındakı evlərə zaminəm. 1. O kəs üçün ki, mübahisəni tərk edər, baxmayaraq ki, haqlı olsa belə. 2. O kəs ki, yalanı tərk edər, baxmayaraq ki, zarafatla olsa belə. 3. O kəsin ki, yaxşı əxlaqı olar.” Mübahisə və dava etmək qəlbi qara edər. Həzrət Peyğəmbər (s) tövsiyə edir ki, davanı və mübahisəni tərk edək. Yalan - kəbirə günahlardandır. Hədislərdə oxuyuruq ki, mömin zarafatla da olsa belə, yalan danışmamalıdır. Çünki insan ruhuna və canına mənfi təsir qoyar. Son olaraq Həzrət (s) xoş əxlaqı tövsiyə edir. Belə ki, hədislərə əsasən, xoş əxlaq qəbir sıxıntısını və əzabını aradan apara bilən amildir. https://t.me/vilayet_yolcusu

  • Peyğəmbərimiz (s) kimlər üçün behiştdə 3 evə zamin olmuşdur?

  • 🖊️Tavus ibn Yəman belə rəvayət edir: “Əli ibn Hüseyn (ə) buyurdu: “Möminin əlamətləri beşdir”. Mən soruşdum: “Ey Allah rəsulunun övladı, onlar hansılardır?” 🗣️İmam (ə) buyurdu: “Xəlvətdə şübhəli şeylərdən çəkinmək, azlıqda (fəqirlikdə) sədəqə vermək, müsibət anında səbir etmək, qəzəbləndikdə helmli olmaq və qorxu zamanı doğru danışmaq”. 📕Şeyx Səduq (r) "Əl-Xisal", səh 289 hədis 663. https://t.me/vilayet_yolcusu

  • ☑️Şəfaət 🔹Həzrət Fatimə Zəhra (s.ə): "Qiyamət günündə məb'us olduğum zaman Peyğəmbər (s) ümmətinin günahkarlarına şəfaət edəcəyəm." 📘İhqaqul həqq, c 19 səh 129ş 〰〰〰〰〰 ☑️ Qısa şərh (Hədis) 🔹Əlbəttə, şəfaətin də şəraiti var. Şəfaət o kəslərə aiddir ki, Əhli-Beytin (ə) davamçısı olsun və etdiyi günahdan da tövbə etmiş olsun. 🔹Şəfaətə layiq olan şəxs gərək həyatını Əhli Beytin (ə) həyatı kimi qərar versin. Yə'ni zülmə boyun əyməsin və ədalətin icrasına çalışsın. https://t.me/vilayet_yolcusu

  • ✍ Ayətullah Müctəhid Tehrani (r.ə): 👉 Bir kəs istəyə gecə namazı qıla və buna müvəffəq olmasa dəlili günahdır qoymur. Həmin kəs İstiğfar ilə bu günahı aradan qaldıra bilər. https://t.me/vilayet_yolcusu

  • Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir. (Bəqərə surəsi, ayə 168)