- Последний пост
- 6 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- Категория
- Религия (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 122
- 1/48двое суток
- 139
- 1/72трое суток
- 150
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Həzrət (ə) buyurdu: “Gözəl surət zahiri gözəllikdir, gözəl ağıl isə batini gözəllikdir.” “Əgər dünya əhli ağılla davransaydılar, (dünyanın vəziyyəti) düzələrdi.” Nəhcül-Bəlağə: Əmirəlmöminin Əli (ə) buyurdu: “Görmək gözlərlə olan görmək deyil. Çünki gözlər öz sahiblərini aldada bilər. Lakin ağıl ona nəsihət edən kəsi aldatmaz.” 30- Nəhcül-Bəlağə: Əmirəlmöminin Əli (ə) buyurdu: “Ağıl kimi zənginlik yoxdur. Cəhalət kimi yoxsulluq yoxdur. Ədəb kimi miras yoxdur. Məsləhətləşmək kimi dayaq yoxdur.” @hedis_evim
Əmirəlmöminin Əli (ə) buyurdu: “Əqldən (ağıldan) daha faydalı hazırlıq yoxdur və cəhalətdən daha zərərli düşmən yoxdur.” İman Əli (ə) buyurdu: “İnsanın zinəti onun ağlıdır.” İmam Əli (ə) buyurdu: “Ağıllının əlaqəni kəsməsi, cahilin əlaqə saxlamasına bərabərdir.” @hedis_evim
İmam Əli (ə) buyurdu: “Ən böyük zənginlik ağıldır, ən böyük yoxsulluq isə axmaqlıqdır.” İmam Əli (ə) buyurdu: “Ağıldan daha faydalı mal yoxdur və tədbir kimi ağıl yoxdur.” Buyurdu: “Helm (səbir və təmkin) örtən bir paltardır, ağıl isə kəsici bir qılıncdır. Öz əxlaqındakı nöqsanları helminlə ört və nəfsani istəklərinlə ağlın vasitəsilə mübarizə apar.” Helm örtən paltara bənzədilmişdir, çünki hrlm qəzəbdən yaranan pis əxlaq xüsusiyyətlərinin üzə çıxmasının qarşısını alır. Ağıl isə kəsici qılınca bənzədilmişdir, çünki insan ağıl vasitəsilə ən böyük düşmənini – öz nəfsani istəyini – məğlub edir. Ağıl vasitəsilə insan öz nəfsinə qalib gəlir, onun bədən ölkəsinə hakim olmasına mane olur və ona zərər verən işləri görməsinin qarşısını alır. @hedis_evim
Peyğəmbər (s) buyurdu: “Hər şeyin bir aləti və hazırlığı vardır. Möminin aləti və hazırlığı ağıldır. Hər şeyin bir miniyi vardır, insanın miniyi isə ağıldır. Hər şeyin bir məqsədi vardır, ibadətin məqsədi isə ağıldır. Hər qövmün bir rəhbəri vardır, abidlərin rəhbəri ağıldır. Hər tacirin bir malı vardır, çalışqan insanların malı ağıldır. Hər xarabalığın bir abadlığı vardır, axirətin abadlığı isə ağıldır. Hər səfərin sığınılan bir çadırı vardır, müsəlmanların sığınacağı isə ağıldır.” @hedis_evim
İmam Sadiq (ə) buyurdu: “Cəhalət Adəm övladında yerləşdirilmiş bir surətdir. Onun üz tutduğu tərəf qaranlıq, arxa çevirdiyi tərəf isə nurdur. Bəndə onunla birlikdə kölgənin günəşlə dəyişməsi kimi daim dəyişir. Məgər insanı görmürsənmi? Bəzən onu öz xüsusiyyətlərinə qarşı cahil görürsən, özünü tərifləyir, öz eyiblərini isə başqalarında tanıyır və onlardan narazı olur. Bəzən isə onu öz təbiətini tanıyan, öz xüsusiyyətlərindən narazı olan, amma həmin xüsusiyyətləri başqalarında