Haqqa Doğru🌙
Статистика"İnsanlardan Qorxmayın,Məndən Qorxun ! " (Qurani Kərim Maidə surəsi 44.) Gizlədilən Həqiqətlərə Haqq Pəncərəsindən Bir Baxış : https://t.me/Haqqadogru313 Kanal İmam Hüseyn (ə) adına fəaliyyətə başlamışdır.💙
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 36
- Всего постов
- 52
- Тип
- открытый
- Язык
- az
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 19
- 1/48двое суток
- 21
- 1/72трое суток
- 23
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔥‼️🇩🇰🇵🇸 Danimarka polisinin Fələstin tərəfdarlarına vəhşicəsinə hücumu. 👉https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
Ruhlan və Ayağa Qalx! Tarixin hər bir vərəqi, hər bir möhür sübut edir ki, ədalətsiz qanunlar, köhnəlmiş qaydalar sənin nurunun, sənin imanının qarşısında acizdir. Hüquq verilmir, hüquq alınır! Bu gün də qarşında dayanan maneələr, qaranlıq künclər sənin daxilindəki o ilahi nurla, ruhunun səs-küyü ilə, Hz. Zeynəb (ə) məktəbindən aldığın dərslə birgə tarixin arxivinə getməyə məhkumdur. Ruhlan! Çünki əsl inqilab, sənin öz daxili, ilahi gücünü kəşf etməyin, öz hüququna və öz ruhuna sahib çıxmağınla başlayır. Sənin səsin, dünyanı dəyişməyə qadir olan ən güclü qüvvədir! ✊ https://t.me/esirolma
"Estetik sərbəstdir, dindarlıq qadağan?" Məntiq haradadır? Bu gün plastik və estetik əməliyyatlarla üz cizgilərini tanınmaz hala salan, burnunu, çənəsini və yanaqlarını tamamilə dəyişən şəxslər heç bir maneə olmadan biometrik pasport ala bilirlər. Onların biometrik sistemdə tətbiq edilən "üzü tanımaq" prinsipinə dəyişiklik etməsi görməzdən gəlinir. Bəs hicablı qadın nə edir? Üzünün alnını, burnunu, çənəsini, yanaqlarını və gözlərini TƏMİZ VƏ AÇIQ saxlayır; Üzünə heç bir süni dəyişiklik etmir; Beynəlxalq biometrik standartın (ICAO 9303) tələb etdiyi kimi, üzünün ovalı tam görünür. Əsas sual ortaya çıxır: Əgər biometrik pasportun məqsədi insanın üz cizgilərini identifikasiya etməkdirsə: 1️⃣ Üzünü estetiklə tanınmaz hala salana "İCAZƏ VAR", 2️⃣ Üzünü olduğu kimi açıq qoyub sadəcə saçını bağlayana "QADAĞA VAR"? Bu, hüququn və məntiqin deyil, açıq-aşkar ikili standartın göstəricisidir! Qanunda belə bir qadağa yoxdur, müasir biometrik texnologiya isə üzü aydın tənzimləyib taniyır. Hüququnuzu bilin və bu təzada səs çıxarın! ✊ https://t.me/esirolma
Əziz xanımlar! "Şəxsiyyət vəsiqəsi və pasport üçün hicabla şəkil çəkdirmək olmaz" fikri bir qanun deyil, illərdir davam edən yanlış şifahi yanaşmadır. Azərbaycan Respublikasının qanunvericiliyində başıörtülü şəkil çəkdirməyi qadağan edən heç bir maddə yoxdur. Beynəlxalq biometrik standartlara (ICAO 9303) əsasən, üzün ovalı (alın və çənə) açıq olduğu halda baş örtüyü ilə şəkil çəkdirmək tam qanunidir. Öz hüququnuzu bilin və haqqınızı tələb edin! Postu paylaşın ki, daha çox qadın xəbərdar olsun. https://t.me/esirolma
🛡️ Zülqərneynin Sirri: Qurandakı Elmi və Riyazi Kodlar Şəkildəki konseptin arxasında duran əsas Quran ayələri və elmi uyğunluqlar: - 🌌 Dəmirin Kosmik Mənşəyi və Atom Kodu (Hədid Surəsi) - Elmi fakt: Hədid 25-ci ayədə dəmir üçün "yaratdıq" deyil, "endirdik" (ənzəlnə) ifadəsi işlədilir. Müasir astronomiya sübut edir ki, dəmir yalnız supernovalarda əmələ gəlir və Yerə kosmosdan gəlib. - Riyazi kod: "Hədid" sözünün əbcəd dəyəri 26-dır (Dəmirin atom nömrəsi). "Əl-Hədid" isə 57-yə bərabərdir (Dəmirin en sabit izotopu — ^{57}\text{Fe}). Kəhf 96-cı ayədə də Dəmir və Mis qatışığından hazırlanan qalxandan bəhs edilir. - ⏳ Kəhf Əhli və Təqvim Fərqi - Kəhf 25-ci ayədə "300 il və daha 9 il" ifadəsi işlədilir. 300 Günəş ili, tam olaraq 309 Ay (qəməri) ilinə bərabərdir! - ⚡ Zamanın Nisbiliyi (Relyativizm) - Eynşteynin zamanın nisbiliyi nəzəriyyəsi Quranda artıq bəyan olunub: Həcc 47-də "1 gün = 1000 il", Məaric 4-də isə "1 gün = 50.000 il" nisbəti ilə zamanın məkandan və sürətdən asılı olaraq fərqli axdığı göstərilir. https://t.me/esirolma
❗️Bu siyasət Azərbaycanı vətəndaş müharibəsinə sürükləyir İllərdir dini müstəvidə qızışdırılan ziddiyyətlər bu gün kulminasiya həddinə çatıb. Dünənə qədər İslam dininə qarşı səfərbər olanlar bu gün Quranı yandırmaqdan, Allahı təhqir etməkdən, Peyğəmbəri (s) aşağılamaqdan belə çəkinmirlər. Sosial mediada səsləndirilən açıq-aşkar təhqiramiz və hədyan xarakterli çıxışlar qarşı tərəfin səbr kasasını doldurmaqla yanaşı, hakimiyyətin bütün bunlara seyrçi qalması nəticəsində vəziyyəti geri dönüşü çətin olan bir mərhələyə sürükləyir. Bütün müqəddəs dəyərlərin ayaq altına alındığı bir şəraitdə dövlətin susqunluğu və adekvat tədbirlər görməməsi fərdi şəxsləri qarşıdurmanın mərkəzinə çəkir. Bu isə cəmiyyət üçün son dərəcə təhlükəli nəticələrə, hətta dəhşətli vətəndaş qarşıdurmasının qapısının açılmasına gətirib çıxara bilər. Praktikada artıq yaşanmış bənzər hadisələr öz acı nəticələrini ortaya qoyub. Lakin bu gün vəziyyət əvvəlkindən fərqlidir. Din haqqında alçaldıcı və təhqiramiz ifadələr işlədən şəxslər fəaliyyət dairələrini genişləndirməkdə davam edirlər. Hər kəs hansısa inancı qəbul edə, digərini isə rədd edə bilər. Lakin bunu qarşı tərəfi qıcıqlandırmaq, açıq şəkildə aşağılamaq və təhqir etmək yolu ilə həyata keçirmək nəinki qanunlara, hətta cəmiyyətin fundamental dəyərlərinə hörmətsizlikdir. Hakimiyyətin bu məsələyə susqun reaksiyasının arxasında müəyyən siyasi məqsədlər, ictimai diqqətin başqa istiqamətə yönəldilməsi, qarşıdurma yaranacağı təqdirdə hər iki tərəfin ittiham edilməsi və onsuz da sərt olan qadağalar rejiminin daha da gücləndirilməsi kimi müxtəlif səbəblərin dayanmasından asılı olmayaraq, nəticə etibarilə bu siyasət cəmiyyət üçün də, hakimiyyət üçün də arzuolunmaz mənzərə yarada bilər. Çünki yığılan gərginlik gec-tez nəzarətdən çıxaraq ciddi qarşıdurmaya çevrilə bilər. Hər bir insan öz müqəddəs dəyərlərinə və inancına bağlı şəkildə yaşayır və bu, onun həyat prinsiplərindən biridir. Bu dəyərləri alçaltmaq, aşağılamaq və təhqir etmək insanın dözə biləcəyi ən son həddə toxunmaq deməkdir. Bundan sonrakı addımların hansı nəticələrə gətirib çıxara biləcəyini isə heç kəs əvvəlcədən hesablaya bilməz. Bir daha dövlətin güc strukturlarını, təhlükəsizlik orqanlarını və nəhayət, aidiyyəti institutları yaşanan gərginliyə ciddi diqqət yetirməyə, dini dəyərləri alçaltmağa və təhqir etməyə davam edən şəxslər barəsində qanun çərçivəsində tədbirlər görməyə çağırırıq. Artıq bütün sədlər aşılmaq üzrədir. Növbəti mərhələ sadəcə bir qrupun digərinə qarşı dəhşətli qarşıdurmasının şahidi olmaq deyil, hər kəsi məcburi iştirakçıya çevirə biləcək təhlükəli prosesin başlanması ola bilər. Nə qədər ki, bir qrupun məsuliyyətsizliyi, düşüncəsizliyi və şəxsi maraqları vəziyyəti tamamilə nəzarətdən çıxarmayıb, bunun qarşısı alınmalıdır. ➡️MBH Media
maxresdefault_137.jpg https://operativtv.com/haci-ramil-islam-peygmbrinin-s-vfati-cum-xutbsi-14082026-video.html
173035910.jpg https://operativtv.com/iranin-icazsi-olmadan-hec-bir-gmi-hormuz-bogazindan-kec-bilmz.html