tərifləyən görürsən. Beləliklə, insan ismət (qorunma) və məhrumiyyət arasında dəyişir. Əgər ona ismət çatarsa, doğru yolu tapar; əgər ona məhrumiyyət üz verərsə, səhv edər. Cəhalətin açarı ondan razı olmaq və ona inanmaqdır. Elmin açarı isə cəhaləti elmlə əvəz etmək, düzgünlük və müvəffəqiyyətlə uyğunlaşmaqdır. Cahilin ən aşağı xüsusiyyəti – haqqı olmadığı halda elm iddiası etməsidir. Onun orta mərhələsi – cəhalətindən xəbərsiz olmasıdır. Ən son mərhələsi isə – elmi inkar etməsidir. Həqiqətdə təsdiqi onun inkarını tələb edən şeylərdən başqa heç bir şey yoxdur, yalnız cəhalət, dünya sevgisi və hərislik belədir. Bunların hamısı bir kimidir, onlardan biri isə hamısı kimidir.” @hedis_evim
İmam (ə) buyurdu: “İnsanın dayağı ağıldır. Ağılın xüsusiyyətlərindən biri fərasət, biri anlama, biri hafizə və biri də elmdir. Əgər insanın ağlı nurla dəstəklənərsə, o, alim, qoruyucu hafizəyə malik, ağıllı, fərasətli və anlayışlı olar. İnsan ağıl vasitəsilə kamilləşir. Ağıl onun bələdçisi, görən gözü və işlərinin açarıdır.” @hedis_evim
✅ MÖMİNİN ƏLAMƏTLƏRİ 👉 İmam Səccad (ə) buyurur: «عَلَاماتُ المُؤمِن خَمسٌ: الوَرَعُ فِی الخَلوَةِ، والصَّدَقَةُ فِی القِلَّةِ، والصَّبرُ عِندَ المُصِیبَةِ، والحِلمُ عِندَ الغَضَبِ و الصِّدقُ عِندَ الخَوفِ.» "Möminin beş əlaməti var: Gizlində günah etməkdən çəkinmək, ehtiyaclı halda sədəqə vermək, müsibət zamanı səbr etmək, qəzəbli halda dözümlü olmaq və qorxu halında doğrunu danışmaq". 📘 Əlxisal, c. 1, səh. 269 @hedis_evim
Möminin niyyəti, onun əməlindən üstündür Həzrət Peyğəmbər (s) buyurur: "Dünya möminin zindanı və kafirin behiştidir”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Dua - möminin silahıdır”. Peyğəmbəri-Əkrəm (s) buyurur: "Möminin niyyəti möminin əməlindən üstündür”. İmam Əli (ə) buyurur: "Hikmət - möminin itmişidir”. Rəsulallah (s) buyurur: "Namaz - möminin nurudur”. İmam Əli (ə) buyurur: "Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar”. Həzrət Peyğəmbər (s) buyurur: "Möminin nicatı - dilini saxlamasındadır”. İmam Sadiq (ə) buyurur: "Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər”. Həzrət Peyğəmbər (s) buyurur: "Möminin şərəfi - gecə oyaq qalmasındadır”. İmam Əli (ə) buyurur: "Mömin düz danışan və ayıq ürəklidir”. İmam Səccad (ə) buyurur: "Möminin mömin qardaşının üzünə sevgi ilə baxması - ibadətdir”. İmam Muhəmməd Təqi (ə) buyurur: "Möminin izzət və şəxsiyyəti, başqalarından ehtiyacsız olmağı ilədir” @hedis_evim
♦️• «ZİNA» •♦️ 🕌• İmam Sadiq (ə) buyurub: Qiyamət günü ən şiddətli əzab, öz nütfəsini ona haram olan rəhmdə yerləşdirən kişiyə veriləcəkdir. 📓... (Əllamə Məclisi, Biharul-Ənvar,79-cu cild, səhifə 26, hədis 28.) @hedis_evim