Qarabağın növbəti qələbəsi – Elvinin “Qədir Xum” mesajı Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda tutan gərgin görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı parlaq qələbəsi ilə yekunlaşıb. İlk oyundakı nəticəni nəzərə alaraq, ümumi hesabda rəqibini 2:1 üstələyən “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qarşılaşmada qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub. Oyunun diqqət mərkəzindəki sima: Elvin Cəfərquliyev Matçın ən yadda qalan və emosional məqamlarından biri komandanın aparıcı üzvü Elvin Cəfərquliyevin qol sevinci zamanı etdiyi xüsusi jest olub. Futbolçu komandasının üstünlüyünü qeyd edərkən mənəvi baxımdan dərin məna kəsb edən simvolik bir hərəkət nümayiş etdirib. Elvin əlini yuxarı qaldıraraq İslami ənənədə — Həzrət Peyğəmbərin Qədir-Xum hadisəsində İmam Əlinin əlini qaldıraraq “Mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir” buyurduğu tarixi anı təkrarlayıb. Futbolçunun bu addımı həm azarkeşlər, həm də oyunu izləyənlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib ABŞ və İran arasında müharibə başlayandan dünya 2,6 mlrd. barel neft itirib. "Reuters" "Saudi Aramco"ya istinadən xəbər verir ki, bu həcm 1979-cu il İran inqilabının nəticələri istisna olmaqla, ümumi həcm baxımından tarixdə ən böyük neft tədarükü pozuntusudur. Məlumata görə, itirilmiş neft həcmi dünya üzrə təxminən 25 günlük istehlaka bərabərdir. Hesablama müharibədən əvvəl qlobal neft tələbatının gündəlik 103 mln. barel səviyyəsində olması əsasında aparılıb.
Yəmən Aramco neft emalı zavoduna hücum etdi Yəmən Silahlı Qüvvələri cümə axşamı bir daha Aramco neft obyektlərini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldı. Yəmənli bir hərbi mənbə ölkənin silahlı qüvvələrinin Cizan bölgəsindəki Aramco neft emalı zavodunu hədəf aldığını açıqladı. Mənbə əməliyyatın iki PUA ilə həyata keçirildiyini bildirdi və PUA-ların hədəfləri dəqiq vurduğunu vurğuladı. Mənbə həmçinin bu hücumların Yəmənin Səədə və Həccə əyalətlərində hava məkanının və suverenliyinin pozulmasına cavab olaraq həyata keçirildiyini bildirdi. Hərbi mənbənin məlumatına görə, Yəmən Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirib və suverenliyinin hər hansı bir pozulmasına qətiyyətlə cavab verəcək. Başqa bir hərbi mənbə bir neçə saat əvvəl Ənsarullahın Hadramut əyalətinin Əl-Əbr bölgəsində Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən qüvvələrin mövqelərinə yeni bir pilotsuz təyyarə hücumu etdiyini bildirdi. Bu məlumatlı hərbi mənbəyə görə, bu gün Əl-Əbr bölgəsində keçirilən Ənsarullah əməliyyatında iki nəfər həlak olub, 15 nəfər yaralanıb. Yəməndəki Səudiyyə Ərəbistanı muzdlularına yaxın bəzi media mənbələri də Əl-Ruveyk zolağında yol kənarına qoyulmuş bomba partlayışı barədə məlumat veriblər. Mənbələr yazıblar ki, Səudiyyə Ərəbistanının iki yüksək rütbəli zabiti - Rakan Abdullah əl-Şəhri və Abdullah Musaid əl-Talhi - Səudiyyə Ərəbistanı hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi Əl-Ruveyk səhrasından (Marib əyalətinin şimal-şərqində yerləşir) keçərkən əldəqayırma partlayıcı qurğunun (İPQ) partladılması nəticəsində həlak olublar. Yəmən təhlükəsizlik mənbəyi bu gün qərb sahilində istefa vermiş Yəmən hökumətinə sadiq dəniz qüvvələri ilə Ənsarullahın partlayıcı maddələrlə dolu pilotsuz sualtı vasitələri (İHA) arasında toqquşmaların baş verdiyini və nəticədə iki PUA-nın partladıldığını bildirib.
Həyatda qorxuya söykənən hörmət qədər, irənc bir şey yoxdur. “Qorxuya söykənən hörmətin adı hörmət deyil — rəzil əsarətdir.” P.s:Təbbi ki, burda olan qorxu anlayışı, Allaha olan qorxunu ifadə etməz və o mənanı daşımaz.
Paylaşımların sosial şəbəkədən silinməsi və yaxud baxış sayına məhdudiyyət qoyulması İsrailin və onlara xidmət edənlərin batil və haqsız olmasına dair sadə bir sübutdur. Təfərrüatlar videodadır
🔥‼️🇦🇿 Azərbaycanda Ərbəin ziyarətinə gedənlər hakimiyyət tərəfindən təzyiqlərə məruz qalır, həbs edilir. Azərbaycanda Ərbəin ziyarətinə gedən şəxslərin saxlanıldığı və bəzi hallarda onlardan külli miqdarda pul alınaraq sərbəst buraxıldıqları bildirilir. Yerli əhalinin verdiyi məlumatlara görə, ziyarətə gedən şəxslər hakimiyyət orqanları tərəfindən müxtəlif ittihamlarla təzyiqlərə məruz qalır. 👉https://t.me/Tehlil_Tenqid_tv
mqdefault_4.jpg https://operativtv.com/islam-peygmbrinin-s-vfati-v-imam-hsnin-shadt-mclisi-elsn-ismayilov-sadiq-cfri-video.html
❗️Seyfəddin Şirvanov aclıq aksiyasına başlayıb Siyasi məhbus Seyfəddin Şirvanov aclıq aksiyasına başlayıb. Bu barədə məhbusun ailəsi məlumat verib. İnanclı Seyfəddin Şirvanov uzun illərdir 15 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayır. O, ciddi hipertoniyadan, zob xəstəliyindən və başında dözülməz ağrılara səbəb olan şişdən əziyyət çəkir. Həbsdə olduğu müddətdə açıq infarkt keçirən Seyfəddinin ürəyinə stent qoyulub. Bundan sonra həbsxana rəhbərliyi onun səhhətini ciddi risk altında qiymətləndirərək inanclını müəssisənin tibbi bölməsinə yerləşdirib. Bütün bunlara baxmayaraq, 2024-cü il noyabrın 11-də yüksək təzyiq onun növbəti dəfə infarkt keçirməsi riskini artırıb. Təcili olaraq Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən S. Şirvanov həkim nəzarətinə götürülüb. Eyni gərginliyi 2025-ci ildə də yaşayan məhbus cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsində daim nəzarətdə saxlanılıb. Son günlər müəssisənin tibb məntəqəsində rəhbərliyin dəyişdirilməsi inanclı da daxil olmaqla bir neçə məhbusun məntəqədən uzaqlaşdırılmasına səbəb olub. Bildirilir ki, tibbi məntəqələrdə yerlərin aylıq ödənişləri yeni qazanc mənbəyi kimi baş həkimlərin diqqətindədir. Məhz Seyfəddin kimi məhbusların buradan uzaqlaşdırılmasının səbəbləri sırasında, heç şübhəsiz, maddi maraqların da olduğu iddia edilir. İnanclı tibbi məntəqədə həkim nəzarətində belə ağır vəziyyətdə olduğu halda oradan uzaqlaşdırılmasının onun həyatı üçün ciddi təhlükə yaradacağını bildirərək baş həkimə etirazını çatdırsa da, onun sözlərinə məhəl qoyulmayıb. “Məni əziyyətli ölümə məhkum edib öldürməkdənsə, bu ölümü öz etirazımla sürətləndirməyi daha məqbul bilirəm”, – deyən inanclı avqustun 13-dən aclıq aksiyasına başlayıb. O, bu addımı ilə baş həkimin ona qarşı münasibətinə etiraz edir və məsələnin aidiyyəti üzrə yuxarı instansiyalara çatdırılacağına ümid edir. Həbsxana rəhbərliyi isə belə ağır vəziyyətdə olan məhbusu karserə salıb. Ailə məsələ ilə bağlı Ombudsmana müraciət edərək problemin həllinə kömək göstərilməsini istəyib. Onlar həmçinin bildiriblər ki, S. Şirvanovun səhhətində hər hansı ciddi gərginlik yaranarsa, buna görə həbsxana rəhbərliyi məsuliyyət daşıyacaq. Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Seyfəddin Şirvanov 2015-ci il Nardaran hadisələrindən sonra baş verən kütləvi həbslər zamanı saxlanılıb. 2017-ci ilin dekabrında o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. ➡️MBH Media