🔰 Qurana əməl edin... ✨ İmam Həsən Müctəba buyurur: ✨ Dünyada (səmavi kitablardan) bu Qurani-Kərimdən başqa bir şey qalmayıb. Elə isə onu özünüzə rəhbər seçin ki, sizi doğru yola yönəltsin. Həqiqətən, Qurana ən layiqli olan şəxs odur ki, ona əməl edir — hətta onu əzbər bilməsə belə. Qurandan ən uzaq olan isə odur ki, ona əməl etmir — hətta onu oxusa belə. 📚 İrşadul-Qulub, cild 1, səhifə 79 @hedis_evim
_🖋️Həzrət Əli (ə) buyurub:_ *Yaxşı əməli nə başqalarına görə et, nə də utanıb onu tərk et.* _📗Ğürərul-hikəm, c 1, səh 44_ @hedis_evim
Həzrət Peyğəmbər (s) buyurub: Yoxsul təbiətli olun və yoxsulları sevin, onlarla oturun və onlara kömək edin. Varlılarla yoldaşlıqdan çəkinin, onlara rəhm edin və mallarından gözünüzü çəkin. 📗 Tənbihul-Xəvatir, c.1, səh 120. @hedis_evim
❓ Möminlərin ruhları ölümdən sonra hansı simada olarlar? 👉 Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "İlahi övliyalar ölmürlər, lakin bir evdən başqasına köçürlər". "Hər kim ölsə, onun Qiyaməti bərpa olar". 🔹 Hədislərin bəzisində oxuyuruq ki, bərzəx aləmi dünyanın qalan işlərini tamamlayar. Belə ki, o mömin ki, nəfsindən ayrılmış və lakin hələ kamala çatmamışdır, bərzəx aləmində kamala catar Qiyamət günü öz həqiqi kamalı ilə məşhur olar. @hedis_evim
🔹Həzrət Əli (ə):🔹 Evlənin! Çünki Allahın peyğəmbəri (s) buyurdu: "Kim mənim sünnəmə itaət etməyi sevirsə, (bilsin ki) evlənmək mənim sünnəmdəndir. 📚"Xisal", səh. 616; "Tuhəfül-üqul", səh. 105
Mufəzzəl ibn Ömərdən nəql olunur ki, dedi: “İmam Sadiq (ə) mənə buyurdu: “Hər kəs bir möminin abırını aparmaq, onun mürüvvətini (kimliyini və mərdliyini) ləkələmək və insanların gözündən salmaq üçün onun barəsində nəsə danışarsa, Allah-Təala onu Öz vilayətindən çıxararaq şeytanın vilayətinə daxil edər. Lakin şeytan belə onu qəbul etməz”. 📚Şeyx Kuleyni, “əl-Kafi”, cild 2, səhifə 204, hədis 1.
Allahın Rəsulu (s) buyurur: "Ərli qadının gözündə ərindən başqa bir kişi olarsa, Allah-Təala ona qəzəblənər və bütün yaxşı əməllərini məhv edər. Əgər ərinə xəyanət edərsə, Allah-Təalanın haqqıdır ki, ona qəbr əzabı verdikdən sonra cəhənnəm odunda yandırsın". "Biharul-ənvar" cild 76, səh 366, hədis 30. @hedis_evim
🖊️Musa ibn Qasim Bəcəli bir ravidən İmam Əlinin (ə) belə buyur-duğunu nəql edir: 🗣️"Bu dörd şeydən birinin daxil olduğu ev xarabalığa çevrilər və bir daha abadlaşmaz: xəyanət, oğurluq, şərab içmək və zina etmək". 📕Şeyx Səduq (r), "Əl-Xisal", səh 248 hədis 585. @hedis_evim
✍İki xəstəlik 🔹Həzrət İmam Əli (ə): "Qadınlara məftun olmaqdan və dünya ləzzətlərinə hərislikdən çəkin! Çünki qadınlara məftun olan əziyyət və möhnət içində, ləzzətlərə həris olan isə xar olar." 📘Tuhəful Uqul, s 223 @hedis_evim
✳️ Qüssəli həyat 🔹Həzrət Peyğəmbər (s): "Hər kəs başqalarının yaşayış imkanına göz dikərsə, qəm-qüssəsi çoxalar." 📘Əl Kafi, c 2 səh 315 @hedis_evim
✳️ Təvazökar olaq 🔹Həzrət İmam Hadi (ə): "Özünü böyük saymaq nifrət və düşmənçiliyə səbəb olur." 📘Biharul-ənvar, c 69 səh 199 @hedis_evim