🔥‼️🇺🇸🇾🇪 Pentaqon Yəməndə 153 mülki şəxsin ölümünə görə məsuliyyəti ilk dəfə etiraf edib ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2025-ci ildə Yəmənə endirdiyi hava zərbələri nəticəsində 153 mülki şəxsin həlak olduğunu, təxminən 250 nəfərin yaralandığını müəyyən edib. Bu barədə "The Washington Post" məlumat yayıb. Qəzet vurğulayır ki, bu, ABŞ-nin Yəmən münaqişəsində mülki itkilərə görə məsuliyyət daşıdığını ilk dəfə etiraf etməsidir. Araşdırma Pentaqonun daxili təhqiqatı nəticəsində aparılıb və yalnız Yəmənə endirilən zərbələri əhatə edir. İrana qarşı həyata keçirilən hücumlar bu araşdırmaya daxil deyil. Pentaqon araşdırmanın tam nəticələrini yaxın aylarda ictimaiyyətə açıqlamağı planlaşdırır. Tərəflərin mövqeləri: ABŞ (Pentaqon): Mülki itkilərə görə məsuliyyəti etiraf edir, lakin əməliyyatların silahlı qruplaşmalara qarşı olduğunu vurğulayır. Beynəlxalq təşkilatlar: Bu etirafı müsbət, lakin gecikmiş addım kimi qiymətləndirirlər. Mülki əhalinin qorunması üçün daha sərt tədbirlər tələb edirlər. Yəmən hökuməti və mülki əhali: İtkilərə görə təzminat və beynəlxalq təhqiqat tələb edirlər. 🌐MBH Media
без подписи
Çevik həqiqətənmi savadlıdır yoxsa savadlı rolunu oynayır? Birinci hissə Dəyərli və savadlı Rövşən Sultan bəy Çevikin savadsız olduğunu elmi müstəvidə təfərrüatları ilə sübut edir. Savadlı və diqqətli şəxs Çeviki dinləyəndə dərhal anlayır ki, o, fəlsəfi terminləri sadəcə əzbərləyib və elmi olmayan insanları alim olduğuna inandırmağa çalışır. Videonu dinləmədən öncə aşağıdakı mətni oxumağınız məsləhətdir👇 Çevikin etika cəhətdən ciddi problemi olduğunu hər kəs rahat şəkildə anlaya bilər. Bunun üçün xüsusi elmi bəhslərə və arqumentlərə ehtiyac yoxdur. Amma Çevik savad baxımından da problemlidir. Ola bilsin onun savadsız olduğunu hər kəs anlaya bilməsin. Bu səbəbdən Allahın iznilə bu gündən etibarən onun savadsız olduğunun elmi müstəvidə isbatına start veririk. Sizlər də bu cür statusları paylaşmaqla Çevikin tez bir zamanda xalqın gözündən düşməsinə yardım etmiş olursunuz. Təsəvvür edin ki, cəmiyyətinin əksəriyyətinin müsəlman olduğu ölkəmizdə bir cuhud ateist xalqımızı Allahsızlığa dəvət edir. Bunun arxasında da sionist rejim dayanır. Bu, bizim üçün böyük təhqirdir ki, öz doğma vətənimizdə inanclarımız bir əcnəbi düşmən tərəfindən təhqir olunur, amma biz susuruq🤔
Ekrandakı şəkli gizlətməklə "hörmət edirik" görüntüsü yaratmaq sadəcə formal bir addımdır. Həqiqi və səmimi hörmət ekrandakı vizual detallarda deyil, hicaba qoyulan bütün qadağa və məhdudiyyətlərin kökündən aradan qaldırılmasında özünü göstərməlidir. Əsas, fundamental problemlər və qadağalar olduğu kimi qaldığı halda, belə kiçik detalların "böyük diqqət və hörmət" kimi qələmə verilməsi reallığı həll etmir. Bu, sadəcə "görün necə diqqətlilik olunur" imicini formalaşdırmaq və ictimaiyyətə köklü dəyişiklik kimi təqdim etmək cəhdidir.